Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acacia moirii
Acacia moirii (lat. Acacia moirii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia moirii subsp. moirii Acacia moirrii subsp. moirii E.Pritz.
Acacia moirii subsp. moirii
Acacia moirii (lat. Acacia moirii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia moirii subsp. moirii Acacia moirrii subsp. moirii E.Pritz.
Acacia moirrii subsp. moirii
Acacia moirii (lat. Acacia moirii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia moirii subsp. moirii Acacia moirrii subsp. moirii E.Pritz.
Acherontia atropos moira
Acherontia atropos (lat. Acherontia atropos) — acherontia cinsinə aid kəpənək növü.
Aleksandr Moiseyenko
Aleksandr Moiseyenko (ukr. Олександр Моісеєнко , 17 may 1980, Severomorsk, Rusiya Sovet Federativ Sosialist Respublikası) Ukrayna şahmatçısı, qrosmeyster (1999). 2003-cü ildə İstanbulda keçirilən Avropa birinciliyində 13 oyundan 8.5 xal ilə 4-11-ci yerləri bölüşdürmüşdür və bunun hesabına Tripolidə keçiriləcək FİDE Dünya Çempionatına vəsiqə qazanmışdır. İlk raundda Dolmatov üzərində 1.5-0.5 hesabı ilə qalib gəlmiş, növbəti raundda Bologan üzərində qələbəni qeyd etmişdir. Növbəti matçda Akopiana məğlub olmuşdur. 2004-cü ildə Olimpiadada qızıl medal almış Ukrayna millisinin tərkibində çıxış edirdi. 2013-cü ildə Avropa Çempionatında birinci olmuşdur. Ümumilikdə 3 dəfə millinin tərkibində Olimpiadalarda iştirak edib. == İstinadlar == == Xarici keçidlər == Alexander Moiseenko. Chess-DB.com Arxivləşdirilib 2016-09-08 at the Wayback Machine (ing.) Alexander Moiseenko.
Erməni tarixi (Moisey Xorenli)
Ermənistan tarixi – "erməni tarixinin atası" adlandırılan Moisey Xorenli tərəfindən yazılan üç hissəli əsər. == Xüsusiyyətlər == Əsərin ön sözündən məlum olur ki, Xorenli bu əsəri erməni xalqının, erməni dövlətinin, müxtəlif naharar nəsillərinin və ən əvvəl Baqratuni soyunun kökünü öyrənmək istəyən knyaz Saak Baqratuninin xahişi ilə yazmışdır. Beləliklə, Xorenli lap qədimdən 428-ci ilə kimi — yəni Şərqi Ermənistanda dövlət quruluşunun Sasanilər tərəfindən ləğvinə kimi erməni xalqının tarixini yaradır. Müəllif erməni etnosunu məçhur qədim xalqların — Aşşur, Babilistan, Midiya, Parfiya, Sasanilər və Rumların tarixi ilə paralel inkişaf etdirir. Xorenlinin siyasi tendensiyası, məramı keçmişdə Ön Asiyanın iri dövlətlərindən heç də geri qalmayan müstəqil, güclü erməni çarlığının olduğunu sübut etmək, ermənilərin böyük keçmişini göstərmək olmuşdur. N.Y.Marr təsdiq edir ki,"Xorenli yunan mədəniyyəti zəminində yetişmiş parlaq erməni millətçisi, eləcə də yunan qayda-qanunlarının həvəskarı olmuşdur. Onun əsərini nə Suriya missioner məktəbinə, nə də yunan-sxolastik məktəbinə aid etmək olar. Erməni tarixşünaslığı, ümumiyyətlə erməni ədəbiyyatı öz inkişafının birinci mərhələsini Xorenli ilə tamamlayır. Xorenlinin əsəri Qafqaz Albaniyası tarixi üzrə də mühüm mənbələrdən biri sayılır. Burada onun tarixi, coğrafiyası, xüsusən birinci əsrdə Araz şayından keçən Cənub sərhəddi haqqında ətraflı məlumat və təsvir var.
Ermənistan tarixi-Moisey Xorenli
Ermənistan tarixi – "erməni tarixinin atası" adlandırılan Moisey Xorenli tərəfindən yazılan üç hissəli əsər. == Xüsusiyyətlər == Əsərin ön sözündən məlum olur ki, Xorenli bu əsəri erməni xalqının, erməni dövlətinin, müxtəlif naharar nəsillərinin və ən əvvəl Baqratuni soyunun kökünü öyrənmək istəyən knyaz Saak Baqratuninin xahişi ilə yazmışdır. Beləliklə, Xorenli lap qədimdən 428-ci ilə kimi — yəni Şərqi Ermənistanda dövlət quruluşunun Sasanilər tərəfindən ləğvinə kimi erməni xalqının tarixini yaradır. Müəllif erməni etnosunu məçhur qədim xalqların — Aşşur, Babilistan, Midiya, Parfiya, Sasanilər və Rumların tarixi ilə paralel inkişaf etdirir. Xorenlinin siyasi tendensiyası, məramı keçmişdə Ön Asiyanın iri dövlətlərindən heç də geri qalmayan müstəqil, güclü erməni çarlığının olduğunu sübut etmək, ermənilərin böyük keçmişini göstərmək olmuşdur. N.Y.Marr təsdiq edir ki,"Xorenli yunan mədəniyyəti zəminində yetişmiş parlaq erməni millətçisi, eləcə də yunan qayda-qanunlarının həvəskarı olmuşdur. Onun əsərini nə Suriya missioner məktəbinə, nə də yunan-sxolastik məktəbinə aid etmək olar. Erməni tarixşünaslığı, ümumiyyətlə erməni ədəbiyyatı öz inkişafının birinci mərhələsini Xorenli ilə tamamlayır. Xorenlinin əsəri Qafqaz Albaniyası tarixi üzrə də mühüm mənbələrdən biri sayılır. Burada onun tarixi, coğrafiyası, xüsusən birinci əsrdə Araz şayından keçən Cənub sərhəddi haqqında ətraflı məlumat və təsvir var.
