Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmam Kazim
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Əl-Əbva[d], Məkkə bölgəsi[d] – 30 avqust 799, Kazımiyyə[d]) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
Musa ibn Cəfər Kazim
İmam Kazım (tam adı: Əbul Həsən Musa ibn Cəfər əl-Kazım;8 noyabr 745, Əl-Əbva[d], Məkkə bölgəsi[d] – 30 avqust 799, Kazımiyyə[d]) — Cəfəri şiələrinə görə 9-cu məsum, 7-ci imam və xəlifə. Künyəsi: Əbül-Həsən Sani, Əbu İbrahim Ləqəbləri: Kazim, Zahir, Vəfiyy, Əmin, Zeynül-Müctehidin, Ənnəfsüz-Zəkiyyə, Əbdisaleh, Siqə, Təyyib, Səyyid, Məmun. İmamın həyatı iki mərhələyə bölünür: 1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) 2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq olmuşdur. İmam Kazim hicrətin 128-ci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq şəhid olduqdan sonra İmam Kazimin İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd.
Morğdari-yi Şəban-i Kazim-i
Morğdari-yi Şəban-i Kazim-i (fars. مرغدارئ شعبان كاظمي‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Fridrix Kazimur Medikus
Fridrix Kazimur Medikus (alm. Friedrich Kasimir Medikus‎ və ya alm. Friedrich Casimir Medicus‎, 6 yanvar 1736 — 15 iyul 1808) — alman botaniki, həkim. == Elmi əsərləri == Botanische Beobachtungen (Мангейм, 1780—1784). Beiträge zur schönen Gartenkunst (Мангейм, 1782). Über einige künstliche Geschlechter aus der Malven-Familie, denn der Klasse der Monadelphien (Мангейм, 1787). Historia et Commentationes Academiae Electoralis Scientiarum et Elegantiorum Literarum Theodoro-Palatinae (1790). Pflanzen-Gattungen nach dem Inbegriffe sämtlicher Fruktifications-Theile gebildet mit kritischen Bemerkungen (Мангейм, 1792). Über nordamerikanische Bäume und Sträucher, als Gegenstände der deutschen Forstwirthschaft und der schönen Gartenkunst (Mangeym, 1792). Critische Bemerkungen über Gegenständen aus dem Pflanzenreiche (Mangeym, 1793).
III Kazimir
III Kazimir (pol. Kazimierz III Wielki; 30 aprel 1310[…] – 5 noyabr 1370[…], Krakov) — Polşa kralı. == Həyatı == XIV əsrin 40-cı illərində Vladimir-Volın, Lutsk, Lvov, Ostriq və sair şəhərlərdə baş verən xalq qiyamları alman mühacirlərinin əksəriyyətinin qırğını ilə nəticələndi. Daxili çəkişmələr nəticəsində zəifləyən Qaliç-Volın knyazlığı XIV əsrin II yarısında öz müstəqilliyini itirdi, onun qərb əraziləri Polşa tərəfindən işğal olundu. Yerdə qalan ərazilər Böyük Litva knyazlığının tərkibinə qatıldı. Həm Polşa, həm də Litva dövlətləri alman torpaqları ilə sıx ticarət əlaqələrinin qurulmasında maraqlı idilər. Polşa kralı III Kazimir (1333–1370) 1349-cu ildə qərbi-rus şəhərlərində yaşayan alman mənşəli sənətkarların, tacirlərin hüquqlarının daha da genişləndirilməsinə yönələn fərman imzaladı. ABŞ tarixçisi Orest Subtelninin yazdığına görə, XIV əsrin sonlarına Volının, Qalitsiyanın şəhərlərində "almanlara məxsus onlarla sənətkar sexləri, tacir gildiyaları fəaliyyət göstərirdi". XIV–XV əsrlərdə Maqdeburq şəhər hüququnun Polşa və qərbi-rus şəhərlərində qəbul edilməsi bu ərazilərə alman millətindən olan çoxsaylı ticarət adamlarının, sənətkarların köçməsinə səbəb oldu. Qərbi-rus şəhərləri — Syanokda, Lutskda, Koveldə, Vladimir-Volında, Torçində, Striydə, Lvovda və sair şəhərlərdə alman sənətkarlarının, tacirlərinin məhəllələri meydana gəlmişdi.
II Yan Kazimir
II Jan Kasimir (polyakca: Jan II Kazimierz Waza; almanca: Johann II Kasimir Wasa; litvaca: Jonas Kazimieras Vaza) (d. 22 mart 1609 — ö. 16 dekabr 1672) — Polşa kralı və Böyük Litva knyazlığının knyazı. == Həyatı == II Yan Kazimir 22 mart 1609-cu ildə Krakovda anadan olmuşdur 1648-ci ildə Polşa və Böyük Litva knyazlığı kralı olmuşdur. Reç Pospolitanın, Yuxarı Silesiya Opole knyazlığının, İsveçin isə 1648–1660-cı illər arasında hörmətli kralı olmuşdur. Polşada Jan Kazimierz kimi tanınır və bu ad geniş yayılmışdır. Kral olarkən paytaxt Varşava İsveçlilər tərəfindən işğal edilmişdir. II Jan isveçlilərə qarşı II Şimal müharibəsində iştirak etdi. Uğursuz olmuş müharibənin sonunda Polşa-Litva İttifaqı, İsveç, Habsburg və Brandenburq arasında Oliva müqaviləsi imzalandı.
