Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zeyqalan
Zeyqalan (oset. Зæйгæлæн — «uçqunun düşdüyü yer») və ya Böyük Zeyqelan — Rusiya ərazisində şəlalə. Şəlalənin hündürlüyü təxminən 600 metrdir. Bu nəticə ərazinin xəritə hündürlüyünün ölçülməsi nəticəsində əldə olunmuş. Şəlalə Şimali Osetiya ərazisindədir. Midaqrabindon çay vadisində, Cimara kəndindən 7 km cənubda yerləşir. Şəlalə yüksək dağlıq qurşaqda yerləşir. O üzdən il boyu suyun səviyyəsi eyni deyil. Su axımı havanın temperaturundan asılıdır. Ən bol sulu dövr iyul-avqust aylarında müşahidə olunur.
Zeyqarnik effekti
Zeyqarnik effekti – insanların yarımçıq və nataman qalmış tapşırıqları tamamlanmış tapşırıqlardan daha yaxşı xatırlaması ilə xarakterizə olunan effekt. == Tarixi == Psixoloq və tədqiqatçılar Kurt Levin ve Bluma Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman ofisiant, doğrudan da, hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq hesabı ödənməmiş stolların, lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı. Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və 1927-ci ildə işini yayımlayır. Məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir. Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır.
Zeyqəm Aslanov
Aslanov Zeyqəm Məhəmməd oğlu 1973-cü ilin iyul ayının 12-də Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmiş, 1991-ci ildə hərbi xidmətə getmişdir. Naxçıvandakı 777 saylı hərbi hissədə qulluq etmişdir. Sonra Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində mərdliklə vuruşmuşdur. Zeyqəm Aslanov 1994-cü ilin may ayının 12-də Tərtər rayonunun Seysulan kəndində qəhrəmancasına şəhid olmuşdur. Zeyqəm düşmənin 6 tankını sıradan çıxarmış, xeyli sayda canlı qüvvələrini məhv etmişdir. Aslanov Zeyqəm Məhəmməd oğlu Azərbaycan Respublikası Prezidentinin “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 15 yanvar 1995-ci il tarixli fərmanla “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Hazırda Zeyqəmin oxuduğu Gödəkqobu kənd tam orta məktəbi onun adını daşıyır.
Zeya
Zeya (şəhər)
Billi Zeyn
Uilyam Corc Zeyn Jr. (ing. William George Zane Jr.); (24 fevral 1966, Çikaqo) – yunan əsilli, ABŞ-lı aktyor və rejissor. == Həyatı == Zeynin həqiqi ailə soyadı Tzanetakosdur. İlk böyük rolunu Gələcəyə Dönüş filmi ilə qazandı. Billi Zane, beynəlxalq şöhrətini Dead Calm filmindəki Hughie Warriner rolu ilə qazandı. Zeynin 1989-cu ildə rol aldığı bir digər istehsal isə NBC televiziyası üçün çəkilən The Case of the Hillside Stranglers oldu. 1999-cu ildən etibarən bir çox film və televiziya istehsalında rollar almağa başlayan Zeyn, 1997-ci ildə çəkilən Titanik filmi ilə dillər əzbəri oldu. Bu rolu ilə çoxlu sayda mükafatın sahibi oldu. 1998-ci ildə çəkilən I Woke Up Early The Day I Died filmi ilə də çoxlu sayda mükafat qazanmağı bacardı.
Mahir Zeyn
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir.2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır. İsveçə etdiyi səfərlərdən birində İslamiyyətə bir daha bağlanmış və musiqi prodüserliyindən imtina edərək ilahi tərzində R&B söyləməyə qərar vermiştir.
