Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Qoruq (Talış)
Qoruq (fars. قروق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,160 nəfər yaşayır (274 ailə).
Meşə-çöl
Meşə-çöl — Şimal yarımkürəsinin təbii zonası, meşə və çöl sahələrinin birləşməsi ilə xarakterizə olunur. Avrasiyada meşə-çöllər, Karpatların şərq ətəklərindən Altayadək qərbdən şərqə davamlı bir zolaq olaraq uzanır. Rusiyada meşə zonası ilə sərhəd, Kursk və Kazan kimi şəhərlərdən keçir. Bu zolağın qərbindən və şərqindən, meşə-çölün davamlı uzanması dağların təsiri ilə kəsilir. Meşə çöllərinin ayrı-ayrı bölmələri Ortadunay düzənliyində (Macarıstan Pustası), Cənubi Sibir, Şimali Qazaxıstan, Monqolustan və Uzaq Şərqin bir sıra dağətəyi hövzələrində yerləşir, həm də Çinin şimal-şərqindəki Sunlyao düzənliyinin bir hissəsini tutur . Şimali Amerikada meşə-çöllər şimaldan cənuba, Böyük Düzənliklərdən keçərək 38 ° ş.e-ə qədər uzanır. Meşə-çöllərin iqlimi mülayim, adətən mülayim isti və qışı mülayim sərin keçir. Yağışıntıdan bir qədər çox buxarlanma müşahidə edilir. Cənuba doğru hərəkət edərkən, meşə-çöl tədricən daha az ağac və daha çox çöl sahələrini əhatə edir. İqlim istiləşir, yağıntı azalır və meşə-çöl tədricən səhraya keçir.
Meşə Qardaşları
Meşə Qardaşları (1905-1906)
Meşə albalısı
Meşə albalısı (lat. Prunus mahaleb) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Təbii halda Orta Avropa, Kiçik Asiyada yayılıb. Hündürlüyü 6-7 m-ə çatan, yaşıl və ya açıq-qonur rəngli, nazik zoğları olan ağac və ya koldur. Yarpaqları saplaqlı, yarpaq ayası dəyirmi, yumurtavari, ucu sivri, kənarları mişardişli, səthi çılpaqdır. Çiçəkləri ağ, ətirlidir, qalxanvari salxımlarda yığılmışdır. Meyvəsi 8-10 mm uzunluqda yumurtavari, qaramtıl rəngli çəyirdəkmeyvədir. Daşlı yamaclarda və kollu cəngəlliklərdə bitir. Kölgəyə, istiyə, rütubətə davamlıdır. Böyük və Kiçik Qafqazda aşağı, orta dağ qurşaqlarında, Naxçıvanda, Talışda təbii halda rast gəlinir.
Meşə alması
Meşə alması (lat. Malus sylvestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsində və Qafqaz meşələrində geniş yayılmışdır. Hündürlüyü 15 m-ə çatan ağac və ya kol bitkisidir. Yarpaqları iri, enli ellipsvari, uzunluğu 10 sm, ayanın üst səthi tünd-yaşıl, hamar, alt səthi açıqdır. Saplağın uzunluğu 5 sm-dir. Çiçəkləri ağ və ya çəhrayı, ətirli, diametri 4 sm olmaqla çətirşəkilli salxımlara yığılmışdır. Meyvələrinin diametri 3 sm, yaşılımtıl-sarı, turşdur. Soyuğa, quraqlığa davamlı bitkidir. İsmayıllıda, Qubada, Qəbələdə, Zaqatala, Balakəndə həyatyanı sahələrdə geniş istifadə olunur.
