Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nitqin tempi
Nitqin tempi (ing. Speech tempo, rus. Темп речи) – nitqin elementlərinin (səslər, hecalar, sözlər) tələffüz edilməsi sürətidir. Prosodik elementlərə aiddir, intonasiyanın komponentlərindən biridir. Normal nitq tempi – test frazasının orta müddəti 2.4 saniyəyə bərabər olduqda nitqin tələffüz sürətidir. Sürətli nitq tempi – test frazasının orta müddəti 1.5-1.6 san olduqda nitqin tələffüz sürətidir. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Abbas və Gülgəz
“Abbas və Gülgəz” – XVII əsr Azərbaycan məhəbbət dastanı. == Haqqında == Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi yolu ilə yaradılmışdır. Xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanları bu qəbildəndir. Abbas və Gülgəz XVII əsrdə yaranmış Azərbaycan məhəbbət dastanlarından biridir. Ehtimal olunur ki, Aşıq Abbas Tufarqanlının həyatı və şeirləri əsasında qoşulmuşdur. == Məzmunu == Abbasın sevgilisi Gülgəz zorla şah sarayına aparılır. Abbas müxtəlif çətinliklərdən keçərək məhəbbətinə qovuşur. Dolğun lirik-epik surətlər, gərgin süjet xətti “Abbas və Gülgəz”-i orta əsrlər Azərbaycan məhəbbət dastanının kamil nümunəsi səviyyəsinə yüksəltmişdir. == Variantları == Dastanın indiyədək yeddi variantı toplanmışdır: Azərbaycan məhəbbət dastanları.
Abra və Yutpa
Abtu və Anet
Abtu və Anet — == Ümumi məlumat == Misir mifologiyasının 2 az tanınan personajı Abtu və Anet real ölçülərdən bir qədər uzaq, bir-birinə yoldaş və müqəddəs iki balıqdır.Əsas vəzifələri baş tanrı Amon Ranın gəmisi qarşısında ona yarana biləcək hər cür təhlükəyə qarşı diqqətlə hazır olub onu müdafiə etməkdir.Gəzdikləri və səyahət etdikləri ərazilərin sərhədi yoxdur.Gəmi gündüzlər səmada Şərqdən Qərbə-gündoğandan günbatana yelkən açar və gecələri qayıdıb yeraltına doğru əks istiqamətdə hərəkət edərmiş. == İstinadlar == == Ədəbiyyat == X.L.Borxes.
Akrotiri və Dekeliya
Akrotiri və Dekeliya, rəsmi adı ilə Akrotiri və Dekeliya Suveren Baza Əraziləri — Kipr adasında yerləşən Böyük Britaniyanın dəniz ərazisi. İngilis hərbi bazaları və qurğuları, habelə digər torpaqlar daxil olan ərazilər Birləşmiş Krallıq, Yunanıstan, Türkiyə və Kipr rum və türk icmalarının nümayəndələri tərəfindən imzalanmış 1960-cı il müstəqillik müqaviləsinə əsasən ingilislər tərəfindən saxlanılıb. Ərazi elektron kəşfiyyat üçün stansiya kimi mühüm rol oynayır və Aralıq dənizi və Yaxın Şərqdə Birləşmiş Krallığın müşahidə toplama şəbəkəsinin mühüm strateji hissəsini təmin edir. == Tarixi == Suveren Baza Əraziləri Kipr Britaniya imperiyasından müstəqillik əldə etdikdən sonra 1960-cı ildə BMT-də 5476 saylı müqavilə kimi qeydə alınan London və Zürix razılaşmaları ilə yaradılmışdır. Birləşmiş Krallıq bu ərazilər üzərində suverenliyini saxlamaq istəyirdi, çünki bu, Birləşmiş Krallığın Kiprdəki hərbi bazalarından, o cümlədən RAF Akrotiridən və Britaniya Ordusunun qarnizonundan istifadəyə zəmanət verirdi. Bazaların ingilislər üçün əhəmiyyəti adanın Aralıq dənizinin şərq kənarında, Süveyş kanalına və Yaxın Şərqə yaxın strateji yerləşməsinə əsaslanır.1961-ci ilin iyul və avqust aylarında Dekeliya Suveren Baza Ərazisinə şirin su daşıyan boru kəmərinə qarşı bir sıra bombalı hücumlar oldu. Boru kəməri on iki dəfə partlayışla pozulmuşdu. 1970-ci illərin əvvəllərində ABŞ Rusiyanın cənubunda təyyarə əməliyyatlarını və raket sınaqlarını müşahidə edə bilən "Cobra Shoe" adlı üfüqdən kənar radar qurdu. Bu, USAF adından RAF tərəfindən idarə edildi. Bu, 1960-cı illərin əvvəllərində Sandra layihəsi adlı daha əvvəl qurulmuş ingilis sistemini genişləndirdi.
Aran və Bidgül
Aran və Bidgül — İranın İsfahan ostanının şəhərlərindən və Aran və Bidgül şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 55,651 nəfər və 15,556 ailədən ibarət idi.
Art və Xaos
Art və Xaos — Qaraqanın 2019-cu ildə nəşr olunan fəlsəfi əsəri. == Məzmun == O qədər də tanınmayan balaca bir ölkənin həddən artıq məşhur rok ifaçısı Eyden Nyu-Yorka köçür. Ulduz statusundan, konsertlərdən və milyonların sevgisindən bezib böyük bir meqapolisin beton küçələrində heç kim olmaq... Eyden uzun illər axtardığı azadlığı yalnız hər şeyini itirəndən sonra tapır. "Sıradan biri" olmaqdan ləzzət ala-ala yaşayan musiqiçi Art və Xaosla üzləşir. Nədir Art və Xaos? Amerikalı gənclər Nyu-Yorkdan iki saatlıq məsafədə yerləşən "Art və Xaos" adlı bu qəribə hostelə toplaşıb nə edir? Ən əsası Xloe kimdir? Amerikalı qızla Eydenin arasında baş verənlər incəsənətdir, yoxsa Xaos? Art və xaos...
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Austin və Ally
Ostin və Elli bir Disney Channel orjinal serialıdır. Serial 4 dekabr 2011 - də başladı. Ondan əvvəl serialın ön nümayişi 2 dekabrda oldu. == Hekayə == Serialda mahnı yazan Elli ilə rok oxuyan Ostinin hekayələrinin birləşməsiylə reallaşar. Elliin atası musiqi alətləri marketində işlətməkdədir. Ostin ilə Elli bu dükanda qarşılaşar. Elli mahnı yazarkən Ostin onun otağına girər. Ostinin beyninə bu mahnı qazıntınmışdır. Bu mahnının Ellinin mahnısı olduğunu bilmədən oğurlayar və bu mahnıya video çəkər. Bu şəkildə bir gecədə məşhur olan Ostinə Elli çox hirslidir.