Zeya (çay)
Zeya (Evenk dilində "ce" — "ülgüç") — Amur çayının hövzəsinə daxil olan iri çay. İstər dərinliyi istərsə gursululuğuna görə çay özünün mənsəbi olan Amurdan böyükdür. Çay bütünlüklə Amur vilayəti ərazisindən keçir. O Blaqoveşensk rayonu ərazisində Amura tökülür. Çayın yuxarı axarları boyunca Zeya qoruğu yerləşir (830 km² ərazidə). Zeya SES tikilənə qədər gursululuq dövründə tez-tez güçlü daşqınlar baş verirdi. Burada hazırda Kaskad SES fəaliyyət göstərir. == Əsas məlumatlar == Çayın uzunluğu 1242 km, su toplama sahəsi 233 000 km² təşkil edir. Öz başlanğıcını Tonkiy Stanovik adlı yerdən Stanovo silsiləsindən götürür. Başlanğıcdan Selemca çayının töküldüyü əraziyə qədər dağlıq ərazilərdən axır.
Zeya (şəhər)
Zeya (rus. Зея) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Zeya çayı
Zeya (Evenk dilində "ce" — "ülgüç") — Amur çayının hövzəsinə daxil olan iri çay. İstər dərinliyi istərsə gursululuğuna görə çay özünün mənsəbi olan Amurdan böyükdür. Çay bütünlüklə Amur vilayəti ərazisindən keçir. O Blaqoveşensk rayonu ərazisində Amura tökülür. Çayın yuxarı axarları boyunca Zeya qoruğu yerləşir (830 km² ərazidə). Zeya SES tikilənə qədər gursululuq dövründə tez-tez güçlü daşqınlar baş verirdi. Burada hazırda Kaskad SES fəaliyyət göstərir. == Əsas məlumatlar == Çayın uzunluğu 1242 km, su toplama sahəsi 233 000 km² təşkil edir. Öz başlanğıcını Tonkiy Stanovik adlı yerdən Stanovo silsiləsindən götürür. Başlanğıcdan Selemca çayının töküldüyü əraziyə qədər dağlıq ərazilərdən axır.
Zeyd kəndi
Zeyd kəndi (fars. زيدكندي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Zeyn Malik
Zayn Malik (əsl adı Zain Jawaad ​​Malik; 12 yanvar 1993, Bredford, İngiltərə) — İngiltərə müğənnisi və söz yazarı, One Direction qrupunun üzvü. 2015-ci ildə qrupdan ayrılmışdır. == Həyatı == Zayn Malik 12 yanvar 1993-cü ildə pakistanlı Yaser Malik və ingilis Trisha Malikin ailəsində İngiltərə Bradfordda dünyaya gəlmişdir. Onun Doniya (22 yaş), Valiyha (15 yaş) və Safaa (12 yaş) adlı üç bacısı var. O, Bradfordun İst Boulinq məhəlləsində böyümüşdür. Çox dəcəl uşaq olub. Zayn Malik saçlarına görə məktəbdən qovulduğunu, amma bacıları ilə başqa məktəbə keçdikdən sonra ora uyğunlaşdığını deyir. Malik ilk mərhələni keçdikdən sonra Boot Campa'a qədər irəliləyir. Boot Campdan sonra kişi kateqoriyasında bacarıqsız olur, amma onun və digər dörd insan üçün ikinci şans olan One Direction qrupuna qoyulur. Zayn bu haqqda "heç bir qrupa daxil olacağımı düşünməmişdim, əvvəlcə qəbul etməyəcəkdim" deyir.Zayn bir R&B pərəstişkarı və X-Factor seçkilərində R&B mahnısı "Let Me Love You" söylədi.
Zeyn Vaddell
Zeyn Vaddell (d. 18 mart 1998) — CAR-lı üzgüçü. Zeyn Vaddell CAR-ı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Zeyn Vaddell birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.99 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 46-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
İmam Zeyd
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi.Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir. === Ailəsi === Onun nəsil şəcərəsi Məhəmməd peyğəmbərə (s) qədər yüksəlir.
