Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Mənəvi zərər
İqtisadiyyatda mənəvi zərər(moral hazard) şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növüdür. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Yan zərər
Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur. 1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər. “Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər.
Aktuar mənfəət və zərər
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Səymək (Uçalı)
Içmanqol (başq. Һәйтәк, rus. Сайтаково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 17 km, kənd sovetliyindən (Uçalı): 9 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 10 km.
Çəkmə
Çəkmə (texnika) — maşın hissəsinin hazırlanma üsuludur.. Çəkmə (geyim) — Ayaqqabı. Çəkmə plov — Düyüdən hazırlanmış plov növüdür.
Mərz çəkmə
Bütün bir izahla demək olar ki yer ölçmə işləri təbiətdə olan alçaq-ucaların ya da qayırma alçaq-ucaların sorğulaması və ölçməyidir. == Yer ölçmümünün iş bölmələri == Yer ölçmə işləri bütünlükdə iki böyük bölməyə bölünür:Yer üzünün necə olduğu göstərmək. (plani metre). Yerin bəlli bir sahəsinin alçaq-ucalarını xəritə üstündə göstərmək(alti metre). == Yer düzənlik işləri == Bir gözə alınmış yer sahəsinin alçaq-ucaları, yol və ya çayların tuşu,yolların kəsişmə nöqtaları,tikintilərin durumu və daha ayrı alçaq-ucalar bir xəritə üzərində çəkilməsidir.örnək:(d) tuşunu plan üzərində çəkmək üçun, bir nəfər (A) nöqtəsinın üstundə durur və (AL),(AM)və ayrıca... boyları ölçür habelə bu ölçülərin (AN)-ə görə bücaqlarıda ölçülür.bu ölçülər ələ gəldikdən sonra nəqqalə və xətkeş ilə (d) tuşunu səhifə üzərinə çəkmək olar.N həman quzey tuşudur və (AN)ə Azimut ya jizman deyilir. Bir sahənin topoqrafiyası üçün görülən nöqtələrin durumu gərək əldə ola bu durumlar topoqrafiya kanovası ilə (Topoqrafiya toru) ələ galir bu kanovalar özləri Geodeziya nöqtələrinə bağlıdırlar. == Topoqrafiya toru yaratmağının nədəni == Əgər bir-birindən ayrı sahələri ölçüb və sonradan onları birləşdirsək, onların kanovası gərək bir-birinə bağlı ola, əgər olmasa Xəritələr diqqətli bir-birlərinə bağlanmazlar. == Alti metre işləri == hər bir nöqtəyə (X,Y)((coğrafiya boy,en))i verilir ki bir bəlli koordinat sistemin seçərkən nöqtələri səhifə üzərinə gətirmək olar. alçaq-ucanı(X,Y,Z)kimi göstərmək üçün ayrıca yollar var.
Çarmıxa çəkmə
Çarmıxa çəkmə — bir-birinin üzərinə çarpaz qoyulmuş iki taxtadan ibarət dar ağacına çəkilmə. Keçmişdə cinayətkarların üzərinə bağlamaq və ya mismarlamaq surətilə cəzalandırılmasında yayğın olaraq işlədilmişdir. == Etimologiya == Fars dilindən türk dillərinə keçən çarmıx sözü dörd və mismar sözcüklərindən yaranmışdır. Qərb dillərindəki cross və kruco kimi qarşılıqlarından yaradılmış çarmıxa gərmə mənasındakı crucifixion və krucumado kimi qavramlar əslən yunan dili kökənli olub iki kəlimədən ibarətdir: ana-stauro (ἀνασταυρόω); stauros kəlməsi "payaya bağlamaq", apo-tumpanizo kəlməsi də "taxta üzərində acı çəkdirmək" mənasına gəlir və bu iki söz birləşdiyində "anaskolopizo" (ἀνασκολοπίζω "payaya keçirmək") sözünü meydana gətirir. Köhnə Yunan-Roman qaynaqlarında "XYLON" sözü "odun parçası" mənasında da işlədilirdi, amma bu söz daha çox dar ağacları üçün etibarlı idi, payalar üçün deyil. Məsələn, Aristofanın "Qurbağalar" komediyasında də bu mənada işlənir: "Əgər tökəzlərsən, heç olmazsa şərəfli bir ağacdan asılarsan". Buna görə latınca "crux" sözü dar ağacı ya da paya mənasına gələ bilər.* == Tarixçə == Keçmişdə qurulu din və nizama qarşı cinayət törətdiyi üçün edamına qərar verilənlər çarmıxa çəkilərək öldürülərdilər. Bunun üçün məhkumun bədəni və ayaqları çarmıxın şaquli taxtasına bağlanar, qolları yana açılaraq əlləri üfüqi taxtaya mıxlanırdı. Günlərlə açıqda, ac, susuz və taxtaya mismarlı qalan məhkum, yavaş yavaş və işgəncə çəkərək ölərdi. Romali qubernator Pontius Pilate dövründə də İsa yəhudi din alimi olan fariseylər tərəfindən belə çarmıxa gərilmişdi.
