Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İosif Yesman
İosif Qavriloviç Yesman (1 dekabr 1868, Vileyka[d], Vilen quberniyası[d] – 30 iyun 1955, Bakı) — Hidravlika sahəsində görkəmli sovet alimi, Azərbaycan SSR EA-nın akademiki (1945), Əmək Qəhrəmanı (1937), texnika elmləri doktoru (1933), professor (1933), Azərbaycan SSR Əməkdar elm xadimi (1927). == Həyatı == İosif Yesman 1 dekabr 1868-ci ildə Belarusiyanın Vileyka şəhərində anadan olmuşdur. Ali təhsilini 1892-ci ildə Sant-Peterburq Texnoloji İnstitutunun Mexanika şöbəsində almışdır. == Akademik fəaliyyəti == İosif Yesman adyunkt elmi dərəcəsini 1913-cü ildə, elmlər doktoru elmi dərəcəsini və professor elmi adını 1933-cü ildə almışdır. Azərbaycan EA-nın ilk 15 təsisçisindən biri olan İosif Yesman 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika-texnika elmləri və neft bölməsi üzrə həqiqi üzvü (akademik) seçilmişdir. Yesmanın elmi işləri, əsasən, hidravlika və hidromaşınqayırmaya, porşenli və mərkəzdənqaşma nasoslarının nəzəriyyə və hesablamalarına həsr olunmuşdur. Bir çox SES-lərin layihələndirilməsində iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur. == Əmək fəaliyyəti == İosif Yesman 1914-1917-ci ildə Peterburq Politexnik İnstitunda professor, dekan, 1919–1922-ci illərdə Vladiqafqaz Politexnik İnstitunun rektoru vəzifəsini icra etmişdir. 1922-1924-cü illərdə Azərbaycan Politexnik İnstitutunda professor, kafedra müdiri olmuşdur.
İqor Getman
İqor Yevgeneviç Getman (rus. Игорь Евгеньевич Гетман; 7 iyun 1971, Bakı, Azərbaycan SSR, SSRİ) — keçmiş Azərbaycan futbolçusu və Azərbaycan milli futbol komandasının oyunçusu. İqor Getman öz futbolçu karyerasını "Termist", "Neftçi Bakı" kimi Azərbaycan klublarında başlamış, sonradan Rusiyaya köçmüşdür. "Dinamo Stavropol" klubunda bir oyun belə keçirmədən "Anji Mahaçqala" klubuna transfer olunmuşdur. 1998-ci ildə Azərbaycana qayıtmış və bütün qalan futbolçu karyerasını "Neftçi Bakı" klubunda oynamışdır. İqor Getman futbolçu karyerasını 23 may 2007-ci ildə "Turan Tovuz" komandasının heyətində bitirmişdir. "Neftçi Bakı" klubundakı fəaliyyətinə görə klub prezidenti Rövnəq Abdullayev ona "Daewoo Nexia" avtomobili hədiyyə etmişdir.
Vadim Getman
Vadim Petroviç Getman (ukr. Вадим Петрович Гетьман; 12 iyul 1935, Snitin[d], Xarkov vilayəti – 22 aprel 1998, Kiyev) — Ukraynalı sovet iqtisadçı, maliyyəçi və siyasətçisi. Ukrayna Milli Bankının ikinci rəhbəri (1992–1993), "Ukrayna Qəhrəmanı" (2005) mükafatı laureatı. == Həyatı == Məktəbi bitirdikdən sonra universitetin coğrafiya fakültəsinə daxil olmaq üçün Kiyevə gedə Vadim, imtahanları əla qiymətlərlə versə də Universitetə qəbul olunmadı. 1956-cı ildə Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universitetini bitirmiş, sonra Zaporojya vilayətinin müxtəlif maliyyə və planlaşdırma orqanlarında çalışmışdır. 1975-ci ildə Getman Ukrayna SSR Qiymətlər üzrə Dövlət Komitəsi rəhbərinin birinci müavini təyin edilib. 1987-ci ildə Ukrayna SSR Aqrar-Sənaye Bankının (1990-cı ildən — "Ukrayna" bankı) idarə heyətinin rəhbəri olub. (SSRİ-nin dağılmasından sonra Getman Ukrayna Aqroprombankının Ümumittifaq Bankından ayrılmasına nail oldu və bununla da Ukraynada ilk kommersiya bankını təsis etdi). Milli valyutanın yaradılmasının təşəbbüskarlarından biri olub. Getman bu vəzifədə 1992-ci ilin martına qədər, Ukrayna Milli Bankının idarə heyətinin rəhbəri seçilənə qədər qaldı.
