Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səfər xan Qəhrəmani
Səfər xan Qəhrəmanian (1921, Şişəvan, Şərqi Azərbaycan ostanı – 2002) — Cənubi Azərbaycan Milli Hökumətinin fədailərindən olub. Onu 1948-ci ildə həmin hökumət devrildikdən iki il sonra həbs etmiş, İran İslam İnqilabından bir müddət sonra azadlığa buraxmışdılar. Beləliklə, siyasi əqidəsinə görə Nelson Mandeladan çox - 32 ilə qədər həbsxana həyatı sürmüşdür. İsmayıl Məmmədlinin Səfər xan Qəhrəmanlarının simasında vətənin dönməz, sədaqətli, qorxmaz,heç bir təzyiq və amansızlıqlar qarşısında müvazinətini itirməyən əfsanəvi vətən oğlunu görmüşdür. Şair bir ömrü yaşayıb xalqı üçün ədəbi şöhrət qazandıran o ölməz insan qarşısında bütün zəka və vicdan sahiblərini baş əyməyə dəvət etməkdə bir yox, min dəfə haqlı idi.
Qəhrəman
Qəhrəman (q.yun. ἥρως) — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs, şöhrətləndirilmiş döyüşçü; həddindən artıq heyranlıq və sədaqət obyekti (kumir); fövqəlbəşəri güclərə malik ənənəvi miflərin (qəhrəmanlıq miflərinin), dastanların və əfsanələrin əsas personajı; ədəbi əsərin, tamaşanın, filmin və s. baş qəhrəmanı (ədəbi qəhrəman); müəyyən vaxt ərzində ümumi diqqəti cəlb edən şəxs (günün qəhrəmanı, qəzet xronikasının qəhrəmanı və s.); hər hansısa hadisənin, tarixi dövrün və ya hərəkatın mərkəzi fiquru; xarakteri və hərəkətləri ilə hansısa mühiti və ya dövrü ifadə edən şəxs (dövrümüzün qəhrəmanı); ideallaşdırılmış obrazı tarixin fərdiləşdirilməsinə xidmət edən milli siyasi mifin bir hissəsinə çevrilmiş şəxs (milli qəhrəman). Qəhrəman sözü ilk dəfə olaraq yunan mifologiyasından personajlar kateqoriyasına aid edilmişdir. Bu termin daha sonra digər mifologiyaların əlaqəli personajlarına şamil edildi: mifoloji, epik və ya əfsanəvi fiqur, çox vaxt ilahi mənşəli, böyük gücə və ya qeyri-təbii qabiliyyətlərə malik obrazlara Şumer-Akkadlarda Gilqameş, yunanlarda Axilles və Odissey, anqlosaksonlarda Beovulf, fransızlarda Roland, ruslarda İlya Muromets, amerikalılarda Hörümçək-adam, Azərbaycanda Koroğlu və s. buna misal göstərmək olar Qəhrəmanlıq mifləri mifoloji qəhrəmanın tərcümeyi-halı ətrafında qurulur və qəhrəmanın möcüzəvi şəkildə doğulmasından, yaşlı qohumları və ya düşmən qüvvələr tərəfindən sınanmasından, həyat yoldaşı axtarışı və evlilik sınaqlarından, bədheyvətlərə və digər istismarlara qarşı mübarizədən və ölümündən bəhs edir. Qəhrəmanlıq miflərinin ən mühüm elementini sınaqlar təşkil edir. Qəhrəmanlıq mifi qəhrəmanlıq eposları və nağıllarının formalaşmasının ən mühüm mənbəyidir .