Ermənistan tarixi (Moisey Xorenli)
Ermənistan tarixi – "erməni tarixinin atası" adlandırılan Moisey Xorenli tərəfindən yazılan üç hissəli əsər. == Xüsusiyyətlər == Əsərin ön sözündən məlum olur ki, Xorenli bu əsəri erməni xalqının, erməni dövlətinin, müxtəlif naharar nəsillərinin və ən əvvəl Baqratuni soyunun kökünü öyrənmək istəyən knyaz Saak Baqratuninin xahişi ilə yazmışdır. Beləliklə, Xorenli lap qədimdən 428-ci ilə kimi — yəni Şərqi Ermənistanda dövlət quruluşunun Sasanilər tərəfindən ləğvinə kimi erməni xalqının tarixini yaradır. Müəllif erməni etnosunu məçhur qədim xalqların — Aşşur, Babilistan, Midiya, Parfiya, Sasanilər və Rumların tarixi ilə paralel inkişaf etdirir. Xorenlinin siyasi tendensiyası, məramı keçmişdə Ön Asiyanın iri dövlətlərindən heç də geri qalmayan müstəqil, güclü erməni çarlığının olduğunu sübut etmək, ermənilərin böyük keçmişini göstərmək olmuşdur. N.Y.Marr təsdiq edir ki,"Xorenli yunan mədəniyyəti zəminində yetişmiş parlaq erməni millətçisi, eləcə də yunan qayda-qanunlarının həvəskarı olmuşdur. Onun əsərini nə Suriya missioner məktəbinə, nə də yunan-sxolastik məktəbinə aid etmək olar. Erməni tarixşünaslığı, ümumiyyətlə erməni ədəbiyyatı öz inkişafının birinci mərhələsini Xorenli ilə tamamlayır. Xorenlinin əsəri Qafqaz Albaniyası tarixi üzrə də mühüm mənbələrdən biri sayılır. Burada onun tarixi, coğrafiyası, xüsusən birinci əsrdə Araz şayından keçən Cənub sərhəddi haqqında ətraflı məlumat və təsvir var.
Katolikos III Moisey
Katolikos III Moisey - Albaniyanın XXXIII katolikosu. == Katolikosluğu == Yarım il katolikos olmuşdur.
Katolikos II Moisey
Katolikos II Moisey - Albaniyanın XXVII katolikosu.
Katolikos IV Moisey
Katolikos IV Moisey - Albanların XXXXV katolikosu. == Katolikosluğu == Katolikos Petrosdan sonra katolikos seçilib və altı il bu vəzifəni daşıyıb. Moisey Kalankatlı qeyd edir ki, katolikos seçilməzdən əvvəl o, Parisos vənginin baş keşişi olub.
Katolikos I Moisey
I Moisey (erm. Մովսես, Qafqaz albanlarının dili 𐕌𐕒𐕡𐕚𐔶𐕚) - Kirakos Gəncəlinin katolikoslar siyahısında adı 5-ci yerdə çəkilən katolikos. Həyatı bəlli deyil. Mxitar Qoşun siyahısında adı Karen (erm. Կարէն) kimi təqdim edilir. Kirakosa görə 6 il hakimiyyətdə olmuşdur.
MOİK Bakı FK
Mərkəzi Ordu İdman Klubu Futbol Klubu və ya qısaca MOİK FK — Azərbaycanın futbol klubu. Azərbaycan I divizionunda çıxış edir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Ordu İdman Klubu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibinə verilib. == Tarixi == OİK (Ordu İdman Klubu) klubu 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin himayəsindədir. SSRİ Futbol Liqasında heç vaxt iştirak etməyən klub SSRİ Kubokunda yalnız 1 dəfə iştirak edib. Klub Azərbaycan SSR Liqasında 4, Azərbaycan SSRİ Kubokunda 8 dəfə qalib olub. 1993-cü ildə Azərbaycan Birinci Liqasında yer alıb. 1995-ci ildə isə ilk dəfə Yüksək dəstədə mübarizə aparıb. 2 dəfə Azərbaycan Birinci Liqasında qalib olmuş klubun Yüksək liqalardakı ən yüksək nəticəsi 2001-ci ildə 7-ci yer olub.
