Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Rəsm
Təsviri incəsənətdə rəsm — eskiz və ya etüddən fərqli olaraq bitmiş xarakterə malik və müəyyən bədii mənaya sahib olan əsər. Freskadan və ya kitab miniatürlərindən fərqli olaraq rəsmin müəyyən interyer və ya dekorasiya sisteminə bağlı olması vacib deyildir. Hər bir rəsm əsəri adətən üç hissədən ibarət olur ki, bunlar bünövrə (kətan, taxta, metal, karton, kağız, daş, ipək və s.), zəmin və boya qatıdır. Leone Battista Alberti, De Pictura (On Painting), 1435.
Pavilyon (sərgi)
Pavilyon, Ümumdünya sərgisi kimi böyük beynəlxalq sərgilərdə tez-tez rast gəlinən bir bina növüdür. Tanınmış bir memar və ya dizayner tərəfindən iştirakçı ölkənin ən son texnologiyasını nümayiş etdirmək üçün dizayn edilə bilər və ya sərgiləyən ölkənin milli memarlıq üslubu kimi qəbul edilə bilər. Məsələn, 1929-cu il Barselona Beynəlxalq Sərgisinin Alman pavilyonu, tanınmış müasir Alman memarları Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmişdir.
Sərgi sahəsi
Sərgi sahəsi, konqres mərkəzi, konfrans mərkəzi və ya sərgi salonu — müəyyən bir mütəxəssislik sahəsində yığıncaqların və konqreslərin keçirilməsinə imkan verən böyük binalara verilən addır. Bu binalarda ümumiyyətlə minlərlə insana xidmət edə biləcək və bir neçə mərtəbəyə yayılmış xidmət vahidləri mövcuddur. Bu məkanlarda geniş ticarət sərgiləri və ya yarmarkalar da keçirilir. Bu strukturlarda auditoriya, konsert salonu, iclas otaqları, konfrans salonları kimi funksiyalar yer ala bilər. Bunlar bir çox böyük otellərin daxilində də yerləşdirilə bilər.
Avatar (rəsm)
Avatar — vizual gap (CHAT), yaxud virtual reallıq proqramlarında istifadəçini təmsil edən kiçik rəsm. Ölçüləri müxtəlif olur, ancaq 100x100, 50x50, 120x120 piksel ölçülü avatarlar daha geniş yayılıb. Hind mifologiyasına görə, avatarlar tanrıların yerüzünə endikləri zaman büründükləri şəkillərdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Başqırdlar (rəsm)
Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır. == Çəkilişi == Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi: 1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi: Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir". Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir. Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi.
Gernika (rəsm)
Gernika (isp. Guernica) - İspan rəssam Pablo Pikassonun 1937-ci il 26 aprel İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar ölkəsi regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş məşhur əsərlərindən biri. Bu bombardman nəticəsində 250 ilə 1.600 arasında insan həlak olmuş, çox sayda insan isə yaralanmışdır.
Kupidon (rəsm)
"Kupidon" (ing. Cupidon) — Vilyam Buqronun 1875-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsəri. Əsər 1875-ci ildə Paris şəhərində tamamanmışdır. Əsərdə mifik qəhrəman olan Kupidon təsvir edilmişdir.
Mahnı (rəsm)
"Mahnı" — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 1970-ci ildə çəkdiyi rəsm əsəri. == Təsvir == Əsərin mərkəzində açıq sarı fonda çiçək açan ağacın qarşısında stullarda əyləşmiş qırmızı, ağ və göy rəngli paltar geyinmiş, başlarına papaq taxmış və alətlərdə (nağara, klarnet, tütək) ifa edən üç musiqiçi təsvir edilmişdir. Onlarla üzbəüz ağ süfrə ilə örtülmüş stolun üstündə kiçik vazada qızılgüllər, çaynik, nazik stəkan, içki şüşəsi və təndir çörəyi təsvir edilmişdir. Şəklin aşağı sağ küncündə uzanmış quzu görürük. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəkil boyu daha çox açıq rənglərdən istifadə olunduğunu görürük. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. İşıq və qaranlıq tarazlığı yaxşı vurğulanıb. Şəkildə şaquli, üfüqi və diaqonal xətlərdən istifadə olunub. Şəkildəki musiqiçilərin arxasında çiçək açan ağacın təsvirindən bahar olduğunu anlamaq mümkündür.