Kazimej Aydukeviç
Kazimej Aydukeviç (pol. Kazimierz Ajdukiewicz; 12 dekabr 1890[…], Ternopıl, Sisleytaniya – 12 aprel 1963[…], Varşava) — Polşa məntiqçisi və filosofu. O, məntiq üzrə Lvov-Varşava məktəbinə mənsubdur. Aydukeviç dilin semantik nəzəriyyəsini işləyib hazırlamışdır. Onun əsas iş sahəsi məntiqin fəlsəfi şərhidir. == Həyatı == Kazimej Aydukeviç 12 dekabr 1890-cı ildə, o zaman Avstriya-Macarıstan ərazisində olan Ternopol şəhərində dövlət xadimi Bronislav Aydukeviç və Maqdalena Qartnerin ailəsində anadan olmuşdur. O, Krakovda ibtidai məktəbi və Lvovda gimnaziyanı bitirmişdir. Aydukeviç 1908-ci ildə Lvov Universitetinə daxil olmuş və burada fəlsəfə, məntiq, riyaziyyat üzrə təhsil almışdır. O, 1912-ci ildə Tvardovskinin rəhbərliyi ilə yazdığı "Kantın fəzanın apriorizminə görə kosmos anlayışının genezisi ilə bağlı" adlı dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru dərəcəsi almış, təhsilini Göttingen Universitetində davam etdirmişdir.. Kazimej Aydukeviç 1922–1925-ci illərdə Lvov Universitetində dosent olmuşdur.
Kazimej Kuratovski
Kazimej Kuratovski (ing. Kazimierz Kuratowski; 2 fevral 1896[…], Varşava – 18 iyun 1980[…], Varşava) — Polyak riyaziyyatçısıdır; topologiya və funksiyalar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir.
Kazimir Fayans
Kazimir Fayans (27 may 1887[…], Varşava – 18 may 1975[…], Ann-Arbor, Miçiqan) – Amerikalı fiziki kimyaçı Kazimir Fayans 27 may 1887-ci ildə Varşavada (Polşada) anadan olub. O, Leypsiq Universitetini 1907-ci ildə bitirmiş, sonra 1909-cu ildə Haydelberq , 1910-cu ildə Sürix və Mançester universitetlərində təkmilləşmişdir. 1911–1917-ci illərdə Karlsruedəki Texniki Universitet də dərs deyib; 1917-ci ildən 1935-ci ilə qədər Münhen Universitetində dərs demiş və Münhen Universitetinin professoru olmuşdur. ABŞ-yə mühacirət etdikdən sonra Ann Arbor dakı Miçiqan Universitetinin professoru (1936–1957, 1957-ci ildən — fəxri professor) olmuşdur. == Tədqiqat işləri == Əsas tədqiqatları məhlullar və radiokimyaya həsr edilmişdir. Radiokimya sahəsində K. Fayans 1913-cü ildə Frederik Soddi ilə birlikdə radioaktiv elementlərin parçalanması zamanı yerdəyişmə qanununu (başqa sözlə desək, yerdəyişmə qaydası) quraraq 243mPa (UX2) və 215Po (AcA) radioaktiv izotoplarını kəşf etdi. 214Bi (RaC) ikiqat parçalanması; Fridrix Panet ilə birlikdə o, 1913-cü ildə məhlullardan radioaktiv elementlərin birgə çökdürülməsi qaydasını (Panet-Fayans qaydası) tərtib etmişdir. K. Fayansın fiziki kimya sahəsindəki əsərləri refraktometrik tədqiqatlara, elektron təbəqəsinin deformasiyası ilə qeyri-üzvi birləşmələrin kimyəvi və optik xassələri arasında əlaqənin öyrənilməsinə, duza bənzər birləşmələrdə ionların və boyaların adsorbsiyasına həsr edilmişdir. İon hidratasiyası nəzəriyyəsini inkişaf etdirərək (1920–1930-cu illər) elektrolit məhlullarında həllolma, ionlaşma və kompleks əmələ gəlmə hadisələrinin qarşılıqlı asılılığı haqqında tədqiqatlar aparmışdı və nəticələr əldə etmişdidi. O göstərdi ki, elektrolitik dissosiasiya üçün enerji mənbəyi ayrı-ayrı ionların hidratasiya istiliyidir və elektrolitin həllolma qabiliyyəti nə qədər çox olarsa, onun iki ionunun hidratasiya istiliklərindəki fərqi bir o qədər çox olar.
Kazimir Maleviç
Kazimir Severinoviç Maleviç (rus. Казими́р Севери́нович Мале́вич, pol. Kazimierz Malewicz; 11 (23) fevral 1879, Kiyev, Kiyev quberniyası, Rusiya imperiyası[…] – 15 may 1935[…], Leninqrad, RSFSR, SSRİ[…]) — polyak mənşəli rus-sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof. Müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi. == Həyatı == Kazimir Maleviç 23 fevral 1879-cu ildə anadan olmuşdur. Ailəsi Kiyev şəhərində "Bulonski" küçəsində yaşayıb. Atası da elə Kiyevdə dəfn olunub. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi.
Kazimir Skureviç
Kazimir Brunoviç Skureviç (30 oktyabr 1866 – 11 dekabr 1950, Varşava) — Polşalı memar və mühəndis. == Fəaliyyəti == 1894-cü ildə Peterburq mülki mühəndislər institutunu bitirmişdir. Bakıya O, 1895-ci ildə İosif Qoslavskinin dəvəti ilə gəlmişdi. Əvvəlcə şəhər idarəsində sahə memarı kimi çalışmış, 1904-cü ildə Qoslavskinin vəfatından sonra isə Baş şəhər memarı vəzifəsinə təyin olunmuşdu. Skureviç həm yaşayış evləri, həm də ictimai binalar layihələşdirirdi. Həmkarları kimi, Skureviç həcmli modelləşdirmə, cizgi detalların aydın çəkilməsi və daşların ustalıqla işlənməsində istifadə olunan yerli memarlıq ənənələri ilə maraqlanırdı. Yerli memarlıq ənənələrinə dəyər verən Skureviç kədərlə qeyd edirdi ki, sifarişçilər müxtəlif təmayüllü yad Avropa üslublarına üstünlük verərək, ev tikintisində Bakı memarlığının üslub keyfiyyətlərinə etinasızlıq göstərirlər.. Skureviç mətbuatda dərin xalq ənənələrinə malik şəhərin tikintisində Azərbaycan memarlığından istifadə olunması lehinə alovlu çıxışlar edirdi. O, məşhur Şirvanşahlar sarayı yaxınlığında, İçərişəhərdə, memarlıq abidələrinin əhatəsində öz yerli memarlıq xüsusiyyətləri ilə ümumi fona çox uğurla uyğunlaşmış bir sıra yaşayış evləri tikməyə nail oldu. Skureviçin müəllif olduğu tikililər arasında ən tanınmışları Krasnovodsk və Merkuryev küçələrinin (hal hazırda Səməd Vurğun küçəsi və Azərbaycan prospekti) tinindəki Dövlət Bankının binasını (indi də orada bank yerləşir), Şamaxinkadakı Uşaq evini (1897–1899), Persidski (Muxtarov,13) küçəsindəki Rotşildin kontorunu (1899) (İndiki Respublika Prokurorluğu), Olginski küçəsində Tağıyev passajını (1896) (indiki univermaq) göstərmək olar.