İncəsənətdə getman Mazepa obrazı
İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır. == Tarixi şəxsiyyət == Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur.
Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universiteti
Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universiteti (ukr. Київський національний економічний університет імені Вадима Гетьмана, КНЕУ) — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən ali təhsil ocağı. == Tarixi == Universitetin tarixi 1906-cı ildən başlanır. Hansı ki, həmin vaxt Kiyevdə ticarət kursları açılmışdır. KMİU-ti mövcud olduğu illər ərzində müxtəlif adları daşımışdır: ticarət institutu, D. S. Korotçenko adına Kiyev xalq təsərrüfatı institutu, maliyyə-iqtisadi institutu. Öz müasir adını universitet 2005-ci ildə almışdır. Kiyev Milli İqtisadiyyat Universitetinin Ukraynada bir neçə filialları vardır: Krım iqtisadi institutu; Krivorojsk iqtisadi institutu; Kiyev iqtisadi kolleci; Kiyev informasiya sistemləri və texnologiyaları kolleci; Simferopol iqtisadi kolleci; Krivorojsk iqtisadiyyat və idarəetmə kolleci; Romensk kolleci. == Fakültələr və institutlar == KMİU-nin növbəti fakültələrində tələbələrin hazırlığı həyata keçirilir: Maliyyə-iqtisadi (1906-cı ildə yaradılmış); İqtisadiyyat və idarəetmə (1945-ci ildə yaradılmış); Aqrar-sənaye kompleksi müəssisələrinin iqtisadiyyatı (1945-ci ildə yaradılmış) ; İqtisadi - qeydiyyat (1959-cu ildə yaradılmış); İnformasiya sistemləri və texnologiyalar (1964-cü ildə yaradılmış); Personalı idarəetmə və marketinq (1965-ci ildə yaradılmış); Beynəlxalq iqtisadiyyat və idarəetmə (1992-ci ildə yaradılmış); Hüquq (1993-cü ildə yaradılmış); İqtisadi - kredit (2003-cü ildə yaradılmış). Kiyev Milli İqtisadi Universitetində belə institutlar fəaliyyət göstərir: İqtisadi inkişafın elmi -tədqiqat institutu; Maliyyə bazarı inkişafının Ukrayna institutu; Ali təhsil institutu; Maliyyə nəzarəti institutu; İqtisadiyyat üzrə ensiklopediya tədqiqatları institutu; Qlobal iqtisadi siyasət institutu; Kredit münasibətləri institutu; Fransa-Ukrayna menecment institutu; Aqrar sənaye kompleksinin iqtisadiyyat və menecment institutu; Maliyyə-innovasiya tədqiqatları institutu; Modelləşdirmə və iqtisadiyyatda informasiya texnologiyaları institutu; Hesab institutu; İctimai - əmək münasibətləri institutu; Hüquqi tədqiqatlar və qanun layihəsi işi institutu; Marketinq institutu; İnnovasiya sahibkarlığı institutu. == Reytinq == Ali təhsil müəssisələrinin ümummilli "Kompas-2012" reytinqində KMİU üçüncü yeri tutur.
Batman
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Betmen
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Bettan
Bettan (fr. Bettant) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Amberyo-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01041. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 724 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Bettan ilə əlaqəli mediafayllar var.
Kerman
Kirman şəhəri İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Mehman
Mehman — qonaq, kişi adı, təxəllüs. Mehman Ağayev — Mehman Şükürov — Mehman Hüseynov — Mehman Ələkbərov — Mehman Dəmirli — Mehman Qafarov — Mehman Ramazanov — Digər Mehman (povest) — Süleyman Rəhimovun əsəri.
