Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
RIPE NCC
RIPE NCC (fr. Réseaux IP Européens və ing. Network Coordination Centre; İnternet Adların Avropa üzrə Qeydiyyat Qurumu) — dünyadakı 5 regional internet-registratorundan (ing. Regional Internet Registries, RIRs) biri. Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir hissəsinə xidmət edir. Məhz bu təşkilat Azərbaycan üzrə İnternet adların paylanması ilə məşğul olan qurumu müəyyənləşdirir. RIPE NCC-nin xidmət etdiyi region üzrə 70-dən artıq ölkədə 7038 üzvü var (2010).
İrbe boğazı
İrbe boğazı(est. Kura kurk, latış. Irbes jūras šaurums‎) - Sirvesyaer yarımadasını (Saaremaa adası Estoniya) Kurzem yarımadasından (Latviya) ayırır. İki dövlətin sərhəddini təşkil edir. Əsas limanı Ventspilsdir. Sərt qış ayları boğaz donur. 1915-ci ilin 8 avqustunda Birinci Dünya Müharibəsinin qanlı dəniz döyüşlərindən biri baş vermişdir. Belə ki, Rusiya donanmasının Slava , Alman donanmasının isə Nassay və Rozet gəmiləri arasında baş vermişdir. Eni 33 km, uzunluğu 65 km təşkil edir.
İrle Xan
İrle Xan - türk və altay mifologiyasında ölülər ilahı. Yeraltında yaşayır. Yeraltındakı evi qırx köşelidir. Evinin qarşısındakı doqquz şam ağacına doqquz oğlu atlarını bağlar. Bəzən Erlik Xan ilə eyni tanrı olaraq düşünülər. Özünə qonur (qəhvəyi) rəngli bir atla qonur (qəhvəyi) rəngli bir inək qurban edilir. == İrle xanın qızı == Altay inancına görə pis ruhlar daim yer altında yaşayırlar və yer üzünə isə ancaq qara bir tülkü kimi çıxa bilərlər. Bu pis ruhların ən məşhuru da İrle xanın qızıdır. Bu qız, ovçu və döyüşçüləri arxasına taxaraq onları müxtəlif fəlakətlərə sürüyən şeytanı bir varlıqdır. Ovçular saatlarla ov arxasınca qaçıb yorularlar və sonunda özləri ovlanarlar.
İrpen çayı
İrpen çayı (ukr. Ірпінь) — Ukraynadakı çay, Dneprin sağ qolu. İrpen drenaj və nəmləndirmə sisteminin bir hissəsidir və onun əsas kanalıdır. == Təsvir == İrpinin uzunluğu 162 km-dir və İrpin şəhərindən axır. Su toplama hövzəsinin sahəsi 3340 km²-dir. Mənbəyini Jitomir vilayətinin Yaropoviçi kəndindən götürür. Mənbənin hündürlüyü dəniz səviyyəsindən 195,6 m-dən yuxarıdır. Çayda iki su anbarı qurulmuşdur: Lesnoye və Kornino şəhər tipli Kornina qəsəbəsinin yaxınlığında yerləşir. Suyun nasoslarının Dnepr çayındakı Kiyev su anbarının səviyyəsinə qalxdığı Kozaroviçi kəndi yaxınlığında bitir. Mənsəbinin hündürlüyü dəniz səviyyəsindən 97 m hündürlükdədir.
İrle xan
İrle Xan - türk və altay mifologiyasında ölülər ilahı. Yeraltında yaşayır. Yeraltındakı evi qırx köşelidir. Evinin qarşısındakı doqquz şam ağacına doqquz oğlu atlarını bağlar. Bəzən Erlik Xan ilə eyni tanrı olaraq düşünülər. Özünə qonur (qəhvəyi) rəngli bir atla qonur (qəhvəyi) rəngli bir inək qurban edilir. == İrle xanın qızı == Altay inancına görə pis ruhlar daim yer altında yaşayırlar və yer üzünə isə ancaq qara bir tülkü kimi çıxa bilərlər. Bu pis ruhların ən məşhuru da İrle xanın qızıdır. Bu qız, ovçu və döyüşçüləri arxasına taxaraq onları müxtəlif fəlakətlərə sürüyən şeytanı bir varlıqdır. Ovçular saatlarla ov arxasınca qaçıb yorularlar və sonunda özləri ovlanarlar.