Avstraliya və Okeaniya
Okeaniya — Sakit Okean adalarının və bəzən Avstraliyanın da aid edildiyi coğrafi və geosiyasi bölgə. == Coğrafiyası == Okeaniya Sakit okeanın mərkəzi və qərb hissəsində yerləşən adalar qrupuna verilən addır. Ümumi sahəsi 1.3 mln km-ə bərabər olan 7 minə qədər adanı özündə birləşdirir. Coğrafi cəhətdən Şimal yarımkürəsinin subtropik qurşağından Cənub yarımkürəsinin mülayim qurşağına qədər ərazidə yerləşmişdir. Sakit Okean səthinin 2%`-i Okeaniya adalarının payına düşür. Adaların sahəsinin çox hissəsi Yeni Qvineya, Yeni Zelandiya, Havay, Fici, Tuamotu və s. adalarını əhatə edir. Okeaniya adaları belə qruplaşdırılır: Melaneziya (yunanca — "qara adalar") Mikroneziya (yunanca — "kiçik adalar") Polineziya (yunanca — "çoxlu adalar") Yeni Zelandiya — İki böyük və bir neçə xırda adadan ibarətdir.Okeaniya avropalılara XVI əsrdən Fernan Magellanın ilk dünya səyahəti zamanından məlum olmuşdur. Adaların kəşfində və öyrənilməsində Ceyms Kukun, Abel Tasmanın, Fyodor Litkenin, Nikolay Mikluxo-Maklayın, Tur Heyerdalın və başqalarının xidmətləri var. == Təbiəti == Burada materik, vulkan və mərcan mənşəli adalar var.
Albuminlər və qlobulinlər
Analiz və sintez
Analiz anlayışı - Analiz dedikdə hər hansı bir şəkildə verilmiş qurğunun giriş informasiyasının çıxış informasiyasına çevrilməsi və bu çevrilmə prosesinin xüsusiyyətlərinin aydınlaşdırılması başa düşülür. == Haqqında == Sonlu avtomatlarda və kombinasiyalı DQ-də analiz məsələsi qurğunun verilmiş sxemi üzərində həll olunur. Bunun üçün isə sxemin qurulma qaydasını və funksiyaların hesablanma üsulunu bilmək vacibdir. Deməli, əvvəl sxemi təşkil edən hər bir elementin funksiyası və bu elementlərin bir-biri ilə birləşməsinə görə qurğunun funksiyası təyin edilməlidir.Yaddaşsız və ya sonlu yaddaşa malik qurğuların sxemlərində reallaşdırıla biləcək funksiya üçün bütün informasiya olursa, belə DQ-r çox zaman sərt məntiqli qurğular adlanır. Sonsuz yaddaşa malik qurğularda isə qurğunun fəaliyyət funksiyası proqramda olur. Əvvəlki movzularda deyildiyi kimi bu qurğular proqramlaşdırıla bilən məntiqli qurğular adlanır. Odur ki, məntiqli proqramlaşdırıla bilən qurğularda analiz məsələsi funksiyanın təyinindən və proqrama görə onun xüsusiyyətinin müəyyənləşdirilməsindən ibarətdir. Sintez məsələsinin həlli yaddaşsız və sonlu avtomatlarda giriş informasiyasının çıxış informasiyasına çevrilməsinə görə sxemin qurulmasından irəli gəlir == Xüsusiyyətləri == Sonlu avtomatların sintezi bir neçə mərhələdə yerinə yetirilir: blok sintezi – funksional əlamətinə görə avtomat bloklara bölünür; mücərrəd sintez – hər blokun iş şəraiti formalaşdırılır; struktur sintez – verilmiş iş şəraitini reallaşdıran sxemin qurulması; etibarlığın sintezi; DAT qurğularında əlavə olaraq təhlükəsiz şəraitə görə sintez aparılır; texniki sintez mərhələsində elementlərin məxsusi xüsusiyyətinə və onların birləşməsinə, yüklənmə qabiliyyətinə, iqlim və mexaniki parametrlərinə baxılır. struktur izafilik yaratmaqla qurğunun sxeminin fəaliyyət etibarlığının təmin olunmasıYuxarıda göstərilən mərhələlər şərtidir, təcrübədə müəyyən mərhələlər birləşdirilir və ya ixtisara salınır. Hazırda avtomatlaşdırılmış layihələndirmə sistemləri mövcud olduğundan, mürəkkəb avtomatlar üçün bu mərhələlər avtomatik yerinə yetirilir.
Anime və manqa
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Apokaliptika və postapokaliptika
Apokaliptika və postapokaliptika — Elmi fantastika, elmi fantaziya və qorxu fantastikanın altjanrı. Bu janrlarda olan əsərlərin süjetləri qlobal fəlakət yaşamış br dünyada inkişaf edir. Əsərlərdə baş verən apokalipsis hadisəsi qaçınılmaz qlobal istiləşmə kimi iqlimi, zərbə hadisəsi kimi təbbi, nüvə müharibəsi və ya təbii ehtiyatların tükənməsi kimi süni, pandemiya kimi tibbi, qiyamət günü, parusiya və ya raqnarök kimi esxatoloji və ya zombi-apokalipsi, maşınların üsyanı, texnoloji tekillik, disgenetika və ya əcnəbilərin hücumu kimi bədii ola bilər. Əsərin süjeti fəlakət hadisəsinin qarşısının alınması cəhdi, hadisənin nəticələriylə ilə məşğul olmaq və yaxud postapokaliptik, fəlakətin sonrasıyla bağlı ola bilər. Vaxt çərçivəsi sağ qalanların psixologiyası və çətinlikləri, insan irqinin canlı qalması üçün etdikləri üzrə mərkəzləşərək fəlakətdən dərhal sonra, yaxud fəlakət əvvəli insan mədəniyyətinin unudulması (və ya mifləşdirilməsi) üzrə mərkəzləşərək fəlakət hadisəsindən xeyli sonra başlaya bilər. Postapokaliptik məzmunlar adətən texnologiyasız və ya cəmiyyətin və texnologiyanın səpələnmiş halda olduğu bir gələcəkdə baş verir. Babilistan və ibranilər daxil olmaqla, müxtəlif qədim cəmiyyətlər "Gilqameş dastanı" (təx. b.e.ə. 2000–1500) kimi dünya və insan cəmiyyətinin sonuna həsr olunmuş apokaliptik ədəbiyyat və mifologiya əsərləri yaratmışdır. XIX əsrin əvvəllərində Meri Şellinin "Sonuncu adam" romanı nəşr olunandan bəri müasir apokaliptik əsərlər yazılır.
Bahadır və Sona
Bahadır və Sona (roman) — Nəriman Nərimanovun romanı. Bahadır və Sona (opera) — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera.
Balaca və Karlson
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Gettysburg nitqi
Gettysburg nitqi, Amerika Birləşmiş Ştatlarının prezidenti, Abraham Linkoln tərəfindən Amerika Birləşmiş Ştatları tarixindəki ən məşhur çıxışlardan biridir. Amerika vətəndaş müharibəsi dövründə Konfederasiya qüvvələrinin Gettysburg döyüşündə Birlik Qüvvələri tərəfindən məğlub edilməsindən dörd ay yarım sonra, 19 noyabr 1863-cü il Cümə axşamı günü Pensilvaniya ştatının Gettysburg şəhərində Gettysburg Milli Qəbiristanlığının açılışı zamanı söylənilmiş olan bir nitqdir. == Nitq mətni == 87 il əvvəl əcdadlarımız bütün insanların bərabər olduqları prinsipinə inanaraq bu qitədə yeni bir millət yaratdılar. İndi biz hal-hazırda bu əsasda qurulmuş hər hansı bir millətin yaşaya bilib-bilməyəcəyini yoxlayan böyük bir vətəndaş müharibəsindəyik. İndi böyük bir toqquşmanın baş verdiyi bir ərazidəyik. Biz buraya buranın bir hissəsini bu millətin yaşaması üçün canını verənlərə son bir istirahət yeri olaraq təqdim etmək üçün gəldik. Digər tərəfdən, bu diyarı xeyir-dua verərək müqəddəsləşdirməyimiz və ya müqəddəs etməyimiz mümkün deyildir. Burada döyüşərək canlarını qurban verən insanlar bu məkanı o qədər müqəddəs etmişdirlər ki, ona bir şey əlavə etmək və ya ondan çıxartmaq bizim imkanlarımız xaricindədir. Dünya burada dediklərimizə az əhəmiyyət versə də, insanların burada nə etdiklərini heç vaxt unutmayacaqdır. Burada bundan belə özlərini həsr etmiş olanlar sağ qalanlardır.