Qəhrəman Qəhrəmanov
Qəhrəman Mehdi oğlu Qəhrəmanov (26 dekabr 1925, Qafan rayonu – 5 fevral 2006, Bakı) — Azərbaycan alimi, neyro-fizioloq, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1971). Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov 1925-ci il dekabr ayının 26-da Zəngəzur qəzasında anadan olmuşdur. Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə İnstitutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir. 1958-ci ilin may ayında Azərbaycan Tibb İnstitutunun elmi şurasında "İnteroreseptorlara qıcıq verilməsinin Asetilxolen mübadiləsinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan ЕА-nın akademiki, professor Abdulla Qarayev olmuşdur. Qəhrəman Qəhrəmanov 1960–1966-cı illərdə SSRİ Elmlər Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunun "Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası"nda "Baş beyin fəaliyyətinin xolinerqiq və adrenerqiq mexanizmlərinə dair" mövzuda doktorluq dissertasiyasını hazırlayıb 1966-cı ilin fevralında müdafiə etmişdir. 1966–1970-ci illərdə Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasının professoru, 1970–1991-ci illərdə həmin kafedranın müdiri olmuşdur. Qəhrəman Qəhrəmanov 1971-ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə Qəhrəman Qəhrəmanov tərəfindən SSRİ-də funksional neyrokimyanın inkişafında böyük rol oynayan ilk neyrofiziologiya və funksional neyrokimya laboratoriyasını yaradılmışdı.
Ukrayna Qəhrəmanı
Ukrayna Qəhrəmanı (ukr. Герой України) — Ukraynanın ən yüksək dövlət mükafatı, ali fərqlənmə nişanı. Знаки отличия Президента Украины «Герой Украины» Звання «Герой України» (ukr.) Кавалеры Золотой Звезды.
Elxan Qəhrəman
Elxan Cahangir oğlu Qəhrəman (22 aprel 1965, Bakı) — Azərbaycan Respublikası Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri (2016—2022), diplomat. == Həyatı == Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olmuşdur. 1989 – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. 2000-ci ildə Vyana Diplomatik Akademiyasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır. 1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.
Qəhrəman (Urmiya)
Qəhrəman (fars. قهرمان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (21 ailə).
Qəhrəman (dəqiqləşdirmə)
Qəhrəman — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs. Həmçinin bu mənalara da gələ bilər: Qəhrəman (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Qəhrəman kəndi — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Qəhrəman (film, 1983) — 1983-cü ildə istehsal olunan hind filmi. Qəhrəman şəhər — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad.
Qəhrəman 108
Qəhrəman: 108 (ing. Hero: 108) — Cartoon Network və Cartoon Network beynəlxalq kabel şəbəkələrində və Yenq-Minq Törnc tərəfindən yaradılan ABŞ-də Kabillion OnDemand kanalında amerikan-ingilis-tayvan dillərində yayımlanan animasiya televiziya serialıdır. Serial, "Gamania", "Hong Ying Animation", "Telegael Teoranta" və "Turner Entertainment Networks International Ltd." ilə birlikdə "MoonScoop" tərəfindən istehsal edilmişdir. 1 Mart 2010-cu ildə yayıma başlamışdır. Cizgi serialı 7 may 2012-ci ildə Cartoon Network (Rusiya və Cənub-Şərqi Avropa), İngiltərədə, 30 aprel Cartoon Network-də yayımlanmağa başlayan başqa bir mövsüm üçün yeniləndi. Serial 9 iyul 2012 tarixində sona çatdı.
Qəhrəman Ağayev
Qəhrəman Hüseyn oğlu Ağayev (16 avqust 1950, Şahtaxtı, Noraşen rayonu) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeoloji abidələrin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində doğulub. Orta təhsilini 1956-1966-cı illərdə Naxçıvan şəhər 23 nömrəli məktəbdə aldıqdan sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur və oranı 1972-ci ildə uğurla bitirir. Qəhrəman Ağayev 1975-ci ildən AMEA-da elmi fəaliyyətə başlamışdır. 1975-1991-ci illər ərzində Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan Elm Mərkəzində, indiki AMEA-nın Naxçıvan Bölməsində elmi işçi vəzifəsində işləmişdir. 1991-ci ildən etibarən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətini davam etdirir. 1976-1979-cu illər ərzində SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda tanınmış arxeoloq, t.e.d., professor R.M.Munçayevin rəhbərliyi altında elmi fəaliyyətini davam etdirmiş, sonralar isə, 1981-1993-cü illər ərzində, ayrı-ayrı vaxtlarda elmi stajirovkalarda olmuşdur. 1977 və 1978-ci illərdə SSRİ Aexeologiya İnstitutunun Stavropol vilayətində fəaliyyət göstərən, Aleksandrovsk, 1991-1992-ci illərdə isə, Krasnoyarsk diyarının Xakasiya arxeoloji ekspedisiyalarında aparılan arxeoloji qazıntı işlərində iştirak etmişdəir. 1979-cu ildən etibarən Azərbaycanın, eyni zamanda Qafqazın, Yaxın Şərqin möhtəşəm və maraqlı abidələrindən biri olan, Şahtaxtı arxeoloji abidələr kompleksində müstəqil olaraq arxeoloji tədqiqat işləri aparır. Arxeoloji ədəbiyyatda son tunc-ilk dəmir dövrü abidəsi kimi tanınan Şahtaxtı abidələr kompleksində son illərdə aparılan arxeoloji tədqiqatlarla bu abidənin daha qədim dövrlərə aid olması müəyyənləşdirilmişdir.
