Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fransa Sudanı
Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī‎) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir. == Tarixi == 9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur. 11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir.
Gənclər sədası
Gənclər sədası — Çar dövründə Bakıda Azərbaycan və rus dillərində nəşr olunan həftəlik qəzet. "Qafqaz müsəlman mütəəllimlərinin mərkəzi komitəsinin" mətbu orqanı idi. İlk nömrəsi 1917-ci il oktyabrın 9-da çıxan qəzetin nəşri həmin ilin sonunadək davam etmişdir. 6 səhifəlik qəzetin 3 səhifəsində Azərbaycan dilində materiallar, qalan 3 səhifədə isə həmin yazıların rus dilinə tərcüməsi verilirdi. Bakıda Nikolayevski küçəsində, "İsmailiyyə" binasında yerləşirdi. Qəzetin əsas məzmunu Qafqazda elm və təhsilin inkişafı, müəllimlərin üzləşdiyi çətinliklər və ədəbi şəxsiyyətlərin təbliği idi. Ölkədəki siyasi vəziyyətlə əlaqədar olaraq qəzet yarandığı il də nəşrini dayandırır.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Admirallıq şurası
Admirallıq şurası (rus. Адмиралтейств-совет) — 1827–1917-ci illərdə Rusiyada dəniz idarəsinin rəhbər orqanı. Əvvəlcə Dəniz Qüvvələri Nazirinin nəzdində bir məsləhətçi təşkilat, 1836-cı ildən dəniz idarəsinin iqtisadi hissəsi üçün ali qurum, 1907-ci ildən dəniz nazirinin rəhbərlik etdiyi Dəniz Qüvvələrinin ali qurumu. Admirallıq şurası 1827-ci ildə admirallıq-kollegiyasından yaradılmışdır. 28 noyabr 1917-ci ildə qüvvəyə minmiş Xalq Komissarları Sovetinin 23 noyabr 1917-ci il tarixli qərarı ilə ləğv edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Адмиралтейств-совет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. А. Я. Сухарев, В. Е. Крутских, А.Я. Сухарева.
Ansionlar Şurası
Ansionlar Şurası (fr. Conseil des Anciens-azərb. Ağsaqqallar (aqillər, veteranlar) Şurası‎) — III Konstitusiya zamanı fransız Milli Konventinin yuxarı palatası. Departamentlərin yaşı qırxa çatmış, nigahda olan, 15 ildən artıq Fransa Respublikasında yaşayan nümayəndəlirindən seçilmiş 250 üzvə malikdir. Ansionlar Tülrində əvvəlcə Manej, sonralar isə Burbon sarayında yığışırdılar. Ansionlar Şurası prezident və katibi bir ay müddətinə seçirdi. Onun üzvüləri maaş alırdılar. Ansionlar Şurası aşağı palatanın - Beşyüzlərin qətnamələrini təsdiq və ya rədd etmək səlahiyyətinə malik olmuşdur. Beşyüzlərin təqdim etdikləri qətnamələr yalnız yuxarı palata - Ansionlar təsdiq etdikdən sonra qanuna çevrilirdi. Amma Ansionlar öz özlüyündə qanunverici təşəbbüsünə mali deyildirlər.
Avropa Şurası
Avropa Şurası — qitənin insan hüquqlarını müdafiə edən aparıcı beynəlxalq təşkilatıdır. Avropa İttifaqının 27 üzv dövlətləri daxil olmaqla 46 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır. Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir.İngilis və Fransız dilləri iki rəsmi dildir. == Şuranın orqanları == Avropa Şurasının aşağıdakı strukturları vardır: Nazirlər Komitəsi; Parlament Assambleyası (AŞPA).Şuraya üzv dövlətlər Avropa İnsan Haqları Konvensiyasına və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Konvensiyasına riayət etməlidirlər. Hər iki sənəd üzrə müdafiə mexanizmi mövcüddür: Avropa İnsan Haqları Məhkəməsi; İşgəncələrin qarşısının alınması üzrə Avropa KomitəsiNazirlər Komitəsi üzv dövlətlərin bu iki orqanın qərarlarına əməl etmələrini təmin edir. Digər vacib Şura orqanları bunlardır: Baş katibin rəhbərlik etdiyi Katiblik; Yerli və Regional Hakimiyyətlər Konqresi (məşvərət orqanı); Avropa İnsan Hüquqları Komissarı. == İdarəçilər == İdarəetmə ilə əlaqəli mövzular Əmək və Sosial İşlər Nazirləri tərəfindən həll edilir; ümumi siyasi problemlər, Xarici işlər və Birliyi maraqlandıran əsas məsələlər Xarici İşlər Nazirlərinin hüquqları çərçivəsindədir. Şuranın mərkəzi Brüsseldədir; ancaq bəzi iclaslar Lüksemburqda keçirilir. == İşi == Avropanın gələcəyi ilə bağlı ən vacib qərarlar Şura tərəfindən verilir.
Beşyüzlər Şurası
Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) — III Konstitusiya zamanı fransız Milli Konventinin aşağı palatası. Adından göründüyü kimi departamentlərin yaşı otuza çatmış nümayəndəlirindən 3 il müddətinə seçilmiş 500 üzvə malikdir.