Murtəza Kazimi Müşfiq
Mürtəza Kazımi Müşfiq (1887-1978) — müasir İran ədəbiyyatının banilərindən biri, nasir. 1924-cü ildə Berlində nəşr olunan İranşəhr jurnalında çap olunub. Sonralar, özünün fransızcadan olan tərcümələrini redaktoru olduğu "İrane-Cavan" jurnalında nəşr etdirmişdir. Onun ən məşhur əsəri olan "Qorxulu Tehran" romanı sosial məzmunludur. Əsərin "Maxuf" adlı birinci hissəsi 1921-ci ildə Tehranda, ikinci hissəsi "Tək gecə haqqında xatirə" adı altında 1924-cü ildə Berlində dərc olunub. Əsərdə XX əsrin 20-ci illərinin İran cəmiyyətinin mənfi tərəflərinin, həmçinin qadınların məzlum durumunun geniş təsvirini vermişdir. Onun digər "Solğun çiçək" və "Qiymətli qısqanclıq" adlı məşhur romanları kəskin sosial məsələlərə deyil sadə məişət təsvirinə həsr olunmuşdur. Koroğlu X.Q. Müasir fars ədəbiyyatı. Moskva 1965.
Typhlodromus kazimiae
Typhlodromus kazimiae (lat. Typhlodromus kazimiae) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus kazimiae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Kazimej Deymek
Kazimej Deymek (pol. Kazimierz Dejmek; 17 may 1924[…], Kovel[d], Volın voyevodluğu[d] – 31 dekabr 2002[…], Varşava) — Polşalı teatr rejissoru və aktyoru, dövlət və ictimai xadimi, Polşanın mədəniyyət və incəsənət naziri (1993–1996), Polşa Seyminin deputatı (1993–1997), Polşanın əməkdar mədəniyyət işçisi (1981). Polşa Dövlət Mükafatı laureatı (1953, 1955, 1984) == Həyatı == Mənşəcə çex olan Kazimej Deymek İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatında iştirak etmişdir. 1943-cü ildən Daxili Ordunun əsgəri olmuşdur. 1946-cı ildə əlavə olaraq dramatik aktyor kimi imtahan da vermişdi. 1947-ci ildə teatr səhnəsində debüt edir. 1949-cu ildə Lodzidəki Kino Məktəbinə daxil olur. Jeşuv, Yelena-Qura və Lodz teatrlarının səhnələrində də oynamışdır. 1949–1961-ci illərdə Lodzidəki Nova Teatrının təşkilatçısı və rejissoru olub. Burada o, Kaninin "Karqanın daşlama dəstəsi" (1949), Ostrovskinin "Tufan" (1952), Vladimir Mayakovskinin "Hamam" (1954), Vilyam Şekspirin "Yuli Sezar" (1960), Vilkovetskdən olan Mikolayın "Rəbbin şanlı dirilməsinin hekayəsi" əsərlərinə (1961) quruluş vermişdir.
Kazimir Pulaski
Kazimir Mixail Vladislav Viktor Pulaski ( pol. Kazimierz Michał Władysław Wiktor Pułaski, Polyakca tələffüz: [kaʑiˈmʲɛʂ puˈwaski] , ; ən tezi 4 mart 1745 və ən geci 6 mart 1745, Varşava, Reç Pospolita – 11 oktyabr 1779, ehtimal ki, , Corciya) — polyakəsilli hərbçi, Bar konfederasiyasının liderlərindən və marşallarından biri, ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun generalı. "Amerika süvarilərinin atası" hesab olunur. == Mədəniyyətdə == 2019-cu ildə "Smithsonian Channel" kanalında "Amerikanın gizli hekayələri" sənədli seriyasını yayımlanmışdır. Onun "General qadın idi?" (ing. «The General Was Female?» ) adlı altıncı seriyasında Pulaskinin interseks olması nəzəriyyəsini tədqiq edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Lanning, Michael. The American Revolution 100. Sourcebooks, Inc. 2009.
Kazimierz Funk
Kazimira Zimblaite
Kazimira (Kaze) Zimblaite (lit. Kazimiera (Kazė) Zimblytė; 4 aprel 1933, Litva – 1999, Vilnüs) — Litva və Sovet vitraj rəssamı. Kaze Zimblaite və Euqenijus Antanas Tsukermanas Litvada mücərrəd sənət istiqamətində sistemli şəkildə işləyən ilk rəssamlardır. == Həyatı == Kazimira Zimblaite 4 aprel 1933-cü ildə Ukmerq qəzasının Bredjiyunyay kəndində anadan olub. Onun atası Antanas Zimblis (1903-1967), litvalaşmış polşalı ailədən, anası Ukmerq qəzasındakı Lokine mülkündə böyüyən Karolina Pivaraite (1908-1977) idi. Ailə mühiti sayəsində Zimblite həm litva, həm də polyak dillərində sərbəst danışa bilirdi. Gələcək rəssam Ukmerq Qızlar Gimnaziyasını bitirib. Zimblite 1952-1956-cı illərdə Litva SSR Dövlət İncəsənət İnstitutunda toxuculuq üzrə təhsil alıb. Sonradan bir neçə il təhsilini yarımçıq qoyub və buna görə də yalnız 1959-cu ildə İncəsənət İnstitutunu bitirib. Zimblaite İncəsənət İnstitutunda təhsil alarkən Sofiya Veyveritenin rəhbərliyi altında diplom işi üzərində çalışıb.
