Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yatan Venera
Yatan Venera və ya Drezdenli Venera — İntibah dövrü italyan rəssamı Corconenin yaratdığı sənət əsəridir. Əsərin Corconenin ölümündən sonra 1510-cu ildə digər italyan rəssam Tisian tərəfindən tamamlandığı güman olunur. Corconenin bu əsərdə yaratdığı yatan çılpaq qadın obrazı incəsənətdə inqilabi hadisə hesab olunur və müasir incəsənətin başlanğıc nöqtələrindən sayılır. Corconenin ərsəyə gətirdiyi qadın bədəninin cizgiləri arxa fonda diqqəti cəlb edən təpələrin qövsvari forması ilə həmahəng təşkil edir və əsərə təbiilik qazandırır. Əsər hazırda Drezden şəhərində yerləşən Gemäldegalerie Alte Meister qalereyasında (Drezden Rəsm Qalereyası kimi də tanınır) saxlanılır.
Yatan ölüm
Yatan ölüm - Aqata Kristinin romanı. == Haqqında == Tez-tez istirahət etmək üçün səyahətlərə yollanan Qvenda və Giles özlərinə həmişəlik qalmaq üçün şəxsi ev axtarırlar. Belə bir məqamda Gilesin xalası vəfat edir. Ev əşyalarını ona miras qalır. Bundan sonra şəxsi ev onlara daha əlçatan olur. Maddi vəziyyətləri düzələn cütlük heç bir çətinlik yaşamır. Daha sonra özlərinə uyğun bir ev tapırlar. Əsas hadisələr də elə bundan sonra başlayır. == İstinadlar == "Ali və Nino".
Yatan adam (roman)
Yatan adam — fransız yazıçısı Jorj Perekin 1967-ci ildə yazdığı roman. Bu, ikinci şəxsin hekayəsindən istifadə edir və bir gün dünyaya biganə olmağa qərar verən 25 yaşlı tələbəni izləyir. Yatan adam 1974-cü ildə çəkilmiş "The Man Who Sleeps" filminə uyğunlaşdırılmışdır. == Haqqında == Roman 1967-ci ildə Éditions Denoël vasitəsilə Fransada nəşr olunub. Andrew Leak tərəfindən ingilis dilinə tərcüməsi 1990-cı ildə David R. Godine vasitəsilə Jorj Perekin ilk romanı olan: Altmışıncıların Hekayəsi ilə ortaq bir cilddə nəşr edilib. == Xarici keçidlər == Yatan adam [1] == İstinadlar == "Yatan adam".
Yatan inək (rəsm əsəri)
Yatan inək — Vinsent Van Qoqun Haaqada yaşadığı 1882-1883-cü illər ərzində yağlı boya rəssamlığı üslubundan istifadə edərək çəkdiyi iki rəsm əsərinə verdiyi ad. 1970-ci ildə Ceykob Baart de la Fellenin apardığı araşdırmalara əsasən əldə olunan kataloqa görə, bu rəsm əsərləri 1882-ci ildə çəkilmişdir. Halbuki Yan Hülsker bu əsərlərin, onun 1883-cü ildə çəkdiyi və yalnız bir fotoqraf tərəfindən tanınan "Çəmənlikdəki inəklər" əsəri ilə əlaqəli olduğunu hiss etdiyini deyirdi. Bütün bunları nəzərə alaraq o, Van Qoqun bu əsərləri öz məşuqəsi Sien Hoorniki tərk edərək Drenteyə getməsindən əvvəl çəkdiyini iddia edir və beləliklə, əsərlərin 1883-cü ildə çəkilməsi fikrinin üzərində dururdu.
Şəhər yatanda (film, 1975)
== Məzmun == Film Azərbaycan müəssisədənkənar mühafizə işçilərinin çətin və təhlükəli işindən, evlərə, mağazalara, müəssisələrə siqnal aparatlarının qoyulmasının əhəmiyyətindən bəhs edir. Film Bakıda, Sumqayıtda və Gəncədə çəkilmişdir.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Yalan
Yalan — bilə-bilə (yaxud bilməyərəkdən) ifadə olunmuş məlum həqiqətə uyğun olmayan iddia. == Quran və hədislərdə yalan barədə == İslamda yalan böyük günahlardan hesab olunur.
