Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teramo
Teramo — İtaliyanın Abruttso regionunda şəhər.
Teramo BK
"Teramo" və ya "Teramo Basket" (ingilis dilində:Teramo Basket) Teramo şəhərini təmsil etmiş keçmiş italyan basketbol klubu. Komanda 2002-ci ildən 2012-ci ilədək İtaliya çempionatında iştirak etmiş, sonralar maliyyə çətinlikləri ilə üzləşən komanda buraxılmışdır. Klubun ev meydançası PalaSkapiano" arenası hesab olunurdu. == Tarixi == Teramo basketbol klubu 1973-cü ildə İtaliyanın Teramo şəhərində Karlo Antonetti tərəfindən AİCS adı altında (İtalyan Mədəniyyət və İdman Cəmiyyəti, İngilis dilində:Association of Italian Culture and Sports) yaradılmışdır. Pegional turnirlərdə bir neçə qələbədən və gənclərdən ibarət komandanın hazırlığından sonra 1992–1993-cü il mövsümündə "Teramo Basket" adı altında İtaliyanın C1 liqasında İtaliya milli çempionatında iştirak etmək imkanı qazanmışdır. 2009-cu il mövsümündə klub üçüncü yeri tutmuş və 2010-cu ildə Avropa kubokunda iştirak etmək hüququ qazanmışdır. Getdikcə artan maliyyə problemləri nəticəsində 2012-ci ilin iyul ayında klub iflasa uğradığını elan etmiş və İtaliyanın basketbol liqasından kənarlaşdırılmışdır.
Teramo Kastelli
Teramo Kristoforo Kastelli (it. Teramo Cristoforo Castelli; 1597, Genuya və ya Palermo – 3 oktyabr 1659, Palermo) — İtaliya missioneri. == Həyatı == Teramo Kristoforo Kastelli 1597-ci ildə anadan olmuşdur. Zadəgan ailəsindən olan Kastelli 1632–1654-cü illərdə Gürcüstanda yaşamışdır. O, əsasən Gürcüstan xalqı və təbiəti haqqında olan yeddi cildlik səyahət qeydləri yazmış, eskizlər və digər illüstrasiyalar çəkmişdir. Bu əlyazma 1878-ci ildə keşiş Coakkino di Marso tərəfindən kəşf edilmişdir. Bu, Palermo bələdiyyə kitabxanasına çatdırılmış və 1910-cu ildə Mişel Tamarati tərəfindən Gürcüstan alimlərinin diqqətinə çatdırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Teramo Kristoforo Kastelli ilə əlaqəli mediafayllar var.
Terao Tsunefumi
Terao Tsunefumi (寺尾 常史, doğum adı Yoşifumi Fukuzono 福薗 好文; 2 fevral 1963, Sumida, Tokio – 17 dekabr 2023, Tokio) – Yaponiya sumoçusu və heya ustadı. Sekivake dərəcəsinə qədər yüksələ bilmiş və Şikoroyama adını daşımışdır. == Karyerası == Sumo karyerasına 1979-cu ildə İzutsu heyasında başlamışdır. 1985-ci ilin bahar böyük turnirinin makuuçi top diviziyasının səhnəsində debüt etmişdir. Terao cəmi 110 kiloqramlıq çəkiyə malik olan yüngülçəkili sumoçu olsa da, sürətli itələmə texnikası sayəsində yüksək sumo dərəcələrinə çata bilmişdir. Terao 1989-cu ilin bahar turnirində sekivake dərəcəsini əldə etmişdir. Qardaşı Sakahoko ilə eyni vaxtda bu uğuru əldə etdiyi üçün Yaponiyanın idman dünyasında məşhurlaşmışdır. Belə ki, onlar eyni vaxtda sekivake dərəcəsi əldə etmiş ilk qardaşlar olmuşdurlar. İştirak etdiyi 13 turnirdə sanyaku kimi çıxış edən Terao həm xarici görünüşü, həm də sumo texnikalarına görə populyar sumoçulardan biri olmuşdur. 2002-ci ildəki payız böyük turnirindən sonra karyerasını bitirmiş və sumo məşqçisi olmuşdur.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Təranə Abbasova
Təranə Abbasova (13 yanvar 1967) — Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Təranə Abbasova Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə Təranə Abbasova final mərhələsində 165.0 (75.0 + 90.0) nəticə göstərdi və olimpiadanı 10-cu pillədə başa vurdu.
