Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İlya Berezin
İlya Nikolayeviç Berezin (Rusca: Илья́ Никола́евич Бере́зин) 19 iyul 1818-ci il - 3 aprel 1896-cı il) — Rusiya şərqşünası. == Həyatı == == Əsərləri == === Kazanda === Турецкая грамматика (1847) Описание турецко-татарских рукописей, хранящихся в петербургских библиотеках (1846—1849) Système des dialectes Turcs (1849) Путешествие по Дагестану и Закавказью (1850) Библиотека восточных историков (1850—1851, 2 тома) Ханские ярлыки (1850—1852) Путешествия по Востоку (1849—1852, 2 тома) Библиотека восточных турков (1849—1854, 3 тома) Путешествие по северной Персии (1852) Recherches sur les dialectes persans (1853) Грамматика персидского языка (1853) Монография Булгар на Волге (1853) О нашествии Батыя на Россию (1853) Catalogue des mémoires et des médailles du cabinet numismatique de l’université de Casan (1855) === Peterburqda === Народные пословицы турецкого племени (1856) Guide du voyageur en Orient.
İlya Boqdesko
İlya Trofimoviç Boqdesko (rus. Илья́ Трофи́мович Богде́ско) — moldav sovet qrafiki. SSRİ Rəssamlıq Akademiyasının üzvü (1975). SSRİ xalq rəssamı (1963). == Həyat və yaradıcılığı == İlya Boqdesko 20 aprel 1923-cü ildə Ukrayna SSRin Rıbnitsa şəhərinin Botuşanı kəndində anadan olub. 1951-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1953-cü ildən Moldovada işləmişdir. N.V.Qoqolun "Soroçintsı yarmarkası" (1951), A.S.Puşkinin "Qaraçılar" (1951), Fyodr Dostoyevskinin "Cinayət və cəza" (1972 əsərlərinə və moldav xalq balladası "Maoritsa"ya (1966), Migel de Servantesin "Don Kixot" əsərinə sisilə illüstrasiyalar çəkmişdir (1984—2004). Boqdesko həmçinin "Vətənim" adlı rəngli linoqravür seriyasının (1961—1963), "Ptolomey" (1969), "Söhbət" (1973) linoqravürlərinin, "Konstansa balıqçıları" (1980), "Buludlarda" (1984), "Varlı adaxlı" (1984, "Tacir" (1985) və s. rəngkarlıq əsərlərinin və monumental divar rəsmlərinin müəllifidir.
İlya Kokşintsau
İlya Kokşintsau (27 oktyabr 1992) — Belaruslu taekvondoçu. İlya Kokşintsau Belarusu 2017-ci ildə XXIII Taekvondo üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == İlya Kokşintsau birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Taekvondo üzrə Dünya Çempionatında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Cənubi Sudanın nümayəndəsi Çirilo Aleu Kuot üzərində texniki qələbə ilə qalib gəlsədə, növbəti mərhələdə Braziliyanın nümayəndəsi Adriano Alveş ilə üz-üzə gəldi və rəqibinə 5:9 hesabı ilə uduzdu.
İlya Meçnikov
İlya İliç Meçnikov (rus. Илья Ильич Мечников; 15 may 1845, İvanovka - 15 iyul 1916, Paris) — immun sistemi üzərindəki araşdırmaları ilə tanınan və Nobel mükafatına layiq görülən yəhudi əsilli rus alim. == Həyatı == İlya Meçnikov 15 may 1845-ci ildə İvanovkada anadan olmuşdur. Xarkov Universitetini iki il içərisində bitirərək Almaniyanın Qissen Universitetində Rudolf Leukart (1822-1898) ilə bir il işləmişdir. Daha sonra su canlıları üzərində tədqiqatların mərkəzi olan Neapol şəhərinə gedərək embrion inkişafını öyrənməyə başlamışdır. Almaniyaya qayıdıb Münhen və Qöttingen Universitetlərində hazırladığı teoremini 1867-ci ildə Sankt-Peterburq Dövlət Universitetinə təqdim edərək doktora alan Meçnikov Aleksandr Kovalevski ilə birlikdə Kari Ernst von Bir mükafını qazanmışdır. Eyni il Odessa Universitetində işləməyə başlayan Meçnikov növbəti il Sankt-Peterburq Dövlət Universitetinə göndərilsə də 1870-1882-ci illərdə yenə Odessa Universitetində işləmişdir. 1873-cü ildə birinci arvadının ölümündən və 1880-ci ildə ikinci arvadının ağır xəstələnməsindən sonra iki dəfə intahar cəhdi edən Meçnikov 1882-1886-cı illərdə Messinada özəl araşdırma mərkəzində yad maddələri udaraq məhv edən hüceyrələr üzərində araşdırma aparmışdır. 1886-cı ildə Odessa Bioloji İnstitutunun idarəçisi olmuş, 1888-ci ildə Parisə köçərək həyatının sonuna qədər araşdırmalarını Paster İnstitutunda aparmışdır. 1906-cı ildə London Kral Cəmiyyəti tərəfindən Kopli medalına layiq görüldükdən sonra immun sistemi üzərindəki işlərinə görə 1908-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükfatını Erlixlə bölüşmüşdür.