Kazimira Zimblite
Kazimira (Kaze) Zimblaite (lit. Kazimiera (Kazė) Zimblytė; 4 aprel 1933, Litva – 1999, Vilnüs) — Litva və Sovet vitraj rəssamı. Kaze Zimblaite və Euqenijus Antanas Tsukermanas Litvada mücərrəd sənət istiqamətində sistemli şəkildə işləyən ilk rəssamlardır. == Həyatı == Kazimira Zimblaite 4 aprel 1933-cü ildə Ukmerq qəzasının Bredjiyunyay kəndində anadan olub. Onun atası Antanas Zimblis (1903-1967), litvalaşmış polşalı ailədən, anası Ukmerq qəzasındakı Lokine mülkündə böyüyən Karolina Pivaraite (1908-1977) idi. Ailə mühiti sayəsində Zimblite həm litva, həm də polyak dillərində sərbəst danışa bilirdi. Gələcək rəssam Ukmerq Qızlar Gimnaziyasını bitirib. Zimblite 1952-1956-cı illərdə Litva SSR Dövlət İncəsənət İnstitutunda toxuculuq üzrə təhsil alıb. Sonradan bir neçə il təhsilini yarımçıq qoyub və buna görə də yalnız 1959-cu ildə İncəsənət İnstitutunu bitirib. Zimblaite İncəsənət İnstitutunda təhsil alarkən Sofiya Veyveritenin rəhbərliyi altında diplom işi üzərində çalışıb.
Fuad Kazimov
Funk Kazimej
Kazimierz Funk (23 fevral 1884, Varşava, Polşa çarlığı – 20 noyabr 1967, Albani) — polşalı biokimyaçı idi və "vitamin" terminini ilk işlədən şəxs kimi tanınır. O, B1 vitamininin (tiamin) kəşfində mühüm rol oynayıb və digər vitaminlərin kəşfinə töhfə verib. Funkın işi qidalanma elminin inkişafında mühüm rol oynadı və beri-beri və pellaqra kimi xəstəliklərin qarşısının alınmasına və müalicəsinə kömək etdi. == Həyatı == Kazimierz Funk 23 fevral 1884-cü ildə Polşanın Varşava şəhərində anadan olub. Atası həkim, anası isə evdar qadın idi. Funk Varşavada orta məktəbdə təhsil alıb və 1904-cü ildə tibb fakültəsinə daxil olub. O, 1907-ci ildə tibb fakültəsini bitirib və Bern Universitetində doktoranturaya başlayıb. O, “Vitaminlər kimyası” adlı mövzuda doktorluq dissertasiyası yazıb və 1911-ci ildə doktorluq dissertasiyasını alıb. Funk postdoktorluq işini Londondakı Lister İnstitunda etdi. Burada beri-beri xəstəliyinin səbəbini araşdırmağa başladı.
Lupinus luteus var. kazimierskii
Sarı acıpaxla (lat. Lupinus luteus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Kazım
Kazım — Kişi adı.
Kazım Abdullayev
Kazım Abdullayev (6 aprel 1953, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Kazım Abdullayev 1974-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirmişdir. 1976-cı ilin yanvar ayından H. Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunub 1996-cı ilin yanvar ayına qədər orada çalışmışdır. Sumqayıt Dövlət Dram Teatrında oynadığı rollar bunlardır: (Cəfər Cabbarlı "Oqtay Eloğlu") Oqtay, (Hüseyn Cavid "Afət") Ərtoğrul, (Rüstəm İbrahimbəyov "Park") Marat, (Anar "Təhminə və Zaur") Muxtar, (Nazim Hikmət "Bayramın birinci günü") Şadi, (Nəriman Həsənzadə "Bütün şərq bilsin") Əzizbəyov, (Əkrəm Əylisli "Vəzifə") Nazim, (Rəşad Nuri Güntəkin "Müvəqqəti ər") Şərif, (Ş. Arif "Qınamayın məni") Kəlbi Kəhər, (O. Altunbay "Mehrişah") Altundaş, (Cəlil Məmmədquluzadə "Ölülər") Məşədi Oruc, Hacı Kərim, (R. Əlizadə "Doğmalar") Mehman, (A. Abdulin "13-cü sədr") Vəli Zakirov, (Cəfər Cabbarlı "Almaz") Fuad, (K. Kərimov "Çahargah fantaziyası") Teymur, (Çingiz Aytmatov "Əsrə bərabər gün") Əbutalib, (Abdulla Şaiq "Bir saatlıq xəlifə") Harun Ər-Rəşid, (G. Xuqayev "Varlı ev") Beçir, (Hüseyn Cavid "Uçurum") Cəlal, (Anar "Adamın adamı")Fağır Bağır, (C. Yusifzadə "Səhər qatarı") Manaf, (G. Bokarev "Poladəridənlər") Usta Valeri, (Nəbi Xəzri "Dağlar və dalğalar") Xəzər, və sairə. 1996–2004-cü illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır. Bu teatrında oynadığı rollar:(Nəriman Nərimanov "Nadir şah") Şah Təhmaz, (Altay Məmmədov "Dəli Domrul") Dəli Dondar, (J. Anuy "Medeya") Yazon, (O. Altunbay "Tomris") Kir, (Cəfər Cabbarlı "Dönüş") Mirzə Camal, (Cəlil Məmmədquluzadə "Ölülər") Şeyx Əhməd, (Nazim Hikmət "Domoklun qılıncı") Aptekçi, (Süleyman Rəşidi "Mənim Ərdəbilim") Nadir, (Ə. Pəhləvan "İnsan və İblis") Şair, (Nigar Rəfibəyli "Natəvan") Şair və s. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının artist heyətinə qəbul edilən Kazım Abdullayev aşağıdakı rollar oynayıb: Hacı Bəxşəli (Cəlil Məmmədquluzadə, "Ölülər"), Aleksas (Nazim Hikmət, Uilyam Şekspir, Məmməd Səid Ordubadi, "Misir gecələri"), Şəmistan ağa (İsmayıl Şıxlı, "Ölüləri qəbiristanlıqda basdırın"), Fətulla bəy (Əli Əmirli, "Mesenat"), Nostradamus (Ramiz Novruz, "Hələ sevirəm deməmişdilər"), İkinci Rəşad (Bəxtiyar Vahabzadə, "İkinci səs"), Sultanəli (Mir Cəlal, "Dirilən adam"), Əkbər (Abdulla Şaiq, "Eloğlu"), İbrahim xan (İlyas Əfəndiyev, "Hökmdar və qızı"), Murtuza Muxtarov (Əli Əmirli, "Mesenat"), şair Kirmani ("Əmir Teymur", Hüseyn Cavid), Aqostino ("Silindr", Eduardo de Filippo), Hacı Həsən ("Ölülər", Cəlil Məmmədquluzadə), İbad ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi). Aktyor bir çox filmlərə də çəkilmişdir: "Arvadım mənim, uşaqlarım mənim" adlı filmdə Şamil, "İsmayıl bəyin mücrüsü"ndə Ata, "Qorxma, mən səninləyəm"də Məmməd, "Atları yəhərləyin"də Qurd Kərim, "Alman klinikasına şəxsi səfər"də Qafarov, "Yük"də aktyor, "Sonuncu döyüş"də Polis mayoru və sairə… 2002-ci ildə K. Abdullayev Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Kazım Ayvaz
Kazım Ayvaz (türk. Kazım Ayvaz; 10 mart 1938, Rizə, Rizə ili – 18 yanvar 2020, İsveç) — Türkiyə güləşçisi (yunan-roma güləşi), Olimpiya çempionu, iki qat dünya çempionu. == Bioqrafiyası == Rizə yaxınlığındakı Çataldere kəndində anadan olub. 1953-cü ildə İstanbulda güləşlə məşğul olmağa başladı. 1957-ci ildə Adriatik Kubokunda "bürünc" qazanaraq beynəlxalq aləmdə ilk debütünü etdi. 1958-ci ildə dünya çempionu adını qazandı. 1959-cu ildə Balkanlar çempionatda "qızıl" qazandı, 1960-cı ildə isə ikinci oldu. 1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında 79 kiloqram çəki dərəcəsində (orta çəki) mübarizə aparırdı. İlkin olaraq yarışda 24 nəfər güləşçi mübarizə aparırdı. Dördüncü turdan sonra Kazım Ayvaz digər iki iştirakçı ilə birinci yeri bölüşdürürdü.
Kazım Böyükkişiyev
Kazım Can
Kazım Daşı
Kazım Daşı adası — Urmiya gölünün şimal-qərb sahillərinə yaxın ərazidə yerləşən ada. İnzibati cəhətdən isə İrannın Qərbi Azərbaycan ostanı, Urmiya şəhristanı, Ənzəl bəxşı ərazisinə daxildir. Ada məskunlaşma yoxdur. Dəniz səviyyəsindən 1,449 m yüksəklikdə qərarlaşır. Son on illiklər ərzində Urmiya gölünün quruması ilə əlaqədar tam olaraq quruya birləşmişdir. Adada tarixi Göyərçinqala qəsri yerləşir. Bu qala tarixən xalqın əsas pənah yerlərindən olmuş və xalq hücumlar zamanı burada yerləşmişdir. Çingiz xanın (1206–1227) nəvəsi və Elxanilər dövlətinin qurucusu, Hülakü xan (1256–1265) 1255-ci ildə Orta Şərqdə torpaqların fəthini bitirmək məqsədiylə qardaşı Mengü xan (1251–1259) tərəfindən bölgədəki ərazilərin hökmdarı təyin edildi. 1258-ci ildə Hülakü xan (1256–1265) Bağdadı fəth edərək Abbasilər xilafətinə son qoydu. O Bağdadın fəthindən əldə edilən qənimətləri Azərbaycana gətirdi.
Kazım Dirik
Mehmet Kazım Dirik (dekabr 1881, Bitola – 3 iyul 1941, Ədirnə, Ədirnə ili) — türk əsgəri və siyasətçisi. == Həyatı == Atası Salonikidən olan Mülazım Həsən Tahsin bəydir. Kiçik yaşlarında valideynlərini itirdi. 1897-ci ildə Manastır Hərbi Liseyinə daxil oldu. 1899-cu ildə Hərbi Akademiyanı bitirib Piyada leytenantı oldu. 1900-cü ildə Debre Valiliyi və Redif Kontinental Komandanlığında hərbi katib vəzifəsində çalışmağa başladı. 1904-cü ildə Şkodra Qubernatoru və Komandiri Filibəli Saleh Paşanın köməkçisi və Mühimmə katibi vəzifəsinə təyin edildi. 1906-cı ildə Osmanlı İmperatorluğunun qərb sərhədindəki son bölgə olan Şkodra vilayətinin Tuz bölgəsinə rayon valisi vəzifəsinə təyin edildi. 1912-ci ildə Hərbi Məktəbdən məzun oldu və heyət kapitanı oldu. Birinci Dünya Müharibəsində Çanaqqala və Suriya cəbhələrində vuruşdu.