Meşə antilopları
Meşə antilopu (lat. Tragelaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Meşə antilopu
Meşə antilopu (lat. Tragelaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Pavlovsk (muzey-qoruq)
«Pavlovsk» Dövlət İncəsənət-Memarlıq və Park-Saray muzey qoruğu (rus. Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник (ГМЗ) «Павловск») – XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid park-saray ansamblı. Saray Peterburqun şəhərətrafı sayılan Pavlovsk şəhərində yerləşir. Saray-park kompleksinin mərkəzi İmperator I Pavelin yay iqamətgahı olan Pavlov sarayı hesab olunur. Saraya bitişik ərazidə və Slavyanka çayının hər iki sahilində 600 hektarlıq geniş park yerləşir və Avropanın ən böyük mənzərəli parkı hesab olunur. Saray və park 50 il müddətində 5 tanınmış memar - Çarlz Kameron, Vinçentso Brenna, Cakomo Kvarengi, Andrey Voronixin və Karlo Rossi tərəfindən inşa olunmuşdu. Pavlov parkı aşağıdakı sahələrə bölünür: Böyük ulduz (Bu keçidlə siz parkın digər sahələrinə də baxa bilərsiniz) Slavyanka çayının vadisi Mərkəz (Saray ətrafı rayonu) Köhnə Silviya Yeni Silviya Bəyaz ağcaqayın Parad sahə Saray 50 ilə inşa olundu və tikinti işləri şərti olaraq üç mərhələdə həyata keçirildi: Memar Çarlz Kameron tərəfindən 1782—1796-cı illərdə malikanənin əsası və planlaşdırılması həyata keçirilmişdi. Memar Viçentso Brenna malikanəni ətrafdakı parklarla birgə imperator sarayına çevirmişdi. Memarlar Voronixin, Kvarenqa, Rossi və həmçinin rəssam Pyetro Qonzaqo tərəfindən sarayın bəzək və bədii tərtibatı hazırlanmışdı. Pavlov sarayın əsası 25 may 1782-ci ildə qoyulmuşdu.
Peterhof (muzey-qoruq)
Peterhof Dövlət Muzey-Qoruğu (rus. Государственный музей-заповедник „Петергоф“) dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir. İlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksi və Kolonist parkı, Strelnada yerləşən I Pyotr sarayı və Konstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir. Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur. 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur. 19 may 1918 – Peterhof saray-park kopleksinin idarə olunması üçün Sovet Rusiyası rəhbərliyi tərəfindən "Peterhof" DMQ təsis edilmişdir. sentyabr 1941 – yanvar, 1944 – "Peterhof" DMQ almanların işğalı altında olmuşdur.
Meşə atlanqaçı
Dördpəncə atlanqaç (lat. Petrodromus tetradactylus) — atlanqaçlar fəsiləsinin meşə atlanqaçı cinsinə aid yeganə məməli növü.
Meşə bayquşcuğu
Meşə bayquşcuğu (lat. Otus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Meşə bayquşu
Meşə dişəvəri
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Meşə dələsi
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Meşə faunası
Meşə faunası – Yer kürəsi meşələrində yaşayan heyvan növlərinin məcmusu: yer səthində yaşayan heyvanların yarısını təşkil edir. Meşə bitkisinin tərkibi və quruluşu onun faunasının zənginliyi və müxtəlifliyini müəyyən edir. Meşə qruplaşmaları nə qədər mürəkkəb və rəngarəngdirsə, yem bazası boldursa, meşə faunası da bir o qədər bol və rəngarəng olar. Meşə faunasının bir çox növləri meşənin həyatında mühüm rol oynayaraq onun böyüməsi, inkişafı, bərpası və formalaşmasına təsir göstərir. Bir sıra quşlar və məməlilər ağac və kolların toxumları, meyvələri ilə qidalanaraq onların yayılmasına və bitməsinə kömək edir. Bununla bərabər meşə faunası meşəyə və meşə əkinlərinə müəyyən ziyan da verir. (bir çox cücülər, gəmiricilər). Respublikamızın Talış zonasının meşə faunası daha çox zənginlyi ilə seçilir. Talış dağları meşələrində cüyür, bəbir, meşə pişiyi, qaya dələləri, vaşaq, yereşən, kirpi, süleysin, köstəbək, çaqqal, qonur ayı, porsuq, samurlar, çöldonuzu, dənizə yaxın düzən meşələrdə quşlardan qaşqaldaq, qamışlıq quşu, kiçik bozca, ağqarın, cüllütlər, qağayı, sternalar, anqutlar, qaqar, boz qaz, sarıleylək, bildirçin, meşə göyərçini, sultan toyuğu, qaratoyuq, sarquşu, qırqovul, turac, qızlar quşu və s. geniş yayılmışdır.
