Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məcidiyə ordeni
Məcidiyə ordeni — Sultan Əbdülməcid xanın (1823–1861) 1851-ci ildə təsis etdiyi nişan. Əsl adı Osmanlıca "mecîdî nişanı" olmasına rəğmən xalq arasında Məcidiyə nişanı adıyla tanınır. Məcidiyə nişanının beş rütbəsi, dərəcəsi vardı. Birinci dərəcəsindən 50, ikinci dərəcəsindən 150, üçüncü dərəcəsindən 800, dördüncü dərəcəsindən 3000 və beşinci dərəcəsindən 6000 ədəd zərb olundu, hazırlandı. Yalnız birinci dərəcə murassai (dəyerli daşlarla bəzənməsi) sayılır. Məcidiyə nişanının ortasında çəmbərlə çevrili qabarıq qisimdə bir tuğra yer alır. Bu qismin ətrafında qırmızı minalı bir fon üzərində "gayret, hamiyyet, sadâkat" kəlmələri; altında isə, 1268 (1851) tarixi yazılıb. Kordon ucuna asılan birinciylə, boyuna asılan ikinci ve üçüncü dərəcəli nişanlar, hamısı eyni böyüklükdədir. Dördüncü dərəcə daha kiçik, beşinci dərəcə isə en kiçikdir. Beşinci dərəcə gümüşdəndir Məcidiyə ordeni elm adamlarına və hərb mənsublarından üstün xidmət və müvəffəqiyyət göstərənlərə verilirdi.
Hədiyə Dəvlətşina
Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы; 5 mart 1905, Samara quberniyası[d] – 5 dekabr 1954, Birsk, Başqırd MSSR) — başqırd şairəsi, yazıçısı və dramaturqu. == Həyatı == Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur. 1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır. 1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır. == Xatirəsi == Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
Vəcihə Qaşqa
Vəcihə Qaşqa(1 iyul 1935 – 23 noyabr 2017, Simferopol) — krım tatar ictimai xadimi, krım tatar milli hərəkatının fəallarından biri. "Novaya qazeta" və digər krım tatar fəalları onu "vətənə yol açmış" "simvol" adlandırırdılar. == Həyatı == Vəcihə Qaşqa 1 iyul 1935-ci ildə Üsküt kəndində anadan olub. 9 yaşında ikən digər krım tatarları kimi sürgün edilib. Özbəkistana sürgün edilən o, 1950-ci illərdə Krım tatar milli hərəkatına qoşulub. 1960-ci illərin sonunda Krıma gəlməyə cəhd göstərib, lakin qeydiyyatının olmadığına görə buradan qovulub. 1969-cu ildə hadisə yenidən təkrarlanıb. 1974-cü ildə Andrey Saxarovun işə müdaxilə etməsindən sonra Krıma qayıda bilir. Sovet işğalı dövründə krım tatar milli fəalları daima öz toplantılarını Vəcihə xanımın evində keçirirdilər. Vəcihə xanım hərəkatda fəallıq göstərmiş müxtəlif tapşırıqları icra etmək üçün Moskvaya və Türkiyəyə yollanmışdır.
Vəcihə Səmədova
Vəcihə Əli qızı Səmədova (24 noyabr 1924, Bakı – 24 oktyabr 1965, Bakı) — Azərbaycanın ilk peşəkar qadın rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib - Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib. Hal-hazırda Vəcihə Səmədovanın 4 əsəri Azərbaycan Dövət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. == Həyatı == Vəcihə Əli qızı Səmədova 1924-cü ildə şirniyyatçı Kərbəlayi Əli ilə evdar qadın Rübabə Səmədovanın ailəsində anadan olmuşdur. Vəcihənin atası Kərbəlayi Əli Qars azərbaycanlısı idi. O, qardaşı ilə birlikdə İrəvana, oradan da Bakıya köçərək burada Rübabə xanımla tanış olur. Rübabə xanım isə İranın Qum şəhərindən gəlmiş azərbaycanlı ailəsindən idi. Cütlüyün Vəcihədən başqa övladları olsa da, sadəcə Vəcihə və bacısı Solmaz yetkinlik yaşına çata bilmişdir. Vəcihə Səmədovanın uşaqlı illəri İçərişəhərdə keçib. Kiçik yaşından rəsmə marağı olduğu üçün atası ona məşhur rəssamların çizimlərindən ibarət rəsm kitabları alır.