Abdullah ibn Zeyd
Abdullah ibn Zeyd (580-ci illər, Mədinə – 644, ərəb. عبد الله بن زيد‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Yuxuda Məhəmməd peyğəmbərin təsdiq etdiyi azan qaydalarını və sözlərini görən şəxs. Bu səbəbdən ona Sahib əl-azan (azanın banisi) ləqəbi verilmişdir. == Bioqrafiya == Abdullah ibn Zeyd Mədinənin Xəzrəc qəbiləsindən idi. O, Əqəbədə Məhəmməd peyğəmbərə beyət edən ənsarlardan və Mədinədə ilk müsəlmanlardan biri idi. Müsəlmanlar Məkkədən Mədinəyə hicrətindən sonra müsəlmanların müşriklərlə döyüşlərində və digər mühüm tarixi hadisələrdə iştirak etmişdir. Məkkənin fəth edildiyi gün o, Xəzrəc qəbiləsinin dəstələrinin bayraqdarı idi. Hicri 1-ci ildə Məscidül-Nəbi məscidinin tikintisi başa çatdıqdan sonra Abdullah yuxuda azan səsini eşidir və bu barədə Məhəmməd peyğəmbərə xəbər verir. Abdullah ibn Zeydin dediyi bildirilir Abdullah ibn Zeyd xəlifə Osman ibn Əffanın hakimiyyəti dövründə təxminən 64 yaşında vəfat etmişdir.
Artur Zeys-İnkvart
Artur Zeys-İnkvart (alm. Arthur Seyß-Inquart‎; 22 iyul 1892[…] – 16 oktyabr 1946[…]) — Avstriyalı nasianal-sosialist siyasətçi, dövlət xadimi.
Kumeyt bin Zeyd
Kumeyt bin Zeyd (679-743) — Ərəb şairi. == Həyatı == Bəni Əsəd qəbiləsindəndir. 679-cu ildə Kufədə dünyaya göz açmış və bu şəhərdə qəbiləsi arasında böyümüşdür. Kumeyt təhsilinə Quranı əzbərləməklə başlamış və eyni zamanda Hədis elmini də öyrənmişdir. O, ərəb dili, şeir, əyyamu-l-arab və xüsusilə nəsəb sahələrində alim idi. O, həmçinin öz nənələrindən Cahiliyyə dövrü haqqında ətraflı məlumat almışdır və bununla bağlı bir çətinliyi olanda onlardan öyrəndiyi söylənilir. Həmçinin sistemli bir təhsil alan Kumeyt Kufə məscidində dərs də demişdir. Onun məşhur şair Fərəzdəqlə uşaq yaşlarında görüşdüyü haqda rəvayətlər vardır. Əgər Fərəzdəqin qohumu olması ilə bağlı olan rəvayət doğrudursa onda onların tez-tez görüşdüyünü söyləmək olar. Əməvi dövrünün başlıca elm mərkəzlərindən biri olan Kufə məscidində müəllimlik etmiş olan Kumeyt, dövrünün tanınmış şəxsiyyətləri ilə əlaqəsi olmuşdur.
Reyhanə binti Zeyd
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد‎; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri. O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir. == Bioqrafiyası == Rəyhana binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir.
Səid ibn Zeyd
Səid ibn Zeyd ibn Əmr (ərəb. بد الله بن انيس الجهني‎) — Məhəmməd peyğəmbərin səhabəsi ilk iman gətirənlərdən biridir. Məhəmməd peyğəmbərin cənnət müjdəsi ilə sevindirdiyi on nəfərdən ibarət səhabələr kateqoriyasına daxildir (əşara əl-mübəşşirə). == Bioqrafiyası == Onun tam adı Səid ibn Zeyd ibn Əmr ibn Nufeyl ibn Əbdül-Uzza ibn Ziyah ibn Abdullah ibn Kurt ibn Riza ibn Ədi ibn Kəb ibn Luaydir. Səidin atası hənifi olan Zeyd ibn Əmr idi. Səid ibn Zeydin özü 613-cü ildə hələ iyirmi yaşı belə olmayanda müsəlmanların Ərqam evindəki məclislərində iştirak edən ilk İslamı qəbul edənlərdən biri olmuşdur. O, Ömər ibn Xəttabın bacısı Fatimə ilə evlənmişdi. Səid və Fatimə Quran oxuyarkən Ömər onları yaxalayır və o, özü də İslamı qəbul edir. İslamın doğulmasının ilk illərində müsəlmanlar, o cümlədən Səid ibn Zeyd ciddi təqiblərə məruz qalır, nəticədə onlar Mədinəyə köçməli olurlar. === Hərbi fəaliyyət === Səid ibn Zeyd bütün mühüm tədbirlərdə iştirak etmişdir.