Adolf Eyxman
Otto Adolf Eyxman (alm. Otto Adolf Eichmann‎; 19 mart 1906[…], Zolingen[d], Prussiya, Almaniya imperiyası – 1 iyun 1962, Ramla[d], İsrail) — Almaniya zabiti, Gestapo məmuru, yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs. Ona SS-Oberqrupanfüreri Reynhard Heydrix tərəfindən II Dünya müharibəsi zamanı Nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi surətdə köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS Oberşturmbannfureri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. Burada İsrail kəşfiyyatı "Mosad"ın agentləri onu izləmiş, qaçıraraq İsrailə aparmış, orada məhkum olunaraq ölüm cəzası almış və edam edilmişdir. Məktəbi bitirdikdən qısa müddət sonra Eyxman 1914-cü ildə ailənin köçdüyü Avstriyada atasının mədən şirkətində çalışmışdı. 1927-ci ildən başlayaraq səyar kerosin ticarəti ilə məşğul olmuş, 1932-ci ildə həm Nasional Sosialist Alman Fəhlə Partiyasına, həm də SS-yə qoşulmuşdur. 1933-cü ildə Almaniyaya qayıtmış, burada Təhlükəsizlik xidmətinə SD daxil olmuşdur. Orada o, yəhudi işlərinə, xüsusən nasistlərə zorakılıq və iqtisadi təzyiq ilə təşviq etdiyi mühacirətə cavabdeh olan şöbə müdiri təyin edilmişdi.
Asəf Mehman
Asəf Mehman oğlu Abdullayev (ləzg. Абдуллайрин Асеф Мегьманан хва; 18 aprel 1930, Əcəxur, Quba rayonu – 23 iyun 2015, Mahaçqala) — ləzgi şairi. == Həyatı == Məşhur bəstəkar, şair, nasir və dramaturq, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu ildə Qusar rayonunun Əcəxür kəndində anadan olmuşdur. 1937-ci ildə kənddə məktəb təşkil edib orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub Sibirə sürgün edildikdə onun altı övladının tərbiyəsi ilə anası Xaselem və böyük bacısı Çimnaz məşğul olur. Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərir. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərir. Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olur. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndərirlər. Sonra o, hərbi xidmətə çağrılır. Xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirir.
Betmen (dəqiqləşdirmə)
Betmen — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri.
Betmen (komiks)
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Betmen (personaj)
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Betmen Günü
Betmen Günü (ing. Batman Day) — Betmen irsinin qeyd edilməsi üçün DC Entertainment tərəfindən hər il təşkil olunan beynəlxalq bayram. İlk Betmen Günü 23 iyul 2014-cü ildə qeyd edilmişdir. Həmin tarix, "Detective Comics" səhifələrində ilk dəfə 1939-cu ildə peyda olan Betmenin 75 illik yubileyinin qeyd edilməsi məqsədi ilə seçilmişdi. Həm də həmin tarix San-Diyeqo Komik-Konu ilə üst-üstə düşürdü.
Hüzeyfə ibn əl-Yəman
Hüzeyfə ibn əl-Yəman (ərəb. حذيفة بن اليمان‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiyası == Hüzeyfə ibn əl-Yəman Mədinədə anadan olmuşdur. O, əslən Məkkəli, atası isə Məkkənin Bəni Abs qəbiləsindən idi. Ata bir nəfəri öldürdüyü üçün Məkkədən Mədinəyə qaçmalı olur. Məhəmmədin peyğəmbərliyi başlayandan bir müddət sonra İslamı qəbul etmək üçün Məkkəyə gəlir. Hüzeyfə Mədinədə böyümüş və Məhəmməd peyğəmbəri görmək üçün xüsusi olaraq Məkkəyə getmişdi, üstəlik onunla görüşmüşdü. Müsəlmanlar Mədinəyə köçdükdən sonra Hüzeyfə Peyğəmbərdən ayrılmır və daim onunla birlikdə olmağa çalışır. Hüzeyfə müsəlman dövlətinin möhkəmləndirilməsində fəal iştirak etmiş, Bədr döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Uhud döyüşündə Hüzeyfənin atası təsadüfən onu düşmən zənn edən müsəlmanların qılıncları ilə öldürüldü.
