Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xeybər
Xeybər (ər:محافظة خيبر) Ərəbistanda, Mədinə şəhərinin yaxınlığında kiçik bir şəhərdir. Habelə Mədinə ilə levant yolunda keçmişdə yeddi qala və təsərrüfatı olan bir sahədir. Bu sahə 7-ci hicrət ilində islam peyğəmbərinin əmri ilə Əli ibn Əbu Talib tərəfindən fəth edilmişdir. Onun cəmisinə Xəyabir deyirlər. Həsni Naim(حصن ناعم) Həsni Təmus(حصن تموص) Həsnül Səlam(حصن السلالم) Həsnül Şəqq(حصن الشق) Həsnül Nətah(حصن النطاه) Həsnül Vətih(حصن الوطیح) Həsnül Kətibə(حصن الکتیبه) Adları keçən qalalar üstdən aşağıya bir-bir Əli əli-ilə Xeybər döyüşü əsnasında fəth edilmişlər. Bu qalaların sakinləri islam peyğəmbərinin fəthindən sonra ondan istədilər ki oranın bir bölməsinin idarəsini özlərinə qaytarsın və onlarda cizyə verməyi başlasınlar.bu anlaşma oranın sakinlərinin fəhşaya və müsəlmanlara əziyyət edənədək yeində idi və bu olaylardan sonra ömər oranı yəhudilərin əlindən alıb müsəlmanlar arasında paylamışdı. Xeybərin Fədək adlı sahəsi Hz.Fatiməyə peyğəmbər tərəfindən bağışlanmışdir. bunun üçün: baxa bilərsiniz. Yaqut Höməvi,Möcəmül Bolda,9-ci cild,1990.(الحموی، یاقوت، ابوعبدالله ، (مُعجَم اَلبُلدان) ، دار الکتب العلمیة، بیروت، لبنان) Uyunül Əxbar,Əldinuri.(الدینوری ، أبی محمد، عبدالله، بن مسلم، بن قتیبه.
Zeybək
Zeybək bu mənaları ifadə edə bilər: Zeybəklər Zeybək (rəqs) == Həmçinin bax == Zeynəko — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Xeybər Xeybər ya yəhud
"Xeybər Xeybər ya yəhud, ceyş Muhəmməd səvfə yəud" (ərəb. خيبر خيبر يا يهود جيش محمد سوف يعود‎; "Xeybər Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdacaq") — ərəb dilində islam tərənnümü. Burada Məhəmmədin başçılıq etdiyi müsəlman qüvvələrinin indiki Səudiyyə Ərəbistanında Xeybər vahəsində yaşayan yəhudiləri məğlub etdiyi Xeybər döyüşünə istinad edilir. "PBS" və "Times of Israel" xəbər agentlikləri, Müsəlmanlar Antisemitizmə Qarşı və Antidiffamasiya Liqası təbliğat qrupları tərənnümü antisemitizm hesab edir. Bu şüar 1980-ci illərin sonlarında Birinci İntifada zamanı Fələstin islamçı HƏMAS təşkilatının qurucusu Əhməd Yasin tərəfindən irəli sürülmüşdür. O vaxtdan bu şüar islamçılar, islam ekstremistləri və antiisrail yaraqlıları tərəfindən daha geniş şəkildə qəbul edilmişdir. O, Qüds, İsveç, İngiltərə, Avstriya, Belçika, Niderland və Avstraliya daxil olmaqla, islam ekstremist və Fələstin tərəfdarı nümayişlərdə səsləndirilmişdir. Tərənnüm 2021-ci ildə İsrail–Fələstin böhranı və 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı olduğu kimi, İsraillə fələstinlilər arasında zorakılıq dövrlərində daha çox istifadə olunur.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Xeybər döyüşü
Xeybər döyüşü — (ərəb. غزوة خيبر‎) Məhəmməd peyğəmbərin Xeybər yəhudiləri ilə etdiyi döyüşdür ki, hicrətin 7-ci ili Məhərrəm ayında başlayıb və Səfər ayında Müsəlmanların qələbəsi ilə nəticələnmişdir. Xeybər yəhudilərinin Mədinədən qovulmuş yəhudilərə sığınacaq vermələri və bir sıra ərəb qəbilələrini müsəlmanların əleyhinə təhrik etmələri müharibəyə səbəb oldu. Bu müharibədə də müsəlmanlar qələbə çaldılar və bağlanmış müqaviləyə əsasən döyüşdə iştirak edən yəhudilər ailələri ilə birlikdə Xeybər ərazisini tərk etməli idilər, amma yəhudilər bu şəhərdə qalmaları üçün peyğəmbərdən xahiş etdilər, o isə əkdikləri məhsulun yarısını müsəlmanlara vermələri şərti ilə buna