Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
İlle Tuktaş
İlle Tuktaş (çuvaş Илле Тукташ; 29 iyul 1907 və ya 3 (16) avqust 1907 – 20 yanvar 1957, Çeboksarı) — XX əsrin görkəmli çuvaş şairi, nasiri, folklorçu, Çuvaş Yazıçılar Birliyinin sədri (1945-1946), Çuvaş Respublikasının dövlət himninin müəllifi İlya Semyoniviç Tuktaş 29 iyul 1907-ci ildə Çuvaş Respublikasının Alikovo rayonunun Böyük Tuktaş kəndində çuvaş türkü ailəsində anadan olmuşdur. İbtidai məktəbi Böyük Tuktaş kəndində, səkkiz illik məktəbi Krasnoçetayskda bitirmişdir. On beş yaşında ikən gəncllər hərəkatında fəal iştirak etmişdir. 1925-ci ildə Alikovoda komsomol komitəsinin katibi olur. 1926-1928-ci illərdə İlleTuktaş Çeboksarı partiya məktəbində oxumuşdur. Sonra “Gənc kəndli” (Çамрăк хресчен) qəzeti və “Hazır ol” (Хатĕр пул) jurnalının redaksiyasında işləmişdir. 1930-1932-ci illərdə Samara şəhərində çıxan "Kolxozçu" qəzetinin məsil katibi olmuşdur. İlya Semenoviç, M. İsayev, İ.V.Viktorov və V.Z. İvanov-Paymen ilə birlikdə, “Orta Volqa” (Вăтам Атӑл) antologiyasının nəşrinə böyük əmək sərf etmişdir. Daha sonra Çuvaş Kitab Nəşriyyatında, Çuvaşiya Elmi-Tədqiqat İnstitutunda çalışmışdır. 1942-1944-cü illərdə II Dünya savaşı cəbhələrində hərbi müxbir olmuşdur.
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Tokaş
Tokaş və ya Nan (özb. tandir non, uyğ. tonur nan, qazax/qırğız: тандыр-нан, tandır nan) — Orta Asiyada təndir çörəyi. Şərqi Türkistan ilə Qazaxıstan, Qırğızıstan və Özbəkistanda geniş olaraq hazırlanır.
Hadi Takdaş
Hadi Takdaş (tatar. Hadi Taqtaş; əsl adı tatar. Мөхәммәтһади Хәйрулла улы Такташев; Mөxəmməthadi Xəyrulla uğlı Taqtaşev; 1 yanvar 1901 – 8 dekabr 1931, Kazan) — tatar şair və dramaturq. Tatar Sovet poeziyasının banilərindən biri. == Yaradıcılığı == === Poemaları === "Gizli silahlar" "İtmiş gözəllik" "Kamil" "Əsr və dəqiqə", V. İ. Leninə həsr olunmuşdur (1924-cü il) "Alsu" "Sevgi peşmançılığı" "Gələcəyə məktublar" (tamamlanmadı) == Həmçinin bax == Şair Dramaturq == İstinadlar == == Xarici keçidlər == Хади Такташ — Стихи на русском языке Хади Такташ.
Sünbaş (Şaran)
Sünbaş (başq. Сөнбаш, rus. Сюньбаш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Nürəy): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 40 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (73%), tatarlar (27%) üstünlük təşkil edir.
Türkbaf ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Qədir Topbaş
Qədir Topbaş (türk. Kadir Topbaş; 8 yanvar 1945, Yusufeli[d], Artvin ili – 13 fevral 2021, İstanbul) — Türkiyəli memar, iş adamı və siyasətçi. Qədir Topbaş 1999-2004-cü illərdə Fəzilət Partiyasından Bəyoğlu Bələdiyyə başçısı seçilib. 2004-2017-ci illərdə Ədalət və İnkişaf Partiyasından İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsində çalışıb. Topbaş 2009 və 2014-cü il bələdiyyə seçkilərində yenidən İstanbul Böyükşəhər Bələdiyyə başçısı seçilərək İstanbul tarixində ardıcıl olaraq üç seçkidə qalib gələn ilk Böyükşəhər Bələdiyyə başçısı olub. 2010 və 2013-cü illərdə iki dəfə Birləşmiş Şəhərlər və Yerli Rəhbərliklər Təşkilatının prezidenti seçilən Topbaş bu vəzifəyə təyin olunan ilk türk yerli idarəçi olub. Topbaş həmçinin 2011-13-cü illərdə Asiya Bələdiyyə Başçıları Forumunun prezidenti, 2009-2017-ci illərdə isə Türkiyə Bələdiyyələr Birliyinin sədri vəzifələrində çalışıb. 1945-ci il yanvarın 8-də anasının müharibə illərində yaşadığı Artvin ili, Yusufəli ilçəsinin Altıbarmaq kəndində anadan olan Topbaş hələ üç aylıq olarkən İstanbula köçüblər. Orta təhsilini İşıq Liseyində başlayan Topbaş, İstanbul İmam Hatip Liseyində davam etdirib. O, 1972-ci ildə Mərmərə Universitetinin İlahiyyat fakültəsini, 1974-cü ildə Memar Sinan Universitetinin Memarlıq fakültəsini bitirib.