Kazım Hüseynov
Hüseynov Kazım Yusif oğlu (15 may 1914, Bakı – 3 oktyabr 1993, Bakı) — Naxçıvan Muxtar Respublikasının əməkdar artisti (1944). == Həyatı == Kazım Hüseynov 1914-cü il may ayının 15-də Bakıda anadan olub. Tetar fəaliyyətinə Azərbaycan Akademik Milli Dram Teatrında kiçik rollarla başlayıb. 1936-cı ildən həyatını Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlayıb. Kazım Hüseynov Naxçıvan teatrının səhnəsində Şeyx Mərvan, Keykavus ("Şeyx Sənan", "Səyavuş" H. Cavid ), Şahbaz bəy ("Eşq və intiqam", S.S. Axundov), Pristav ("Qatır Məmməd" Z. Xəlil), Möhnət ("Məhsəti" K.Ağayeva), Dəmirçi ("Toy" S. Rəhman), Səlim bəy ("Qaçaq Nəbi", S. Rüstəm), Cavad ("Nadir şah", N. Nərimanov), Hacı Baxşəli ağa ("Ölülər", C.Məmmədquluzadə) və başqa uğurlu rollar yaradıb. K. Hüseynovun Səməd Vurğunun "Vaqif" dramında yaratdığı Qacar obrazı onu Azərbaycan teatr tarixində bu rolun bənzərsiz ifaçısı kimi tanıdıb. Onun Naxçıvan teatrının səhnəsində oynadığı rollar dolğunluğu, kamilliyi ilə yaddaşlarda yaşamaqdadır. 1944-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layıq görülüb. Bütün həyatını Naxçıvan teatrının inkişafına həsr edən Kazım Hüseynov 1993-cü il oktyabrın 3-də Bakı şəhərində vəfat edib.
Kazım Həsənov
Həsənov Kazım (1 avqust 1934, Tovuz rayonu – 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Kazım Həsənov 1934-cü il avqustun 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Eyibli kəndində anadan olub. 1942–1952-ci illərdə Tovuz rayonunun Aşağı Eyibli kənd orta məktəbində oxuyub. 1953–1958-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1959–1961-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 1961-ci ildə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1961–1967-ci illərdə ADU-nun Hesablama mərkəzinin nəzəri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967–1988-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti 1988–2015-ci illərdə isə həmin kafedranın professoru olub. Tədqiqat sahəsinə Gecikən arqumentli diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri, Diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələləri aid idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Kazım Həsənquliyev
Kazım Feyruz oğlu Həsənquliyev — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Kazım Həsənquliyev 1968-ci ildə aprel ayının 12-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. Aktyor tələbəlik illərində "Mənim ağ şəhərim" (Rövşən) filminə çəkilib. Ə.Hacızadənin "İtkin gəlin" (Yusif), O.Kamalın "Yad qızı" (Haldun) və İ.Əfəndiyevin "Qaçaq Süleyman" (Qaçaq Rəşid) silsilə televiziya tamaşalarında oynayıb. 1994-cü ildən Akademik Milli Dram Teatrının kollektivinə qəbul edilib. Teatrda işlədiyi illər ərzində o, həm klassik, həm də çağdaş milli və əcnəbi dramaturqların pyeslərinin tamaşalarında dram obrazlarını canlandırıb. Kazım Həsənquliyev 16 may 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Kazım Kazımlı
Kazım Kazımlı (5 sentyabr 1993 - Lənkəran, Azərbaycan) − Azərbaycanlı gənc futbolçu, Xəzər-Lənkəran klubunun yetriməsi, Azərbaycan U-17 və Azərbaycan U-19 milli komandalarımızın üzvü. == Karyerası == Kazım Kazımlı 5 sentyabr 1993 tarixində Lənkəran şəhərində anadan olub. Uşaqlıqdan futbol ilə məşğul olub. Xəzər-Lənkəran klubunun aşağı yaş qruplarında məşq edib, daha sonradan yaxşı oyunu ilə seçilərək 2009-cu ildə Azərbaycanın U-17 millisinə çağırılıb və Xəzər klubunun əvəzedici heyətində oynamağa başlayıb. 2009-cu ilin avqust ayında U-17 millimizin tərkibində Kazım FA of Moldova Cup turnirində iştirak edir və finala qədər çatır. Turnirdən sonra isə "ən yaxşı hücumçu" nominasiyasında mükafatlandırılır. Bundan sonra Kazım Kazımlı Xəzər-Lənkəran klubu ilə peşəkar müqavilə imzalayır. Kazım Xəzər-Lənkəranın heyətində cəmi 16 yaş 66 günlükdə Azərbaycan kuboku 2009/2010 uğrunda yarışın 1/8 final mərhələsində Muğan Salyan klubu ilə səfərdə keçirilən cavab görüşünün 88-ci dəqiqəsində meydana çıxır. Kazım rəsmi matçda Xəzər Lənkəranın heyətində meydana çıxan 96-cı oyunçu kimi də tarixə düşüb. O, "ağ-yaşıl" formanı geyinmiş 45-ci yerli futbolçudur.
Kazım Kazımzadə
Kazım Məmmədəli oğlu Kazımzadə (10 avqust 1913, Bakı – 4 oktyabr 1992, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964) və əməkdar incəsənət xadimi (1943). Stalin mükafatı (1950) və Azərbaycan SSR Dövlət mükafatı (1986) laureatı. == Həyatı == 1913-cü il avqustun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin "İsgəndərnamə" ("İqbalnamə"), "Sirlər xəzinəsi" (1940), "Leyli və Məcnun" (1947), "Xosrov və Şirin" (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş "Fitnə", "Sehrli üzük", "İsgəndər və çoban" kitablarına illüstrasiyalar çəkmişdir. "Cəbhə yollarında" (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir. 1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur.