Telman
Telman — Kişi adı. Telman Adıgözəlov — Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru Telman Abışev — Vətən müharibəsi şəhidi Telman Abdinov — rəssam Telman Abdullayev — azərbaycanlı şəhid Telman Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru Telman Bağırov — "20 Yanvar" şəhidi Telman Bəkirov — Alim, texnika elmləri doktoru Telman Ağdamski — azərbaycanlı kimyaçı Telman Ağayev — biologiya elmləri doktoru, professor Telman İsmayılov — Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi Telman Allahverənov — Vətən müharibəsi şəhidi Telman Həsənli — Vətən müharibəsi şəhidi Telman Həsənov — şəhid Telman Orucov — Azərbaycan dövlət və siyasi xadimi Telman Ələkbərov — Vətən müharibəsi şəhidi Telman Kəlbiyev — Vətən müharibəsi şəhidi Telman Nəhmətov — Vətən müharibəsi şəhidi Telman Nüsrətoğlu — tarix elmləri doktoru Telman Tatarayev — coğrafiya elmləri doktoru, professor Telman İbadov — azərbaycanlı dövlət və siyasi xadim Telman İmanov — İqtisad elmləri doktoru, professor Telman Həmidov — Texnika elmləri namizədi, dosent Telman Qurbanov — professor Telman Kazımov — dövlət xadimi Telman Miriyev — Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri Telman Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru Telman Paşayev — sovet sərbəst güləşçisi Telman Xəlilov — coğrafiya elmləri doktoru, professor Telman Salahov — Azərbaycanlı futbolçu və məşqçi Telman Zeynalov — Azərbaycan heykəltəraşı Telman Cəfərov Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı Telman Hüseyn — şair Telman Hüseynov Telman Hüseynov (iqtisadçı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Telman Hüseynov (hərbçi) — Vətən Müharibəsi Qəhrəmanı Telman Hacıyev Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı. Telman Hacıyev (professor) — professor. Telman Hacıyev (fleytaçı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi Telman Hacıyev (mühəndis) — elmlər doktoru, professor Telman Hacıyev (polkovnik) — Ədliyyə polkovniki Telman Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010). Telman Səfərov — şair-publisist.
Teoman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Tetuan
Tetuan (ərəb. تطوان‎ , bər. ⵜⵉⵟⵟⴰⵡⵉⵏ , isp. Tetuán) və ya ləqəbi ilə Ağ Göyərçin (ərəb. الحمامة البيضاء‎) — Mərakeşin şimalında yerləşən şəhər. Martil vadisi boyunca uzanır və Çərakeşin Aralıq dənizindəki iki böyük limanından biridir. Şəhər Cəbəllütariq boğazından bir neçə mil cənubda və Tanjerin təxminən 60 km (40 mil) şərq-cənub-şərqində yerləşir. 2014-cü il Mərakeş siyahıyaalınması zamanı şəhər əhalisi 380 787 olaraq qeyd edilmişdir. Şəhər Tanjer-Tetuan-Əl-Xoceyma inzibati ərazi vahidinə daxildir. Şəhər 2000 ildən çox bir çox inkişaf dövrünün şahidi olmuşdur.
Tretman
Tretman – ssenarini başdan-sona mühüm detallara ümumiləşdirib oxuyucuya çatdıran yazı. Tretman sinopsisdən daha uzun, ssenaridən daha qısa olmaqla sinopsisdən sonrakı, ssenaridən əvvəlki mərhələ hesab olunur. O, 40-50 səhifə, bəzən az və ya çox ola bilər. Tretmanda ssenaridən fərqli olaraq sinopsis kimi dialoqlara yer verilmir. Tretman film sənayesində çox önəmli hesab olunur və ideanın satılması yollarından biridir. == Tretmanda qeyd olunmalı məsələlər == Zaman, məkan və mühitin xüsusiyyətləri Personajların daxili və xarici xüsusiyyətləri == Etimologiyası == Tretman fransızcakı traitement sözündəndir. Hərfi mənası proses, müalicə deməkdir.
Vatman
Vatman, vatman kağızı - (ing. Whatman paper ) rəsmxət və şəkil üçün əla, yüksək keyfiyyətli, möhkəm kağız növüdür. 1750-ci illərin ortalarında vatman ilkin olaraq kağız fabrikinin sahibi ingiltərəli Ceyms Vatman (ing. James Whatman) tərəfindən istehsal olunmuş, hansıki o cizgisiz kağızın yeni növünü istehsala gətirmişdir. Vatman öz icadını wove paper adlandırdı.