Çəkmə (geyim)
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması == Haqqında == Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. == Azərbaycanda çəkmə istehsalının tarixi == Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Zərgər
Zərgər — qızıldan düzəldilən məmulatların ustası. Zərgər (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Zərgər (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Zərəd
Zərəd (fars. زرند‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 250 nəfər yaşayır (86 ailə).
"Zəfər" ordeni
"Zəfər" ordeni — Azərbaycan Respublikasının 2-ci yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Zəfər" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.Maddə 2. Təltif edən orqan Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır. == Təsviri == Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Ordenin ümumi təsviri Azərbaycan Respublikasının "Zəfər" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.Maddə 2.
Araz Zərgər
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Araz Zərgər oyk. Füzuli r-nunun Əhmədbəyli i.ə.v.-də kənd. Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mustafa Zərir
Mustafa Yusif oğlu Zərir (XIV əsr, Ərzurum – 1350) — XIV əsr Azərbaycan şairi. == Həyatı == Mustafa Yusif oğlu Ərzurum şəhərində anadan olmuşdur. 1377-ci ildə Misirə getmişdir. == Yaradıcılığı == XIV əsrdə yaşamış Azərbaycan şairi Mustafa Zəririn "Sirətün-Nəbi və ya Siyər" kitabı çox məşhurdur. Bu, türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastandır. Mustafa Zərir Misirdə olduğu müddətdə VIII əsrdə yaşamış ərəb alimi İbn İshaqın "Kitabu-sirətür-Rəsulullah" əsərini "Sirətün-Nəbi" adı ilə Azərbaycan dilinə həm nəsr, həm də nəzmlə tərcümə etməyə başlayıb. Böyük mütəfəkkir–şair bu ağır işi 1380-ci ildə tamamlayıb. Mustafa Zəririn bu kitabı Azərbaycan ədəbiyyat tarixində ilk tərcümə və nəsr əsəri, eləcə də türkdilli ədəbiyyatda peyğəmbərə həsr olunmuş ilk dini dastan nümunəsi hesab olunur. Belə bir kitabın varlığı bilinsə də mətninin tapılıb-üzə çıxarılması yalnız indi mümkün olub. XIV əsrdə Mustafa Zərir Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsər yaratmışdır.
Zəfər Abbasov
Zəfər Duman oğlu Abbasov (2 iyul 1971, Çobankənd, Gədəbəy rayonu) — Azərbaycan alimi, şairi, riyaziyyat üzrə fəlsəfə doktoru, pedaqoq, Qarabağ Müharibəsi veteranı. == Həyatı == Zəfər Abbasov 2 iyul 1971-ci ildə, Azərbaycan Respublikasının Gədəbəy rayonunun dilbər güşələrindən biri olan Çobankənd kəndində anadan olmuşdur. 1978–1988-ci illər Çobankənd kənd orta məktəbində oxumuş, orta təhsil almışdır.1989–1994-cü illər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurmuşdur. 1992-ci ildə, tələbə ikən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 078 saylı 16.03.1992-ci il döyüş əmrinə əsasən " Tələbələrdən" ibarət yaradılmış könüllü tağımın tərkibində " N" saylı Gədəbəy özünümüdafiə taborunun şəxsi heyyəti ilə birlikdə Gədəbəyin Ermənistanla sərhəd məntəqələrində gedən ağır döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 2002–2006-cı illər müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Riyazi-analiz kafedrasında müəllim təyin olunmuşdur. 2006–2014-cü illər Gəncə Dövlət Universitetində Riyazi-analiz kafedrsında baş müəllim kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2008-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertant qəbul olnmuş, 2012-ci ildə Riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyazi analiz kafedrası üzrə Dosent elmi adı verilmişdir.