Meşə fındığı
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Meşə fıstığı
Meşə fıstığı (lat. Fagus sylvatica) — pəncərkimilər fəsiləsinin fıstıq cinsinə aid bitki növü.
Meşə gerillaları
Meşə gerillaları (fin Metsäsissit) — karellər və ağ fin könüllüləri tərəfindən yaradılmış müqavimət hərəkatı. Hərəkat 1920-ci ildə imzalanmış Tartu müqaviləsinə əsasən Kareliya ərazisinin bir hissəsinin bolşevik Rusiyasına verilməsindən sonra yaranmışdır. Hərəkatın fəaliyyəti nəticəsində alovlanan münaqişə İkinci SSRİ–Finlandiya müharibəsinə gətirib çıxarmışdır. 1921-ci ildə Rusiyaya qarşı üsyan zamanı 3 min gerilla döyüşçüsü Şərqi Kareliyanın böyük hissəsini tuta bilmişdir. Onlar bu əraziləri yeni yaradılmış Finlandiya Respublikası ilə birləşdirməyə çalışırdılar, lakin 1922-ci ildə üsyançı qüvvələr Finlandiyaya çəkilməli oldular.
Meşə gözətçisi
Meşə gözətçisi — dövlət meşə mühafizəsinin işçisi, meşə təsərrüfatının işçisi. Meşə gözətçisinə meşə dolayısı təyin edilir, ona dolayının pasportu verillir, forma, ov silahı verilir. Meşəçilik məktəbində, texnikumda, və ya xüsusi kurslarda təhsil almış şəxslər meşə gözətçisi vəzifəsinə qəbul edilirlər. Meşə gözətçisi birbaşa meşəbəyiyə tabedir. Meşələrin mührafizəsi funksiyalarını rayon meşəbəyiləri və dövlət meşə müfəttişləri həyata keçirirlər. Meşə gözətçisinin mühafizəsi altında olan dolayının pasportuna uyğun olaraq bütün dövlət əmlakı — tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər və əmlak var. Meşə gözətçisi meşə yanğınlarının qarşısının alınması, aşkar edilməsi və söndürülməsi üçün tədbirlər görür, ərazidə ağac zərərvericilərinin və xəstəliklərinin aşkar edilməsi barədə meşə təsərrüfatına məlumat verir. Meşə gözətçisi ov etmək və meşədə təsərrüfat fəaliyyəti (kəsmə, ot biçmə, otarmaq) hüququna dair sənədləri yoxlamağa, meşə pozuntularına, ovçuluq qaydalarının pozulmasına, yanğın təhlükəsizliyinə dair aktlar tərtib etməyə borcludur. Həmçinin meşə əkini, seyreltilməsi və meşə bitkilərinə qulluq üzrə digər işlərə, meyvələrin, göbələklərin toplanmasına meşəbəyi rəhbərlik edir; ağac kəsilməsi və müxtəlif təsərrüfat işlərinin həyata keçirilməsi üçün sahələrin ayrılmasında iştirak edir. Meşə gözətçisi ona həvalə edilmiş meşə dolayısı ərazisində baş verən bütün meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehlik daşıyır və meşəbəyiyə, meşə mühafizə mühəndsinə, baş meşəbəyiyə və direktorla tabedir.
Meşə kadastrı
Meşə kadastrı — Meşənin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət Meşə kadstrı aparılır. Dövlət Meşə kadastrı meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət Meşə kadastrına meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil edilir. Dövlət Meşə kadastrının sənədləşdirilməsi dövlət meşələrində, qoruq meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə aparılmalıdır. Hazırda bəzi SNQ dövlətlərində Meşə kadastrı aparılır. Respublikamızda vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab edilməlidir.