Direktorlar şurası
Direktorlar şurası – səhmdar cəmiyyətinin ali kollegial, idarəetmə orqanıdır ki, bura səhmdarların ümumi yığıncağında seçilən qurumun (idarəetmə aparatının) rəhbəri və xarici üzvlər daxildir. Direktorlar Şurası ingilis-sakson dilli ölkələrdə yaradılır ki, burada səhmdar cəmiyyətlərin idarə edilməsinin "bir səviyyəli" strukturu fəaliyyət göstərir. Baxmayaraq ki, Direktorlar Şurası ayrı-ayrı şirkətlərin spesifik milli şərtlərini və xüsusiyyətlərini əks etdirir, onların hamısı oxşar funksiyalara və səlahiyyətlərə malikdir: onlar ümumi strateji rəhbərliyi həyata keçirir, administrasiyanın fəaliyyətini təşkil edir, istiqamətləndirir və nəzarət edir, illik və perspektiv planları və hesabları təsdiq edir, səhmdar cəmiyyətinin siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında, rəhbərliyin təyin olunmasında və dəyişdirilməsində (əvəz olunmasında) iştirak edir. Direktorlar Şurasının optimal sayı 10-12 nəfər hesab olunur. Direktorlar Şurasının tərkibinə səhmdar cəmiyyətinin ali idarə edənlərindən (rəhbərlərindən) savayı bu şirkətdən asılı olmayan xarici üzvlər də (elmlər akademiyasının, istehlakçıların nümayəndələri, məsləhətçilər və s.) daxildir ki, bunların xüsusi çəkisi 1/3-ə çata bilər. Bu isə səhmdar cəmiyyətinin ziyanına olaraq rəhbərlərin və səhmdarların şəxsi maraqları ilə diktə olunan əsassız qərarlardan yaxa qurtarmağa imkan verir. Direktorlar Şurası çərçivəsində müxtəlif komitələr (audit, strategiya, maliyyə, şura üzvlərinə namizədlərin seçilməsi və s. üzrə) yaradılır. Direktorlar Şurasının fəaliyyəti səhmdar cəmiyyətində qəbul olunan qaydalarla və prosedurlarla tənzimlənir ki, bunlar da iclasların davamiyyətini və aparılması yerini, qərarların qəbul edilmə qaydasını (bir səslə, ixtisaslı və ya sadə əksəriyyət əsasında), xərclər smetasını və s. müəyyən edir.
Mediasiya Şurası
MEDİASİYA ŞURASI — Mediasiya Şurası "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikasındakı bütün mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurası Avropa İttifaqının dəstəyi ilə işçi qrupun fəaliyyəti nəticəsində 12 fevral 2020-ci ildə yaradılmışdır. İşçi qrup bu məqsədlə Avropa İttifaqı tərəfindən cəlb edilmiş ekspert tərəfindən koordinasiya edilmiş və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən təşkil olunmuşdu. == Funksiyaları == Mediasiya Şurası aşağıdakı funksiyaları həyata keçirir: mediasiya sahəsində tənzimləməni və nəzarəti həyata keçirir; mediasiyanın inkişafı ilə bağlı tədbirlər görür, bu sahədə dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təşkil edir və ya hazırlanmasında iştirak edir; mediatorların ilkin hazırlığı üzrə təlimin və mediatorların ixtisasartırma kurslarının mediasiya təlimi qurumları tərəfindən keçirilməsi ilə bağlı tədbirlər görür; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının reyestrini aparır; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına dair təkliflər hazırlayır; mediasiya prosesi ilə bağlı sənədlərin, o cümlədən protokol və arayışların formalarını hazırlayır və təsdiq edir; mediasiya təşkilatlarından, mediatorlardan və mediasiya təlimi qurumlarından statistik məlumatları toplayır və təhlil edir; üç ildə bir dəfədən az olmayaraq mediasiya sisteminin səmərəliliyini təhlil edir, bundan irəli gələrək müvafiq təkliflər verir və digər tədbirlər görür; mediasiya sahəsində konfranslar və təşviqat tədbirlərinin keçirilməsini təşkil edir; mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlərə baxır; mediasiya təşkilatı, mediator və mediasiya təlimi qurumu tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair qərar qəbul edir; mediatorların intizam məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edir; mediatorların, mediasiya təşkilatlarının və mediasiya təlimi qurumlarının müvafiq fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və Mediasiya Şurasının üzvlüyündən çıxarılması barədə qərarlar qəbul edir, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 11.6-cı və 17.3-cü maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə qarşısında müvafiq məsələ qaldırır; intizam icraatının həyata keçirilməsi qaydasını müəyyən edir; mediasiya fəaliyyəti haqqında informasiya və statistik xarakterli hesabatı rübdə bir dəfə ictimaiyyətə açıqlayır.Mediasiya Şurasının fəaliyyəti "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara və Nizamnaməsinə əsasən həyata keçirilir. == İdarəetmə == == Üzvləri == Bütün mediatorlar, mediasiya təşkilatları və mediasiya təlimi qurumlarının Mediasiya Şurasının üzvü olması tələb olunur. Mediasiya Şurasının hazırda 1 mediasiya təlimi qurumu və 57 mediator olmaqla, 58 üzvü vardır və 300 nəfərdən çox mediatorların ilkin hazırlığı üzrə təlimi başa vuran yeni namizədlərin və mediasiya təşkilatlarının qəbul olunması gözlənilir. === Mediator === Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək sertifikat əldə etməlidir.Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər. === Mediasiya təşkilatı === Mediasiya təşkilatı qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir: ən azı iki mediatorla (onlardan əz azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsi olmalıdır; mediator tərəfindən göstərilən mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qaydaya malik olmalıdır; istifadəsində ən azı iki otaqdan ibarət ofisi olmalıdır. === Mediasiya təlimi qurumu === Mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir: 1.
Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Türk Şurası
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) (qaz. Turki Memleketteriniñ Ūyımı, qırğ. Түрк мамлекеттеринин уюму, özb. Turk Davlatlari Tashkiloti türk. Türk Devletleri Teşkilatı, ing. Organization of Turkic States) — 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.Özbəkistan 30 aprel 2018-ci ildə qatılma niyyətinin olduğunu açıqlamış və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olmuşdur. Bu əməkdaşlıq şurasının qurulması fikri ilk dəfə 2006-cı ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilmişdir. 24 may 2019-cu il tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını almışdır. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam üzvlük tələbini etməsi gözlənilir. Təməlləri 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkcə Danışan ölkələr Zirvəsinə dayanna şuranın qurumsal mərkəzləri İstanbul (ümumi katiblik), Bakı (Parlament Assambleyası) və Astanadır (Beynəlxalq Türk Akademiyası).