Zəfər Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Zəfər Hüseynov
Zəfər Hüseynov- Azərbaycanlı riyaziyyatçı alim, təhsil işçisi,"Əməkdar müəllim". == Həyatı və təhsili == Hüseynov Zəfər Qafar oğlu 1953-cü il sentyabr ayının 28-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə Şuşa şəhər 4 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1975-ci ildə universitetdə təhsilini başa vurmuşdur == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1975-ci ildə Xankəndi Pedaqoji İnstitutunda müəllim vəzifəsində işə başlamış, eyni zamanda Şuşa şəhər 4 saylı orta məktəbidə riyaziyyat müəllimi işləmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988–1989-cu illərdə Gəncə Dövlət Universitetində dosent, 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fakültəsinin dekan müavini, ADPU-nun Şuşa filialı yarandıqdan sonra, əvvəlcə Tədris və elmi işlər üzrə direktor müavini, 1991-ci ildən isə filialın direktoru vəzifələrində işləmişdir. Z. Hüseynov 1994‒2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent, 2002-ci ildən isə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmiş, 05.01.2022-ci il tarixindən isə rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 90-dan çox elmi məqalənin, dərs vəsaiti və metodiki vəsaitin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərimə görə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. == Elmi əsərləri == Word 7.0 mətn redaktoru ilə işin əsasları ADPU-nun nəşri, 2001(dərs vəsaiti).
Kazimej Deymek
Kazimej Deymek (pol. Kazimierz Dejmek; 17 may 1924[…], Kovel[d], Volın voyevodluğu[d] – 31 dekabr 2002[…], Varşava) — Polşalı teatr rejissoru və aktyoru, dövlət və ictimai xadimi, Polşanın mədəniyyət və incəsənət naziri (1993–1996), Polşa Seyminin deputatı (1993–1997), Polşanın əməkdar mədəniyyət işçisi (1981). Polşa Dövlət Mükafatı laureatı (1953, 1955, 1984) == Həyatı == Mənşəcə çex olan Kazimej Deymek İkinci Dünya müharibəsi illərində müqavimət hərəkatında iştirak etmişdir. 1943-cü ildən Daxili Ordunun əsgəri olmuşdur. 1946-cı ildə əlavə olaraq dramatik aktyor kimi imtahan da vermişdi. 1947-ci ildə teatr səhnəsində debüt edir. 1949-cu ildə Lodzidəki Kino Məktəbinə daxil olur. Jeşuv, Yelena-Qura və Lodz teatrlarının səhnələrində də oynamışdır. 1949–1961-ci illərdə Lodzidəki Nova Teatrının təşkilatçısı və rejissoru olub. Burada o, Kaninin "Karqanın daşlama dəstəsi" (1949), Ostrovskinin "Tufan" (1952), Vladimir Mayakovskinin "Hamam" (1954), Vilyam Şekspirin "Yuli Sezar" (1960), Vilkovetskdən olan Mikolayın "Rəbbin şanlı dirilməsinin hekayəsi" əsərlərinə (1961) quruluş vermişdir.
Zəfər Murtuzov
Murtuzov Zəfər Nəbi oğlu - Azərbaycan rejissoru. == Həyatı == Zəfər Murtuzov 1952-ci ildə Cəlilabad rayonunda anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1977-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar bir sıra filmlərin ikinci rejissoru olub. == Şəxsi həyatı == Ailəlidir. bir qızı və bir oğlu var. Həyat yoldaşı Sevda xanım Şəkidəndir. "Həm ziyarət,Həm ticarət" filmindəki Mustafa müəllimin qonaqlıq səhnəsi Sevda xanımın atası İsgəndər doktorgildə çəkilib. == Mükafatları == 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Zəfər Muzeyi
Zəfər Muzeyi — Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan abidə-kompleks.