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Atan
Atan — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Batan adası
Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır. == Coğrafiyası == Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.
Natan Leyder
Natan Leyder (14 aprel 1997-ci ildə Namurda anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. == Klub karyerası == === Yonq Ayaks === Leyder Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Leyder öz peşəkar karyerasında debütünü 21 aprel 2017-ci ildə Helmond Sport klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Karel Eytinqi əvəz etmişdir. Həmin görüşdə Yonq Ayaks liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 1 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Natan Qofman
Natan Söderblum
Lars Olaf Conatan Söderblum (isv. nɑ̌ːtan ˈsø̌ːdɛrblʊm; 15 yanvar 1866[…], Trönö[d] – 12 iyul 1931[…], Uppsala) – İsveçli ruhani. 1914-1931-ci illər arasında İsveç Upsala kilsəsinin baş yepiskopu və 1930-cu ildə Nobel Sülh mükafatı laureatı olmuşdur. 12 iyulda Lüteran kilsəsinin Müqəddəslər təqvimində və Yepiskopal kilsəsinin (ABŞ) ayin təqvimində xatırlanır. == Həyatı == Soderblum Evleborq lenində, Söderhamn şəhərinin Trönö kəndində anadan olmuşdur. Atası kilsə keşişi idi. 1883-cü ildə Uppsala Universitetinə daxil oldu. Əvvəlcə nə öyrənmək istədiyinə əmin olmasa da, nəticədə atasının yolunu davam etdirməyə qərar verdi. ABŞ səyahətindən qayıtdıqdan sonra 1893-cü ildə keşiş təyin edildi. 1892 və 1893-cü illərdə Söderblum əvvəlcə Uppsala Tələbə Birliyinin vitse-prezidenti, sonra isə prezidenti oldu.
Ponticola ratan
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. == Morfoloji əlamətləri == Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Quru yataq
Qışlaq (yataq)
Qışlaq — sığırxana, yataq və yaşayış evlərini ozundə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu. Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir. == Mənbə == Azərbaycan etnoqrafiyası. Üc cilddə. II cild.
Serir (yataq)
Serir və ya Sarir — Liviyadakı nəhəng neft yatağı. 1961-ci ildə kəşf edilmiş, 1966-cı ildə burada istehsala başlanmışdır. Geoloji ehtiyatların həcmi 3,8 milyard ton neft olduğu təxmin edilir. İlkin ehtiyatlar 2000 milyon ton, qalan hasil olunan ehtiyatlar 330–600 milyon ton neft olduğu qiymətləndirilir. Yataqların dərinliyi 2490–2775 m bərabərdir. Neftin sıxlığı 0,84 q/sm3-dir. Neftlilik təbaşir və paleogen dövrünə aid yataqlarla əlaqələndirilir. Yatağın operatoru Liviya milli neft şirkəti olan "National Oil Company"nin 100% törəmə şirkəti olan "Arabian Gulf Oil Company" şirkətidir.
Valter Natan
Valter Natan (3 aprel 1962) — Perunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Valter Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Yair Natan
Yair Natan (11 oktyabr 1970) — Perunu təmsil edən stolüstü tennisçi. == Karyerası == Yair Natan Perunu 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Yakan burnu
Yakan burnu — Lonq boğazı sahillərində, Ekaenmıvaam çayı mənsəbi yaxınlığında yerləşir. Şmidt Burnu qəsəbəsindən 140 km aralıda qərarlaşır. Çukotca Yakan «istfadə etmək, yararlanmaq» mənasını verir. Burundan Şərqi Sibir dənizi ilə Çukot dənizi arasında sərhədin başlanğıcını təşkil edir. Hündürlüyü 40-50 metr təşkil edir.