Muğam (rəsm)
"Muğam", bəzən Muğam üçlüyü — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1965-ci ildə çəkdiyi rəsm əsəri. Nərimanbəyovun 1965-ci ildə sənətinin ilk çağlarında çəkdiyi “Muğam” kompozisiyası Azərbaycan rəssamlığının ən mühüm əsərlərindən sayılır, eyni zamanda Nərimanbəyovun ən məşhur rəsm əsərlərindən biridir. Əsər hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Rəsmdə tünd kostyum geyinmiş və xalq çalğı alətlərində ( dəf , tar və kamança ) ifa edən muğam ifaçıları təsvir edilmişdir. Onların ayaqları altında milli naxışlarla işlənmiş Azərbaycan xalçası var. Rəsmin aşağı sol küncündə milli geyimli, əlində nar olan balaca qız uşağı görürük. Bu şəkil Böyük Sovet Ensiklopediyasında Toğrul Nərimanbəyov haqqında məqaləyə illüstrasiya kimi verilmişdir. Arxa fonda qara və mavi rənglərlə məkan görünüşü yaratmağa çalışan Nərimanbəyov musiqiçiləri xalçadan bir qədər yüksəkdə təsvir edərək, Azərbaycan incəsənətində muğamın daha yüksək olması fikrini müdafiə edib. Rəssamın ənənəvi geyimli, əlində nar tutan balaca qız uşağı təsvir etməklə ifadə etmək istədiyi fəlsəfi ideya ondan ibarətdir ki, milli folklorda sirr, bolluq, bərəkət və birlik rəmzi sayılan nar, həm də uşaqların əlində təmizlik simvoludur. Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qaleryasının rəhbəri Qalib Qasımov bu əsəri belə şərh edir: Biz rəsmə baxan zaman muğam üçlüyü, onların ayağının altındakı xalçalar və küncdə dayanan qızı görürük.
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Suzanbağıları (rəsm)
Suzanbağıları (fr. Les Nymphéas) — fransız impressionizm cərəyanının görkəmli rəssamlarından olan Klod Mone tərəfindən, həyatının son 30 ili ərzində hazırlanmış və 250-yə yaxın yağlı boya tablodan ibarət olan rəsm əsəri. Bu tablolar bir çiçək bağçasının, xüsusilə Monenin Parisdəki evinin bağçasındakı kiçik dərə və gölməçələrdə su içində yetişən suzanbağı çiçəklərinin rəsmləridir. Mone bundan əvvəl Parisdəki Sen-Lazar vağzalı stansiyasının gün ərzində fərqli işıq və hava şəraiti altında rəsmlərindən ibarət olan "Sen-Lazar vağzalı" seriyasını və 1890–91-ci illərdə eyni baxış tərzi ilə "Saman yığınları" seriyasını hazırlamışdı. "Suzanbağıları" bu yanaşmanın daha geniş formasında olub, dəyişkən işıq və hava şəraitində suzanbağı çiçəklərinin necə dəyişkən formada çəkiləcəyini sınamaqdadır. Rəssam bu əsərləri çəkməklə məşğul olarkən gözlərində yaranan kataraktadan əziyyət çəkirdi. Bu tablolar fərqli formalarda (kvadrat, düzbucaq, dairəvi və başqa formalı) və ölçülərdə (bəziləri bir neçə metr böyüklükdə) kətanlar üzərində çəkilib. noyabr 1890: Mone Jivernidəki evini satın alması və bağçasını dəyişdirərək yenidən qurması. may 1895: Monenin "Suzanbağıları" tabloları seriyasını hazırlamağa başlaması. noyabr 1901: Monenin Jivernidə bağçada yetişdirilən ekzotik bitkilərin su ehtiyacını qarşılamaq üçün yaxınlıqdakı Epte suyunun axarını dəyişdirərək bağçadan axmasını təmin etməsi.
Çimən (rəsm)
Çimən (fr. Baigneur) — Fransız boyakarı Pol Sezannın məşhur rəsmlərindən biridir. Əsər ABŞ-nin Nyu-York ştatında yerləşən Müasir İncəsənət Muzeyində saxlanılır.
Rəsm əsəri
Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri olub. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətləri var. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə, cızırlar. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir. Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür: monumental rəssamlıq; dekorativ rəssamlıq; teatr-dekorativ rəssamlığı; miniatür rəssamlıq; dəzgah rəssamlığı.