Qəhrəman Binnətli
Qəhrəman Binnətli — (d. 04.03.1942 — ö. 01.01.2004) Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru, professor Binnətli Qəhrəman Hümmət oğlu Gürcüstan Respublikasının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində dünyaya gəlmiş və Bakı şəhərində vəfat etmişdir. 1964 Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1964–1992 Azərbaycan Politexnik İnstitutunda (indiki ATU) müəllim işləmişdir. 1990 Fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1991 Fizika üzrə Professor olmuşdur. 1992–1997 Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri işləmişdir. 1995–1997-ci illərdə Türkiyənin Kütahya şəhərində yerləşən Dumlupınar Universitetində elmi ezamiyyətdə olmuşdur. 1997–2002 Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri və eyni vaxtda Qafqaz Universitetində tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.
Qəhrəman Məmmədov
Qəhrəman İsrafıl oğlu Məmmədov (13 avqust 1897, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı politexnik məktəbinin memarlıq-inşaat şöbəsini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Qəhrəman Nəsirov
Qəhrəman Qaraqaşlı
Qəhrəman Tağı oğlu Qaraqaşlı (1 may 1899, Yelizavetpol - ?) — ilk sovet etnoqrafı, tarix elmləri namizədi (1964). Qəhrəman Qaraqaşlı 1 may 1899-cu ildə Yelizavetpol (Gəncə) şəhərində anadan olmuşdur. 1918-ci ildə şəhər gimnaziyasını bitirdikdən sonra, müəllimlik etmiş, 1922-1926-cı illərdə "Yeni yol" qəzetinin məsul katibi işləmişdir. 1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki, onlar Moskvanın xətti ilə davranmalıydılar.
Qəhrəman Qəhrəmanzadə
Qəhrəman Qəhrəmanzadə (Tam adı:Qəhrəman Rüstəm oğlu Qəhrəmanzadə; d.22 mart 1913; İran, Qaradağ mahalı, Əhər, Vərdin k. - ö.23 yanvar 1990, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). Qəhrəman Qəhrəmanzadə 1913-cü ildə martın 22-də İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən Qaradağ mahalında, Əhər deyilən yerdə Vərdin kəndində doğulub. Kiçik yaşlarından Azərbaycanın Gəncə şəhərinə köçmüş, 1928-33-cü illərdə burada 6 saylı birinci dərəcəli ibtidai məktəbi bitirib Bakı pedaqoji texnikumunda təhsil almışdır. İki il Lək və Çobanabdallı kəndlərində ədəbiyyat müəllimi olmuş, 1935-37-ci illərdə APİ-də təhsilini davam etdirmişdi. 1943-44-cü illərdə "İran-Sovtrans"ında yanğınsöndürən vəzifəsində işləyib. 1945-ci ildə Hızbı-Tudeyi İran partiyası sıralarına daxil olub. Təbriz şəhər partiya komitəsinin büro üzvü seçilmiş, İranın cənubunda Düiful şəhərində iki il sürgündə qalmışdır. 1956-58-ci illərdə siyasi fəaliyyəti səbəbində ailəlikcə zindana salınmış 7 ay Tehranda işlədikdən sonra 1958-ci ilin oktyabrında Bakıya köçmüş, burada 1959-63-cü illər Bakı ali partiya məktəbində təhsil almış, 1963-1990-cı illərdə isə Azərittifaqda işləmişdir. 1990-cı ildə yanvarın 23-də Bakıda vəfat etmişdir.