razılaşdı. Xeybər bölgəsi müasir dövrddə Mədinədən 165 km şimalda, Şam yolunun üstündə yerləşir və mərkəzi Şureyf şəhəridir. Dəniz səviyyəsindən 854 m yüksəklikdə olan bu bölgə, bir sıra kənd və yaşıllıq əraziləri əhatə edir ki, o vahəni Xeybər adlandırıblar. Böyük əhali sayına sahib olan Xeybər, geniş vadi və dərələr, su və kənd təsərrüfatı sahələrinə malikdir. Burada istehsal edilən əsas məhsul xurmadır. "Sureyr" və "Qaras" vadisində yaşayan Xeybər sakinlərinin əksəriyyəti Ənəzə qəbiləsindəndir. Hicrətin 4-cü ili, Hz, Peyğəmbərinin Bəni Nadir Yəhudilərini xəyanətlərinə görə Mədinədən qovduqdan sonra, Hüyey ibn Əxtəb, Səllam ibn Əbil Huqəyq və Kənanə ibn Rəbi ibn Əbil Huqəyq kimi bəzi yəhudilər xeybərə getdilər.
Xeybər İgidəliyev
Zeybək (rəqs)
Zeybək — Qərbi Anadolu bölgəsində məşhur bir rəqs. Zeybək özü növlərə bölünür. Bir şəxs tərəfindən oynanır və ya bir neçə oyunçunu bir dairədə təşkil edir. Zeybək xalqı qoruyan cəsur bir insanı təmsil edir. Zeybəki oynayan rəqqas, qollarını çiyinlərinin yanına, çiyinlərinə tərəf açar və bəzi oyunlarda əllərini dirsəklərdən bir qədər yığır. O, böyük addımlar atır və yavaş-yavaş hərəkət edir. Dizin bəzən bükülməsi və dizin bir nöqtəyə toxunması bu rəqsin açıq hərəkətidir. Zeybəklərin bu növü İzmir, Aydın, Manisa, Dənizli, Muğla və Uşak tərəflərində görülən Zeybək növləridir. Bu, Balıkəsirin Ege sahillərinə daxil ola bilər. Daxili Ege rəsmləri; Kütahya, Bursa, Afyonkarahisar, Balıkəsirdə şərq seqmentləri, Əskişəhir və Biləcik zeybək mövqeyini təsir etdi.
Zeybək rəqsi
Zeybək — Qərbi Anadolu bölgəsində məşhur bir rəqs. Zeybək özü növlərə bölünür. Bir şəxs tərəfindən oynanır və ya bir neçə oyunçunu bir dairədə təşkil edir. Zeybək xalqı qoruyan cəsur bir insanı təmsil edir. Zeybəki oynayan rəqqas, qollarını çiyinlərinin yanına, çiyinlərinə tərəf açar və bəzi oyunlarda əllərini dirsəklərdən bir qədər yığır. O, böyük addımlar atır və yavaş-yavaş hərəkət edir. Dizin bəzən bükülməsi və dizin bir nöqtəyə toxunması bu rəqsin açıq hərəkətidir. Zeybəklərin bu növü İzmir, Aydın, Manisa, Dənizli, Muğla və Uşak tərəflərində görülən Zeybək növləridir. Bu, Balıkəsirin Ege sahillərinə daxil ola bilər. Daxili Ege rəsmləri; Kütahya, Bursa, Afyonkarahisar, Balıkəsirdə şərq seqmentləri, Əskişəhir və Biləcik zeybək mövqeyini təsir etdi.
Xeybər keçidi döyüşü
Xeybər keçidi döyüşü — Nadir şahın rəhbəri olduğu imperiya ilə Moğol dövlətinin vassalı olan Pişəvər dövləti arasında 1738-ci ildə baş vermiş döyüşdür. Döyüşdə Nadir şahın ordusu mütləq qələbə qazanmış və Məhəmməd şahın rəhbər olduğu Böyük Moğol imperiyasının imperiya torpaqlarına gedən keçid açılmışdır. Nadir xan 1736-cı ildə Muğan qurultayında özünü şah elan etdi. Özünü şah elan etsə də. əvvəlki Səfəvi hüquqlarına hələ çata bilməmişdi. Muğan qurultayı sona çatdıqdan sonra Nadir Qəzvinə yola düşdü və buradakı məsləhətləşmələrdən sonra Qəndəharın ələ keçirilməsi və Hindistanyürüşə başlanılması barədə qərar qəbul edildi. 1736-cı ilin may ayında Rusiya ilə Osmanlı imperiyası yeni müharibəyə başladılar. Osmanlının şimalda başının Rusiya ilə müharibəyə qarışması Nadir şahın şərqə yürüşə çıxmasına şərait yaratdı. Qəndəhar bu zaman vaxtilə Səfəvi paytaxtını ələ keçirmiş Mahmud Gilzayinin qardaşı oğlu Hüseyn Gilzayinin hakimiyyəti altında idi. O, müstəqil hökmdar kimi adına sikkə zərb etdirir və xütbə oxutdururdu.
