Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yaqublu
Yaqublu — Azərbaycan soyadı. Bu soyadı olan tanınmış şəxslər Nəsiman Yaqublu — azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru. Eltun Yaqublu — Azərbaycanlı futbolçu Kəndlər Azərbaycan Yaqublu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Yaqublu (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Gürcüstan Yaqublu (Başkeçid) — Gürcüstanın Başkeçid rayonunda kənd. Ermənistan Yaqublu (Pəmbək) — Qərbi Azərbaycanın Pəmbək mahalında kənd. Yaqublu (Zəngəzur) — Qərbi Azərbaycanın Zəngəzur mahalında kənd. Yaqublu (Abaran) — Qərbi Azərbaycanın Abaran mahalında kənd.
Yarus
Yarus – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri, kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat (mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot örtüyü, kol və ağac yarusları ayrılır. Yarus termini meşəçilikdə daha çox işlənir. Biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara, çətirlərə, biohorizontlara və s. ayrılması.
Baba Yaqublu
Baba Yaqublu (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. == Etimologiyası == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus r-nunda) kənd adı. 1825-ci ildə yaranmışdır. XX əsrin əvvəllərində kənd dağılmışdır.
Eltun Yaqublu
Eltun Sofik oğlu Yaqublu (19 avqust 1992, Bakı) — Səbail klubunun kapitanı və müdafiəçisi .
Fərman Yaqublu
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Nəsiman Yaqublu
Yaqublu Nəsiman Qara oğlu (1962, Zəngilan rayonu) — azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Nəsiman Yaqublu 1962-ci il fevral ayının 22-də Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Zəngilan rayonunda orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib, Leninqrad Universitetinin Jurnalistika fakültəsində oxuyub. 1986-cı ildə Leninqrad Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında "Ağrılı ömürlər" kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında "Xocalı qırğını" kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir. 1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, "Azərbaycan ordusu" qəzetinin Baş redaktoru vəzifəsində çalışıb.
Tofiq Yaqublu
Tofiq Rəşid oğlu Yaqublu (6 fevral 1961, İncəoğlu, Bolnisi rayonu) — azərbaycanlı siyasətçi, Müsavat Partiyasının və Milli Şuranın üzvü, Müsavat Partiyasının sabiq sədr müavini (2010–2018). Tofiq Yaqublu 1961-ci il fevralın 6-da Gürcüstan SSR-in Bolnisi rayonunun İncəoğlu qəsəbəsində anadan olub. Azərbaycan Kooperasiya İnstitutunu bitirib. Tofiq Yaqublu 1992–1993-cü illərdə Binəqədi rayonunun icra başçısının müavini vəzifəsində çalışıb.[mənbə göstərin] 1992-ci ildən "Müsavat" Partiyasının üzvüdür. Partiyanın Binəqədi rayon şöbəsinin sədri, "Müsavat" Məclisinin üzvü, "Müsavat" Partiyası sədrinin müavini olub. "Yeni Müsavat" qəzetinin yazarı olub. Tofiq Yaqublu 1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.[mənbə göstərin] 2013-cü il İsmayıllı hadisələrində icra başçısının istefası tələbi ilə etirazlar olmuş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Tofiq Yaqublu hadisədən bi gün sonra yanvarın 24-də İsmayıllı rayonuna səfərə gəlmiş, şəhərdə polis tərəfindən saxlanılaraq məcburi qaydada Bakıya geri qaytarılmışdır. Yanvarın 26-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında İsmayıllı hadisələrinə ReAl sədri İlqar Məmmədov və Tofiq Yaqublunun səbəb olduğu bildirilmişdir. Yanvarın 29-da Tofiq Yaqublu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılaraq, onun İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra sərbəst buraxılmışdır.
