Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Allahverdiyev Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
I Orxan
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osman. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı imperiyasının ikinci sultanı. Osmanlı imperiyasının qurucusu olan I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdir. == Bəy olmadan öncəki həyatı və bəy olmağı == Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsili olub-olmaması bilinmir.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Orxan Abbasov
Orxan Abbasov (alim) — alim, dosent. Orxan Abbasov (əsgər) — əsgər, I Qarabağ müharibəsinin şəhidi.
Orxan Çələbi
Orxan Çələbi və ya Şahzadə Orxan (1412 – 29 may 1453, Konstantinopol) — bacısı Sultan Fatma xanımla birlikdə Bizans imperiyasına girov olaraq göndərilən beşinci Osmanlı Sultanı I Mehmedin (Çələbi Mehmet) böyük qardaşı və Qasım Çələbinin oğludur. Onun Əli şah, Cihan şah, Vəli Xan və Buğa Xan adlı dörd oğlu var idi. O İstanbulun fəthi zamanı keşiş paltarı geyinərək Konstantinopol şəhərindən qaçmağa çalışarkən Osmanlılar tərəfindən tutularaq edam cəzasına məhkum edilmişdir. Bizans İmperatorluğu mütəmadi olaraq Orxan Çələbini Anadoluya göndərməklə əhalini Osmanlı imperiyasının əleyhinə üsyana qaldıracağı ilə hədələyir və bunu etməmək müqabilində Osmanlıdan xərac alırdı. Fateh Sultan Məhəmməd hakimiyyət başına gəldikdən sonra bu xəracı verməkdən imtina etmişdir. Orxan Çələbi, İstanbulun II Məhəmməd tərəfindən mühasirəyə alınması zamanı 600 əsgəri ilə şəhərin Osmanlılara qarşı müdafiəsində iştirak etmişdir. O, adamlarını Yeddiqüllənin dənizkənarı divarlarına və Yeniqapıya doğru uzanmış olan qala divarları silsiləsində yerləşdirmişdir. İstanbulun fəthindən sonra Şahzadə Orhan rahib kimi geyinərək şəhəri tərk etmək istəyərkən Osmanlı əsgərləri tərəfindən tutularaq edam edilmişdir. Əmir Süleyman Çələbinin oğlu olan və 1420-ci ildə Bursada I Mehmed tərəfindən gözlərinə mil çəkilmiş olan Şahzadə Orxan Çələbi ilə qarışdırılmamalıdır.
Orxan Ömərov
Orxan İsmayılov
Orxan Şirinov
Orxan Şıxıyev
Orxan Əhmədov
Orxan Əkbərov
Orxan Nadir oğlu Əkbərov (12 dekabr 1982, Saatlı – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzulinin azad edilməsi zamanı şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Orxan Əlili
Orxan Əlimuradov
Orxan Əliyev
Orxan Əliyev (futbolçu) — Azərbaycan futbolçusu. Orxan Əliyev (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. Orxan Əliyev (əsgər, 1991) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Orxan Əliyev (əsgər, 1995) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Orxan Ərəbov
Orxan Əzim
Orxan Etibar oğlu Əzimov və ya Orxan Əzim (28 oktyabr 1986, Bakı) — azərbaycanlı fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü (2021). Onun Binəqədi rayonu ərazisində yaşayış binasında baş verən yanğından, Çernobıldan, İraqdan, Hələbdən və Şuşa həbsxanasından lentə aldığı fotolar, keçirdiyi fotosərgilər həm ölkə, həm də dünya mətbuatının diqqət mərkəzində olub. Orxan Əzim 1986-cı il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 1993–2004-cü illərdə A. Məhərrəmov adına 95 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində, "Televiziya rejissoru" ixtisası üzrə alıb. 2001-ci ildən fotoqrafiya ilə maraqlanmağa başlayıb. 2007-ci ildən ixtisası üzrə Azərbaycan Televiziyasında rejissor assistenti olaraq işə başlayıb. 2012-ci ildən peşəkar fotoqrafiya ilə məşğuldur. Azərbaycanın və dünyanın bir çox yerlərinə səfər edərək daha çox insan hekayələri, təbiət və sosial mövzuları işıqlandırıb. İndiyədək bir sıra beynəlxalq sərgidə iştirak edib.
