Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səhiyyə
Səhiyyə — dövlət fəaliyyətinin bir istiqaməti. Məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir. Siyasət, iqtisadiyyat, sosial, hüquq, elm, tibb, gigiyena, epidemiologiya və mədəni sahədə görülən işlərin cəmi sayəsində mümkün olur. Hər bir insanın fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmlənməsinə, onun uzunömürlülüyünün təmin edilməsinə, sağlamlılığında problem yaranarsa ona təcili tibbi yardım gəstərilməsinə xidmət edir. Bunub üçün xüsusi təyinatlı poliklinika, klinika və digər tibb müəssisələri yaradılır.
Səhiyyə və Sosial İnkişaf Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi (qaz. Қазақстан Республикасы Денсаулық сақтау және әлеуметтік даму министрлігі) — 6 avqust 2014–25 yanvar 2017-ci il tarixlərində fəaliyyət göstərən səhiyyə və sosial və əmək sahəsində liderliyi həyata keçirən Qazaxıstan Respublikasının mərkəzi icra orqanı. Nazirlik, Qazaxıstan Respublikası Prezidentinin 06.08.2014-cü il tarixli 875 nömrəli fərmanına uyğun olaraq funksiya və səlahiyyətlərin ona verilməsi ilə yaradıldı: Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi; Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Prezidentin 6 avqust 2014-cü il tarixli 878 nömrəli sərəncamı ilə o dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olan Tamara Duysenova Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Naziri vəzifəsinə təyin edildi. . Salidat Kairbekova, Səhiyyə Naziri vəzifəsindən azad edilən Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirinin birinci müavini vəzifəsinə təyin edildi. Qazaxıstan Respublikası Prezidentinin 25 yanvar 2017-ci il tarixli fərmanı ilə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinə bölündü. Nazirliyin aşağıdakı şöbələri var: Tibbi Xidmət Ödəniş Komitəsi Tibbi və Əczaçılıq Fəaliyyətinə Nəzarət Komitəsi Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi Nazirliyin əsas vəzifələri vətəndaşların səhiyyə, əmək, məşğulluq, miqrasiya və sosial təminat sahələrində konstitusiya zəmanətləri və hüquqlarının təmin edilməsi yolu ilə əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsini təşviq etməkdir. Dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, sahələrarası koordinasiyanın və bu sahədə dövlət idarəçiliyinin həyata keçirilməsi: vətəndaşların sağlamlığının qorunması, tibbi və əczaçılıq elmi, tibbi və əczaçılıq təhsili, dərman vasitələrinin, tibbi məhsulların və tibbi avadanlıqların dövriyyəsi, tibbi xidmətlərin keyfiyyətinə nəzarət; Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşların dövlət tərəfindən zəmanət verilən həcmdə pulsuz tibbi yardım almasını təmin etmək; əhalinin və səhiyyə təşkilatlarının təhlükəsiz, effektiv və keyfiyyətli dərmanlarla təmin edilməsi; təhlükəsizlik və əməyin mühafizəsi daxil olmaqla əmək; məşğulluq; pensiya təminatı və icbari sosial sığorta daxil olmaqla sosial təminat; əlillərin sosial müdafiəsi; uşaqlı ailələrə sosial dəstək; vətəndaşların müəyyən kateqoriyalarına sosial yardım; xüsusi sosial xidmətlərin göstərilməsi; öz səlahiyyətləri daxilində əhalinin miqrasiyası; Qazaxıstan Respublikası qanunvericiliyi ilə Nazirliyə həvalə edilmiş digər vəzifələr.
Avstriyada səhiyyə
Avstriyada səhiyyə — Avstriyada qeyri-infeksion xəstəliklər üstünlük təşkil edir. İnfeksion xəstəliklərdən vərəm, viruslu hepatit, skarlatin və s. qeydə alınmışdır. Avstriyada xəstələrin əksəriyyəti dövlət hesabına və ya ictimai sığorta ilə müalicə edilirlər.
Başqırdıstanda səhiyyə
Başqırdıstanda səhiyyə — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında səhiyyə. 2002-ci ildə Başqırdıstanda 481 ambulatoriya-poiklinika müəssisəsi, 41496 çarpayılıq 297 xəstəxana var idi. Əəhalinin hər 10 min nəfərinə 107 çarpayı düşürdü; 2003-cü ildə bütün ölkədə 16,7 min həkim işləyirdi ki, əhalinin hər 10 min nəfərinə 41 həkim düşürdü. Ümumi xəstələnmə hallarında tənəffüs orqanları xəstəlikləri 15,5%, həzm sistemi – 13,8%, qan dövranı – 12% təşkil etmişdir. Ölkənin əsas tibbi kurortları Aksakovo, Krasnousolsk, Şafranovo, Yanqantau və digərləridir. Ölkədə insan ölümlərinin əsas səbəbləri qan dövranı sistemi xəstəlikləri (63%); bədbəxt hadisələr, zəhərlənmə və travmalar (16%); bədxassəli şişlər (12%); tənəffüs orqanları xəstəlikləri (6%) təşkil etmişdir.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Qazaxıstanda səhiyyə
Qazaxıstanda tibb — hər bir ölkədə olduğu kimi, Qazaxıstan vətəndaşlarının sağlamlığı və rifahını qorumağa çağırılır. Qazaxıstanın səhiyyə sistemi hazırda bazar münasibətlərinə keçid mərhələsindədir. Qazaxıstan Respublikasında səhiyyə sahəsində dövlət tənzimlənməsi Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirliyinin səlahiyyətlərinə daxildir . Son illərdə dövlət səhiyyə sistemində islahatlar və inkişaf etdirməyə yönəlmiş bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. 2002-ci ildə Səhiyyə ili elan edildi, İslahat və Səhiyyə İnkişafı Dövlət Proqramı qəbul edildi, pulsuz tibbi xidmətin siyahısı daim genişlənir. Hal-hazırda, Qazaxıstan Respublikası Hökuməti vərəm, diabet, QİÇS, onkoloji xəstəliklərin müalicəsinə, həmçinin yod çatışmazlığı probleminə ciddi diqqət yetirir. Bütün bu sahələrdə müvafiq dövlət proqramları qəbul edilmişdir. 2011-2015-ci illər arasında Qazaxıstanda sağlamlığın inkişafı Dövlət Proqramı "Salamatty Kazakhstan" həyata keçirildi. Bu proqram çərçivəsində ana və körpə ölümünün göstəriciləri azaldı. Kardiologiya və ürək əməliyyatı üçün təkmilləşdirilmiş göstəricilər isə çoxaldı.
