Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqayisə üsulu
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
== İslamda əmanətdarlıq == Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir:lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi:azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsi ilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Sıravi Raynı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Ölümcül döyüş 2: Məhv etmək (film, 1997)
Ölümcül döyüş 2: Məhv etmək (ing. Mortal Kombat: Annihilation) — 1997-ci ildə rejissor Con R. Leonetti tərəfindən çəkilən fantastik döyüş filmidir. Filmin distribütori New Line Cinema kinokompaniyasıdır. == Məzmun == Liu Keng və Dünyadan (ing. Earthrealm) seçilən bir neçə yaxşı döyüşçü "Ölümcül döyüş" turnirində Xarici Dünyanın (ing. Outworld) cadugəri Şanq Tsunqu məğlub etdikdən sonra zəfərlərini qeyd edirlər. Lakin bu zaman Xarici Dünyanın döyüşçüləri Dünyaya hücum edirlər. Şao Kann müqəddəs qanunları pozaraq Yer kürəsini ələ keçirmək istəyir. İmperator Şao Kann Kitananın anası olan Sindeli dəstəsinə kraliça olaraq seçmişdir. Xarici Dünyanın İmperatoru Şao Kann və onun dəstəsi Dünyaya enməyə başlayırlar.
Yer ətrafında 80 günə səyahət etmək (film, 2004)
80 gün dünya ətrafında (ing. Around the World in 80 Days) — film Jül Vern-nin məşhur romanı əsasında Frank Koracinin rejissorluğu ilə çəkilmişdir. == Məzmunu == Film ingilis bankının naməlum bir Çinlinin (sonradan Lao Şin olduğu ortaya çıxır) qarət etməsindən başlayır. Polisdən gizlənmək üçün, Paspartu adı ilə 50 mil sürət maneəsini qırmağa çalışan gənc bir alim Filyas Foq-a xidmət edir. Uğurlu bir təcrübədən sonra onlar Kral Elmlər Akademiyasına göndərilir, lakin Foq Britaniyanın "ən yaxşı ağılları" nın, xüsusən də hər şey artıq açıq olduğundan, daha da irəliləməyin cəfəngiyat olduğuna inanan lütfkar Lord Kelvinin istehza obyektinə çevrilir. Həmin iclasda soyğunçuluqdan da bəhs olunur. Bundan hirslənən Foq, bankın qarət olunduğuna sevindiyini və oğrunun xidmətçisinin çox maraqlandığı bir ay ərzində Çinə çatacağını iddia edir. Kelvin və Foq mərc girilər. Foq-un qələbəsi ilə Lord Kelvin qarşılığında Elm naziri olacaq; itkisi halında laboratoriyasını məhv etməyə və elmi fəaliyyətdən tamamilə çəkilməyə məcbur olacaqdır. Foq evinə qayıtmaq üçün isti xasiyyətindən və tələskənliyindən təəssüflənsə də, Paspartu onu Foq'un edə biləcəyinə inandırır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi - 30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. == Tarixi == 1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir. Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi: Bəyannamənin özü və onun hazırlanması barədə Ali Sovetdə qərarlar hazırlanan zaman onun sədri Elmira Qafarova olmuşdur.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. == Sentrifuqa etmə == Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. === Tətbiq sahələri === Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Uzaqdan müəyyən etmə
Məsafədən zondlama (MZ) – yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur. Məsafədən zondlama (remote sensing) - sin.
Öz müqəddəratını təyin etmə
Öz müqəddəratını təyin etmə ya Özərklik (ing. self-determination) haqqa görə dünyada bütün xalqlar özgə və əcnəbi güclərdən asılı olmayaraq, müstəqillik durumları və siyasi vəziyyətlərini azadlıqla təyin edə bilərlər.
Transformerslər: Məhv etmə dövrü
Transformerslər: Məhv etmə dövrü (ing. Transformers 4: Age of Extinction) — 2014-cü ildə istehsal olunmuş ABŞ filmi. Filmin prodüserlərindən biri Stiven Spilberqdir. == Məzmun == Altmış beş milyon il əvvəl yaradıcı olaraq bilirən yadplanetli irqi bir gün "Transformium" adlandırılacaq maddəylə Dünyanı əhatə etmək üçün sids adlı alətləri işlədirlər və bu prosesdə dinozavrlar məhv olur. Günümüzdə geoloq Darci Tirrel transformers dronları yaratmaq üçün transformers tapmaq məqsədiylə qazıntılar təşkil edir. Çikaqo işğalından beş il sonra insanlar transformersləri dövlətin düşmənləri olaraq görür. Mexixo Sitidə zədələnən və Marmon 97 kamazı olaraq gizlənən Optimus maliyyə cəhətdən çətinlik çəkən texsaslı ixtiraçı Keyd Yeqır tərəfindən kəşf edilir. Gənc qızı Tessa və iş yoldaşı Lukas Flaneri Optimusu səlahiyyətlilərə verməsi üçün təkid edərkən Keyd bunun yerinə texnologiyasını anlamağı ümid edərək Optimusu təmir edir. Optimusa hələ də şübhə ilə yanaşan Lukas Çikaqodakı bacısının ölümü səbəbindən transformerslərdən nifrət edən Ceyms Savoyu, Yeqır fermasına hücum edən Semeteri Vind ilə birlikdə axtarır. Ancaq Optimus və Tessamın gizli sevgilisi irlandiyalı ralli yarışçısı Şeyn Dayson ailənin yardımına gəlir.
Mübahisə
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsi. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. == Tarixi == Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşt kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular. Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir.