Sərgi Qalereyası (Bakı)
Sərgi qalereyası— Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində fəaliyyət göstərən qalereya; Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. Sərgi qalereyası, Muzey Mərkəzinin dördüncü mərtəbəsində yerləşir. Beş zaldan ibarət olan (ümumi sahəsi 400 m²) Sərgi Qalereyası, ekspozisiya sahəsi 700 m², lazımi işıq və səs avadanlıqları ilə təchiz olunmuşdur. Bu məkanın unikallığı ondadır ki, gündüz eksponatlar yuxarıdan düşən təbii işıqla işıqlandırılır. Sərgi Qalereyası – rəngkarlıq, qrafika, foto, heykəltəraşlıq, dizayn, müasir və konseptual sənət, uşaq yaradıcılığı və xalq tətbiqi sənəti sərgilərinin keçirilməsi üçün nəzərdə tutulmuş məkandır. Qalereyada ən müxtəlif profilli sərgilər böyük müvəffəqiyyətlə keçmişdir: “Ayna” birinci Bakı foto-festivalı, “Bakı-Abşeron” memarlıq abidələri sərgisi, “Xalı”, Bakıda Polşa memarlarının yaradıcılığı, müasir və konseptual sənətə həsr olunmuş “Alüminium” sərgiləri, “Kişi və Qadın”, ingilis rəssamı Frensis Liçin “Süvenir” xeyriyyə sərgisi, qaçqınlara həsr olunmuş foto və bədii əsərlər sərgisi, Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İlin fəsilləri” silsilə sərgilər çərçivəsində “Payızın rəngləri”, “Bahar. Qadın. Məhəbbət”, “Yay impressiyası”, “Qış harmoniyası” sərgiləri , 2007-ci ilin son xüsusi layihəsi olan “Məhəbbət göy qurşağı” sərgisi, “5+” müasir rəngkarlıq sərgisi, “Mozalan” sərgisi, məşhur “Ralf Loren”, “Kartye” və başqa brendlərlə əməkdaşlıq edən alman fotoqrafı Klaus Vikratın sərgisi (sərgi “Beş istiqamət” adlanırdı və müəllifin ən yaxşı işlərindən ibarət idi ki, bu da 5 qrupa bölünürdü: çiçəklər, qadınlar, uşaqlar, zinət əşyaları və Kosta-Rika), N.Tusi adına İncəsənət gimnaziyasının uşaq sərgisi, məşhur bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun himayəsi altında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan fərdi sərgisi.
Tenerife sərgi sahəsi
Tererife Beynəlxalq Ticarət Sərgiləri və Konqresləri Mərkəzi (isp. Centro Internacional de Ferias y Congresos de Tenerife) və ya Tenerife sərgi sahəsi (isp. Recinto Ferial de Tenerife) — İspaniyanın Santa Kruz de Tenerife şəhərində yerləşən bina. 1996-cı ilin mayında açılmış bina ispan memarı Santiaqo Kalatrava tərəfindən tikilmişdir. Santa Kruz de Tenerife karnavalıda bu binada keçirilir.
Xidmət Boruları Sərgi Binası
Xidmət Boruları Sərgi Binası (共同溝展示館, Kyodo Kotencikan) və ya daha çox tanınan adı ilə K-Muzey – Yaponiyanın paytaxtı Tokio şəhərinin Koto rayonunun Ariake bölgəsində yerləşən bina. Qəzaya uğramış kosmik gəmini xatırladan görünüşə malik binada fəaliyyətsiz muzey yerləşir. Bina 1996-cı ildə keçirilməsi planlaşdırılan Dünya Şəhər Ekspo tədbirinin simvollarından biri olması üçün tikilmişdir. Memarı Makoto Sey Vatanabe olmuşdur. Lakin tədbir ləğv olunduğu üçün davam işləri dayandırılmış və ətraf ərazidə gəzinti parkı yaradılmışdır. 1997-2001-ci illərdə binada K-Muzey adlı müəssisə yerləşirdi. Tokio Port və Liman Bürosu tərəfindən idarə olunmuş bu muzey Ariake bölgəsindəki ictimai xidmət boruları sisteminə həsr olunmuş, şəhərdəki elektrik xətlərini və su boruları haqqında məlumat vermişdir. Lakin muzey populyar ola bilməmiş, ziyarətçilərin azlığı səbəbilə cəmi 4 il ərzində bağlanmışdır. K-Muzeyin rəsmi bəyanətinə əsasən muzey "müvəqqəti bağlanıb", lakin uzun müddət bağlı olduğu üçün dəqiq statusu məlum deyil. Muzey binası xidmət borularını nümayiş etdirmək üçün tikildiyindən interyeri yeraltı boruları xatırladacaq formada dizayn edilmişdir.