Zəfər Məmmədov
Zəfər Məmmədov (tam adı: Zəfər Nadir oğlu Məmmədov) — Azərbaycan biznesmeni, sahibkarı, hüquqşünası, memarı, "Zaferoğlu inşaat" şirkətinin qurucusu. == Bioqrafiya == Zəfər Məmmədov 30 may 1982-ci ildə Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub. 1988-ci ildə Mirzə Ələkbər Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbə daxil olub. 1999-cu ildə Gəncə şəhəri 18 saylı orta məktəbi bitirib. 1999-cu ildə Odlar Yurdu Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 2003-cü ildə oranı bitirib. 2003–2005-ci illərdə həmin universitetdə mülki hüquq ixtisası üzrə magistr təhsili alıb. 2005–2006-cı illərdə hərbi xidmətdə olub. 2006-cı ilin sonlarında "Gəmiqaya-ZMH" adlı daşınmaz əmlak agentliyini yaradıb və oranın rəhbəri olub. 2007-ci ildə inşaat şirkətinin yaradıcısı və 50 % səhmdarı olub. 2010-cu ildə "Zaferoğlu" inşaat şirkətini yaradıb və o vaxtdan oranın rəhbəridir.
Zəfər Nemətov
Zəfər Əlipaşa oğlu Nemətov (5 iyun 1917, Bakı – 19 noyabr 1971, Bakı) — Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. == Həyatı == 6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir. 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş vermişdir. Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilmişdir.
Zəfər Partiyası
Zəfər Partiyası — Ümid Özdağ tərəfindən 26 avqust 2021-ci ildə əsası qoyulan siyasi partiya. == Tarixi == === Zəmin === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan xaric edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasının 26 avqustda rəsmi olaraq qurulduğunu elan etdi.
Zəfər Qaratay
Zəfər Qaratay (krımtat. Zafer Qaratay,türk. Zafer Karatay) – Əslən Krım tatarı olan Türkiyə jurnalisti, Krım Tatar xalqının Məclis təmsilçisi,Krım Tatar milli hərəkatının aktiv üzvü, Tatar Yazarlar Birliyinin, Türkiyə Jurnalistlər Cəmiyyətinin üzvü. == Həyatı == Zəfər Qaratay 27 sentyabr 1958-ci ildə Türkiyənin Ankara şəhəri yaxınlığındakı Krım tatarları tərəfindən qurulan Gunalan kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Türkiyənin paytaxtında tamamlamışdır. 1980-ci ildə Ankara Dövlət Memarlıq və Mühəndislik Akademiyasından ( Gazi Universiteti , Mühəndislik və memarlıq fakültəsi) məzun olmuşdur. 1985-ci ildə Ankara Universiteti dil,tarix və coğrafiya fakültəsinə qəbul olunmuşdur. 1980-1982-ci illər arasında Türkiyə Səhiyyə və Sosial Yardım Nazirliyində və 1984-1986-cı illərdə Sanaye və Ticarət Nazirliyi Keyfiyyət və Standartlar Bölümündə çalışmışdır.2006-cı ildən İstanbul Televiziyası müdürüdür. 1985-ci ilində Türkiyə dövlət televiziya kanalının rejissor köməkçisi TRT imtahanlarını vermiş və 1986-cı ilin oktyabrından rejissor kimi fəaliyyətə başlamışdır. 1986-1989-cu illərdə musiqi, əyləncə və təhsil proqramları hazırlamışdır.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Gəzmək gəzmək (film, 2003)
"Sevgi yolları ilə" (hind चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. == Musiqi == Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. == Məzmun == Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir. Priya Çopra isə varlı ailədən olan dizaynerdir.
Bərmək mahalı
Bərmək mahalı — Quba xanlığında mahal. İndiki Xızı Adını burada yaşayan Bərmək tayfasından və ya Bərmək – bər məhsul, mak – kahin və ya Qubadakı Bərmək mahalı Harunərrəşidin vəziri Cəfər Bərməkinin qəbiləsi aldığı Xızı-Bərmək mahalı Xəzər dənizi, Bakı kəndləri və Sumqayıt çayı hüdudlarında böyük bir sahə tutur.Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərir. A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir. == Kəndlər == Alim-səyyah F.F.Simonoviç 1796-cı ildə Xızı-Bərmək mahalında 24 kəndin adını göstərmişdi. Həmin kəndlər aşağıdakılardı: 1. Siyəzən 2. Xızı 3. Findiqan 4. Dərəzarat 5.