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Azərbaycan Şurası
Azərbaycan Şurası və ya Əncüməni Azərbaycan — İran İslam İnqilabı zamanı Cənubi Azərbaycanda yaradılmış və İrandakı Azərbaycan türkləri üçün geniş muxtariyyət istəyən siyasi təşkilat. == Tarixi == İnqilabın gətirdiyi nisbi rahatlıq dövrü zamanı Təbriz əsas olmaqla bir çox təşkilatlar və Azərbaycan türkcəsində mətbuat orqanları meydana çıxdı. Cənubi Azərbaycana aid qurulmuş mühüm təşkilatlardan biri də Əncüməni Azərbaycan idi. Əncümənin çap edilmiş proqramında "Azərbaycanın milli dilinin və mədəniyyətinin" tanınmasını, Azərbaycan türkcəsində növbəti tədris ilindən etibarən məktəblərin və media orqanlarının yaradılmasını, habelə bu dilin rəsmi qurumlarda, məhkəmələrdə istifadəsinin rəsmi olaraq qəbul edilməsini tələb edirdi. Əncümən daha da irəli gedərək rəsmi Tehranla konfederasiya əlaqəsində olmağı tələb edirdi. Rəsmi olaraq yalnız regional muxtariyyət tələb edilsə də, Əncümən bütün inzibati, mədəni, hüquqi, iqtisadi və hətta təhlükəsizlik məsələlərinin yerli nümayəndələrdə və şuralarda olmasını istəyirdi. Tələbə əsasən bu şuralar və təmsilçilər yerli xalq tərəfindən seçilməli idi. İslam İnqilabından sonrakı ilkin dövrdə bir çox Azərbaycan siyasətçiləri və ziyalıları İslam Respublikasının yeni konstitusiyasında, Yazıçılar Birliyi kimi bir çox ictimai qurumların nizamnamələrində və bir çox mövcud İran siyasi hərəkatları daxilində etnik azlıqların dil hüquqlarının təmin edilməsində fəal iştirak etmişlər. Yeni İran konstitusiyasının XV maddəsinin yerli və milli dillərin mətbuatda və məktəblərdə istifadəsinə rəsmi şəkildə icazə versə də, rejim bu maddənin reallıqda həyata keçməsinə icazə vermədi. Artıq Ali Dini Lider olmuş Ruhullah Xomeyni "İslamda fərqli dilləri danışan müsəlmanlar arasında fərq yoxdur" və "belə tələblər müsəlmanların birləşməsini istəməyən qüvvələr tərəfindən yaradılır deyərək buna qarşı çıxmışdı".
Valyuta şurası
Valyuta şurası (ing. сurrency board), və ya valyuta idarəsi — monetar orqanların qanunvericilik səviyyəsində müəyyən edilmiş sabit məzənnə ilə milli valyutanın qeyri-məhdud xarici valyutaya dəyişdirilməsi öhdəliyini öz üzərinə götürdüyü pul siyasəti rejimi. Valyuta şurası, idarə və ya şura təsvir olunan siyasətin həyata keçirilməsinə cavabdeh olan pul orqanlarıdır. Milli valyutanın məzənnəsinin müəyyən edildiyi xarici valyutaya “lövbər valyutası” deyilir. Valyuta şurası Avropa imperiyalarının çiçəklənmə dövründə geniş yayıldı və müstəmləkələrdə pul hakimiyyətinin bir forması idi. Koloniyada yerli valyutanın buraxılışı metropolun ehtiyat valyutasının dəstəyi ilə həyata keçirilirdi. Əslində, koloniyanın pul orqanları emissiya funksiyasından məhrumdurlar: onlar yalnız bir valyutanı digərinə dəyişirlər. Qlobal maliyyə sistemində ümumi pul kütləsi dəyişməz olaraq qalır. Real emissiya mərkəzlərinin rolu müstəmləkələrin ehtiyatlarını təşkil edən ehtiyat valyuta buraxan mərkəzi banklarda qalır. Bu sistem XIX əsrin ortalarında ingilislər tərəfindən öz koloniyaları üçün yaradılmışdır.
Lazer şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
İşıq şüası
Lazer şüası və ya işıq şüası — işığın nazik bir şüa formasında bir mənbədən çıxaraq şüalanmasına verilən addır. Buna misal olaraq günəş işığının ona maneə törədən hər hansısa obyektin (məsələn, bulud) ortasındakı dəlikdən nazik şüa şəklində parlamasını göstərmək mümkündür. İşıq şüasını süni şəkildə istehsal etmək üçün lampa və parabolik reflektordan istifadə olunur. Bu texnologiya LED-lər, işıqforlar kimi bir çox cihazlarda istifadə olunur. Lazerlər şüanın mümkün qədər az əyilməsini təmin edirlər və beləliklə də, demək olar ki, paralel şüalar əldə edilir.
Azərbaycan Milli Şurası
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, Azərbaycan Milli Şurası (az.-əbcəd آذربایجان میلی شوراسی‎) və ya Azərbaycan Şurayi-Milliyəsi (az.-əbcəd آذربایجان شوراى میلیسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin 27 may 1918-ci ildən 17 iyun 1918-ci ilədək və yenidən 16 noyabr 1918-ci ildən 3 dekabr 1918-ci ilədək olan dövrdə mövcud olmuş ilk qanunvericilik qurumu. Seçkilər ilə formalaşan bir qanunverici quruluşdur. == Tarixi == Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası – Müsavat Partiyası və ona qoşulan demokratik bitərəflər qrupu, Müsəlman Sosialist Bloku, Rusiyada Müsəlmanlıq "İttihad", Hümmət Partiyası (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd — yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi. Milli Şura Cənub-Şərqi Qafqazda müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt — İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Heybətqulu bəy Məmmədbəyli, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik-Yeqanov və Hacı Səlim Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (Sultan Məcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmışlar Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyli, Cavad bəy Məlik-Yeqanov və Mustafa Mahmudov imzalamışdılar.Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər.
Alman Milli Şurası
Alman Milli Şurası — Azərbaycandakı alman koloniyalarının mənafeyini müdafiə etmək məqsədilə fəaliyyət göstərmiş qurum. 1918-ci il noyabrın 19-da yaradılmışdı. Şura, ilk növbədə, almanların Azərbaycandakı əmlakının qorunması məsələləri ilə məşğul olurdu. Sayları az olduğundan seçki senzinə uyğun gəlməmələrinə baxramayaraq, milli təmsilçilik prinsipinə uyğun olaraq Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr tarixli qərarı ilə alman əhalisindən də bir nümayəndəni Parlamentin tərkibinə daxil etmək və onun seçimini alman milli təşkilatlarına həvalə etmək nəzərdə tutulmuşdu. Azərbaycan Parlamentində mill azlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman azlığının nümayəndəsi mandatını Yelenendorfdan (indiki Göygöl) olan deputat Lorens Yakov Kun aldı. Onun Parlamentdəki, xüsusilə aqrar komissiyasındakı işi, əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi.