Həmid Nitqi
Həmid Nitqi (2 sentyabr 1920, Təbriz – 16 iyul 1999, Birləşmiş Krallıq) — azərbaycanlı professor, hüquqşünas, pedaqoq, şair, dilçi və ədəbiyyatşünas alim. İranda müasir ictimaiyyətlə əlaqələr elminin banisi == Fəaliyyəti == Həmid Nitqi 1920-ci ildə Təbrizdə anadan olub.1979-cu il İran İslam İnqilabından sonra Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli, Kərim Məşrutəçi (Sönməz) ilə birlikdə Tehranda nəşr olunan Varlıq (jurnal)ının təsisçisi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. == Ölümü == Həmid Nitqi 1999-cu ildə uzun sürən xəstəlikdən sonra Böyük Britaniyada vəfat etmiş, İstanbulun Zəncirli quyu qəbiristanlığında dəfn edilmişdir. == Dr. Həmid Nitqi mükafatı == İranın Beynəlxalq İctimaiyyətlə Əlaqələr Konfransının, təsis etdiyi Dr. Nitqi elmi mükafatı, inkişaf və inkişafda təsirli olan insanların, elmi, tədqiqat və yenilikçi səylərini qiymətləndirmək məqsədilə iki səviyyədə, yəni milli və beynəlxalq səviyyədə verilir. Milli səviyyədə Nitqi mükafatını alanlar arasında Abdullah Jasbi, Məhəmməd Bağır Qalibaf və İran İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri və İranın İctimaiyyətlə Əlaqələr Birliyinin İdarə Heyətinin üzvü Mirzə Baba Mütəhərinejadı göstərmək olar. Həmçinin beynəlxaq səviyyədə bu mükafata layiq görülən alimlərdən, İranda müasir əlaqələndirmə elminin banisi Kazım Mötəmednejad, İranda İnformasiya Texnologiyaları banisi Əli Əkbər Cəlali və Merilend Əlaqələndirmə Universitetinin imtiyazlı professoru Ceyms Qraniqin adını göstərmək olar. == Kitabları == Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri.
Müəllif nitqi
Müəllif nitqi — Bədii əsərlərdə müəllifin dilindən yazılan parçalar, obrazların, personajların danışığında işlənməyən parçalar.
Kralın nitqi
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Apollon və Hiakinf
Apollon və Hiakinf, Volfqanq Amadeus Motsartın Rufinus Vidl tərəfindən Latın dilində yazılmış librettosunda üç pərdədən ibarət bir operadır. 13 may 1767-ci ildə Zalsburq Universitetində Klementia Kroesi adlı daha böyük bir əsər şəklində tamaşaçılara təqdim edildi. Bu opera Motsartın ilk əsl operasıdır, daha əvvəl 11 yaşı olarkən "Die Schuldigkeit des ersten Gebotes" (Birinci əmrin vəzifəsi) adlı bir oratoriya yazmışdır. Başlığından göründüyü kimi, bu opera Yunan mifologiyasına daha doğrusu, Roma şairi Ovidin metamorfozlarına söykənir. Rəvayətə görə, Apollonun atdığı bir disk Hiakinfin başına dəyir və təsadüf şəklində o, ölür. Başqa bir mif də Hiakinfin ölümünə səbəbkar olaraq, külək tanrısı Zefir göstərilir. Apollonu qısqanan Zefir, onun atdığı diskin traektoriyasını yayındırmaq üçün, öz qüvvəsindən istifadə edir ki, bu da Hiakinfi yaralayıb öldürür. Hiakinf öldükdə, Apollon, Hiakinfin qanı sayəsində böyüyən bir siçanı, bir çiçəyə çevirir. Librettist və kahin Rufinus Vidl, işin mənəvi-əxlaqi cəhətdən yaxşı qurulması üçün hekayəyə Melyanı əlavə etməklə dəyişdirdi. == Arqument == === I pərdə === Qarışıq qısa bir tarixi təkrarlama ilə başlayır.
Aslan və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır.Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir. Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütununu, dövləti və islam dinini təmsil edirdi.
Atalar və oğullar
Atalar və oğullar — rus yazıçı İvan Turgenevin ən məşhur əsəri. 1862-ci ildə yazılmış əsərin adı original olaraq "Отцы и дети" olsa da, azərbaycancaya "Atalar və oğullar" olaraq tərcümə edilmişdir. Əsərin hekayəsi 1850-ci illərin Rusiyasında keçir. Universitetdən yeni məzun olan Arkadi Kirsanov dostu Yevgeni Bazarovla birlikdə atasının malikanəsinə gəlir. Arkadinin atası Nikolay gəncləri öz malikanəsində, Marinoda sevinclə qarşılayır, lakin Nikolayın qardaşı Pavel bu gəlişdən heç də məmnun qalmır. Bunun səbəbi isə gənclərin, xüsusilə də Bazarovun davamçısı olduğu nihilizm fəlsəfi cərəyanıdır. Əsərin baş qəhrəmanı Bazarov tibb tələbəsi və qatı nihilistdir. O Arkadiyə müəllimlik edir, "qocaların" — Kirsanov qardaşlarının liberal ideyalarını amansızlıqla lağa qoyur. Bazarov üçün köhnə dünyadan qalmış heç bir qayda keçərli deyil, o bunları yıxmağa qərarlıdır. Pavelin kinayə ilə soruşduğu "Bəs hər şeyi dağıdandan sonra nə edəcəksiniz?" sualına isə, Bazarov "Bilmirik.
Bal və yonca
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Balıq və çips
Balıq və çips (ing. Fish and Chips, Fish&Chips, Fish `n` Chips) — Böyük Britaniya, İrlandiya, Avstraliya, Yeni Zelandiya, Kanada və Cənubi Afrikada populyar olan ayaqüstü yemək. Kartof qızartması ilə birgə verilən unda qızardılmış balıq filesindən ibarətdir. Bəzən qarğıdalı, göy noxud, lobya, soğan, incə doğranmış xiyar, bənövşəyi kələm, mayonez və ya tartar sousu kimi inqrediyentlərlə birgə verilir. Bir sıra diyetoloqlar bu yağlı yeməyin sağlamlığa ziyan olduğunu bildirirlər.