İlya Novikov
İlya Novikov (rus. Илья Новиков) — rusiyalı hüquqşünas, "Nə? Harada? Nə zaman?" televiziya klubunun oyunçusu. == Peşəkar karyerası == İlya Novikov Rusiya Dövlət Ədliyyə Universitetini fərqlənmə ilə bitirib. 2005-ci ildən orada hüquq və hakimlərin ixtisasının artırılması fakültələrində dərs deyir. 2011-ci ilin avqustundan "Qonçarova, Novikov və tərəfdaşları" hüquq bürosunun baş tərəfdaşıdır. 2013-cü ilin yanvarından "Tenzor Consulting Group" konsaltinq şirkətinin tərəfdaşıdır. Hazırda vəkil statusuna malikdir. Novikovun müştəriləri arasında — rusiyalı jurnalistlərin ölümündə və Ukrayna-Rusiya sərhədinin qeyri-qanuni keçilməsində günahkar bilinən ukraynalı hərbçi Nadejda Savçenko və Moldovada, xüsusilə iri məbləğdə dələduzluqda və pulların yuyulmasında ittiham olunan biznesmen və siyasətçi Vyaçeslav Platon da olub.
İlya Oleynikov
İlya Lvoviç Oleynikov (real soyadı - Klaver) — RF-nin xalq artisti, Sovet-Rus aktyoru, rejissor, «Balaca şəhər», və ya «Şəhərcik» (rus. «Городок») verilişinin aparıcısı. == Həyatı == İlya Oleynikov (Klavyor) 10 iyul 1947-ci ildə Kişinyov şəhərində anadan olub. Oleynikov “Qorodok” proqramının yaradıcısı və aktyoru kimi məşhurlaşıb. İlya Oleynikov bu proqramı 1993-cü ildə Yuri Stoyanovla birlikdə yaratmışdı. 11 noyabr 2012-ci ildə RF-nin xalq artisti İlya Oleynikov 65 yaşında vəfat edib. Oleynikovun oğlu Denis Klyaver "Exo Moskvı"ya bildirib ki, aktyor ağır xəstəlikdən əziyyət çəkirmiş. Son vaxtlar səhhəti çox pisləşibmiş və ürəyi davam gətirməyib.
İlya Petruşevski
İlya Pavloviç Petruşevski (rus. Илья́ Па́влович Петруше́вский; (10 (22) iyun 1898, Kiyev – 1977[…], Leninqrad) ― Sovet şərqşünası, SSRİ-nin Əməkdar Elm Xadimi. Tarix Elmləri doktoru və professor. == Tərcümeyi-hal == 1926-cı ildə Xarkov və Bakı Universitetlərinin tarix-filologiya fakültəsini bitirmişdir. 1926-1931-ci illərdə Bakıda işləmişdir. 1931-ci ildə P. K. Zhoze və Yu. N. Marr, Tiflisdəki SSRİ Elmlər Akademiyası Qafqaz Tədqiqatları İnstitutunda ərəb və fars dillərini öyrənmişdir. 1933-1936-cı illərdə Tiflis Universitetində dərs demişdir. Tarix elmləri namizədi (1935, müdafiəsiz). 1936-1941-ci illərdə SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun Leninqrad filialında işləmiş, regional pedaqoji institutda dərs demişdir.
İlya Qabay
İlya Yankeleviç Qabay (rus. Илья́ Янкеле́вич Габа́й; azərb. İlya Yankeleviç Qabay‎) - Sovet Sosialist Respublikaları İttifaqıda insan hüquqları fəalı kimi fəaliyyət göstərmiş məşhur dissident. Eyni zamanda yazıçı, şair və ədəbiyyat müəllimi kimi müxtəlif fəaliyyətləri də mövcuddur. 1935-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, yəhudi ailəsində anadan olmuşdur. Yazıçı kimi bütün əsərləri Samizdat nəşrlərində çıxmışdır. Samizdat əsərləri 60-70-ci illərdən etibarən SSRİ-də kütləvi və gizli formada yayılmağa başlamış və əsasən dissident yazıçılar tərəfindən yazılan bədii və fəlsəfi əsərlərə deyilirdi. Qabay göstərmiş olduğu fəaliyyələt səbəbindən hər zaman üzərində təziq hiss etmiş və bir necə dəfə həbs olunmuşdur. 1973-cü ilin 20 oktyabr tarixində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən göstərilən təziqlərdən sonra özünü Moskva şəhərində yerləşən evinin eyvanından ataraq intihar etmişdir. Vəsiyyətinə uyğun olaraq cənazəsi Bakı şəhərində yerləşən və Bakı rus məzarlığı kimi tanınan ərazidə dəfn edilmişdir.Qabay eyni zamanda Mustafa Əbdülcəmil Qırımoğlu ilə birlikdə Krım tatarlarının pozulmuş hüquqlarının bərpası üçün mübarizə aparmışdır.