Azərbaycan Ağsaqqallar Şurası
Azərbaycan Ağsaqqallar Şurası — 1989-cu ildə İmam Mustafayev tərəfindən təsis olunmuş təşkilat. == Tarixi == 1989-cu ildə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi İmam Mustafayev tərəfindən təsis olunub. 1990-cı ildə dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyətə başlayıb. 1998-ci ildə İmam Mustafayevin vəfatından sonra akademik Budaq Budaqov 1998–2012-ci illərdə sədrlik edib. 2012–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini,Fəttah Heydərov rəhbərlik edib. 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı — "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev keçirilən qurultayda sədr seçilib. == Fəaliyyəti == === Həyata keçirtdiyi layihələr === Azərbaycan Ağsaqqallar Şurası ilə "Türk Dünyası Ağsaqqalları" qəzetinin birgə təbdirlər keçiriblər. "İmkansız ailələrə maddi-mənəvi dəstək, gənc ailələrin maarifləndirilməsi"(2000–2006) "Bizə uzanan əllər" (2005-ci ildən bu günə qədər) "Ümidə qayıdış- həbsxanada cəza çəkən insanların tərbiyələnməsinə ictimai dəstək və yaradıcı insanların tanıdılması"(2007–2011 "Görünməyən tariximiz-itməkə olan abidələrin və adətlərin bərpası, qeydə alınmamış abidələrin şərhi"(2008–2010) "Ağsaqqal və gənclik- cəbhələrdə, məktəb və bağçalarda gənclərlə birlikdə maarifləndirici təbliğat"(2009–2012 "Ekologiya və biz" (2010–2013) "Əsgərlərə yeni ruh"(2011–2019) "Biz heç kimi unutmuruq.."(2008-ci ildən davam edir) "Türkdilli dövlətlərin həyatı və inteqrasiya məsələləri Azərbaycan mediasında: mövcud durum və perspektivlər"(2013-Mətbuat Şurası ilə birgə 1 illik layihə "Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında"(2017–2018) "Azərbaycanın iqtisadi konsepsiyası:media hərəkətverici qüvvə kimi"-(2013) Qeyd edək ki, bu layihələr çərçivəsində Ramin Əhmədov işçi qrupu ilə birlikdə hər il 500-dən yuxarı şəhid ailəsini və şəhid məzarlarını ziyarət edir, imkansız aztəminatlı ailələrin və sığınacaqlarda olan uşaqları dərs ləvazimatları, paltar və ərzaqla təmin edir. Müharibə veteranları, fiziki qüsurlu insanlara məxsusi diqqət ayırır. Bütün bayramlarda onlara tədbir keçirilir, ərzaq sovqatı verilir.
Azərbaycan Mətbuat Şurası
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
Azərbaycan Sənaye Şurası
Azərbaycan Sənaye Şurası (Азәрбајҹан Сәнаје Шурасы) və ya Azərsənətbirliyi (Азәрсәнәтбирлији) — Azərbaycan SSR-də sənət kooperasiyasının rəhbər, təşkilat və təsərrüfat mərkəzi. == Tarixi == 1920-ci ildə "Kustar və Sənətkarlar İttifaqı" adı ilə təşkil olunmuşdur. 1927-ci ildə onun əsasında yaradılan "Qırmızı Kustar İttifaqı" az sonra "Azərsənətbirliyi" adlanmışdır. İkinci beşillikdə respublikanın bir sıra şəhər və rayonlarında sənətkar ittifaqlarının yaradılması nəticəsində "Azərsənətbirliyi" Azərbaycan Sənaye Şurasına çevrilmişdir. 1960-cı ildə Azərbaycan Sənaye Şurası ləğv edilmiş, bütün müəssisələri respublika Məişət Xidməti Nazirliyinə verilmişdir.
Azərbaycanın Təhlükəsizlik Şurası
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası — 1991-ci il mayın 14-də Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Milli Təhlükəsizlik Şurası adı ilə yaradılıb. == Haqqında == Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən yaradılan məşvərətçi orqandır. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır və səlahiyyətlərinə aid edilmiş digər funksiyaları yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasının sədridir. Təhlükəsizlik Şurasının üzvlərini, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti təyin və azad edir. Təhlükəsizlik Şurası öz işini iclaslar vasitəsilə həyata keçirir. Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini Təhlükəsizlik Şurasının sədri müəyyən edir. Təhlükəsizlik Şurasının iclaslarının təşkilini Təhlükəsizlik Şurasının katibi təmin edir. Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının funksiyalarının həyata keçirilməsini təmin edən vəzifəli şəxsdir. Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.