Handriy Zeyler
Handriy Zeyler (a.sorb Handrij Zejler; 1 fevral 1804 – 15 oktyabr 1872) — Sorb şairi, yazıçı, folklor tədqiqatçısı. O, ədəbi sorb dilinin əsasını qoyanlardan biridi. == Həyatı == Handriy Zeyler Zalsenforst şəhərində anadan olub. İlk təhsilini 1818-1825-ci illərdə Budişinski gimnaziyasında alıb. Leypsiq Universitetinə daxil olmasına katolik yepiskopu Franz Yuri Lok kömək görsədib. 1825-1829-cu illərdə orada ilahiyyat fakültəsində təhsil almışdır. Tələbə ikən Sorbo dili təbliğat cəmiyyətinin fəaliyyətlərində iştirak etmişdir. Heindrich Kriegar ilə əməkdaşlıq edərək, o, əl ilə yazılmış " Serbska nowina " jurnalını nəşr olunub. Yeniyetmə ikən Zejler sorb folkloru mövzularında vətənpərvərlik mahnıları yazır. Bu mahnılardan biri - "Gözəl gölməçə" Korla Avqust Kotsorun (1845) musiqisi ilə məşhurlaşdı və Sorbiyanın dövlət himni oldu.
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti. Heydər Əliyev (İlham Əliyevin oğlu) — Hazırkı Azərbaycan Prezidenti İlham Əliyevin ən kiçik övladı və yeganə oğlu. Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi. Heydər Biqiçev — Tatar ASSR-nin xalq artisti (1980), RSFSR-nin əməkdar artisti (1986) Heydər İsayev — Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi (1988–1991) Heydər xan — hökmdar Aşıq Heydər — Ağbaba Süvarı Alayının Baş Ozanı Heydər Abbasi — şair, yazıçı, tərcüməçi. Heydər Qədirov — iqtisad üzrə fəlsəfə doktoru.
Leylər
Belibağlılar (lat. Circinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun." Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.
Peysər
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. "Peysər" farsmənşəli sözdür, "پس سر‎" (hərf. başın arxası) sözlərindən gəlmişdir. Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur. Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir.
Zeynəb
Zeynəb, Zeynəbi-Kubra, Zeynəb bint Əli (ərəb. زينب بنت علي‎; 626, Mədinə – 682 və ya 684, Dəməşq) — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb hicrətdən 5 il sonra doğulub. O, beş ilə qədər babası Peyğəmbərlə bir zamanda yaşamışdır. Zeynəb aşura hadisəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmişdi. Zeynəb Əli və Fatimənin qızı idi. Hicrətin beş və ya altısında Mədinədə dünyaya gəlmişdir. Özü Hüseyn ilə birlikdə Kərbəlada yer alıb. Kərbəla döyüşü sonrasında Məhərrəmin onunda (Aşura günü) bir qrup tərəfdarlar ilə birlikdə əsir düşmüş və Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanları irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur.
Zeyxur
Zeyxur — Azərbaycan ərazisində bir neçə yaşayış məntəqələrinin adları və ya adlarının tərkib hissəsi: Gədəzeyxur — Azərbaycanın Qusar rayonunda kənd. Yuxarı Zeyxur — Azərbaycanın Qusar rayonunda kənd. Zeyxuroba — Azərbaycanın Xaçmaz rayonunda Xanoba kəndinin keçmiş adı.
Heybə
Heybə – kənd və dağlıq rayonlarda məişətdə istifadə edilir. Formasına görə xurcuna bənzəyir. Lakin ondan iki dəfə kiçikdir. Əsasən xovsuz xalça texnikasında toxunur. Cecimdən tikilmiş heybə də olur. Belə ki, heybənin ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilir. Onunla xırda əşyalar daşınır. Heybə türk dilli xalqlar arasında geniş yayılmışdır. Torba kimi dirək deyilən dəzgahlarda toxunar, vəsaitləri eynidir.