Bartlbi və çevrəsi
Bartlbi və çevrəsi (isp. Bartleby y compañía) — Enrike Vila-Matasın romanı. == Məzmun == “Bartlbi və çevrəsi” həm roman, həm də sənədli essedir. Əsərdə müxtəlif səbəblərə görə yazmağı atmış yazıçılardan bəhs edilir. Vila-Matasın çevrəsinə həm real (Servantes, Moppassan, Rembo, Selincer, Pinçon və b.), həm də səksəndən artıq uydurma müəllif daxildir. Qeydlər formasında yazılmış romanda Bartlbi “niyə yazırıq, niyə mövcuduq?” kimi suallara cavab axtarır. Cavablar isə elə əsərin özündədir: bu cavablar qadınlar barədə bəxti gətirməyən, yazmağı bacarmayan qozbel Bartlbinin dilindən söylənilir. O, fəlsəfi gözəlliyə malik, dolaşıq düşüncələrə sahib bir insandır. Oxucuları “Yox cərəyanı” ədəbiyyatının labirintlərinə başgicəlləndirici səyahət gözləyir. == Tərcümə və nəşr == Roman ATV Kitab layihəsi çərçivəsində Nicat Məmmədov və Qismət Rüstəmov tərəfindən ispan dilindən azərbaycan dilinə tərcümə olunmuş və 2016-cı ildə Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Beyker və Makenzi
Baker & McKenzie (azərb. Beyker və Makenzi‎) — 1949-cu ildə Çikaqoda hüquqşünaslar Rassel Beyker (ing. Russell Baker) və Con Makenzi (ing. John McKenzie) tərəfindən təsis edilmiş beynəlxalq hüquq şirkətidir. Şirkətin 47 ölkədə yerləşən 77 ofisində 4 100-dən artıq hüquqşünas çalışır.Transmilli qurum olduğundan, şirkətin fəaliyyəti yalnız ABŞ bazarında iştirakla məhdudlaşmır, hüquqşünasların 80%-dan çoxu ABŞ xaricində çalışır. 60 ölkədən və 75 dildə danışan hüquqşünas hazırda şirkətin əməkdaşıdır. 2016-cı ildə şirkətin dövriyyəsi 2,62 milyard ABŞ dolları təşkil etmişdir. Firma hüquq şirkətləri arasında dövriyyəyə görə dünyada ən iri şirkət elan edilmişdir.
Kralın nitqi (film, 2010)
Kralın nitqi — rejissoru Tom Huper olan və ssenarisi Devid Saydler tərəfindən yazılmış tarixi film.
Xalq Komissarı Qəzənfər Musabəyovun Nitqi (1931)
== Məzmun == Kinosüjet xalq komissarları sovetinin sədri Qəzənfər Musabəyovun kütləvi yığıncaqlardan birində çıxışını əks etdirir. == Filmin heyəti == === Filmdə iştirak edən === Qəzənfər Musabəyov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.
Və bircə kəlmə də demədi
'bircə kəlmə də demədi — alman yazıçısı Haynrix Böll tərəfindən 1953-cü ildə qələmə alınmış bir romandır və əsasən kasıb, çoxuşaqlı Fred və Kete Boqner cütlüyünün müharibədən sonrakı həyatının təsviri və eləcə də kilsə mövzusu üzərinə qurulmuşdur. Əsəri Azərbaycan dilinə 2017-ci ildə tanınmış tərcüməçi Vilayət Hacıyev çevirmişdir. Bu romana görə Böll çox sayda yerli və xarici mükafatlara layiq görülür, bunlardan biri də Alman Tənqidçilər Birliyinin Ədəbiyyat Mükafatıdır. Hans Verner Rixter (47-lər dərnəyi) "Və bircə kəlmə də demədi" romanını "müharibədən sonra yazılmış ən yaxşı kitab" kimi səciyyələndirib. Kitab oxucular arasında da böyük rəğbətlə qarşılanıb. 1953-cu ilin sonuna kimi müxtəlif tirajlarla kitabın 17.000 nüsxəsi satışa çıxarılıb. == Məzmun == Romanın baş qəhrəmanları Fred və Kete Boqner cütlüyüdür. Fred artıq iki aydır ki, öz ailəsi ilə yaşamır, çünki o, bir otaqlı evdə yaşamağa dözə bilmir. Əsərdə təsvir edilən hadisələr sadəcə bir neçə gün ərzində cərəyan edir. “...
Xalq komissarı Qəzənfər Musabəyovun nitqi (film, 1931)
== Məzmun == Kinosüjet xalq komissarları sovetinin sədri Qəzənfər Musabəyovun kütləvi yığıncaqlardan birində çıxışını əks etdirir. == Filmin heyəti == === Filmdə iştirak edən === Qəzənfər Musabəyov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.
Diskretlik
Diskretlik (fasiləlilik)- Yerdə həyat diskret formalarda təzahür edir. == Ümumi məlumat == Ümumiyyətlə orqanizm və ya bioloji sistem (növ, biogeosenoz) təklənmiş və ya fəzada məhdudlanmış halda mövcuddur. Belə ki, onlar öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, funksional bütövlük yaradan hissələrdən ibarətdir. Məsələn, istənilən növün fərdlərdən, fərdlərin orqanlardan, orqanların isə ayrı-ayrı toxuma və hüceyrələrdən təşkil olunması bizə məlumdur. Belə ki, orqanizmin quruluşunun diskretliyi onun struktur nizamlılığının əsasıdır. Bu isə, aşınmış struktur elementlərinin (molekul, ferment, hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır.
Qıtqın yaşayış yeri
Qıtqın yaşayış yeri — Naxçıvan Muxtar Respublikasında arxeoloji abidədir == Tarixi coğrafi yerləşməsi == Əlincə çayın sol sahilində, Culfa bölgəsinin Xanağa kəndindən şərqdə yerləşir. Sahəsi 17600 kv.m-dir. == Mədəni təbəqə == Abidənin bəzi sahələrində qalınlığ 1 m-ə çatan mədəni təbəqənin üzəri açılmışdır. Yaşayış yerinin tikililəri əsasən çaydaşı, bişmiş kərpicdən hörülmüşdür. Toplanmış yerüstü arxeoloji materiallar əsasən şirli və şirsiz saxsı qab qırıqlarından ibarətdir. == Tarixi dövrləşdirilməsi == Arxeoloji material Qıtqın yaşayış yerinin IX-XVIII əsrlərdə fəaliyyətdə olduğunu sənədləşdirir. == Mənbə == Azərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,”Şərq-Qərb”, 2008, 632 s.
Diskretlik (fasiləlilik).
Diskretlik (fasiləlilik)- Yerdə həyat diskret formalarda təzahür edir. == Ümumi məlumat == Ümumiyyətlə orqanizm və ya bioloji sistem (növ, biogeosenoz) təklənmiş və ya fəzada məhdudlanmış halda mövcuddur. Belə ki, onlar öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, funksional bütövlük yaradan hissələrdən ibarətdir. Məsələn, istənilən növün fərdlərdən, fərdlərin orqanlardan, orqanların isə ayrı-ayrı toxuma və hüceyrələrdən təşkil olunması bizə məlumdur. Belə ki, orqanizmin quruluşunun diskretliyi onun struktur nizamlılığının əsasıdır. Bu isə, aşınmış struktur elementlərinin (molekul, ferment, hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır.
Qiaqin
Qiaqin (adıq Джаджэ) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibinə daxil olan kənd. Qiaqin rayonunun və Qiaqin kənd sovetliyinin mərkəzidir. == Coğrafi yerləşməsi == Kənd Qiaqin rayonunun qərb hissəsində, Qiaqin çayının hər iki sahilində yerləşir. Maykopdan 28 km şimalda və Beloreçensk şəhərindən 20 km şimal-şərqdə yerləşir. Kəndin cənub kənarında Şimali Qafqaz dəmiryolunun Qiaqin dəmiryol stansiyası yerləşir. Kəndin sahəsi 32.63 km²-dir ki, bu da kənd ərazisinin sovetliyin 13,07% -ni təşkil etməsi deməkdir. Zakuban düzündə, düzənlikdən respublikanın dağətəyi zonasına keçən ərazidə yerləşir. Bölgənin relyefi, cənub-şərqdən şimal-qərbə ümumi bir yamacda olan, təpəli və təpəli yüksəklikləri olan piedmont dalğalı düzənliklər ilə təmsil olunur. Çay vadiləri dərin yarğanlar və çökəkliklər ilə kəsilir. Orta hündürlüklər dəniz səviyyəsindən təxminən 130 metr yüksəklikdədir.