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi. Kəndlər Arpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd. Digər Arpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Hirbə
Hirbə – Midiyanın ən böyük şəhərlərindən biri. Təxminən Midiyanın gücləndiyi dövrlərdə inşa edilmiş şəhər hökmdar şəhəri qədər zəngin və dəbdəbəli olmuşdur. Şəhərin yeri haqqında mənbələrdə məlumat verilmədiyindən onun harda yerləşməsi hələ də naməlumdur. Dəməşqli Nikolayın əsərinn dövrümüzə çatmış hissələrində Hirbə Midiyanın Persiaya yaxın ərazisində yerləşən şəhər kimi təsvir olunur. Hər halda Dəməşqli Nikolay şəhərin nəhəng imperiyanın məhz Midiya ərazisində yerləşdiyini qeyd edir. Şəhərin davam edən axtarışları hələ də uğurlu bir nəticə verməmişdir. Tarixçilərin əksəriyyəti Hirbə şəhərinin də digər Midiya şəhərləri kimi mühüm strateji ərazidə salındığını güman edirlər. Madaylar və farslar arasında Harpaq və II Kirin rəhbərliyi ilə keçirilən ilk döyüş də məhz Hirbə şəhəri yaxınlğında olmuşdur. Ktesi qeyd edir ki, II Kir maday qoşununu bilərəkdən Hirbə şəhərinə yönəltmişdi. Ola bilsin ki, Kir Hirbə döyüşündə Midiya Persia sərhəddində yerləşən mühüm strateji əhəmiyyəti olan bu şəhəri ələ keçirməyi planlaşdırmışdı.
İlçə
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur. Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
İran-İraq müharibəsi
İran–İraq müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas), İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) — İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980–1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir. Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdır. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır. == Müharibənin səbəbləri == İki dövlət arasındakı vəziyyət 1959-cu ildə İraqda baş verən üsyandan və İraqın SENTO təşkilatından çıxmasından sonra daha da gərginləşir. 1975-ci il martın 6-da OPEK-in Əlcəzairdə keçirilən konfransında İran şahı Məhəmməd Rza Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn arasında Şəttül-Ərəb (Ərvəndrud) çayının yatağı boyunca İran-İraq sərhədinin müəyyənləşdirilməsi barədə müqavilə imzalandı. Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi.
İran-İraq savaşı

İraq–İran münasibətləri
İran–İraq münasibətləri — İran və İraq arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 1599 km təşkil edir. İran Bağdadda səfirlik, Bəsrə, Süleymaniyə, Ərbil və Kərbəlada konsulluq, İraq isə Tehranda səfirlik, Kirmanşah, Əhvaz və Məşhəddə konsulluğa sahibdir. == Tarixi == Bu iki ölkə İqtisadi Əməkdaşlıq Təşkilatı cərçivəsində bir-biri ilə müttəfiq olmuşdur, ancaq BƏƏS partiyasının hakimiyyətə gəlməsi ilə İraqda vəziyyət dəyişir. İran inqilabından sonra Səddam Hüseyn qonşu ölkənin neft sahələrini ələ keçirməkdən ötrü onu ərazisinə soxulur. Bununlada İran-İraq müharibəsi baş verir. Müharibə 8 il davam etsədə tərəflər heç bir üstünlük əldə edə bilmirlər. Müharibə İraq iqtisadiyyatını laxladır. 1991-ci ildə isə Körfəz müharibəsi zamanı İran müharibədə iştirak etmir, ancaq Səddam Hüseynə qarşı vuruşan şiə fəallarını silahlandırır. 2003-cü ildə ABŞ rəhbərliyi altında koalisiya qüvvələri İraqa daxil olur.
İran–İraq müharibəsi
İran–İraq müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas), İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) — İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980–1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir. Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdır. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır. == Müharibənin səbəbləri == İki dövlət arasındakı vəziyyət 1959-cu ildə İraqda baş verən üsyandan və İraqın SENTO təşkilatından çıxmasından sonra daha da gərginləşir. 1975-ci il martın 6-da OPEK-in Əlcəzairdə keçirilən konfransında İran şahı Məhəmməd Rza Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn arasında Şəttül-Ərəb (Ərvəndrud) çayının yatağı boyunca İran-İraq sərhədinin müəyyənləşdirilməsi barədə müqavilə imzalandı. Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi.