Təranə Haşımova
Təranə Həşimova (tam adıː Həşimova Təranə Əzim qızı; 26 oktyabr 1977, Bakı) — Fəlsəfə doktoru, dosent, şairə. == Həyatı və Təhsili == Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. == Elmi Yaradıcılığı == Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Təranə Muradova
Muradova Təranə Hüseyn qızı (6 avqust 1965, Bakı) — Azərbaycan və dünya xalqları rəqslərinin mahir ifaçısı,baletmeyster.Azərbaycan Respublikasının xalq artisti (1998),Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Bakı Xoreoqrafiya Akademiyasının prorektoru. == Həyatı == Muradova Təranə Hüseyn qızı 1965-ci ildə Bakı şəhərində anadan olub. Bakı Xoreoqrafiya Məktəbini (1974-1983), Azərbaycan Dövlət İncəsənət Universitetini (1991-1995), Rusiya Dövlət Sosial Universitetində isə hüquqşunaslıq ixtisası üzrə təhsil alıb (2004-2008). 1982-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən 2016-cı ilə kimi isə həm də ansamblın baletmeysteri kimi çalışmışdır. 2000-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 26 dekabr 2016-cı ildə Bakı Xoreoqrafiya Akademiyasına xarici əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Hazırda həmin vəzifədə fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanda uşaq, yeniyetmə və gənc rəqs ansamblarının yaranmasında, fəaliyyətində yaxından iştirak edib. Belə ki, "Səyyah" uşaq rəqs ansamblının və "Odlar Yurdu" rəqs ansamblının həm direktoru həm də bədii rəhbəridir.
Təranə Muxtarova
Muxtarova Təranə Sərdar qızı — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1982). == Həyatı == Təranə Muxtarova 1955-ci il sentyabrın 25-də Ağcabədi rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1977-ci ildə təyinatla göndərildiyi "Şuşa" qəzetində müxbir kimi başlamışdır. Qarabağ hadisələri başlanarkən ilk etiraz səsini ucaldan jurnalistlərdən olmuşdur (1991). "Respublika" qəzetində müxbir vəzifəsində çalışmışdır (1996). Həsən bəy Zərdabi adına mükafatın ilk laureatlarından biridir (1989). Xan qızı Natəvan adına mükafata layiq görülmüşdür (1996). == Əsərləri == 1.Şuşa harayı. Bakı: Azərnəşr, 1996, 203 səh.
Təranə Məmmədova
Təranə Məmmədova (tam adı: Məmmədova Təranə Aslan qızı; 9 sentyabr, 1963, Bakı) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, texnika elmləri doktoru. == Həyatı == Təranə Məmmmədova 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 1971–1981-ci illərdə Bakı şəhəri 39 saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunun polimerlər sintezi fakültəsinə daxil olub, 1987-ci ildə isə bitirib. 1987-ci ildə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun "Katalitik krekinq və piroliz" laboratoriyasına mühəndis-texnoloq vəzifəsinə işə qəbul olunub. 1988-ci ildən 1992-ci ilə qədər həmin laboratoriyada dissertant olub. 1992-ci ildə "Seolit tərkibli katalizatorlar üzərində ikinci emal benzin fraksiyalarının metanolla aşağı temperaturda birbaşa kontaktı yolu ilə yaxşılaşdırılmasının tədqiqi" mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi elmi adını alıb. 1993-cü ildən 1997-ci ilə qədər həmin laboratoriyada kiçik elmi işçi vəzifəsində işləyib. 1997–2002 illərdə elmi işçi, 2002–2007-ci illərdə isə böyük elmi işçi vəzifəsində çalışıb.
Təraqə (Bükan)
Təraqə (fars. طراقه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 101 nəfər yaşayır (18 ailə).
Təranə Quliyeva
Təranə Arif qızı Quliyeva (25 iyun 1974, Naxçıvan) — Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini == Həyatı == Təranə Quliyeva 25 iyun 1974-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, Naxçıvanın tanınmış ziyalılarından, görkəmli musiqiçi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Arif Quliyevin qızıdır. == Təhsili == Təranə Quliyeva 1984-cü ildə Naxçıvan şəhər 3 nömrəli rus dili təmayüllü orta məktəbi bitirib. O, 1982–1988-ci illərdə Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində təhsil alıb. 1989-cu ildə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumuna (İndiki Musiqi Kolleci) qəbul olunub, 1993-cü ildə həmin texnikumu "Fortepiano" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1993–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib. Həmin akademiyada "Musiqişünaslıq" ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasını fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Təranə Quliyeva əmək fəaliyyətinə 1991-ci ildə müəllim kimi başlayıb. Əvvəlcə Naxçıvan şəhər uşaq incəsənət və musiqi məktəbində, 1993-cü ildən isə Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərib.
Təranə Bayramova
Təranə Eyvaz qızı Bayramova (15 fevral 1972, Bakı) — Azərbaycan alimi, həkim-cərrah, mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru (2015), Mərkəzi Gömrük Hospitalı Mama-ginekologiya şöbəsinin rəisi (2012), Gömrük Tibb Xidməti Polkovnik-leytenantı (2023). == Həyatı == Təranə Bayramova 15 fevral 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Nəriman Nərimanov rayonunda yerləşən 82 saylı orta pilot məktəbinin birinci sinfinə getmişdir, 1987–1988-ci illərdə fizika, kimya fənləri üzrə keçirilən şəhər olimpiadasında I yeri tutmuşdur. 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1995-ci ildə fakültəni əla qiymətlərlə müalicə işi ixtisası üzrə bitirmişdir. Azərbaycan Səhiyyə Nazirliyinin göndərişi ilə, azad təyinatla mamalıq-ginekologiya ixtisası üzrə Türkiyə Respublikasına ezam olunmuşdur. 1995–2000-ci illərdə Ankara Başkent Universiteti və Dr. Zekai Tahir Burak Qadın Sağlamlığı və Araşdırma Xəstəxanasının Qadın xəstəlikləri və Doğum kafedrasında mamalıq-ginekologiya ixtisasına (mütəxəssislik) yiyələnmişdir. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəhər Onkoloji dispanserində onkoloji ginekologiya şöbəsində internatura keçərək, onkoginekoloq ixtisası almışdır.
Təranə Həşimova
Təranə Həşimova (tam adıː Həşimova Təranə Əzim qızı; 26 oktyabr 1977, Bakı) — Fəlsəfə doktoru, dosent, şairə. == Həyatı və Təhsili == Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri 182 saylı orta məktəbin, Bakı Dövlət Universitetinin məzunudur. Məzun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutu "Türk xalqlarının tarixi, ədəbi-mədəni əlaqələri" bölməsində fəaliyyət göstərmiş, 2007-ci ildən Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda "XX əsrdə Azərbaycan poeziyasının Mərkəzi Asiya xalqlarının şeirinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun "Türk Filolojisi" bölməsində, eyni zamanda Dillər Universitetində müəllim kimi fəaliyyət göstərir. == Elmi Yaradıcılığı == Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələrindən bəhs olunan "Poeziya Körpüsü" adlı elmi, "Ruhların görüşəndə", "Kamalımın nuru" bədii kitabların müəllifidir. 60-dan-dan çox elmi ve publisistik məqalələri Azərbaycan və digər ölkələrdə çap olunmuşdur. Ədəbi, elmi uğurları ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasında ədəbi verilişlər hazırlanmışdır. Dəfələrlə Azərbaycan, Türkiyə Respublikalarında, İran İslam Respublikasında, Qırğızıstan, Türkmənistan respublikalarında keçirilən konfrans və simpoziumlarda müxtəlif mövzularda məruzələr etmişdir. "Türkmən şairi Məhtimqulu Fəraqinin ictimai-siyasi mövzulu şeirlərində yaşadığı dövrün əksi", "Mustafa Kamal Atatürkün Azərbaycanda öyrənilməsi", "Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün yaradıcılığında türk dünyasının azadlıq eşqi" və digər elmi məruzələrlə çıxış etmiş, maraqla qarşılanmış, mükafatlar qazanmışdır.
