Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Miconia pailasana
Miconia pailasana (lat. Miconia pailasana) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Pali
Pali dili — Hind-Avropa dilləri ailəsinin Hind-İran dilləri dil budağına daxil olan dil.
Pall.
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Pazl
Pazl (ing. jigsaw puzzle) — oyun-tapmaca növüdür. Bu oyunda, müxtəlif formalı şəkil fraqmentlərindən (hissələrindən) ibarət mozaikanı qurmaq tələb olunur. Psixoloqların fikrincə, pazl oyunu diqqət, götürmə qabiliyyəti, bədii və məntiqi düşüncənin (forma, ölçü, rənglər və s. üzrə ayrı-ayrı elementlərin fərqləndirilməsi) inkişafına imkan yaradır; hissələrin arasında əlaqəni tam və düzgün qəbul etməyi öyrədir. Hal-hazırda pazl oyunun çoxlu müxtəlif modifikasiyaları mövcuddur. Lakin vahid hədəf — ayrı-ayrı elementlərdən ibarət vahid şəkili qurmaqdır. Pazl ölçüsü elementlərinin ölçüsü və ya vahid şəklin ölçüsü üzrə təyin olunur. Pazl oyununda mürəkkəblik dərəcəsi onun ayrı-ayrı elementlərinin sayından asılıdır. Beləki natamam hissələr nə qədər çox (və ya kiçik ölçülü) olarsa oyunun mürəkkəbliyi bir o qədər də artır.
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Paul
Paul — kişi adı.
PAL
PAL (qısaca Phase Alternating Line), dünyanın ən çox istifadə edilən rəng kodlaşdırma sistemidir. PAL analoq bir format olub televiziya yayım sistemlərində istifadə edilir. Bir çox fərqli versiyası olan PAL-ın versiyalarının ortaq xüsusiyyəti 625 üfiqi xət, 25 fps görüntü/saniyə, 50i (interlaced layer) olmasıdır. Sistem Valter Bruch tərəfindən, Almaniyada təkmilləşdirilib və ilk dəfə 1963-cü ildə nümayiş etdirilib. Rəngli televiziyanın qalan sistemləri kimi, PAL-da ağ-qara televiziya yayımıyla birləşib. Alternativ olaraq yaradılmış keyfiyyətli NTSC sistemi, PAL sisteminin uğurlu müasirləşdirilməsidir. Ağ-qara televiziyalarda əsas rənglərin bilavasitə ötürülməsinin yerinə sistem Y parlaqlığının siqnalının ötürür. Onda müvafiq olaraq qırmızı və göy rəngləri ötürülməsi R-Y, B-Y-ın iki fərqli siqnalı vasitəsilə ötürülür. G- yaşıl rəngi ötürən siqnalı çatmayan informasiya qəbuledicidə parlaqlıq fərqli rəngli siqnalların çıxılmasıyla bərpa olunur. Ağ-qara televizorda proqrama baxış halında yalnız parlaqlıq siqnalı istifadə olunur.
E-mail
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Fail Mayılov
Fairy Tail
Fairy Tail (フェアリーテイル, Fearī Teiru, ing. Fairy Tail - Pəri Quyruğu; ing. Fairytale - nağıl) — Hiro Maşimanın manqası və onun əsasında çəkilmiş eyni adlı anime. 2013-cü ilin noyabr ayına, yəni 42-ci cildin çıxan zamana kimi manqanın 25 million nüsxəsi çap olunub. == Məzmun == Uydurulmuş dünyada yaşayan sehrbazlar öz gücləri birləşdirib, ödənişli tapşırıqları eləmək üçün gildiyalara birləşirlər. Lüsi Hartfillia adlı sehrbaz hər şeyi dağıdmağına görə bilinən Fairy Tail adlı gildiyada üzv olmaq istəyir. == İstehsal == Hiro Maşimanın fikrincə sentimental və məyus olan Rave Master adlı keçmiş layihəni bitirdikdən sonra, o Fairy Tail hekayəsində "[hər kəs üçün] çox şən" olmağı istəyirdi. Onu yaradanda məcusilər ilə sehrbazlardan ilhamlanmışdı. Natsunun dəniz xəstəliyini taksidə həmişə özünü bis hiss elədiyi dostundan alıb. == Media == === Manqa === Hiro Maşima yazdığı və çəkdiyi Fairy Tail manqası 2006-cı ilin avqustun 2-dən Weekly Shōnen Magazine jurnalında çap olunur.
Hacı Mail
Hacı Mail Əliyev (25 oktyabr 1935, Nardaran – 22 avqust 1999, Bakı) — Azərbaycan şairi, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi. == Həyatı == Hacı Mail Əliyev 1935-ci ildə Nardaranda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olmuşdur. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak etmişlər. == Yaradıcılığı == Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olmuşdur. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir. Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur.