Müqavilə
Müqavilə — hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmanın şərtlərinin qanunları. == Sahibkarlıq müqaviləsi == Müqavilə — İki təşkilat arasında aparılan işlərin razılığıdır. Mülki hüquqda – iki və ya bir neçə şəxsin (vətəndaşların və ya hüquqi şəxslərin) mülki hüquq və vəzifələrinin müəyyən edilməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş saziş. İştirakçıların sayından asılı olaraq müqavilə ikitərəfli və çoxtərəfli olur. Müqaviləyə görə bir tərəf üçün yalnız hüquq, digər tərəf üçün isə yalnız öhdəlik yarandıqda müqavilə birtərəfli (məs. Borc müqaviləsi), hər iki tərəf üçün həm hüquq, həm də öhdəlik yarandığı halda müqavilə ikitərəfli (məs. Alqı-satqı müqaviləsi, daşınma müqaviləsi) adlanır. === Alqı-satqı === Alqı-satqı- əmtəələrin (xidmətlərin) alqı-satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində ən geniş yayılmış təssərüfat əlaqələri formalarından biridir. Azərbaycan kommersantları üçün alqı-satqı müqavilələrinin həyata keçirilməsinın normativ bazası Azərbaycan Respublikası Mülki Məcəlləsidir. Alqı-satqı müqaviləsi öhdəlik hüququ yarımsahəsinin ən geniş hüquq tənzimlənməyə məruz qalan müqavilələrindən biridir.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması
Təyyarədə idarə etmə sisteminin avtomatlaşdırılması - Müasir təyyarənin uçuşunun idarə olunması pilotla və təyyarə sürülmənin asanlaşdırılmasına, idarə etmənin keyfiyyətinin yaxşılaşdırılmasına və təyyarələrin tətbiqinin effektivliyi yüksəldilməsinə xidmət edən xüsusi avtomatik sistemlərlə təmin edilir. Müasir təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi, avtomaşladıtrılmadan mümkün olmayan bütöv bir tədbirlər kompleksinin aparılmasını tələb edir. Məsələn, uçuşun təhlükəli rejimləri avtomatları adlanan qurğuların köməyi ilə uçuşda təyyarənin həddi icazə verilən rejimlərə (sürətə, Max ədədinə, şaquli yüklənmələrə, hücum, yana əyilmə və sürüşmə bucaqlarına görə) çıxması zamanı pilota siqnalizasiya edilməsi və avtomatik olaraq idarə etmə orqanlarının hərəkətinin məhdudlaşdırılması. == İdarə etmə sistemin xüsusi qurğuları == Idarə etmə sistemin xüsusi qurğrları təyyarənin dayanıqlıq və idarə edilmə xarakteristikalarını yaxşılaşdırırlar. Uçuş sürətinin saxlanması ilə uçuş hündürlüyünün artması ilə təyyarənin sükanların dönməsinə cavab reaksiyası pisləşir. Bu təyyarənin sürülməsini çətinləşdirir, onun dayanıqlıq xarakteristikalarını pisləşdirir, təyyarənin rəqslərinin söndürülmə effektivliyini zəiflədir. Pilot yaranmış rəqsləri söndürməyə cəhd etməklə onları gücləndirə bilər. Buna görə idarə etmə zəncirində uçuşun dempferləşdirilməsi və stabilləşdirilməsi üçün xüsusi avtomatlar quraşdırılır. Bu avtomatlar pilotun iştirakı olmadan, bu xarakteristikaları yaxşılaşdırmaq üçün avtomatik sükan səthlərini döndərməklə onlara təsir edirlər. Belə avtomatların icraçı mexanizmləri tez-tez hərəkətli dartılar şəklində hazırlanır.
Pip (python paket idarə etmə aləti)
Pip - python paketlərini idarə etmə sistemidir. Pip vasitəsi ilə python proqram təminatı paketlərini yükləmək və idarə etmək mümkündür. Bir çox paketləri Python Package Index (PyPI) tapmaq mümkündür. Python 2.7.9 və sonrakı versiyaları (python2 seriyasında), və Python 3.4 və sonrakı versiyaları yüklədikdə pip (pip3 Python 3 üçün) üzərində avtomatik gəlir. pip sözünün açıqlaması "Pip Installs Packages" (python paketləri yükləyir) və ya "Pip Installs Python" (pip pythonu yükləyir) deməkdir.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Beynəlxalq müqavilə
== Beynəlxalq müqavilə hüququ == Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. == Beynəlxalq müqavilə anlayışı == Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Müqavilə nəzəriyyəsi
Müqavilə nəzəriyyəsi (ing. Contract theory) — müasir iqtisadi nəzəriyyənin (bir qayda olaraq) asimmetrik məlumat şəraitində iqtisadi subyektlər tərəfindən müqavilə parametrlərinin müəyyənləşdirilməsini nəzərdən keçirən bölməsi. Müqavilə nəzəriyyəsi mikroiqtisadiyyatındakı standart təcrübə müəyyən ədədi kommunal strukturlar üçün qərar qəbul edən şəxsin davranışını təmsil etmək və daha sonra optimal qərarları təyin etmək üçün optimallaşdırma alqoritmi tətbiq etməkdir. Bu prosedur, mənəvi təhlükə, mənfi seçim və siqnal kimi təyin olunan bir neçə tipik vəziyyət üçün müqavilə nəzəriyyəsi çərçivəsində istifadə edilmişdir. Bu modellərin mahiyyəti, agentləri sığorta müqaviləsi altında da uyğun hərəkətlərə vadar etmək üçün nəzəri yolları tapmaqdır. Bu model ailəsi ilə əldə edilən əsas nəticələrə aşağıdakılar daxildir: əsas və agentin faydalı quruluşunun riyazi xüsusiyyətləri, fərziyyələrin rahatlaması və müqavilə əlaqələrinin müvəqqəti quruluşundakı dəyişikliklər və digərləri. Gözlənilən fayda nəzəriyyəsinə uyğun olaraq bəzi fon Neymann-Morgenştern kommunal funksiyalarının maksimumlaşdırıcıları kimi insanları modelləşdirmək adətdir. == Agentlik problemlərinin əsas modelləri == === Mənəvi ziyan === Əxlaqi təhlükə modellərində məlumat asimmetriyası, agentin bir agentin hərəkətlərini müşahidə edə və ya yoxlaya bilməməsidir. Müşahidə oluna bilən və yoxlanıla bilən məhsuldan asılı olan nəticələrə əsaslanan müqavilələr çox vaxt agentin əsas şəxsin mənafeyi naminə hərəkət etməsi üçün stimul yaratmaq üçün istifadə edilə bilər. Bununla birlikdə, agentlər riskə qarşı olduqda, bu cür müqavilələr yalnız ikinci səviyyədən daha aşağı olur, çünki stimullar tam sığortanı istisna edir .
