Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Duat
Duat (qibt. Amenthes) Qədim Misir mifologiyasında axirət dünyası. Qədim padşahlıq dövründə Duatın baş tanrısı Anubis sayılırdı, sonrakı dövrlərdə isə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir. == Dəfn mərasimi == Qədim misirlilər hesab edirdilər ki, insanın ömürü başa çatdıqdan sonra Ba quşu (ruhu) onu tərk etməsi ilə ölüm yetişir. Mumiyalaşdırıldıqdan 70 gündən sonra cəsəd ölməzliyə qovuşmaq üçün emalatxanadan məzara kötürülərək Duata yola salınır. Qədim Misir mifologiyasında məhz 70 gün ərzində İsida, Neftida və Anubis böyük tanrı Osirisin parçalanmış hissələrini taparaq bərpa etmişlər. 70 gün ərzində ölüyə yas tutulur, ağlanılır, qadınlar başlarına kül tökərək ağlaşma qururlar. Cəsəd balzamlanmaq üçün emalatxanaya gətirilir. Burada mumiyalama işi beş nəfər tərəfindən həyata keçirilir. Onların başçısı Anubis maskası geyinir.
Tuat
Tuat (Touat) — Əlcəzairin cənubunda, Böyük Səhrada vahə qrupu. Saur vadisini suvarır. 120 minə yaxın insan yaşayır. Xurma, tütün, pambıq, arpa və buğda əkilir. Tuat mühüm kommersiya və strateji mövqeyə malikdir. Mərakeş və Əlcəzairdən Timbuktuya gedən marşrutların üzərində yerləşdiyinə görə əhəmiyyət kəsb edir. Tuat vahələri Tabezruft yolunun şimal ucunda yerləşdiklərinə görə transsəhra ticarətdə mühüm rol oynayırdılar. Regionda demək olar ki, yağıntı yoxdur, kənd təsərrüfatı qrunt sularından asılıdır. Tuat kontinental interkalyarın cənub-qərb kənarında yerləşir, burada sulu təbəqə səthdən cəmi 2–6 m aşağıda yerləşir.
Yuan
Yuan — Çində gümüş pul vahidi. Renminbi Çin Xalq Cümhuriyyətinin rəsmi puludur. Vahidi Yuandır (İSO 4217 : CNY- China Yuan). Amma çox vaxt RMB (RenMinBi) kimi də işlədilir. İşarəsi "¥". Çin Xalq Bankı (Çin Mərkəzi Bankı) tərəfindən dövriyyəyə buraxılır. Çin Xalq Cümhuriyyətində istifadə edilən daha kiçik pul vahidləri Yuanın bölünməsindən yaranır. Yuanın 10-a bölünməsi ilə Jia və Jianın da 10-a bölünməsi ilə Fen pul vahidi əmələ gəlir. Yəni, 1 Yuan = 10 Jia = 100 Fen kimi istifadə olunur. === Çin Xalq Bankı günümüzə qədər 5 fərqli pul seriyasını bazara çıxarmışdır === 1 Dekabr 1948-ci ildə ilk RenMinBi Çin Xalq Bankı tərəfindən bazara çıxarılmışdır.
Yuta
Yuta (ing. Utah) — Amerika Birləşmiş Ştatlarında ştat. Yuta, ABŞ-nin qərb əyalətlərindən biridir. 4 yanvar 1896-cı ildə ABŞ-yə əlavə edilmiş 45-ci əyalətdir. ABŞ-nin 50 əyaləti arasında böyüklüyünə görə 13-cü, əhalinin sayına görə 34-cü və əhalinin sıxlığı baxımından 41-ci yerdədir.Yuta adı, bölgədə yaşayan Amerikanın yerli tayfası olan "Ute" sözündəndir və Ute dilində "dağların insanları" mənasını verir.
Donq Yuan
Donq Yuan — Çinli rəssam. == Həyatı == Donq Yuan Çin mənzərəsinin böyük ustalarından biridir. Rəssam Çində anadan olub. Donq Yuan günlərində bu sahə Cənub-Şərqin bir hissəsi idi. Ustadın yaradıcılığının demək olar ki, bütün dövrü İmperator Li Cinq hakimiyyət dövründə oldu. Bəzi zamanlarda Çin rəsm əsərləri ilə məşğul idi. Bununla yanaşı 961-ci ildə Akademiya qurulduqdan sonra Donq Yuan bura üzv oldu. Donq Yuan ilk növbədə monoxrom mənzərələri ilə məlumdur, lakin o, təkcə monoxrom işləri deyil, eyni zamanda, Li Sisyunyadan gələn ənənə ilə də çəkmişdir. == Qalereya == == Ədəbiyyat == Го Жо-сюй. «Записки о живописи: что видел и слышал» — М., «Наука», 1978 Виноградова Н. А. «Китайская пейзажная живопись» — М.: «Изобразительное искусство», 1972 Various authors.