Piyada gəzmək
Piyada gəzmək — Piyada gəzmək, yürüşə çıxmaq təkcə bədən üçün deyil, zehin üçün də faydalıdır. Yürüşə çıxarkən beynin ifraz etdiyi maddə qayğı və narahatlığı azaldır. Yaradıcılıq qabiliyyətinizi inkişaf etdirər. == Haqqında == Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.Piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir. Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.
Vəzmək (Mahnişan)
Vəzmək (fars. وزمك‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Baş Bərmək dağı
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir.Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür.Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir. Magistral yoldan pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur, belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var.
Baş Bərmək səddi
Beşbarmaq səddi — Xəzərsahili keçidini bağlayan üçüncü sədd. Gilgilçaydan cənubda Qafqaz silsiləsindən ayrılmış Beşbarmaq dağının sərt enişli ətəyindən başlayıb dəniz sahili qumsallığınacan uzanırdı. Beləliklə, qərbdən Beşbarmaq dağı şərqdən gil davarla qapanmış uzunsov sədd dar sahil keçidini bütünlüklə kəsmişdi. Beşbarmaq, Gilgilçay səddi və Dərbənd - Azərbaycanın şimal-şərq sərhədlərində ilkin orta əsrlərdə çəkilmiş bu üç sədd dövrün istehkam tikintisinin yüksək inkişaf səviyyəsi ilə yanaşı, siyasi-hərbi durumunu da əks etdirir. Fərziyyəyə görə, onlar III-VII əsrlərdə (əvvəl Beşbarmaq, sonra Gilgilçay, axırda isə Dərbənd müdafiə səddi) çəkilmişdi. İnşa texnikasına görə Beşbarmaq və Gilgilçay səddləri Dərbənd səddinə nisbətən saya və qədimdir.
Zerən
Zerən - Talış mətbəxinə aid milli şirniyyat və ya milli çörək növü. Talışların ən qədim şirniyyat növü hesab edilir. Zerən digər şirniyyatlara nisbətdə müqəddəs hesab olunur. Daha çox çörək kimi istifadə olunur. İçliyi kətənin içliyindən azca fərqlidir. Təndirdə bişirilir.Talış xalq adətlərinə görə zerən çörəyi, qırmızı lent əvəzinə, şal vasitəsi ilə gəlin köçən qızların belinə, göbək hissəsinə bağlanır. Gəlin ata evindən ər evinə gələnədək çörək gəlinin belində qalır. Adətlərə görə bu bolluq və bərəkət rəmzidir.Xüsusən Astara və Lənkəran rayonlarının kəndlərində yeni tikilən evlərin bünövrəsinə bolluq-bərəkət rəmzi olan əşyaların və ya ərzaqların, metal pulların, duz, çörək, qənd, un və s. kimi şeylərin qoyulmasında, xüsusilə də yeni tikilən evə avadanlıqlarının və şirniyyat xonçasının kimin keçirməsi məsləsində bütün ciddiliyi ilə əməl edilən adətlər mövcud olmuşdur. Ev tikilib başa çatdıqdan sonra evə ilk gətirilən bərəkət rəmzi isə zerən çörəyi olmuşdur.
Dəyər
Dəyər — Qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət. Qiymətləndirmə – ifadə şəklində verilmiş qiymətlərin müəyyən olunmasının proqram yolu ilə yerinə yetirilməsi və ya proqram deyimi ilə verilən əməllər. Kompilyasiya və ya çalışma mərhələsində baş verir. Məsələn, proqram mürəkkəb ifadəni bərabərlik şəklində qiymətləndirə və sonra bu nəticəni müəyyən dəyişənə mənimsədə bilər. Eləcə də altproqramı çağıran deyimin qiymətini hesablaya və sonra qiymətləndirmənin nəticəsindən asılı olaraq idarəetməni altproqrama verə bilər. == Riskə məruz dəyər == Riskə məruz dəyər, riskin ölçmə üsulu. Bütün dünya ədəbiyyatlarında riskə məruz dəyər "Value at Risk(VaR)" kimi qəbul edilir. Riskə məruz dəyər (RMD) modeli maliyyə institutları tərəfindən bazar riskini hesablamaq üçün geniş şəkildə istifadə olunur. RMD müəyyənləşdirilmiş çərçivədə verilmiş ehtimalla portfelin dəyərinin maksimal itkisini hesablayan modeldir. Riskə məruz dəyər üç parametrlə xarakterizə olunur.