Müqayisəli hüquq
Müqayisəli hüquq, hüquqi müqayisəli təhlil, hüquqi müqayisəli araşdırmalar — eyni adlı dövlət və hüquq institutlarını, onların əsas prinsiplərini və kateqoriyalarını müqayisə edərək müxtəlif dövlətlərin hüquq sistemlərini araşdıran fiqur (bölmə). == Müqayisəli qanunun məqsədləri == Müqayisəli qanun, yüksək teorisiyaya baxmayaraq, qanunvericilik fəaliyyəti və beynəlxalq təşkilatların fəaliyyəti sahəsində ən populyar elmlərdən biridir. Müqayisəli qanunun əsas məqsədləri arasında ayırd etmək adətlidir: epistemoloji məqsəd; praktik məqsədlər.Müqayisəli qanunun epistemoloji məqsədi hüquqi fenomen və təsisatların inkişafının ümumi nümunələrini müəyyənləşdirməkdir, çünki yalnız fərqli hüquq sistemlərinin müqayisəsi qanunda ümumi və xüsusi, təsadüfi və nizamlılığı ayırd etməyə imkan verir. Beləliklə, hər hansı bir hüquqi araşdırmada nisbətən hüquqi metod vacibdir. Başqa sözlə, xarici hüquq bilikləri öz qanunlarınızı daha yaxşı başa düşməyə, üstünlüklərini və mənfi cəhətlərini görməyə imkan verir. Bu baxımdan, müqayisəli hüququn əsaslarının öyrənilməsi gələcək hüquqşünasların hüquqi təfəkkürünün formalaşmasında mühüm tərkib hissəsidir, onu daha "həcmli" və çevik etmək olar. Müqayisəli qanun sırf epistemoloji ilə yanaşı, aşağıdakı praktik məqsədləri də daşıyır: açıq-aydın zərurət yarandığı ərazilərdə (ilk növbədə mülki, ticarət, humanitar hüquq) müxtəlif dövlətlərin qanunvericiliyinin yaxınlaşmasına və birləşdirilməsinə kömək etmək; xarici ölkələrin hüquq təcrübəsinin öyrənilməsi əsasında öz milli hüquq sisteminin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması.Bu sırf praktik məqsədlərə çatmaq hazırda Avropa Birliyindəki genişmiqyaslı inteqrasiya prosesləri və Avropa Vətəndaş Məcəlləsi, ümumən Avropa Konstitusiyası kimi Avropa aktlarının qəbul edilməsi layihələri səbəbindən xüsusilə aktualdır. == Müqayisəli qanunun yaranması və inkişafı == Müqayisəli hüquqi tədqiqat metodu qədim dövrlərdə tətbiq olunmağa başladı. Məsələn, Platon müxtəlif Yunan siyasətinin qanunlarını müqayisə etdi. Aristotel, siyasi təşkilatın qanunları haqqında nəticə çıxarmaq üçün 153 Yunan və Barbar şəhərlərinin "konstitusiyasını" toplayıb müqayisə etdi.
Müqayisəli siyasət
Müqayisəli siyasət həm ölkələr daxilində, həm də ölkələr arasında siyasəti araşdırmaq üçün müqayisəli metod və ya digər empirik metodların istifadəsi ilə xarakterizə olunan siyasət elminin bir sahəsidir. Əsasən bura siyasi institutlar, siyasi davranış, münaqişələr, iqtisadi inkişafın səbəbləri və nəticələri ilə bağlı suallar daxil ola bilər. Xüsusi tədqiqat sahələrinə tətbiq edildikdə, müqayisəli siyasət müqayisəli hökumət (hökumət formalarının müqayisəli tədqiqi) kimi digər adlarla da adlandırıla bilər. == Tərif == Müqayisəli siyasət dünyadakı müxtəlif siyasi sistemlərin sistemli öyrənilməsi və müqayisəsidir. Fərqli siyasi sistemlərin niyə oxşarlıq və ya fərqliliklərə malik olduğunu və onlar arasında inkişaf dəyişikliklərinin necə baş verdiyini izah etmək üçün axtarış müqayisəli xarakter daşıyır. Tədqiqat sahəsi demokratikləşmə , qloballaşma və inteqrasiya kimi mövzulara diqqət yetirərək, bütün dünyada siyasi sistemləri nəzərə alır. Müqayisəli siyasət sayəsində son 40 ildə siyasət elmində yeni nəzəriyyə və yanaşmalardan istifadə edilmişdir. Bunlardan bəziləri siyasi mədəniyyətə, asılılıq nəzəriyyəsi , inkişafçılıq, korporatizm , yerli dəyişiklik nəzəriyyələri, müqayisəli siyasi iqtisadiyyat, dövlət-cəmiyyət münasibətləri və yeni institusionalizm olmuşdur. Müqayisəli siyasətin bəzi nümunələri prezident və parlament sistemləri , demokratiyalar və diktaturalar , müxtəlif ölkələrdəki parlament sistemləri, Kanada kimi çoxpartiyalı sistemlər və ABŞ kimi iki partiyalı sistemlər arasındakı fərqləri öyrənməkdir.Tarixən intizam ölkələr arasında müqayisələr vasitəsilə siyasət elmində geniş sualları araşdırsa da, müasir müqayisəli siyasət elmi ilk növbədə submilli müqayisələrdən istifadə edir. Son zamanlarda submilli müqayisələrə maraq və onun müqayisəli siyasətdə faydası nəzərəçarpacaq dərəcədə artmışdır.
Müqayisəli üstünlük
Müqayisəli üstünlük məvhumunu iqtisadiyyata David Rikardo tərəfindən gətirilib. O, 1817-ci ildə yazdığı “Siyasi İqtisadın və Vergi qoymanın Prinsipləri” əsərində Birləşmiş Krallıq və Portuqaliya arasındakı misalda bunu izah edib. Belə ki, Portuqaliyada şərab və geyim istehsalı çox ucuz başa gəlir. Əksinə Birləşmiş Krallıqda isə şərab istehsalı çox baha, geyim istehsalı isə orta qiymətlər hesabına istehsal olunur. Birləşmiş Krallıq ölkədəki tələbatı ödəmək üçün Portuqaliyadan ucuz qiymətə olan şərab idxal edir və bunu geyim ilə ödəyir. Beləliklə, yeni alınan şərab geyim qiymətinə başa gəlib ki, bu da ölkədə istehsal olunandan daha ucuzdur. Nəticə etibarı ilə, Böyük Britaniya şərab istehsalını azaldır və işçi qüvvəsi və kapitalı geyim sektoruna yönəldir və ölkə üçün şərab daha ucuz başa gəlir. Portuqaliya isə geyim sektoru istehsalını azaldır və əsas gücü şərab istehsalına yönəldir və ucuz şərab hesabına daha keyfiyyətli geyim əldə edir. İqtisadi ineqrsiyanın ölkələrə verəcəyi üstünlüklərdən biri də budur.