Səhiyyə TV
Səhiyyə iqtisadiyyatı
Səhiyyə iqtisadiyyatı — səhiyyə və sağlamlıq xidmətlərinin istehsalında və istehlakında səmərəlilik, effektivlik, dəyər və davranış ilə əlaqəli məsələləri öyrənən iqtisadiyyatın alt sahəsidir. Ümumi mənada, səhiyyə iqtisadçıları səhiyyə xidmət sistemlərinin necə işləməsini və siqaret çəkmək kimi sağlamlığa təsir edən davranışları öyrənir. Kennet Errounun səhiyyə iqtisadiyyatını ayrı bir təlim kimi təsnifləndirən, 1963-cü ildə yazdığı məqaləsi sağlamlıq və digər mallar arasındaki məna fərqlərini dərk etməyimizə kömək edəcək böyük fərqlilikləri işıqlandırdı. Səhiyyə iqtisadiyyatını digər iqtisadiyyat sahələrindən ayıran xüsusiyyətlərə böyük miqyasda dövlət müdaxiləsi, müxtəlif dərəcələrdə müşahidə oluna bilən qeyri-müəyyənlik, asimmetrik informasiya, giriş əngəlləri, xarici təsir və mübadilə prosesinə təsir edən 3-cü bir qurumun olması göstərilə bilər. Səhiyyə xidmətindəki bu 3-cü qurum mal və ya xidmətin qiymətindən kənarda qalıb, alım qərarlarını verən (labaratoriya testindən keçmək, dərman resepti yazmaq, əməliyyat etmək və s.) həkimdir. Səhiyyə iqtisadiyyatçıları xərclər, ödənişlər və sərfiyyat kimi bir sıra maliyyə bilgilərini dəyərləndirərək qərarlar verir. Qeyri-müəyyənlik həm xəstə nəticələrində həm də iqtisadi qayğılarda səhiyyəyə daxildir. Həkim və xəstə arasında meydana gələn məlumat boşluğu asimmetrik informasiya olaraq adlandırılan, həkim üçün ayrı bir üstünlük yaradır. Səhiyyə və sağlamlıq nəzərdə tutulursa xarici təsirlər, xüsusilə, yoluxucu xəstəlik kontekstində olanlar tez-tez meydana gəlir. Misal üçün, soyuqlamamaq üçün göstərilən səylər qərarı verən xaricində, digər insanlara da təsir edir.
Tayvanda səhiyyə
Tayvanda səhiyyə — Tayvandakı səhiyyə sistemi. 2006-cı ildə Tayvanda əhalinin hər 100 min nəfərinə 220 həkim, 481 orta tibb işçisi və mama, 26 stomatoloq, 120 əczaçı düşürdü. Ölkədə 131152 ədəd xəstəxana çarpayısı var idi. Tibbi yardımın 96%-i Avropa nümunəli, 4%-i Çin xalq təbabətindən ibarətdir. Bu sahədə 547 xəstəxana, o cümlədən 24 tibb mərkəzi, 55 rayon klinikası, 344 dairə xəstəxanası, 52 psixiatriya klinikası fəaliyyət göstərir. Səhiyyəyə qoyulan xərc 2006-cı ildə ÜRM-in 6,1%-ni təşkil etmişdir ki, bunun da 25,9%-i büdcə hesabına, 53,6%-i özəl sektor hesabına, 15%-i sahibkarlar hesabına, 5,5%-i qeyri-kommersiya təşkilatları hesabına maliyyələşdirmə idi. 1980-ci illərdə ölkədə iqtisadi artımın yüksəlməsi nəticəsində Tayvanda səhiyyə sahəsində böyük islahatlar başlanmışdır. Hökumət bir planlaşdırma komissiyası qurmuş və digər ölkələrin səhiyyə sistemlərini öyrənmək üçün xaricə mütəxəssislər göndərilmişdir. Ondan çox ölkənin təcrübəsi öyrənilmiş və əldə olunan məlumatlar öz milli xüsusiyyətləri ilə birləşdirilmişdir. Tayvanda səhiyyə sisteminin hüquqi tənzimlənməsi süni mayalandırma haqqında 2007-ci il tarixli, orta tibb işçiləri haqqında 2004-cü il tarixli, fizioterapevtlər haqqında 1996 və 2007-ci il tarixli, tibbi sığortanın milli sistemi haqqında 1994-cü il tarixli, psixi sağlamlığın mühafizəsi haqqında 1992-ci il tarixli, kiçik tibb işçiləri haqqında 2000-ci il tarixli, təcili tibbi yardım haqqında 1995 və 2004-cü il tarixli, həkimlər haqqında 1943 və 2002-ci il tarixli, doğuma yardım haqqında 2005-ci il tarixli, terminal vəziyyətlərdə palliativ yardım haqqında 2000-ci il tarixli qanunlarla; tibb müəssisələrinin fəaliyyətinin standartları haqqında 1987 və 2005-ci il tarixli Əsasnamə ilə tənzimlənir.