Elisabet Şerer
Elisabet Şerer (30 İyul 1914 – 18 Aprel 2013) — Almaniyalı film aktrisası. O, 1942-ci il ilə 2009-cu il arasında 30-dan çox film və televiziya şousunda rol oynamışdır.
Nataliya Şerer
Nataliya Şerer (28 oktyabr 1985) — Braziliyanı təmsil edən bədii gimnast. == Karyerası == Nataliya Şerer Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Zener diodu
Stabiitron- (zeyner(zener) diod) p-n diodun xüsusi bir tipidir. Stabilitronun xüsusiyyətləri: -Düz qoşulma halında normal bir diod kimi çalışır -Əks qoşulma halında, müəyyən gərginlikdən sonra keçirici olur. Bu gərginlik stabilitronun diapazon gərginliyi, və ya daha qısa olaraq stabilitron gərginliyi adlanır. - Əksinə gərginlik aradan qalxanda, stabilitron normal halına dönür. -Dövrələrdə, əks istiqamətdə işləyəcək şəkildə istifadə edilir. -Bir stabilitron stabilitron gərginliyi ilə başa düşülür. Məsələn: "30v luq stabilitron" dedikdə,30v luq əks gərginlikdə işləməyə başlayan stabilitron anlamına gəlir. -Silisium tərkiblidir. Stabilitron, əks istiqamətdə işləməsi zamanı yarana bilən hədsiz cərəyana görə sıradan çıxa bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövrəsinə daim ardıcıl bir qoruyucu müqavimət bağlanılır.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. == Ümumi anlayış == Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Dəryaçeyi-nəmək
Dəryaçeyi -nəmək (fars-duzlu göl), İranda duzlu göl. Təxminən Qum şəhərinin 100 km şərqində, Dəşti-Kəbir səhrasının şimal-qərb bucağında, dəniz səviyəsindən 790 m yüksəkdə yerləşir. Gölün 1800 km² hövzəsi var, lakin onun böyük hissəsi qurudur. Su ancaq 1000 km² sahədə olur. Gölün 45 sm- 1m arası dərinliyi var. Ən böyük su mənbəyi Qaraçaydır.
Ərmək (Hurand)
Ərmək (fars. ارمك‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (27 ailə).
Dəyər (fəlsəfə)
Dəyər bu və ya digər predmetin xassəsi, insanların arzu və tələbatlarının ödənilməsidir. İnsanın dəyərlər sisteminə xeyir və şər, xoşbəxtlik və bədbəxtlik, həyatın məqsədi və mənası haqqındakı təsəvvürləri də daxil ola bilər. Məsələn, “həyat” insanın başlıca dəyəridir. İnsanın dünyaya və özünə münasibəti sayəsində müəyyən dəyərlər ierarxiyası formalaşır ki, onun da zirvəsində bu və ya digər ictimai idealarda əks olunan mütləq dəyərlər durur. Insanın digər insanlarla münasibəti sabit, təkrar-təkrar qiymətləndirilməsi sosial, əxlaqi, dini, hüquqi və.s normalara çevrilir. Həmin normalar isə ayrı-ayrı fərdlərlə yanaşı, bütövlükdə cəmiyyətin gündəlik həyatını nizamlayır.