Sosial müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
Türkmənçay (müqavilə)
Türkmənçay sülh müqaviləsi (rusca:Туркманчайский договор, farsca:عهدنامه ترکمانچای) — Qacarlar (türk mənşəli) ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə. 10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmışdır. Bu müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran , İrəvan, Naxçıvan və Talış xanlığının özlərin də qalmış hissəsinin də Rus imperiyasının ərazisi olduğunu qəbul edirdi. İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən torpaqlar hal-hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə edirdi.Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan Paskeviç imzalamışdır. Gülüstan müqaviləsində olduğu kimi bu müqavilə də Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanmışdır və bütün şərtlər Rusiya tərəfindən diktə edilmişdir. Hətta general Paskeviç İran nümayəndələrinə bildirmişdi ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazsa Rus ordusu Tehranı tutacaqdır.Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırdı. Rusiya tərəfindən işğal olunan ərazilər 1918–1920-ci illər istisna olunmaqla birdə 1991-ci ildə müstəqil oldu. == Mahiyyəti == Yermolovun və Menşikovun bir ay sonra Rusiya Xarici İşlər naziri qraf K. V. Nesselrodeyə təqdim etdikləri yazılı təklifləri də nəzərə alınmaqla sülh və ticarət müqaviləsinin layihəsi hazırlanmışdı. Gələcək müqavilənin şərtləri haqqında çar fərmanı 1827-ci II mayın 24-də Cəlaloğlu yanındakı rus düşərgəsinə gətirildi.
İctimai müqavilə
İctimai müqavilə və ya sosial müqavilə (ing. Social contract) — dövlətin mənşəyi haqqında əsəs nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır. Nəsirəddin Tusi, H.Qrotsi, Deni Didro, Jan Jak Russo və b. mütəfəkkirlər "ictimai müqavilə" nəzəriyyəsini müdafiə etmişlər.
Müqayisəli anatomiya
Müqayisəli anatomiya — müxtəlif növlərin anatomiyasındakı oxşar və fərqli cəhətləri öyrənir. O, təkamül biologiyası və filogenetika (növlərin təkamülü) ilə sıx bağlıdır. Müqayisəli anatomiya elm kimi klassik dövrdə başlamış və quşların və insanların skeletləri arasındakı oxşarlıqları qeyd edən Pierr Belonun işi ilə erkən müasir dövrə qədər davam edir. Müqayisəli anatomiya ümumi yaranışı sübut etmişdir və heyvanların təsnifatına kömək etdi. == Tarixi == Cərrahi və ya tibbi prosedurdan ayrı olan ilk xüsusi anatomik tədqiqat Alkmeon (Krotonalı) ilə əlaqələndirilir. Leonardo da Vinci, ayı da daxil olmaqla müxtəlif heyvanların əllərini müqayisə etmək üçün anatomik traktat üçün qeydlər etmişdir. 1517-ci ildə doğulmuş fransız təbiətşünası Pierr Belon delfin embrionlarını araşdırıb və quş skeletlərini insan skeletləri ilə müqayisə edib. Onun tədqiqatları müasir müqayisəli anatomiyaya gətirib çıxardı. Təxminən eyni vaxtda Andreas də özünəməxsus addımlar atırdı. Flamand əsilli gənc anatomist, yunan həkimi Qalenin anatomik biliklərini sistematik şəkildə araşdırır və düzəldirdi.
Müqayisəli endokrinologiya
Müqayisəli endokrinologiya — submolekulyar, molekulyar, hüceyrə və orqanizm səviyyələrində onurğalıların və onurğasızların endokrin sistemlərinin çoxsaylı mürəkkəblikləri ilə məşğul olur. Bu, orqanizmlərin inkişafının morfoloji və funksional aspektləri ilə əlaqəli biologiya və tibb sahələrində fənlərarası sahədir.Yeni hormonların kəşfi çox vaxt ilk dəfə məməlilərdə ortoloqlar (müxtəlif orqanizmlərin homoloji zülalları) tapılmadan əvvəl model orqanizmlərdə baş verir.
Baltikyanı ölkələrin müqayisəsi
Bu məqalə Baltikyanı ölkələrin müqayisəsidir .
Benilüks ölkələrinin müqayisəsi
Bu məqalə Benilüks ölkələrinin müqayisəsidir .
Mərkəzi Müqavilə Təşkilatı
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur. SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ-la İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı. XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
Skandinav ölkələrin müqayisəsi
Bu məqalə Skandinav ölkələrinin müqayisəsidir . == Coğrafiya == == Demoqrafiya == Mənbə: Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial İşlər Departamenti: Əhali bölgüsü (oktyabr 2019).
Xarici Kosmik Müqavilə
Xarici Kosmos Müqaviləsi, rəsmi adı ilə Ay və digər Göy cisimləri daxil olmaqla, Kosmosun Kəşfi və İstifadəsində Dövlətlərin Fəaliyyətlərini İdarəetmə Prinsipləri Müqaviləsi — beynəlxalq kosmik hüququn əsasını təşkil edən müqavilədir. 27 yanvar 1967-ci ildə ABŞ, İngiltərə və Sovet İttifaqında imzalanması üçün açılan müqavilə, 10 oktyabr 1967-ci ildə qüvvəyə minmişdit. 2015-ci ilin sentyabr ayına kimi konvensiyaya 104 ölkə qoşulub. 24 ölkə müqaviləni imzalamış, lakin təsdiqləmə işlərini bitirməmişdir. Müqavilənin bəzi maddələri Xarici Kosmosun kəşfi və istismarı bütün ölkələrin maraqları və mənafeləri nəzərə alınmaqla həyata keçirilir. Bütün ölkələr Xarici Kosmosun tədqiqində və istifadəsində sərbəstdirlər. Xarici Kosmosa qarşı suverenlik, işğal və buna bənzər heç bir iddia ilə çıxış edilə bilməz. Dövlətlər nə orbitə, nə də xarici kosmosdakı göy cisimlərinə və ya stansiyalarına; nüvə silahlarını və ya digər kütləvi qırğın silahlarını yerləşdirə bilməzlər. Yerin peyki Ay və digər göy cisimləri yalnız dinc məqsədlər üçün istifadə edilə bilər. Dövlətlər, milli kosmik fəaliyyətlərdən və bu fəaliyyətlər zamanı verdikləri zərərlərə görə məsuliyyət daşıyırlarEyni prinsiplərə uyğun olaraq hazırlanan “Ay müqaviləsi”nin 11-ci maddəsində Ay və digər səma cisimlərinin Bəşəriyyətin ortaq mirası olduğu və Ayın səthində mülk iddiaları edilə bilinməyəcəyi açıq şəkildə bildirilmişdir.