Yaqublu (Abaran)
Yaqublu (Təzə Kələş.) — İrəvan quberniyasının Eçmiadzin qəzasında, kənd. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Təzə Kələş olmuşdur. Kənddə 1897-ci ildə 120 nəfər, 1908-ci ildə 200 nəfər, 1914 - cü ildə 213 nəfər, 1916-cı ildə 208 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri -azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya edilmişdir. 1920-ci ildə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Yaqublu (Başkeçid)
Yaqublu — Gürcüstan Respublikasının Aşağı Kartli quberniyasının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Yaqublu (Dmanisi)
Yaqublu — Gürcüstan Respublikasının Aşağı Kartli quberniyasının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Yaqublu (Gədəbəy)
Yaqublu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Yaqublu kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XVIII əsrdə Tovuz rayonunun Qazıqulu kəndindən gəlmiş Yaqub ağa adlı şəxs saldığı üçün belə adlandırılmışdır. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 238 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Yaqublu (Oğuz)
Yaqublu — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasında "Yaqublu" toponiminə hazırda Oğuz və Gədəbəy rayonlarında rast gəlirik, lakin tarixi mənbələr göstərir ki, vaxtı ilə İrəvan quberniyasının Zəngəzur və Eçmədzin qəzalarında, Tiflis quberniyasının Dmanisi rayonunda, digər regionlarda da həmin adda kəndlər olmuşdur. Haqqında bəhs edilən Yaqublu kəndi isə ölkəmizin Oğuz (keçmiş Vartaşen) rayonunun cənubunda Oğuz – Mingəçevir – Yevlax – Gəncə şose yolunun kənarında; Oğuz rayonunun mərkəzindən təxminən 20 km. məsafədə Alazan- Əyriçay çökəkliyində yerləşir. Folklor nümunələrində də təsadüf etdiyimiz bu toponimlə yazılı mənbələrdə "Yakublu" formasında, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV–XV əsrlərdə yaşamış məşhur tarixçi Mahmud Xınaluqinin "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri" adlı əlyazmasında rastlaşırıq. Toponimin etimologiyası barədə müxtəlif maraqlı və ziddiyyətli fikirlər vardır. Bəzi tədqiqat əsərlərində "Yaqublu" toponiminin tərkibindəki "Yaqub" sözü yəhudi adı olan Yakovun (İakovun) ərəb forması hesab edilir. Mənası "ardınca, dabanbasdı, izi ilə gələn" kimi izah olunur. Bəzən isə Yaqublu toponimi Yakov adlı udi adı ilə də əlaqələndirilir. Bunların heç bir əsası yoxdur, fərziyyədir və ancaq iddia sayıla bilər.
Yaqublu (Pəmbək)
Yaqublu (Quqark) — Pəmbək mahalının Quqark rayonunda kənd. Yaqublu İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd və rayon mərkəzi. Pəmbək çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim yaqublu etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1. IV.1945-ci il fərmanı ilə yaşayış məntəqəsinin adı dəyişdirilib Meğrud, 25. V.1983-cü il fərmanı ilə yenidən dəyişdirilərək Quqark qoyulmuşdur.
Əliqismət Yaqublu
Arduşlu
Arduşlu (əvvəlki adı: Ardıclı) — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Ardıclı kəndi Vaqazin kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ardıclı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Oykonim "ardıc ağacı çox olan yer", "ardıc bitən yer" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Piçənis çayının sahilində, Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzində təxminən 58 km şimal-qəbdə yerləşir. == Əhalisi == 2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 564 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. === Şəhidləri === Xıdır Sədrəddin oğul Cabarov (1969-1992) Söhrab Əsgərov (1972-1994) Əzim Zahid oğlu Qasımov (1970-1993) Seyefəli Ədil oğlu Qədirov (1933-1992) İdris Həmizə oğlu Alməmmədov (1933-1992) Mahirə Fərhad qızı Alməmmədova (1991-1992) Fariz Ədalət oğlu Alməmmədov (1991-1992) Azad Pirqulu oğlu Cabbarov (1965-1992) == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənddə mağaza mövcud olub.
Çavuşlu
Çapışlu və ya Çavuşlu — İranın Rəzəvi Xorasan ostanının Dərgəz şəhristanının Çapışlu bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,247 nəfər və 616 ailədən ibarət idi.