Zeytə
Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu qənaətə gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur. Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.
Zeyvə
Zeyvə — bir sıra ölkədə kənd adı: Azərbaycanda Zeyvə (Şabran) — Şabran rayonunda kənd. Zeyvə (Goranboy) — Goranboy rayonunda kənd. Zeyvə (Laçın) — Laçın rayonunda kənd. Zeyvə (Şərur) — Şərur rayonunda kənd. Zeyvə (İsmayıllı) — İsmayıllı rayonunda kənd. Kələzeyvə — İsmayıllı rayonunda kənd. Ermənistanda Böyük Zeyvə və ya Erməni-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Arataşen) Kiçik Zeyvə və ya Türk-Zeyvə — Armavir əyalətinə daxil Üçkilsə rayonunda kənd (indiki adı Taronik) Zeyvə (Qafan) — Ermənistan Respublikasının Sünik mərzində (1930–1995-ci illər aralığında Qafan rayonu tərkibində) yerləşən kənd. (indiki adı Davitbekdir) Zeyvə körpüsü — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda Gığı çayının üstündə körpü. İranda Zeyvə (Xalxal) — Ərdəbil ostanının Xalxal bölgəsində kənd. Zeyvə (Soyuqbulaq) — Zeyvə (Urmiya) — Zeyvə (Mərgavar) — Zeyvə (Germi) Türkiyədə Zeyvə (Antalya) — Antalya ilində kənd.
Heydər Həkim
Heydər Həkim(XVI-XVII əsrlər) — == Həyatı == Hindistanın Agra şəhərində, Böyü Moğollar sülaləsinin təmsilçisi Sultan Əkbərin sarayında çalışmış Azərbaycan həkimidir. Azərbaycan dilində lirik şeirlər də yazırdı.
Heydər Həsənzadə
Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (1913 – 1 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.
Heydər Kərimov
== Siyahı ==
Heydər Mirzə
Heydər Mirzə — Azərbaycan jurnalisti və televiziya aparıcısı. "İstiqlal" analitik qrupunun rəhbəridir. == Həyatı == 2018-ci ildə Azərbaycanın İctimai Televiziya kanalında "Radius" həftəlik hərbi-analitik layihəsinin yaradıcısı olub. 2020-ci ilin sentyabr ayında hərbi mütəxəssis Hans Klossla (məxfilik səbəbi ilə adı açıqlanmır) birlikdə "Caliber" müstəqil rusdilli hərbi-analitik internet-layihəsinə başlayıb.
Heydər Məmmədəliyev
Məmmədəliyev Heydər Nurəddin oğlu (rus. Гейдар Нураддин оглы Мамедалиев) — Azərbaycan əsilli Rusiya güləşçisi, Yunan-Roma güləşi üzrə Azərbaycan və Rusiya çempionu, Rusiya milli güləş komandasının tərkibində 55 kq-lıq çəki dərəcəsində dünya çempionu, 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Yunan-Roma güləşi üzrə əməkdər idman ustası. == Həyatı == Heydər Məmmədəliyev 2 aprel 1974-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Bakıdakı Olimpiya rezervli məktəbi bitirib. İlk məşqçisi sonralar Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Əliyar Əliyev olub. 1996, 1997 və 1998-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Rusiya milli güləş komandasının tərkibində dünya çempionu, 2003-cü ildə Dünya kubokunun sahibi, 2004-cü ildə Afina olimpiadasının gümüş mükafatçısı olub. 1994-cü ildən Yekaterinburqda yaşayır və Verx-İsetsk idman mərkəzində çalışır. Məşqçisi Sergey Novakovskidir. 1999-cu ildən Rusiya komandası heyətində çıxış edir.