Ana (rəsm əsəri)
Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib. == Fon == 1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.
Fillər (rəsm əsəri)
Fillər (isp. Los Elefantes) — ispan sürrealist rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. == Dalinin əsərindəki fillər == Fillərə Dalinin əsərlərində tez-tez rast gəlinir. Onun "Bir narın ətrafında uçan arının səbəb olduğu yuxudan oyanmadan bir saniyə əvvəl", "Müqəddəs Antoninin cazibəsi" və "Filləri əks etdirən qu quşları" əsərlərində fillərə rast gəlinir. "Fillər" sadə arxa fona sahib olması və digər mövzuların çatışmazlığı ilə Dali tərəfindən çəkilmiş heyvanların əsas fokus nöqtəsi olduğu digər əsərlərdən fərqlənir. Belə ki, Dalinin bir çox əsərlərində çoxlu detallar və maraq nöqtələri mövcuddur. Məsələn, "Filləri əks etdirən qu quşları" əsəri "Fillər" ilə müqayisədə Dalinin repertuarında daha çox tanınır. Leyləkayaqlı fil Dalinin yaradıcılığında ən məşhur simvollardan biridir və İspaniyada yerləşən Dali muzeyinin divarlarını bəzəyir. == Simvolizm == Fillərin müxtəlif mədəni təsvirləri vardır. Onlar tez-tez iri cüssə və çəkilərinə görə güc və üstünlük simvolu kimi qəbul edilir.
Gecə quşları (rəsm)
Yuxusuzlar (ing.Nighthawks) — məşhur ABŞ rəssamı Edvard Hopper tərəfindən 1942-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri Edvard Hopperin ən məşhur əsəri və ABŞ incəsənətinin ən tanınmış işlərindən biridir. Rəsm əsərində gecəyarısı kafedə oturan bir neçə nəfər təsvir olunmuşdur. == Haqqında == Rəsm əsərinin adı olan "Nighthawks" ingilis dilindəki "Night Owl" (Gecə bayquşu) ifadəsindən yaranmışdır. Hopper bu ifadə ilə gecəyarısına qədər yatmayan insanları təsvir etmək istəmişdir. Hopperin evinin yerləşdiyi Manhettindəki Qrinviç Villasınını yaxınlığındakı kiçik bir kafe ona ilham vermişdir. Rəssam bu işinə Pörl-Harbora hücum hadisəsindən sonra başlamışdır. Bu hadisədən sonra ölkə üzərinə çökən ab-hava rəsmdə də əks olunmuşdur. Əsərdə küçədə heç bir insan yoxdur və restoranın içində olanlar isə danışmırlar. Hərəsi öz düşüncəsinə qapılmış kimidir.
Meduza salı (rəsm)
Meduza salı (fr. Le Radeau de La Méduse) — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda ”Meduza” freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir. Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir.
Suquzğunu (rəsm əsəri)
Suquzğunu — holland rəssam Vinsent van Qoqun kətan üzərində yağlı boya ilə çəkdiyi rəsm əsəri. 1886-cı ilin iyul-dekabr aylarında Parisdə çəkilən rəsm əsəri indi Hollandiyanın Amsterdam şəhərində, Van Qoq Muzeyində saxlanılır. Əsərdə bataqlıqdakı bir suquzğunu təsvir edilir. Quş rəsm əsərinin sağına baxır. Vinsentin adı rəsmin aşağı sol küncündə qeyd olunub.
Yaylaqda (rəsm əsəri)
Yaylaqda — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Toğrul Nərimanbəyovun 1966-1967-ci illərdə çəkdiyi Yaylaqda rəsm əsərində rəssam yaylağı təsvir edib. Rəsm əsərinin mərkəzində xalçanın üzərində iki qadın əyləşib, onlardan arxada isə yüklənmiş arabalar, ön planda isə qoyunla birlikdə papaqlı oğlan təsvir edilib. Nurəddin Həbibov qeyd edir ki, Nərimanbəyov özünün bu əsərində digər rəsmlərində olduğu kimi rənglərin ən yüksək emosionallığına çatıb. Sənətşünas İvan Qorin yazır ki, bu rəsm əsərində fırça burulur, şişir hərəkət edir, mübarizə aparır həyatın mübarizə nəticəsində güclü olduğunu təsdiq edir. Cisimlər elastik rənglər isə şəndir.