Müqayisəli ədəbiyyatşünaslıq (jurnal)
Müqayisəli ədəbiyyatşünaslıq — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı. == Jurnalın nəşri == Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi jurnalı 2004-cü ildən 2018-ci ilə qədər "Ədəbi əlaqələr" adı ilə nəşr olunub. Əvvəl toplu kimi çap olunmuş, 2014-cü ildən isə jurnal kimi qeydiyyatdan keçmişdir. Jurnal 19 fevral 2019-cu ildə "Müqayisəli ədəbiyyatşünaslıq" adı ilə yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Jurnal ildə iki dəfə həm çap, həm də onlayn versiyada nəşr olunur. == Haqqında == AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalında dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur. Jurnalda Azərbaycan dili ilə yanaşı türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri yayımlanır. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir. == Abstraktlaşdırma və indeksləşdirmə == "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalı beynəlxalq indeksləmə sistemlərinə daxildir: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Index Copernicus CiteFactor İdealonline == Redaksiya qrupu == Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Polşa və digər ölkələrin alimləri daxildir === Baş redaktor === İsa Həbibbəyli – AMEA-nın həqiqi üzvü === İcraçı redaktor === Mehman Həsənli − filologiya üzrə fəlsəfə doktoru, dosent === Redaksiya heyəti === Almaz Ülvi Binnətova – filologiya elmləri doktoru (Azərbaycan) Bədirxan Əhmədov - professor (Azərbaycan) Bəsirə Əzizəliyeva - filologiya elmləri doktoru (Azərbaycan) Qəzənfər Paşayev – professor (Azərbaycan) Gülər ​​Abdullabəyova - professor (Azərbaycan) Məmməd Əliyev - professor (Azərbaycan) Yaşar Qasımbəyli – filologiya elmləri doktoru (Azərbaycan) === Beynəlxalq məsləhətçilər === Orhan Söyləməz – professor(Türkiyə) Kazbek Sultanov – professor (Rusiya) Huang Zhonghiang – professor (Çin) Şuxrat Surojiddinov – professor (Özbəkistan) Elka Traikova – professor (Bolqarıstan) Abdildazhan Akmataliev – professor (Qırğızıstan) Maria Kennes – dosent (Macarıstan) İvan Meznik – professor (Çexiya) Əlfis Qayazov – professor (Başqırdıstan) Kim Minnullin – professor (Tatarıstan) Oh Eunkyung – professor (Cənubi Koreya) Serik Piraliev – professor (Qazaxıstan) Davut Orazsahadov – dosent (Türkmənistan) Vaskiv Mikola Stepanoviç – professor (Ukrayna) Yaroslav Lavski – professor (Polşa) === Məsul redaktorlar === Maral Poladova (Azərbaycan) Pərvanə Kərimova (Azərbaycan) Aida Tağıyeva (Azərbaycan) == Həmçinin bax == https://science.gov.az/az/news/open/24081 https://www.medeniyyet.az/page/news/49506/Muqayiseli-edebiyyatsunasliq.html https://science.gov.az/az/news/open/15590 == Mənbə == İsa Həbibbəyli. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. == Tarixi == === Erkən dövr === Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Etnik münaqişə
Etnik münaqişə — iki və ya ikidən artıq etnik qruplar arasında münaqişədir. Münaqişənin səbəbləri cürbəcür, o cümlədən, siyasi, iqtisadi, dini və sosial ola bilər.
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək Məcəlləsi
Əmək Məcəlləsi — əmək haqqında qanunverici akt; əmək hüququnun əsas mənbəyi. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək bazarı
Əmək bazarı — tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında vacib və planlı sahədir. Əmək bazarında iş qüvvəsinin dəyəri qiymətləndirilir, əməyin şəraiti, əmək haqqının kəmiyyəti, təhsil almaq imkanları, məşğulluğun təminatı və sairə müəyyənləşdirilir. Əmək bazarı məşğulluq dinamikasının əsas tendensiyalarını özündə əks etdirir. == Əmək bazarının tənzimlənməsi == Əmək bazarının tənzimlənməsinin ən mühüm şərti işəgötürənlərlə işaxtaranların maraqlarının və tələblərinin üst-üstə düşməsi, üzlaşdırılmasıdır. Əmək bazarına işaxtaranlara öz imkanlarına, bacarıqlarına və tələblərinə uyğun iş tapmaq, işəgötürənlərə isə öz fəaliyyətlərini təmin etmək üçün işçilər tapmağa imkan verən ictimai mexanizmlərin və sistemlərin məcmusu kimi də tərif vermək olar. İşaxtaranlar əmək fəaliyyəti barədə düşünərkən mütləq bu və ya digər peşələrə, ixtisaslara, xidmət sahələrinə gələcəkdə olan tələbatı nəzərə almalı, bu tələbatın əmək bazarında hansı istiqamətdə inkişaf edəcəyini bilməlidilər. Əmək bazarında hazırkı vəziyyəti qiymətləndirməyi bacarmaq və sonradan hansı şəraitin yaranacağını bilmək vacibdir. == Əmək bazarının xüsusiyyəti == Müasir əmək bazarının başlıca xüsusiyyəti ondan ibarətdir ki, daimi məşğulluğa tam zəmanət vermək qeyri-mümkündür. Məşğulluq səviyyəsini təyin edən əməyə tələbat bir çox amillərdən, dövlətin bu sahədə siyasətindən, iqtisadiyyatın strukturundan, əməyin təşkilindən, rəqabət bacarığından, gəlir meyarlarından, bazar qiymətlərindən, əməyin səmərəliyindən, əmək münasibətlərinin çevikliyindən, istehsal üçün lazım olan təhsil, peşə bilikləri və bacarıqlarından, ixtisas artırma və yeni peşələrə yiyələnmək proseslərindən, Həmkarlar İttifaqlarının aktivliyindən asılıdır.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Əmək ehtiyatları