Yaqublu kəndi kurqanları
Yaqublu kəndi kurqanları — Oğuz rayonunun Yaqublu kəndi yaxınlığındakı kurqanlar. Ərazidə qeydə alınan 9 kurqandan 4-nün yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağılıb, ya da digər məqsədlər üçün istifadə edilib. Hazırda diametri 60 metr olan kurqanda tədqiqat işləri aparılır. Arxeoloji materiallar bu abidənin Tunc dövrünün sonu, erkən Dəmir dövrünün əvvəllərinə aid olduğunu, həmin dövrlərdə bu regionun güclü iqtisadiyyata malik olduğunu, daxili və xarici ticarətin, sənətkarlığın, xüsusilə metal işləmə, dulusçuluq və digər sənət sahələrinin yüksək səviyyədə inkişaf etdiyini deməyə əsas verir.
Kabuslu türk hamamı
Kabuslu türk hamamı (怪猫トルコ風呂, Kaybyo toruko furo) – 1975-ci ildə Kazuhiko Yamaquçinin rejissorluğu ilə çəkilmiş Yaponiya istehsalı erotik qorxu filmi. Film qorxu janrının kaybyo və ya bakemono altjanrına aiddir. Filmdə türk hamamında işləyən qız sevgilisi tərəfindən öldürüldükdən sonra qisas almaq üçün pişik bədheybətinə çevrilir. == Rollarda == Naomi Tani Yukino rolunda. Hideo Murota Yuzo rolunda. Misa Ohara Yukinonun bacısı Mayumi rolunda. Tayci Tonoyama hamamın meneceri Genzo Kakinuma rolunda. Tomoko Mayama Genzonun ikinci arvadı Utae Kakinuma rolunda. Terumi Azuma Genzonun qızı Natsuyo Kakinuma rolunda. Koci Fuciyama hamamın meneceri Toriyama rolunda.
Yarus (geobotanika)
Yarus – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri, kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat (mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot örtüyü, kol və ağac yarusları ayrılır. Yarus termini meşəçilikdə daha çox işlənir. Biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara, çətirlərə, biohorizontlara və s. ayrılması.
Okay Yokuşlu
Okay Yokuşlu (9 mart 1994, Konak, İzmir ili) — Türkiyə milli futbolçusu. O, La Liqa komandalarından olan “Selta Viqo”dan icarə əsasında “Xetafe”də çıxış edir. Okay Yokuşlu futbola 8 yaşında Karşıyaka İdman Məktəbində başlayıb. İdman məktəblərində hər uşaq kimi futbolu sevən Okay karyerasına 2004-cü ildə “Altay Youth”da başlayıb.
Yarışlı gölü
Yarışlı gölü — Burdurun Yaşılova vilayətində göl. Sahəsi 16 km2 olan karstik göl Harmanlı, Yarışlı, Kocapınar, Sazaq və Düğer kəndləri arasında yerləşir. Göl içində balaca ada da var. Göl natrium fosfat, natrium xlorid və natrium sulfatla zəngin olduğundan suları şordur. Kümbet, Yarışlı, Kilsə bulaqları, Qadınca suyu, Başquyu çayı və yağıntılarla qidalanır. Qidalanma mənbələri zəif olan göl xaricə çıxışı olmayan Buldur gölündən alçaq təpələrlə ayrılır. Axarların gölə qarışdığı sahələrdə bitki örtüyü inkişaf etmişdir. Göl bioloji müxtəliflik baxımından kasıbdır. Dərə ağızlarında ancaq dişi sazan balığı yaşayır. Göl suları yayda quruyaraq duzlu bataqlığa çevrilir.
Yerüstü inversiya
Ümumilikdə troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq azalır, lakin bəzi hallarda yerüstü qatda, xüsusilə aydın havalarda effektiv şüalanma nəticəsində soyumuş torpaq üzərində temperaturun yuxarıya doğru artması müşahidə edilir. Bundan başqa polyar ərazilərdə buz və qar örtüyü üzərində dayanıqlı temperatur inversiyası bütün sutka ərzində, nəinki qışda, hətta yayda da müşahidə edilir. Yerüstü qatda gecələr konveksiyanın mümkünlüyünü aradan qaldıran dayanıqlı stratifikasiya yaranır. Bu zaman temperatur inversiyasının yaranması adi haldır: köşkdə temperatur yer səthindən daha yüksəkdir və tez- tez köşk üzərində temperatur, artmağa davam edir. Küləksiz havada, aydın gecələrdə havanın aşağı qatı güclü surətdə soyuyur və yer səthi yaxinlığında və 8–10m hündürlükdə temperatur fərqi 8–110C –yə çata bilər.