Ukraynada səhiyyə
Ukraynada səhiyyə -Ukraynanın əhalisinə tibbi yardım göstərmək və təmin etmək üçün bir sistemdir. 1999-cu ildə, Sovet İttifaqının dağılmasından sonra , Ukraynaya, akademik Nikolay Semaşkonun ideyaları əsasında yaradılmış geniş və yaxşı qurulmuş səhiyyə sistemi miras qalır. Müstəqillikdən və iqtisadiyyatın dağılmasından sonra, məlum oldu ki, ölkə kompleks qurumları müstəqil idarə etmək iqtidarında deyil və nəticədə maliyyə və inzibati səlahiyyətləri regional səviyyəyə keçirmək lazım gəldi. Ukraynanın səhiyyə xidməti, Ukrayna Səhiyyə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. İyirmi illik müstəqillik dövrü keçməsinə baxmayaraq, hələ də köhnə yanaşma sistemi sayəsində köhnə və yeni problemlər üst üstə gəlmişdir. Məsələn, Ukraynada tibbi sektorun özəlləşdirilməsindən sonra ölkədə səhiyyə korrupsiya mövcud olan sahələrdən birinə çevrildi. Yalnız dərman və vaksinlərin alınması ilə bağlı Səhiyyə Nazirliyi təxminən 100 milyon ABŞ dolları məbləğində itkiyə məruz qalır və il ərzində əczaçılıq ehtiyacları üçün ayrılan vəsaitin ümumi həcmi 250 milyon dollardır. Ukraynada, səhiyyə sahəsində əhalinin hüquqlarına çox əhəmiyyət verilmir, baxmayaraq ki, hər bir vətəndaşın sağlamlığı haqqında məlumat əldə etmək və xidmətlərdən yararlanmaq hüququ var. Bu prosesin tətbiqi şəffaf deyil və xəstələr fərdi tövsiyələrə və əlaqələrə etibar edirlər. Xəstələrin hüquqları sistemli qorunmur, səhiyyə sistemində şikayətlərin təqdim olunması üçün xüsusi mexanizm mövcud deyil.
Çində səhiyyə
Çində səhiyyə — Çin Xalq Respublikasındakı səhiyyə sistemi. 2006-cı ildə Çin Xalq Respublikasında əhalinin hər 100 min nəfərinə 155 həkim, 111 orta tibb işçisi, 2002-ci ildə isə 11 stomatoloq, 28 əczaçı, 3 mama düşürdü. Səhiyyəyə qoyulan xərc 2003-cü ildə ÜDM-in 4,7%-ni təşkil etmişdir. 2005-ci ildə bu göstərici büdcə hesabına 38%, özəl sektor hesabına 62% maliyyələşdirmədən ibarət idi. 1949-cu ildən etibarən Çin hökuməti əhalinin sağlamlığına böyük təsir göstərmişdir. Sağlamlıqla əlaqəli əsas parametrlər belədir: Mənbə: www.gapminder.org. Səhiyyə sisteminin hüquqi tənzimlənməsi ölkənin Konstitusiyası, şəhər qulluqçularının baza tibbi sığortası haqqında ÇXR Dövlət şurasının 1998-ci il tarixli qərarı; tibbi praktika haqqında 1999-cu il tarixli, əhali və ailə planlaşdırılması haqqında 2001-ci il tarixli, dərmanlar haqqında 2001-ci il tarixli, infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi haqqında 2004-cü il tarixli qanunlar; vərəmin profilaktikası, müalicəsi, nəzarəti üzrə tədbirlər haqqında 1991-ci il tarixli qərar və ənənəvi Çin təbabəti haqqında 2001-ci il tarixli Əsasnamə ilə həyata keçirilir. Ən çox yayılmış infeksiyalar bakterial diareya, əhalinin 10%-ində hepatit B, leptospiroz və malyariyadır. Bütün ölüm hadisələrinin 80%-nin səbəbi xroniki xəstəliklərdir. Yaşlı əhali arasında ölümün əsas səbəbləri 2005-ci ildə bədxassəli şişlər, serebrovaskulyar xəstəliklər, travmalar, ağ ciyər və ürəyin işemik xəstəlikləri olmuşdur.