Qəhrəman Rzayev
Qəhrəman Süleymanzadə
Qəhrəman Rəfi oğlu Süleymanzadə (1 avqust 1910, Salyan, Cavad qəzası – 29 iyul 2001, Bakı) — Azərbaycan SSR partiya və dövlət xadimi. Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsigəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926–1928) "Qırmızı Muğan" nəşriyyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931–1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934–1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935–1938) işləmişdir. 1938–1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940–1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942–1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946–1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948–1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957–1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966–1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir.
Qəhrəman ana
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Qəhrəman şəhər
Qəhrəman şəhər (rus. город-герой; ukr. місто-герой; belar. горад-герой) — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad. Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. II Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir. Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi.
Qəhrəman Əhmədov
Əhmədov Qəhrəman Məmmədəli oğlu (7 oktyabr 1953, Gürcüstan SSR) — "Azvirt" MMC-nin baş direktorunun elmi işlər üzrə müavini, Texniki elmlər doktoru (2017), Əməkdar Mühəndis (2011), MDB ölkələrinin Fəxri yol işçisi (2012), Nəqliyyat doktoru, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki. Əhmədov Qəhrəman Məmmədəli oğlu 7 oktyabr 1953-cü ildə Gürcüstan SSR-də anadan olmuşdur. 1970-ci ildə Tbilisi şəhərində orta məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Nəqliyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisas üzrə tikinti mühəndisi, avtomobil yolları mütəxəssisidir. Bundan başqa, Azərbaycan Dövlət İqtisadiyyat Universitetini (maliyyə və kredit mütəxəssisi) və Azərbaycan Patentləşdirmə İnstitutunu (ekspert-patentçi mütəxəssisi) fərqlənmə ilə bitirmişdir. İstehsalatdan ayrılmadan Ümumittifaq Dövlət Yol Elmi-Təqdiqat İnstitutnun (SOYUZDORNİİ) aspiranturasını bitirərək, 1988-ci ildə "Azərbaycan SSR şəraitində yol örtüklərində bitumtərkibli süxurların tətbiqi" mövzusunda disertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi, alimlik dərəcəsi almışdır. "Təbii-iqlim və qrunt-hidroloji şərayətlarini nəzarət almaqla beynəlxalq avtomobil yollarının qeyri-şərt yol geyimlərinin layihələndirilməsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiya müvəfaqiyyətlə müdafiə edib. İxtisas 05.23.11 — Yolların metropolitenlərin, aeroportların, körpülərin və naqliyyət tunellərin tikintisi və layihəndirilməsi. 1976–1977-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunun böyük mühəndisi; 1977–1978-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Texniki İdarəsində böyük mühəndis, böyük ekspert; 1978–1985-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyınin Elmi-Tədqiqat Laboratoriyasında elmi işlər üzrə direktor müavini; 1985 −1990-cı illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elmi-Tədqiqat Laboratoriyasının direktoru; 1990 −1993-cü illərdə Azərbaycan Respublikası "Avtoyol" İstehsalat Birliyinin baş mühəndisi; 1993–1994-cü illərdə Azərbaycan Respublikası "Azəravtoyol" Dövlət Şirkətinin vitse-prezidenti; 1994–1996-cı illərdə "AzərSənayeTikintiMaterialları" Dövlət Şirkətinin Xarici İqtisadi Assosiyasiyasının baş direktorunun birinci müavini; "Bakfininvestbank"ın Idarə Heyətinin Sədrinin birinci müavini və Müşahidə Şurasının sədri; 1996–1997-ci illərdə Xüsusi Quraşdırma Tikinti Nazirliyi "Santexquraşdırma" İstehsalat Birliyinin rəis müavini; 1997–1998-ci illərdə "Azərbaycannəqliyyatyoltikinti" Dövlət Şirkətinin vitse-prezidenti; 1998–2004-cü illərdə "AzQur" Səhmdar Cəmiyyətində tikinti rəisi, icraçı direktoru; 2004–2014-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də magistral yolların tikintisinin Layihə İdarəetmə Qrupunun direktoru vəzifəsində işləmişdir.