Sitrin
Sitrin — sarı rəngli kvars, qiymətli daş. == Sitrinin min bir sirri == Sitrin termini mineral aləmə 1747-ci ildə Valerius tərəfindən daxil edilib. Sitrin limon rəngli mineraldır. Sitrin-işıq rəmzi, əhval ruhiyyənin simvoludur. Bu şəffaf daş sizə çox eleqant görkəm verər və hər geyim növü ilə sizi iştirak etdiyiniz hər hansı bir ziyafətin şahanəsi edər. Sitrin soyuq brilliantdan fərqli olaraq insana bir sakitlik və əminlik bəxş edir. Sitrin daşın bir çox qəribə xüsusiyyətləri, möcüzələri də var: Gəlin ən əsasını xatırladaq. Qədim Romada natiqlər ən hörmətli, izzətli insanlar sayılırdı. Onlara orator deyirdilər. Nitqində defekt olan insanlar ağızlarına xırdaca daşı götürüb uzun müddət dəniz kənarında məşq edərdilər.
Nitril
Üzvi kimyada nitril -C≡N funksional qrupu olan hər hansı üzvi birləşmədir. Nitril kauçuk, yanacaq və yağlara davamlı olduğundan avtomobil və digər contalarda da geniş istifadə olunur. Tərkibində birdən çox nitril qrupu olan üzvi birləşmələr siyanokarbonlar kimi tanınır.
Xitin
Xitin — Xitin (C8H13O5N)n (/ˈkaɪtɪn/ KY-tin) qlükozanın amid törəməsi olan N-asetilqlükozaminin uzun zəncirli polimeridir. Təbiətdə ən çox yayılmış ikinci polisaxarid (yalnız sellülozadan sonra), göbələklərin hüceyrə divarlarının, xərçəngkimilər və həşəratlar kimi artropodların ekzoskeletlərinin və molyuskların radulaların, sefalopodların dimdiklərinin və qladiuslarının əsas komponentidir. O, həmçinin ən azı bəzi balıqlar və lissamfibiyalar tərəfindən sintez edilir. Xitinin strukturu sellüloza ilə müqayisə oluna bilər, kristal nanofibrillər və ya bığlar əmələ gətirir. Funksional olaraq keratin proteini ilə müqayisə edilə bilər. Xitinin bir sıra tibbi, sənaye və biotexnoloji məqsədlər üçün faydalı olduğu sübut edilmişdir. == Etimologiya == İngiliscə "xitin" sözü 1821-ci ildə yunanca χιτών (khitōn), örtük mənasını verən fransızca "xitine" sözündən yaranmışdır. Bənzər "xiton" sözü qoruyucu qabığı olan dəniz heyvanına aiddir. == Kimya, fiziki xassələri və bioloji funksiyası == Xitinin quruluşu 1929-cu ildə Albert Hofmann tərəfindən müəyyən edilmişdir. Hofman Helix pomatia ilbizindən əldə etdiyi xitinaz fermentinin xam preparatından istifadə edərək xitini hidroliz etdi.
Qan və dəmir (nitq)
Qan və dəmir(alm Blut und Eisen) — Almaniya kansleri Otto fon Bismarkın 1862-ci il sentyabr ayının 30-da Almaniyanın birləşməsilə əlaqədar olan çıxışının başlığı. Nitqinin son hissələrində işlədilən bu sözlər Bismarkın ən məşhur sitatlarından birinə çevrilmişdir. 1862-ci ilin sentyabr ayında kral I Vilhelmin hərbi xərclərin artırılmasına dair tələbi Prusiya Əyalət Məclisində liberalların maneələrilə üzləşdi. Bununla əlaqədar olaraq Prusiya kralı I Vilhelm mühafizəkarların dəstəklədiyi Bismarkı baş nazir və xarici işlər naziri təyin etdi. Bir neçə gündən sonra Bismark Prusiya Əyalət Məclisinin Büdcə Komitəsinin qarşısında çıxış etdi və hərbi hazırlığın vacibliyini vurğuladı. Bismark öz çıxışını bu sözlərlə sonlandırdı: Prusiyanın Almaniyadakı mövqeyi onun liberal olub-olmaması ilə deyil, hərbi gücü ilə müəyyən olunacaq. Prusiya hərbi cəhətdən güclənməyə çalışmalı və artıq biz bir neçə dəfə dəyərləndirə bilmədiyimiz şansları dəyərləndirməliyik. Vyana müqaviləsində ədalətsiz şəkildə çəkilən Prusiya sərhədləri daxilində çox yaşaya bilmərik. Artıq problemlər 1848–1849-cu illərdə bizim üçün böyük səhv olduğunu bildiyimiz danışıqlar və müzakirələr zəminində yox, "qan və dəmir"lə həll olunacaq. Bismark çox uğurlu diplomat olmaqla yanaşı, işlətdiyi "qan və dəmir" ifadəsi onun xarici siyasətini təsvir edirdi.
Vasitəsiz və vasitəli nitq
Vasitəsiz və vasitəli nitq — danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: vasitəsiz və vasitəli. == Vasitəsiz nitq == Başqasının nitqi eyni ilə, dəyişdirilmədən verilərsə, ona vasitəsiz nitq deyilir. Vasitəsiz nitqli cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən və vasitəsiz nitqdən. Müəllifin sözü M(m), vasitəsiz nitq V(v) ilə işarə olunur. Müəllifin sözlərində xəbər, əsasən, nitq və təfəkkür feillərindən ibarət olur. Vasitəsiz nitq müəllif sözlərinə qoşulur,yazıda dırnaq işarəsi və ya tire ilə ayrılır. Müəllif təhkiyəsinə daxil olduqda dırnaqlar arasında,dialoqlarda tire ilə verilir. Vasitəsiz nitqin işlənmə formaları: M:"V". "V?"-m.
Georgi Vitsin
Georgi Mixayloviç Vitsin (rus. Георгий Михайлович Вицин; d. 18 aprel 1917-ci il, Terioki, Vıborq quberniyası, Böyük Finlandiya knyazlığı, Rusiya imperiyası — v. 22 oktyabr 2001-ci il, Moskva, Rusiya) — Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR xalq artisti (1977), SSRİ xalq artisti (1990). == Həyatı == Georgi Vitsin 18 aprel 1917-ci ildə (aktyorun doğum tarixi və yeri bu günə qədər dəqiq deyil) o zaman Rusiya imperiyasına aid olan Böyük Finlandiya knyazlığında anadan olmuşdur. 1934-1935-ci illərdə Vaxtanqov adına teatr məktəbində təhsil almışdır. 1937-ci ildən M.N. Yermolov adına Moskva teatrının aktyoru kimi işləmişdir. Onun rəsmən kinoya gəlişi Sergey Eyzenşteynin "İvan Qroznı" filmilə olur. "Ehtiyat oyunçu" filmindən sonra məşhurlaşan Vitsin onun ardınca "O sizi sevir" filmində rol alır. Elə bu illərdə çəkilən "Belinski" filmində isə Nikolay Qoqolun rolunu ifa edir.