Orxan Abdıyev
Orxan Allahverdiyev
Orxan Alıyev
Orxan Aras
Orxan Aras (türkcə:Orhan Aras) (1966, Quzugüdən) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü. Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun “İrəvannın icmal dəftəri” adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir. Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır. 1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir. Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi “Əsəd bəyin həyatı və jurnalistliyi” adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2009-ci ildə “Platform” dərgisinin düzənlədiyi şeir yarışmasında “Ağlama nə olursun” şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.
Orxan Araz
Orxan Aras (türkcə:Orhan Aras) (1966, Quzugüdən) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü. Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun “İrəvannın icmal dəftəri” adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir. Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır. 1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir. Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi “Əsəd bəyin həyatı və jurnalistliyi” adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2009-ci ildə “Platform” dərgisinin düzənlədiyi şeir yarışmasında “Ağlama nə olursun” şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.
Orxan Aslanlı
Orxan Aslanov
Orxan Əlövsət oğlu Aslanov (24 mart 1995) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Orxan Aslanov 1995-ci il martın 24-də anadan olub. 2021-ci ilin avqust ayında isə Orxan Aslanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində Orxan Aslanov 7.36 metr nəticə ilə qızıl medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Orxan Əlövsət oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Orxan Babayev
Orxan Bakırcıyan
Nubar Ozanyan (erm. Նուպար Օզանեան) və ya psevdonimiylə Orxan Bakırcıyan (türk. Orhan Bakırcıyan, erm. Օրհան Բաքըրչըյան; 1956, Yozğad, Türkiyə – 14 avqust 2017, Raqqa, Suriya) — Türkiyədə anadan olmuş erməni kommunist siyasətçisi, TKP/ML partiyasının üzvü, Qarabağ müharibəsi iştirakçısı, müharibə cinayətkarı, terrorçu. Ozanyan Qarabağ müharibəsi zamanı çoxlu qətliamlar törədmişdir. Raqqa döyüşü zamanı İraq Şam İslam Dövləti qruplarına qarşı döyüşdə həlak olub. Nubar Ozanyan 1956-cı ildə Türkiyənin Yozğad şəhərində, kasıb bir erməni ailəsində anadan olmuşdur. İbtidai təhsil aldıqdan sonra o, radikal solçu ideologiyası ilə tanış olmuş və daha sonra TKP/ML partiyasına qoşulmuşdur. 1980-ci il Türkiyə çevrilişindən sonra, Ozanyan Fransaya qovulmuş, orada Yılmaz Güneyi müdafiə etmişdir. Ozanyan 1980-ci illlərin sonlarında TKP/ML partiyasının hərbi qolu olan TİKKO-ya qoşulmuşdur.
Mehmed Orxan Əfəndi
Mehmed Orxan Osmanoğlu (11 iyul 1909, 12 oktyabr 1909 və ya 10 noyabr 1909, Saloniki, Osmanlı imperiyası – 12 mart 1994, Nitsa)) — Osmanlı sülaləsinin yeddinci rəisi və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Orxan Əfəndi 1909-cu ildə Salonikidə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Əbdülqadir Əfəndi, anası isə onun ikinci xanımı Mehriban xanım idi. Dünyaya gəldiyi il babası Sultan Əbdülhəmid taxtdan endirilmiş və bütün ailəsi ilə birlikdə Salonikidəki Alatini köşkündə nəzarət altına alınmışdı. Orxan Əfəndi də məhz bu əsnada dünyaya gəlmişdi. Lakin 1 il sonra atası Əbdülqadir Əfəndi ailəsiylə birlikdə burdan ayrılaraq İstanbula qayıtmışdı. 14 yaşı olanda atası və anası ayrılmış, Orxan Əfəndi anası Mehriban xanım və dayısı ilə birlikdə yaşamağa başlamışdı. Burada Qalatasaray litseyini və hərb akademiyasında təhsil almışdır. "Hərb akademiyasından döndüyüm bir gün, evdə bi komissar və 2 polis məni qarşıladı. Komisar ağlayaraq mənə bir kağız imzalatdı.