Müttəfiqlər (rəsm əsəri)
Müttəfiqlər — 1914-cü ildə rəssam Raul Dafi tərəfindən yaradılmış mənzərəli rəsm əsəridir. Bu rəsm əsərində müttəfiq ölkələrə uyğun olaraq altı müttəfiq əsgər və onların atları təsvir edilmişdir. Hadisə buludlu, ancaq günəşli, gül dəstələri ilə bəzədilmiş və altı müttəfiq millətlər təşkilatının bayraqları əhatəsində baş tutur. Müttəfiq ölkələr isə bunlardır: Yaponiya, Böyük Britaniya, Belçika, Rusiya, Serbiya və Fransa. Parlaq rəngləri, ornamentləri, stilizə obrazları populyar olan əsər insanı özünə cəlb edir. Bu sənət əsərinin nümayişi Centre national d'art et de culture Georges-Pompidouda həyata keçirilir.
Naməlum qadın (rəsm)
"Naməlum qadın" (rus. Неизвестная) — rus rəssamı İvan Kramskoyun (1837–1887) 1883-cü ildə çəkdiyi və Dövlət Tretyakov Qalereyasının kolleksiyasının bir hissəsi olan rəsm əsəri. Rəsmin ölçüsü 75,5×99 sm. Aleksandr Blokun eyniadlı şeirinə görə portret tez-tez səhvən "Yad qız" (rus. Незнакомка) adlandırılır. Kətan Aniçkov sarayının pavilyonları yaxınlığında, Nevski prospektində açıq ekipajda oturan gənc qadını təsvir edir. Sağda, onun arxasında, Aleksandrinski teatrını görmək olar. Qadın 1880-ci illərin ən son dəbinə uyğun geyinib. O, tüklü məxmər papaq, xəz və lentlərlə bəzədilmiş palto, manşet və nazik dəri əlcək taxıb. Görünüş möhtəşəm, sirli və bir az kədərlidir."Onun geyimi zərif yüngül lələklərlə işlənmiş "Fransisk" şlyapası, ən yaxşı dəridən hazırlanmış "İsveç" əlcəkləri, samur xəzi və mavi atlas lentlərlə bəzədilmiş "Skobelyev" paltosu, manşet, qızıl bilərzikdir ki, bütün bunlar 1880-ci illərin bahalı zəriflik iddiasında olan qadın kostyumunun dəbli detallarıdır.
Sergi Samper
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Rəcm
Rəcm və ya daşqalaq (lat. lapidatio) — hələ qədimlərdə yəhudilərə və yunanların icra etdikləri ölüm hökmü növü. Quran ayələri daşqalağın əvvəlki qövmllərdə də olmasını təsdiq edir. Məsələn, "Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif (gücsüz) görürük. Əgər əşirətin (dinimizə tapınan qəbilən) olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz (hörmətli) bir adam deyilsən!"", yaxud, (Gəncləri illərlə yatırtdığımız kimi) beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların biri dedi: "(Mağarada) nə qədər qaldınız?" Onlar: "Bir gün və ya bir gündən az!" - deyə cavab verdilər. Onlardan (bəziləri isə) belə dedi: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Himalay sərvi
Krım, Qafqaz ın Qara dəniz sahillərində və Mərkəzi Çində təbii halda bitən dekorativ ağacdır. Himalayda və Qərbi Çində dəniz səviyyəsindən 3000 m hündürlükdə meşələr əmələ gətirir. Hündürlüyü 25 m-ə qədər olan piramidal formaya, geniş çətirə, sallaq budaqlar malikdir. Yarpaqları pulcuqvarı, tünd-yaşıl rəngdə, parlaqdır, alt tərəfində qatran vəzisi vardır. Qozaları uzunsov-kürəşəkillidir, topa-topa və ya tək-tək yerləşir, uzunluğu 20 mm-ə qədərdir. Oduncağı ətirlidir, tikinti işlərində istifadə edilir. Azərbaycanda bağ və parklarda rast gəlinir. Abşeron da boz-qonur, karbonatlı torpaqlarda. Quru səhra iqlimli şəraitdə zəif böyüyür. İynəyarpaqlarından və zoğlarından alınan efir yağından çox qədimdən bronxların və ağciyər xəstəliklərinin müalicəsi üçün istifadə edirdilər.