Özbəkistanda səhiyyə
Postsovet dövründə Özbəkistanın səhiyyə xidmətinin keyfiyyəti aşağı düşdü. 1992-2003 illəri arasında səhiyyə xərcləri və xəstəxana çarpayılarının əhaliyə nisbəti hər ikisi təxminən yüzdə 50 azaldı və bu onillikdə Rusiya mühacirəti bir çox praktikantın sağlamlıq sistemindən məhrum oldu. 2004-cü ildə Özbəkistanda hər 10.000 əhaliyə 53 xəstəxana çarpayısı var. Birdəfəlik iynələr, anesteziklər və antibiotiklər kimi əsas tibbi ləvazimatlar çox qıtdır. Nominal olaraq bütün vətəndaşların pulsuz tibbi xidmət almaq hüququ olsa da, postsovet dövründə rüşvətxorluq dövlət sisteminin ləng və məhdud xidmətindən yayınmaq üçün adi bir yola çevrildi. 2000-ci illərin əvvəllərində siyasət ilkin tibbi yardım müəssisələrinin yaxşılaşdırılmasına və stasionar müəssisələrin qiymətinin azaldılmasına yönəldilmişdir. 2006-cı il dövlət büdcəsi səhiyyə xərclərinə 2005-ci ildəki 10,9 faizlə müqayisədə 11.1 faiz ayırdı. Ən çox görülən xəstəliklər arasında çirklənmiş içməli su ilə əlaqəli xəstəliklər var: tifo, hepatit, dizenteriya, xolera və müxtəlif xərçəng növləri. Ölümün əsas səbəbləri, tezliyinə görə ürək-damar, tənəffüs və həzm sistemlərinin pozğunluqları və yoluxucu və parazitar xəstəliklərdir. 2019-cu ildə Lancet - də yayımlanan bir araşdırma, dünyada hər 100.000 insana 892 pəhrizlə bağlı ölüm hallarının olduğunu söylədi.
Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi (Azərbaycan)
Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamenti
Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamenti (ing: United States Department of Health and Human Services (HHS)) Birləşmiş Ştatlarda bütün vətəndaşların səhhətinin mühafizəsinə və əsas insan xidmətlərinin təmin edilməsinə cavabdeh olan şöbədir . 1979-cu ildə Təhsil Nazirliyi yaradılana qədər o, Səhiyyə, Təhsil və Rifah Nazirliyi (Department of Health, Education, and Welfare) adlandırılmışdır. Nazirlik Vaşinqtonda Hubert H. Humphrey binasında yerləşir.
Milli Səhiyyə Agentliyi
Milli Səhiyyə Agentliyi və ya Milli Sağlamlıq İnstitutları (ing: National Institutes of Health (NIH)), Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamentinin biotibb və ictimai sağlamlıq sahələrində əsas tədqiqatlar aparan bir agentliyidir. Baş ofisi Merilend ştatının Bethesda şəhərində yerləşir. Milli Sağlamlıq İnstitutları əsas, tərcümə və klinik tədqiqatlarda 1200 əsas tədqiqatçı və 4000-dən çox həkimlə dünyanın ən böyük biotibbi tədqiqat müəssisəsi hesab edilir. NIH 27 müxtəlif institut və mərkəzdən ibarətdir və bir çox elmi nailiyyətlərə cavabdehdir, o cümlədən dişlərin çürüməsinin qarşısını almaq üçün flüoridin kəşfi, bipolyar pozğunluğu idarə etmək üçün istifadə olunan litiumun istifadəsi və hepatitə qarşı peyvəndlərin yaradılması.
Milli Səhiyyə Komissiyası
Milli Səhiyyə Komissiyası (çin. ənən. 國家衛生健康委員會, sadə. 国家卫生健康委员会, pinyin: Guójiā Wèishēng Jiànkāng Wěiyuánhuì) — Çin Xalq Respublikasının Dövlət Şurasının ölkədə səhiyyə siyasətinin inkişaf etdirilməsindən məsul olan kabinet səviyyəsində icra şöbəsi. 19 mart 2018-ci il tarixində təsis edilmişdir. Nazirliyin qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir. Komissiyaya Nazirlər Kabineti səviyyəsində Dövlət Şurasının naziri rəhbərlik edir. Ma Syaovey komissiyanın hal-hazırkı naziri və partiya şöbəsinin katibidir. Qurumun sələfi Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası idi. 1954-cü ildə başlayan Çin Xalq Respublikası hakimiyyətinin əksər dövründə ölkənin səhiyyəsindən Səhiyyə Nazirliyi məsul idi.
Səhiyyə Nazirliyi (Vyetnam)
Səhiyyə Nazirliyi (vyet. Bộ Y tế) — Vyetnamda tibb, səhiyyə və səhiyyə sənayesinin idarə edilməsinə və rəhbərliyinə cavabdeh olan nazirlik. Nazirlik digər nazirliklər və baş nazirin aparatı ilə birlikdə "2001–2010-cu illər üçün Qidalanma üzrə Milli Strategiya" və "2002–2010-cu illər üçün Xəsarətlərin Qarşısının Alınması üzrə Milli Siyasət" kimi uzunmüddətli səhiyyə siyasəti proqramlarının yaradılmasına və icra edilməsinə cavabdehdir. Onun əsas ofisləri Hanoyda, Badin rayonunda yerləşir. 2019-cu ilin noyabrında nazir Nquyen Thi Kim Tyen təqaüd yaşına çatdığı üçün vəzifəsindən azad edilmiş və baş nazirin müavini Vu Dık Dam nazirliyə rəhbərlik etmişdir. 7 iyul 2020-ci ildə, koronavirus pandemiyası fonunda, yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış professor Nquyen Than Lonq müvəqqəti olaraq Səhiyyə Naziri vəzifəsinə təyin edilmişdir. O, 12 noyabr 2020-ci ildə rəsmi olaraq səhiyyə naziri olmuşdur. Than Lonq "Viet A COVID-19" test dəsti qalmaqalı ilə bağlı korrupsiya iddialarından sonra 7 iyul 2022-ci ildə Milli Assambleya tərəfindən vəzifəsindən azad ediləmişdir.