İlya Qrişunin
İlya Qrişunin (d. 17 fevral 1989) — Azərbaycanı təmsil edən Rusiya əsilli batut gimnastı. İlya Qrişunin 2015-ci ildə I Avropa Oyunlarında bürünc medal qazanıb. İlya Qrişunin 2015-ci ildə həmdə "Tərəqqi" medalına layiq görülüb. == Həyatı == İlya Qrişunin 1989-cu il 17 fevralda Rusiyanın Tolyatti şəhərində anadan olub. 1997-ci ildən idmanla məşğul olan İlya Qrişunin ali təhsilini Kuban Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetində alıb. == Karyerası == İlya Qrişunin 2015-ci ildə Azərbaycanı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında təmsil etdi. Sinxron hərəkətlərdə İlya Qrişunin və Oleq Piunov 54.400 xal ilə təsnifat mərhələsində 10 idmançı arasında 9-cu yeri tutdu. Fərdi hərəkətlərdə isə İlya Qrişunin 58.765 xal ilə finalda 6 idmançı arasında 3-cü yeri tutdu və I Avropa Oyunlarının bürünc medalını qazandı.. İlya Qrişunin 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
İlya Qurin
== Həyatı == 9 iyul, 1922-ci ildə Ukraynanın Xarkov şəhərində dünyaya göz açmışdır. Rusiyanın əməkdar incəsənət xadimidir(1974). ÜDKİ-nin "Rejissorluq" fakültəsini bitirmişdir.(1952). Mixail Rommun yaradıcılıq emalatxanasında təhsil almışdır. Böyük Vətən Müharibəsini iştirakçısı olan Qurin 1952-ci ildən Maksim Qorki Adın Kinostudiyada fəaliyyətə başlamışdır. Azərbaycan kinosunda da fəaliyyət göstərmişdir. 8 sentyabr 1994-cü ildə Moskvada vəfat etmişdir. == Filmoqrafiya == Bir məhəllədən iki nəfər (film, 1957) == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
İlya Repin
İlya Repin (rus. Илья́ Ефи́мович Ре́пин, ukr. Ілля Юхимович Рєпін; 24 iyul (5 avqust) 1844[…] – 29 sentyabr 1930[…], Repino[d], Finlandiya) — Ukraynada doğulmuş kazak mənşəli XIX əsr rəssamı. Müxtəlif mənbələrdə həm Ukrayna rəssamı və Rusiya rəssamı kimi təqdim edilir. Peredvijniki Rəssamlar Dərnəyinin üzvü olan Repin əsərlərinin önəmli bir hissəsini anadan olduğu Ukrayna ərazisinə həsr etmişdi. Realist əsərlərinin çoxunda böyük bir psixoloji dərinlik var və bu mövcud sosial quruluşa olan gərginliyi əks etdirir. 1920-ci illərin sonunda haqqında ətraflı yazılar dərc olunmuşdu və təqribən 10 il sonra Repinin əsərlərinə qarşı vurğunluq formalaşmışdı. SSRİ-də Sosialist realizminə mənsub olan incəsənət xadimləri tərəfindən örnək alınması gərəkli olan bir model kimi qəbul olunmuş, fəaliyyəti təqdir olunmuşdur. == Həyatı və fəaliyyəti == İlya Repin 5 avqust 1844-cü ildə indiki Ukrayna ərazisində yerləşən Çuquyev şəhərində rus ailənin övladı olaraq anadan olmuşdur. Atası hərbçi, anası isə müəllimə idi.
İlya Reznik
İlya Raxmieleviç (Leopoldoviç) Reznik (rus. Илья́ Рахми́элевич (Леопольдович) Ре́зник; 4 aprel 1938, Leninqrad) — Rusiya nəğməkar şairi, iş adamı, Rusiya Federasiyasının xalq artisti (2003), Rusiya Bədaye Akademiyasının fəxri üzvü, Ukraynanın xalq artisti (2013).
İlya Safonov
İlya Moiseyeviç Safonov (d. 1909 və ya 1913, Rusiya – ö. 17 mart, 1967) — Sovet İttifaqı Qəhrəmanı (3 iyun 1944). == Həyatı == İlya Safonov 1913-cü ildə Rusiyanın Krasnodar diyarı Kurqan rayonunun Novomixaylovskaya stansiyasında anadan olub. Milliyətcə rusdur. 15 yaşında olarkən Bakıya gəlmişdir. 1943-cü ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kapitan, 320-ci atıcı diviziyanın 478-ci minomyot alayının komandiri İlya Safonov Dnepr çayının alınmasında fərqlənmişdir. 3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin, A. Nevski ordenləri və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.