Əmək ehtiyatları - əmək bazarında işçi qüvvələrin ehtiyatları. == Əmək bazarı == Planlı iqtisadiyyat sistemində "əmək bazarı" anlayışı mövcud deyildi. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq bazarlar, o cümlədən tələb və təklif münasibətlərinin fəaliyyət göstərdiyi əmək ehtiyatları bazarı meydana çıxdı və əmək ehtiyatlarının bölüşdürülməsi vacib problemlərdən birinə çevrildi. Əmək bazarında insan resursları artıq dövlətin və ya onun strukturlarının qərarı ilə işə düzəlmirlər, tələb və təklif münasibətlərinə daxil olurlar və təbii ki, burada əmək ehtiyatları arasında rəqabət yaranır. Azərbaycanda əmək bazarında kəskin şəkildə işsizlik problemi yoxdur. Amma əmək bazarının keyfiyyət problemləri var, əmək ehtiyatları iqtisadiyyatımızın tələblərinə cavab vermir və bu problemlər həll edilməlidir. Bir ixtisas üzrə kifayət qədər kadrlar olur ki, onlara ehtiyac yoxdur, amma başqa bir sahədə kadrlar çatışmır. Buna görə də Azərbaycana xaricdən əmək ehtiyatlarının axını davam edir. Kifayət qədər düşünülməmiş kadr siyasəti əmək məhsuldarlığının azalmasına və gəlir itkisinə səbəb ola bilər. Məhz buna görə də hazırda müəssisələrin kadr ehtiyatlarının ixtisas səviyyəsi və peşəkarlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Əmək hüququ
Əmək hüququ — milli hüququn aparıcı sahələrindən biridir. O, mülkiyyətin və təsərrüfatçılığın formalarından asılı olmayaraq işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Özünün Konstitusiya hüququ olan əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. == Əmək hüququ anlayışı == Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır. Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir.
Əmək iqtisadiyyatı
Əməyin iqtisadiyyatı — muzdlu işçi bazarının fəaliyyəti və dinamikasını anlamağa çalışan iqtisadiyyat elminin bir sahəsidir. Əmək bazarları işçilərin və işəgötürənlərin qarşılıqlı fəaliyyəti nəticəsində çalışır. Daha dəqiqi deyərsək, əmək bazarının tələb tərəfini işəgötürənlər, təklif tərəfini isə işçilər təşkil edir.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. == Kitabcanın forması == Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. == Azərbaycan Respublikası Əmək Məcəlləsində == Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. == Əmək kitabçasının düzgün yazılması == Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müәssisә әmәkdaşının vә müdiriyyәtinin hüquq vә vәzifәlәrini müәyyәn edәn rәsmi sәnәd. İşә götürmә zamanı rәsmilәşdirilir vә hәr iki tәrәf – işçi vә müdiriyyәtin nümayәndәsi imzalayır. Müxtәlif ölkәlәrdə əmək müqaviləsinin tәrkibi vә bölmәlәri fәrqlidir. Mәsələn Almaniyada uzun illәr əmək müqaviləsinin әsas bölmәlәrinә: әmәk fәaliyyәti; gәlirlәr (o cümlәdәn әmәkhaqqı); müdafiә tәdbirlәri (müvәqqәti әmәkqabiliyyәtsizliyi, әlillik, ölüm hallarında); mәzuniyyәt; 5) әlavә işlәrin görülmәsi qaydası; istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi; ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri; müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.Əmək müqaviləsinin xüsusi növü işçilәr vә administrasiya arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir. == Əmək münasibətlərinin tərəfləri == Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
Əmək məzuniyyəti
Əmək məzuniyyəti - işçilərə verilən məzuniyyət İşçilərə əmək məzuniyyətlərinin verilməsi XIX əsrin ikinci yarısından, onun qanunvericiliklə tənzimlənməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. 1903 və 1908-ci illərdə İsveçrə, 1909-da İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar qəbul edilib. 1936-cı ildə Beynəlxalq Əmək Təşkilatı əmək məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı, 52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə, o cümlədən məzuniyyət hüququnu tənzimləyən Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə minib. Ötən 10 il müddətində məcəlləyə bir neçə dəfə əlavə və dəyişiklik edilib. Sonuncu belə dəyişiklik 2009-cu ilin mayın 14-də reallaşıb. Azərbaycanın ana qanunu vətəndaşların məzuniyyət hüququna təminat verir. Konstitusiyanın 37-ci maddəsinə görə, əmək müqaviləsi ilə işləyənlərə ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsinə görə, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
Əmək nəğmələri