Vəcihə Zöhrabova
Vəcihə Ramazan qızı Zöhrabova — Azərbaycanlı alim, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Vəcihə Ramazan qızı Zöhrabova – 20 may 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1960-cı ildə "qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmiş və Geologiya İnstitutunda işləməyə başlamışdır. Geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur, elmi rütbəsi dosentdir. == Fəaliyyəti == Vəcihə Zöhrabovanın elmi fəaliyyəti qeyri-filiz faydalı qazıntıların litologiyası və mineralogiyasının öyrənilməsi ilə bağlıdır. O, 1989-cu ildə "Şamaxı-Qobustan bölgəsinin eosen bentonit təzahürlərinin əmələ gəlmə şəraiti və maddi tərkibi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Şixandağ yatağını kəşf və tədqiq etmişdir. Əmbizlər, Qabandağ, Ağdərə, Yunusdağ-Ağburun, Kemçi və s. qələvili bentonit təzahürlərini aşkar etmişdir. Vəcihə Zöhrabova 1973-1978-ci illərdə "Qeyri-metallik faydalı qazıntıların geologiyası və mineralogiyası" laboratoriyasının əməkdaşları ilə birlikdə Tovuz və Qazax rayonları ərazisində yerləşən seolitləşmiş tuflar (Aydağ və Yuxarı Öksürlü yataqları), bentonit gilləri (Daşsalahlı və Qaymaqlı yataqları) və kaolinləşmiş süxurların (Kotandağ və Kəmərli yataqları) tədqiqatı ilə məşğul olmuşdur.
Böyük Məcidiyə məscidi
Böyük Məcidiyə məscidi — İstanbulda XIX əsrə aid məscid. Əsas adı Ortaköy məscidi olan bu bina İstanbul boğazının Rumeli sahilində, Ortaköy limanında yerləşir. Məscidə “böyük” deyilməsinin səbəbi isə eyni padşah tərəfindən inşa etdirilən və Çırağan məscidi olaraq da bilinən Kiçik Məcidiyə məscidindən fərqlənməsidir. == Haqqında == == Qalereya == == İstinadlar == Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 119-122; a.e.: İstanbul Câmileri ve Diğer Dînî-Sivil Mi‘mârî Yapılar (haz. Ahmed Nezih Galitekin), İstanbul 2001, s. 524-526; Mehmed Râif, Mir’ât-ı İstanbul, İstanbul 1314, I, 289-290; Konyalı, İstanbul Âbideleri, s. 80-81; Semavi Eyice, “İstanbul’un Minareleri”, Türk San‘atı Tarihi Araştırma ve İncelemeleri, İstanbul 1963, I, 40; a.mlf., Ortaköy:Tarih, Sosyal ve Mimari Doku, İstanbul 1991, s. 11-14; Halûk Şehsuvaroğlu, Asırlar Boyunca İstanbul, İstanbul, ts., s. 228; Pars Tuğlacı, Osmanlı Mimarlığında Batılılaşma Dönemi ve Balyan Ailesi, İstanbul 1981, s. 198-202; Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 1986, s.