Dəyər (iqtisadiyyat)
Dəyər — konsepsiyası bir neçə fərqli tərifə malik olan iqtisadi fenomen. İqtisadi nəzəriyyədə sahiblər arasında malların könüllü mübadiləsində kəmiyyət münasibətlərinin əsası dəyərdir. Fərqli iqtisadi məktəblər dəyərin təbiətini müxtəlif yollarla izah edirlər: sosial vaxt baxımından zəruri olan iş vaxtı xərcləri, tələb və təklif tarazlığı, istehsal xərcləri, marjinal fayda və s. Mühasibat və statistika xərcləri, bir obyektin alınması və ya istehsalı üçün pulla ifadə olunan xərclərin məbləğidir.Gündəlik danışıqdakı dəyər bir məhsulun qiyməti ("kibrit nə qədərdir?"), satınalma xərcləri ("mənə 1000 manata başa gəldi."). Dəyər, xərc şərtlərinə yaxındır. == Dəyər nəzəriyyələri == Dəyər anlayışı əsas iqtisadi kateqoriyadır. Adam Smit və David Rikardo kimi klassik iqtisadçılar ayrıca mübadilə dəyərini (malların başqaları ilə mübadilə etmə qabiliyyəti) və istifadə dəyərini (faydalılıq, məhsulun istənilən tələbatı ödəmək qabiliyyəti) ayrı-ayrılıqda nəzərdən keçirirdilər. Onların hazırladığı dəyər əmək nəzəriyyəsinin əsas elementləri mübadilə dəyərinin mahiyyətini təhlil etməyə yönəldilmişdir. Bu nəzəriyyə Karl Marksın iqtisadi əsərlərində ən tam formanı aldı. Avstriya iqtisadiyyat məktəbinin tərəfdarları dəyərin əmək xarakterini inkar edirlər.
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: == Mənbə == Bağvan Məcidov. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər.
İzafi dəyər
İzafi dəyər (ingil. surplus value) — işçinin əməyinin məhsulunun dəyəri ilə aldığı maaşının gerçək dəyəri arasında olan fərq. Kapitalist tərəfindən mənimsənilən izafi dəyər işçinin zəruri ehtiyaclarının ödənilməsi üçün sərf etdiyi vaxtdan artıq işlədiyi vaxt ərzində yaranır.
Diskontlaşdırılmış dəyər
Vahid məbləğin cari dəyəri və ya diskontlaşdırılmış dəyər — zamanın müxtəlif nöqtələrində alınan pulun müxtəlif dəyəri əsasında gələcək ödəniş axınının dəyərinin (cari pul ekvivalenti) qiymətləndirilməsi (pulun zaman dəyəri anlayışı). Vahid məbləğin cari dəyəri əsasında qiymətləndirmələr və eynilə vahid məbləğin gələcək dəyəri əsasında qiymətləndirmələr kreditləri, ipotekaları, annuitetləri, xarici istiqrazları və s. qiymətləndirmək üçün istifadə olunur. Bu hesablamalar eyni vaxtda baş verməyən pul vəsaitləri axını arasında müqayisə aparmaq üçün istifadə olunur, çünki dəyərlər arasında müqayisə aparmaq üçün vaxt və tarixlər ardıcıl olmalıdır.Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitindəbu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ширяев А. Н. Основы стохастической финансовой математики. 1. Факты. Модели. М.: ФАЗИС. 1998.
Aşağı Kəmək (Əsədabad)
Aşağı Kəmək (fars. کمک سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 914 nəfər yaşayır (279 ailə).
Yuxarı Kəmək (Əsədabad)
Yuxarı Kəmək (fars. کمک علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 205 nəfər yaşayır (58 ailə).
"Əmək" ordeni
"Əmək" ordeni — Azərbaycan Respublikasının dövlət təltifi (ordeni). 2017-ci il 25 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsis edilib. == Statusu == Azərbaycan Respublikasının "Əmək" ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə; yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər. == Taxılma qaydası == Azərbaycan Respublikasının "Əmək" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının "Əmək" ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ordenin ön tərəfi Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca "ƏMƏK" sözü yazılmışdır. "ƏMƏK" sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur.
Məcburi əmək
Məcburi əmək — cəza verməklə hədə-qorxu gələrək hər hansı bir şəxsin boynuna qoyulan hər cür iş və xidmət.