Moilər
Thıonqlar (vyet. người Thượng, tı-nom: 𠊚上; mənası – dağlılar), montanyarlar (fr. Montagnard) və ya moilər (vyet. Mọi; mənası – vəhşilər, cahillər) — Birinci Hindçin müharibəsinə qədər yuxarı təbəqələrin və müstəmləkəçilərin Cənubi Vyetnamda dağlı xalq qruplarına verdikləri ümumi ad. Moi termini monkhmer və İndoneziya dillərinə danışan, müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan 30-dan çox xalq və etnik qrupları əhatə edirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidney Jones, Malcolm Smart, Joe Saunders, HRW. (2002). Repression of Montagnards: Conflicts Over Land and Religion in Vietnam's Central Highlands. Human Rights Watch. ISBN 1-56432-272-6. United States Congress.
Moira Orfey
Moira Orfey (d. 21 dekabr 1931 – 15 noyabr 2015, Breşiya, Lombardiya) — məşhur İtaliya sirk sənətçisi, aktrisa və televiziya aparıcısı. Moira İtalya sirkinin kraliçası hesab olunur. == Bioqrafiyası == "Sirk Orfey" sirk şirkətinə sahib olan Rikardo Orfey və Violetta Aqata ailəsində anadan olmuşdur. İtaliyada sirkin simvolu olmuş və beynəlxalq bir şöhrət qazanmışdır. Moira Orfey Sirki 1960-cı ildə qurulmuşdur. O dövrün fotoşəkillərində, onu müxtəlif sirk rollarında görmək olur: çapar xanım, hava gimnasti, akrobat, fil və göyərçin məşqçisi. Sənətçinin təəccüblü görünüşü, onun ekssentrik və hətta coşğun şəxsiyyətinin əks olunması kimi idi. Dino De Laurentis ona adını dəyişdirməsini təklif etmişdir. O vaxtdan bəri həmişə qədim yunan taleyinin ilahələrini xatırladan yeni adıyla zahirən uyğunlaşmağa çalışmışdır: ağır makiyaj, qalın göz layneri, parlaq dodaq boyası, dodağının üstündə kəskin bir xətt, saçından hörülmüş çalma.
Moisey
Moisey — ad. Moisey Kalankatlı — tarixçi. Moisey Şaxnoviç — Sovet İttifaqı Qəhrəmanı. Moisey Bainov Moisey Qusman Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu. Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu.
Moisey (ad)
Moisey — ad. Moisey Kalankatlı — tarixçi. Moisey Şaxnoviç — Sovet İttifaqı Qəhrəmanı. Moisey Bainov Moisey Qusman Katolikos IV Moisey — Albanların XXXXV katolikosu. Katolikos II Moisey — Albaniyanın XXVII katolikosu. Katolikos III Moisey — Albaniyanın XXXIII katolikosu.
Moisey Bainov
Moisey Romanoviç Bainov (rus. Моисей Романович Баинов 17 yanvar 1937 - Arşanovo ulusu, Altay rayonu, Xakasiya Respublikası, 2001, Abakan, Xakasiya Respublikası) — Xakas şairi, Rusiya Yazıçılar Birliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1994). == Həyatı == Moisey Romanoviç Bainov 17 yanvar 1937-ci ildə Xakasiya Muxtar Vilayətinin (indiki Xakasiya Respublikası) Altay rayonunun Arşanovo ulusunda anadan olmuşdur. Uşaq ikən valideynlərini itirmiş, nənəsinin himayəsində yaşamışdır. O. xakas folkloru örnəklərini də nənəsinin dilindən eşitmiş, xüsusilə taxpax türündə olan nümunələrə ciddi maraq göstərmişdir. Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Daha sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Moisey Bainov Rusiya Yazıçılar Birliyinin üzvü seçilmişdir (1964).2001-ci ildə Abakanda vəfat etmişdir. == Yaradıcılığı == Moisey Bainov bədii yaradıcılığa hələ orta məktəbdə oxuduğu illərdə şeirlə başlamışdır. 1959-cu ildə xakas dilində nəşr olunan “Şeirlər” (Стихтар) adlı poetik toplusu və daha sonra yayınlanan “Çöl Duması” poeması ilə ədəbi prosesdə tanınmışdır.
Moisey Kalankatlı
Moisey Kalankatlı və ya Movses Kağankatvatsi (900, Kalankat, Uti – bilinmir) — tarixçi. Etnik mənşəyi haqqında məsələ mübahisəli olaraq qalır. == Həyatı == Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Qafqaz Albaniyasının siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yürüdən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz ki, xüsusi yazılı abidədə öz dövrünün inkişafını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur. == İstinadlar == == Mənbə == Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi". Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993. Təkrar nəşr: Moisey Kalankatuklu, "Albaniya tarixi".
Moisey Kalankatuklu
Moisey Kalankatlı və ya Movses Kağankatvatsi (900, Kalankat, Uti – bilinmir) — tarixçi. Etnik mənşəyi haqqında məsələ mübahisəli olaraq qalır. == Həyatı == Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Qafqaz Albaniyasının siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yürüdən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz ki, xüsusi yazılı abidədə öz dövrünün inkişafını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur. == İstinadlar == == Mənbə == Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi". Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993. Təkrar nəşr: Moisey Kalankatuklu, "Albaniya tarixi".