Meşə kirpisi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Meşə marmotu
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Meşə pişiyi
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Adi moruq
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Lavandayarpaq poruq
Lavandayarpaq poruq (lat. Stachys lavandulifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 15-20 sm hündürlükdə yarımkolcuqdur. Gövdələri çoxsaylıdır. Yarpaqları uzunsov, xətti-lansetvari və ya xətti, 4-7 sm uzunluqda, 2-5 mm enindədir. Köbələri 4-6 çiçəkli, uzunsov çiçək qrupunda 17 sm uzunluqda və 4 sm enindədir. Kasacıq 2-3 sm uzunluqdadır. Çiçək tacı parlaq-çəhrayı, kasacıqdan qısa; yuxarı dodağı aşağı dodağından qısa, uzunsov-dəyirmi, aşağı-üçdilimli, dərin oyuqlu, iri, orta dilimlidir. Tozcuqları 3 mm uzunluqda, yumurtavari, üçtilli, tünd-qəhvəyi rənglidir.
Ləvəndyarpaq poruq
Moruq povidlosu
Mərcanotuçiçək poruq
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
Qovuq çay
Qovuqlu çay (digər adları: qovuq çay, şarcıq çay, inci çay və ya babl çay) — qovuqlu içkilər növündən çay. 1980-ci illər əsnasında Tayvanın Tayçunq şəhərinin çay mağazalarında ilk dəfə servis edildi. Ən çox qovuqlu çay reseptləri meyvə və ya süd ilə qarışıq bir çay döşəməni ehtiva edir. Qovuqlu çayların ümumiyyətlə, iki fərqli növü var: meyvə dadlı çaylar və süd çayları. Qovuqlu çay ən çox çeynənən tapioka topları'ndan ("boba") ibarətdir, lakin o, çəmən jeli, aloe vera, qırmızı lobya və partlayan boba kimi digər əlavələrlə də hazırlana bilər. Qovuqlu çayları iki kateqoriyaya bölünür: südsüz çaylar və südlü çaylar. Hər iki növ əsas olaraq qara çay, yaşıl çay və ya oolong çay seçimi ilə gəlir. Südlü çaylara adətən toz və ya təzə süd daxildir, lakin qatılaşdırılmış süd, badam südü, soya südü və ya kokos südündən də istifadə edilə bilər.
Quruq (Xoy)
Quruq (fars. قوروق‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
İriçiçəkli poruq
Ətirli moruq
Ətirli moruq (lat. Rubus odoratus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. Vətəni Şimali Amerikadır. Hündürlüyü 1-1,5 m olan yarımkoldur, çətirinin diametri 1,5-2 m olmaqla şaxələnmişdir. Yarpağı 3-5 hissəli, eni 2,5 sm-ə qədər olub, tünd yaşıl, üzəri tükcüklüdür. İyun-avqust aylarında çiçəkləyir. Çiçəkləri al-qırmızı və ya çəhrayı rəngli olub, diametri 3-5 sm-ə çatır, ətirlidir. Çiçəkləmə dövründə gözəl görünür. Meyvələri yeməli, qırmızıdır, diametri 0,5 sm-dir. Kök zoğları və toxumlarla çoxalır.
Bozumtultükcüklü moruq
Bozumtultükcüklü böyürtkən (lat. Rubus canescens) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Avtomobildən qorun
Avtomobildən qorun (rus. Берегись автомобиля) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Bu qəribə hadisə tamamilə fantastika hesab oluna bilər. Ciddi və utancaq sığorta agenti (keçmiş sürücü, hazırda isə həm də aktyor) və özfəaliyyət teatrının aktyoru Yuri Detoçkin inanılmaz iş tutur. Doğrudur, o hər şeyi ədalətli edir, lakin XX əsrin Robin Huduna çevrilmiş Detoçkin artıq müstəntiq Maksim Podberyozovikov üçün ağıllı, tədbirli, təhlükəli və ən əsası – ələkeçməz caniyə çevrilmişdir… == Film haqqında == Bu filmdə Detoçkin rolunun ifaçısı İnnokenti Smoktunovski Hamlet rolunu ifa edir. Maraqlıdır ki, İnnokenti Smoktunovski artıq 2 il əvvəl – yəni, 1964-cü ildə Hamleti ("Hamlet" filmi) ifa etmişdi. Detoçkin rolu ilk dəfə Yuri Nikulin üçün nəzərdə tutulmuşdu. Lakin Nikulin sirk heyəti ilə Cənubi Afrikaya qastrola gedir. Sonra bu rol filmdə müstəntiqi canlandıran Oleq Yefremova təklif olunur. Ən sonda Detoçkin rolunu İnnokenti Smoktunovskiyə verirlər.