Əmək nəğmələri — əsas etibarilə bədii estetik xüsusiyyətləri ilə yox, mövzusu ilə müəyyənləşdirilən və bilavasitə əmək prosesinin doğurduğu hiss-həyəcanları ifadə edən poetik mətnlər. Misraların sayından tutmuş qafiyələnmə prinsipinəcən heç bir ümumi qəlibə sığmayan bu nəğmələrin təsnifatı mövzusuna görə aparılır: hana nəğmələri, sağın nəğmələri, gümçü-ipəkçi nəğmələri, balıqçı nəğmələri, ovçu nəğmələri və s. Əmək nəğmələri şifahi xalq ədəbiyyatın ən qədim janrıdır. Ovçuluq, əkinçilik, maldarlıqla məşğul olan qədim insanlar əmək prosesində müəyyən ahəng və ritmikadan istifadə edərək görülən işi asanlaşdırmağa, şux əhvali-ruhiyyə yaratmağa çalışmışlar. İlk mərhələdə bu nəğmələr yalnız müəyyən ritmika üzərində qurulduğu üçün məzmun və forma baxımından qeyri-kamil olmuşdur. Məsələn; == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Əmək qabiliyyətsizliyi
Əməkqabiliyyətsizliyi – işçinin xәstәliyә, istehsalatda vә ya mәişәtdә baş verәn bәdbәxt hadisәyә vә digәr sәbәblәrә görә әmәk funksiyalarını yerinә yetirmәk qabiliyyәtindәn müvәqqәti vә ya daimi mәhrum olması; sosial risk növlәrindәn biri. Müvәqqәti əməkqabiliyyətsizliyi dönәn xarakter daşıyır, insanın sağalması ilә onun әmәk qabiliyyәti bәrpa olunur vә o, işә çıxa bilir. Bu hal tibbi ekspertizaya әsasәn müәyyәn olunur vә әmәk qabiliyyәtinin olmaması vәrәqәsi vә ya arayışla tәsdiqlәnir. İnsanın әmәk qabiliyyәtinin bәrpası mümkün olmadıqda, əməkqabiliyyətsizliyi daimi olur vә hәmin şәxs әlil sayılır, bәzәn hәkimin mәslәhәtilә başqa rejimdә, yaxud başqa işdә işlәmәk imkanı olan qismәn әmәkqabiliyyәtli sayılır. Dayanıqlı əməkqabiliyyətsizliyi zamanı tibbi-sosial ekspertiza idarәlәrindә hәyat fәaliyyәtinin (o cümlәdәn әmәk qabiliyyәtinin) mәhdudlaşması strukturunun vә dәrәcәsinin qiymәtlәndirilmәsi әsasında әlillik qrupu vә reabilitasiya daxil olmaqla sosial müdafiә tәdbirlәri müәyyәnlәşdirilir. Müvәqqәti əməkqabiliyyətsizliyi mәlumatlarının tәhlili işçi tәrәfindәn onunla әlaqәdar sosial imtiyazlardan sui-istifadәni, yaxud Ə. yüksәk olan müәssisәlәrdә әmәk şәraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etmәyә imkan yaradır. Çox ölkәlәrdә əməkqabiliyyətsizliyi göstәricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müәyyәn edir, yәni əməkqabiliyyətsizliyi göstәricisi yüksәk olduqca, ona tutulan faiz artır. əməkqabiliyyətsizliyinin iqtisadi yükü çox әhәmiyyәtlidir vә o, sahibkarlarla (onlar buna görә әmәk şәraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. əməkqabiliyyətsizliyinin sәbәb vә nәticәlәrini öyrәnmәk üçün işәdüzәltmә agentliklәrindә müstәqil tibbi müayinә institutu yaradılır vә bu, hәmin agentliklәrin hәkimlәrinә iş axtaran şәxsin zәrәrli vәrdişlәri (siqaretçәkmә, alkoqoldan sui-istifadә) dә daxil olmaqla, tam sağlamlıq vәziyyәti haqqında mәlumat tәqdim etmәyә imkan verir. Hәkimlәr bu işçinin әvvәlki iş yerindәki əməkqabiliyyətsizliyi üzrә mәlumat bazası nәzәrә alınmaqla, onun əməkqabiliyyətsizliyi ehtimalını müәyyәnlәşdirirlәr.
Əmək sosiologiyası
Əmək sosiologiyası — insanın işə münasibətində, onun ictimai fəaliyyətində, istehsal komandalarındakı insanlar və sosial qruplar arasındakı münasibətdə öz ifadəsini tapan sosial tipik prosesləri öyrənən sosiologiyanın bir bölümü. Dar mənada əmək sosiologiyası işəgötürənlərin və işçilərin iqtisadi və sosial təşviqlərə cavab olaraq davranışlarını araşdırır. Əmək sosiologiyası makro və mikroiqtisadiyyat, müəssisə iqtisadiyyatı, statistika, istehsalın təşkili və sahə sosioloji fənləri — təşkilatlar sosiologiyası, idarəetmə sosiologiyası, iqtisadi sosiologiya kimi iqtisadi elmlərlə sıx əlaqəlidir. == Tarixi == XIX əsrin əvvəllərində əməyin öyrənilməsinə dair empirik xarakterli ilk elmi əsərlər meydana çıxdı. XIX əsrin ikinci yarısında əməyin öyrənilməsinə dair ilk sistematik iş ortaya çıxdı. Amerikalı mühəndis Fredrik Teylor tərəfindən başladılan bu cür tədqiqatın məqsədi əvvəlcə istehsal əməliyyatlarının rasional icrası üçün metodlar tapmaq idi. Sonradan, "əməyin elmi təşkili" adını alan elmi bir istiqamət ortaya çıxdı. Bu elmi istiqamət çərçivəsində "əmək norması", "əmək haqqı", "peşə seçimi" və s. anlayışları meydana gəldi. Mərkəzi Əmək İnstitutunun rəhbəri Aleksey Qastev rus əmək sosiologiyasının inkişafına böyük töhfə verdi.Sonradan əmək sosiologiyasının formalaşmasına iqtisadiyyat, riyaziyyat, statistika, fiziologiya və insan psixologiyası, hüquqşünaslıq və s.
Əmək tutumu
Əmək tutumu — məhsul vahidinin istehsalına sərf olunmuş əmək (və ya vaxt) göstəricisi. Məhsulun əmək tutumu əməyin məhsuldarlığını xarakterizə edən iqtisadi göstəricidir və məhsul vahidinə və ya işə sərf edilmiş cəmi iş vaxtı (adam-saat, norma-saat) ilə ölçülür. Məhsulun əmək tutumu - sərf olunan iş vaxtı fondunun (adam-saat) istehsal olunan məhsulun miqdarına nisbətinin natural qiymətləri ilə müəyyən olunur.