Inter Rail
Inter Rail və ya Inter-Rail — müəyyən bir müddət üçün əhatə etdiyi ölkələrdə 2-ci sinif səviyyəli bütün qatarlarla ödəniş etmədən minmə imkanını təmin edən xüsusi bir qatar bileti. Aprel 2007 tarixinə qədər regional bilet tətbiqi varkən, bu sistem yerini Global (Qlobal) ve tək ölkə şəklində iki növdə buraxmışdır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Inter Rail biletlərini ala bilmək üçün, nəzərdə tutulmuş ölkələrin birində və ya qonşu bir ölkədə ən az 6 ay yaşamış olmaq şərti vardır. Bilet, istifadəçinin öz ölkəsindəki səyahətlərdə etibarsızdır. Inter Rail bileti, bəzi razılaşmalı dənizyolu və dəmiryolu parkurlarından müxtəlif nisbətlərdə endirim təmin etməkdədir. Azərbaycanın sərhəd qonşusu Türkiyədə Inter Rail biletləri, Ankara və İstanbul (Sirkeci) TCDD gar müdürlüklərində və müxtəlif səyahət agentliklərində satılmaqdadır. Biletlər 26 yaşından böyüklər üçün daha bahalıdır. Qiymətlər ölkəyə və səfərin müddətinə görə də dəyişməkdədir. == Global Bilet == Global bilet alan istifadəçinin yaşadığı ölkə xaric Inter Rail üzrə bütün bölgələrdə etibarlıdır.
Laslo Paal
Laslo Paál (d. 30 iyul 1846, Zam, Rumıniya - ö. 4 mart 1879, Şaranton-le-Pon, Fransa) — macar impressionist peyzaj rəssamı, barbizon məktəbinin nümayəndəsi. == Həyatı == Laslo Paal ziyalı ailəsində anadan olmuşdur. Onun atası postmeyster idi. Paal kiçik yaşlarında incəsənətdə istedadını nümayiş etdirməyə başlamışdır, ilk dərslərini Arad şəhərində Pal Böhmdan almışdır. Atasının istəyindən sonra hüquq təhsili almaq məqsədilə 1864-cü ildə Vyana şəhərinə yollandı, amma Vyana Təsviri İncəsənət Akademiyasında təhsil almağa başladı və 1866-cı ildə Albert Simmermanın tələbəsi oldu. Üç il sonra Paal Münhen şəhərində baş tutmuş əhəmiyyətli sərgiyə qatıldı və orada ilk dəfə Barbizon məktəbinin rəssamları ilə görüşdü. 1870-ci ildə o və Ejen Yettel təhsil almaq üçün Hollandiyaya yollandılar və həmin il uşaqlıq dostu Muxay Munkaçinin məsləhətinə əməl edərək Düsseldorf Rəssamlıq Akademiyasına daxil oldu. Daha sonra Paal Londonda bir tacir tərəfindən təşkil edilən sərgiyə dəvət olundu.
Mail.ru
mail.ru saytı Rusiyanın ən çox istifadə olunan saytdır. Mail.ru digər postsovet ölkələrində də geniş istifadə olunur. == Məşhurlaşması == Mail.ru-nun geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Mail.ru-dan Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu mail xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu.
Mail Amanov
Mail Vəli oğlu Amanov (1938, Nüvədi, Meğri rayonu – 2007) — professor, Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru. == Həyatı == Mail Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük" fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi "Qırmızı Sərhəd" kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964–1979-cu illərdə Nüvədi kənd "Qırmızı Sərhəd" kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1975–1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.
Mail Rəhimov
Mail Rəhimov (azərb. Rəhimov Mail Səməd oğlu‎; 1 oktyabr 1943, Zəngibasar rayonu) — İqtisad elmləri namizədi, Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri == Həyatı == Mail Rəhimov 1 oktyabr 1943-cü ildə Ermənistan SSR-nin Zəngibasar rayonunun Şura kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1966-cı ildə Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda işləməyə başlayan M. Rəhimov burada iqtisadçı vəzifəsindən bölmə müdiri vəzifəsinə qədər yüksəlib. 15 il bu müəssisədə işlədikdən sonra 1981-ci ildə o, Dövlət Plan Komitəsinin Xalq təsərrüfatının planlaşdırılması şöbəsinə rəis müavini təyin olunur. Daha sonra M. Rəhimov 1986-cı ildə Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna şöbbə müdiri olub. M. Rəhimov 1986–1991-ci ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunun Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarə edilməsi kafedrasının dosenti olub. 1991-ci il oktyabrın 25-də M. Rəhimov Prezidentin İcra Aparatında məsləhətçi vəzifəsinə təyin edilmişdir. İki ay bu vəzifədə çalışan M. Rəhimov həmin ilin dekabrında Prezidentin İcra Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili məsələləri şöbəsinə müdir təyin olunur. O, 1992-ci il mayın 12-də Prezidentin İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Mail Yaqub
Mail Yaqub — Azərbaycan filosofu, sosioloq, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru. == Həyatı == 10 iyun 1979-cu ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuşdur. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq geneologiyası" əsərinin təhlili və tənqidi" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. 2009-cu ildə "Din fəlsəfəsi", 2012-ci ildə "Metafizika düşüncələri" kitabları Bakıda işıq üzü görmüşdür. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində "Müasir Avropa fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənnlərini tədris edir. Ailəlidir. 2 övladı var.