Eski Yurt
Eski Yurt (krımtat. Eski Yurt, ukr. Ескі-Юрт) — Krımın cənub-qərbində qəsəbə. Son məlumatlara görə kənd Podqorodno kəndinin inzibati ərazisinə daxildir. Tarixən Baxçasaray şəhərinin qərb hissələrinə aid idi. Kəndin adı Krım-tatar dilində köhnə yer, kənd deməkdir. == Ümumi məlumat == Qızıl Orda dövründə Eski Yurt, Xerson və Kalamita limanlarından Krım yarımadasının daxili hissəsinə qədər ticarət yolunun üzərində yerləşirdi və böyük önəmə malik idi. Qəsəbənin ölçüsü haqqında elə Krımın qərb hissəsindəki ən böyük və ən qədim müsəlman qəbiristanlığının miqyası məlumat verir. Yaşayış məntəqəsi 1441-ci ildə müstəqil bir dövlət olaraq qurulan Krım xanlığı tarixində belə qorunub saxlanmışdır. Məhs 1532-ci ildə Bağçasaray şəhərinin əsası qoyulduqdan sonra kənd özünün əvvəlki iqtisadi və inzibati statusuni itirdi.
Lyu Yuan
Yuanxay (271, Vey – 19 avqust 310, Xan Çao imperiyası) — hun qəbilə başçısı, Yufuluonun nəvəsi və ilk Xan Çao imperiyası hökmdarı. == Arxa plan == Yuanxay hun qəbilə başçısı Baonun oğlu idi. Xan sülaləsi devrildikdən sonra Tsao Vey və Cin sülaləsi Çində hakimiyyət uğrunda mübarizəyə başlamışdı. Çoxillik Çin əsarətindən bezən hunlar da hakimiyyət uğrunda mübarizəyə başladılar. == Cin sülaləsi hərbçisi kimi == Yuanxay kiçik vaxtlarından bəri Çində böyümüş və Çin ədəbiyyatında ixtisaslaşmışdı. General Vanq Hun tərəfindən potensiallı olaraq görülən Yuan, Cin sülaləsindən olan İmperator Vuya tərifləsə və generallığa təklif etsə də onun qohumları bunu istəmədi. Çünki o əslən Hun idi. Yuanxaydan qorxan imperatorun qardaşı da onun edamını istədi. Baonun ölümündən sonra Yuanxay atasının torpaqlarına sahib oldu. Yuanxay imperatorun oğlunun əmri altında bir general oldu.
Naji-Yurt
Naji-Yurt (çeç. Нажи-Юрт) — Çeçenistan Respublikası, Naji-Yurt rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Naji-Yurt rayonunun və Naji-Yurt kənd sovetliyinin mərkəzidir. Naji-Yurt kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiya == Çeçenistan Respublikasının şərqində, yamansu çayının sahilində, Qroznı şəhərindən 90 km cənub-şərqdə, Xasavyurtdan km cənub-qərbdə yerləşir. yaınlıqda yerləşən yaşayış məntəqələri: şimalda — Balansu və Yamansu kəndləri; şimal-şərqdə — Çapayevo və Novolak kəndləri; cənub-şərqdə — Çurç-İrzu kəndi; cənubda — Biltı və Mexkeştı kəndləri; cənub-qərbdə — İşxoy-Xutor, Roqun-Kaja və Ayti-Moxk kəndləri; qərbdə — Betti-Moxk kəndi; şimal-qərbdə — Yeni Zamay-Yurt kəndi. Dağların oynunda yerləşən kənd demək olar ki, hərtərəfdən meşələrlə əhatələnmişdir. Yamansu çayı kəndin mərkəzindən keçərən onu iki hissəyə bölür. == Etimologiya == Kəndi adı Nojay — «palıd» və yurd — «kənd» sözlərinin birləşməsindən ortaya çıxmışdır. «Palıd yolunda kən» anlamındadır.
