Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı. Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi. SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.
Kaşık adası
Kaşık adası (türk. Kaşık adası; yun. Πίτα νήσος) və ya Pita adası — Türkiyənin şimal-qərbində, Mərmərə dənizində yerləşən ada. == Haqqında == Ada Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. Adaya ən yaxın yerləşən ada qərbindəki Burqazadadır. 600–700 metr uzaqlığında Heybəli ada yerləşir. İnzibati cəhətdən İstanbulun Adalar bələdiyyəsi tərəfindən idarə olunur. Adaya bərə ilə səyahət etmək mümkün deyil. Sahəsi 0,008 km2-dır. Əvvəllər adadan sürgün yeri kimi istifadə olunub.
Orxan Vəli Kanık
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Kamik
Kamik (lat. Camicus, q.yun. Καμικός) — Siciliyada yaşayan sikanların paytaxtı. Bu, yunan mifologiyasında Dedalın sikan padşahı Kokal üçün tikdiyi qaladır. Kamikin yeri müasir arxeoloqlar tərəfindən Sant-Ancelo-Muksaro olaraq müəyyən edilmişdir. Keçmiş istehkamlı yaşayış məntəqəsinin yalnız iki fraqmenti bu günə qədər qalmışdır. Buna baxmayaraq, yaxınlıqda aşkar edilmiş nekropol tunc dövründə burada böyük yaşayış məntəqəsinin mövcudluğundan xəbər verir.
Kasik
Kasike — Latın Amerikası ölkələrində Hindu əhalisinin başında duran ağsaqqal. Kolumböncəsi Bahama, Antil adaları yerli qəbilələrinin başçılarının qəbul etdikləri titul. İspanların bölgəyə gəlməsi ilə bütün Amerika yerlilərinin başçılarına bu ad deyilməyə başlandı. Titulun qadın forması "kasika"dır. Müasir dövrdə, Latın Amerikası və İberiya ölkələrində siyasətdə gücdən istifadə edənlərə "kasikeçi" deyirlər.
Katib
Katib – müəllif və ya başqa adamların xahişi ilə əsərləri gözəl xətlə yazan, yaxud hökmdarların, varlı ziyalıların sifarişi ilə əsərlərin üzünü köçürən şəxsdir. Şərqdə onlara – xoşnəvis, müstənsix, Qərbdə– kalliqraf, deyirdilər. Kitab çapı ixtira olunana qədər ədəbi əsərlərin qorunub yaşamasında və yayılmasında katiblərin mühüm xidməti olmuşdur. Katiblərin bir çoxu kitab üçün yazı ləvazimatı (qələm, mürəkkəb, rəng və s.) hazırlamış və əlyazma kitabına cild də çəkmişdir.
Katiu
Katiu (fr. Katiu) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Makemo atolundan 25 km şimal-şərqdə, Raevski adalarından 13 km şimalda yerləşir. == Coğrafiya == Atollun sahəsi 27 km²-dir. Daxilində laqun vardır. Laqun okeanla kiçik boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 285 nəfər yaşayır. Hitianau əsas yaşayış məntəqəsidir. == Tarixi == Ada 1820-ci ildə rus dənizçisi Faddey Bellinshauzen tərəfindən kəşf edilir.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Çatı katı: Həyatda müharibə
Kətik
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar.
Çatı katı: Həyatda müharibə (teleserial, 2020)
Çatı katı: Həyatda müharibə (kor. 펜트하우스; Penteuhauseu, ing. The Penthouse: War in Life) — Lee Ji-ah, Kim So-yeon, Eugene, Um Ki-joon, Park Eun-seok və Yoon Jong-hoonun rol aldığı Cənubi Koreya televiziya serialı. Serialın premyerası 26 oktyabr 2020-ci ildə SBS-də olub.
Kapik (Salmas)
Kapik (fars. كاپيك‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 592 nəfər. yaşayır (110 ailə).