ABŞ-də səhiyyə
ABŞ-də səhiyyə, əsasən, özəl şirkətlər tərəfindən təmin olunur və ödənişlər dövlət xidmətləri, ictimai sığortalar və pasiyentlərin özləri tərəfindən edilir. Amerika Birləşmiş Ştatları universal səhiyyə xidməti mövcud olmayan yeganə inkişaf etmiş ölkədir.
Səhiyyə Elmləri Universiteti
Səhiyyə Elmləri Universiteti (türk. Sağlık Bilimleri Üniversitesi) — İstanbulda yerləşən Türkiyə dövlət universiteti.
Səhiyyə Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi — Azərbaycan Respublikası ərazisində əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. 1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi. Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri var idi. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımı avadanlıqlar alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi. Hökumət əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərarlar qəbul edilmişdi. Qərarlarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdu.
Səhiyyə Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi — Qazaxıstan Respublikası Hökuməti daxilində rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə xalq sağlamlığının qorunması, tibbi və əczaçılıq təhsili sahəsində sektorlararası koordinasiya. Qazaxıstan Respublikası Prezidentinin "Qazaxıstan Respublikası dövlət idarəetmə sisteminin islahatı haqqında" 6 avqust 2014-cü il tarixli fərmanı ilə Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirliyinə çevrildi. Qazaxıstan Respublikası Prezidentinin 25 yanvar 2017-ci il tarixli fərmanı ilə "Qazaxıstan Respublikası Səhiyyə Nazirliyi" olaraq yenidən təşkil edilmişdir. Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi 1992-ci ilin aprelində Qazaxıstan SSR Səhiyyə Nazirliyinin bazasında qurulmuşdur. Aksultan Amanbayev ilk nazir oldu. Ancaq tezliklə istefa etdi. Onun yerini Vasily Devyatko tutdu. 1997-ci ilin oktyabrında Nurlan Balqimbayevin nazirlər kabinetində nazirliklərin yenidən təşkili baş verdi. Bir neçə başqa dövlət quruluşu ilə birləşərək yeni nazirlik adını aldı — Qazaxıstan Respublikasının Təhsil, Mədəniyyət və Səhiyyə Nazirliyi. Krımbek Kuşerbayev nazir oldu.
Səhiyyə Nazirliyi (Özbəkistan)
Özbəkistan Respublikasının Nazirlər Kabinetinə tabedir. Nazirlik öz fəaliyyətini digər dövlət qurumları, o cümlədən dövlət qurumları, Qaraqalpaqstan Respublikası, vilayətlər və Daşkənd şəhərinin icra hakimiyyətləri və digər ictimai təşkilatlarla əməkdaşlıq edərək həyata keçirir. Nazirlik Özbəkistan Respublikası Konstitusiyası, qanunları, Özbəkistan Respublikası Ali Məclisinin digər rəsmi sənədləri, Özbəkistan Respublikası Prezidentinin sərəncam və fərmanları, Nazirlər Kabinetinin qərar və sərəncamları habelə digər hüquqi aktlar əsasında fəaliyyət göstərir. Nazirliyin səlahiyyətləri daxilində çıxarılan normativ hüquqi aktların icrası Özbəkistan Respublikasında yerləşən mülkiyyət formasından asılı olmayaraq bütün dövlət qurumları, müəssisələr, təşkilatlar, təşkilatlar və bütün ictimai birliklər və şəxslər üçün məcburidir. Özbəkistan Respublikasının Səhiyyə Nazirliyi, Qaraqalpaqstan Respublikası Səhiyyə Nazirliyi, vilayət və Daşkənd şəhər səhiyyə idarələri, onların şəhər və rayon şöbələri ölkədə vahid səhiyyə idarəetmə sistemini təşkil edir.
Səhiyyə İşçiləri Günü
Səhiyyə İşçiləri Günü — Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı. Azərbaycan tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İlk səhiyyə naziri Xudadat bəy Rəfibəyli oldu. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
Ümumdünya Səhiyyə Təşkilatı
Ümumdünya Səhiyyə Təşkilatı — Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biri. 1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minminmişdir (həmim gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir. Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-nın ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və Baş direktorun hesabatlarını dinləyir, ÜST-nın büdcəsini müzakirə və qəbul edir. Assambleyalararası dövrdə ÜST-nın fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir.