Günter Litfin
Günter Litfin (19 yanvar 1937, Berlin – 24 avqust 1961, Berlin Şpandau kruiz kanalı[d]) — alman dərzi idi və o, Berlin divarından qaçmağa çalışarkən ölən ikinci şəxs idi. Litfin Şərqi Almaniya sərhəd qoşunları tərəfindən atəş açılaraq öldürlən ilk şəxs həmçinin ilk kişi idi. == Həyatı == Günter Litfin 1937-ci il 19 yanvar tarixində Üçüncü Reyxin paytaxtı Berlin şəhərində doğulmuş və əkiz qardaşı olan Alois İkinci dünya müharibəsi dövründə həkim tərəfindən öldürülmüşdür. Litfin Şərqi Almaniyada şərqi Berlinin Vaysenze adlı qəsəbəsində yaşayırdı və atası Albert kimi Xristian Demokrat İttifaqı (Almaniya) partiyasının qeyri-qanuni şöbəsinin üzvü idi. Peşəsi dərzi olan Litfin Qərbi Almaniyada Berlin zooparkı yaxınlığında sərhəd-keçid məntəqəsiylə müntəzəm gedib gəlirdi. 1961-ci il avqustun 13-də şərqi və qərbi Berlin sərhədi Şərqi Almaniya tərəfindən anidən qapadıldı. Sərhədin qapadılmasından qısa müddət əvvəl Litfin avqustun 12-də Qərbi Almaniyada iş yerinin yaxınlığında Şarlottenburq adlı yerdə bir mənzil tapdı. Öncəki gün isə o, qardaşı Yürgen ilə birgə onun yeni mənzilində mebelləri yerləşdirmək üçün oraya getmişdilər. Litfinin məqsədi növbəti gün səhər Şərqi Almaniyadan qaçmaq idi. Belə ki, artıq yollar qapadılmış və Berlinin ilk tikanlı məftilli hasarları quraşdırılmışdı.
Litvin Abasov
Litvin İbiş oğlu Abasov– “Azərkəndtikinti” ASC-nin sədri, Əməkdar Mühəndis (1976), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1990-1995), "Şöhrət" ordeni (Azərbaycan) (2007), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2019) == Həyatı == Litvin İbiş oğlu Abasov 06 aprel 1937-ci ildə Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində (indiki Ermənistanın Yerevan şəhəri) ziyalı ailəsində anadan olmuşdur. Atası İbiş Vəli oğlu Abasov 1898-ci ildə indiki Ermənistanın Qəmərli rayonunun Muğanlı kəndində kəndli ailəsində doğulub. Qəmərlidə fəhlə-gənclər məktəbində təhsil aldıqdan sonra, Qəmərlidə və Zəngibasarda komsomol və partiya orqanlarında çalışıb. 1930-cı illərdə Ermənistanın Vedi rayonunda ispolkomun sədr müavini, sonra Vedi rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində çalışıb. 1937-ci ildən isə yeni yaradılmış Qarabağlar rayonunun birinci katibi vəzifəsinə təyin olunub və birinci katib vəzifəsində 1942-ci ilə kimi çalışıb. Ermənistan KP MK-nın plenum üzvü, Ali Sovetin deputatı olub. Litvin Abasov 1953-cü ildə Bakıya gəlmiş və Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) qəbul olunmuşdur. Azərbaycan Hökumətinin qərarı ilə 1956-cı ildə Litvin Abasovun təhsil aldığı fakültəni Politexnik İnstitutunun inşaat fakültəsinə keçirirlər (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti). O, 1959-cü ildə Azərbaycan Politexnik institutunun sənaye-mülki tikinti fakültəsini bitirərək inşaatçı- mühəndis ixtisasına yiyələnmişdir. O, daha sonra -1982-ci ildə keçmiş SSRİ Nazirlər Sovetinin “Xalq Təsərrüfatı Akademiyası”nı Xalq Təsərrüfatının İdarəetməsi ixtisası üzrə bitirmişdir.
Natrium nitrit
Natrium nitrit (natrium nitrit)— NaNO2, natrium və nitrat turşusunun duzu Natrium nitrit NaNO2 kimyəvi formulu ilə qeyri-üzvi birləşmədir. Suda çox həll olunan və higroskopik olan ağdan bir qədər tünd sarımtıl kristal tozdur. Sənaye baxımından ən vacib nitrit duzudur.Dərman, boyalar və pestisidlər,kimi müxtəlif üzvi birləşmələrdə istifadə edilir, lakin çox güman ki,ətlərdə və (bəzi ölkələrdə) balıq məhsullarında istifadə olunan qida əlavəsi kimi tanınır. == Əsas xassələri == Təmizlənmiş natrium nitrit ağ və ya bir az sarı kristal tozdur. Suda həll olunur və higroskopiklikdir. Havada yavaş-yavaş natrium nitrat NaNO3 qədər oksidləşir. Güclü çözücüdür. Böyük dozada toksikdir. === Alınması === Natrium nitrit NaNO2 azot turşusunun duzudur və adətən azot oksidlərindən reaksiya ilə alınır: 2 N a O H + N O + N O 2 → 2 N a N O 2 + H 2 O {\displaystyle {\mathsf {2NaOH+NO+NO_{2}\rightarrow 2NaNO_{2}+H_{2}O}}} Natrium nitritinin istehsalının digər yayılmıçş bir üsulu da bir qurğuşun Pb tozunu natrium nitrat NaNO2 ilə qızdırmaq və ardından meydana gələn bərk maddəni suda həll etməkdir. Dağılma nəticəsində suda həll olunmayan qurğuşun (II) oksidi PbO,a çökəcək və natrium nitrit məhlulda qalacaq: N a N O 3 + P b → N a N O 2 + P b O {\displaystyle {\mathsf {NaNO_{3}+Pb\rightarrow NaNO_{2}+PbO}}} === Tətbiq sahələri === ==== Kimyəvi sintez ==== Natrium nitrit, diazoamin birləşmələrini yaratmaq üçün istifadə olunur.
.ve
.ve — Venesuela üçün internet kod.
Le-Se
Le-Se (fr. Le Saix, oks. Lo Sais) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Veyn kantonuna daxildir. INSEE kodu — 05158. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 92 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 49 yaşda (15-64 yaş arasında) 29 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 59,2%, 1999-cu ildə 50.0%). 29 aktiv adamdan 28 nəfəri (14 kişi və 14 qadın), 1 qadın işsiz idi.
Ev sahibi və qonaq (poema)
Ev sahibi və qonaq (სტუმარ-მასპინძელი, St’umar-Masp’indzeli) — Gürcüstan şairi, yazıçısı və filosofu Vaja Pşavelanın epik poeması. Poema ilk dəfə 1893-cü ildə Tiflisdə nəşr olunub və "gürcü ədəbiyyatının şah əsəri" hesab olunur. Bu poema, gürcü məktəblərində tədris olunur. Poema əsasında 1967-ci ildə Tengiz Abuladze tərəfindən "Molba" filmi çəkilib. == Məzmunu == Ev sahibi Coqola müsəlman, onun qonağı Zviadauri isə xristian olsa da, poema onların fərqli dini və mədəni ənənələrinə istinad edir. Poemanın süjeti özündə onların talelərinin bir-birinə təsirindən və onların yaşayıb,böyüdükləri icmalarının bir-birinə nifrət etmələrinə baxmayaraq, bu mübarizədən layiqincə cıxmaqlarını əks etdirir. Coqola və Zviadauri təsadüfən nəm meşədə, hər ikisi maral ovlayarkən rastlaşırlar. Onların hər ikisi verilən sözlərdən çox, əməllərə dəyər verən kişilərdir. Sonrakı söhbət zamanı Coqola onu evinə gecələməyə dəvət edir. Əslində, o, kistlərin qan düşməni olan Zviadauri adlı xevsurla tanış olur, hansı ki, sonradan Coqolanın qardaşını öldürdüyü məlum olur.
