Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Planer
Planer (fr. planeur, lat. planus sözündən yaranıb) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir təyyarənin yedəkləməsi vasitəsilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Aerodinamikanın ümumi prinsipləri haqqında bəzi fikirlər hələ Qədim Misirdə məlum idi. 1898-ci ildə ağacdan hazırlanmış "Ficus Sicomorus" heykəlcik aşkar edilib.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K. Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K. Mone, K. Pissarro, O. Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. ASE, VII cild, Bakı, 1983. səh. 559.
Prünyer
Prünyer (Yuxarı Alplar)
Prünyer (İzer)
Pryunyer (fr. Prunières) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38326. Kommunanın 1999-cu il üçün əhalisi 312 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 592 ilə 1 617 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 33 km cənubda yerləşir.
Prünyer (Yuxarı Alplar)
Prünyer (fr. Prunières, oks. Prunieras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05106. 2008-ci ildə əhalinin sayı 289 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 175 nəfər (15-64 yaş) arasında 130 nəfər iqtisadi fəal, 45 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 62.0%). Fəal olan 130 nəfərdən 118 nəfəri (60 kişi və 58 qadın), 12 nəfəri işsizdir (6 kişi və 6 qadın).