Ağbaba Milli Şurası
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. == Haqqında == Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
BMT Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Başqırd Mərkəzi Şurası
Başqırd Mərkəzi Şurası və ya Başqırd Vilayət Şurası (baş:Башҡорт мәркәз шураһы) — 20 iyul 1917-ci ildə I Ümumbaşqırd Qurultayında Başqırd Milli Hərəkatına rəhbərlik etmək üçün yaradılıb. == Tarixi == 1-11 may tarixlərində Moskvada Ümumrusiya Müsəlmanlarının I Qurultayı çağırılır. Bu qurultayda başqırdların 50 nəfərlik heyəti Rusiyanın federativ üsulla idarəedilməsi, Başqırd muxtariyyətinin qurulması və tutulmuş başqırd torpaqlarının geri qaytarılması tələbi ilə çıxış edirlər. Qurultay getdiyi dövrdə 10 may tarixində başqırd nümayəndə heyəti I Ümumbaşqırd qurultayını çağırmaq üçün idarəedici orqan seçirlər.Şuranın mərkəzi ilk dövrlər Orenburq şəhərində, 1918-ci ilin iyun-avqust aylarında Çelyabinskdə, dekabr ayından etibarən isə Orsk qəzasının sərhədləri daxilində yerləşirdi.Başqırd Mərkəzi Şurası müxtəlif bölgə şuralarını koordinasiya edirdi. II və III Ümumbaşqırd qurultaylarını təşkil etməklə yanaşı Şura həm də Ümumrusiya Müəssisələr Məclisinə namizədlərin seçkiqabağı kampaniyalarını da keçirirdi. 15 noyabr 1917-ci ildə Başqırd Mərkəzi Şurası Başqurdistan milli muxtariyyətinin qurulduğunu elan etdi. 17 fevral 1918-ci ildə Orenburq quberniyasının hərbi-inqilab komitəsi sədrinin əmrilə Başqırd Mərkəzi Şurasının üzvlərinin bir hissəsi və Başqırd hökumətinin bəzi bölmə rəhbərləri həbs olundular. Aprelin əvvəlində onlar Orenburqun başqırd və kazak dəstələri tərəfindən tutulmasından sonra azad olundular. İyun ayında mərkəzi şura öz fəaliyyətini bərpa etdi. Şura Başqırd hökumətinin tədbirlərini dəstəkləyib, antibolşevik təbliğat apararaq Başqırd Milli Hərəkatı üçün maaliyyət dəstəyi yığmaqla yanaşı, digər milli hərəkatlarla münasibət yaradırdı.
Alesia savaşı
Alesia savaşı və ya mühasirəsi — e.ə. 52-ci ildə Qay Yuli Sezarın başçılıq etdiyi Roma ordusu ilə Versinqetorikin rəhbərliyi alyındakı Qalliya ordularının toqquşmasıdır. Bu hadisədən sonra Qalliya torpaqları bütün azadlıqlarını ititrərək Romanın əyalətinə çevrildi. Alesia savaşı həmçinin Yuli Sezarın hərbi dühasının ən böyük nümunnələrindən hesab olunur və dünya hərb tarixinə mühasirə döyüşünün nadir nümunələrindən biri kimi düşüb. Bir çox tarixçi bu savaşın müasir Fransa ərazisindəki Alise-Sainte-Reine şəhəri yaxınlığında baş tutduğunu desə də, Yuli Sezarın şəxsi qeydlərində təsvir etdiyi ərazilər bu bölgəylə uyğun gəlmir, bu səbəbdən də döyüşün yeri barədə müxtəlif fikirlər səsləndirirlir.Döyüş zamanı qalliyalılar romalılardan 4 dəfə çox idi. Həmin dövrün tarixçiləri ilə yanaşı, Yuli Sezarın "Qalliya müharibəsi ilə bağlı qeydlər" ( it. Commentarii de Bello Gallico) əsərində də Alesia savaşı ətraflı təsvir edilib. Bu döyüşdən sonra Roma Respublikası müasir Fransa və Belçika ərazilərini tam nəzarəti altına aldı. Roma Senatı bu qələbə münasibətilə Sezarı 20 günlük şükranla təltif etdi. == Savaşdan əvvəlki vəziyyət == Roma ənənələrinə görə 2 illik konsulluq müddətini tamamlayan şəxslər Roma vilayətlrində 1 il müddətinə prokonsulluq etmək hüququ qazanırdılar.
Arazbar savaşı
Aydaşı (cemston)
Aydaşı – Na-K-lu alümosilikat mineralıdır. Kimyəvi formulu (Na, K)AlSi3O8-dir. Ortoklazın şəffaf, rəngsiz növüdür. Mineral həmçinin adulyar (İsveçrədə Adula dağ yatağın adına görə) kimi də tanınır. == Etimologiya == == Tarixi == == Geologiya == === Formasiya === == Yataqları == Aydaşının yataqları əsasən Qərbi Azərbyacanda Göyçə gölü ətrafında, Avstraliya, Avstriya Alpları, Meksika, Madaqaskar, Norveç, Polşa, Hindistan, Şri-Lanka və ABŞ-dadır. == Adulyarlaşma == Andezit-bazalt tərkibli vulkanitlərin metasomatoz nəticəsində dəyişilərək başqa minerallarla yanaşı adulyarın əmələgəlmə prosesi. Adulyarlaşma adətən müasir vulkanların solfatar fəaliyyəti sayəsində baş verir. Adulyarlaşma propillit və törəmə kvarsit formasiyaları üçün səciyyəvidir. Qızıl, gümüş, civə, sürmə və b. metal filizlərinin çökməsini müşayiət edən kvars-adulyar-serisit tərkibli metasomatitləri əmələ gətirir.
Damğan savaşı
Damğan və ya Mehmandust döyüşü — Damğan şəhərinin yaxınlığında 1729-cu ilin 29 sentyabrından 5 oktyabra qədər davam etmiş döyüş. Döyüş Səfəvi dövləti ilə əfqanlar arasında baş tutmuşdur. Döyüş Nadir xan və Səfəvi hakimiyyəti baxımından mühüm qələbə ilə nəticələndi, lakin Əşrəf xanın İrandakı hakimiyyətinə hələ tam son qoyulmamışdı. II Təhmasibi taxtda bərpa etmək üçün bu döyüşü uğurlu yürüşlər izlədi. Damğan döyüşündən sonra Murçe Xort döyüşü baş verdi. Murçe Xort İsfahan yaxınlığında kənd idi və döyüş səfəvilərin qələbəsi ilə nəticələndi. Bu iki döyüşün nəticəsində əfqan Gilzay sülaləsinin imperiya taxtındakı qısamüddətli hakimiyyətinə son qoyuldu. Hotakilər indiki Əfqanıstanın cənub hissəsini əhatə edən öz ərazilərinə qovuldular.Damğan döyüşü Nadir xanın hərbi sisteminin köhnə üslublu süvarilərə əsaslanan ordularla müqayisədə çox yüksək olduğunu sübut etdi. Əfqanların ordusu süvari əsaslı köhnə dəbli ordu idi. Damğan döyüşündən sonra Əşrəf xan bu problemi həll etməyə çalışsa da, onun tapdığı həll yolları yetərli səviyyədə olmadı və Murçe Xort döyüşündə də məğlub oldu.
Dünyaların savaşı
Dünyaların savaşı — 1898-ci ildə Herbert Uells tərəfindən qələmə alınmış roman. İngilis yazıçısı və alimi Herbert Uells uşaq yaşlarından elmə və ədəbiyyata böyük maraq göstərmişdir. 17 yaşında ikən Kral Elmi Cəmiyyətinin kollecində təhsil alan Herbert 25 il sonra bu cəmiyyətin prezidenti seçilmişdi. Elmi-fantastik janrın inkişafında yeni mərhələ açan "Dünyaların savaşı" əsəri 1898-ci ildə yazılmışdır. Romanda yadplanetlilərin Yer kürəsinə hücumu təsvir olunur. Hadisələr London və onun ətrafında cərəyan edir.
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Göyçay savaşı
Göyçay döyüşü (rus. Геокчайский бой, türk. Göyçay/Gökçay Muharebesi) və ya Göyçay basqını (türk. Göyçay/Gökçay Baskını) — 27 iyun – 1 iyul 1918-ci il tarixində Nuru Paşanın başçılıq etdiyi Azərbaycan–Osmanlı koalisiya qüvvələri ilə XI Qızıl Ordu və erməni-daşnak qüvvələri arasında baş vermiş döyüş. İlkin döyüş 30 iyunda başa çatmışdır, lakin kiçik toqquşmalar 1 iyuluna qədər davam etmişdir. Sayca altı dəfə kiçik olmasına baxmayaraq, Azərbaycan–Osmanlı koalisiya qüvvələri erməni–sovet qüvvələrini Qafqaz İslam Ordusunun qərargahı olan Gəncəyə çatmamış məğlub etməyə nail olmuşdular. Azərbaycan–Osmanlı qoşunları Göyçaydan Şamaxıya qədər olan ərazilərə nəzarəti ələ keçirə bilmişdilər. Döyüş nəticəsində bölgədə erməni–sovet hökmranlığına son qoyulmuşdur. == Zəmin == Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası Gəncədə Osmanlı ordusunun döyüş vəziyyətinə qayıtmasının qarşısını almaq üçün hərbi əməliyyata başlamaq qərarına gəlmişdir. Bakı Xalq Komissarları Sovetinin Hərbi və Dəniz İşləri Komitəsinin komandiri Qriqori Korqanov 4 iyun 1918-ci ildə imzaladığı əmrlə Qızıl Ordunun hərəkətə keçməsini xahiş etmişdir.
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Hündürlük sükanı
Hündürlük sükanı — eninə ox ətrafında fırlanmanı həyata keçirən təyyarənin aerodinamik idarəetmə orqanıdır. Hündürlük sükanı uçan təyyarənin tanqajının dəyişməsinə səbəb olan hərəkətli idarə olunan səthdir. Aerodinamik sxemdən asılı olaraq hündürlük sükanı təyyarənin müxtəlif yerlərində quraşdırıla bilər. Normal sxemə görə, hündürlük sükanları stabilizatorların arxa kənarlarında yerləşən quyruq lələki elementləridir. Səsdən surətli təyyarələrin əksəriyyətində yüksəklik hündürlük sükanların funksiyasını tam dövriyyəli stabilizatorlar yerinə yetirir. "Ördək" sxemi hündürlük sükanların qabaqda yerləşməsini nəzərdə tutur; "quyruqsuz" sxemi isə, hündürlük sükanlarının elevonlarla dəyişdirilməsini nəzərdə tutur. Təyyarənin tangajla idarə edilməsi pilot tərəfindən sükan çarxını özünə götürməklə və ya özündən geri qaytarmaqla həyata keçirilir. Hündürlük sükanları bu zaman müvafiq olaraq yuxarı və ya aşağı sapdırılır, kabrirləşdirici və ya şığıyıcı an yaradır, və təyyarənin burnu yuxarı qalxır və ya aşağı düşür.
Kürdaşı (Xoy)
Kürdaşı (fars. كردنشين‎) və ya Kürdnişin - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Məşəl savaşı
Məşəl savaşı və ya Məşəl döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. == Arxa plan == Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Qavqamel savaşı
Qavqamela vuruşması — E.ə. 331-ci il oktyabrın 1-də Makedoniyalı İsgəndərin qoşunları ilə III Daranın qoşunları arasında baş verən üçüncü vuruşma.Fars ordusunun ciddi müqavimətinə və inadkarlıqla döyüşməsinə baxmayaraq yunan-makedon ordusu qalib gəldi Qavqamela vuruşması həm qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini hesab edilir. == Tarixi == Döyüşdə III Daranın ordusu məğlub edildi. Şah bir neçə satrapla və kiçik qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya çəklir. Lakin yunan-makedoniyalılar özləri də bütün yürüş müddətində bu döyüşdə ən ağır tələfata uğrayırlar. Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. O, Babil və Suzu işğal etdi, sonra Parsaya soxuldu. Farsların iki paytaxtının ikisi də - Pasarqad da, Persepol da tutuldu. Makedoniyalı fateh burada xeyli sərvət - 120 min talant gümüş və qızıl, çoxlu qızıl və gümüş qab-qacaq, müxtəlif daş-qaş ələ keçirdi. Persepol şah sarayı yandırıldı.
Siffin savaşı
Siffeyn döyüşü (ərəb. وقعة صفين‎) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffində 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir. Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir. == Döyüşə gedən yol == Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
Südabə Həsənova
Südabə Cəmşid qızı Həsənova (5 fevral 1947, Yengicə, Noraşen rayonu) — Azərbaycan hüquqşünası və dövlət xadimi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2017). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2005–2021), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2000–2005), Azərbaycan Respublikasının ədliyyə naziri (1998–2000), ədliyyə nazirinin birinci müavini (1987–1992, 1993–1998) vəzifələrində çalışmışdır. == Həyatı == Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1971–1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləmişdir. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə S. Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir. 1980-ci ilin 27 martında S. Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir. 1980-ci ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir. S. Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur.