İlya Selvinski
İlya Lvoviç Selvinski (1920-ci illərdə Elliy-Karl və İlya-Karl Selvinski təxəllüsünü istifadə etmişdir, müharibə dövrünün sənədlərində – İlya-Karl Lvoviç; 1899–1968)– 12 (24) oktyabr 1899, Simferopol – 22 mart 1968, Moskva)— krımçak mənşəli rus-sovet şairi. Həmçinin dramaturq və nasir kimi fəaliyyət göstərib. Konstruktivistlər ədəbi mərkəzinin təsisçisi və rəhbəri. == Həyatı == İlya Selvinski (anadan olanda Selevinski)1899-cu il 12(24) oktyabrda Simferopolda türk soylu krımçak ailəsində dünyaya göz açmışdır. Babası Elya(Elioqu) Şelevinski Fanaqoriya alayının kantonisti olub. Atası Leyba Elşaeloviç Selevinski (gündəlik həyatda Lev İliç və Lev Solomonoviç; ?–1923, Moskva), 1877-ci ildə Rus-türk müharibəsində iştirak etmiş, sonralar dəri və xəz ticarəti ilə məşğul olmuşdur. Anası – Nadejda(Nexa) Lvovna Selvinskaya (1856–1938), külü Yeni Donski qəbiristanlığında dəfn edilmişdir. İlya Lvoviçin avtobioqrafiyasında(1967) da qeyd olunduğu kimi onun atası "xəzçi idi, sonra isə kürkçüyə çevrildi". 1905-ci ildə süqut edən dalğalardan qaçan ana, kiçik oğlu və qızları ilə birgə İstanbula getməli olur. Burada 1905–1906-cı illərdə İlya fransız katolik missiyasında, sonra Edikulda bir ərəb məktəbində oxuyur, bir neçə ay sonra isə Simferopola qayıdırlar.
İlya Sen
İlya İqoreviç Sen (14 yanvar 1999-cu ildə Belarusda anadan olub) — Belarus Premyer Liqası təmsilçilərindən olan BATE Borisov klubunda hücumçu kimi çıxış edən peşəkar Belaruslu futbolçudur. == Klub karyerası == === BATE Borisov === Sen BATE Borisov akademiyası vasitəsilə inkişaf etmişdir. Sen öz peşəkar karyerasında debütünü 11 iyul 2018-ci ildə Energetik–BDU klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Yasse Tuomineni əvəz etmiş və 101-ci dəqiqədə qolla yadda qalmışdır. Belarus Kuboku görüşündə BATE rəqibinə 2–1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 7 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belarus Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == İlya Sen at WorldFootball.net İlya Sen — transfermarkt.com saytında.
İlya Seqaloviç
İlya Seqaloviç (rus. Илья́ Валенти́нович Сегало́вич; 13 sentyabr 1964, Nijni Novqorod, RSFSR, SSRİ[…] – 27 iyul 2013, London, İngiltərə, Birləşmiş Krallıq) — məşhur Rusiyalı proqramçı və ictimai xadim; Yandex.ru portalının — internet axtarış sisteminin təsisçisi. Həmçinin "Rus dilinin milli korpusu" informasiya-məlumat sisteminin həmtəsisçisi kimi də tanınır. == Həyatı == İlya Seqaloviç 13 sentyabr 1964-cü ildə Qorki (indiki Nijni Novqorod) şəhərində dünyaya gəlib. O, ali təhsilini 1981–1986-cı illərdə Moskva Geoloji Kəşfiyyat İnstitunun geofizika fakültəsində alıb. Seqaloviç institutu bitirdikdən sonra Ümumittifaq Mineral Xammal İnstitutunda proqramçı işləyir. Burada "Fortran" geofiziki informasiya sistemlərini yazır. 1991-ci ildə sinif yoldaşı Arkadi Volojun təsis etdiyi telekommunikasiya avadanlıqları tədarük edən "CompTek" şirkətində işləməyə başlayır. Voloj bu şirkətin əsasını 1989-cu ildə qoyub. Seqaloviç İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu ilə əməkdaşlıq edərək, gərgin əmək sayəsində CompTek şirkətində axtarış lüğəti yaradır.
İlya Suxişvili
İlya İliç Suxişvili (gürc. ილია (ილიკო) ილიას ძე სუხიშვილი;4 (17) aprel 1907, Tiflis – 24 mart 1985, Tbilisi) — Sovet, gürcü rəqqası (balet artisti), xoreoqraf, baletmeyster. Sosialist Əməyi Qəhrəmanı (1990), SSRİ xalq artisti (1963). == Həyatı == Milliyyətcə osetin olan İlya Suxişvili 1907-ci il martın 22-də (4 aprel) Tiflisdə anadan olub.1922–1924-cü illərdə Gürcü Xalq Rəqsləri Studiyasında (indiki Tbilisi Xoreoqrafiya Məktəbi) (müəllim A. Q. Aleksidze) və Mariya Perinin rəhbərliyi ilə balet məktəbində təhsil almışdır. İlya Suxişvili 1924-cü ildə səhnədə gürcü xalq rəqslərinin ifaçısı kimi debüt edib. O, 1926-cı ildən Tiflis Opera və Balet Teatrının truppasının rəqqası olmuş, tamaşalarda gürcü xalq rəqslərini ifa etmişdir. Suxişvili 1928–1932-ci, 1935–1939-cu və 1941–1945-ci illərdə Tiflis Opera və Balet Teatrında aparıcı rəqqası (balet solisti) və gürcü rəqslərinin rejissoru olub. 1933–1935-ci illərdə Dövlət Akademik Böyük Teatrda təcrübə keçmişdir. Anton Rubinşteynin "Cin" operasının, Mixail Qlinkanın "Ruslan və Lyudmila" operasının, Sezar Puninin "Balaca donqarlı at" baletinin tamaşalarında rəqs etmiş, eyni zamanda teatrda xoreoqraf köməkçisi kimi fəaliyyət göstərmişdir. K. Qoleyzovski teatrında və Moskva Teatr Məktəbində təhsil almışdır.
İlya Vekua
İlya Vekua (gürcü: ილია ვეკუა, rus. Илья́ Не́сторович Ве́куа; 23 aprel (6 may) 1907, Şeşeleti[d], Kutaisi quberniyası, Rusiya imperiyası – 2 dekabr 1977, Tbilisi, SSRİ) tənliklər, tək inteqral tənliklər, ümumiləşdirilmiş analitik funksiyalar, elastik qabıqların riyazi nəzəriyyəsi və qismən differensial üzrə ixtisaslaşmış görkəmli gürcü riyaziyyatçısı olmuşdur. . İlia Vekua 1907-ci ildə Gürcüstanın Sheshelety kəndində anadan olub. Zuqdididə məktəbi bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin fizika-riyaziyyat şöbəsinə daxil olmuşdur. Vekua 1930-cu ildə universiteti bitirmiş və 1940-cı ildə orada professor olmuşdur. Eyni zamanda Steklov Riyaziyyat İnstitutunun direktor müavini (1954 – 1959), Novosibirsk Dövlət Universitetinin ilk rektoru (1959 – 1964), Gürcüstan Elmlər Akademiyasının prezidenti müavini (1964 – 1965) və GMEA-nın prezidenti olmuşdur (1972 – 1977). 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Vekua Stalin mükafatına (1950), Lenin mükafatına (1963), SSRİ Dövlət mükafatına (1984), üç Lenin ordeni və " Şərəf nişanı" ordeni ilə təltif edilmişdir . Əvvəllər Sovet İttifaqının nüvə silahı proqramında iştirak edən Suxumi ( Abxaziya ) yaxınlığında, indi Tbilisidə / Gürcüstanda yerləşən Suxumi Fizika və Texnologiya İnstitutu da onun adını daşıyır. == Həmçinin bax == Gürcüstan Milli Elmlər Akademiyası Süleyman Mixlin Rusiya İmperiyası Tbilisi Dövlət Universiteti == Xarici keçidlər == Gürcüstan Milli Elmlər Akademiyası == Qeydlər == == İstinadlar == Mgaloblishvili, L. I., Три президента Академии Наук Грудзии.
İlya Yorqa
İliya Yorqa(Serbcə: Ilija Jorga) (d. 15 noyabr 1899, Nyu-York, Nyu-York ştatı) — Serbiyalı döyüş sənəti ustasıdır, Doktor İliya Yorqa (10 -cu dan qara kəmər sahibi), Məşhur Fudokan karate stilinin qurucusu, General-leytenant ali hərbi rütbəli zabit, İdman Tibb Elmləri Doktoru, Belqrad Universitetində keçmiş fiziologiya professoru, karate üzrə təlimçi və Avropa və dünya çempionatlarında qazandığı çoxsaylı medallarla Yuqoslaviya və Avropanın məşhur çempionu, 1968 -ci ildən 1980 –ci il tarixinədək Yuqoslaviya karate milli komandasının seçicisidir. Dünya Fudokan Federasiyasının (WFF) İcraçı Prezidenti, döyüş sənəti ilə bağlı on iki kitabın müəllifidir. == Dr.Prof. İlya Yorqa haqqında == Dr. İliya Yorqa (Serbcə: Ilija Jorga) — Serbiyalı döyüş sənəti ustası, (10 -cu dan qara kəmər sahibi), Məşhur Fudokan karate stilinin qurucusu, General-leytenant ali hərbi rütbəli zabit, İdman Tibb Elmləri Doktoru, Belqrad Universitetində keçmiş fiziologiya professoru, karate üzrə təlimçi və Avropa və dünya çempionatlarında qazandığı çoxsaylı medallarla Yuqoslaviya və Avropanın məşhur çempionu, 1968 -ci ildən 1980 –ci il tarixinədək Yuqoslaviya karate milli komandasının seçicisidir. Dünya Fudokan Federasiyasının (WFF) İcraçı Prezidenti, döyüş sənəti ilə bağlı on iki kitabın müəllifidir. Karatenin o dövrdə çox populyar olmasına baxmayaraq, Yaponiyanın bu milli xəzinəsində daha dərin bir məna axtaran, fiziki çərçivədən kənara çıxan və bu intizamı sənətə yaxınlaşdıran çox az adam var idi. 1960-1970 -ci illərdə bu Yapon döyüş sənətinə olan həvəs, film sənayesi tərəfindən də stimullaşdırılırdı çox sayda insan üçün tameshivari Yapon döyüş sənəti ilə sinonim idi. O dövrdə mütləq kateqoriyada Avropa çempionu olan professor Yorqa üçün karate təhsili insanın yaradıcı prosesinin bir bir parçası idi ki, bu isə öz növbəsində yaradıcı impulsu, ixtiraçılıq ruhunu, təxəyyülü və təxəyyülün və azadlığın inteqrasiyası deməkdir.Sensey Yorganın karate aləmində sonrakı bütün uğurlarını izah edən əsas sirr budur.
İlya Çavçavadze
İlya Qriqoryeviç Çavçavadze (1837-1907) — Gürcü şairi, publisisti, knyaz. == Həyatı == İlya Qriqoryeviç Çavçavadze (1837-1907) XIX əsrdə Gürcüstanda milli-azadlıq hərəkatının ideyalarını ifadə edən şəxlərdən olub. Yeni gürcü ədəbiyyatının banisi hesab olunan Çavçavadze peşəkar gürcü teatrının fəaliyyətinin bərpası, ədəbi və teatr tənqidinin formalaşmasından ötrü müstəsna xidmətlər göstərib. Çavçavadze sosial-demokratlar tərəfindən hazırlanmış sui-qəsdin qurbanı olub. == Fəaliyyəti == == Yaradıcılığı == == Kəlamları == Gürcü yazıçısı və mütəfəkkiri İlya Çavçavadze Rusiyanın ali məmurlarına müraciətində belə yazmışdı: "Zati-aliləri, erməni əhalisinin mərkəzi rus torpaqlarında məskunlaşdırılmasına icazə verməyin. Ermənilər elə zaddırlar ki, bir neçə on il rus ərazisində yaşadıqdan sonra dünyaya car çəkəcəklər ki, bu torpaqlar, guya ki, onların ata və babalarınındır". Məşhur gürcü şairi və publisisti İlya Çavçavadze bu iyrənc yalanları və ermənilərin gürcülərə qarşı tarixi-arxeoloji təcavüzlərini ifşa edərək yazırdı: "Onlar bizim adımızı biabır etməklə, bizi milli ləyaqətimizdən məhrum etməklə kifayətlənməyib, bizi dünyadan sıxışdınb çıxarmaq üçün qanla boyanmış tariximizi də, salnamələrimizi də, tarixi xatirə və abidələrimizi də, tarixi sərvətlərimizi də danırlar, müxtəlif fırıldaqlarla öz adlarına çıxırlar".
İlya Çaşnik
İlya Qriqoreviç Çaşnik (1902–1929) — rus rəssamı. == Həyatı == İlya Çaşnik 1902-ci ildə Rusiya İmperiyasında, Lucynda (hazırda Ludza, Latviya) yəhudi ailəsində anadan olub. İlya Çaşnik səkkiz qardaş və bacıları arasında ən kiçik olan idi və son uşağın doğulmasından sonra ailə Vitebskə köçdü. O, 1919-cu ildə Vitebsk İncəsənət Məktəbində oxudu. Onun müəllimləri arasında Mark Şaqal, Kazimir Maleviç və El Lisiçkiy var idi. 1920-ci ildə "UNOVİS" ("Утвердители нового искусства") rəssamlar qrupuna üzv oldu. 1919–1922-ci ildə Vitebsk və Smolenskdəki Oktyabr İnqilabının ildönümündə şəhərin dizayn işlərinə qatıldı. 1921–1922-ci ildə Moskvada keçirilən sərgilərdə iştirak etdi. 1922-ci ildə o, İnstitutu bitirib və Petroqrada getdi. 1922–1923-cü illərdə dizayn, reklam və afişa işləri yaratmağa başladı.
İlya İlf
İlya Arnoldoviç Faynzilberq (İlf) (3 (15) oktyabr 1897, Odessa, Rusiya imperiyası – 13 aprel 1937[…], Moskva[…]) — Sovet yazıçısı. == Həyatı == 1913-cü ildə texniki məktəbi bitirmişdir. Bir müddət jurnalist, redaktor işlədikdən sonra 1923-cü ildə Moskvaya köçən İlya İlf peşəkar ədəbiyyatçıya çevrilmişdir. Əsasən həmkarı Yevgeni Petrovla birgə yazdığı "12 Stul" və "Qızıl buzov" romanları ilə bütün SSRİ-də məşhurlaşmışdır.
İlya İlin
İlya Aleksandroviç İlin (anadan olub 24 may 1988-ci ildə, Qızılorda, Qazaxıstan SSR) — Qazaxıstan ağır atleti, üç müxtəlif çəki dərəcəsində dördqat dünya çempionu (2005 - 85 kq, 2006 və 2011 - 94 kq-a qədər, 2014 - 105 kq-a qədər), yeniyetmələr arasında iki qat dünya çempionu (2005 - 85 kq-a qədər, 2006 - 94 kq-a qədər) ), 94 kq çəki dərəcəsində (2006 və 2010) iki qat Asiya Oyunlarının çempionu. İki çəki dərəcəsində dörd dünya rekordçusudur (-94 kq; −105 kq). 2008 və 2012-ci illərdə Olimpiya Oyunlarında qızıl medal qazandı, lakin sonra dopinq qəbuluna görə mükafatlarından məhrum olundu. Dörd dəfə dünyanın ən yaxşı ağır atleti kimi tanındı (2005, 2006, 2014, 2015). Qazaxıstan Respublikasının əməkdar idman ustasıdır. Uğurlu çıxışlarına görə "Kurmet" ordeni ilə təltif edildi. İlk məşqçilərindən biri Viloriy Viktoroviç Pak idi. == Dopinq skandalı == 15 iyun 2016-cı ildə Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə İlyin London Olimpiya Oyunlarında aldığı dopinq testlərinin müsbət nəticələrinə görə müvəqqəti olaraq idman fəaliyyətindən uzaqlaşdırıldı. Nümunədə anabolik steroid preparatlar - stanozolol və dehidroxlormetiltestosteron tapıldı. İyunun 18-də Beynəlxalq Ağır Atletika Federasiyası İlyinin Pekin Olimpiadasındankı dopinq testinin də müsbət olduğunu bildirdi: stanozolol tapıldı.
İlya İvanov
İlya İvanoviç İvanov (rus. Илья́ Ива́нович Ивано́в; 20 iyul (1 avqust) 1870, Şiqrı[d], Kursk quberniyası[d], Rusiya imperiyası – 20 mart 1932, Almatı, Qazaxıstan MSSR, SSRİ) — süni mayalanma və heyvanların növlərarası hibridləşdirilməsi sahəsində ixtisaslaşmış rus və sovet bioloqu idi. Üç dişi şimpanzeni insan sperması ilə toxumlayaraq insan meymun hibridini yaratmaq üçün mübahisəli cəhdləri ilə məşhurdur (nəticəsiz). == Tərcümeyi-halı == İlya İvanoviç İvanov, Rusiyanın Kursk quberniyasının Şiqrı şəhərində anadan olub. 1896-cı ildə Xarkov Universitetini bitirmiş və 1907-ci ildə tam professor olmuşdur. Askania-Nova təbiət qoruğunda, Dövlət Təcrübə Baytarlıq İnstitutunda (1917–1921, 1924–1930), Ev Heyvanlarının Reproduksiyası Tədqiqatı Mərkəzi Təcrübə Stansiyasında (1921–1924) və Moskva Ali Zooteknik İnstitutunda (1928–1930) tədqiqatçı kimi işləmişdir. 20-ci əsrin əvvəllərində İlya İvanov süni mayalanma və at yetişdirmə üçün praktiki istifadəsini mükəmməlləşdirdi. Bu texnologiyanın bir ayğının 500-ə qədər dişi dölləməsini (təbii gübrələmə ilə 20–30 əvəzinə) təmin etdiyini sübut etdi. Nəticələr həmin zaman üçün sensasiyalı idi və İvanovun stansiyasına dünyanın bir çox yerindən at yetişdirənlər gəlirdi. Sovet elmi dünyasında ümumi bir siyasi sarsıntı zamanı İvanov və primat tədqiqatları və təcrübələrində iştirak edən bir sıra elm adamları mövqelərini itirdilər.
İlza Kox
İlza Kox (1906–1967) — nasist cəlladı. İlza Kox Almaniyanın Drezden şəhərində fəhlə ailəsində anadan olmuşdur. İkinci Dünya Müharibəsi zamanı öz qəddarlığı ilə tarixdə qalmışdır. == İlza Koxun cinayətləri == İlza Kox əsirlərin dərilərini soyduraraq qurudur və onlarla otağını bəzəyirdi. Onun bir sadistliyi də bədənində döymə olan əsirləri dərhal ölümə göndərməsi idi. Döymə dərilər quruduqdan sonra onlardan yataq otağındakı çarpayının, stolun və digər əşyaların üstünü örtmək üçün istifadə edirdi. Əri Karl da ondan geri qalmırdı. O da əsirlərə olmazın işgəncələr verirdi. Buhenvaldda içində vəhşi heyvanlar saxlanan kiçik bir heyvanat bağı vardı. Bu əsir düşərgəsindən bir təsadüf nəticəsində sağ çıxmağı bacaran Morris Hubert sonralar məhkəməyə şahid qismində verdiyi ifadəsində belə demişdi: "Düşərgədə içində ayı və bir qartal olan qəfəs vardı.