Orxan İsmayılov (kiçik çavuş)
Orxan İsmayılov (əsgər)
Orxan Şaiq Gökyay
Orxan Şaiq Gökyay (d. 16 iyul 1902 - ö. 2 dekabr 1994) Türk yazıçıdır. 16 iyul 1902-ci ildə atasının müəllim olaraq vəzifə yerinə yetirdiyi İnebolu'da dünyaya gəldi. İlk tədrisinə Kastamonuda başladı. Kastamonu İdadisinin doqquzuncu sinfində oxuyarkən, ailəsinin maddi çətinliyə düşməsi səbəbiylə təhsilinə ara verdi. Katip olaraq xüsusi idarədə işə başladıqdan sonra ədəbiyyatla maraqlandı. İlk şeiri Kastamonu'daki Açıksöz qəzetində 1922-ci ildə nəşr olundu. Eyni il təhsilini tamamlamaq üzrə Ankaraya getdi. Ankara Darülmuallimin'dən məzun olduqdan sonra Piraziz, Samsun və Balıkəsirdə müəllimlik etdi.
Orxan Əliyev (futbolçu)
Orxan Əliyev (21 dekabr 1995, Bakı) — Azərbaycan futbolçusu. Araz-Naxçıvan klubunun heyətində çıxış edir. Orxan Əliyev 21 dekabr 1995-ci ildə Lerik rayonunda anadan olub. 2010-cu ildə Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinə dəvət alır. 2011-ci ildə Sumqayıta transfer olunub. 2014-cü ilin əvvəlində Sumqayıt klubundan Xəzər-Lənkərana keçib. Orxan Xəzər-Lənkəranla 2 illik müqaviləyə imza atıb. Kepezle Muqavile bagladi 2016.
Orxan Əliyev (kiçik çavuş)
Orxan Əliyev (əsgər, 1991)
Orxan Əliyev (əsgər, 1995)
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Orxaniyə
Orxaniyə — Muğla ilinin Marmaris ilçəsinə bağlı məhəllə. Orxaniyə məhəlləsinin əhalisi 2007-ci il məlumatlarına görə 1500 nəfərdir. Orxaniyə məhəlləsinin 2000-ci və 1997-ci illər üzrə əhalisi haqqında dəqiq məlumat yoxdur.
Orxan Seyfi Orxon
Orxan Seyfi Orxon (türk. Orhan Seyfi Orhon; d. 23 oktyabr 1890, İstanbul - ö. 22 avqust 1972, İstanbul) — türkiyəli şair, jurnalist, yazıçı, naşir, siyasətçi. Türk ədəbiyyatı tarixinə "Beş Hecaçılar" olaraq keçmiş ədəbi cərəyanın şairlərindən biridir. İyirmidən çox şeirinə müxtəlif bəstəkarlar tərəfindən musiqi bəstələnib. "Akbaba" yumoristik jurnalının və "Çinaraltı" fikir və sənət jurnalı daxil olmaqla, bir çox jurnalların naşiridir. Orxan Seyfi Orxon 1890-cı ildə İstanbul, Çengelköydə anadan olub. Orta təhsilini 1905-ci ildə Beylerbeyi Rüşdiyesi və 1909-cu ildə Mercan İdadisinde aldı. Təhsil aldığı müddətdə şeirlə maraqlanırdı.