Mail Əhməd
Mail Əzizov
Missi Payl
Endre Key "Missi" Payl (ing. Andrea Kay "Missi" Pyle; 16 noyabr 1972, Hyuston, Texas) — amerikalı aktrisa və müğənni. Əsasən Çarli və şokolad fabriki (2005) və Evdə tək 4 (2002) filmləri ilə tanınır. Missi Payl 16 noyabr 1972-ci ildə Texas ştatının Hyuston şəhərində Linda və Frenk ailəsinin ən kiçik qızı olaraq dünyaya gəlmişdir. O, Tennesi ştatının Memfis şəhərindıə böyümüşdür. Debbi və Culiya adlı iki böyük bacısı, Sem və Paul adlı iki böyük qardaşı və Qordon adlı ögey qardaşı, Meredit adlı ögey bacısı var.[mənbə göstərin] Payl Cənubi Karolina İncəsənət Universitetinə qəbul olub 1995-ci ildə məzun olmuşdur. Payı 2000-ci ildən 2005-ci ilə qədər Antoni Sekr ilə evli olmuşdur. Payl 12 sentyabr 2008-ci ildə təbiətşünas Keyzi Enderson ilə evlənmişdir. Payl 2013-cü ildə ayrıldıqlarını təsdiqlədi. Onun bu evlilikdən bir qızı var.
Nail Abakarov
Nail Abbaslı
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Nail Mərdanov
Mərdanov Nail Teyyub oğlu — texnika elmləri namizədi, "Rabitə ustası" Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olmuşdur. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir. 2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.
Nail Nabiulla
Nail Nabiulla və ya Nail Nabiullin (tatarca:Наил Нәбиуллин; 27 iyun 1989, Nurlat, Tatarıstan MSSR) — tatar milli hərəkatı mənsubu olan aktivist. Sovet Sosialist Respublikaları İttifaqına daxil olan Rusiya Sosialist Federativ Respublikasının Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Nurlat şəhərində 1989-cu ilin 27 iyununda dünyaya gəlmişdir. Nail 2010-cu ilindən tatar millətinin milli haqları uğrunda mübarizə aparan "Azadlıq" təşkilatının rəhbəridir. Aktivistliklə yanaşı yazıçılıqla da məşğul olan Nail Nabiulla "Tatar Dili, Bayrağı və Dövlətini Xatırlama Günü"nün təşkilatçısıdır. Göy Börü Tatar Zamanı: "Наил Нәбиуллин: Хизб ет-тәхрир Татарстанга каршы эшли һәм алар белән башкача бәйләнмим". Kazandakı milli aktivistlər mühakimə edilir. Nail Nabiullin: Tatar dilini dəstəkləmək üçün aclıq aksiyasına başlamağa hazıram. 2013-cü ilin ən təsirli şəxsləri:Azadlıq oxuyucuları görüşü Ana dilim üçün Arxivləşdirilib 2021-02-09 at the Wayback Machine z001.kz - Rusiyadakı türklərin Qazaxıstanın yardımına ehtiyyacı var.
Nail Orucov
Nail İbrahimli
Nail Nəriman oğlu İbrahimli (4 mart 1994, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalarla fərqlənmişdir. Müharibədə tərəflərin vəziyyətinin dəyişilməsi, qarşı tərəfin demoralizə olmasında rolu pulemyotçu kimi daha çətin tapşırıqları yerinə yetirməsi, müxtəlif uğurlu taktikalardan istifadə etməsi, döyüş aktivliyini artırması və beləliklə, döyüşdə qələbəni asanlaşdırması, döyüşün sonunu tezləşdirməsi idi. O, 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur, həlak olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Onun ailədə Faiq adlı qardaşı olmuşdur. 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir. Subay idi.