Katib Məmmədov
Məmmədov Katib Səfər oğlu — azərbaycanlı heykəltaraş, pedaqoq, dosent, Ukraynanın xalq rəssamı, Beynəlxalq Repin Premiyasının laureatı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının üzvü (1997), "Ukrayna Azərbaycanlılar Konqresi"nin üzvü (1999), Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvü (TSPX) (2008). == Həyatı == Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub. Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo… Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən Leninqrada oxumağa getmək arzusu ilə Vətənə qayıdır.
Katib Çələbi
Katib Çələbi (əsl adı Mustafa bin Abdullah, 1609[…], Konstantinopol – 6 oktyabr 1657, Konstantinopol) — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası. Din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur. == Həyatı == Katib Çələbi dünyəvi elmlərlə dini elmləri birləşdirməkdə şöhrət qazanmış türk dünyasının görkəmli coğrafiyaşünaslarından biridir. Əsərlərinin bir hissəsi başqa mənbələri araşdırmaqla başa gəlsə də, "Cahannüma" əsəri ilə coğrafiya tarixində özünəməxsus yer tutur. Bu əsərdə o Yapon adalarından başlamış Ərzurum və İraq sərhədlərinə qədər ölkələr haqqında məlumatlar verir. Əsər bu ərazilərdə yerləşən xalqların adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti, təbiəti haqqında verilən zəngin məlumatlarla fərqlənir. Katib Çələbi öz dövrünün bir çox Avropa alimlərindən irəli gedərək dünyanın kürə şəklində olması fikrinin tərəfdarlarından olmuşdur. "Dünyanın hansı tərəfindən baxırsansa o, kürə kimi görünür" kimi fikir söyləyən İbrahim Haqqı (1703-1780) da Günəş, planetlərin hərəkəti, Günəş və Ay tutulmalarını izah edərkən Çələbinin "Cahannüma" əsərindən kifayət qədər istifadə etmişdir. == Əsərləri == "Kəşfüz-Zünun an Esamil-Kütüb vəl-Fünun": Ərəbcə yazılmış on beş minə yaxın kitab və on minə yaxın müəllifi tanıdan böyük bir bioqrafik ensiklopediyadır. Misirdə, Almaniyada və İstanbulda nəşr edilmiş, latın dilinə tərcümə edilmişdir.
Stana Katiç
Stana Katiç (serb-xorv. Stana Katić, ing. Stana Katic 26 aprel 1978, Hamilton, Ontario) — Serb-xorvat mənşəli kanadalı aktrisa, Kasl televiziya serialındakı detektiv Keyt Bekket rolu ilə tanınır. Katiç Kanadanın Ontario vilayəti, Hamilton şəhərində anadan olub. Atası serb, anası xorvat əsillidir. Yuqoslaviyadan Kanadaya köçmüşlər. Milliyyəti haqqında danışan Stana deyir: "Valideynlərim Xorvatiyadan olan serblərdir. Bizi Dalmatiyalı adlandırıram". Atası Vrlicdən, anası Sindəndir. Daha sonra Katiç ailəsi ilə Aurora şəhərinə (İllinoys, ABŞ) köçür.
İsmayıl Katib
İsmayıl Novruz oğlu Zeynalov (25 mart 1898, Qıraq Kəsəmən, Qazax qəzası – 1938)— şair, 1934-cü ildən AYB-nin üzvü. İsmayıl Novruz oğlu 1898-ci il martın 25-də Azərbaycanın Qazax qəzasının Qıraqkəsəmən kəndində anadan olmuşdur. İlk təhsilini birdərəcəli kənd məktəbində almışdır. Qazax Qəza Partiya Komitəsinə birinci katib seçilmişdir (1922). Moskvada Ali partiya məktəbində təhsil almışdır. Zaqafqaziya ölkə komitəsinin və MİK-in üzvü olmuşdur (1922–1932), Tovuz, Lənkəran, Nuxa, Sabirabad və s. rayonlarda partiya komitəsinin katibi, icraiyyə komitəsinin sədri, Ağdaş partiya komitəsinin birinci katibi, Azərbaycan Dövlət Nəşriyyatında direktor (1934–1937) vəzifələrində çalışmışdır. 03 iyul 1938-ci ildə cəza tədbirləri dövründə vəfat etmişdir.