Moisey Qusman
Qusman Moisey Timofeyeviç - texnika elmləri doktoru, professor == Həyatı == Qusman Moisey Timofeyeviç Bakı şəhərində anadan olmuşdur. Erkən əmək fəaliyyətinə başlayaraq, 1931-1034-cü illərdə o "AzİNMAŞ"da texnik, mühəndis-konstruktor işləyib. 1934-1942-ci illərdə eksperimental turbin qazıması kontorunda mühəndis, baş mühəndisin müavini işləmişdir. 1937-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1942-1948-ci illərdə Narkomneftin turbin qazıması şöbəsinin müdiri təyin edilib. 1949-1953-cü illərdə SSRİ Neft sənayesi nazirliyi XKB-2-də baş konstruktor, rəis müavini işləyib. 1953-1983-cü illərdə Ümumittifaq qazıma texnikası elmi-tədqiqat institutunda "Turbin qazıması" şöbəsinin rəhbəri olub. 1963-cü ildə "Neft və qaz quyularının turbin üsulu ilə qazılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1983-1992-ci illərdə Ümumittifaq qazıma texnikası elmi tədqiqat institutunda böyük elmi işçi işləyib. == Elmi fəaliyyəti == Qusman M.T. tanınmış alim, turbin qazıması sahəsində mütəxəssisdir.
Moisey Toidze
Moisey İvanoviç Toidze (gürc. მოსე ივანეს ძე თოიძე) — gürcü rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1947), professor, SSRİ xalq rəssamı (1953). Sosialist Əməyi Qəhrəmanı (1932). == Həyatı == Moisey Toidze 2 fevral 1871-ci ildə Tiflis şəhərində anadan olmuşdur. 1896—1899-cu ildə Sankt-Peterburqdakı İmperator rəssamlıq akademiyasında oxumuş, İlya Repinin şagirdi olmuşdur. 1899-cu ildə Tiflisə qayıtmışdır. Xalq məişətindən səhnələr ("Msxetoba", 1899—1901), portretlər (anasının portreti, 1904—1905) çəkmişdir. 1920—1940-cı illərdə əsərlərində sosializm quruluşunu, gürcü xalqının yeni həyatını, Böyük Vətən müharibəsi (1941—1945) hadisələrini əks etdirmişdir ("Xoşbəxt həyat", 1934, "Cəbhədən məktub", 1942, "Qələbə mahnısı", 1948—hamısı Gürcüstan SSR İncəsənət Muzeyindədir, Tbilisi). 1930—1953-cü illərdə Tbilisi rəssamlıq akademiyasının professoru olmuşdur. SSRİ xalq rəssamı Uça Caparidze, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze və s.
Moisey Vaynberq
Moisey Samueloviç Vaynberq (12 yanvar 1919, Varşava – 26 fevral 1996, Moskva) — polyak bəstəkarı. RSFSR xalq artisti (1980). SSRİ dövlət mükafatı laureatı (1990). 22 simfoniya, 7 opera, 8 konsert və s. müəllifidir. == Həyatı == Moisey Vaynberq 1919-ci ildə Varşava şəhərində anadan olub. 1939-cu ildə Varşava konservatoriyasını, Yuzef Turçinskinin sinfini bitirmişdir. 1939-cu ilin sentyabrında müharibə başladıqda SSRİ-yə qaçmış və burada bir çox filmlərə, o cümlədən Durnalar uçur filminin bəstəkarı olmuşdur. Moisey Vaynberq 1996-cı ildə Moskvada vəfat etmişdir. == Filmoqrafiya == Durnalar uçur (film, 1957) / rus.
Moisey Vaynşteyn
Moisey Rubinoviç Vaynşteyn — azərbaycanlı yəhudi bəstəkar, konduktor. == Həyatı == 1906-cı ildə Bakı quberniyasında anadan olmuşdur. 1930-cu ildə Musiqi Texnikumunu bitirmiş, 1934-cü ildə isə konservatoriyanın məzunu olmuşdur. Bakı Gənclər teatrında (1928-1931), Qırmızı Ordu Teatrında (1931-1933) və Sanitar Mədəniyyət Teatrında (1933-1934) dirijor işləmişdir. 1934-1937-ci illər arası Azərbaycan Dövlət Radiosunda musiqi direktoru, 1939-1940-cı illərdə Azərbaycan SSR İncəsənət aparatının musiqi şöbəsinin müdiri olmuş, 1940-1941ci illərdə Filarmoniyada işləmişdir. == Əsərləri == Əsasən teatr və opera üçün musiqi yazmışdır. Əsərləri: «Sulamif» (Mixail Kriştul ilə birlikdə, 1937) «Siqnal» (Mixail Kriştul ilə birlikdə, 1941) Veniamin Kamerinin əsərləri əsasında «Mişa, Maşa və Kaşey» uşaq operası (1943) «Əkin sahəsi zərbəçiləri» (1930) «Fra Edhenio» (1931) «Sülh mələyi» (1932) «Tacir Kaşanikovun mahnısı» (Mixail Kriştul ilə birlikdə, 1940) «Pioner dəsti» (1940) Simfoniya (1940) «Seyran» hekayəsinə aimfoniya (Mixail Kriştul ilə birlikdə) Violançel orkestri üçün simfoniya (1955) 4 Azərbaycan xalq mahnısının fortepiano və skripkaya uyğunlaşdırılması (1938) == Ailəsi == Olqa Belyavska ilə evlənmişdir. Oğulları: Leonid Vaynşteyn - bəstəkar. Kim Vaynşteyn - mühəndis, Harri Kasparovun atası.