Əraf
7-ci surə
Ağdərəq (Ətraf)
Ağdərəq — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 30 km qərb, Təbriz-Əhər avtomobil yolunun 5 kilometrliyindədir.
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində daşnaklar tərəfindən xaincəsinə qətlə yetirilmişdi. Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı. Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.
Təran (Sərab)
Təran (fars. طاران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (94 ailə).
Tərəf (Heris)
Tərəf (fars. طرف‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (51 ailə).
Təvaf namazı
Təvaf namazı — 2 rəkətdir və sübh namazı kimi qılınır. Kəbəni 7 dəfə təvaf edəndən sonra qılınır. Müstəhəbdir ki, Fatihə surəsindən sonra birinci rəkətdə Kafirun surəsi, ikinci rəkətdə isə İxlas surəsi oxunsun. Cəmiyyətin izdihamı halında mümkün olan tərzdə "İbrahim məqamı" arxasında namaz qılmaq lazımdır. Müstəhəb olan təvafın namazını Məscidül-Həramın hər bir yerində qılmaq kifayət edir. Təvaf namazını unudub onu qılmadığını səy əsnasında xatırlayan şəxs, səy əməlini dayandırıb təvaf namazını yerinə yetirməli və namazı yerinə yetirdikdən sonra qayıdaraq səy əməlini dayandırdığı yerdən davam etdirməlidir. Təvaf namazını qılmadığını səy əməlindən sonra xatırlayan şəxs, dərhal onu yerinə yetirməlidir. Təvaf namazını qılmadığını Məkkə şəhərindən xaric olduqdan sonra xatırlayan şəxs üçün Məkkəyə qayıtmaq çətin olduqda, mümkün olan hər bir yerdə onu yerinə yetirməlidir. Təvaf namazının qiraəti (oxunuşu) sair namazlar kimi imkan daxilində düzgün oxunulmalı və başqa namazları qıldığı oxunuşa kifayətlənməlidir və onun bu barədə ayrı bir şəxsi naib seçməyə ehtiyac yoxdur.
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ətraf Qənimətov
Ətraf Oktay oğlu Qənimətov (20 mart 1997, Şəki – 13 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əslən Laçın rayon Vəlibəyli kəndindən olan şəhid Leytenant Ətraf Qənimətov Oktay oğlu, 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2012-2013-cü tədris ilinin yekununa görə "Təlim və tərbiyyə"də əldə etdiyi nəaliyyətə görə "Fəxri Fərmanla" təltif edilmişdir. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunmuşdur. Mart 2015-İyun 2015 tarixləri arasında Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif olunmuşdur. Ətraf Qənimətov 17-19 İyun 2016-cı ildə "FORULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunmuşdur. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak etmişdir. Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ətraf mühit
Ətraf mühit — insanları əhatə edən, onlarla qarşılıqlı əlaqədə olan günəş şüaları, su, torpaq, hava və canlılar, antropogen maddələr, əşyalar və qurğular nəzərdə tutulur. İnsan özü də ətraf mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsidir. Alimlər ətraf mühiti təbii mühit və süni mühit olaraq iki hissəyə ayırmışlar. İnsanların həmişə asılı olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı ilə əlaqədər insanların fəaliyyəti nəticəsində yaradılmışdır. Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. süni mühitin obyektləridir. Artıq XX əsrin ortalarında ekoloji böhran özünü bildirməyə başladı. Bu dövrü, ətraf mühitin nəzarətsiz istismarının get-gedə artması dövrü kimi qiymətləndirmək olar. == Ətraf mühitin növləri == ==== İntral (daxili) mühit ==== Digər orqanizmlərin daxilində yaşayan endo parazitlərin mühiti ==== Ekzal mühit ==== Digər orqanizmlərin bədəninin xaricində yerləşən örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; ==== Biosenotik mühit ==== Biosenozun bütün biotalarında yaranan mühit; xarici mühit-biosenozlann xaricində yerləşən mühit.