Qəhrəman Əliyev
Qəhrəman Əliyev (şair) — Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü. Qəhrəman Əliyev (məşqçi) — Peşəkar futbol məşqçisi.
Qəhrəman Maraş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı haqqında "Kelimatları lisanı Türkiyə" əsərində Maraşın əhalisinin əksəriyyətinin Türkmən olduğunu qeyd edib. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydilinin əksəriyyətində 24 Oğuz boynu mövcuddur. Qəhrəmanmaraş Dondurma dəzgahı ilə məşhurdur. Bu dondurma dəzgahı dünyanın hər yerində məşhur olmaqla, dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərlərində açıldı. Yaponiyadan ABŞ-a, Avstraliyadan Dubaya qədər bir çox ölkələrdə dondurma yerli firmalar tərəfindən istehsal olunurdu. Eyni zamanda Qəhrəmanmaraş Türkiyənin elektrik ehtiyacının 14 faizini qarşılamaqdadır.
Qəhrəman Süleymanlı
Qəhrəman atam
Qəhrəman atam (köhnə adı ilə Qırmızı kamaz) — döyüş filmi və faciəvi komediya janrındakı, Türkiyə istehsalı teleserial.
Qəhrəman kəndi
Qəhrəman kəndi (fars. قهرمان كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 184 nəfər yaşayır (37 ailə).
İlham Qəhrəman
İlham Qəhrəman (İlham Umud oğlu Qəhrəmanov; 24 aprel 1959, Sus, Laçın rayonu) — azərbaycanlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. İlham Qəhrəman 24 aprel 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub. İbtidai və orta təhsilini Laçında alıb. 1983-cü ildə Bakı Maliyə-kredit texnikumunu fərqlənmə diplomu ilə bitirib və mühasib ixtisasına yiyələnib. Oxuduğu zaman Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Təyinatı Bakıda Material Ehtiyatları Komitəsinə ("Qossnab") verilmiş, ordan da "Azərtəchizkom"a (Azersnabsbıt) göndərilmiş, böyük iqtisadçı vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Laçın seçki dairəsindən deputatlığa namizəd olmuşdur. 2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub. Evlidir, üç övladı var.
Şahin Qəhrəman
Şahin Qəhrəman (tam adı: Rəhimov Şahin Qəhrəman oğlu; 1 may 1979, Maştağa) — Azərbaycan kinorejissoru. Şahin Rəhimov (Şahin Qəhrəman) 1979-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olub. 1986–1996-cı illərdə 187 saylı orta məktəbi, 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğunu bitirib. 2005–2009-cu illərdə ANS TV-də, 2009–2011-cu illərdə Azad Azərbaycan TV-də rejissor kimi çalışıb. 2004-cü ildə ailə qurub. Ailəlidir. 2 övladı var. Qışlama əməliyyatı (2008, tammetrajlı film-tamaşa) rejissor Ssenarinin dağılması 2009 tammetrajlı film-tamaşa)- rejissor Yatmış gözəl (2009, tammetrajlı film-tamaşa) rejissor Birinci demokratın ölümü (2009, sənədli televiziya filmi) – rejissor Xilaskar bulaq (2010, sənədli televiziya filmi) – rejissor Qorxulu Rasputin (2010, sənədli televiziya filmi) – rejissor Azərbaycan sirləri (2010–2011, sənədli serial) – rejissor, montajçı Qərib yurdum – İrəvan (2011, sənədli televiziya filmi) – rejissor Ögey ata (film, 2013) — rejissor Toy gecəsi (serial, 2013) — rejissor Səni ürəyim sevdi (serial, 2014–2015) — rejissor Dəfnə ağacı (teleserial, 2016) — rejissor Günəşim ol (teleserial, 2016) — rejissor Laləli saray (film, 2017) — rejissor O gecə serialı 2018–2019- rejissor Bir qadın serialı 2019–2020- rejissor Vağzalı filmi-2019 Son nəfəs serialı 2020-?
Qəhrəmanlı
Qəhrəmanlı — Azərbaycanda daha çox işlədilən soyad. Aslan Qəhrəmanlı — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi. Nazif Qəhrəmanlı — Filologiya elmləri doktoru, professor. Mirvari Qəhrəmanlı — hüquq müdafiəçisi; Azərbaycan Qəhrəmanlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qəhrəmanlı (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Hacı Qəhrəmanlı — Şirvan şəhərində qəsəbə. Qəhrəmanlı bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Qəhrəmanlı bələdiyyəsi (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda bələdiyyə.
Akif Qəhrəmanlı
Akif Qəhrəmanlı — yazıçı-jurnalist, tərcüməçi. == Həyatı == Akif Qəhrəmanlı 1942-ci ilin fevral ayında Oğuz rayonunda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirir. Ali təhsil almaq üçün Bakıya gəlir. İlk cəhddən ali məktəbə daxil ola bilməyən A. Qəhrəmanlı bir müddət zavod və fabriklərdə, Metropolitendə fəhləlik edir. 1964-cü ildə hərbi xidmətdən qayıdıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsində təhsil alır. Təhsil aldığı müddətdə tərcüməçilik etməyə başlayır. == Əmək fəaliyyəti == 1968-ci ildən 1984-cü ilədək Azərbaycan Dövlət İnformasiya Agentliyində tərcüməçi-redaktor, 1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında elmi redaktor, daha sonra şöbə müdiri, 1986–1990-cı illərdə "Kommunist" qəzetində Beynəlxalq həyat və təcrümə şöbəsinin müdiri vəzifələrindən çalışmışdır. 1991-ci ildən 2005-ci ilə qədər Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi. == Kitab == 2019-cu il aprelin 26-da Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Beynəlxalq Mətbuat Mərkəzində Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.
Aslan Qəhrəmanlı
Qəhrəmanlı Aslan Qəhrəman oğlu (14 sentyabr 1939 – 20 yanvar 2014) — Azərbaycan yazıçısı, dramaturq, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Universitetinin rektoru (2011-2012). == Həyatı == Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir.
Fəxrəddin Qəhrəmanlı
Fəxrəddin Qəhrəmanlı — Azərbaycan rəssamı, "Azərbaycan Dövlət Rəssamlar İttifaqı"nın üzvü. == Həyatı == Qəhrəmanlı Fəxrəddin Rəhim oğlu 1957-ci il aprelin 8 –də Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub.1986-cı ildə Respublika sərgisində iştirak edib. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.1988-ci ildə İncəsənət İnstitutunun 70-illiyinə həsr olunmuş III Respublika sərgisində iştirak edib. 1988-ci ildə Belarusiya Beynəlxalq sərgisində, Bakıda və Naxçıvanda bir çox sərgilərdə iştirak edib.1995-ci il 26 may Azərbaycan Demokratik Cumhuriyyətinin 77-ci ildönümü münasibətilə Türkiyənin İstanbul şəhərində sərgisi keçirilib.1995-ci ildə Türkiyənin Kars vilayətində fərdi sərgisi keçirilib.1996-cı ildə Naxçıvan Muxtar Respublikasında Naxçıvanın baş konsulluğunda 50 əsər ilə fərdi sərgisi keçirilib.1988-ci ildən 1996-cı ilə qədər Naxçıvanın Rəssamlar Ittifaqının bütün tədbirlərində iştirak edib.1996-cı ildən 2007-ci ilə qədər Türkiyənin Antalya şəhərində rəssamlıq fəaliyyətini davam etdirib. Bir sıra ölkələrdə və şəxsi kolleksiyalarda əsərləri saxlanılmaqdadır. Fransa, Almaniya, İtaliya, Belçika, Hollandiya, Rusiya, Belarusiya, Ukrayna və Azərbaycanda bir çox sərgilərdə iştirak edib.2005-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.2015-ci ildə 19 fevralda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 34 əsərlə fərdi sərgisi keçirildi.19 dekabr 2015-ci il tarixində Azərbaycan Mədəniyyət Fondu və SEBA (Suel-Bakı) Azərbaycan-Korea Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkil etdiyi "Qəbələ IV Beynəlxalq İncəsənət sərgi"sində və Mərkəzi və Xətai İncəsənət Mərkəzində təşkil olunan suluboya sərgilərinin iştirakçısı olmuş və mükafata layiq görülmüşdü.11 may 2016-cı il tarixində Rəssamlar İttifaqında yağlı boya və sulu boya ilə işlənmiş 60 əsərlə "Bahar" adlı fərdi sərgisi keçirilmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir.13 iyun 2016-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsinin "Rəngli duyğular" adlı müəllim və professor heyətinin yaradıcılıq sərgisində iştirak etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət" kafedrasında baş müəllim vəzifəsində çalışır və tələbələrə Rəsm və Rəngkarlıq fənlərini tədris edir. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Hacı Qəhrəmanlı
Hacıqəhrəmanlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsini 1870-ci ildə burada oturaqlaşmış hacıqəhrəmanlı nəsli saldığına görə belə adlandırılmışdır. == Haqqında == Hacıqəhrəmanlı qəsəbəsi Kür çayının Şirvan şəhəri sahilində düzən sahədə yerləşir. Qəsəbədə yaşlı sakinlərin dediyinə görə Qəhrəman kişi ötən əsrin əvvələrində öz qohum-əqrəbaları ilə birlikdə Şamaxıdan köçmüş, burada məskən salmışlar. Qəhrəman kişi Məkkə ziyarətinə gedib qayıdıb. O vaxtdan qəsəbə onun şərəfinə "Hacı Qəhrəmanlı" adlandırılıb. 1950-ci illərə qədər qəsəbədə 30–40 ev olub. 1950–1970-ci illər arasında ərazi cəhətdən Salyan və Sabirabad rayonlarının tərkibinə daxil olub. 1970-ci ildən Əli Bayramlı şəhərinə verilib. 1975-ci ildə Əli Bayramlı şəhərinin tərkibində qəsəbə statusu verilib.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir. "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur. Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır.
Nazif Qəhrəmanlı
Nazif Ələkbər oğlu Qəhrəmanlı (10 mart 1949, Quba – 2012) — Filologiya elmləri doktoru, professor. Nazif Ələkbər oğlu 1949-cu il martın 10-da Azərbaycannın Quba rayonunun Birinci Nügədi kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Bakı Yeyinti Sənayesi Texnikumunda oxumuş (1966-1967), Bakı Universitetinin filologiya fakültəsini bitirmişdir (1973). 1975-ci ilin fevralından Azərbaycan Ensiklopediya¬sının Baş redaksiyasında işləmişdir: kiçik redaktor, elmi redaktor, böyük elmi redaktor, ədəbi nəzarət və komplektləşdirmə redaksiyasının müdiri, 1990-cı ildən Kütləvi nəşrlər və tərcümə redaksiyasının müdiri olmuşdur. 1993-cü ildən Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunda elmi işçi, 1995-ci ildən böyük elmi işçi, 1996-cı ilin yanvarından aparıcı elmi işçi işləmişdir. 2003-cü ildən MEA Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2002-ci ildən Bakı Qızlar Universitetinin professorudur. Sumqayıt Dövlət Universitetinin magist¬raturasında mühazirələr oxumuşdur. 1986-cı ildə Nizami adına Ədəbiyyat İnstitutunda “Mikayıl Rəfilinin ədəbi-tənqidi yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası, yenə həmin institutda 1999-cu ildə “Azərbaycan Ədəbiyyatı tarixçiliyi (XIX-XX əsrlər)” mövzu-sunda doktorluq dissertasiyası müdafiə etmişdir. İlk məqaləsi “Azərbaycan pioneri” qəzetində (1973), ilk resenziyası “Bakı” (axşam) qəzetində (1978) dərc olunmuşdur.
Qəhrəmanlı (Beyləqan)
Qəhrəmanlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi vahidi hesab edilmişdir.
Qəhrəmanlı (Bərdə)
Qəhrəmanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qəhrəmanlı (Bərdə) GEOnet Names Server-də.
Qəhrəmanlı (Germi)
Qəhrəmanlı (fars. قهرامانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 191 nəfər yaşayır (33 ailə).
Qəhrəmanlı (Miyanə)
Qəhrəmanlı (fars. قهرمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (14 ailə).