Moisey Xorenatsi anonim keşiş müəllifdir (kitab)
Moisey Xorenatsi anonim keşiş müəllifdir — Filologiya elmləri doktoru, professor, tarixçi, Cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər. == Məzmun == Əjdər İsmayılov elmi əsərində kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən "erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin "erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş "Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları "qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.
Oi Va Voi
Oi Va Voi 2000-ci ildə İngiltərədə, Londonda yaranmış qrup. Adının mənası ivrit dilində «Aman Tanrım» olan qrupun repertuarına daxil olan musiqilər müxtəlif tip yəhudi musiqisi stillərinin, Şərqi Avropa, Balkan xüsusilə bolqar, qaraçı xalq musiqilərinin alternativ rok və modern elektron musiqinin sintezi ilə yaranmışdır. == Qrup üzvləri == Nik Ammar - (Gitara, mandolin, vokal) Josh Breslaw - (zərb aləti(drums), perkussiya, yapımcı) Matt Jury - (Bas gitara) Steve Levi - (Klarnet, vokal) David Orchant - (Trompet) === Qonaqlar === Anna Phoebe - (skripka) Lucy Shaw - (Bas gitara) Bridgette Amofah - (Vokal) Alice McLaughlin - (Vokal) == Mükafatlar == 2003 BBC Awards for World Music yarışmasında nominant. Birləşmiş Krallıq 2004 Edison Award yarışmasında Ən Yaxşı Albom mükafatı.
Çoi Mi-Sun
Çoi Mi-Sun (1 iyul 1996, Kvanju) — Cənubi Koreyalı oxatan. Çoi Mi-Sun iki dəfə Dünya Çempionatında bürünc medalı qazanıb. O, həmçinin 2016-cı ildə Rio-de-Janeyroda Olimpiya Oyunlarının çempionu olub. == Karyerası == Çoi Mi-Sun birinci ciddi uğurunu 2015-ci ildə qazandı. O, Danimarkanın paytaxtı Kopenhagen şəhərində baş tutan Dünya Çempionatında fərdi və komanda yarışlarında üçüncü yeri tutaraq bürünc medal qazandı. Çoi Mi-Sun növbəti böyük uğurunu 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində qazandı. XXXI Yay Olimpiya Oyunlarında Çoi Mi-Sun komanda yoldaşları Çang Hye-Jin və Ki Bo-Bae ilə birgə qızıl medal qazandı.
Koi
Koi Cyprinus carpio - Çəkilər fəsiləsinə aid balıq növü. Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi sözcüyü Yaponcada "Karp" mənasını verən (コイ) sözündən gəlir. Koilər Karp kimi yaşıl deyil. Onun yerinə qırmızı, ağ, qara və ya gümüşü ola bilər. Ancaq koi bahalı bir balıqdır və onları pişik , tülkü və porsuq kimi heyvanlardan qorumaq üçün xüsusi hovuz lazımdır. Bu balıqlar çox böyüdüklərindən məncə akvariumlarda bəsləmək heyvana işgəncə etməkdir bu bir hovuz balığıdır bu balıqları akvariumda bəsləyəcəksinizsə çox böyük bir akvariuma ehtiyacınız var deməkdir balığın boyunun 7-8 bərk/qatı uyğundur üzmə sürəti və yaddaşına görə balıq kiçik akvariumda asan stressə girərlər bu stressin səbəbi ümumiyyətlə sürakli eyni şeyləri görməkdir akvariumun boyu balığın yaddaşını yeniləyə biləcəyi qədər olmalıdır.
MKİ
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) - ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub.Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
MOO
MOO (ing. Multi-user Object Oriented) texnologiyaları MOO texnolologiyaları obyekt yönümlü çoxistifadəçilərin qısaldılmışıdır. MOO – İnternet vastəsi ilə real vaxtda əlaqələri təşkil edən sistemdir. MOO-nun köməkliyi ilə istifadəçinin kompüteri virtual otaqları (virtual rooms) olan əsas (host) maşına çevrilir. Virtual otaqlarda, sizinlə eyni vaxtda həmin əsas maşına qoşulmuş adamlarla rastaşmaq olar. MOO-nun xarakter üstünlükləri virtual obyektləri yaratmaq imkanıdır. Digər alət – otaqda baş verənləri yazmaq imkanına malik olan virtual maqnitofondur. Həmçinin virtual müzakirələr üçün yazıları yazmaq imkanı verən lövhələr də yaratmaq olar. MOO özündə dərslərin eyni vaxtda keçirilməsi üçün rahat servis təşkil edir. MOO sürətli xətlər tələb etmir onurla hətta 9600 Kbit/san sürətli modemlərlə də işləmək olar.