Yerüstü proseslər
Yerüstü proseslər (rus. процессы наземные, ing. surface processes) — subakval proseslər məfhumunun əksi olub, Yer üstündə baş verən proseslərdir.
Çavuşlu oymağı
Çavuşlu oymağı — Ustaclı elinin böyük qollarından biri. Çavuşlu oymağı Sivas vilayətindən Azərbaycana gələndən sonra bir parası Xoy civarında, bir parası isə Ərdəbil yörəsində yerləşdi. Çavuşlu oymağı bir çox qızılbaş əmiri, elçisi, mədəniyyət xadimi yetirmişdi. Əbumüslüm xan Çavuşlu Yusif bəy Çavuşlu Behbud xan Çavuşlu Baba xan Çavuşlu Allahyar xan Çavuşlu Seydəli xan Dərgəzi Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Herat yürüşü
Herat yürüşü — bir sıra müəyyən fasilələrlə baş verən toqquşmalardan və sonda Nadir xanın Abdali əfqanlarına qarşı hərbi əməliyyatlara başlaması ilə özünün kulminasiya nöqtəsinə çatan hərbi əməliyyatdır. Bu əməliyyata başlamamış Nadir xan özünün monarxı və şahzadəsi olan II Təhmasibə qarşı uğurlu yürüş etmişdi. Alçaldılmış Təhmasib də 4 may 1729-cu ildə Məşhəddən çıxaraq Nadirin Herat yürüşünə qatılmışdı. Beləliklə, Nadir Təhmasibin yürüş boyunca öz yaxınlığında olmasını təmin etmişdi. Bu yürüş Nadir xanın yeni hərbi biliklərə yiyələnməsinə və ya təcrübədən keçirməsinə səbəb oldu. Nəticədə o, ölümcül yüngül süvari ordulara qarşı döyüşə biləcək ordu modelini yarada bildi. Bu sistemdə yaradılmış ordu isə Damğan döyüşündə Gilzay əfqanlarının sayca üstün olan ordusunu məğlub etdi. == Arxa plan == Təhmasiblə problemləri həll etdikdən sonra Nadir kürdlər və yomut tayfaları üzərinə bir neçə yürüş həyata keçirdi. 1728-ci ilin yayında əfqanlara qarşı da bir neçə yürüş təşkil edilmişdi. Bu zaman Təhmasibin keçmiş sərkərdələri Məhəmməd Əli xan və qohumu Zulfiqar xan şahın adından çıxış edib mazandaran və Astrabadın yeni başçıları olduqlarını elan etdilər.
Səlib yürüşü
Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبية‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XIIl əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl "Hakimi-Mütləq" olan krallar indi yalnız "bərabərlər arasında birinci" statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı. Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir.
Təbuk yürüşü
Təbuk yürüşü — Təbuk müharbəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharbə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Qarabağ yürüşü
Qarabağ yürüşü — 2020-cı ilin 12-15 iyul tarixlərində Azərbaycanda Tovuz döyüşlərinin nəticələrinə görə başlayan aksiya. 2020-cı il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun təmas xəttində yerləşən bölmələrini artilleriya atəşinə tutması nəticəsində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev həlak olur. Üstəlik düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu da şəhid olur. Bunun ardından iyulun 14-ü saat 16:00 radələrində Sumqayıtda və Əhmədlidə “Qarabağ yürüşü” başlayır, burada yüzlərlə iştirakçı “Azərbaycan!”, “Qarabağ bizimdir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!!” və "Sumqayıt, yatma, şəhidimiz var" kimi sözlər səsləndirdi. Sonra nümayişlər minlərlə iştirakçı toplayaraq Bakının digər bölgələrinə də yayıldı. İştirakçılara görə, təxminən 15 min nümayişçi var idi. Qız Qalasına çatdıqdan sonra nümayişçilər Şəhidlər xiyabanına yönəldilər. Saat 23: 30-da nümayişçilər Şəhidlər Xiyabanına çatdılar. Burada nümayişçilər "Ya Qarabağ ya ölüm!!" və "Karantin bitsin, müharibə başlasın!". Bu zamana qədər yürüş dinc xarakter daşıyır.