Kiçik Məcidiyə məscidi
Kiçik Məcidiyə məscidi — İstanbulda XIX əsrə aid məscid. Əsas adı Çırağan məscidi olan bu bina İstanbul boğazının Rumeli sahilində, Ortaköy yaxınlığında, Çırağan sarayının qarşısında və Ulduz sarayını əhatə edən meşənin boğaz girişində yerləşir. Məscidə “kiçik” deyilməsinin səbəbi isə eyni padşah tərəfindən inşa etdirilən və Ortaköy məscidi olaraq da bilinən Böyük Məcidiyə məscidindən fərqlənməsidir. == Haqqında == === Tarixi === Giriş qapısının üstündə yerləşən və dövrün şairlərindən Əhməd Sadiq Zivər bəy tərəfindən yazılan 4 sətirlik mənzum kitabəyə görə, məscid 1848-ci ildə Osmanlı padşahı Sultan Əbdülməcid tərəfindən inşa etdirilmişdir. Erməni yazar Parsek Tuğlacıyana görə, məscidin memarı Dolmabağça sarayının memarlarından Nikoqos Balyandır. Ancaq Nikoqosun qardaşı Sarkis Balyan, 1857-ci ildə nəşr olunan bir məqalədə Çırağan məscidinin Karpet Balyan tərəfindən inşa olunduğunu qeyd edir. Bu məsələylə bağlı dəqiqi məlumat olmasa da, məscidin dövrün erməni əsilli məşhur memar ailəsi Balyan ailəsi tərəfindən inşa olunduğu dəqiqdir. Dövrün tarixi qeydlərində, məscidin təməlinə müsəlmanların müqəddəs hesab etdiyi Kəbədən torpaq gətirilib qarışdırıldığı qeyd olunur. Məscid, qarşısındakı sahildə yerləşən və yenə Sultan Əbdülməcid tərəfindən sökülüb yenidən inşa etdirilən Çırağan sarayının bir bölümü olaraq inşa etdirilmişdir. Ancaq həm yerləşim yerini, həm də strukturunu nəzərə alsaq, məscidin Çırağan və yaxınlıqdakı Ulduz sarayının xidmətçiləri tərəfindən istifadə edildiyini qeyd edə bilərik.
Ədiyə Topçu
Ədiyə Topçu (krımtat. Ediye Topçı, Эдие Топчы) ― Sovet Krım tatar artisti, müğənni, Özbəkistan SSR əməkdar artisti (1966), Krım tatarlarının "Xaytarma" Dövlət Mahnı və Rəqs Ansamblının solisti. == Bioqrafiya == 1919-cu il sentyabrın 22-də Baxçasaray şəhərində anadan olub. Məktəb illərində bədii özfəaliyyət tədbirlərində iştirak edib. 1935-ci ildə 16 yaşında Krım Radio Komitəsində işləməyə başlamış, orada vokal ansamblının xorunda oxumuş, 1938-ci ildə isə ansamblın solisti olmuşdur. 1940-cı ildə Simferopol Musiqi Məktəbinin vokal şöbəsinə daxil olur, N. Çernovun sinfində oxuyur. 1941-ci ildə Krım MSSR Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsində işləməyə başlayır, lakin müharibə onun Pyotr Çaykovski adına Moskva Konservatoriyasına daxil olmasına mane olur. Sovet qoşunları Krımı azad etdikdən sonra 1944-cü il mayın 18-də Özbəkistan SSR-ə, Bekabad şəhərinə deportasiya edilib. 1944–1946-cı illərdə burada Uzgosteatrın solisti kimi çalışıb. 1950–1951-ci illərdə xor qrupuna rəhbərlik etmişdir.
Bəhman Verdiyev
Bəhman Dilqəm oğlu Verdiyev (12 oktyabr 1995, Çeşməli, Tovuz rayonu – 9 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. == Hərbi xidməti == Bəhman Verdiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Bəhman Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Bəhman Verdiyev noyabrın 9-da Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhman Verdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elburus Verdiyev
Elburus İlyas oğlu Verdiyev (1 may 1993, Aşağı Quşçu, Tovuz rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elburus Verdiyev 1993-cü il mayın 1-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Elburus Verdiyev 2011–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elburus Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elburus Verdiyev oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eldəniz Verdiyev
Eldəniz Rabil oğlu Verdiyev (4 oktyabr 1999, Xanlar – 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldəniz Verdiyev 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin Murovdağ istiqamətində nəşi tapılır və ailəsinə təhvil verilir. İyunun 5-də Göygöl şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Fikrət Verdiyev
Fikrət Verdiyev (2 sentyabr 1947, Kirovabad – 22 dekabr 2022, Bakı) — Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). == Həyatı == Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. Ailələrində musiqiçinin olmamasına baxmayaraq, çox kiçik yaşlarından balaca Fikrətdə sənətə maraq yaranır. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedir. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir. 13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olur. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir. O dövrdə — tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur.