Səhiyyə Nazirliyi (Ukrayna)
Ukrayna Səhiyyə Nazirliyi (ukr. Міністе́рство охоро́ни здоро́в'я України) — Ukraynanın dövlət səhiyyə sisteminin fəaliyyətinə cavabdeh olan və Ukrayna Nazirlər Kabinetinin nəzarəti altında fəaliyyət göstərən dövlət icra hakimiyyəti orqanı. Nazirliyə Ukrayna Ali Radası tərəfindən qanunla müəyyən edilmiş qaydada vəzifəyə təyin edilən Ukraynanın Səhiyyə Naziri rəhbərlik edir. 1989-cu ildə Sovet İttifaqının dağılması ilə Ukrayna akademik Semaşkonun ideyaları əsasında yaradılmış Ukrayna SSR-nin geniş və yaxşı mərkəzləşdirilmiş səhiyyə sistemini miras aldı. Müstəqillik əldə etdikdən və iqtisadiyyatın iflasa uğramasından sonra məlum oldu ki, ölkə təkbaşına belə mürəkkəb qurum və qurumlar toplusunu saxlaya bilmədi və nəticədə maliyyə və inzibati səlahiyyətlərin regional dövlətlərə verilməsi zərurəti yarandı. səviyyə. Bu modeldə regional və yerli hakimiyyət orqanları funksional olaraq ÜmumUkrayna Səhiyyə Nazirliyinə tabe olmaqla öz ərazilərindəki səhiyyə müəssisələrini müstəqil idarə etməlidirlər. Ukrayna səhiyyə sisteminin fəaliyyəti müxtəlif amillərin kompleks fəaliyyəti fonunda baş verir: ölkə dünyada ən yüksək ölüm göstəricilərinə malikdir (Ukraynada ölüm göstəricisinə baxın), hər il ən azı 135 min vətəndaşının ölümü. qarşısı alına bilər, immunizasiyanın əhatə dairəsi qeyri-kafi olaraq qalır, İİV-ə yoluxma (bax: Ukraynada HİV), vərəm (Ukraynada vərəmə baxın) və hepatit C. İyirmi ildən artıq müstəqillik sovet dövrünün səhiyyəyə köhnəlmiş yanaşmalarından qurtulmağa kömək etmədi, bir sıra yeniləri isə çoxdankı problemlər kompleksinin üzərinə qoydu. Məsələn, Ukraynada tibb sektorunun özəlləşdirilməsindən sonra səhiyyə ölkədə ən korrupsiyalaşmış fəaliyyət sahələrindən birinə çevrilib.
Səviyyə
Səviyyə (ing. grade, rus. уровень) — rabitə sistemlərində: bir kanalla ötürülə bilən tezliklər diapazonu. Məsələn, danışıq səviyyəli telefon rabitəsi 300–3400 Hs aralığındakı tezlikləri əhatə edir. 1. 1Bakı 2013 İnformasiyanın kodlanması məsələləri2. Mobil rabitə sistemlərində maneədavamlıkodlamanın reallaşdırılması GSM standartında kodlama prinsipləri Mobil rabitənin apparatca reallaşmasında siqnalın rəqəmli işlənməsi əsas rol oynayır. Rəqəmliişlənmə şanşəkilli rabitənin birinci nəslindən ikinci nəslinə keçməsinə, sistemin həcminingenişlənməsinə və onun keyfiyyərinin yaxşılaşmasına imkan vermişdir.Siqnalların rəqəmli işlənməsizamanı aşağıdakı proseslər nəzərdə tutulur.- Siqnalların analoq –rəqəm çevrilməsi- Nitq kodlaması- Kanal kodlaması- Modulyasiya Nitq siqnallarının gücünün spektri tezliyin 400 Hs-ə uyğun qiymətlərində maksimal olur vədaha yüksək tezliklərdə oktavada 9 dB-ə yaxın sürətlə azalır; Beynəlxalq Telefon və Teleqraf Konsultativ Komitəsinin məsləhətinə uyğun olaraq nitqsiqnallarının rəqəmli verilişində tezlik zolağı 300–3400 Hs arasında məhdudlaşır; Nitq siqnalının səslərinin müddəti, sait səslər üçün 210 ms (milli saniyə), samit səslər üçün isə 95 msolur; Nitq kodlanmasında əsas funksiya nitq koderi tərəfindən görülür. Koderin əsas vəzifəsi rəqəmlisiqnalları sıxlaşdıraraq nitq siqnallarının mümkün qədər aradan qaldırılmasıdır; Nitq kodlanması iki üsulla aparılır: siqnal formasının kodlanması (waveform coding) və siqnalınmənbəyinin kodlanması (source coding); GSM standartında nitq kodekinin sadələşdirilmiş blok-sxemi növbəti səhifədə verilmişdir.5MMobil rabitə sistemlərində maneədavamlı kodlamanınobil rabitə sistemlərində maneədavamlı kodlamanınreallaşdırılmasıreallaşdırılması İlkinemaletməQısa müddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiQısa müddətlixəbərverməsüzgəcanalizatoruUzunmüddətli xəbərverməsüzgəcinin parametrlərininqiymətləndirilməsiUzunmüddətlixəbərverməsüzgəcanalizatoruHəyəcanlanma siqnalınınparametrlərininqiymətləndirilməsiSüzgəcpostuQısa müddətlixəbərverməsüzgəc sintezatoruUzunmüddətlixəbərverməsüzgəc sintezatoruHəyəcanlanma siqnalınınformalaşmasıKoderDekoder Kanal koderi nitq koderindən sonra yerləşir və informasiyanı daşıyıcı tezliyə köçürənmodulyatordan əvvəl olur; Kanal koderinin əsas rolu nitq siqnalının maneədavamlı kodlamasıdır, bu da siqnalın vericidənqəbulediciyə şüalanma prosesində baş verən səhvlərin aşkar edilməsi və onların mühüm dərəcədədüzəldilməsi üçündür; Maneədavamlı kodlama verilən siqnalın tərkibinə böyük həcmli artıqlama informasiyasınınəlavəsi ilə əldə edilir. İngiliscə belə kodlama Forward Error Correcting coding (FEC coding)adlanır, yəni səhvləri əvvəlcədən korreksiya edən kodlama.
Səfiyyə Sultan
Səfiyyə Sultan (təq. 1550 – 10 noyabr 1618, Konstantinopol) — 12. Osmanlı sultanı III Muradın xanımı və III Mehmedin anası, Validə sultan. Sofia Bellicui Baffo adı ilə 1550-ci ildə Venesiyada dünyaya gəldi. Çox varlıqlı bir ailənin tək övladı olan Sofia dövrünə görə mükəmməl bir təhsil almışdı. Atası Leonardo Baffo Korsika adasının qubernatoru idi. Hələ 12 yaşındaykən Aralıq dənizində gəmiylə səyahət edərkən Osmanlı quldurlarına əsir düşmüşdür. Bir il sonra İstanbuldakı Pera kölə bazarına gətirilən Sofianın gözəlliyi dövrün hasəki sultanı Nurbanu Sultanın qulağına qədər gəlib çatır. Manisa sancaqbəyi olan oğlu şahzadə Muradın (III. Murad) dövlət işlərindən uzaq passiv xarakterindən narahat olan anası Nurbanu Sultan bir sərvət ödəyərək 13 yaşlı Sofianı kölə bazarından satın alaraq saraya gətirir. 2 il boyunca dayanmadan hərəmxana təhili alan Sofianın adı dəyişdirilərək, mənası "arı, duru, saf gözəllik" olan Səfiyyə qoyulur.
Səriyyə Cəfərova
Səriyyə Cəfərova — yazıçı, publisist, müstəqil jurnalist. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri. Qarabağ müharibəsi veteranı - hərbi repartyor. Səriyyə Müslüm qızı Cəfərova 1960-cı ildə Xocalı şəhərində anadan olmuşdur. Xocalı soyqırımının canlı şahididir. Soyqırım zamanı anasını, yaxın qohumlarını itiribdir. 1992-ci ildə Xankəndindəki Pedoqoji Universitetini bitirmişdir. 1991-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. 1991-ci ildə "Xocalının səsi" qəzetində xüsusi müxbir, həm də "Səhər" qəzetinin bölgə müxbiri işləmişdir. Xocalı soyqirımından bəhs edən ilk kitabı "Qan üstünə qan yağırdı" adı altında 1992-ci ildə nəşr olunmuşdur.
Səviyyə (informatika)
Səviyyə, qat (en. layer) – rabitə və verilənlərin paylanmış emalı sahəsində: spesifik hadisələr siniflərini emal edən strukturlar və altproqramlar toplusu. Məsələn, yeddi qatı (səviyyəsi) olan ISO/OSI modelində fiziki səviyyə aparat vasitələrinin birləşmələrinə, verilənlərin ötürülməsi səviyyəsi ötürülən siqnallara aiddir, şəbəkə səviyyəsi isə siqnalların qəbuledicilər üzrə paylanmasına cavabdehdir. Qatlara bölmə (en. layering) – kompüter qrafikasında: şəklin məntiqi bağlı elementlərdən ibarət qruplara bölünməsi. Qatlara bölmə, işi dayandırmadan obyektlərin bir hissəsinə bütöv şəkillə birlikdə baxmağa imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir. Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. 1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur. Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər. Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir.
Hədiyyə
Hədiyyə — mal-mülkü kiməsə bağışlamaq. Hədiyyə adətən doğum günlərində, bayramlarda və yeni ildə verilir. Hədiyyə vermənin səbələri müxtəlif ola bilər. Bunlardan ən geniş yayılanı aşağıdakılardır: Adət və bayramlar (Doğum günləri, Bayramlar, Toy və s. hədiyyələr) Minnətdarlığın və ehtiramın ifadəsi Dostluq və ya sevgi etirafı Təsəlli xarakterli.
Mədhiyyə
Panegirik (lat. Panegyrikus, q.yun. πανηγυρικος, πανηγυρις), həmçinin mədhiyyə və ya mədhnamə (ərəb. مديح‎ + fars. نامه‎) — bir şəxs və ya əşyanın yüksək tərifi ilə ifadə edilən rəsmi ictimai çıxış və ya yazılı əsər. Antik dövrlərdən XVIII əsrədək kiminsə ölümü münasibətilə yazılmış çıxışlardan ibarət ədəbi janr, həmçinin ədəbi əsərlərdə və çıxışlarda hər cür tərif epizodları panegirik adlansa da, XIX əsrdən başlayaraq əsassız tərifləri ifadə etmək üçün işlədilir. Yunanlar dəfn mərasimlərində çıxış etmək adətini misirlilərdən qəbul etmiş və bu ənənə əsasında ədəbiyyatın və natiqlik sənətinin xüsusi bir növünü yaratmışlar. Artıq Solonun dövründə tanınmış şəxslərin dəfn mərasimlərində çıxışlar istənilən şəxs tərəfindən yox, bunun üçün xüsusi təyin edilmiş məşhur bir natiq tərəfindən edilirdi. Qədim Romada isə "Ölülər haqda ya yaxşı, ya heç nə" (De mortuis aut bene, aut nihil) yanaşması mövcud idi və bu səbəbdən məzar başındakı çıxışlar rəsmi xarakter alır və son nəticədə həyatda olanların mədh olunması üçün bəhanəyə çevrildi. Qədim dövrün panegirikləri arasında ən diqqətəlayiqləri Periklin Marafon və Salamin döyüşlərində həlak olanların xatirəsinə və Lisinin Korinfə qarşı döyüşənlərə həsr etdiyi çıxışlardır.