Suat Dərviş
Suat Dərviş (əsl adı Xədicə Səadət Baraner) (d. 1903, İstanbul - ö. 23 iyul 1972, İstanbul) == Həyatı == Tibb professoru İsmayıl Dərviş bəyin qızı Suat Dərviş bir müddət yazıçı Rəşad Fuad Baraner ilə evli olub. Xüsusi təhsil alıb. Bir müddət Almaniyada Berlin Konservatoriyası və Ədəbiyyat Fakültəsində oxuyub. 1932-ci ildə Türkiyəyə qayıtdıqdan sonra "Son məktub", "Vətən", "Cümhuriyyət", "Gecə məktubu" kimi qəzetlərdə reportajları və romanları çap olundu. Rəşad Fuad Baranerlə birlikdə Türkiyədə ictimai cərəyanın ilk yayın orqanlarından biri hesab edilən "Yeni Ədəbiyyat Dərgisi"ni 15 oktyabr 1940 - 15 noyabr 1941-ci illər arasında yayınladı. Bu dərgidə qısa hekayələr, lətifə və tənqidlər dərc olunurdu. 1944-cü il həbsləri zamanı əri Rəşad Fuad Baraneri gizlətdiyi və qanunsuz Türkiyə Komunist Partiyasına qoşulduğu ittihamı ilə mühakimə olundu və bir il həbs cəzasına məhkum edildi. Parisə getdi və 1953-1963-cü illər arasında orada yaşadı.
Suat Suna
Suat Suna — Türk pop musiqiçisi və bəstəkarı Məktəblə bərabər eyni zamanda davam etdirdiyi İstanbul Universiteti Konservatoriyası "Skripka" fakültəsində, 1992-ci ildə məzun olan sənətkar Saint Benoit Fransız Liseyini 1994-cü ildə bitirmişdir. Daha sonra Maltəpə Universitetində bakalavr pilləsinə qalxmışdır. Azərbaycanda, 2002-ci ildə çıxardığı "Su Damlası" albomundakı, sözləri məşhur türk pop musiqçisi Kayahana, musiqisi isə özünə aid olan "O Lelli" mahnısı ilə məşhurlaşmışdır. Uzun illər insanların dilindən düşməyən bu mahnı, Suat Sunanın bir il boyunca 100-ə yaxın konsert verməyinə səbəb olur. 2000-ci illərin, həm Türkiyədə həm də Azərbaycanda ən çox dinlənilən mahnısı kimi ön sıralarda yer alır.
Tolstoy-Yurt
Tolstoy-Yurt (çeçen. Девкар-Эвла) kəndi Çeçenistan Respublikasının Qroznı rayonunda yerləşir. Tolstoy-Yurt kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. Tolstoy-Yurt kəndində, Qroznı bələdiyyəsinin idarəsi yerləşir, mahalın inzibati mərkəzi Qroznı şəhəridir. == Coğrafiya == Kənd Qroznı şəhərindən 12 km şimal-şərqdə Terski silsiləsinin şimal ətəyində yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Nikolayev kəndi və Naberejnıy kəndi, şimal-şərqdə Vinoqradnoye kəndi, cənub-şərqdə Petropavlovskaya kəndi, cənubda Qoryaçeistoçnenskaya kəndi, cənub-qərbdə Alxan-Çurt kəndi (Qroznı şəhərinin bir hissəsi) ) və şimal-qərbdə - Pravoberejnoye kəndidir. == Tarix == "ЭСБЕ"-yə görə, Tolstoy-Yurt (Köhnə Yurt) kəndi 1705-ci ildə qurulmuşdur. Rusiya imperiyasının bir hissəsi olaraq, Terek bölgəsinin Qroznı şöbəsinə aid idi. 1934-cü il avqustun 1-nə qədər Köhnə Yurt kəndi Nadterek rayonunun tərkibində idi. 1 Avqust 1934-cü ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Çeçen-İnquş Muxtar Vilayətinin Qroznı şəhərində, o cümlədən sərhədləri daxilində yeni bir Qroznı bölgəsi yaratmaq qərarına gəldi.
Yuan Byao
Yuan Byao (ing. Yuen Biao, kantonca:元彪, tam adı: Balaca pələng; 26 iyul 1957, Nankin, Çin) — Honkonq aktyoru və döyüş ustasıdır. Əsl adı Siya Pincendir. Pincen "Yuan Byao" ləqəbini Pekin teatr məktəbində götürmüşdür.
Yuan imperiyası
Yuan sülaləsi (1271-1368-ci) il - Çində hökmranlıq etmiş Monqol sülaləsi. == Tarixi == Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur. Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək.