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyi — dünya şöhrətli violonçelist, Mstislav Rostropoviçin anadan olduğu və uşaqlıq illərini keçirdiyi evdə yerləşən muzey. Muzey 2002-ci il mart ayının 4-də açılmışdır. == Ekspozisiya == Muzeyin ekspozisiyasında M. Rostropoviçin uşaqlıq, gənclik, həyat və yaradıcılıq illərinin çiçəkləndiyi dövrləri əks etdirən maraqlı materiallar nümayiş etdirilir.Muzeyin ekspozisiyası iki hissədən ibarətdir. Birinci hissədə Rostropoviçlər ailəsinin yaşadığı evin ab-havası, o dövrkü mühit əks etdirilmişdir. Muzeydə nümayiş olunan eksponatlar arasında Leopold Rostropoviç tərəfindən oğluna yazdığı (1942-ci il) məktub da vardır. Bu məktub M. Rostropoviç üçün hər bir zaman mənəvi dayaq olmuşdur. Ekspozisiyanın ikinci hissəsində M. Rostropoviçin həyat və yaradıcılığının mühüm anları, onun Bakı ilə əlaqələrini təsdiqləyən materiallar nümayiş olunur. Muzeydə M. Rostropoviç haqqında filmlər, maestronun ifası ilə yazılmış audio kasetlər və disklər vardır.Muzeydə daima olaraq Rostropoviçin ifasında musiqi (Bax, Bethoven) və onun dirijorluğu altında simfonik musiqilər səslənir. Burada Rostropoviçin ən sevimli əsərlərindən biri – Pyotr Çaykovskinin Altıncı simfoniyasının lent yazısı da səsləndirilir. O, bu əsərə 1974-cü ildə Moskva Konservatoriyasının Böyük Zalında Moskvadan xaricə getməzdən əvvəl vida gecəsində dirijorluq edib.
Qalaktion və Tisian Tabidzelərin Ev Muzeyi
Qalaktion və Tisian Tabidzelərin ev muzeyi (gürc. გალაკტიონ და ტიციან ტაბიძეების სახლ-მუზეუმი) — Gürcüstanın Vani rayonu, Şkvişi kəndində yerləşən ev muzeyi. Hər iki şair bu ev muzeydə yaşamışdır. Şairlərin ikisinində aqibəti bir-birinə yaxın olmuş, İosif Stalinin 1930-cu illərdə həyata keçirdiyi Böyük Təmizlik siyasətinin qurbanı olmuşlar. Muzey ümumilikdə 3 ha ərazini əhatə edir. Daimi ekpozisiya: 450 m², dövrü sərgilər: 30 m², konfrans zalı 60 m², saxlama anbarı: 30 m² Muzey bazar ertəsi istisna olmaqla hər gün saat 10-dan 17-dək fəaliyyət göstərir. == Tarixi == Muzeyin əsası 1966-cı ildə qoyulmuşdur. Bununla belə onun rəsmi açılışı 1983-cü ilə təsadüf edir == Ekpozisiya == Muzey iki sərgi binasından və gürcü şairlərinin tarixi evindən ibarətdir. Qalaktion Tabidze (1892—1959) və Titsian Tabidzelər (1895—1937) bu binada yaşamış və bu kəndin sakini olmuşlar. Muzeydə Qalaktion və Titian Tabidzelərin xatirə əşyaları, Galaktionun atasının kitabxanasından köhnə bədii kitablar, dulusçuluq, naxış nümunələri, gürcü rəssam və heykəltəraşların əsərləri saxlanılır.
Qum və dumandan ev (film, 2003)
Qum və dumandan ev (ing. House of Sand and Fog) — 2003-cü ildə çəkilmiş amerikalı rejissor Vadim Perelmanın debüt filmidir. Film dram janrındadır. Əsas rollarda Cennifer Konneli və Ben Kinqsli çəkilmişlər. == Məzmun == Filmin süjet xəttini 2 insanın bir evə sahib durmaq uğrunda mübarizəsi təşkil edir. Bu kiçik bunqalo onların həyatında unudulmaz bir iz qoyur. Keti Nikolo (Cenifer Konneli) üçün bu ev atasından miras qalmış yeganə şeydir və narkotik aludəçiliyindən azad olduqdan sonra yenidən normal həyata qayıtmaq üçün yeganə şansdır. Lakin bürokratik səhv nəticəsində Ketini evdən çıxarırlar və ev auksionda İran əsilli Məsud Əli Behraniyə (Ben Kinqsli) ucuz qiymətə satılır. Onun üçün bu ev — bütün arzuların reallaşması deməkdir. Bu səbəbdən, o ailəsi ilə birlikdə İranı tərk edib, Amerikaya yollanmışdır.
Nisrin Elsaim
Nisrin Elsaim (ərəb. نسرين الصائم‎) — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir. Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir.
Nitrit turşusu
Nitrit turşusu (HNO2) - zəif birəsaslı turşu. Nitrit turşusu normal şəraitdə bərk halda olur. Nisbi molyar kütləsi 47,0134 а.k.v., molyar kütləsi isə 47.0134 q/mol-dur. Türşü 42.35 °S-də əriyir və maye halda sıxlığı 1.685 q/sm³-dur. Nitrit turşusunun qaynama temperaturu 158 °S-dir. == Kimyəvi xassələri == 2 HNO 2 ⟷ N 2 O 3 + H 2 O ⟷ NO ↑ + NO 2 ↑ + H 2 O {\displaystyle {\ce {2 HNO2 <-> N2O3 + H2O <-> NO ^ + NO2 ^ + H2O}}} 3 HNO 2 ⟷ HNO 3 + 2 NO ↑ + H 2 O {\displaystyle {\ce {3 HNO2 <-> HNO3 + 2 NO ^ + H2O}}} HNO2 zəif turşudur. H 2 SO 4 + 2 NaNO 2 ⟶ Na 2 SO 4 + 2 HNO 2 {\displaystyle {\ce {H2SO4 + 2 NaNO2 -> Na2SO4 + 2 HNO2}}} HNO 2 + H 2 O 2 ⟶ HNO 3 + H 2 O {\displaystyle {\ce {HNO2 + H2O2 -> HNO3 + H2O}}} HNO 2 + Cl 2 + H 2 O ⟶ HNO 3 + 2 HCl {\displaystyle {\ce {HNO2 + Cl2 + H2O -> HNO3 + 2 HCl}}} 7 HNO 2 + 2 KMnO 4 ⟶ 2 Mn ( NO 3 ) 2 + 2 KNO 3 + 3 H 2 O + HNO 3 {\displaystyle {\ce {7 HNO2 + 2 KMnO4 -> 2 Mn(NO3)2 + 2 KNO3 + 3 H2O + HNO3}}} 2 HNO 2 + 2 HI ⟶ 2 NO ↑ + I 2 + 2 H 2 O {\displaystyle {\ce {2 HNO2 + 2 HI -> 2 NO ^ + I2 + 2 H2O}}} == Alınması == Nitrit turşusunu azot- 3- oksidini H2O suda həll etməklə: N 2 O 3 + H 2 O ⟶ 2 HNO 2 {\displaystyle {\ce {N2O3 + H2O -> 2 HNO2}}} Nitrit turşusunu azot- 4- oksidini H2O suda həll etməklə: 2 NO 2 + H 2 O ⟶ HNO 3 + HNO 2 {\displaystyle {\ce {2 NO2 + H2O -> HNO3 + HNO2}}} == Mənbə == Карапетьянц М. Х., Дракин С. И. Общая и неорганическая химия.