Haqverdi Verdiyev
Verdiyev Haqverdi Camal oğlu (12 aprel 1958, Qapanlı, Şamxor rayonu – 19 iyun 1992, Aterk) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1958-ci ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşdur. O, 1976-cı ildə İ.Məmmədov adına Qapanlı kənd orta məktəbini bitirmişdir. Haqverdi Verdiyev 1977-ci ildə Sovet ordusunda xidmət etdikdən sonra Rusiyanın Novqorod şəhərində milis məktəbinə daxil olmuş və oranı fərqlənmə dipolmu ilə bitirərək leytenant rütbəsinə yüksəlib hava limanında desant qoşunlarında xidmət etmişdir. Verdiyev Haqverdi Camal oğlu Ağdərə bölgəsində Atek kəndində qəhrəmancasına şəhid olmuş və 5 sentyabr 1992-ci ildə Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Haqverdi Verdiyev ailəli olmuş, Zamiq və Ramil adlı 2 oğlan övladları var.
Məmməd Verdiyev
Məhəmməd Səfər oğlu Verdizadə — Azərbaycan aktyoru. == Həyatı == Məhəmməd Verdizadə 1959-cu ildə Kəlbəcərdə anadan olmuşdur. Üç yaşında ikən ailəvi Laçına, oradan Yardımlıya köçmüş, buna görə də orta təhsilini 8-ci sinfə qədər Yardımlıda alıb. Şamaxıya köçdükdən sonra orta məktəbi orada bitirir. Əvvəlcə Xalq Təsərrüfatı İnsitutunda oxumağa başlayan aktyor, sonrada burada təhsilini yarımçıq qoyub İnsəcənət İnstitutuna daxil olur. 1976-1980-ci illərdə həmin institutda təhsil alır. Hələ II kursda oxuyarkən "Babək" filminin foto sınağında iştirak etmişdir. Çəkilişlər başlayan zaman Məhəmməd Verdiyev artıq III kursda təhsil alırdı. İnstitutu bitirdikdən sonbra bir müddət orada dərs deyir və Tədris Teatrında çalışır. Orada Elmira Məlikovanın rejissorluğu ilə hazırlanan Cəfər Cabbarlının "Aydın" tamaşasında Dövlət bəy rolunu ifa edir.
Natiq Verdiyev
Natiq Əlimurad oğlu Verdiyev (5 fevral 1995; Xızı rayonu, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Verdiyev 1995-ci il fevralın 5-də Xızı rayonunun Xələnc kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Natiq Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. "Həmlə" Taborunun üzvü olan Natiq Verdiyev oktyabrın 1-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, "3340" yüksəkliyi istiqamətində şəhid olub. Xızı rayonunun Xələnc kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Verdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Verdiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Necmiye Paqaruşa
Necmiye Paqaruşa (alb. Nexhmije Pagarusha 7 may 1933 – 7 fevral 2020, Priştina) — Yuqoslaviyadan olan kosovolu müğənni və aktrisa (etnik Kosovo albanı), çox vaxt "Alban musiqisinin kraliçası" adlanırılırdı. == Bioqrafiyası == Kosovanın Malishevo yaxınlığındakı kiçik Paqaruşa kəndində anadan olmuşdur. Doğma şəhərində ibtidai məktəbi bitirdikdən sonra Belqrada gedir, burada üç il musiqi məktəbində solo ifa sinfində oxuyur. Musiqi karyerasına 1948-ci ildə Priştina Radiosunda müğənni kimi başlamışdır. Təxminən qırx illik musiqi karyerası ərzində müğənni xalq musiqisindən tutmuş klassik və opera hissələrinə qədər müxtəlif janrlarda əsərlər ifa etmişdir. Əsərini tərifləyən musiqi tənqidçilərinin rəylərində o, müxtəlif ləqəblər alır: "Kosovo bülbülü" (alb. Bilbili i Kosovës), "Alban musiqisinin kraliçası", "Madam Butterfly" və b. O, təkcə Kosovoda deyil, digər Avropa ölkələrində və bölgələrdə, o cümlədən Albaniya, Makedoniya Respublikası və Bosniya və Herseqovina, Bolqarıstan və sairələrdə çox məşhur idi. Kosovoda "Əsrin İfaçısı" fəxri adına layiq görülüb (Alb.