Moai
Moai — Çilinin 3600 km qərbində Pasxa adasında olan hündürlüyü 20 metrəyə çatan daş heykəllər. Heykəlləri kimin, nə vaxt və nə üçün hazırladığı bilinmir. Bir çox alimlər heykəllərin dini məna ifadə etdiyni bildirmişlər. Moai heykəllərinin çoxunun adları vardır. Kişi fiqurlu heykəllər Moai, Kavakava qadın fiqurlu heykəllər isə Moai Pæpæ adlanır. Heykəllərin 1250 və 1500-cü illər arasında inşa edildiyi ehtimal olunur. 887 heykəlin daşınmasını adi insanın edə bilməyəcəyi, elmi yolla isbat olunmuşdur. Ən hündür Moai Parodur. Onun hündürlüyü 10 metr (33 fut) və 82 tondur. == Heykəllər haqqında == Heykəllərin kim tərəfindən yaradılması haqqında heç bir məlumat yoxdur.
Moe
Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.
Mol
Mol — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarına deyilir. Bu ifadədən görünür ki, karbonun molyar kütləsi 12 q/mol-dur. Mol BS-də 1971-ci ildən başlayaraq əsas yeddi vahiddən biri olub, maddə miqdarının vahididir. Bütün maddələrin 1 molunda 6,023·1023 sayda molekul olur. Şimali Amerikada hər il 23 oktyabr 1991-ci ildən etibarən səhər 6:02-dan, axşam 6:02-yə kimi "Mol günü" keçirilir. Əsas səbəbi isə məhz həmin gün Avoqadro ədədinin (NA=6,023·1023mol−1) hesablanmasıdır. == Düsturlar == v = m M {\displaystyle \mathrm {v={\frac {m}{M}}} } Müəyyən kütləli maddənin neçə mol olduğunu tapmaq üçün həmin kütləni ( m ) {\displaystyle ({m})} maddənin molyar kütləsinə ( M ) {\displaystyle ({M})} bölmək lazımdır. v = V V m {\displaystyle \mathrm {v={\frac {V}{V_{m}}}} } Müəyyən həcmdə verlmiş qazın neçə mol olduğunu tapmaq üçün həmin həcm ( V ) {\displaystyle ({V})} molyar həcmə ( V m ) {\displaystyle ({V_{m}})} bölmək lazımdır. v = N N A {\displaystyle \mathrm {v={\frac {N}{N_{A}}}} } Müəyyən sayda hissəciyin neçə mol olduğunu tapmaq üçün həmin sayı ( N ) {\displaystyle ({N})} Avoqadro ədədinə ( N A ) {\displaystyle ({N_{A}})} bölmək lazımdır.
Moz
Moz (Dərələyəz)
Zoi
Zoi — ad. Zoi Ştraub — Avstriya müğənnisi, söz yazarı və aktrisası. Zoi Saqq — britaniyalı vloqçu.
Mon
Mon — soyad. Mon Hyan-Ja — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Kyon-Ha — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Pil-Hi — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Dong Hoi
Donqhoy (vyet. Đồng Hới) — Vyetnamda şəhər, Kuanqbin vilayətinin paytaxtı. Hanoydan 480 km cənubda yerləşir. Əhalisi 108,045 min nəfər (2009), sahəsi 154,55 km2-dir. Əhalisi 160,325 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == "Сайт администрации города Донгхой" (vyetnam). 2017-05-05 tarixində arxivləşdirilib.
Emre Mor
Əmrə Mor (d. 24 iyul 1997, Brøsøj, Danimarka) — Türkiyəli futbolçu. Mövqeyi yarımmüdafiəçi olan Əmrə Mor, Türkiyə Super Liqasında çıxış edən Fatih Karagümrük klubunda forma geyinir. Əmrə Mor 2016-cı ildən Türkiyə yığmasının uğurları üçün çalışır. Türkiyə yığmasında 8 oyunda meydana daxil olan Əmrə Mor, 2016-cı ildə Fransada baş tutan UEFA Avropa Çempionatında da mübarizə apardı. == Həyatı == Əmrə Mor 24 iyul 1997-ci ildə Danimarkanın Brøsøj şəhərində immiqrant ailəsində anadan olub. Atası əslən Türk, anası isə əslən Makedoniyalıdır.Atası əslən Türkiyənin Uşak vilayəti,Sivaslı mahalı,Tatar qəsəbəsindəndir. == Komanda karyerası == === Norşellann FK === 28 noyabr 2015-ci il tarixində Əmrə Mor "Ranners FK" ilə baş tutan Danimarka Liqası oyununun 84-cü dəqiqədə meydana daxil olaraq, birinci oyununa çıxdı. 28 fevral 2016-cı ildə "Viborg FF" ilə keçiriən oyunda Əmrə Mor karyerasında birinci qolunu atdı. 2015/2016 mövsümündə 13 oyunda meydana daxil olan Əmrə Mor 2 qol atdı və 2 qolun ötürməsini verdi.
Françesko Moçi
Françesko Moçi (29 iyul 1580 – 6 fevral 1654) əsasən Roma və Orvietoda fəaliyyət göstərmiş erkən Barokko dövrü İtaliya heykəltəraşıdır. == Həyatı == O, Montevarkidə doğulmuş və Romada vəfat etmişdir. Onun erkən sənət müəllimi anti-manyerist Florensiya rəssamı Santi di Tito olmuş, Titonun emalatxanasında Moçi xəttin aydınlıq və ilkliyini öyrənmişdir. 1599-cu ildə Romaya köçən Moçi Venesiya heykəltəraşı Kamillo Marianinin emalatxanasında öyrənməyə davam etmişdir. Moçi Covanni Lorenso Bernini və onun atası Pyetro ilə eyni dövrdə fəaliyyət göstərmişdir. == Fəaliyyəti == Moçi, Stefano Maderno ilə birlikdə mühüm Papa sifarişinin yerinə yetirərək Santa-Mariya-Maccore kilsəsindəki Paolina kapellasında çalışmış, burada “Müqəddəs Matfey və Mələk” əsərini yaratmışdır. Onun ilk böyük əsəri olan “Müjdə” (“Mələk” 1605-ci ildə, “Bakirə” isə 1608-ci ildə tamamlanmışdır, hər iki heykəl Orvieto kafedralında saxlanılır) iki heykəldən ibarətdir. Sənət tarixçisi Rudolf Uittkoverin “heykəltəraşlığı yuxudan oyandıran fanfar” adlandırdığı əsər ölçülü emosionallığı ilə barokko heykəltəraşlığını geridə qoyur. Moçi həm də bürünc və çuqunla işləməyi bacaran azsaylı XVII əsr heykəltəraşlarından biri olmuşdur. O, Pyaçentsadakı Pyaçça Kavallidə ucaldılmış I Ranuçço Farneze və Parma hersoqu Alessandro Farnezenin atlı bürünc heykəllərinin müəllifidir.
Hanae Mori
Hanae Mori (森 英恵, 8 yanvar 1926 – 11 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib. 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib. == Karyerası == Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur. Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur. 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir. 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır. Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.
Hu Mei
Hu Mei (9 aprel 1987, Nanninq[d]) — Çini təmsil edən bədii gimnast. Hu Mei, 2004-cü ildə Çini XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hu Mei, 2004-cü ildə Çin bayrağı altında Yunanıstannın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Dai Yonqjun, Li Jia, Lu Yinqna, Lü Yuanyanq və Janq Şuo ilə birgə finalda 46.500 xal toplayaq 6-cı yeri tutdu.
Kasia Mos
Katarjina "Kasia" Mos (pol. Katarzyna "Kasia" Moś, d. 3 mart 1987, Ruda Slyoska, Polşa) — Polşa müğənnisi, bəstəkarı və rəqqasəsi. O, 2011-ci ildə Amerikanın məşhur The Pussycat Dolls qrupunun üzvü olmuşdur. 2012-ci ildə Kasia Polşanın Must Be the Music musiqi yarışmasında iştirak edərək, üçüncü yeri qazanmışdır. Müğənni "Flashlight" mahnısı ilə Polşanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kasia Mos 3 mart 1987-ci ildə Polşanın Ruda Slyoska şəhərində, Aukso orkestrinin dirijoru Marek Mosun ailəsində dünyaya göz açmışdır. Erkən yaşlarından musiqi ilə maraqlanan Kasia Polşanın Bıtom şəhərində yerləşən Frederik Şopen adına musiqi məktəbində təhsil almış və orada violonçel və pianoda ifa etməyi öyrənmişdir. O eyni zamanda Katovitse şəhərində yerləşən Karol Şımanovski adına musiqi akademiyasında caz və müasir musiqi janrında təhsil almışdır. Musiqi karyerasına başlamazdan öncə Kasia 15 yaşında ikən vokal dərsləri almağa başlamışdır.
MOV (informatika)
MOV - 1. (metal oxide varistor) elektron avadanlıqları gərginliyin ani sıçrayışından qorumaq üçün istifadə olunan elektron komponent. 2. Assembler dillərinin (ASSEMBLER LANGUAGE) əksəriyyətində “move” komandasının abreviaturası. Arqumentlərin ardıcıllığı dildən asılıdır: Intel prosessorlarında MOV 7,8 komandası 8 qiymətinin 7 yerinə yerləşdirilməsini bildirir; Motorola prosessorlarında isə həmin komanda 7 qiymətinin 8 yerinə yerləşdirilməsini göstərir. 3. QuickTime proqramında filmlər üçün istifadə olunan fayl formatı == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
MOY-Tranzistorlar
Metal oksid yarımkeçirici sahə effekti tranzistoruları (MOYSET) — elektron siqnalları dəyişmək və gücləndirmək üçün istifadə olunan tranzistor. MOYSET rəqəmli və analoq sxemlərin hər ikisində ən əsas tranzistordur. == Tərkibi == Adətən alternativ yarımkeçirici silisiumdur, ancaq bəzi çip istehsalçıları, xüsusən, IBM və Intel son zamanlar silisium və germaniumun kimyəvi birləşmələrindən istifadə etməyə başlayıb.