Yuan sülaləsi
Yuan sülaləsi (1271-1368-ci) il - Çində hökmranlıq etmiş Monqol sülaləsi. == Tarixi == Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur. Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək.
Yuta Caz
Yuta Caz — Yuta ştatının Solt Leyk Siti şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Yuta Nakayama
Yuta Nakayama (中山 雄太, Nakayama Yūta, 16 fevral 1997, İbaraki, Yaponiya) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Yaponiya futbolçusudur. == Klub karyerası == === Kaşiva Reysol === Nakayama peşəkar karyerasında debütünü 6 may 2015-ci ildə Vyetnam təmsilçisi olan Bin Duonq klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılmışdır. Qo Dau stadionunda keçirilən AFK Çempionlar Liqası görüşündə Kaşiva rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur. O, karyerasında ilk qolunu 13 iyul 2016-cı ildə Sanfrekke Hiroşima klubuna qarşı oyunda etmişdir. O, 5-ci dəqiqədə qolla yadda qalmışdır. C1 Liqası görüşündə Kaşiva rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. === Zvolle === 15 yanvar 2019-cu ildə Nakayama Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə 3 illik müqavilə imzalamışdır. == Milli karyerası == 2017-ci ilin may ayında Nakayama Yaponiya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir. O, 4 oyunda müdafiənin mərkəzi cinahında çıxış etmişdir.
Yuy Yuan
Yuy Yuan (azərb. "Sevinc bağı"‎) — Çində park. == Tarixi == Salınmasına 1559-cu ildə başlanılsa da, parkın tikintisi uzun fasilələrlə yalnız 1709-cu ildə yekunlaşmışdır. == Ərazisi == Dörd hektara yaxındır. == Yenidənqurma işləri == Bir çox münaqişələr, işğallar nəticəsində dağıntılara məruz qaldığından, bu parkda dəfələrlə yenidənqurma işləri aparılmışdır. Öz müasir görkəmini sonuncu dəfə 1956-cı ildə həyata keçirilən yenidənqurma işlərindən sonra almışdır.
Şimali Yuan
Şimali Yuan Dövləti (monq. Умард Юань Улс;1368-1635) - Monqolustanda və Daxili Monqolustanda mövcud olmuş tarixi monqol dövləti. Yuan İmperiyasının Qırmızısarıqlılar üsyanı nəticəsində süquta uğramasında sonra yaranmışdır. İlk xanı Biliqtu xan Ayuşridara, son xanı isə Ecey xandır.
Əhməd-Yurt
Əhməd-Yurt (çeç. Ахмат-Юрт, Хоси-Юрт) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu ərazisində yerləşən kənd. Axmat-Yurt kənd inzibati vahidliyinin mərkəzi. == Coğrafiyası == Kənd Miçik çayının hər iki sahilində, rayon mərkəzindən 15 km şimal-şərqdə və Qroznı şəhərindən isə 52 km cənub-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda — Oisxara kəndi və Yuxarı Noyber kəndi, şərqdə Alleroy kəndi, cənubda Qansolçu kəndi, şimal-qərbdə İlasxan-Yurt kəndi, cənub-qərbdə Ciqurtı kəndi, qərbdə Baçı-Yurt kəndi. == Tarix == === Qurulması === Kəndin qurucusu 18-ci əsrdə Oysxara kəndini quran Sontaroyevtlərin nəslindən olan Xosa Umaxanovdur. === Qafqaz müharibəsi === İmam Şamilin rəhbərliyi altında 1840-cı ildə Çeçenlərin ümumi üsyanı zamanı, Oysxara da daxil olmaqla, Kaçkalıq silsiləsinin şimal yamacında yerləşən kəndlərdə yaşayan çeçenlər, Miçik naibliyinin naibi Şuayba-mulla Sontaroyevskinin əmrinə tabe idilər. === 1944-cü ildə === 1944–1958-ci illərdə Çeçenlərin və İnquşların deportasiyasından və Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvindən sonra kənd Krasnoarmeyskoe adlanır və Dağıstanın Levaşi rayonundan olan insanlar tərəfindən məskunlaşdırılır. Vəziyyətə görə Xosa Umaxanov 1877-ci ilin yanvarında qurulan Çeçen Süvari Alayı sıralarına daxil olur. 12 aprel 1877-ci ildə Rus-Türk müharibəsi başlayır və Çeçen Süvari Alayı Şərq Cəbhəsinə köçürülür.