Əmək mühaciri
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Əmək müqaviləsi
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag‎) – müәssisә әmәkdaşının vә müdiriyyәtinin hüquq vә vәzifәlәrini müәyyәn edәn rәsmi sәnәd. İşә götürmә zamanı rәsmilәşdirilir vә hәr iki tәrәf – işçi vә müdiriyyәtin nümayәndәsi imzalayır. Müxtәlif ölkәlәrdə əmək müqaviləsinin tәrkibi vә bölmәlәri fәrqlidir. Mәsələn Almaniyada uzun illәr əmək müqaviləsinin әsas bölmәlәrinә: әmәk fәaliyyәti; gәlirlәr (o cümlәdәn әmәkhaqqı); müdafiә tәdbirlәri (müvәqqәti әmәkqabiliyyәtsizliyi, әlillik, ölüm hallarında); mәzuniyyәt; 5) әlavә işlәrin görülmәsi qaydası; istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi; ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri; müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.Əmək müqaviləsinin xüsusi növü işçilәr vә administrasiya arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir. == Əmək münasibətlərinin tərəfləri == Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Sevmək Sənəti
Sevmək sənəti — 1956-cı ildə Erix Fromm tərəfindən yazılmış və insan sevgisindən böyük ölçüdə nəzəri bir şəkildə bəhs edən kitab. Fromm, bu əsərdə insan təbiətinə olan baxışını əvvəlki əsərlərindən, Azadlıqdan Qaçış və İnsanın Özü üçün - bir çox digər əsas əsərlərində yenidən nəzərdən keçirdiyi prinsiplərdən inkişaf etdirir. Fromm, sevgini təhlil və izah edilə bilməyən sehrli və sirli bir sensasiya kimi rədd edərək, bir fəaliyyət, öyrədilə və inkişaf etdirilə bilən bir bacarıq olaraq təqdim edir. Qısa müddətli "aşiq olma" və ya sevgi qarşısında aciz qalma təcrübəsindən fərqli olaraq, qalıcı bir varlıq vəziyyəti olan sevgiyə diqqət ayırır. Fromm, şəxslərarası birləşmə arzusunu insanlarda ən güclü səy adlandırır. İnsan varlığının təməl problemi olaraq gördüyü ayrılığı aradan qaldırmaq üçün ehtiyacımızın yeganə rasional cavabı olduğunu müdafiə edir. Fromm, müasir insanların bir-birindən və təbiətdən uzaq olduğunu və romantik sevgi və evlilikdəki tənhalığımızdan sığındığımızı söyləyir. Bununla birlikdə, Fromm əsl sevginin "asanlıqla hər kəs tərəfindən qəbul edilə bilən bir fikir olmadığını" müşahidə edir. Yalnız insanın ümumi şəxsiyyətini "həqiqi təvazökarlıq, cəsarət, inam və nizam-intizamla" sevmək bacarığına qədər inkişaf etdirməklə həqiqi sevgini yaşamaq qabiliyyətinə qovuşur. Bu nadir bir nailiyyət hesab edilməlidir.
Yermek Omirtay
Yermek Omirtay (3 avqust 1992) — Qazaxıstanlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Qazaxıstanı təmsil edir. Yermek Omirtay dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Çerek rayonu
Çerek rayonu (kab.-çərk. Шэрэдж район / Шэрэдж куей, qaraç.-balk. Черек район) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Kaşxatau qəsəbəsidir. == Coğrafiyası == Çerek rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Çeqem rayonu, şimalda Urvan rayonu, şərqdə Leskenski rayonu, həmçinin qərbdə Şimali Osetiyanın Diqora rayonu, cənubdan Gürcüstan. Rayonun sahəsi 2215,50 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Çerek rayonu Rusiya Federasiyasındakı ən yüksək rayonlarından biridir. Əsas torpaq kütləsi dağlıq zonada yerləşir.
Çerek çayı
Çerek çayı (Qaraç-balk:Шэрэдж) — Kabardino-Balkariyada yerləşən və Baksan çayına tökülən çay. Çerek balkarca və eləcə də türkcə çay deməkdir. Çayın uzunluğu 79 km həcmi isə 3070 км²-dir. Çerek çayı Balkar Çerek (54 km) çayı ilə Bezengi Çerek (46 km) çayının Babukent kəndi yaxınlığında qovuşması ilə formalaşır. Çayın qidalanması əsasən qar və buzlaqlardandır. Çayın üzərində yerləşən yaşayış məntəqələri bunlardır: Babukent, Kaşxatau, Zaragij, Auşiger, Psıqansu, Köhnə Çerek, Aşağı Çerek, Psınabo, Mayskiy.
Çərək not
Çərək not — səslənmə uzunluğuna görə bütöv notdan dörddə birinə bərabər olan not; orta tempdə bir say hesabı ilə ölçülür; iki səkkizlik nota və ya müvafiq olaraq dörd onaltılıq nota bərabərdir.
Çərək pauza
Çərək pauza — uzunluğuna görə çərək nota bərabər olan pauza.