Katie Duqlas
Katrin Emili Duqlas (ing. Kathryn Emily Douglas, 19 oktyabr 1998) — kanadalı aktrisa.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından == Həyatı == Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Kati Kovaç
Kati Kovaç (tam adı: Kati Kovaç, mac. Kati Kovács; 25 oktyabr 1944, Verpelet[d], Xeveş[d]) — Macarıstan pop-rok müğənnisi, söz yazıçısı və aktrisa, Ferens List və Koşut mükafatları laureatı. Macarıstanın ən populyar müğənnisi olan Kovaç musiqi albomları, mükafatları və ölkə daxili və xaricində təqdimatları, beynəlxalq səviyyədə tanınması ilə bərabər bu günə qədər çox aktiv bir karyeraya malikdir. Kovaç macar musiqi tənqidçiləri tərəfindən təriflənən çox güclü mezzo-soprano səsi ilə tanınır: tənqidçilər onu "Macarıstanın ən yaxşı qadın səsi" adlandırırlar. O, opera, rok, caz, pop, rəqs, blüz və rok-n-roll janrlarında ifa edə bilir. == Fəaliyyəti == Kovaç səhnəyə ilk dəfə 1962-ci ildə çıxmışdır. O, milli səviyyədə ilk dəfə 1965-ci ildə Macarıstanın "Ki mit tud?" adlı seminal televiziya istedad şousunda qələbə qazandığı zaman məşhur olmuşdur. Bir il sonra, 1966-cı ildə Macarıstanda keçirilən televiziya rəqs musiqi festivalını qazanan "Sənin oyuncağın olmayacağam" (mac. Nem leszek a játékszered) mahnısı ilə bir az daha böyük uğurlara imza atdı. 1968-ci ildə bəzi filmlərdə, məsələn, "Gün keçdi" (mac.
Mirzə Məhəmməd Katib
Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu Allahquliyev (1827, Şuşa – 1889, Şuşa) – şair Mirzə Məhəmməd bəy Məşədi Bayram bəy oğlu 1827-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Katib təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-Fərəmuşan" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus və erməni dillərini də tamam-kamal öyrənmişdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Salman Mümtaz Katibi kamil sənətkar kimi oxuculara təqdim etmişdi. Mirzə Məhəmməd Katib 1889-cu ildə vəfat edib. Ənvər Çingizoğlu, Allahqulu ağanın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2010, № 6, səh.9–14.
KATV1
KATV1 — Azərbaycanda kabel televiziyası və internet provayder şirkətidir. Bu brendi "AG Telekom" MMC təqdim edir. KATV1 brendi 2005-ci ildə yaradılıb. == Mükafatlar == "Humay” milli mükafatının 25-ci təqdimat mərasimində “AG Telekom” MMC "KATV1” kabel televiziya operatoruna "Azərbaycan televiziyasının inkişafına verdiyi töhvələrə görə, abunəçilərə göstərilən yüksək və keyfiyyətli xidmətinə görə" mükafat təqdim edilib.
Kalış
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Kandık
Eritronium cinsi yunancadan tərcümədə "qırmızı" deməkdir. "Kandık" isə soğanağının formasının it dişinə oxşadığına görə (lat. canis- it deməkdir) adlandırılmışdır. Bitkilər yabanı halda Cənubi Avropada, Qafqazda, Asiyada və Şimali Amerikanın mülayim iqlimli rayonlarında bitir. Onların gülçülükdə 15 növündən istifadə olunur və 2 növ bağ forması xüsusilə geniş yayılmışdır: Sibir eritroniumu (E. sibiricum) yarpaqlarında qırmızı-qonur xalları olan çoxillik bitkidir. Çiçəkləri sallaq, tək, bənövşəyi - çəhrayı, bəzən ağ rənglidir. Avropa eritroniumu (İt dişi) (E. denscanis) hündürlüyü 30 sm, çəhrayı gövdəli və yarpaqlarında al-qırmızı xalları olan bitkidir. Çiçəkləri çəhrayı, bənövşəyi, bəzən ağdır. Kandık yarımkölgəli, daşlıq yerlərdə yaxşı bitir. Yüngül, nəm torpaqlar yararlıdır.