Türban tullama
Türban tullama, və ya ammameparani (fars. عمامه‌پرانی‎) — İranda etirazçıların şiə ruhanilərinə nifrətlərini bildirmək və bununla da onları təhqir etmək üçün bir mollanın başındakı türbanı tullaması. Tipik olaraq, etirazçı hədəfin yanından qaçır, baş geyimini çıxarır və həbs olunmamaq üçün qaçmağa davam edir. 2022-ci ildə İranda Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı insanlar bu hərəkəti lentə alıb sosial şəbəkələrdə yerləşdirmişdir. Bu, etiraz metodunun qısa müddətdə populyarlaşmasına səbəb olmuşdur. == Metodologiya == Türban tullamaq qadınların ruhani quruluşa qarşı müqavimətinin ifadəsi kimi müşahidə olunmağa başlanmışdır. Bu hərəkəti əvvəlcədən planlaşdıran qadınlar saçlarını örtmədən bunu həyata keçirmişdilər, bu da qanunla cəzalandırılırdı. Buna baxmayaraq, bu qanunsuz əməldə iştirak məqsədyönlü olmuş və presedent yaratmışdır. Etirazın bu iki formasının birləşməsi, həmçinin qadının öz saçını örtməkdən imtina etməsi, başqa şeylərlə yanaşı, üç məqsədə xidmət edir. Birincisi, bu, İranda teokratik qanunlar ilə əməkdaşlıqdan imtinanın ifadəsidir.
Aydemir Akbaş
Aydemir Akbaş (25 fevral 1936, İstanbul – 16 avqust 2024, İstanbul) — türkiyəli ssenarist, rejissor, aktyor və jurnalist. == Həyatı == 1936-cı ildə İstanbulun Feriköy şəhərində dünyaya gəlib. 2024-cü il 17 avqust tarixində 88 yaşında dünyasını dəyişib.
Tekzas
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo Saliko qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
Tukzar
Tuzkar — Əfqanıstanda şəhər.
Tulkibas
Tulkibas — Qazaxıstanın Türkistan vilayətində yerləşən Tulkibas rayonunda kənd. Rayon mərkəzindəki Turar Rıskulov adına meşədən 7 km aralıda yerləşir. Poçt indeksi 516063100-dır. 1999-cu ildə kəndin əhalisi 9499 nəfər (4600 kişi və 4899 qadın) idi. 2009-cu il siyahıyaalınmasına əsasən kənddə 10802 nəfər (5345 kişi və 5457 qadın) yaşayırdı.
Turdaş
Turdaş — Rumıniyada neolit dövrünə aid arxeoloji mədəniyyət. Tapıldığı eyni adlı kəndin adı ilə adlandırılmışdır. Turdaş mədəniyyəti tayfaları ibtidai əkinçilik və maldarlıqla məşğul olmuş, koma və qazmalarda, sonralar yürüstü evlərdə yaşamışlar. Mikrolitlər, daş baltalar, mis əşyalar və gil qablara təsadüf edilmişdir. Ölülər yaşayış yerində dəfn olunmuşdur. Məskənlərin birində (Tartariya) üzərində şumerlərdən əvvəl Mesopotamiyada mövcud olmuş yazı işarələri olan 3 gil lövhə tapılmışdır.