Vyetmin
Vyetmin (vyet. Việt Minh, vyet. Việt Nam Ðộc Lập Ðồng Minh Hội) — Ho Şi Min tərəfindən Vyetnamın Fransa və Yaponiyadan müstəqilliyi uğrunda mübarizə aparmaq üçün yaradılmış hərbi-siyasi təşkilat. == Zəmin == 6 noyabr 1939-cu ildə Hind-Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (CPİK) VI plenumu keçirilmişdir. Burada Avropada artan hərbi münaqişə şəraitində fəaliyyət məsələlərinə baxılmış, hüquqi və yarı qanunidən yeraltı fəaliyyət üsulları və silahlı üsyana şərait hazırlamaq qərarına gəlinmişdir. 6 may 1941-ci ildə Yaponiya Fransa Hind-Çini ilə ticarət-iqtisadi müqavilə imzalamışdır. Fransanın nasist Almaniyasına təslim olduqdan sonra ölkənin cənubunda qurulan almanpərəst Vişi rejimi Vyetnama iddiaları olan Yaponiyaya güzəştə getmişdir. 14 iyul 1941-ci ildə yaponlar öz qoşunlarının Fransa Hind-Çininin cənub hissəsinə yerləşdirilməsi ilə bağlı danışıqlara başlamışdır. 23 iyul 1941-ci ildə Hind-Çinin birgə müdafiəsi haqqında Yaponiya ilə Fransa arasında müqavilə imzalanmışdır. 26 iyul 1941-ci ildə Yaponiya hökuməti bu müqavilənin mətnini dərc etmiş və 29 iyul 1941-ci ildə Yaponiyanın Hind-Çini işğalı başlamışdır.
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xatman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
Yalman
Yalman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Yalman oyk, sadə. Göyçay r-nunun Ləkçılpaq i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə Çərəkə kəndindən çıxmış bir qrup ailənin Yalman adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yalman türk dillərində “keçilməz yer”, “dağ başı” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1024 nəfər əhali yaşayır.
Yatmaq
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. == Yuxunun fiziologiyası == Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. == Yuxu elmi izahı == Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Aytaç Yalman
Aytaç Yalman (29 iyul 1940, İstanbul – 15 mart 2020, İstanbul) — Türkiyə generalı. Türkiyə Quru Qoşunları komandanı. == Həyatı == 27 iyul 1940-cı ildə İstanbulda doğulub. 16 mart 2020-ci ildə koronavirus xəstəliyindən İstanbulda vəfat edib.
Batman ili
Batman ili — Türkiyədə il.
Bəzman
Bəzman-İranın Sistan və Bəlucistan ostanının İranşəhr şəhristanının Bəzman bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,002 nəfər və 816 ailədən ibarət idi.
Dərman
Dərman — insan və heyvanlarda xəstəlikləri müalicə etmək üçün istifadə edilən farmokoloji vasitə.Tibbi praktikada olduqca çox dərmanlar işlədilir. Odur ki, onlar haqqında tam təsəvvür yaratmaq üçün dərmanları oxşar xüsusiyyətlərinə görə qruplaşdırırlar. Ən geniş yayılmış təsnifat dərmanların həm farmakoloji təsir xüsusiyyətləri və həm də kimyəvi tərkibi əsas götürülən qarışıq təsnifatdır. == Ən bahalı dərmanlar == Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib etmişdir. Jurnalın məlumatına görə, dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min dollara başa gəlir. Soliris immun sisteminin unikal pozğunluğundan əziyyət çəkənlərə yardım edir. İnsan yatanda onun qanında qırmızı qan hissəcikləri (paroxysymal nocturnal hemoglobinuria) parçalanır. Dərman bazara iki il öncə daxil olub.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Kətran
Kətran - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Erm. SSR AS RH-nin 21.06.1948-cı il fərmanı ilə adı dəyişdirilib Getameç qoyulmuşdur.
Ləğman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Qətran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Çeşman
Çeşman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Çeşman kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 276 nəfərdir. == Toponimiyası == Oykonim fars dilindəki çeşm (çeşmə, goz, bulaq) və -an (məkan və cəmlik bildirir) komponentlərindən düzəlib, "bulaq yeri, bulaqlar" deməkdir.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Rəhman
Rəhman — kişi adı. Rəhman Quliyev — Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. Rəhman Rasimoğlu — Azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. Rəhman Əzizzadə — Qarabağ müharibəsi iştirakçısı.
Ayətxan Ziyad
İsgəndərov Ayətxan Ziyatxan oğlu (D. 15 oktyabr 1951, Hacıqabul) — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü. == Həyatı == Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959-69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır. 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur. Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır. Tələbəlik illərində (1969-1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə (1976-1994) Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər “Ədalət” qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür.
Bahadur Fərman
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.