İran-İraq müharibəsi (1980-1988)

İran-İraq müharibəsində ermənilərin iştirakı
İran–İraq müharibəsində ermənilərin iştirakı (fars. ارمنی‌ها در جنگ ایران و عراق‎; erm. Հայերը Իրանա-իրաքյան պատերազմում) — 1980–1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi dövründə əsasən İran tərəfdən iştirak etmiş ermənilərin sözügedən müharibədəki fəaliyyətini əks etdirməkdədir. İran erməniləri İranda yaşayan ikinci ən böyük qeyri-müsəlman icmadır. Ölkədə yaşayan 400 minlik bəhai icmasından sonra sayları təxminən 70–100 min arasında dəyişən iran erməniləri əsasən ölkənin mərkəzi ostanlarında və xüsusi ilə Tehran şəhərində yaşamaqdadırlar. 1980-ci ildə Səddam Hüseyn rəhbərliyindəki İraqın İranda baş vermiş İran İslam İnqilabından sonra İrana hücum etməsi və səkkiz davam edən müharibə İranda 188 min əsgər və mülkü şəxsin ölümü ilə nəticələnmişdir. Həlak olan şəxslər arasında ölkənin əksəriyyətini təşkil edən müsəlmanlardan əlavə qeyri-müsəlman icmaların nümayəndələri də vardı. == Tarixi == 1980-ci ilin sentyabr ayında İraqın İrana hücumu ilə başlayan və səkkiz il davam edən İran-İraq müharibəsi ölkədə yüz minlərlə insanın cəbhələrə səfərbər edilməsi və bir o qədərdə şəxsin könüllü olaraq döyüşlərə qatılması ilə nəticələnmişdir. İranda sonuncu şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətinə qarşı başladılan İran İslam İnqilabı zamanı ölkənin erməni, zərdüşt və assuriyalı icmaları əvvəlcə tərəfsiz mövqe tutmağa çalışsalar da, zamanla üstünlüyün inqilabçıların əlinə keçdiyini görüb onlara yaxın maraqlardan çıxış etməyə başlamışdılar. 1981-ci ildə İsfahan şəhərində yerləşən erməni məhəlləsi Yeni Culfadakı kilsənin baş rahibi, eyni zamanda iran ermənilərinin mənəvi dini rəhbəri hesab olunan Koriyon Papyan öz çıxışlarında İranın müdafiəsi məqsədilə düşmənə qarşı mübarizə aparmağın əhəmiyyətindən danışmağa başlamış və zamanla İranı sözügedən müharibədə dəstəkləyən əsas qeyri-müsəlman dini icma rəhbərlərindən birinə çevrilmişdir.
İran–İraq müharibəsində ermənilərin iştirakı

İlmə
Xalça toxunarkən, ümumiyyətlə, iki ərişə bir ilmə salınır. İlmə salınarkən yun ip iki ərişə dolanıb düyünlənir, qalan iki ucu isə xalçanın xovunu yaradır. == İlmə növləri == İlmə iki hissədən ibarətdir: 1. Düyün hissəsi 2. Uc hissələr (düyünün ucları (buna qanad da deyirlər)). İlmənin ucları –qanadlarına ilmətoxunuşun uzunluğu da deyirlər. İlmənin uzunluğu xalçada sıxlığın aşağı olması ilə də əmələ gəlir. Məsələn, sıxlıq 40x40 olduqda ilmənin uzunluğu 25–28 mm, sıxlıq 35×35 olduqda isə, ilmənin uzunluğu 30–35 mm ola bilir. == İlmə sıxlığı == Xalça toxunmazdan qabaq ona sərf olunacaq yun ipin, ərişin, arğacın qədərini, sıxlığını, xovunun qalınlığını bilmək, hesablamaq çox vacibdir. Bunun üçün əvvəlcə 1 m²-də ilmələrin sayını bilmək lazım gəlir.
İmrə
İmrə , Yaz başlanğıcında Cemreyi (yeddi gün ara ilə əvvəl hava, sonra su və torpaqda meydana gəldiyi sanılan istilik artımını) təşkil edən cin. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulqarlarda Zemire olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemre sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər. İlk Cemre 20 Fevralda havaya və yeddi gün ara ilə də suya və torpağa düşər. Zemre isə Qumuq Türkcəsində nəm, buxar kimi mənalara gəlir.
İncə
== Yaşayış yerləri ==
İpək
İpək — tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplar və bu saplardan toxunan qiymətli parça. == İpək parça == Ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək olmuşdur. İpək parça istehsalı uzun texnoloji proses olmaqla barama açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmizlənir, rənglənir və nəhayət ipək sap alınması ilə başa çatır. İpək və ipək məmulatından təkcə parça kimi deyil, eləcə də rabitədə, tibbdə və musiqi alətlərinin hazırlanmasında da geniş istifadə olunur. XIX əsrə qədər ipəkçilik və xam ipək istehsalı Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini tutub. Azərbaycanda ipəyin meydana çıxması və əhalinin təsərrüfat məişətində möhkəm yer tutması ölkənin orta əsr toxuculuğunda ciddi irəliləyişə səbəb olmuşdur. == İpəyin istehsalı == İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Daha sonra ipəkqurdu bəslənilərək barama əldə edilir. Qızğın buxar və ya qazanda qaynadılmış su vasitəsilə baramanın içindəki pupun boğulması ipək istehsalının zəruri ünsürüdür. Pupun boğulması prosesi başa çatdıqdan sonra "mancanaq" adlanan dəzgahda baramaaçma prosesi başlayır.
İrak
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
İraq

İrqa
İrqa (lat. Amelanchier) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
İrşi
İrşi - türk və altay xalq inancında və xalq mədəniyyətində pəri. Cisimsiz dişi varlıq. Bütün dünya mifologiyalarında fərqli adlarla iştirak edər. Çox vaxt yaxşı varlıqlardır. Çox gözəl qız bir qılığına bürünür. Lakin əslində nə gözü, nə qulağı, nə burnu, nə saçı olmayan bir canlıdır. Nağıl qəhrəmanı igidlərlə evlənərlər. Bəzən də onları görünməz edən sehrli köynəkləridir. Təpəgözün anası bir pəridir. Bəzən iye anlayışı ilə ekvivalent olaraq istifadə edilər.
İrəc
İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə İrəcin oğlu Mənuçöhr əmilərini öldürür və atasının qisasını alır.
İradə
İradə — subyektin fəaliyyət və davranışının tənzimlənməsini həyata keçirən fenomen. İradə əsasən məqsədlərin yaradılması (formalaşdırılması) və onlara nail olmaq üçün daxili səylərin cəmlənməsinə cavabdehdir. İradə nə fiziki, nə emosional, nə də həmişə şüurlu insan fəaliyyəti deyil; lakin seçilmiş fəaliyyətin məqsədinin dəyər xüsusiyyətlərini göstərən fəaliyyətdir. Könüllü hərəkətlər edən insan impulsiv istəklərə müqavimət göstərir. İradi davranış iki əsas komponentə bölünür — qərar qəbul edilməsi və onun sonrakı həyata keçirilməsi. Lakin hərəkətin məqsədilə qərar qəbul etmək ehtiyacı arasında uyğunsuzluq varsa, bu vəziyyət çox vaxt seçim aktı ilə müşayiət olunur və ya psixoloji ədəbiyyatda adət olduğu kimi, bu vəziyyəti motivlərin mübarizəsi adlandırmaq olar. Şəxs tərəfindən seçilmiş qərar sonradan müxtəlif psixoloji şəraitdə həyata keçirilir. Belə şərtlərin spektri qərar qəbul etmək üçün kifayət olan anlardan başlaya bilər və bu seçimdən sonra sonrakı hərəkət sanki öz-özünə baş verir. Bu psixoloji model üçün boğulan uşaq nümunəsini göstərə bilərik, onu xilas etmək üçün yalnız cəsarət toplamaq lazımdır və yalnız bundan sonra vəziyyət "avtomatik" rejimə keçir. Könüllü davranış və seçimin həyata keçirilməsinə bəzi güclü ehtiyacın qarşı çıxdığı şərtlər də var.
İREX
IREX (International Research & Exchanges Board) — beynəlxalq qeyri-kommersiya təşkilatı olub təhsilin keyfiyyətinin yüksəldilməsi, müstəqil medianın gücləndirilməsi və plüralist vətəndaş cəmiyyətinin inkişafı məqsədilə liderlik və innovativ proqramlar təklif edir.
İnçə
İnçə (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. İnçə (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
İran
İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdır İran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi.
ARTE
ARTE (fr. Association relative à la télé européenne) — Fransa və Almaniyanın ortaq televiziya kanalı Mərkəzi Strasburqda yerləşir. ARTE kanalı Avropanın əksər ölkələrində 14 fərqli dildə yayımlanır.
Arze
Arze (fr. Arzay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyenn. INSEE kodu — 38016. Kommunanın 1999-cu il üçün əhalisi 169 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 560 ilə 2064 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Aspe
Aspe (isp. Aspe) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 70,9 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 20360 nəfərə çatmışdır.
Erkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). == Etimologiya == (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Girdə
Girdə — Azərbaycan Respublikasının Ağsu rayonunun Xanbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağ yaylasındadır. Kənd yaxınlığındakı Girdə dağın adı ilə adlandırılmışdır.
Grep
grep — mətn verilənindən requlyar ifadəyə uyğun nəticəni tapıb, çıxartmaq üçün istifadə olunan komandadır. İlk versiyası Unix əməliyyat sistemi üçün yaradılmışdır. Hal-hazırda bütün *nix əməliyyat sistemlərində istifadə olunur. grep açılımı — global regular expression print (qlobal requlyar ifadələri çap et) şəklindədir.
Harpe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
İEEE
Elektrotexnika və Radioelektrotexnika Mühəndisləri İnstitutu (Institute of Electrical and Electronics Engineers, IEEE) – rabitənin fiziki səviyyəsini və OSI/ISO modelinə uyğun olan lokal şəbəkədə kanalın səviyyəsini göstərən IEEE 802 standartının işləyib hazırlanması sayəsində məşhurlaşmış mühəndis gəlişdirmələri və elektronika sahəsində peşəkarların təşkilatı. 1963-cü ildə ABŞ-nin IAEE və IRE cəmiyyətlərinin birləşməsi nəticəsində yaranıb. 160 ölkədə 400 000-dən çox üzvü var. Texniki konfranslara, simpoziumlar və seminarlara təşkilatçılıq və sponsorluq edir, böyük nəşr və təhsil fəaliyyəti ilə məşğul olur. 1 yanvar 1963-cü ildə radioelektronika və elektrotexnika üzrə standartların hazırlanması sahəsində dünya lideri, texnika sahəsi üzrə mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan Elekrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE – Institute of Electrical and Electronics Engineers) əsası qoyulmuşdur. IEEE 1912-ci ildə yaradılmış Radiotexniklər İnstitutu (ing. Institute of Radio Engineers) və 1884-cü ildə yaradılmış nun (ing. American Institute of Electrical Engineers) birləşdirilməsi nəticəsində meydana gəlmişdir. IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnikası və informatikada elmi fəaliy-yətin təşkili və inkişafı üçün mütəxəssislərə informasiya və maddi dəstəyin verilməsi, onların nəticələrinin cəmiyyətin xeyrinə istifadəsi, həmçinin IEEE-nin üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. IEEE və onun qurucu təşkilatlarının tanınmış başçıları Elihu Tomson (AIEE, 1889–1890), Aleksandr Graham Bell (AIEE, 1891–1892), Charles Proteus Steinmetz (AIEE, 1901–1902), Robert H. Marriott (IRE, 1912), Lee De Forest (IRE, 1930), Frederick E. Terman (IRE, 1941), Villiam R. Hevlett (IRE, 1954), Ernst Veber (IRE, 1959; IEEE, 1963) və İvan Getting (IEEE, 1978).