Nihat Verdiyev
Nihad Nicat oğlu Verdiyev (19 dekabr 2003, Daşkəsən rayon Qaraqollar kəndi – 13 sentyabr 2022, Laçın rayonu) – Azərbaycan Ordusu, Laçın istiqamətində gedən döyüşlərdə Şəhid olub. Nihad Verdiyev 2003-cü il dekabrın 19-da Daşkəsən rayonu, Qaraqollar kəndində Nicat və Vüsalə Verdiyevlərin ailəsində anadan olmuşdur. Ailəsinin Nihaddan başqa bir qız övladı var. Subay idi. Şəhidimiz 2010-cu ildə Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə təhsilə başlamış və 2021-ci ildə təhsilini başa vurmuşdur. Nihad Verdiyev 2021-ci il 20 dekabr tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 2022-ci il 6 yanvar tarixdən Müdafiə Nazirliyi Azərbaycan Quru Qoşunlarının sıralarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdır. Daha sonra xidmətini Laçın rayonunda yerləşən "N" saylı hərbi hissəsində davam etdirmiş, intizamlı və cəsarətli Azərbaycan Əsgəri kimi xidmət keçmişdir. Hərbi xidmət dövründə dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən mükafatlandırılmış, hərbi xidmətə yeni qəbul olunmuş əsgərlərə nümunəvi əsgər kimi təqdim edilmişdir. 2022-ci il avqust ayında qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürlərinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurma cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatında mərdliklə iştirak etmiş və nəticədə Qırxqız yüksəkliyinin, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində böyük şücaətlik göstərmişdir. 2022-ci il Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin, Laçın istiqamətində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınmasında döyüş yoldaşları ilə birgə, 5 hərbi postun azad edilməsində iştirak etmişdir.
Səfər Verdiyev
Sə­fər Xəlil oğ­lu Ver­di­yev (1923, Yanşaq, Kəlbəcər rayonu – 27 avqust 2003) — Yardımlı və Kəlbəcər Rayon Partiya Komitəsinin I katibi; Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı. == Həyatı == Səfər Verdiyev 1923-cü il­də Kəlbəcər rayonunun Yanşaq kən­din­də ana­dan ol­muş­dur. Kəlbəcər Rayon Komsomol Komitəsinin I katibi işləmişdir. Kəlbəcər Rayon Partiya Komitəsinin III katibi və I katibi vəzifələrində çalışıb. Laçın rayonunda Ərazi Partiya Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin I katibi də olmuşdur. Şamaxı rayon XDS İK-nın sədri, Azərbaycan KP MK-nın plenumun üzvü, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Böyük Vətən Müharibəsi veteranı idi. == Təltifləri == 2 dəfə "Qırmızı Əmək Bayrağı", 2 dəfə "Şərəf Nişanı" ordenləri ilə təltif olunub.
Vaqif Verdiyev
Vaqif Verdiyev (icra başçısı)
Yılmaz Verdiyev
Yılmaz Verdiyev - Fizika-riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Yılmaz Verdiyev 1937-ci ildə Bakı şəhərində doğulubdur. 1962-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin məzunu olubdur. 1962-1965-ci illərdə Moskvada Teoretik Eksperimental Fizika İnstitutunun assistenti vəzifəsində işləmişdir. 1965-ci ildə doktorluq elmi işini müdafiə edərək fizika elmləri namizədi olmuşdur. 1973-cü ildə "Expansion of the Helisity Group" adlı elmlər doktorluq mövzusunu müdafiə edib 1977-ci ildə professor olmuşdur. 1972-1992 illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun fizika laboratoriyasının müdiri olmuşdur. 1992-ci ildən bu yana Riyaziyyat və Fizika sahələrində Xarici Vətəndaşlıqlı Müqaviləli Müəllim olaraq vəzifə yerinə yetirmişdir. Elementar parçalar və riyaziyyat və fizika sahəsində 47 məqalə, 3 kitab və 18 məlumatı nəşr olunmuşdur.