Zəviyyə
Zaviyə Liviyanın şimal-qərbində yerləşən şəhərdir. Tarixi Tropolitaniya bölgəsində, Tripolinin təxminən 47 km (29 mil) qərbində ,Aralıq dənizinın Liviya sahillərində yerləşir. Zaviyə, Zaviyə rayonunun mərkəzidir. 1973 və 1984-dəki Liviya əhali siyahıya almalarında, şəhərin əhalisi 91.603 idi. Əhaliyə görə (Tripoli,Benqazi , Misrata və Baydadan sonra) Liviyanın ən böyük beşinci şəhəridir .2011-də Zaviyə rayonunun təxminən 200.000 əhaliyə sahip olduğu təxmin edilirdi bunların çoxu şəhər əhalisi idi. Zaviyə şəhərinin 1988-də qurulan Al Zawiya Üniversiteti adında bir üniversiteti vardır . Şəhərin yaxınında neft sahəsi yerləşir və Zaviyə, Liviyanın ən önəmli iki neft rafinəsindən birinə sahib. Zaviyə ilk dönəmdəki ən şiddətli döyüşlərdən bəzilərinin yaşandığı yeriydi. Çünki Zaviyənin yerləşdiyi yer Tripoli və Tunis sərhəddi arasındakı maşruta nəzarət etməyə imkan verən bir yerdir. Zaviyə quru tropik bir iqlimə sahibdir.
Əsbiyyə
Əsbiyyə və ya Əl-Asaba Tripolidən təqribən 120 km məsafədə, qərb dağı sayılan Nafusa dağının ətəklərində şəhər. Əl-Asaba kənd təsərrüfatı ilə məşhur olan Nafusa dağlarında (Qərbi Dağ) yerləşən, 2010-cu il siyahıyaalınmasında faktiki olaraq təxminən 27.600 nəfər məskunlaşan bir əhalisi olan bir bölgədir və Qaryan şəhərindən sonra bölgənin ən böyük şəhərlərindən biridir. 23 mart 1913-cü ildə Əl-Təvisin protektoratı olan Liviya mücahidləri və italyanlar arasında döyüş baş verdi və bu zərbə zamanı italyanlara ağır itki verildi.
Əsədiyyə
Əsədiyyə — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Dərmiyan şəhristanının mərkəzidir.
Cəhmiyyə
Cəhmiyyə (ərəb. الجهمية‎) — banisi Cəhm ibn Səfvan olan islamda ilkin ideoloji məktəblərdən biri. Cəhm də öz növbəsində bu fikirləri müəllimi Caad ibn Dirhəmdən qəbul etmişdir. == Nümayəndələri == Cəhm ibn Səfvan (vəfatı 745) Səmərqənddə anadan olmuş, əvvəlcə Termezdə, sonra isə Kufədə yaşamış və orada cəbari Caad ibn Dirhəmlə tanış olmuşdur. O, Caadın davamçısı və ideyalarının təbliğatçısı olur. Vətənə qayıdan kimi fikirlərini bölüşməyən üləma ilə teoloji mübahisələr aparmağa başlayır. Sonralar Xorasanın Əməvi valisinə qarşı qiyamda iştirak etmiş və Mərvdə tutularaq edam edilmişdir. Cəhmi görüşlərinin ən məşhur təbliğatçıları arasında Bişr əl-Marisi (vəfatı 833) var. XI əsrin əvvəllərində cəhmilər Nəhavənddə fəaliyyət göstərsələr də, onların bəziləri əşərilərin təlimlərini qəbul etməyə məcbur olmuşlar. == Cəhmilərin inancları == Orta əsr müsəlman alimləri cəhmiləri ya mürcilər, ya da cəbrilər kimi təsnif edirdilər.
Behiyyə Naxçıvani
Behiyyə Naxçıvani (24 fevral 1948, İran) — Uqandada böyüyən və Birləşmiş Krallıq və ABŞ-də təhsil alan İranlı Bəhai dinin ardıcılı olan yazıçıdır. İndi dərs dediyi Fransada yaşayır. Belçikada Avropa və Amerika ədəbiyyatını tədris etmiş, sonradan Fransaya getmişdir. 2007-ci ildə Behiyyə Naxçıvani Lyej Universitetindən fəxri doktorluq dərəcəsi qəbul etmişdir. Onun kitabları dünyanın bir çox dillərə tərcümə olunmuşdur. == Həyatı == 1948-ci ildə İranda dünyaya gəlmiş, Uqandada böyümüş və Böyük Britaniyada təhsil almışdır. == Ailəsi == Behiyyə Naxçıvaninin atası Əli Naxçıvani dünyaca məşhur Bəhailərdən biridir. Əli Naxçıvanı 1919-cu ildə Şüvəlanda anadan olmuşdur. O anadan olan ərəfədə atası Əli Əkbər Naxçıvani vəfat etmişdir. Bundan sonra fələstinli Bəhai olan anası onu Fələstinə gətirmiş və o, burada təhsil almışdır.