Şəybəy

ŞəybəyAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Quycaq kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd Cəbrayıl şəhərindən 14 km şərqdə, Araz çayının sol qolu olan Çaylaq çayının sol sahilində yerləşir.[2]

Şəybəy
39°23′35″ şm. e. 47°11′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 275 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şəybəy xəritədə
Şəybəy
Şəybəy

"Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti"nə görə, kəndin ilkin adı Şəfibəyli idi (yerli bir rəvayətə görə, kənd İran Azərbaycanın sakini olan Şəfi bəy tərəfindən qurulmuşdur). Sonradan kənd Şəfi bəyin oğlu Şəybəydən şərəfinə Şəybəy adlandırılmışdır.[3]

Yerli rəvayətə görə, kənd İran Azərbaycanın sakini olan Şəfi bəy tərəfindən qurulmuşdur.[4]

Rusiya İmperiyası dövründə Şəfi-bəyli kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.

Sovet dövründə kənd Azərbaycan SSR-in Cəbrayıl rayonunun tərkibində idi. Birinci Qarabağ müharibəsində kənd Ermənistan qüvvələri tərəfindən işğal edilmiş və məhv edilmişdir.[5]

3 oktyabr axşamı, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdiili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini azad etdiyini açıqladı.[6][7]Azərbaycan Müdafiə Nazirliyi bu kəndlərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsini rəsmi olaraq təsdiqlədi.[8]

BBC daha sonra bildirdi ki, peyk görüntülərinə əsasən, Azərbaycanın cənubda azad etdiyini bildirdiyi bütün kəndlər xarabalığa çevrilib və 1990-cı illərin əvvəllərində ermənilərin hücumlarından qaçan Azərbaycan əhalisi tərəfindən tamamilə və ya demək olar ki, tamamilə tərk edilib.[9] Hazırda bu kəndlərdə yaşayış yoxdur.[10]

7 oktyabr 2020-ci il tarixində, Azərbaycan Müdafiə Nazirliyi Şəybəy kəndinin Azərbaycanın nəzarətində olduğunu göstərən görüntüləri yayımladı.[11]

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Quycaq kənd dairəsinin Şəfi-bəyli kəndində 26 ev var idi və burada 127 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) kəndli yaşayırdı.[12]

1912-ci il Qafqaz Təqviminə görə, Karyagin qəzasının Şəfi-bəyli kəndində 192 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[13]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının dövlət standartı. İnzibati ərazi bölgüsü təsnifatı" (PDF). stat.gov.az (az.). The State Statistical Committee of the Republic of Azerbaijan. 2019. səh. 40. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-24.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti (az.). II. Baku: Şərq-Qərb. 2007. 215. ISBN 978-9952-34-156-0. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  5. "Cəbrayıl rayonunun Şəybəy kəndi". Azerbaijan State News Agency. 2023-02-28. 2023-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  6. "Prezident: Bu gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib". Report İnformasiya Agentliyi (az.). 2020-10-03. 2024-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  7. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 2020-10-03. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
  8. "Ряд территорий Азербайджана освобожден от оккупации". 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  9. "Война в Карабахе, первая неделя: новая роль Турции и решимость Азербайджана". ВВС. 2020-10-04. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-13.
  10. "As fighting rages, what is Azerbaijan's goal?". Eurasianet.org (ingilis). 4 October 2020. 4 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2020.
  11. "İşğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndi - VİDEO". AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİ (az.). 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-16.
  12. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. Tiflis. 1893. 235. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  13. Kavkazskiy kalendar (rus). Tiflis: Канцелярия Кавказского Наместника. 1911. 227. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.