Südabə İrəvanlı
Südabə İrəvanlı (Südabə Tofiq qızı Kazımova; 7 yanvar 1962, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair. == Həyatı == Südabə İrəvanlı 07 yanvar 1962-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Taymır Yazıçılar Birliyinin üzvü, Aşıq Pəri Məclisinin üzvü və Mirvarid Dilbazi Poeziya Məclisinin üzvüdür. 1984 -cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində otuz iki il yaşamış və orda Azərbaycan Diasporasının nəzdində "Qadınlar şura"sının sədri vəzifəsində uzun müddət çalışmışdır. Rusiya Taymır Yazıçılar Birliyinin "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və.s kimi almanaxlarında şeirləri çap edilmiş və iki dəfə poeziya müsabiqələrinin qalibi olmuşdur. Bir çox şeirləri rus dilinə çap olunmuşdur. Azərbaycanda "Palitra" , "Azərbaycan", "Sahibkarlıq" kimi qəzetlərdə və "Elm və Həyat", “Mişov dağı” kimi jurnallarda şeirləri çap edilmişdir. Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir. == Ailəsi == Ailəlidir, üç övladı var.
İstiqamət sükanı
İstiqamət sükanı — quyruq lələkində yerləşən və təyyarənin normal oxa nisbətən idarə olunması üçün nəzərdə tutulan təyyarə idarəetmə orqanı (yəni, istiqamət sükanın köməyi ilə yellənmənin bucağı dəyişir). Kilə bərkidilən hərəkətli müstəvidir. İstiqamət sükanına təsir pilotun kabinəsində yerləşən pedalları basmaqla həyata keçirilir. Ağır magistral avialaynerlərdə istiqamət sükanı, əsasən, qaçış və yüyürmə zamanı kursun düzəldilməsi üçün istifadə olunur. Eyni zamanda, səsdən surətli təyyarələrdə uçuşun yüksək sürətlərində döndərmə radiusu həddindən artıq böyük olur, buna görə də "məzənnə üzrə çarpaz siqnal" deyilən yellənmə kanalına yeridilir. Eyni zamanda, təyyarənin yellənməyə girməsi ilə eleronların bir proporsional bucaqa sapması ilə eyni vaxtda sükan çarxı dönərək istiqamət sükanıda rədd edilir.
İt savaşı
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. == İt savaşının səbəbləri və nəticələri == Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
Bayat savaşı
Bayat savaşı və ya Bayat müharibəsi — Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək üçün Qarabağ xanlığına hücumu nəticəsində baş verən döyüşdür. Bu döyüş Qarabağ xanlığının xanı Pənahəli xanın qələbəsi ilə başa çatıb. == Döyüş == Hacı Çələbinin Qarabağ xanlığının ərazisini Şəki xanlığına birləşdirmək siyasəti 1748-ci ildə Şəki xanlığı ilə Qarabağ xanlığı arasında Bayat savaşına səbəb oldu. Hacı Çələbi və onun müttəfiqi Şamaxı xanı Hacı Məhəmmədəli xanın birləşmiş qüvvələri Qarabağın bəzi ərazilərini ələ keçirsələr də, qələbə qazana bilməyərək Pənahəli xanın müstəqilliyini tanıdılar. Hacı Çələbi xan geri qayıdarkən dedi ki: Pənah xan indiyənəcən bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq!
Səhra savaşı (roman)
Səhra savaşı – Azərbaycan yazıçısı Vaqif Sultanlının 2015-ci ildə yayınlanan fəlsəfi-mifoloji mövzuda yazdığı roman == Süjet == Şərti-metafоrik üslubda qələmə alınmış "Səhra savaşı" rоmanında təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Əsərin qəhrəmanı olan Qoca keçmişə dönərkən Çilli Dərvişlə qarşılaşır, onun tövsiyəsilə vaxt bazarını ziyarət edir, Sarı Dərvişlə görüşür, nəhayət, Ağ Dərvişlə qarşılaşaraq Ruh dərgahını ziyarət edir. Lakin Ruh dərgahının ruh bazarına çevilməsini görüncə dərin sarsıntı keçirir. Romanın finalında əsrlərin, minillərin bağrından qopub gələn və yer üzünü lərzəyə gətirən qurdun ulaş səsi səsi eşidilir və Qocanın gözlərinə tük gəlir. Hadisələrin bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir. Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin forma-sənətkarlıq baxımından seçilən "Səhra savaşı" çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir. Romanda məkan və zaman vəhdəti orijinal müstəvidə qoyulur və zaman məkan müstəvisinə köçürülür. == Romanın dünya dillərinə tərcüməsi == Vaqif Sultanlının "Səhra savaşı" romanı ("Struggle in the desert") ingilis dilinə çevrilərək Böyük Britaniyada nəşr olunmuşdur. Londonun "Rossendale books" nəşriyyatında yayınlanan kitabı ingilis dilinə Cavid Abbaslı çevirmişdir.
Türk Qurtuluş Savaşı
Türkiyə İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə.Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı. Antanta (Müttəfiqlər) Anadolunu və Şərqi Frakiyanı tamamilə tərk etdilər.
Türkiyə Qurtuluş Savaşı
Türkiyə İstiqlaliyyət müharibəsi (türk. Türk Kurtuluş Savaşı), İstiqlaliyyət müharibəsi (türk. İstiklâl Harbi) və ya Milli Mübarizə (türk. Millî Mücadele) — I Dünya Müharibəsindən məğlub olaraq ayrılan Osmanlı imperiyasının Antanta qüvvələri tərəfindən işğalı nəticəsində Misak-i Milli sərhədləri daxilində ölkənin bütövlüyü üçün başladılan çox cəbhəli siyasi və hərbi mübarizə.Anadoluda türk milli mübarizəsi Mustafa Kamal Atatürk və yoldaşlarının Türkiyə Böyük Millət Məclisini qurması ilə özünün ən pik nöqtəsinə çatdı. Ermənistan–Türkiyə, Fransa–Türkiyə, Yunanıstan–Türkiyə müharibələrindən sonra, bundan əvvəl I Dünya Müharibəsindən məğlub ayrılmış Osmanlı dövlətinin imzaladığı Sevr müqaviləsi qüvvədən düşdü. Əslində bu milli mübarizənin başlanmasının əsas səbəblərindən biri də Sevr müqaviləsi idi. Uğurlu hərbi əməliyyatlardan sonra Şərq cəbhəsindəki döyüşlərin nəticəsi kimi Qars müqaviləsi imzalandı (1921 oktyabr). 1922-ci il boyunca Mustafa Kamal Atatürkün rəhbərliyi altında aparılan hərbi əməliyyatlar tam uğurla yekunlaşdırıldı. Nəticədə 1923-cü ilin iyulunda Lozanna sülh müqaviləsi imzalandı. Antanta (Müttəfiqlər) Anadolunu və Şərqi Frakiyanı tamamilə tərk etdilər.