Tərif (məntiq)
Tərif, definisiya (lat. definitio — "hədd, sərhəd") — sözün və ya ifadənin mənasını təsvir edən cümlə; onun müəyyən bir anlayışa (ümumi anlayış, cins, sinif) aid olduğunu vurğulamaq və adın müəyyən edildiyi sinifdəki fərqli xüsusiyyətini göstərməklə adın mahiyyətini açan (atributları) məntiqi əməliyyat. Beləliklə, tərif ümumi anlayışdan və xüsusi fərqdən və ya müəyyənedicidən ibarətdir. V. Boçarov və V. Markinə görə, tərif linqvistik ifadələrə (dil terminlərinə) ciddi şəkildə sabit məna verməkdən ibarət olan məntiqi prosedurdur . == Növləri == === İntensional tərif === Konnotativ təriflər də adlandırılan intensional təriflər, arzu olunan şeyi müəyyən şeylər toplusundan fərqləndirmək üçün zəruri və kifayət qədər şərtləri müəyyən edir. İntensional tərif aşağıdakıları ehtiva etməlidir: obyektin xassələrinin təsviri, eyni dəstdən başqa obyektlərlə müqayisədə təyin olunanı fərqləndirən xüsusiyyətləri; çoxluqdan seçim qaydalarını göstərməklə terminin mənasını izah etmək; digər anlayışların digər tərifləri ilə müqayisədə ən yaxın anlayışın və fərqləndirici xüsusiyyətlərin göstəricisi. === Ekstensional tərif === Ekstensional təriflər bu tərifin altına düşən bütün obyektlərin açıq siyahısına gəlir. Məsələn, "dünya müharibəsi"nin tərifini tarixçilərin "dünya müharibələri" olaraq təyin etdikləri bütün müharibələri sadalamaqla vermək olar. Ekstensional təriflər birbaşa (bütün obyektlər açıq şəkildə göstərildikdə) və ya dolayı ola bilər. Birbaşa ekstensional tərif bəzən sadalanan tərif adlanır.
Stabilizatorun arxa tərəfi
Stabilizatorun arxa tərəfi, hər hansı bir qanad profili üstündən axan havanın qanadı tərk etdiyi kənara, yəni art kənara verilən addır. Flap, qanadcıq kimi komponentlər stabilizatorun arxa tərəfində yerləşir.
Albaniyanın ətraf mühiti
Albaniyanın ətraf mühiti flora, fauna və müxtəlif formalı çayları ilə diqqəti cəlb edir. Ətraf mühit həm də müxtəlif ekoloji bölgələrdən ibarətdir ki, ölkənin təbii coğrafi ekosistemini təmsil edir. Bura həmçinin su tədcizatı sistemləri, bərpa olunan resurlar və s. daxildir. Dağlıq relyef Albaniyanın əsas hissəsinin təşkil edir. Digər ərazilər yüksəkliklərədən ibarət olub dərin dərələrlə parçalanmış. Bu ərazilər məhsuldar torpaqları ilə tanınır. Ümumən Albaniya ərazisinin 70 % -ni hündürlüyü 2751 metrə qədər olan dağlar və yüksəkliklər təşkil edir. Albaniyanın dağlıq landşaftı heç də İsveçrə və Avstriyadan geri qalmır. Dəniz sahilli çimərlikləri çox cəlb edicidir.