Heydər Novruzov
Heydər Novruzov (tam adı:Novruzov Heydər Qulu oğlu; 1902, Təzəkənd, Naxçıvan qəzası – 5 yanvar 1938) — dövlət qulluqçusu, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti == Həyatı == Novruzov Heydər Qulu oğlu 1902-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub. === Vəfatı === 5 yanvar 1938-ci ildə "Naxçıvan fəalları” adlı gizli əksinqilabi siyasi təşkilatın rəhbəri ittihamı ilə həbs edilərək, “xalq düşməni” kimi güllələnmişdir. === Təhsili === Tiflisdə (1924-27), Moskvada (1928-30) və Bakıda (1931-33) təhsil almış, tarixçi və iqtisadçı ixtisaslarına yiyələnmişdir. == Fəaliyyəti == === Hərbi fəaliyyəti === Azərbaycan Xalq Cümhuriyyəti dövründə zabiti kimi daşnakların Naxçıvan və Qarabağda azərbaycanlılara qarşı soyqırımın dəf olunmasında iştirak etmiş, sonralar Abbasqulu Şadlinskinin rəhbərlik etdiyi “Qırmızı tabor”un sıralarında vuruşmuşdur. === Əmək fəaliyyət === Azərbaycan. K(b)P Naxçıvan Vilayət Komitəsi təşkilat (1927-28) və aqrar (1929-30) şöbələrinin müavini, Noraşen (indiki Şərur) və Naxçıvan (indiki Babək) rayon partiya komitələrinin katibi, Masallı rayon İcraiyyə Komitəsinin sədri olmuşdur (1933-36). 1937-ci ildən Bakı şəhər Sovet sədrinin müavini idi. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Qənbər
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Rəhbər
Rəhbərlik — nadir idarə etmək keyfiyyətidir. Rəhbər ilk növbədə kadrların seçilməsi və hazırlanması qayğısına qalmalıdır, icraçılar nə qədər çox səylə işləsələr, hər hansı iş bir o qədər yaxşı yerinə yetirilə bilər. Buna görə rəhbər daim kadr məsələləri ilə məşğul olmalı, icraçıların düzgün seçilməsinə diqqət yetirməli, onlardan ötrü lazım gələn istehsal və məişət şəraitinin yaradılması qayğısına qalmalı, onların peşə cəhətdən yüklənməsinə kömək etməli zəruri maddi və mənəvi həvəsləndirmə sistemini təmin etməlidir. Rəhbər özünün rəhbərlik etdiyi bütün istehsal sahələrinin zəruri, maddi-texniki ehtiyatlarla təmin edilməsi qayğısına qalmalıdır. O istehsalı yaxşı bilməli və həmişə mütərəqqi texnologiyaya əsaslanmalıdır. Rəhbər işində öz xarakterinə görə müxtəlif olan daimi və ya müvəqqəti təşkilat sistemləri yaradılması məsələləri əməkçi kollektivlərinin yaradılması, aqreqatların kompleksləşdirilməsi, icraçıların və texnikanın iş yerləri üzrə bölüşdürülməsi xüsusi yer tutur. Bu rəhbərin bütün təşkilat işinin çox mühüm və vacib hissəsidir. Bu işdə bu və ya digər formada daim məşğul olmaq lazım gəlir, çünki mövsümi xarakter daşıyır. Rəhbərin gördüyü işin müvəffəqiyyəti bir çox cəhətdən idarə etdiyi istehsalın bütün sahələrində işlərin vəziyyəti haqqında dolğun və dürüst məlumatı olmasından asılıdır. İstehsalın müxtəlif cəhətlərinin vəziyyəti haqqında mükəmməl məlumat olmadan səmərəli idarəetmə ola bilməz.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Çənbər
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
Şəybəy
Şəybəy — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Şəybəy. Cəbrayıl rayonunun Quycaq inzibati ərazi vahidində kənddir. Keçmiş adı Şəfibəyli olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycandan gəlmiş Şəfıbəy adlı şəxs salmışdır. Kənd sonralar Şəfibayin oğlu Şəybəyin adı ilə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qəmbər
Qəmbər — ad. Qəmbər Hüseynli — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Qəmbər Namazov — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, professor. Qəmbər Sadıqov — Sovet Quruculuğu və Hüququ İnstitutunun rektoru Qəmbər Məhərrəmov (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. Qəmbər Zülalov — Azərbaycan xanəndəsi və aktyoru, Azərbaycan SSR əməkdar artisti (1958). Qəmbər Quluyev Təxəllüs İsa Qəmbər — azərbaycanlı ictimai-siyasi xadim; tarixçi; Rövşən Qəmbər — Dünya Azərbaycanlıları Məclisinin sədri, Azərbaycan Ana Torpaq Partiyasının sədri (1992–1995).
Şeyker
Peycer
Peycer (ing. pager) — şəxsi mesaj qəbuledicisi. Mesajlar ona peyjinq şəbəkəsinin radio ötürücüsindən ötürülür. Peycerə mesaj və ya məktub göndərmək üçün adətən operatorun telefon nömrəsini yığmaq, abunəçinin nömrəsini və ya adını vermək və mesajı diktə etmək lazımdır.