Oleq Litvin
Oleq Aleksandroviç Litvin (6 iyul 1936, Bakı – 5 iyul 2017, Volqoqrad) — Azərbaycanın tanınmış fotomüxbiri. == Həyatı == Oleq Litvin 6 iyul 1936-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsində təhsil alıb (1956–1960). Daha sonra Sovet İttifaqı Teleqraf Agentiliyində (TASS) fotomüxbir kimi fəaliyyət göstərib (1973–1990). O, uzun illər "Azərinform", indiki "AZƏRTAC" agentliyində işləyib. "Reuters", "Associated Press" kimi xəbər agentlikləri ilə əməkdaşlıq edib. Fotoqraf 2000-ci ildə oğlunun yanına, Rusiyanın Volqoqrad şəhərinə köçüb. Orada beş il "Komsomolskaya pravda" qəzetində, 2005-ci ildən isə "LUKOYL" şirkətinin "Volqa i Don" korporativ qəzetində işləyib. 2017-ci ildə 81 yaşına bir gün qalmış həmin şəhərdə vəfat edib. == Yaradıcılığı == Dağlıq Qarabağ münaqişəsi başlayandan Oleq Litvin cəbhə xəttindən foto-reportajlar hazırlayıb.
Qiaqin rayonu
Qiaqin rayonu (adıq Джаджэ район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qiaqin qəsəbəsidir. == Coğrafiyası == Rayonu Adıgey Respublikasının mərkəz hissəsində, Zakuban düzənliyinin ətəklərində yerləşir. Rayonun ümumi sahəsi 796.63 km²-dir. Burada 5 kənd inzibati vahidliyinə 30 yaşayış məntəqəsi daxildir. Aşağıdakı ərazilərlə həmsərhəddir: şimalda Şovqenovski rayonu, şərqdə Koşexabl və Mostov rayonları, cənubda Maykop rayonu və Maykop şəhər dairəsi, qərbdə Krasnodar diyarının Belorechenski rayonu. Respublikanın dağətəyi zonasında yerləşir. Ərazisi təpəlidir, şüaları və çökəklikləri var. Rayonda orta hündürlük dəniz səviyyəsindən təxminən 180 metr yüksəkdir. Torpaq örtüyü qaratorpaqdır.
Sitxin küknarı
Şimali Amerika nın qərb hissəsində, Alyaska dan Kaliforniya ya qədər sahil zolağı ətrafında bitir. Təbiətdə 60 m və daha hündür olan, gövdəsinin diametri 240 (480) sm, sız, enli, çətiri piramidal formalı ağacdır. Şimali Amerika nın ən hündür küknarı və ümumiyyətlə ən iri iynəyarpaqlılarından biridir. Mədəni şəraitdə hündürlüyü əsasən 40 m-dəm çox olmur. Qabığı yarıqlı, boz və nazikdir. Tumurcuqların uzunluğu 4–5 mm, eni 2–3 mm, konusvarı, qatranlıdır. Cavan zoğları açıq-qonur, əsasən çılpaqdır (bəzən qozalı zoğlarda bir az tükcüklüdür). İynəyarpaqların uzunluğu 15-18 (25) mm, eni təxminən 1 mm, hamar, alt tərəfi 6-8 xətlidir, iynəli, üstü yaşıl, alt tərəfi gümüşü, ağ zolaqlı olmaqla çətirə göyümtül çalar verir. Qozaları silindrik, uzunluğu 5-10 sm, qalınlığı 2,5-3 sm, yetişənə qədər sarı-yaşıl, yetişdikdən sonra açıq-qonur rəngli olub, qabıqları nazik dişlidir. Toxumların uzunluğu 2-3,5 mm, açıq-qonur, ondan 4-5 dəfə iri, açıq-sarı qanadlıdır.
Van Litsin
Vanq Liqin (18 iyun 1978) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Vanq Liqin Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə qızıl medalın sahibi olub. Daha sonra Vanq Liqin Çini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc medalın sahibi olub. Vanq Liqin Çini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə bürünc, Komanda turnirində isə qızıl medalın sahibi olub.
Within Temptation
Within Temptation — Hollandiyalı Simfonik metal-rok qrupudur.1996-cı ildə vokalist Sharon den Adel və gitarist Robert Westerholt tərəfindən yaradılmışdır. Qrupu üslubunu media və dinləyici kütləsi sinfonik metal, gotik metal adlandırsalar da, Sharon den Adel bir müsahibəsində musiqilərini sinfonik rok olduğunu söyləmişdi. İlk albomları Enter (1997) olsa da, qrup "Mother Earth" albomu və "Ice Queen" sinqlləri çıxdıqdan sonra tanınmışdır.
Zaxariya Sitçin
Zaxariya Sitçin (ing. Zechaira Sitchin; 11 iyul 1920, Bakı – 9 oktyabr 2010[…], Nyu-York, Nyu-York ştatı) — şumerşünas, yazıçı, şumeroloq-alim və astrofizik. == Həyatı == 1920-ci il iyunun 11-də Bakıda anadan olub. Onun müəllifi olduğu “Dünya tarixçəsi” adlı kitab böyük qalmaqala səbəb olub. Yazıçı kitablarında iddia edir ki, Anunnaki adlı yadplanetlilər yer kürəsini işğal edib və qızıl mədənlərdə işlətmək üçün insanları yaradıblar. Onun bütün yaradıcılığı yadplanetlilərlə insanlar – Yer kürəsi arasındakı münasibətlərin araşdırılmasından ibarət olub. Z.Sitçin 2010-cu il oktyabrın 9-da ABŞ-də vəfat edib. Zaxariya Sitçin on cildlik "Dünya Tarixçəsi" adlı kitabı ilə böyük qalmaqal yaratmışdır. Sitçin pre-astronomiyanın tanınmış bir nümayəndəsidir. Kitablarında, xristianlıqdan əvvəli antik Sümer mixi yazılı mətnlərin tərcüməsinə söykənən nəzəriyyəsində, tarix əvvəli çağlardakı güman edilən bir on ikinci planet olan Nibiru tərəfindən Anunaki adındakı yadplanetlilər dünyamız torpaqlarını işğal edib mədənlərdə işlətmək üçün kölə əmək olaraq insanı yaratmışdı.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).
Sığın
Alces alces (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin alces cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Tigin
Tigin (çincə: 特勤) — Türk dövlətlərində xaqanın vəliəhdlərinin daşıdığı titul. Bunlardan ən məşhuru Kül Tegindir. Günümüzdə "Təkin", "Tegin" olmaqla şəxsi ad kimi istifadə olunur.
Bilgin Özçalkan
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Nargin adası
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Nargin mayakı
Böyük Zirə mayakı (əvvəlki adı Nargin mayakı) — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədi ilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. == Tarixi == Böyük Zirə mayakı 1884-cü ildə Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə fəaliyyətə başlamışdır.Böyük Vətən müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini çəkməmək üçün partladılıb. 1958-ci ildə bərpa olunub və həmin vaxtdan indiyədək fəaliyyət göstərir. == Göstəriciləri == Mayak gecələr Bakı buxtasına daxil olan gəmilərin yolunu işıqlandırır və dənizçilər üçün əsas bələdçi rolunu oynayır.Hündürlüyü 18 metrdir. Mürəkkəb optik-naviqasiya sistemi ilə təchiz edilib. Mayak günəş batareyaları ilə təmin edilir. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Böyük Zirə mayakına həsr olunmuşdur.