Kazım Koyuncu
Kazım Qoyuncu — (türk. Kazım Koyuncu; d. 7 noyabr 1971, Hopa, Artvin, Türkiyə — ö. 25 iyun 2005, Şişli, İstanbul, Türkiyə) — laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir. == Həyatı == Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı.
Kazım Meçiyev
Kazım Meçiyev (1859-1945)—Güney Qafqazda yaşayan balkarların şair-filosofu, ilahiyyatçı. == Həyatı == Kazım Bekkin oğlu Meçiyev 1859-cu ildə o dövrki Tersk vilayətinin Holam-Bızıngi bölgəsində yerləşən Şiki kəndində dəmirçi ailəsində doğulub. İndi həmin bölgə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına daxildir. Lakin şairin doğulduğu kənd artıq burda yoxdur. Çünki 1944-cü il martın 8-də Sovet hökuməti balkarları ata-baba yurdları Qafqazdan elliklə Türküstana sürgün etdiyindən bir çox kəndlər kimi Şiki kəndi də xaraba qalıb. Əslində bu Rusiyanın Türk xalqlarını tarixi ata-baba yurdları olan Güney bölgələrindən, yəni dindaşları və soydaşları yaşayan Osmanlı dövlətinin sərhədlərindən qovma siyasətinin son mərhələsi olub. Şiki kəndində yaşayan dəmirçi Bekkinin Kazım adını qoyduğu oğlu doğulan il Qafqaz xalqları üçün kədər və qüssə ili olub. Rusiya İmperiyasının işğalçılıq siyasətinə qarşı 30 il müqavimət göstərmiş xalq üsyana ara verib. Üsyana rəhbərlik edən, tarixə adını qızıl hərflərlə yazdıran, təslim olsa da, yaddaşlarda qalib kimi qalmış Şeyx Şamil din adamlarının qərarı ilə mübarizəni dayandırdığını elan etsə də, Rusiyanı bir sıra islahatlar aparmağa məcbur edib. Rusiya təhkimçilik hüququnu ləğv etməli olub.
Kazım Məmmədov
Kazım Məmmədov (aktyor)
Kazım Məmmədsalahov
Kazım Nosiru
Kazım Nosiru (25 noyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kazım Nosiru Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Kazım Nosiru Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Kazım Nosiru Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Kazım Orbay
Mehmet Kazım Orbay (11 mart 1886, İzmir, Aydın vilayəti – 3 iyun 1964, Ankara) türk hərbçi və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 3-cü Baş Qərargah rəisidir. == Hərbi həyatı == 1904-cü ildə Hərb Məktəbini bitirdikdən sonra leytenant rütbəsi almış və hərbi karyerasına başlamışdır. 1922-ci ilə qədər müxtəlif birlik və birləşmələrdə fəaliyyət göstərmişdir. Hərəkat Ordusu ilə 31 martda baş verən üsyanın yatırılmasında, Balkan müharibələrində, Birinci dünya müharibəsində, İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 31 avqust 1922-ci ildə Mirliva rütbəsinə yükslmişdir. Mirliva rütbəsi ilə Qafqaz İslam Ordusu komandanı və Baş Qərargah rəisinin müavini vəzifələrini yerinə yetirmişdir. 30 avqust 1926-cı ildə Ferîk-i əvvəl rütbəsinə yüksəlmişdir. Bu rütbədə olarkən Əfqanıstan Hərbi Heyət komandanı və 4-cü Ordu korpusu komandanı vəzifələrində xidmət etmişdir. 30 iyun 1930-cu ildə Jandarma qüvvələri komandanı, 24 avqust 1935-ci ildə isə 3-cü Ordu müfəttişliyi vəzifəsində xidmət etmişdir.
Kazım Ordubadi
Kazım Ordubadi (1919, Şiraz – 2002) — rəssam. == Həyatı == 1919-cu ildə Şirazda dünyaya gəlmişdir.Atası Məhəmmədhəsən Kompani və anası Rafiyə Ordubadi idi.Onun babalarının hər ikisi, Hacı Məhəmməd Tacir və Hacı Abbas Ordubadi,Naxçıvandan Şiraza köçmüşlər. == Xarici keçidlər == "Kazım Ordubadi". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
Kazım Qarabəkir
Musa Kazım Qarabəkir (türk. Musa Kâzım Karabekir; 1882 və ya 23 iyul 1882 – 26 yanvar 1948, Ankara) — Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, "Alçıtəpə Qəhrəmanı" ləqəbiylə tanınır. Türkiyə İstiqlaliyyət müharibəsini başladan komandirlər arasında yer alaraq, Şərq Cəbhəsində göstərdiyi uğurlarlar səbəbiylə İstiqlal medalı ilə təltif olunmuşdur. == Ailəsi == Kazım 1882-ci ildə Mehməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlmişdir. Onun ata tərəfdən kökləri oğuz türklərinin Əfşar boyuna gedib çıxır. İlk dəfə, 1924-cü ildə, 42 yaşında ikən, Aydınlı Camal bəyin qızı İclal xanım (1900–1954) ilə evləndi. Bu evlilikdən 1927-ci ildə Həyat (1927-) və Əməl (1927–1984) adında əkiz və Timsal (26 yanvar 1941) adlarında 3 qız övladı olmuşdur. == İlk illəri və təhsili == Jandarm Alaybəyi Mehmed Emin bəyin oğlu olaraq, 23 avqust, 1882-ci il tarixində, İstanbulda anadan olmuşdur. 1902-ci ildə Hərbiyyə Məktəbindən, 1905-ci ldə Məktəb-i Erkan-i Hərbiyyədən məzun olub. == Hərbi karyerası == === I Dünya Müharibəsi illəri === Avropanın ümumi bir savaşa sürükləndiyi bu dövrdə Parisdə çalışmaqda idi.