Kərkük (dərgi)
Kərkük — İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən ərəb və türk dillərində nəşr edilən dərgi. == Haqqında == İraq Türkman Ədəbiyyatçılar Birliyi tərəfindən nəşr edilən "Kərkük"ün 2003-cü ildə Kərkükdə ilk sayı ərəb və türk dillərində oxuculara təqdim edildi. İlk başda ədəbiyyat nümayəndəsi Mövlud Taha Qayaçının baş yazarlığı ilə yayımlanmış "Kərkük" daha sonra demokratiyanın nəticəsi kimi Kahtan Hörmüzlünün baş yazarlığı ilə fəaliyyətinə davam etdi. Baş redaktor Aydın Kərkük və yazı işləri katibi Həsən Kevsər, Türkiyə üzrə təmsilçisi isə Şəmsəddin Kuzəçi seçilib. Daha çox ədəbi mövzuların yer aldığı "Kərkük" 15 gündə bir çap edilərək 2005-ci ilin aprelində 8 səhifə olmaqla, 15 sayı nəşr edilib. 2006-cı ildən isə qəzet dərgiyə çevrilib.
Luzitaniya sərvi
Vətəni Meksikanın dağlıq bölgələridir, burada 300 ilə kimi yaşayır. Hündürlüyü 30 m-ə çatan, piramidal-konusvarı çətirə malik ağacdır. Gövdəsi düz, qabığı qəhvəyi-qırmızımtıl rəngdə olub, pulcuqlar şəklində qopur. Zoğları nazik, göyümtül-yaşıl, uzunsov və sallaqdır. İynəyarpaqları bozumtul-yaşıl xırda, pulcuqvarıdır, uzunluğu 1,5–2 mm-dir, ucları sivriləşmiş və zoğlardan aralı dayanmışdır. Qozaları çoxsaylı, şarşəkilli, uzunluğu 1,5 sm-dir, rəngləri əvvəlcə mavi-yaşıl olur, sonra isə qonurlaşır, toxumları qanadcıqlıdır. Tezböyüyən, quraqlığı pis keçirən, soyuğa, qaza, tüstüyə davamlı, qüvvətli kök sisteminə malik, torpağa az tələbkar bitkidir. Toxumla çoxaldılan dekorativ ağacdır. Uzunömürlüdür, mədəni şəraitdə 1600-cü ildən becərilir. Sıra, qrup və tək əkinlərdə gözəl görünür.
Qardaşlıq (dərgi)
"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi. 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib.
Qoven sərvi
Vətəni Kaliforniyadır. 12–15 m hündürlükdə, geniş çətirli ağacdır. Açıq-yaşıl budaqlı və tünd-yaşıl rəngli pulcuğa oxşar yarpaqlara malikdir. Yarpaqlarını sürtüb əzdikdə kamfora iyi verir. Qozaları yoğun ayaqcıqlar üzərində yerləşir, kürəşəkilli, parlaq-qəhvəyi rəngdədir. Yaxşı böyüyür, kölgəyədavamlıdır, torpağa tələbkar deyil. Yazda və yayda düzünə düşən günəş şüalarından qorunmalıdır, qışda işıqlı yerdə yetişdirmək olar. May ayından avqust ayına qədər bitki bol suvarılmalıdır. Oktyabr ayından aprel ayına qədər hava şəraitindən asılı olaraq suvarılma dayandırılmalıdır. Mart ayından sentyabr ayına qədər 14 gündən bir, qışda isə ayda bir dəfə gübrə verilir.
Su sərfi
Su sərfi — axının canlı en kəsim sahəsindən bir saniyədə keçən suyun həcminə sərf deyilir. Su sərfi aşağıdakı düsturla hesablanır: Q = W ⋅ V m 3 / s a n {\displaystyle Q=W\cdot V{m}^{3}/san} (Q-su sərfi, W- en kəsiyi , V- suyun sürəti) Böyük sərflər adətən m 3 / s a n {\displaystyle {m}^{3}/san} , kiçik sərflər isə l / s a n {\displaystyle {l}/san} ilə ölçülür. Sərf axının əsas səciyyəvi elementlərindən biri hesab edilir. Müxtəlif hidrotexniki qurğuların, suvarma kanallarının layihələndirilməsində sərf məlumatlarından geniş istifadə olunur. Suvarma sistemləri üzrə su tələbatı qrafikləri, kanallar arasında su bölgüsü, təsərrüfatların suvarma və su dövriyyəsi planlarında sərf əsas göstərici kimi qəbul olunur. Sərf haqqında olan ölçmə məlumatlarına əsasən onun bir sıra hesabat göstəriciləri təyin edilir. Bu səciyyəvi göstəricilərə orta gündəlik, orta aylıq, orta illik, orta və ekstremal çoxillik sərflər daxildir. Bunlarla yanaşı, çayın daşqın, gursulu, azsulu fazalarına xas olan maksimal və minimal sərf göstəriciləri də təyin olunur. Axımı səciyyələndirən əsas göstəricilərdən biri də onun həcmidir. İstənilən vaxt üçün axımın həcmini sərf məlumatları əsasında müəyyən edilə bilər.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
Şərq boğazı (Şərqi Sibir dənizi)
Şərq boğazı (rus. Восточный пролив(Восточно Сибирское Море ) - Lısov və Leonteva adalarını Cetrexstolovoqo adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın eni 20 km , dərinliyi 9 - 12 metr təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya muxtar respublikasının Nijnekolıma rayonuna daxildir. Boğaz Medvedjıy arxipelaqına daxil olan adaları ayırır.
Sevgi, sevgi, sevgi
"Sevgi, sevgi, sevgi" (ing. Love Love Love) — Rejissor Babbara Subxaşanın öz ssenarisi əsasında çəkdiyi və 4 avqust 1989-cu ildə ekranlara çıxan filmdir. Gənc Amit sadə taksi sürücüsünün oğlu olsa da ədalətli, qoçaq, cəsarətli, dürüst, səmimi və mehriban oğlandır. O, olduqca nüfuzlu bir kollecdə təhsil alır, elm onun üçün çox maraqlıdır. Kollecdə Amit ilə birlikdə gözəl bir qız da oxuyur. Bu, hörmətli biznesmenin qızı Rimadır. Amit və Rima bir-birlərini sevirlər. Rimanı mafiya başçısının oğulu Viki də sevir. O, bu iki gəncə mane olur. Viki hamının gözü qarşısında Amitin velosipedini sındırır.
Qeşm
Qeşm adası — İranın Hörmüz boğazında ada. Qeşm şəhristanı — İranın Hörmüzgan ostanının şəhristanlarından biri. Qeşm (şəhər) — İranın Hörmüzgan ostanındakı Qeşm şəhristanının inzibati mərkəzi.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Hüseyn Şərqi
Hüseyn Şərqi Soytürk — Zəncan Universitetinin professorudur. İranda Azərbaycan və fars dillərində nəşr olunan "Xudafərin" jurnalının təsisçisi və baş redaktoru == Həyatı == Azərbaycanda nəşr olunan "Güney Azərbaycan türkologiyası" (2013), "Güney Azərbaycan dramaturgiyası" (2014), eləcə də Cənubi Azərbaycanda nəşr olunan "Azərbaycan ədəbi dil tarixi" (1997), "Azərbaycan ədəbiyyat tarixi" (1997), "Məsihi divanı" (Tehran), "Əski türk kitabları" (Ərdəbil), "Müsəlman-Türk dünyası", "Ədəbi örnəklər" (Tehran) kitabları bunlardan bir neçəsidir. Hüseyn Soytürk Misirin "Xədiviyyə" kitabxanasında saxlanılan, Nizaminin əlyazması şəklində olan anadilli şeirlərini 2006-cı ildə Azərbaycanın "Nurlar" nəşriyyatında nəşr etdirmişdir. Bu şeirlər İranda da nəşr edilmişdir. Nədənsə, Azərbaycanda bu kitab böyük sensasiyaya səbəb olmuş, ancaq diqqətdən yayınmışdır. Görünür, gələcək tədqiqatçılar bu nadir tapıntıya bir daha müraciət etməli olacaqlar. İndiyə qədər İranda onlarla kitab nəşrinə imza atan Hüseyn Soytürk Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bir çox əsərləri, o cümlədən prof. Cəmil Həsənlinin "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti" kitabını fars dilinə tərcümə edib nəşr etdirmişdir. == Əsərləri == Divani-Nizami (Gəncəli) : qəsidələr-qəzəllər: Xədiviyyə nüsxəsi - Tehran nəşri əsasında / tərt.: Eloğlu, H.Ş Soytürk. - Bakı : Nurlar NPM, 2006.
Nijniye Serqi
Nijniye Serqi — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Şərqi slavyan
Şərqi Slavyan sözü üçün aşağıdakılara müraciət edilə bilər: Şərqi slavyan dilləri — slavyan dillərinin üç qolundan biridir Şərqi slavyanlar — Şərqi slavyan dillərində danışan və slavyan xalqlarının alt qrupu olan xaqlar.
Şərqi Nortbruk
Şərqi Nоrtbruk (rus. Восточный Нортбрук, əvvəlki adı Nortbruk olmuşdur.) — Frans-İosif Torpağının cənubunda yerləşən ada. Ən hündür nöqtəsi 344 metr təşkil edir. Bu adaya arxipelaqın digər adalarına nisbətən daha asan çatmaq mümkündür. Ada yayda demək olar ki, bütünlüklə buzdan azad olur. Sahil zolağı boyunca isə ərazi mamırla örtülür . Adanın bütünlüklə buzdan azad ola bilməsi hələ XIX əsrdən Qütb ekspedisiyalarının mərkəzinə çevrilmişdir. Ada Kral Coğrafiya Cəmiyyətinin 1890-1893-cü illər ərzimndə prezidenti olmuş Nоrtbrukun şərəfinə adlandırılmışdır. Əvvəlcə Nortbruk adası tək bir ada hesab olunurdu. Əvvəllər buzlaqla bağlanmış Qərbi və Şərqi Nortbruk arasındakı boğazı 1985-ci ildə “Kapitan Dranitsın” buzqıran gəmisində tarixi-arxeoloji ekspedisiyanın üzvü Rostislav Qaydovski kəşf edib.
Şərqi Sporadlar
Şərqi Sporadlar (yun. Ανατολικές Σποράδες) və ya Şərqi Egey adaları — Egey dənizində, Kiçik Asiyanın sahillərində yerləşən arxipelaq. Bəzən Şimali Egey adaları kimi təsnif edilir. Onlar Egey dənizinin şərq hissəsində yerləşirlər. Şimalda Şərqi Sporadlaı Şimali Egey adaları ilə, cənubda Dodekanes arxipelaqı ilə həmsərhəddir.
İntihar (rəsm əsəri)
İntihar (fr. Le Suicidé) ― Eduard Mane tərəfindən 1877-1881-ci illər arasında tamamlanan kiçik yağlı boya tablosu. Manetin yaradıcılığı çərçivəsində rəsm çox az tədqiq edilmişdir, çünki sənət tarixçiləri Manet sənətinin inkişafı çərçivəsində əsərə yer tapmaqda çətinlik çəkmişlər. Rəsmin təsviri məzmunu yenicə özünü güllələmiş kimi görünən bir adamla - çarpayıda əyilmiş halda hələ də əlində silah tutan - və bir neçə mebel parçası ilə məhdudlaşır. Manet intiharın əvvəlki təsvirlərini sildi və heç bir hekayə məzmunu və ya "mənəviləşdirmə meyli" təmin etdi. Ulrike İlq tablonu Qustav Kurbetin realizmi ilə əlaqələndirərək qeyd edir ki, Kurbet Ornanda dəfn (1849–50) əsərində də ölüm təsvirindən istifadə edib, bu əsər Kurbet sonralar onu yeni bədii yanaşmasının başlanğıcı kimi təsvir edib. Le Suicidé-nin realizmi, onun faktiki intiharı təsvir etdiyinə dair fərziyyələri gücləndirdi, lakin mövzu, əgər varsa, məlum deyil. Fərziyyələr on ildən çox əvvəl Manetin studiyasında intihar edən Manetin köməkçisi ilə bağlı idi. Rəsmlə əlaqəli olması təklif edilən başqa bir intihar Emil Zolanın 1866-cı ildə yazdığı bir rəssamın intiharıdır. Son tənqidçilər bu assosiasiyaları kiçik hesab edirlər.
İnəklər (rəsm əsəri)
İnəklər — 1890-cı ilin iyul ayında Over-syür-Uazda, Vinsent Van Qoq tərəfindən həkim Gachetin evində olduğu müddətdə çəkilən rəsm əsəridir. Əsər, əvvəllər başqa sənətkarlar tərəfindən çəkilmiş bəzi köhnə əsərləri yenidən çəkməyə cəhd edən Van Qoqun digər nüsxələrindən biridir. "İnəklər" rəsm əsəri indi Pala de Beaux-Arts de Lildə qorunub saxlanılır.
Şərqi Burk-an-Bres
Şərqi Burk-an-Bres (fr. Bourg-en-Bresse-Est) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Burk-an-Bres dairəsinə daxildir. Kodu — 0105. Şərqi Burk-an-Bres kantonuna 6 kommun daxildir və bunlardan əsas Burk-an-Bres kommunası hesab edilir. 1999-cu ildə əhalinin sayı 13 433 nəfər təşkil edirdi.