Masaaki Mori
Masaaki Mori (d. 12 iyul 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Memento mori
Memento mori — latın dilində "fani olduğunu xatırla", "öləcəyini xatırla" və ya "ölümünü xatırla" mənasına gələn bir deyimidir. == Mənası == Memento mori (lat. öləcəyini xatırla) dünyəvi həyatın müxtəlifliyini və dünya malının müvəqqəti təbiətini xatırlatmaqla ölümlülüyü əks etdirən orta əsrlər Latın nəzəri fikridir. Memento mori diqqəti ruhun ölümsüzlüyünə və ölümdən sonrakı həyata yönəltməklə xarakteri mükəmməlləşdirmək vasitəsi olaraq tərki-dünyalıq qaydalarının mühüm bir hissəsidir. İncəsənətdə memento mori ölümlülüyün bədii və ya simvolik xatırladıcısıdır. == İslamda == İslam Peyğəmbərinin zamanından “ölümün xatırlanması” İslam mistisizminin və ya Sufizmin əsas mövzularından biri olmuşdur. Bu, köhnə nəsillərin talelərinə diqqət yetirmək barədə göstərişlər verən Quranda da öz əksini tapmışdır. Ölüm və həyatın mənasızlığı haqqında düşünmək üçün tez-tez məzarlıqlara baş çəkdiklərindən Sufilər bəzən əhli-qəbir, yəni "məzar əhalisi" də adlandırılmışlar.
Mif Mol
Mif Mol - cazmen == Həyatı == 1898-ci ildə Nyu-Yorkda anadan olmuş İrvinq Milfred Mol stilistika baxımından Kid Orinin tam əksi idi. Onlar hər ikisi diksilend formatında ifa etsələr də, Orinin ifa üslubu bir qədər çılğın və kobud təsir bağışlayırdı, Molun üslubu isə səsin daha parlaq olması ilə seçilən, texniki cəhətdən daha mükəmməl ifa idi. Bundan əlavə, Ori qlissando və "diş qıcırtma" priyomlarındgan gen-bol istifadə etdiyi halda Mol bu priyomlardan imtina edirdi. Molun diksilend caz orkestri ilə ilk kontaktı başlananda Edvin Eddi Edvards burada çox populyar bir ifasını yazdırmışdı. Yeni səsin sehrinə düşmüş Mol bu orkestrin Nyu-Yorkdakı çıxışlarını daim izləyirdi. Az sonra o özü də bu orkestrin ifasında eşitdiklərini təqlid etməyə başladı. Nyu-Yorkdakı bir qrup başqa musiqiçi ilə birlikdə Mol müxtəlif adlar altında yüzlərlə melodiyanı "Memfis beş" və "Ladın qara tuzları" adı ilə yazdırmışdır. Sonuncu melodiyanın belə adlanması qaradərili əhali üçün marketinq mülahizələri ilə bağlı idi. Mol bir sıra başqa orkestrlərlə, o cümlədən Çarli Rendallın və Eyb Limanın kollektivləri ilə işləyəndən sonra 1925-ci ildə Red Nikolsun kornetçiləri ilə uzunmüddətli əməkdaşlığa başlayır. Beş il davam etmiş bu əməkdaşlığın bəhrəsi olaraq, "Red Nikols və onun Beş pennisi" və "Mif Mol və onun balaca mollerləri" kimi müxtəlif adlar daşıyan çoxsaylı yeni qruplar yaranmışdı.
Mio Otani
Mio Otani (d. 5 may 1979) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 73 oyun keçirib, 31 qol vurub.
Moh suyu
Moh suyu – Qax rayonu İlisu kəndi ərazisində, Kürmükçayın sol sahilində termal bulaqdır. == Ümumi məlumat == Suyun tərkibi məşhur “İlisu hamamı” ilə (kükürd-rodon tərkibli) eynidir. Suyun temperaturu isə 18-21°-yə qədərdir. Müalicə üçün istifadə edilərkən xüsusi qızdırılmış daşları vannalara salıb suyun temperaturunu artırırlar. Dəri-zöhrəvi xəstəliklərin müalicəsində çox effektlidir. İlisu termal bulaqlar kompleksinə aid edilir. Kəndə yaxın olması (1 km-ə qədər) ilin bütün fəsillərində istifadə edilməsinə imkan verir və bulağın daha qədimdən məlum olması güman edilir. Bəzən Kürmükçaya güclü sel gəldikdə “bulağın gözü” yerini dəyişir.
Moj Svijet
Moj Svijet (azərb. Mənim Dünyam‎) — Monteneqronun 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
DOI
Rəqəmsal obyektin identifikatoru (həmçinin "obyektin rəqəmsal identifikatoru" (ORİ) kimi də işlədilir digital object identifier, DOI) — şəbəkədə obyekt haqqında informasiyanın standart işarələməsi (adətən, elektron sənədlər və ya rəqəmsal obyektlər üçün zəruri deyil). Elektron sənədin DOI-də saxlanılan məlumatı onun yerləşdiyi yeri və digər məlumatları əks etdirir (məsələn, URL), onun adı, obyektin digər identifikatorları (məsələn, kitabın elektron variantı üçün ISBN ) == Istinadlar == International DOI Foundation. CrossRef, the official DOI® link registration agency for scholarly and professional publications. Norman Paskin. "Digital Object Identifier (DOI®) system" (PDF). Encyclopedia of Library and Information Sciences. Taylor & Francis Group. 2010. doi:10.1081/E-ELIS3-120044418.