Kazım Qartal
Kazım Qartal (28 aprel 1936, Altunhisar, Niğdə ili – 13 avqust 2003, İstanbul) — görkəmli türk aktyor, teatr rejissoru, film rejissoru, ssenari müəllifi, prodüser, 1968-ci ildə keçirilən "İlin ən yaxşı kişi aktyoru" müsabiqəsinin qalibi, Qartal, yaşadığı müddətdə 452 filmdə rol almışdır. Yeşilçam kinostudiyasının ən yaxşı aktyorlarından biridir. == Həyatı == 1964-cü ildə sənət həyatına başlayan Kazım Qartal, türk kinosunun çox tanınan qəhrəmanıdır. Çox vaxt köməkçi rol oynayıb. Filmlərində "pis adam" kimi çıxış edib. Çəkildiyi 452 filminin təxminən 300 filmini baş rolda oynamışdır. 2 filmin ssenarisini yazmış və 2 filmin rejissorluğu ilə məşğul olmuşdur. Pornoqrafik və erotik filmlər dövründə müxtəlif bu tipli filmlərdə də rol alan aktyor, bu prosesin səbəbini aşağıdakı sözlərlə izah etmişdi. Tez-tez aktyorluq edən sənətçi, Ərzurumdakı xəstəliyindən qısa bir müddət sonra ürək infaktı səbəbiylə İstanbulda həyatını itirdi. Məşhur aktyor 15 avqust 2003-cü ildə dəfn edildi.
Kazım Qoyuncu
Kazım Qoyuncu — (türk. Kazım Koyuncu; d. 7 noyabr 1971, Hopa, Artvin, Türkiyə — ö. 25 iyun 2005, Şişli, İstanbul, Türkiyə) — laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir. == Həyatı == Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində, türkcə və qara dəniz bölgəsinin unudulmaq üzrə olan məhəlli dillərində ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. Çünki bu dillərdə mahnılar Rock janrı ilə çox uyğunlaşmışdı.
Nazim
Nazim — Azərbaycanda və Türkiyədə daha çox işlədilən kişi adı. Nazim Hikmət — türk şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) Nazim Mahmudov — Azərbaycanlı professor. Nazim Mədətov — Azərbaycan Respublikasının Əməkdar mühəndisi. Nazim Məmmədov Nazim Məmmədov (rejissor) — Azərbaycanlı rejissor, kino rəssamı, animator. Nazim Məmmədov (alim) — Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru. Nazim Məmmədov (professor) — professor. Nazim Məmmədov (iqtisadçı) — iqtisadçı. Nazim Məmmədov (general-leytenant) — general-leytenant. Nazim İmamverdiyev — Nazim Nağıyev — Səbail rayon polis idarəsi (1995–2003) və Binəqədi rayon polis idarəsinin (2003–2006) rəisi. Nazim Əlicanov — sərbəst güləş üzrə Avropa çempionu (2002), əməkdar idman ustası.
Kalim dövrü
Kalim və ya Kalim dövrü (yun. μμα (kálymma) - "örtük" deməkdir) — Mezoproterozoy erasında ilk geoloji dövrdür və 1600 milyon il əvvəl ilə 1400 milyon il əvvəl arasında davam edir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur. Dövr, mövcud platforma örtüklərinin genişlənməsi və ya yeni platformalar ilə xarakterizə olunur. Supercontinent Kolumbiya Kalim dövrü zamanı, 1500 milyon il əvvəl parçalanmağa başladı. == Mənbə == "Calymmian Period". GeoWhen Database. May 12, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2006. James G. Ogg.
Kazım Qurbanov
Kazım Xanlar oğlu Qurbanov (12 avqust 1988, Bakı) — Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Milli Olimpiya Komitəsinin üzvü == Həyatı == Kazım Xanlar oğlu Qurbanov 1988-ci il 12 avqust-da Bakı şəhərində anadan olub. 1995-ci ildə Yasamal rayonu 21 saylı orta məktəbin 1-sinifə daxil olub. 2006-cı ildə həmin məktəbin 11 sinifini bitirib. 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakultəsində təhsil almışdır. === Ailəsi === Xanlar Qurbanovun oğludur. == Fəaliyyəti == 2012-ci ildə AMİNA-nın vitse-prezidenti seçilib. 2019-cu il bu etimad 1-ci vitse-prezidentliyə qədər yüksəlib. 2014–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin idman klubunun sədri olub. Bakı-2017 İslam oyunlarında Azərbaycan zorxana millisinin nümayəndə heyətinin rəhbəri olub. 2018–2020-ci illərdə "Gömrükçü" idman klubunda inspektor işləyib.
Kazım Sadıxzadə
Kazım Sadıxzadə (23 aprel 1942, Təbriz – 2023) — əslən azərbaycanlı, tibbin analitik filosofu. Tibbi və fəlsəfəni Münhen, Berlin və Gettingen universitetlərində 1967-1971-ci illərdə öyrənib. Myunster universitetində 1982-2004-cü illərdə tibbi fəlsəfə professoru olub.
Kazım Sevüktəkin
Kazım Sevüktəkin (türk. Kâzım Sevüktekin; 1877, Konstantinopol – 1 aprel 1949, İstanbul) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1895-ci ildə Hərbi məktəbi bitirdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində taqım və bölük komandiri, Balkan müharibələrində tabor komandiri, Birinci Dünya müharibəsində alay və diviziya komandiri kimi xidmət etmişdir. 30 iyun 1921-ci ildə Anadoluya köçdü və Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibə dövründə bölmə komandiri vəzifəsini icra etdi. 1922-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 27 dekabr 1927-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. == Siyasi fəaliyyəti == Türkiyə Böyük Millət Məclisinin IV, V, VI və VII dövrlərində Diyarbəkir, VIII dövrdə Mardinin millət vəkili oldu. V və VI dövrlərdə Milli Müdafiə Şurasının rəhbəri kimi fəaliyyət göstərmişdi.
Kamil Nazim