Katax
Katax — İrəvan quberniyasının Sürməli qəzasında dağ adı. Eranın əvvəllərindən başlayaraq Azərbaycan və Еrmənistan ərazisində Katak, Katuk formalarında toponimlər də geniş yayılmışdır. VII əsrə aid mənbədə Albaniyanın Artsak əyalətində bir mahalın Tuç=Katak adlandığı göstərilir . Bu mahal Kürün sol sahilinin Xaçın və Qarqarçay hissəsini əhatə etmişdir. “Alban tarixi”ndə bu ad еrmənicə yazılışda “y” səsinin əlavəsilə Katayk kimidir. XVII əsrdə Dağlıq Qarabağda Kötüklü kəndinin adında qalmışdı. Digər tərəfdən, İndiki Еrmənistan ərazisində İndi içərisindən Zəngiçay axan bir əyalət də V əsrdən Katak (еrmənicə yazılışda Katayk) kimi mə’lumdur. Bütün orta əsrlər boyu İrəvan əyalətinin bir mahalı Katayk, sonra Zəngibasar adlanmışdır. Hər iki Katak toponimi еranın əvvəllərində Cənubi Qafqazda məskunlaşmış türkmənşəli pеçеnеqlərin Katak tayfasının adını əks еtdirir. X əsrdə Cənubi Rus çöllərində yaşamış pеçеnеqlərin bir tayfası Tun=Katay adlanırdı Qazaxlarda, qaraqalpaqlarda, özbəklərdə, başqırdlarda, qırğızlarda Kataq, katak tayfaları ilə pеçеnеqlərin Katak tayfası mənşəcə еynidir.
Katet
Katet — düzbucaqlı üçbucağın düz bucağı əmələ gətirən tərəflərin hər biri adlanır.
Katex
Katex — Azərbaycan Respublikasının Balakən rayonunun Katex kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır. == Coğrafiyası və iqlimi == Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir. == Əhalisi == == İqtisadiyyatı == Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur. == Din == Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
Kathak
Kathak (hindi : कथक) Şimali Hindistana məxsus olan klassik rəqs üslubudur. Bu rəqsdə sürətli ayaq hərəkətləri, fırlanmalar və əl hərəkətləri vacibdir. Hər rəqs bir hekayədən danışır. Keçmişdə “kathaka” adlı nağılçılar mifləri, mifoloji hekayələri rəqs hərəkətlərinin müşayiəti altında danışırdılar. Məhz bu rəqslərə əsaslanaraq hekayələrin danışılması ənənəsi nəsildən-nəslə keçmiş və günümüzə qədər gəlib çatmışdır.
Katod
Katod (yunanca χάθοδος - aşağıya hərəkət) — məbənin mənfi qütbü (qalvanik elementin, elektrik batareyası və s.) və ya cərəyanın mənfi qütbünə qoşulmuş hər hansı bir qurğunun elektrodudur. Elektroliz prosesi zamanı (məhluldan elementlərin alınması və onların sabit elektrik cərəyanı altında əriməsi) katod mənfi qütbdür, onun üzərində metalın bərpası baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir. == Mənbə == Qarayev, Z. Qeyri-üzvi kimya. Bakı: Maarif, 1983, 436s.
Katos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. == Mədəniyyəti == 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur.
Kaxək
Kaxək — İranın Rəzəvi Xorasan ostanının Günabad şəhristanının Kaxək bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,015 nəfər və 1,252 ailədən ibarət idi.
Kayak
Kayak və ya eskimos qayığı — eskimoslar, aleutlar və başqa Arktika xalqları tərəfindən istifadə edilən qayıq növü. Hal-hazırda turizm və idman məqsədləri üçün istifadə edilir. Onların materialları dəniz axımına qarşı bir-birindən fərqlənir. Qayıqlar ağacdan hazırlanır. Onun bir çox plastik növləri də mövcuddur.