İdris Verdiyev
Verdiyev İdris Əli oğlu və ya Bədbin İdris (31 dekabr 1928, Şaplar, Kəlbəcər rayonu – 18 yanvar 2016, Bakı) — Azərbaycan coğrafiyaçısı, coğrafiya müəllimi, məktəb direktoru (müxtəlif illər), Kəlbəcər rayonu Bilik Cəmiyyətinin sədri, şair, publisist. == Həyatı == Verdiyev İdris 1928-ci il 31 dekabrda Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində anadan olmuşdur.1945-ci ildə Kəlbəcər şəhər orta məktəbini bitirib və Şaplar kənd ibtidai məktəbinə müdir təyin edilir. 1946-cı ildə Kəlbəcər rayonunun Komsomol Komitəsinin II katibi təyin edlir. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə və nümunəvi işçi olduğuna görə 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə imtahansız qəbul edilir. İnstitutda əla qiymətlərlə oxuduğuna görə İ. V. Stalin adına təqaüdə layiq görülür. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, 1951-ci ildə Moskva Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. 1953-cü ildə atasının qəflətən ağır xəstələnməsi nəticəsində ailəsinin iqtisadi vəziyyəti çətinləşir və anasının təkidi ilə aspiranturadan çıxaraq rayona dönür, Kəlbəcər şəhəri orta məktəbində coğrafiya müəllimi işləməyə başlayır. 1953-cü ildə İsgəndərova Məleykə Müslüm qızı ilə ailə qurur və Ağcakənd orta məktəbinə direktor təyin edilir. Sonra müxtəlif illərdə Kəlbəcərin müxtəlif kəndlərində (Lev, Güneypəyə, Kilsəlikənd, Geştək, Şaplar kəndlərində) məktəb direktoru işləməklə, ibtidai məktəblərin yenidənqurulması və sahəsinin genişləndirilərək orta məktəbə çevrilməsində fədakarlıqla çalışır. Uzun illər Kəlbəcər rayon Məhkəməsində Xalq İclasçısı kimi fəaliyyət göstərir.
İlqar Verdiyev
İlqar Tapdıq oğlu Verdiyev (d.1975-ci ildə Bakı şəhəri - ö.14 iyun 2012-ci il Bakı şəhəri) — Azərbaycan Respublikasının N saylı hərbi hissəsinin mühəndis - istehkam bölüyünün komandiri. Qarabağ şəhidi. 1992-ci ildə Türkiyə Respublikası Quru Qoşunları məktəbinə(Kara Harp Okulu)daxil olub. Mühəndis-istehkamçı ixtisası üzrə təhsil almiş, 1997-ci ildə oranı bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmişdir. Uzun illər Müdafiə Nazirliyi mətbuat xidmətinin zabiti vəzifəsində çalışmışdır. 4 ilə yaxın müddətdə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi vəzifəsini icra etmişdir. Nazirlik sistemində ən bacariqlı,savadlı və təcrübəli zabitlərdən hesab olunub. Türkiyədə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində dil kurslarını müvəffəqiyyətlə bitirmişdi. "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə görə" üçüncü dərəcə medalı ilə təltif edilmişdi.Rus, ingilis, türk dillərinə yiyələnmişdi. 2008-ci ildə isə Naftalanda yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri təyin olunub.