Moruq Festivalı
= Göygöl Moruq Festivalı = Göygöl Moruq Festivalı Azərbaycanda ilk dəfə olaraq Göygöl rayonunda keçirilən bir tədbirdir. Bu festival 14-15 sentyabr 2024-cü il tarixlərində Göygöl Rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutmuşdur. Festivalın tərəfdaşları arasında Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnnovasiya Mərkəzi, "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC, Mədəniyyət Nazirliyi və bir çox digər dövlət və özəl qurumlar yer almışdır. Festivalın əsas məqsədi Göygöl rayonunun turizm potensialını artırmaq, aqroturizmin inkişafına dəstək vermək, bölgənin unikal xüsusiyyətlərini və kənd təsərrüfatı məhsullarını tanıtmaq, eləcə də moruq istehsalının təşviqi vasitəsilə iqtisadi inkişafa töhfə verməkdir. Festival, Göygöl rayonunun Keşkü kəndində 3 hektar ərazidə təşkil olunmuşdur. Ziyarətçilər yerli moruq sortlarının dequstasiyası və satışında iştirak etmiş, eyni zamanda 100-ə yaxın fermer və sənətkarın məhsulları ilə tanış olmuşlar. Festival zamanı əyləncəli şou proqramlar, konsertlər, idmançıların nümunəvi çıxışları və açıq havada müxtəlif tədbirlər keçirilmişdir. Festival ərazisində xüsusi kampinq zonası da mövcud olmuşdur. Festivalın keçirilməsi aqrar və turizm sektorlarının inkişafına müsbət təsir göstərmiş, yerli moruq istehsalçılarının yeni işgüzar əlaqələr qurmasına və məhsullarını geniş auditoriyaya tanıtmasına imkan yaratmışdır. Tədbirin hər gün 5 mindən çox insan tərəfindən ziyarət ediləcəyi gözlənilmişdir.
Vətən mənə oğul desə
Filmdə Azərbaycanın milli qəhrəmanı, çavuş Etibar İsmayılovun Azərbaycan torpaqlarının erməni qəsbkarlarından qorunması və döyüş dostlarının həyatını xilas etmək üçün düşmən tankının altına atılaraq, onu məhv etməsindən, igidlik və şücaət göstərməsindən danışılır. Azərbaycan əsgərləri ordumuzun tarixində ilk dəfə belə qəhrəmanlığın şahidi olmuşdur. Film Ağcabədi Pambıq Zavodunun sifarişi ilə çəkilmişdir.
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.
Qonur dağ-meşə torpaqları
Qonur dağ-meşə torpaqları — rütubətli, mülayim-isti iqlim şəraitində, enliyarpaqlı meşələr altında formalaşmış torpaq tipidir. Boz-meşə torpaqları ilə müqayisədə qonur-meşə torpaqlar daha tünd rəngə malikdirlər. Bunun başlıca səbəbi bütün torpaq horizontlarında gilli mineraların və dəmir oksidin toplanması ilə bağlıdır. Azərbaycanda qonur dağ-meşə torpaqlar dağlıq zonal, rütubətli, dəniz səviyyəsindən 900-2000 m arasında Kiçik Qafqazın şimal və şimal-şərq, Böyük Qafqazın cənub və şərq yamaclarında, Lənkəranın orta dağ zonasında geniş massivlər şəklində yayılmışdır. Ərazidə mülayim isti rütubətli iqlim tipi hakimdir. Burada havanın orta illik temperaturu 8-120C, orta illik yağıntılar isə 800-1400 mm arasında tərəddüd edir. Rütubətli subtropik iqlim tipindən fərqli olaraq bu qurşaqda yağıntılar il ərzində bərabər paylanmışdır. Bu torpaqların yaxşı strukturası vardır. Humus qatında 3-7% humus olur. Yuxarı horizontlarda humusun miqdarı 5-8% təşkil edir.