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Kazım
Kazım — Kişi adı.
Kasıb
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Katya
Katya — qadın adı. Katya Sambuka — Rusiya müğənnisi. Katya Chilly — ukraynalı müğənni, musiqiçi və bəstəkar. Katya Dorner – alman siyasətçi. Katya Rimann — alman aktrisa.
Atik Validə məscidi
Qədim Validə məscidi və ya külliyəsi (müftiliyin qeydlərinə görə Atik Validə məscidi) (türk. Atik Valide Camii, Eski Valide Camii) — İstanbulun Üsküdar mahalının hakim mövqeli ərazisi Toptaşının zirvəsində II Səlimin həyat yoldaşı və III Muradın anası Afifə Nurbanu Validə Sultanın istəyi ilə Memar Sinan tərəfindən inşa edilmişdir. Məscid, mədrəsə, təkkə, xəstəxana, darülhədislər, darülkurra, ibtidai məktəb və aşxanadan ibarət olan obyekt Memar Sinanın tikdirdiyi və bir parçası günümüzə gəlib çatmış külliyə olaraq qəbul edilir. Memar Sinanın tikdirdiyi məscid onun vəfatından sonra tələbəsi Davud Ağa tərəfindən genişləndirilib. Nəhayət, II Mahmudun dövründə köhnə İstanbul evlərinə bənzəyən və ayrıca girişi olan sultanın köşkü və mahfil də əlavə edilmişdi. Tikintinin tarixi 1570-1579-cu illərə təsadüf edir və 1583-cü ildə Memar Sinanın tələbəsi Davud Ağa tərəfindən genişləndirilmişdir. == Tarixi == Atik Validə məscidi (adının tərcüməsində Sultan Anasının Qədim məscidi) İstanbulun ən geniş məscid komplekslərindən biri idi. Sultan II Səlimin həyat yoldaşı və varisi III Muradın anası Nurbanu Sultan üçün tikilmişdir. Qadınlar səltənəti kimi tanınan dövrdə Osmanlı imperatorluğunu hərəmxanadan effektiv şəkildə idarə edən ilk etibarlı sultan idi. Atik Validə məscidlərinin tikintisi və təmiri üçün, 1583-cü ildə fond yaradılmışdır.
Bizim katib (film, 1972)
Bizim katib qısametrajlı sənədli filmi rejissor Niyazi Bədəlov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. == Məzmun == Film Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuşdur. Kinoportretdə raykom katibinin gündəlik işi, qayğıları öz əksini tapmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Katib Mehmed Əmin Paşa
Katib Mehmed Əmin Paşa (v. may 1753, Qahirə) — I Mahmud dönəmində 2 il 5 ay 28 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == İzzî, Târih, İstanbul 1199, vr. 209b-210a, 214a-b, 260b-261b, 274a, 275b; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ (Hadîkatü’l-vüzerâ içinde), s. 76–78; Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 74; Sicill-i Osmânî, IV, 239–240; İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1945, II, 316; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 333–334; Danişmend, Kronoloji2, IV, 33; V, 59; N. Jorga, Osmanlı İmparatorluğu Tarihi (trc. Nilüfer Epçeli), İstanbul 2005, IV, 374.
Sultan Sultanov (birinci katib)
Sultan Teymur oğlu Sultanov (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937). 1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir. 1937-ci ildə Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. 1937-ci il oktyabr ayının 22-dən 1938-ci ilin yanvarına qədər Azərbaycan Kommunist (bolşevik) partiyasının Mərkəzi Komitəsinin Büro üzvü vəzifəsini icra edir. Çox çəkmir ki, "əksinqilabçı-millətçi" damğası ilə həbs edilərək güllələnir.