Yalan elmlər
Yalan elmlər ( yun. ψευδής — «yalan» + elm, yaxın terminlər: paraelm, kvazielm, 'alternativ elm, qeyri-akademik elm) — məqsədli və ya qeyri-məqsədli şəkildə elmə oxşar, ancaq elm olmayan fəaliyyət və ya nəzəriyyə. == Haqqında == Yalançı elm çox mürəkkəb bir ictimai fenomendir. Onun təzahürləri arasında bir tərəfdən elmi əsası olmayan, lakin elm kimi təqdim olunan ideyalar, digər tərəfdən isə dünyanın mövcud qanunauyğunluqlarına uyğun olmayan, guya yeni qanunlara əsaslanan ixtiralardır. Bacarıqlı yalançı alimlər iddia etdikləri tədqiqatların dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə çalışır və bununla da vergi ödəyicilərinin pulunu mənimsəyirlər. Üstəlik, yalançı elm bir qayda olaraq, korrupsiya ilə bağlıdır. Vətəndaşlar da bu cür saxtakarlardan əziyyət çəkirlər. Məs.,“ulduz falı” (qoroskop), əl, pəncə və barmaq izləri əsasında falçılıq edənlər, ekstrasenslər heç bir elmi əsası olmayan, saxtalaşdırılmış elmi faktlarla insanları inandırmaqla müalicə edir, ixtisas seçmək və ya idman, musiqi ilə məşğul olmaq üçün təkliflərini verirlər. Postsovet dövründə Rusiyada, həmçinin postsovet dövlətlərində yalançı elm nəzarətdən çıxaraq vətəndaşların sağlamlığı və təhsilindən başlayaraq dövlət proqramları və strategiyalarına qədər bütün səviyyələrdə dövlət qurumlarının fəaliyyəti və təhlükəsizliyinə dağıdıcı təsirlər etməyə başladı. Rusiyanın dövlət orqanları yaranmış fövqəladə hala yaxın olan bu vəziyyəti nəzərə alaraq məsələnin həlli ilə məşğul olan xüsusi Komissiya yaratdılar.
Yalan nöqtəsi
Yalan nöqtəsi (ing. Deception Point) — Den Braun tərəfindən yazılmış roman. == Məzmun == Arktikada bəşəriyyətin gələcəyini dəyişməyə qadir olan nadir artefakt tapılır. Qeyri-adi tapıntının həqiqi olub-olmadıgını müəyyənləşdirmək üçün ora elmi ekspedisiya göndərilir. Ancaq ekspedisiya üzvləri tapıntı yerinə çatar-çatmaz bir-birinin ardınca həlak olurlar. Onları kim və niyə öldürür? Bəlkə onlar tapıntının sirrini açmaga çox yaxınlaşıblar? == Xarici keçidlər == "Dan Brown Yalan nöqtəsi" (az.). qanun.az. 2016-03-06 tarixində orijinalından arxivləşdirilib.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. == Həyatı == Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
Yanan adam
Yanan adam festivalı (ing. Burning Man) — ABŞ-nin Nevada çölünün Black Rock bölgəsində hər il avqust ayının son həftəsi ilə sentyabr ayının ilk həftəsi arasında keçirilən festival. == Tarixi == Festival ilk dəfə 1986-cı ildə Larri Harvey və dostları tərəfindən təşkil edilmişdir. Festivalda iştirak etmək üçün əvvəlcədən müraciət edərək qeydiyyata düşmək və bilet almaq lazımdır. Xüsusilə, gecələr böyük əyləncələr və mərasimlər təşkil edilir. Yanan adam fiquru festivalın əsas simvoludur. Təşkilatçılar festivalın musiqi və sənət festivalı olduğunu deyirlər. Hər il müxtəlif gündəmi olan festivalda 2011-ci ildə əsas gündəlik olaraq "keçid mərasimləri" mövzusu seçilmışdir. 2011-ci ildə festivala 50 mindən artıq insan qatılmışdır. == Mənbə == Yanan adam festivalı keçirilir.
Yataq axını
Yataq axını (rus. русловый поток, ing. stream, course) — ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meyilliyindən asılı olmayaraq bütün su axınlarını çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Yataq eroziyası
Yataq eroziyası (rus. русловая эрозия, ing. channel erosion) — əsasən daşqın və sel zamanı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.