Qalxanabənzər ətraf vəziləri
Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar. == Quruluşu == Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir. == İnkişafı, anomaliyaları və yaş xüsusiyyətləri == Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir.
Tarako
Tarako (たらこ, 17 dekabr 1960, Ota[d], Qunma prefekturası, Yaponiya – 4 mart 2024[…]) – Yaponiya seyyusu, aktrisası və müğənnisi. 1990–2024-cü illər ərzində "Chibi Maruko-chan" anime serialının baş qəhrəmanı olan Momoko Sakura personajını səsləndirməsinə görə tanınır. == Həyatı == 17 dekabr 1960-cı ildə Yaponiyanın Qunma prefekturasında doğulmuşdur. Seyyu karyerasına 1981-ci ildə başlamışdır. "Urusei Yatsura" onun seyyu kimi iştirak etdiyi ilk anime olmuşdur. 1990-cı ildə yayımlanmağa başlayan "Chibi Maruko-chan" animesinin yaradıcısı Momoko Sakura tərəfindən baş qəhrəmanı səsləndirmək üçün seçilmişdir. Sakura onu seçməsinin səbəbi kimi səsinin onun səsinə oxşamasını göstərmişdir. Tarako 34 il boyunca Maruko-çanı səsləndirmişdir. Tarako "Hunter x Hunter", "Inuyasha" kimi anime seriallarında, "Nausicaä of the Valley of the Wind", "My Neighbor Totoro" və "Castle in the Sky" kimi anime filmlərində personajlar səsləndirmişdir. 2016-cı ildə "Danganronpa" franşizinin talismanı olan Monokumanı səsləndirmək üçün seçilmişdir.
Erato
Erato (yun. Ἐρᾰτώ, lat.
Sent-Terans
Sent-Terans (fr. Sainte-Thérence) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03261. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 121 yaşda olan (15-64 yaş arasında) 92 nəfər iqtisadi cəhətdən, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.0%, 1999-cu ildə 71.7%). Fəal olan 92 nəfərdən 83 nəfəri (49 kişi və 34 qadın), 9 nəfər işsiz (2 kişi və 7 qadın) idi. 29 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tetrao lagopus
Tetrao mlokosiewiczi
Qafqaz tetrası (lat. Lyrurus mlokosiewiczi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tetra cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Erkəyi qara məxməri rəngdədir. Başı, döşü və bel hissəsi yaşılıltılı rəngə çalır. Qanadaltı lələkləri ağdır. Erkək fərdinin quyruğu uzun, ucları yanlara və aşağı əyilmişdir. Gözünün üstündə qırmızı ”qaşı” vardır. Dişiləri bozəhvəyi rəngdədir, üzəri iri köndələn naxışlı qaradır. Ayaqları qonur, dimdiyi qısa və ucu az əyridir.
Tetrao tetrix
Lyrurus tetrix (lat. Lyrurus tetrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin tetra cinsinə aid heyvan növü.
Vicia terana
Yem noxudu, Əkin lərgəsi (lat. Vicia sativa) – lərgə cinsinə aid bitki növü. == Sinonim == Vicia alba Moench Vicia bacla Moench Vicia bobartii E. Forster Vicia communis Rouy Vicia cornigera St.-Amans Vicia cornigera Chaub. Vicia cosentini Guss. Vicia cuneata Gren. & Godr. Vicia erythosperma Rchb. Vicia glabra Schleich. Vicia globosa Retz. Vicia intermedia Viv.
Şuhey Terada
Şuhey Terada (d. 23 iyun 1975) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.