Yaqub Məmmədov (birinci katib)
Yaqub Cəlal oğlu Məmmədov (1938, Qızılağac, Göyçay rayonu – 16 mart 1986) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Laçın Rayon Komitəsinin birinci katibi (1981–1986), Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1981). Yaqub Cəlal oğlu Məmmədov 1938-ci ildə Göyçay rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə rayondakı "Bolqarıstan" kolxozunda kolxozçu kimi başlamışdır. Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra beş il müəllim işləmiş və Qızılağac kənd orta məktəbinin direktoru olmuşdur. 1972-ci ildə Yaqub Məmmədov partiya işinə irəli çəkilmiş və Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin təlimatçısı, şöbə müdiri, sonra isə katibi olmuşdur. 1977-ci ildən Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləmiş, paralel olaraq Bakı Ali Partiya Məktəbinin qiyabi şöbəsini bitirmişdir. 1981-ci ilin oktyabr ayında Azərbaycan KP Laçın Rayon Komitəsinin birinci katibi seçilmiş və həyatının sonunadək bu vəzifədə çalışmışdır. Yaqub Məmmədov 1963-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Ali Sovetin Mandat komissiyasının üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Azərbaycan KP Təftiş Komissiyasının üzvü seçilmişdir.
Əli Quliyev (birinci katib)
Quliyev Əli Şəfi oğlu (2 avqust 1918, Maştağa, Bakı qəzası – 16 dekabr 1971) – partiya və dövlət xadimi, Qonaqkənd Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin deputatı (1951–1954). == Həyatı == Əli Quliyev 1918-ci il avqust ayının 2-də Maştağada anadan olmuşdur. 1928-ci ildə 128 saylı məktəbə getmiş, sonralar 187 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə "Abşeron kolxozçusu" qəzetindən başlamışdır. Burada ədəbi işçi kimi çalışmışdır. Kənd zəhmətkeşləri haqqında yazdığı məqalə, oçerk, reportaj və zarisovkalarla özünə diqqət çəkmiş, Maştağa Rayon Komsomol Komitəsinə işə götürülmüş, komitənin şöbə müdiri vəzifəsində işləmişdir. 1939-cu ildə Azərbaycan Pedaqoji İnstitutunda təhsil almağa başlamış, istehsalatdan ayrılmamış, vaxtilə bitirdiyi 187 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri kimi fəaliyyət göstərmişdir. 1941-ci ilin yanvar ayında Maştağa Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur. Böyük Vətən müharibəsi başladığına görə bu vəzifədə qısa müddət çalışmış, cəbhəyə yollanmış və ordu sıralarında alman faşistlərinə qarşı savaşmışdır. Səhhətindəki problemlərə görə hərbi xidmətdən erkən tərxis edilmişdir.
Atik Mustafa Paşa Məscidi
Atik Mustafa Paşa Məscidi — və ya Kristos Pantepoptes Kilsəsi, İstanbulun mahalı. Orta Bizans dövrünə aid olan binanın köhnə adı “Kristos Pantepoptes”dir. Konstantinopolda binalar ya Sərbəst Xaç plan növü ilə, ya da Qapalı Yunan Xaçı plan növü ilə tikilirdi. Kristos Pantepoptes plan növü Kvadrat daxilində Xaç Planı və ya Qapalı Yunan Xaçı adlanır. == Tarixi == Binanın tarixi ilə bağlı bəzi şayiələr var.Onlardan biri; Xəlifənin bayraqdarı olan Cabirin növbəti fəth üçün Konstantinopola gəldiyi, fəth zamanı öldüyü və burada dəfn edildiyi ilə bağlıdır. İstanbulun fəthi zamanı kilsənin vəziyyəti məlum deyil. Bəyazit dövründə bina məscidə çevrilmişdir. Məscidin içərisində Şərqi Roma dövrünə aid heç bir bəzək yoxdur. 1957-ci ildə Amerika Bizans İnstitutu tərəfindən binanın cənub tərəfindəki ağartma təbəqəsinin altından tapılan freskaların Ayios Kosma, Hagios Damianosa aid olduğu müəyyən edilmişdir.
Erdeni-batır
Erdeni-batır (Batır-xuntayci; d.? - ö.1653) — Cunqar xanlığının ilk hakimi. Hakimiyyət illəri (1634-1653). == Həyatı == Erdeni-batır Oyrotların Çoros ulusundandır. Xara-xulanın dördüncü oğlu və vəliəhdidir. 1634-cü ildə atasının vəfatından sonra Çoros tayfa ittifaqına başçılıq etmişdi. 1640-cı ildə Erdeni-batırın təşəbbüsü ilə Tarbaqatayın ətəyində ümummonqol qurultayı baş tutmuşdu. Onun dövründə oyratlar Şərqi Yeddisuyu ələ keçirmişdilər. Erdeni-Batır xuntaycı, Xoşutların lideri Oçirtu ilə yaxşı münasibətlər qurararaq Cunqar xanlığı içərisindəki birliyi möhkəmləndirmişdi. Bu doğrultuda Zaysan və Balxaş gölü çevrəsi, İli və Çü bölgəsi, Oçirtunun hakimiyətinə buraxıldı.
Kadın (jurnal)
Kadın (azərb. Qadın‎) — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı. == Tarix == 1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 26 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Asır Matbaası"nda nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu. Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Bab-ı Ali kitab mağazalarından biri olan "İkbal" və "Cemiyet" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi. Jurnalın redaksiya heyəti əsasən "Genç Kalemler" redaktorlarından ibarət idi.
Aktiv
Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi "balance sheet" sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur: (a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər; (b) ticarət investisiyaları – "qız" və ya birgə kompaniyalara investisiyalar; (c) "fixed" aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər; (d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s. aktivlərin dəyərinin qiymətləndirilməsi Torpaq sahəsinin qiymətləndirilməsi gəlirlilik və istifadəyə yararlılıq meyarları əsasında həyata keçirilir. Bundan əlavə olaraq torpaq təbii resursdur, buna görə də onu müxtəlif məqsədlərə nail olmaq üçün istifadə olunacaq alət qismində də qəbul etmək olar, bu məqsədlərin gəlir əldə etmək ilə bağlı olması mütləq deyil. İstənilən digər məhsul kimi, hər şeyin öz dəyəri var və bu dəyər zamandan asılı olaraq dəyişə bilər. Ona görə də torpaq və əmlakın dəyərləndirilməsi cari ana uyğun olaraq (hazırkı bazar qiymətləri ilə) həyata keçirilir. Torpaq və torpaq sahələri aşağıdakı hallarda qiymətləndirmə zamanı ekspertin iştirakını tələb edir: 1. Bankda torpaq sahəsini girov qoymaqla kredit götürmək tələb olunursa; 2. Torpağı satmaq və ya onun özgəninkiləşdirməsini həyata keçirmək tələb olunursa (özgəninkiləşdirilmə -bir mülkün və s.
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdə tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XVIII əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Fatih
Fatih — kişi adı. Fatih Terim — Qalatasarayın indiki, Türkiyə millisinin keçmiş baş məşqçisi. Fatih Akyel — Türkiyə futbolçusu. Fatih Kərimi — pedaqoq, alim,içtimai - siyasi xadim.
Hafik
Hafik (türk. Hafik) — Sivas ilinin ilçəsi.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir. Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir. Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Hatip
Xətib (ərəb. خطيب‎) — Cümə namazını qıldıran müsəlman din xadimi (cümə namazı). Cümə namazından öncə minbərin üçüncü pilləsindən nitq (xütbə) oxuyur. Minbər Məkkəyə baxan mehrabın sağında yerləşir. İki xütbə oxunur: birincisi xütbət-ül-va'z (ərəb. خطبة الوعظ‎) adlanır, yəni ibrətamiz məzmunlu nəsihət; ikincisi xütbət-ən-nat (ərəb. خطبة النعت‎) adlanır və etiqad, xəlifələrin tanınması, hökmdar və möminlər ordusu üçün duaları ehtiva edir. Xətib cümə xütbəsi ilə yanaşı, Qurban bayramı və ya Fitr bayramı (Ramazan ayında orucun bitməsi şərəfinə) kimi dini bayramlarda da çıxışlar edir. == İstinadlar == == Ədəbiyyat == Encyclopaedia of Islam, tom IV, səh.