Ətək (şəhər)
Ətək ㅡ Yəməndə şəhər. Şəbva mühafəzəsinin inzibati mərkəzi. Səna şəhərindən 458 km uzaqlıqda yerləşir.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Dondurulmuş münaqişə
Dondurulmuş münaqişə — beynəlxalq münasibətlərdə aktiv silahlı münaqişənin sona çatdığı, lakin heç bir rəsmi sülh müqaviləsinin və ya digər siyasi çərçivənin münaqişəni qane edəcək şəkildə həll etmədiyi bir vəziyyət. Ona görə də hüquqi baxımdan münaqişə hər an yenidən başlaya bilər, qeyri-təhlükəsizlik və qeyri-sabitlik mühiti yarada bilər. Bu termin ümumiyyətlə postsovet münaqişələri üçün istifadə olunur, lakin tez-tez digər genişlənmiş və həll olunmamış ərazi mübahisələrinə də şamil edilir. Ortaya çıxan de-fakto vəziyyət münaqişə tərəflərindən hər hansı birinin bəyan etdiyi rəsmi mövqeyə uyğun ola və ya uyğun gəlməyə bilər. Məsələn, Koreyanın bölünməsində həm Cənubi Koreya, həm də Şimali Koreya rəsmi olaraq bütün yarımadaya iddialarını irəli sürürlər; lakin iki ölkənin nəzarət zonaları arasında dəqiq müəyyən edilmiş sərhəd mövcuddur. Dondurulmuş münaqişələr bəzən qismən tanınan dövlətlərlə nəticələnir. Məsələn, dondurulmuş Gürcüstan-Osetiya münaqişəsinin məhsulu olan Cənubi Osetiya Respublikası beş BMT üzvü də daxil olmaqla səkkiz başqa dövlət tərəfindən tanınır; bu qurumların digər üçü qismən tanınan dövlətlərdir. == Nümunələr == === Postsovet ərazilərində === 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bəzi postsovet dövlətlərinin ərazilərində bir sıra münaqişələr yarandı, burada adətən yeni beynəlxalq sərhədlər yerli əhalinin etnik mənsubiyyətinə uyğun gəlmirdi. Bu münaqişələr əsasən “dondurulmuş vəziyyətdə” qalmışdır, mübahisəli ərazilər beynəlxalq səviyyədə mənsub olduqları və hələ də həmin əraziləri öz ərazilərinin bir hissəsi hesab edən ölkələrdən başqa qurumların faktiki nəzarəti altındadır. Dnestryanı müharibəni (1990-1992) başa vuran atəşkəsdən bəri Rusiyanın təsiri altında olan separatçı Dnestryanı respublika Moldova ərazisinin ən şərq zolağına nəzarət edir.
Etno-dini münaqişə
Etno-konfessional münaqişə və ya Etno-dini münaqişə — dini fərqin etnik mənsubiyyəti daha da artırdığı etnik qarşıdurmanın formalarından biridir. Fərqli sivilizasiyalarda (Qafqaz, Balkanlar) inkişaf etmiş xalqların yaşadığı bölgələrdə xüsusilə qabarıq formaları özünü göstərir. Ərəb-İsrail qarşıdurması, Cezayir müharibəsi, Bəlucistan, Şimali İrlandiya, keçmiş Yuqoslaviya, Çeçenistandakı etnik-konfessional qarşıdurmaların səsləndirilən nümunələridir. == Ədəbiyyat == Богатырёв К. А. Крымские татары и развитие этноконфессионального конфликта в регионе в 90-х гг. XX века (Политика и общество). 2009. 58–65. Булгакова М. В. Этнорелигиозный конфликт: некоторые аспекты проблемы (Актуальные проблемы гуманитарных и естественных наук). 2009. 1–9.
Etno-konfessional münaqişə
Etno-konfessional münaqişə və ya Etno-dini münaqişə — dini fərqin etnik mənsubiyyəti daha da artırdığı etnik qarşıdurmanın formalarından biridir. Fərqli sivilizasiyalarda (Qafqaz, Balkanlar) inkişaf etmiş xalqların yaşadığı bölgələrdə xüsusilə qabarıq formaları özünü göstərir. Ərəb-İsrail qarşıdurması, Cezayir müharibəsi, Bəlucistan, Şimali İrlandiya, keçmiş Yuqoslaviya, Çeçenistandakı etnik-konfessional qarşıdurmaların səsləndirilən nümunələridir. == Ədəbiyyat == Богатырёв К. А. Крымские татары и развитие этноконфессионального конфликта в регионе в 90-х гг. XX века (Политика и общество). 2009. 58–65. Булгакова М. В. Этнорелигиозный конфликт: некоторые аспекты проблемы (Актуальные проблемы гуманитарных и естественных наук). 2009. 1–9.
Etno-siyasi münaqişə
Etno-siyasi münaqişə — etnik birliyin siyasiləşdirilməsi ilə əlaqəli olan etnik qarşıdurmaların formalarından biridir. A.R. Aklaev "Etno-siyasi konfliktologiya" əsərində daha ətraflı tərif verir: Etno-siyasi qarşıdurmalar, siyasi gücün əldə edilməsi və ya yenidən bölüşdürülməsi, simvollarının tərifi, həmçinin qrup siyasət statusu və dövlət siyasətinin prioritetləri ilə əlaqəli mənfəətlərini və dəyərlərini həyata keçirmək istəyində olan siyasi aktyorların toqquşmasıdır. hansı etnik fərqliliklərin siyasi səfərbərlik prinsipinə çevrildiyi və mövzulardan ən azı birinin etnik qrup olduğu Bir qayda olaraq, etno-siyasi qarşıdurmalar qrup maraqları ətrafında inkişaf edir, bir qrup olaraq bir etnoya münasibətdə ədalətsizliyə müraciəti təsir edir. Bu cür maraqlara ümumiyyətlə siyasi muxtariyyət, dövlət büdcəsindən maliyyənin artırılması və dövlət orqanlarında etnik kvota daxildir. == Strukturu == Etno-siyasi münaqişələr öz strukturlarında ümumiyyətlə ictimai-siyasi münaqişələrə bənzəyir, lakin bir sıra xüsusiyyətlərə malikdirlər: etnik mənsubiyyət, dövlətin elit dairələrində siyasi mübarizənin “kamuflyajı” kimi çıxış edə bilər; etno-siyasi münaqişələr ən çox status xarakteri daşıyır və müəyyən bir etnik qrupun statusu ətrafında aparılır; bu cür qarşıdurmalar mənfəət toqquşmaları deyil, şəxsiyyətlərin toqquşmasıdır (yeni münaqişə tərəfləri münaqişə məsələsindəki mövqelərin yaxınlığından çox, ortaq kimlik üzündən bu və ya digər tərəfə daha çox yapışırlar); yüksək duyğusallıq səbəbiylə etno-siyasi qarşıdurmalar yüksək dərəcədə irrasionallıq qazanır; bunlar dağıdıcı prinsipin konstruktiv prinsip üzərində üstünlüyü ilə xarakterizə olunur; bir qayda olaraq, etno-siyasi münaqişələr çox amildir (səbəblər azlığın hüquqlarının pozulmasında deyil, kompakt yaşayış bölgəsinin iqtisadi inkişafından narazılığında ola bilər).