Usamə ibn Zeyd
Usamə ibn Zeyd (615, Məkkə – 678, ərəb. ‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. == Bioqrafiya == Usamənin atası Zeyd ibn Harisə Məhəmmədin həyat yoldaşı Xədicənin qulu, Usamənin anası Ümmü Əymən isə peyğəmbərin atası Abdullahın köləsi idi. Atasının ölümündən sonra Məhəmməd Ümmü Əyməni azad edir, Məhəmmədin Xədicə ilə nikahından sonra isə Zeydi ərinə verir. Məhəmməd Zeydi azad edir və Ümmü Əymənlə evləndirir. Təxminən Məhəmmədin peyğəmbərliyinin başlanğıcının 4-cü ilində (614) Üsamə Zeyd və Ümmü Əyməndən dünyaya gəlir. Məhəmməd peyğəmbərin vəfatı zamanı Üsamə təxminən 19 yaşında idi. Məhəmməd peyğəmbər Usaməni və atası Zeydini çox sevir və ona hörmət edirdi. Usamə azlığına görə Bədr və Uhud döyüşlərində iştirak etməmişdir. Usamə döyüşə getməyə çalışırdı, lakin Məhəmməd peyğəmbər ona bunu qadağan edir.
Zeya su anbarı
Zeya su anbarı — Rusiyanın Amur vilayəti ərazisində Zeya çayı üzərində yerləşən su anbarı. Su anbarı 1974-1980-ci illərdə inşa edilən bənd sayəsində yaradılmışdır. == Ümumi xüsusiyyətləri == Su anbarı Zeya çayının yuxarı axarlarında qərarlaşır. 40 kilometrlik enə malik hissəsindən digər hissələrdə su anbarı ensizdir. Bəzi hissələrdə isə hətta körfəzlər əmələ gətirir. Baykal-Amur magidtralı su anbarının şimalından keçir. Zeya su anbarının uzunluğu 227 km, nisbətən enli hissəsi 24 km, sahəsi 2420 km², həcmi 68,4 km³, dərinliyi 4 - 30 metr arasında dəyişir. Su anbarı həcminə görə Rusiya ərazisində Brat (169,3 km³) və Krasnoyarsk (73,3 km³) su anbarlarından sonra üçündür. Qış ayları su anbarının səthində 120 - 150 sm buz formalaşır. Su anbarının dəniz səviyyəsindən hündürlüyü 307 metrdir.
Zeyd ibn Harisə
Zeyd ibn Harisə (581, Ərəbistan yarımadası – 629, ərəb. زيد بن حارثة الكلبي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri və onun oğulluğu. Quranda adı Zayd olaraq keçir. == Bioqrafiya == Tam adı Zeyd ibn Harisə ibn Şuraxil ibn Əbdül-Uzzadır. Erkən uşaqlıqda əsir düşən Zeyd ibn Harisə Hakim ibn Xəzəm tərəfindən fidyə alınaraq Xədicə binti Xuveylidə təqdim edilir. Məhəmməd peyğəmbərlə evləndikdən sonra Xədicə Zeydi ərinə verir. İslamı qəbul edən ikinci şəxs Zeyd, ondan sonra həyat yoldaşı Ümmü Eymun olur. Zeyd ibn Harisə Məhəmməd peyğəmbərin ən sevimli səhabələrindən biri idi. == Övladlığa götürmə == Peyğəmbərlik missiyasına başlamazdan əvvəl Məhəmməd peyğəmbər Zeydi oğlu və varisi elan edir. Övladlığa götürüldükdən sonra onun adı Zeyd ibn Muhəmməd idi.