Alqa
Alqa (qaz. Алға — irəli) — şəhər, Qazaxıstanın Aqtöbe vilayətinin Alqa rayonunun inzibati mərkəzi. == Tarixi == 1930-cu ildə S.M. Kirov adına Aqtöbe kimya zavodunun inşası zamanı ortaya çıxdı (Aqtöbe fosforit hövzəsindəki filiz əsasında fosfor gübrələri, mikroelement gübrələri və s. istehsalı). 10 fevral 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti “2. Kazak Muxtar Sovet Sosialist Respublikasının aşağıdakı yaşayış məntəqələrini, onlara yeni adların verilməsi ilə, fəhlə qəsəbələrinə çevirmək: a) Aktubey vilayətinin Klyuçevoy rayonunda, Aktyubximstroyun inşaat sahəsində yeni yaranmış yaşayış məntəqəsi - işlək əraziyə. Alqa qəsəbəsi ”. Alqa kəndi 1961-ci ildə bir şəhərə çevrildi. == Coğrafiyası == Son beş ildə şəhərin rifahının inkişafı və yaxşılaşdırılması nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. 2016-2018-ci illərdə bir neçə çoxmərtəbəli bina tikilib istifadəyə verilmişdir.
Inga
İnqa (lat. Inga) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Olqa
Olqa — ad. Olqa (knyaqinya) — Böyük Knyaqinya. Olqa Kotovska — Ukraynalı marafonçu. Olqa Budina — rusiyalı teatr və kino aktrisası. Olqa Korbut — Belaruslu gimnast. Olqa Buzova — Rusiya müğənnisi.
İlqar
İlqar — Kişi adı və təxəllüs. İlqar Məmmədovİlqar Məmmədov (riyaziyyatçı) — Azərbaycanlı alim. İlqar Məmmədov (siyasətçi) — siyasətçi, Respublikaçı Alternativ hərəkatının sədri. lqar Məmmədov (hərbçi) — Ali Hərbi Məktəbin rəisi.
İnqa
İnqa (lat. Inga) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
İrqa
İrqa (lat. Amelanchier) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
9K38 İqla
9K38 İqla (rus: Игла́) Rusiya/Sovet istehsalı yer-hava tipi, daşına bilən zenit-raket kompleksi. Bu zenit-raket kompleksi düşmənin alçaqdan uçan hava hədəflərini məhv etmək üçün istifadə olunur. ABŞ tərəfindən SA-18 adlandırılır. İlk variantı 9K310 İqla-1 və ya SA-16 Gimlet adlanır, 1983-cü ildə Sovet ordusunun silahlanmasına qəbul olunub. Ən son variantı isə 9K388 İqla-S və ya SA-24 Grinch adlanır. Ən müasir versiya olan İqla-S Rusiya ordusu tərəfindən 2004-cü ildən etibarən istifadə olunur, həmçinin Azərbaycan ordusunun da silahlanmasında yer alır. 1974-cü ildə SSRİ-nin silahlanmasına daxil edilən "Strela-3" ZRK-dan fərqli olaraq İqla üzərində quraşdırılan mürəkkəb istilik ölçən başlığı hədəfdən yayılan infraqırmızı diapazon dalğaların sayəsində onu dəqiqliklə məhv edir. == Variantları == İqla-1E - İxrac variantı İqla-1M - 9K38 İqlanın modernizasiya olunmuş variantı. 1980-ci illərin sonunda Sovet ordusunda xidmətə daxil olub. İqla-1D - Paraşütçülər və xüsusi təyinatlılar üçün hazırlanmış variant.
Fortuna Liqa
Fortuna Liqa - Çex Respublikasının ən yüksək futbol liqasıdır. Liqada 18 komandadan biri çempionluğundan sonra UEFA Çempionlar Liqasına, 2 -ci və 3 -cü sıradakı komanda isə UEFA Avropa Liqasına çıxır. Liqanın sonunda son iki yerin sahibləri Çex 2 - ci Liqasına düşür.
Girdəyarpaq irqa
Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
Inga allenii
Inga allenii (lat. Inga allenii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga amboroensis
Inga amboroensis (lat. Inga amboroensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga andersonii
Inga andersonii (lat. Inga andersonii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga approximata
Inga approximata (lat. Inga approximata) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga aptera
Inga aptera (lat. Inga aptera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga arenicola
Inga arenicola (lat. Inga arenicola) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga augusti
Inga augusti (lat. Inga augusti) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga balsapambensis
Inga balsapambensis (lat. Inga balsapambensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bella
Inga bella (lat. Inga bella) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bicoloriflora
Inga bicoloriflora (lat. Inga bicoloriflora) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bijuga
Inga bijuga (lat. Inga bijuga) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga blanchetiana
Inga blanchetiana (lat. Inga blanchetiana) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bollandii
Inga bollandii (lat. Inga bollandii) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga borbonica
Albizia lebbeck (lat. Albizia lebbeck) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Sinonimləri == Acacia lebbeck (L.) Willd. Acacia macrophylla Bunge Acacia speciosa (Jacq.) Willd. Albizia latifolia B. Boivin Feuilleea lebbeck (L.) Kuntze Inga borbonica Hassk. Inga leucoxylon Hassk. Mimosa lebbeck L. Mimosa lebbek L. (orth.var.) Mimosa sirissa Roxb. Mimosa speciosa Jacq. Pithecellobium splitgerberianum Miq.
Inga bracteifera
Inga bracteifera (lat. Inga bracteifera) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga bullata
Inga bullata (lat. Inga bullata) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.