Yaqub Şevki Subaşı
Yaqub Şevki Subaşı (1876, Harput - 20 dekabr 1939, Ankara) türk hərbçi. Balkan müharibələri, Birinci dünya müharibəsi və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir. == Balkan müharibələri == 4 fevral 1913-cü il tarixində Çatalca Ordusu Artilleriya Komandanlığı baş qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə olarkən Balkan müharibəsində iştirak etmişdir. == Birinci dünya müharibəsi == === Çanaqqala müharibəsi === 31 avqust 1915-ci ildə Mustafa Kamal Paşanın yerinə 19-cu diviziya komandanı vəzifəsinə təyin olunmuşdur. 15 oktyabr 1915-ci ildə 3-cü Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. === Qalisiya cəbhəsi === 21 oktyabr 1915-ci il tarixində 15-ci Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 5 oktyabr 1916-cı ildə Qalisiyada 15-ci Ordu Korpusu komandanı vəzifəsində xidmət edərkən Mirliva rütbəsinə yüksəlmiş və "Paşa" adı almışdır. === Qafqaz cəbhəsi === 18 noyabr 1916-cı ildə 14-cü Ordu Korpusu komandanı, 10 avqust 1917-ci ildə yenidən təşkil olunan 3-cü Ordunun tabeçiliyi altında olan 2-ci Qafqaz Ordu Korpusu komandanı vəzifəsinə təyin olundu. 11 oktyabr 1917-ci ildə isə 2-ci Ordu komandan müavini vəzifəsində xidmətini davam etdirərkən ruslara qarşı Qars döyüşündə iştirak etmiş və qalib gəlmişdir.
Ağdaşi
Ağdaşi — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Məhəmməd Ağdaşi Mənsəbi Ağdaşi - XVIII əsr şairi Qul Əhməd Ağdaşi - (XVI) Gül Əhməd Şirvani əl-Ağdaşi əl-Cardami - XVI. Əsrin məşhur məntiq alimlərindən biri Qunut şərhi risaləsi var. Sədrəddin Şirvani əl-Ağdaşinin Ayətəl Kürsi Təfsiri risaləsi. Şeyx Əməd Əl Ağdaşi Abdullah Əfəndi el-Ağdâşî Məhəmməd Nəbi Ağdaşi Şeyx-i Kamil Şeyx Molla Məhəmməd əl-Ağdaşi əş-Şirvani ibn Rüqeyyə Xatun'un Abdulaziz Nəqşibəndi əl-Ağdaşinin Tuhfətul İxvan risaləsi və müridlərindən Trabzonlu Ali Nəfi əfəndinin mədhiyyəsiAbdunnafi Ağdaşi- namaz təlimi kitabı.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Suarası
Suarası — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Suarası kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Səfiyan kəndindən köçüb gəlmiş ailələr Binələr adlı sahədə salmışlar. Kəndin adı onun coğrafi mövqeyini əks etdirir. Oykonim su və arası sözlərindən ibarət olub, kəndin iki kiçik çay (sağda Vəlilər suyu və solda Noxudlu suyu) arasında yerləşdiyini bildirir. Hər iki su Xanalılar kəndinin yaxınlığında birləşərək Həkəri çayının qolu olan Zurdərə çayını əmələ gətirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.
Südanası
Südanası — qadın başqasının uşağını əmizdirmək üçün tutulur və çox vaxt həm də ona qulluq edir. == Səbəblər == Uşağın anası uşağını əmizdirmək istəmədiyi və ya bunu bacarmadığı təqdirdə südanası dəvət edilə bilər. Bunun səbəbləri müxtəlifdir. Onlar xərçəng kimi ciddi xroniki xəstəliklərdən tutmuş, ana südü ilə qidalanma səbəbindən qadın sinəsinin formasını itirəcəyi barədə yanlış təsəvvürlərə qədər dəyişə bilər. Bundan əlavə südanasını dəvət etmənin səbəbi dərman ana südünün tərkibini dəyişdirərsə, kimyəvi və dərman vasitələrindən (həm resept, həm də qanunsuz, narkotik kimi) istifadə ola bilər. Ananın südü yetərli olmadıqda südanası tələb oluna bilər. Yəni ana körpəsini xüsusən də əkizlər doğulduqdan sonra onları lazımi şəkildə bəsləmək iqtidarında olmadıqda südanasına ehtiyac yarana bilər. Südanalarına bir qayda olaraq, ana ölümünün yüksək olduğu ərazilərdə daha çox rast gəlinir. == Südün gəlişi == Qadın yalnız südü olarsa, südanası kimi işləyə bilər. Əvvəllər hesab edilirdi ki, bunun üçün qadın mütləq bir müddət öncə doğum etməlidir.
Şubanı
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. == İstinadlar == == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Kumasi
Kumasi (Çvi dialekti ilə Kumase) — Qanada, ölkənin paytaxtı Akkradan sonra ikinci böyük şəhər. 2012-ci ilin məlumatına görə, əhalisi 1,989,062 nəfərdir. Qana Aşanti vilayətinin inzibati mərkəzidir. Kumasi keçmişdə çoxlu çiçək və bitki növlərinə ev sahibliyi etdiyinə görə alternativ olaraq "Bağ şəhəri" kimi tanınır. Bu ərazidəki yaşayış məskənləri Neolit dövründən məlumdur, lakin Kumasi 1615-ci ildən şəhər statusu almış və Aşanti imperiyasının mərkəzinə çevrilmişdir. Kumasidə Aşanti hakimi aşantihenenin iqamətgahı yerləşir. Kumasi Hava Limanı xidmət göstərir.