Çuan Çih-Yuan
Çuan Çih-Yuan (2 aprel 1981) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çuan Çih-Yuan Çin Taybeyini 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Çuan Çih-Yuan Çin Taybeyini 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 7-ci pillənin sahibi olub. Çuan Çih-Yuan Çin Taybeyini 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü pillənin sahibi olub. Daha sonra Çuan Çih-Yuan Çin Taybeyini 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Yat-kha
Yat-Kha – Tuva musiqi qrupu, Tuva vokalist və gitaristi olan Albert Kuvezin qrupun əvəzolunmaz iştrakçısı və lideridir. Qrupun musiqisi Tuva milli musiqi, rok-musiqi (əvvəlki illərində elektronik musiqi) və Kuvezinin qırtlaq musiqisindən təşkil olunmuşdur. == Tarix == Yat-Kha 1992-ci ildə Moskvada Kuvezin və rus elektronik bəstəkar İvan Sokolovski tərəfindən yaradılmışdır. Qrup yaradılarkən Tuva xalq musiqisi, müasir ritmlər və elektronik musiqi birləşdirilmişdir. Kuvezin və Sokolovski bir çox festivallarda iştrak edəndən sonra Yat-Kha adını aldılar. 1992-ci ildə General Records firması ilə Yat-Kha adı altında albom çıxartdılar.Yat-Kha albomunun çıxışından sonra Kuvezin və Sokolovski ayrıldılar və Kuvezin başqa sənətkarlarla Yat-Kha adı altında yeni beş albom çıxartdı. 1995-ci ildə morin khuur çalan Aleksey Saaya ilə Yenisey Punk albomunu çıxartmışdılar. Əvvəlki Yat-Kha albomunu bəzi mahnılar əlavə edib 1996/1997-ci illərdə Tundra’s Ghosts adı altında çıxartmışdır.
Keçecizadə Fuat Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Naji-Yurt rayonu
Naji-Yurt rayonu (Çeçen. Нажи-Йуьртан кӀошт) — Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Naji-Yurt kəndidir. == Coğrafiya == Naji-Yurt bələdiyyə rayonu, Çeçenistanın şərq hissəsində, dağətəkdən dağa keçid zonasında yerləşir. Şərqdən və cənubdan Dağıstanla, şimaldan Qudermes bölgəsi ilə, qərbdən Vedeno və Kurçaloyevski rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 628.93 km² -dir. İqlimi mülayimdir, orta illik yağıntı təxminən 500 mm-dir. == Tarixi == Naji-Yurt rayonu, Çeçen regional icra komitəsinin 30 mart 1923-cü il tarixli qərarı ilə Vedeno rayonunun keçmiş 2-ci hissəsindən yaranmışdır. 14 sentyabr 1925-ci ildə Nojai-Yurt mahalı Yassinski adlandırıldı; həmin il oktyabrın 3-də Yassinski rayonu Sayasanovski adlandırıldı. 8 Mart 1926-cı il Sayasanovski rayonu yenidən Naji-Yurt rayonu adlandırıldı.
Suat Hayri Ürgüplü
Suat Hayri Ürgüplü (türk. Suat Hayri Ürgüplü; 13 avqust 1903, Dəməşq – 27 dekabr 1981, İstanbul) — Türkiyənin siyasi, dövlət, ictimai və diplomatik xadimidir. Türkiyənin baş nazirləri (20 fevral 1965 – 27 oktyabr 1965). Türkiyə Respublikası Senatının sədri (28 oktyabr 1961 – 6 noyabr 1963). Türkiyə Dini məsələlər üzrə nazir (9 mart 1943 – 13 fevral 1946). Türkiyə Böyük Millət Məclisinin üzvü (1939–1946 və 1950–1952). == Ailəsi == Birinci Dünya Müharibəsinə qatılmaq üçün fitva verən Şeyhülislam Ürgüplü Mustafa Hayri Əfəndinin oğludur. Lalə dövrünün sədrəzəmi Nevşəhərli Kürəkən İbrahim Paşanın nəslindəndir. Yoldaşı Nigar xanımla 1933-cü ildə evlənib və bu evlilikdən Hayri Suat adlı oğlu olub. Hayri Suat Ürgüplü isə 1965-ci ildə keçmiş İraq kralı Faysalın nişanlısı, eyni zamanda sonuncu Osmanlı sultanı Vəhdəttin nəvəsi Şahzadə Hanzadənin qızı Şahzadə Fazilə ilə evlənib.
Yuan Çin İmperiyası
Yuan sülaləsi (1271-1368-ci) il - Çində hökmranlıq etmiş Monqol sülaləsi. == Tarixi == Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur. Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək.