Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rövşənək
Roksana (avest. Raoxšna, fars. رخشانه‎, q.yun. Ῥωξάνη, lat. Roxana - e.ə.342-e.ə.309) — Baktriya şahzadəsi, Makedoniyalı İsgəndərin xanımı. Böyük Nizami yazır: Nizami Gəncəvinin «İskəndərnamə» poemasına Buxarada 1571-72-ci illərdə çəkilən miniatür bu baxımdan maraqlıdır. Şərti olaraq İskəndər və Rövşənək adlanan miniatürdə İskəndərin şah taxtında əyləşərək ətrafında məclis təşkil etməsi təsvir olunub. Burada müxtəlif musiqi alətləri ifaçıları ilə yanaşı qanun çalan qız da əks olunub. Başında çalma tipli baş örtüyü, uzun mili libas geymiş ifaçı qız bardaş qurub əyləşib, qanunu dizləri üzərində saxlayıb hər iki əlinin barmaqları ilə simlərə toxunarkən təsvir edilmişdir. Müasir qanunla müqayisədə bu alət həcmcə kiçikdir.
Rövşənəq (Ərdəbil)
Rövşənəq (fars. روشنق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (48 ailə).
Rövşən
Rövşən — Azərbaycanda kişilərə verilən şəxsi ad və təxəllüs. Rövşən Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullaoğlu — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq. Rövşən Rzayev Rövşən Rzayev (milli qəhrəman) — Azərbaycanın milli qəhrəmanı. Rövşən Rzayev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. Rövşən Muradov — Rövşən Ağayev Rövşən Ağayev (yazıçı) — dramaturq. Rövşən Ağayev (aktyor) — aktyor, rejissor assistenti. Rövşən Əliyev Rövşən Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Əliyev (kriminalist) — Kriminalist, Azərbaycan Respublikası Hərbi Prokuroru (1992–1993). Rövşən Hümbətəliyev — Azərbaycanlı alim Rövşən Tağıyev (iş adamı) — Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Səfərov — Azərbaycanlı idmançı.
Rövşanə Ağasəfqızı
Rövşanə Ağasəfqızı - 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Rövşanə Bektaşi
Rövşanə Ağasəfqızı - 6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır. Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.
Sirus Rövşəni
Sirus Rövşəni (fars. سیروس روشنی‎‎; 1928, Təbriz – 1981) — iranlı həkim, anestezioloq. 1979-cu ildə İranda baş vermiş İran İslam İnqilabından əvvəl dəfələrlə mənsubu olduğu dini inanca görə təqiblərə məruz qalmışdır. Şiraz xəstəxanasında anestezioloq kimi çalışan Rövşəni dövlətin bütün təziqlərinə baxmayaraq vəzifəsini icra etməyə davam etmişdir. 1982-ci ildə İran İslam Respublikasının rəsmiləri tərəfindən iki dəfə təhdid edilmiş və nəticədə həmin ilin qışında güllələnərək edam edilmişdir. Sirus Rövşəninin ölümündən sonra İranda yaşayan bəhai icmasına qarşı sistematik təqiblərə start verilmişdir və həmin təqiblər ən müxtəlif səviyyələrdə bu gün də davam etdirilməkdədir. Sirus Rövşəni 1928-ci ildə İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərində, bəhai ailəsində anadan olmuşdur. Yeniyetməlik dövründə ailəsində yaşanan maddi çətinliklər səbəbindən məktəbə getməyi dayandırmış və bazar ticarəti ilə məşğul olmuşdur. 17 yaşı olarkən, tibb təhsili üçün nəzərdə tutulmuş üç illik dərs proqramını bir il ərzində tamamlayaraq tibb məktəbinə daxil olmuşdur. Tibb təhsilini bitirdikdən sonra Sirus ümumi anesteziya üzrə ixtisaslaşmış və Səhiyyə və Tibbi Təhsil Nazirliyində işə qəbul edilmişdir.
Pir Rövşən
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Ramiz Rövşən
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Rövşən Abbasov
Rövşən Abdullaoğlu
Rövşən Abdullaoğlu (tam adı: Rövşən Abdulla oğlu Abdullayev; 28 sentyabr 1978, Bakı) — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq; "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri. Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir. Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub. Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-nin "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. O, həm də ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır. Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Rövşən Abdullayev
Rövşən Abdullayev (16 yanvar 1969, Lerik rayonu – 13 sentyabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı, polis leytenantı, Birinci Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur. Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət taqımın komandiri təyin edilir. Onun başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi.
Rövşən Allahverdiyev
Rövşən Almuradlı
Rövşən Almuradlı (tam adı: Almuradlı Rövşən Əziz oğlu; 19 aprel 1954, Bakı – 2 aprel 2019, Sumqayıt) — azərbaycanlı rejissor, ssenarist, əsər müəllifi, aktyor. Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olmuşdur. 1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek idi. 1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır. O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur. 1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur. Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.
Rövşən Atakişioğlu
Rövşən Atakişioğlu (azərb. Atakişiyev Rövşən Atakişi oğlu‎; d. 1 avqust 1957. Güləbird, Laçın rayonu, Azərbaycan SSR, SSRİ) — yazıçı, publisist, Qarabağ müharibəsi iştirakçısı, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini (1992-1993) Rövşən Atakişioğlu 1 avqust 1957-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Orta təhsilini Güləbird kənd orta məktəbində başa vuraraq, 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olunmuş, 1978-ci ildə həmin məktəbi Fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Laçın rayonuna göndərilmiş, doğma kəndinə ixtisası üzrə müəllim təyin edilmişdir. 1990-cı ildə ADPU-nun Şuşa filialında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin may ayının 10-dan Könüllülər dəstəsində Laçın və Qubadlı rayonlarının müdafiəsində erməni işğalçılarına qarşı döyüşmüş, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini təyin edilmişdir. 1993-cü ilin may ayında ordudan tərxis olunmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır.
Rövşən Ağamalıyev
Rövşən Ağayev
Rövşən Ağayev (yazıçı) (1949—2015) — dramaturq. Rövşən Ağayev (aktyor) (d. 1982) — aktyor, rejissor assistenti.
Rövşən Balakişiyev
Rövşən Bayramov
Rövşən Cənnət oğlu Bayramov (7 may 1987; Bakı, Azərbaycan SSR) – Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 2004–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən Rövşən Bayramov, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında gümüş medallara sahib olub. 2011-ci ildə İstanbulda Dünya Çempionatının qalibi olan Rövşən Bayramov, ümumi olaraq dörd dəfə Dünya Çempionatının medallarına sahib olub (2006 və 2015-ci illərdə gümüş, 2009-cu ildə isə bürünc medallar). Avropa Çempionatlarında isə o, 2 dəfə (2007 və 2008-ci illərdə) qalib olub. Rövşən Bayramov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 avqust 2008-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Rövşən Bayramov 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvüdür. Rövşən Bayramov 1987-ci il mayın 7-də Binəqədi rayonunda anadan olub. 1993–2004-cü illərdə Suraxanı rayonunun Əmircan qəsəbəsində Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbdə təhsil alan Rövşən Bayramov, 2004–2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Şəxsi məşqçisi Güləhməd Hüseynovdur. Rövşən Bayramov ailəlidir, 2 oğlu var.
Rövşən Bağırov
Bağırov Rövşən Elmidar oğlu (1966, Bakı) — sabiq Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2007–2021). Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2021). R. E. Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983–1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987–1989-cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989–1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990–1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991–1992-ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992–1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995–1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994–2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003–2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006–2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir. Ailəlidir, 3 övladı var.
Rövşən Behcət
Rövşən Behcət (13 mart 1945 – 19 avqust 2011) — xanəndə, 1969–1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti. Rövşən Behcət 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək "Göy göl" xalq çalğı alətləri ansamblında çalışıb. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır. Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb. Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da dünyasını dəyişib.
Rövşən Binnətli
Rövşən Binnətli (26 dekabr 1958, Mirəşəlli, Ağdam rayonu)– idman jurnalisti və futbol şərhçisi. İdman TV-nin hazırkı direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının baş katibi. 2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının informasiya xidmətinin şef redaktoru kimi çalışıb. Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci ildə Ağdam rayonu Mirəşəlli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977–1979-cu illərdə, Moskvada Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin "jurnalistika" fakültəsini bitirərək "jurnalist" ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon 43 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə kimi başlayıb.
Rövşən Bədəlov
Rövşən Bəndəliyev
Rövşən Bəndəliyev (26 iyul 1974, Hacıqabul rayonu) — fizika-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru. Bəndəliyev Rövşən Əlifağa oğlu 26 iyul 1974-cü ildə Azərbaycan Respublikasının Hacıqabul rayonunda anadan olmuşdur. R. Ə. Bəndəliyev 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, 1999-cu ildə həmin Universitetin "Riyazi analiz" ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1999-cu illərdə Bakı Dövlət Universitetində R. Ə. Bəndəliyev, AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin, f.-r.e.d., prof. B. İ. Musayevin riyazi analiz kursundan və ixtisas kursundan mühazirələrini dinləmiş, onların əməkdaşları olduqları "Riyazi analiz" kafedrasında ixtisas kursu keçmiş və bu kafedranın və Azərbaycan Respublikasının ilk magistrlərindən olmuşdur. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinə əyani aspiranturaya qəbul olmuşdur. 2000-ci ildə İnstitutun "Riyazi analiz" şöbəsinin kiçik elmi işçi vəzifəsinə (0.5 ştat) işə götürülmüşdür. 2000–2002-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərliyi altında "Banaxqiymətli funksiyalardan ibarət anizotrop çəkili Sobolev fəzasında daxilolma teoremləri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmiş və 2002-ci ildə müvəffəqiyyətlə dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
Rövşən Camalov
Rövşən Canıyev
Rövşən Rafiq oğlu Canıyev (rus. Ровшан Рафиг оглы Джаниев; 27 yanvar 1975, Lənkəran – 18 avqust 2016, İstanbul) — azərbaycanlı kriminal avtoritet, qanuni oğru, iş adamı. 17 yaşı olarkən polis işçisi olan atası, o zaman Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilib.1996-cı ildə məhkəmə zalında atasının qatili Canıyev ailəsinin üzvlərini ölümlə təhdid edir və zalda əyləşən Rövşən Canıyev elə məhkəmə zalındaca qatili bu sözlərinə görə güllələyərək qətlə yetirib. 2000-ci ilin iyununda Rövşən Canıyev Bakıda kriminal aləmdə şöhrət qazanmış Kəramət Məmmədovu güllələyib və ağır yaralayıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə Canıyev cinayət məsuliyyətindən azad edilib. 2002-ci ildə barəsində cinayət işi təzələnib, lakin o istintaqdan qaçıb gizləndiyinə görə, barəsində 1 iyul 2002-ci ildə beynəlxalq axtarış elan olunub. 2003-cü ildə Sank-Peterburqdakı Mütəşəkkil Cinayətkar Dəstənin lideri Elçin Yevlaxskinin ölümündə təqsirli bilinib, lakin girov müqabilində azadlığa çıxa bilib. 2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunaraq dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. 2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılıb. Dövlət ittihamçısı Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.