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
İlçe
İlçə (türk. İlçe) — Türkiyənin inzibati-ərazi bölgüsünə əsasən ildən (vilayət) sonra gələn inzibati idarə vahididir yəni inzibati bölgüdə ilçə ikinci yeri tutur. İlçə daha çox rayon bölgü vahidinə yaxındır, çünki ilçələr də öz daxilində belde, kənd, qəsəbə, "mahalle" və "semtlerden" ibarət ola bilər. Ayrıca hər bir ilçəyə seçki yoluyla ilçə bələdiyyə başqanı seçilir. Vilayət (il) bir neçə ilçədən ibarət olur. Yeni bir ilçənin qurulması və ya var olanın ləğv edilməsi sadəcə qanunla ola bilər. Vilayət (il) mərkəzi də bir ilçəni təşkil edir və buna mərkəz ilçə deyilir. Böyükşəhər (Büyükşehir) qurulan vilayət mərkəzlərində mərkəz ilçə anlayışı olmur. Abdullah Gülün təsdiqlədiyi 6 mart, 2008 tarixli 5747 saylı qərarına əsasən əhalisi 2 min nəfərin altına düşən 862 bəldə ləğv olundu və 43 yeni ilçə quruldu. Bu qanunla Adanada 2, Ankarada 1, Antalyada 5, Diyarbakırda 4, Ərzurumda 2, Əskişəhərdə 2, İstanbulda 8, İzmirdə 2, Kocaelində 6, Mersində 4, Sakaryada 4 ve Samsunda 3 yeni ilçə qurulmuş oldu.
Ərkə
Ərkə - türk və altay mifologiyasında ayartıcı tanrıça. İrke xanım da deyilir. Başdan çıxarıcı tanrıçadır. Nazlı olaraq təyin olunur. Erke Sultan (Erkə Solton) da deyilir. Ülgene qurban təqdim etmək üçün göyə çıxarkən kamı (şamanı) yolundan uzaqlaşdırmağa çalışan pis mələk / ruh. Bəzi Türk boylarında Erlikin iki qızından biri olduğuna inanırlar (Digəri Kiştəydir). == Etimologiya == (Ər/Er/Erk/Erh) kökündən törəmişdir. Güclü, qüvvətli deməkdir. İşvə, cilvə, naz məzmununa da malikdir.
Ərpi
Ərpi — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Ərşə
Ərşə kəndi — Qarabağın Arazbar qəzasında qərar tuturdu. Orta çağda feodal ara savaşları səbəbiylə dağıdılıb. XVIII əsr el şairi Aşıq Lələ deyir: 1727-ci ilə aid Osmanlı qaynağında bu qədim yurd yeri haqqında yazılır: "Arasbar qəzasına tabe olan Ərşə kəndi. Kənddə heç kim yaşamır. Otuziki tayfasından Eymirli oymağı burada əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq sahibinə verir. Dənli bitkilərdən əldə edilən gəlir: 47.000 ağça". XVIII əsrin əvvəllərində Otuziki elinin Ozan oymağı da bu yurdda binələyirmiş. Avşar elinin Ərşəli adlı oymağı, Ərdəbil yörəsində, Muğanda Ərşə adlı nahiyə vardı.
Arxe
Arxe (q.yun. ἀρχή — "başlanğıc, təməl, mənşə; birinci səbəb, prinsip") — Sokrataqədərki qədim yunan fəlsəfəsində dünyanın əsasını təşkil edən birinci prinsip, ilkin substansiya, ilkin element. Aristotel bu termindən ilk filosofların təlimlərini xarakterizə etmək üçün istifadə etmişdir. Fales üçün su arxe rolunda çıxış edir (ən "formasız" maddə, element kimi). Anaksimandrda arxe — apeyrondur (q.yun. ἄπειρον — hüdudsuz və ya qeyri-müəyyən) — hər hansı konkret bir şey olmayan, özlüyündə "heç nə" olan, lakin dörd elementi və müəyyən şeylərin bütöv bir dünyasını doğuran birinci element. Anaksimendə arxe "qeyri-müəyyən hava"dır (q.yun. ἀήρ ἄπειρος — aer (və ya airos) apeiros). Onun fikrincə, hava həm qeyri-müəyyən, həm də müəyyəndir. Konsepsiya ziddiyyəti izah etmək cəhdi kimi ortaya çıxmışdır: əsas prinsip müəyyən bir şey olmamalıdır ki, hər şey ondan qaynaqlana bilsin (axı, müxtəlif şeylər müxtəlif müəyyənliklərə malikdir, çox vaxt bir-birinə ziddir, məsələn, soyuq və isti), lakin müəyyən bir şeydən nəyinsə yarana bilməsi üçün bu bir şeyin artıq bir növ əminliyi olmalıdır.
Arne
Arne — ad. Arne Tiselius — isveç kimyaçısı. Arne Jensen — Tonqalı oxatan.