Qəhrəmanlı bələdiyyəsi
Qəhrəmanlı bələdiyyəsi (Beyləqan) — Beyləqanda bələdiyyə
Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı (1975) — Azərbaycan siyasətçisi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini (?–2019; 2023-cü ildən). == Həyatı == 1975-ci ildə doğulub. Əslən Naxçıvanlıdır. == Siyasi fəaliyyəti == O, hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavinidir. 20 sentyabr 2019-cu ildə bu vəzifəsindən istefa verib. 2 sentyabr 2023-cü ildə partiya sədri Əli Kərimli tərəfindən yenidən sədr müavini təyin olunmuşdur. O, hazırda həmçinin, partiyanın Reyasət Heyətinin üzvüdür. == Şəxsi həyatı == Zümrüd Yağmur ilə evli olub. Onlar 2020-ci ildə ayrılıblar.
Qəhrəmanov
Qəhrəmanov — Azərbaycan soyadı. Fariz Qəhrəmanov (d. 1974) — Azərbaycanın Milli Qəhrəmanı. Abbas Qəhrəmanov (d. 1960) — Azərbaycan aktyoru. Səfa Qəhrəmanov (1949—2008) — Azərbaycanın xalq artisti. Eldar Qəhrəmanov (d. 1948) — Azərbaycan Universitetinin keçmiş rektoru. Fuad Qəhrəmanov (1972—1993) — Qarabağ müharibəsinin iştirakçısı. Nadir Qəhrəmanov (d.
Qəhrəmanlıq
Qəhrəman (q.yun. ἥρως) — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs, şöhrətləndirilmiş döyüşçü; həddindən artıq heyranlıq və sədaqət obyekti (kumir); fövqəlbəşəri güclərə malik ənənəvi miflərin (qəhrəmanlıq miflərinin), dastanların və əfsanələrin əsas personajı; ədəbi əsərin, tamaşanın, filmin və s. baş qəhrəmanı (ədəbi qəhrəman); müəyyən vaxt ərzində ümumi diqqəti cəlb edən şəxs (günün qəhrəmanı, qəzet xronikasının qəhrəmanı və s.); hər hansısa hadisənin, tarixi dövrün və ya hərəkatın mərkəzi fiquru; xarakteri və hərəkətləri ilə hansısa mühiti və ya dövrü ifadə edən şəxs (dövrümüzün qəhrəmanı); ideallaşdırılmış obrazı tarixin fərdiləşdirilməsinə xidmət edən milli siyasi mifin bir hissəsinə çevrilmiş şəxs (milli qəhrəman). Qəhrəman sözü ilk dəfə olaraq yunan mifologiyasından personajlar kateqoriyasına aid edilmişdir. Bu termin daha sonra digər mifologiyaların əlaqəli personajlarına şamil edildi: mifoloji, epik və ya əfsanəvi fiqur, çox vaxt ilahi mənşəli, böyük gücə və ya qeyri-təbii qabiliyyətlərə malik obrazlara Şumer-Akkadlarda Gilqameş, yunanlarda Axilles və Odissey, anqlosaksonlarda Beovulf, fransızlarda Roland, ruslarda İlya Muromets, amerikalılarda Hörümçək-adam, Azərbaycanda Koroğlu və s. buna misal göstərmək olar Qəhrəmanlıq mifləri mifoloji qəhrəmanın tərcümeyi-halı ətrafında qurulur və qəhrəmanın möcüzəvi şəkildə doğulmasından, yaşlı qohumları və ya düşmən qüvvələr tərəfindən sınanmasından, həyat yoldaşı axtarışı və evlilik sınaqlarından, bədheyvətlərə və digər istismarlara qarşı mübarizədən və ölümündən bəhs edir. Qəhrəmanlıq miflərinin ən mühüm elementini sınaqlar təşkil edir. Qəhrəmanlıq mifi qəhrəmanlıq eposları və nağıllarının formalaşmasının ən mühüm mənbəyidir .
Bəhreman
Bəhreman— İranın Kirman ostanının Rəfsəncan şəhristanının Nuq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,405 nəfər və 1,109 ailədən ibarət idi.