Qırmızı tozbaş səhləb
Cephalanthera rubra (lat. Cephalanthera rubra) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1 sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Qırmızı tozbaş sәhlәb
Cephalanthera rubra (lat. Cephalanthera rubra) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1 sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Uzunyarpaq tozbaş səhləb
Hace Musa Topbaş
Hace Musa Topbaş (1917, Osmanlı imperiyası və ya Konya, Konya vilayəti – 16 iyul 1999, İstanbul) — Müasir Türk-İslam mədəniyyətinin ən görkəmli simalarından biri, alim. O, bütün İslam coğrafiyasında daha çox "Sahibü'l-Vefa" adı ilə tanınmışdır. == Həyatı == Hace Musa Topbaş Osmanlı imperatorluğunun son dönəmlərində dünyaya gəlmişdir. Atası Ahmed Hamdi Topbaş böyük İslam alimlərindən biri idi və Musa Topbaşı gənc yaşlarında ticarət sahəsinə yönləndirərək, İstanbulun Erenköy hissəsinə yerləşdirir. Musa Topbaş həzrətləri Erenköyde, məsnəvixan Tahiru'l Məvləvi, Elmalılı Məhəmməd Həmdi Yazır və digər çoxsaylı alimlərin müşayiətində zahiri təhsilini başa vurmuşdur. Xəttatlıq elmini məşhur türk xəttatı Hamit Aytaç, mənəvi tədrisini isə Mahmud Sami Ramazanoğlunun öndərliyi altında tamamlayır.
Osman Nuri Topbaş
Osman Nuri Topbaş (21 yanvar 1942, İstanbul) — İslam alimi, din xadimi, mütəsəvvif, yazıçı. İbtidai təhsilini Ərənköy Zihni paşa ibtidai məktəbində almışdır. İlk təhsil illərində xüsusi Quran kurslarında təhsil alıb. 1953-cü ildə İstanbul İmam Xətib məktəbinə daxil olub. O illərdə bu məktəb Osmanlı imperiyasının böyük tanınmış şəxsləri sayılan M. Cəlaləddin Öktən, Mahir İz kimi ustadların, Nurəddin Topçu kimi Qərbdə təhsil almış mütəfəkkirlərin müəllimlik etdiyi önəmli bir qurum idi. Əmisi və yaşıdı Abidin Topbaş ilə birlikdə 1960-cı ildə bu məktəbi bitirdi.İmam Xətib illərində adı çəkilən böyük müəllimlərdən əlavə, M. Zəkayi Qonrapa, Yaman Dədə (Əbdülqadir Keçeoğlu), Əhməd Davudoğlu, Mahmud Bayram, Əli Rza Sağman kimi müəllimlərdən də dərs aldı. Təhsili başa vurduqdan sonra bir müddət ticarət və sənaye sahəsində fəaliyyətini davam etdirir. 1962-ci ildə hərbi xidmətə yollanan Nuri Siirt-Tilloda ehtiyat zabit kimi müəllimlik edir. Hərbi xidmətdə olduğu illərdə müəllim olmaq arzusu ilə alışıb-yanan Nuri insanlara təhsil vermək və gənclərlə məşğul olmaqdan həzz alırdı. Tarix, ədəbiyyat, dini elmlər və poeziyaya olan marağı səbəbindən yazıçılıq fəaliyyətinə 1990-cı illərdən başlayıb.
Rubas
Rubas (keçmişdə Xoşmənzil adlanırdı) – Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. 2002-ci il əhali siyahıyaalınmasına əsasən sakinlərinin sayı 3.326 nəfər olmuşdur. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən tərkib baxımından kənd əhalisini azərbaycanlılar, tabasaranlılar və ləzgilər təşkil edir.
Tubus
Tulaş
Tulaş və ya Tolaşt (fars. طولش‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,372 nəfər yaşayır (306 ailə).
Aleksey Stukas
Aleksey Stukas (17 fevral 1979, Odessa – 2002, Odessa) — Ukrayna və Azərbaycan futbolçusu, yarımmüdafiəçi. == Klub karyerası == Odessa futbolunun yetirməsi. On altı yaşında ikinci liqada çıxış edən Dinamo-Fleş komandasında debüt etdi. 1995/96 mövsümü başa çatdıqdan sonra bu klub həvəskar statusu aldı. Aleksey həvəskar səviyyədə çıxışlarını davam etdirdi. 1998-ci ildə "Neftçi"yə dəvət olundu. Bakı təmsilçisinin heyətində o, ölkə kubokunu qazandı. həmçinin 1999-cu ildə "Kəpəz" komandasına vurduğu qolla klubun çempionatda 500-cü qolunun müəllifi oldu. Sonradan Azərbaycan vətəndaşlığını aldı. Ukraynaya qayıtdıqdan sonra "Mikolayiv" munisipal futbol klubunda bir mövsüm keçirdi, orada o, digər milliləşən Azərbaycanlı oyunçu Vladimir Poşexontsev və sonradan milliləşən Aleksandr Çertoqanov ilə brilikdə oynuyurdu.
Aleksis Teksas
Aleksis Teksas (25 may 1985[…], Panama[…]) — əslən Panamalı olan ABŞ pornoaktrisasıdır. 2012-ci ilin rəsmi məlumatlarına görə 300-dən pornoqrafik filmdə iştirak etmişdir. Aleksis Teksasın şəkilləri "Hustler" və "Genesis" kimi jurnallarında dərc edilmişdir. Bəzi pornoaktrisalardan fərqli olaraq, bədənində tatu yoxdur. == Həyatı == Aleksis Teksas 25 may 1985-ci il tarixində atasının çalışdığı Panama hərbi bazasında doğulmuşdur. Ancaq Teksasın uşaqlığı Texasın San-Antonio şəhərində keçmişdir. Aleksis Teksasın valideynləri Puerto-Riko, Alman və Norveç əsillidir. Yetkin filmlər çəkilişinə başlamamışdan əvvəl Teksas doğma Texas şəhərinin Kastrovil ərazisində bir barda, bar məsulu olaraq çalışmış və Stivens soyadını daşımışdır. 2006-cı ildən başlayaraq pornoqrafik filmlərə çəkilmişdir. 2009-cu ildə Starlet Əyləncə Qrup təsiri altında Teksas şəxsi "Alexis Texas Entertainment" adlı kinokompaniyasını qurmuşdur.
Katolikos Sukias
Katolikos Sukias — Albanların LVIII katolikosu. == Katolikosluğu == Kürsüyə çıxma tarixi bəlli deyil. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Kulbaş bataqlığı
Kulbaş — Başqırdıstanın Uçalı rayonu ərazisində Ozyornı və Kazakulov kənd sovetliyi arasında yerləşən bataqlıq. == Coğrafiyası == Bataqlıq Uzunkul gölündən şimalda yerləşir. Gölün şimal hissəsidə daxil olmaqla bataqlığın bir hissəsi Uçalı rayonunun xüsusi qorunan təbiət ərazilərindəndir. Bataqlıq ərazisində su-bataqlıq təbiət ərazilərinin qorunması üçün xüsusi bir yasaqlıq olaraq təşkil olunması planlaşdırılır. Bataqlıq ərazisinin sahəsi 300 ha-dır. === Flora === Bataqlıq ərazilərində zəngin su-bataqlıq bitkiləri yayılmışdır. Onların ekoloji əhəmiyyəti olduqca böyükdür. === Fauna === Bataqlıqda Yaşılbaş ördək, Ağqaş qaz, qaradöş qaqar və digər o cümlədən nadir növ quşlar yayılmışdır.
Massimiliano Fuksas
Massimiliano Fuksas — İtaliyalı memar. 1944-cü ildə Romada doğulub. O, 1969-ci ildə Romada yerləşən Roma Sapienza Universitetini bitirib və burada özünün ilk ofisini açıb. Həmin universitetdə təlimatçı və araşdırmaçı kimi çalışan Fuksas çox universitetdə qonaq professor olaraq dərslər verib. 1994-1997 -ci illər arasında Berlin və Salzburgda şəhər planlama komissiyalarında məsləhətçi memar olaraq çalışıb. 1989-da Paris ofisini açıb. Peşəkar və şəxsi həyatını Paris və Roma arasında keçirən memar 1993-cü ildə Vyana ofisini qurmuşdur. Berlinin şəhər inkişaf etdirmə və ətraf qoruma administrativ məclisi üzvlüyü və Salzburg Bələdiyyəsi idarə heyəti üzvlüyü vəzifəsində çalışmışdır. 1998-ci ilin iyulunda Buenos Aires Memarlıq Bienalində Vitruvio Internacional Trayectoria və 1999-cu ildə "Grand Prix d'Architecture Française" mükafatına layiq görülüb.
Tuktay (Baltas)
Tuktay (rus. Туктаево, başq. Туҡтай) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 115 nəfərdir. Kənd, rayon mərkəzindən 9 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 78 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (67%) və başqırdlar (29%) üstünlük təşkil edir.
Tuomas Pukkila
Tuomas Pukkila (10 may 1890 — 7 dekabr 1968) — Finlandiyalı keçmiş güləşçi. Tuomas Pukkila Finlandiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Tuomas Pukkila birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında kişilər yüngül çəkidə, birinci mərhələdə İtaliyanın nümayəndəsi Alessandro Kovre ilə üz-üzə gəldi. Həmin görüşdə Tuomas Pukkila rəqibinə uduzdu.
Turban (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
Turbat (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.