İsax Verdiyev
İsax Ədalət oğlu Verdiyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Verdiyev İsax Ədalət oğlu 1997-ci il sentyabrın 21-də Tərtər rayonunda anadan olub. Evin tək övladı idi. 5 dil bilən İsax İqtisad Universitetində oxuyarkən savadına görə 1 illik Türkiyədə təhsil almağa göndərilib. Ailəli idi, bir oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İsax Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Füzulinin azad edilməsiuğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun əsgəri olan İsax Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 05.10.2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsax Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ədalət Verdiyev
Ədalət Rafiq oğlu Verdiyev (7 noyabr 1969, Kürdəmir rayonu) — ehtiyatda olan zabit, hərbi ekspert. == Həyatı == Ədalət Verdiyev 7 noyabr 1969-cu ildə Kürdəmir rayonunda anadan olub. 1975–1986-cı illərdə Kürdəmir rayonu 3 saylı tam orta məktəbdə təhsil almışdır. 1986–1990-cı illərdə Almatı Ali Ümumqoşun Komandirlər məktəbində ali-hərbi təhsil almışdır. Bundan sonra Rusiya ordusunda 2 il xidmət etmişdir. Bundan sonra 1992-ci ildə Azərbaycan və Ermənistan arasındakı münaqişələr əsnasında Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının ordusunun hərbi mütəxəssisi olaraq texniki , mühəndislik və kəşfiyyat kimi əsas hərbi sahələrdə peşakar təcrübəyə sahibdir. Azərbaycan, Türkiyə, ABŞ, Rusiya (SSR), İsrail, Gürcüstan, Fransa, İtaliya, İngiltərə və s. ölkələrin silahlanmasında mövcud olan bir çox silah sistemlərinə aid araşdırma yazıları vardır. Qarabağ ərazisində aparılan döyüş əməliyyatlarının araşdırılması və yeni döyüş metodlarına dair tədqiqatları mövcuddur.
Əli Verdiyev
Əli Mürsəl oğlu Verdiyev (30 yanvar 1936, Bakı – 8 may 2020) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar rəssamı (1982). == Həyatı == Əli Mürsəl oğlu Verdiyev 1936-cı ildə Bakıda anadan olmuşdur. 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 10 il ərzində Sankt-Peterburqda təhsil almış, İ. Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, V. Muxina adına Leninqrad Ali Rəssamlıq və Sənaye Məktəbində oxumuşdur.1995-ci ildə İstanbula köçən rəssam sonralar Kayseridə işləməyə başlamış, Ərciyəs Universitetinin professoru olmuşdur.Əli Verdiyev 8 may 2020-ci ildə vəfat etmişdir. == Yaradıcılığı == Əli Verdiyev yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzu və janrlara müraciət etmiş, onun yaradıcılığında dəqiq və aydın rəsmlər əsas yer tutmuşdur. Müxtəlif süjetli kompozisiyaların müəllifi olmuşdur. Onun "Savadsızlığın ləğvi" (1969), "Gənclik" (1970), "Qızıl toy" (1971), "Cənnət və cəhənnəmə gedən yol" (1973), "Əmək qələbəsi" (1977), "Xatirələr" (1980), "Qocalıq" (1980), "Həyəcanlı gün" (1995), "Dəniz gəzintisi" (1997), "Folklor" (1998), "Azıx mağarası" (2011) və başqa kompozisiyaları bu qəbildən hesab edilir. Onun "Adilə", "Fatma" və qızı Zemfiranın portretləri yaşlarda fırçaya aldığı portretləri bu janrdakı əsərləri arasında xüsusi əhəmiyyətə malikdir.Əli Verdiyev elmi-metodiki fəaliyyətlə də məşğul olmuşdur. O, "Rəssam-pedaqoq", "Rəngkarlıqda rəngin təsir gücü", "Dəzgah rəngkarlığı" kimi metodik əsərlərin müəllifidir.Rəssam ilk dəfə 1957-ci ildə Moskvada beynəlxalq sərgidə iştirak etmiş, sonrakı illərdə isə müxtəlif miqyaslı sərgilərə qatılmışdır. O, İtaliya, Yaponiya, Avstriya, Finlandiya, İsveç, Türkiyə, Lüksemburq, Çexoslovakiya, Bolqarıstan, ADR, AFR, Vyetnam və başqa ölkələrdəki sərgilərin iştirakçısı olmuşdur.
Əvəz Verdiyev
Verdiyev Əvəz Həşim oğlu (1916, Bakı – 1 may 1945, Boleslaves[d]) — Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == Əvəz Verdiyev 1916-cı ildə Laçının Quşçular kəndində anadan olmuşdur. Üç yaşından yetim qalmış və Laçın rayonunun Quşcular kəndində böyüyüb boya-başa çatmışdır. 20 yaşı tamam olanda Bakıya getmiş, fəhlə gənclər məktəbində oxuya-oxuya Orconikidze adına maşınqayırma zavodunda işləmişdir. 1938-ci ildə Sovet Ordusuna çağırılmış, SSRİ-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir. 1940-cı ildə ordudan tərxis olunmuş və Bakıya qayıdıb əvvəllər işlədiyi zavodda çalışmışdır. İkinci dünya müharibəsinin başlaması ilə əlaqədar 1941-ci ilin iyun ayında yenidən orduya çağırılmış, döyüşlərdə ağır yaralanmış, tezliklə sağalaraq cəhbəyə qayıtmışdır. Ukrayna və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. 1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş və ona "Qızıl ulduz" medalı (medal №4647) və Lenin Ordeni təqdim olunmuşdur.
Babək Verdiyev
Babək Verdiyev (29 iyul 1979, Kəlbəcər) — Amerikanın , New Jersy, Atlantik şəhərində təşkil olunmuş "Action Martial Arts Hall of Honors "qala tədbirinin ilk Azərbaycanlı mükafatcısı və "International Sports Hall Of Fame "tədbirinin ilk Azərbaycanlı iştirakcısı. == Həyatı == Babək Verdiyev 29 iyul 1979-cu ildə Kəlbəcər şəhərində dünyaya gəlib.1985-ci ildə Kəlbəcər şəhər 26 saylı orta məktəbinə gedib və həmin məktəbi 1996-cı ildı bitirmişdir. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təkmübarizlik fakültəsinin Taekvondo ixtisasina daxil olub və 2001-ci ildə Bakalavır təhsili üzrə bitirmişdir. == Fəaliyyəti == 2013 ildən 2019 dək "Lokomotiv " və "KƏLBƏCƏR" Taekwondo Klublarının baş məşqcisi olmuşdur. 28 may 2017-ci ildə Taekwondo WT üzrə 2-ci dan qara kəmər 20 avqust 2017-ci ildə Kombat Taekvondo ürə 4-cü dan qara kəmər, 29 fevral 2018-ci ildə Combat Karate üzrə 5-ci dan qara kəmər ,10 iyul 2018-ci ildə Combat Free Fighter üzrə 3-cü dan qara kəmər, 29 dekabr 2018-ci ildə Krav Maga üzrə 5-ci dan qara kəmər və beynalxalq dərəcəli təlimatcı,04 iyul 2021-ci ildə Krav Maga üzrə (Gold Category)Qızıl dırəcə. 27 yanvar 2022-ci ildə Master Kəmərinə laiq görülmüşdür.
Vendiya Muzeyi
Vendiya Muzeyi (alm. Wendisches Museum Cottbus‎, a.sorb Serbski muzej Chóśebuz) — Almaniyanın Kottbus şəhərində Aşağı Sorbların tarixi və mədəniyyətinə həsr olunmuş muzeydi. 3 iyun 1994-cü ildə açılışı olub. O, Köhnə Şəhər Meydanının yaxınlığında, Mühlenstraße 12 ünvanındakı binada yerləşir. == Tarixi və təsviri == Vendlərin tarixi və mədəniyyətindən bəhs edən ilk eksponat kolleksiyası 1908-ci ildə Kottbus şəhər (diyarşünaslıq) muzeyində təqdim edilmişdir. Bu kolleksiya Üçüncü Reyxin dövrünə qədər ictimai sahədə mövcud olmuşdur. Bu kolleksiyadakı eksponatların əksəriyyəti İkinci Dünya Müharibəsi zamanı itmişdi. Sonralar GDR dövründə, 1980-ci ildə Kottbusda (Branicki Parkında) yerləşən sarayda sorb dillərində ədəbiyyat muzeyi yaradıldı. Muzey əvvəlcə daimi sərgi kimi fəaliyyət göstərildi, lakin sonralar səyyar sərgiyə çevrildi. Bir müddət sonra bu kolleksiya arxivə göndərildi.
İmran Verdiyev