Zeyd ibn Sabit
Zeyd ibn Sabit əl-Ənsari (ərəb. زيد بن ثابت الأنصاري‎; təqribən 615, Mədinə — təqribən 665, Mədinə) — həzrəti Məhəmməd peyğəmbərin səhabəsi, katibi. == Həyatı == Ümmətin içində fəraizi (miras hüququnu) ən yaxşı bilən sə­habə Zeyd ibn Sabitdir. O uca vəhyin katibi (katibül vəhiy, ka­tibül-Rəsulullah), fəraizi ən yaxşı bilən, ən dəqiq hökmlər verən və ən yaxşı Quran oxuyan məşhur imamlardan biri idi. Əbu Bəkrin dövründə Quranın toplanması ilə məşğul olan heyətin başında duran və Quranı yaxşı bilən Həzrət Zeyd “Cəmiül-Quran” ünvanını almışdır. Rəsulullahın “Fəraizi ən yaxşı bilən Zeyddir” hədisi onun fəraiz elminə necə bələd olduğunu göstərir. Ömər Suriyaya gedəndə Mədinədə olan Zeyd ibn Sabitlə mək­tublaşar, məktublarında Zeydin adını öz adından əvvəl yazardı. Bir gün miras məsələsində çətinliklə qarşılaşmış, birbaşa Zeyd ibn Sabitin evinə getmişdi. Nə Ömər, nə də Osman hökm, fitva, fəraiz və qiraət məsələlərində Zeyd ibn Sabit ola-ola kimsəyə müraciət etməmişdir. Zeyd ibn Sabit vəfat edəndə İbn Ömər belə demişdi: “Bu gün insanların alimi öldü”.
Zeyd ibn Əli
Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi. Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyi və İsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi.Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir. === Ailəsi === Onun nəsil şəcərəsi Məhəmməd peyğəmbərə (s) qədər yüksəlir.
Zeyd ibn Ərkam
Zeyd ibn Ərkam (ərəb. بِشْرِ بْن بَراء‎; Əl-Mədinə[d]) — Məhəmməd peyğəmbərin səhabəsi. Xəzrəc qəbiləsindən olmuşdur. Məhəmmədlə 17 müharibədə iştirak etmiş və hicri 66-cı ildə vəfat etmişdir. Abdullah ibn Üveyin islam düşmənləri ilə əlaqələrinin olması Zeyd ibn Ərkam tərəfindən onun yaşamasını istəyən Peyğəmbərə deyilir. İbn Übey belə şeylər dediyini inkar edərək and içir və buna görə də azad edilir. Lakin sonradan Zeyd bin Ərkamın şahidliyi Munafiqun surəsinin nazil olması ilə təsdiqlənir. O, Əbu Bəkrə beyət etdiyi bilinir. == Səqaleyn hədisi == Məhəmmədin "Sizə 2 şeyi geridə qoyuram və onlara əməl etsən əsla azmazsan! Biri Allahın kitabı, digəri isə mənim Əhli-beytimdir" sekaleyn hədisini Zeyd böyüyərkən Əməvi xilafətində təkrar edir.
Zeyd əl-Xeyr
Zeyd əl-Xeyr (ərəb. أبو مكنف زيد بن مهلهل الطائي النبهاني‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, Nəcdin şimal hissəsində yaşayan Tayy qəbiləsindəndir. O, əvvəlcə Zeyd əl-Xeyl (ərəb. زيد الخيل‎ - "At Zeydi", cəngavərliyinə işarədir) kimi tanınırdı, lakin müsəlman olduqdan sonra Məhəmməd peyğəmbər onun adını Zeyd əl-Xeyrə (ərəb. ﺯﻳﺪ ﺍﻟﺨﻴﻞ‎ - "Xeyrxaqlıq Zeydi" və ya "alicənablıq") olaraq adlandırır. == Bioqrafiyası == Məhəmməd peyğəmbərdən xəbər tutandan sonra Zeyd qəbiləsinin Zurr ibn Sudus, Malik ibn Cubeyr, Əmirə ibn Duveyn və digər nüfuzlu nümayəndələrinin də daxil olduğu qəbilə heyətinin başında Mədinəyə gedib onunla görüşmək qərarına gəlir. Onlar Mədinəyə çatdıqda, Məhəmməd peyğəmbər camaat qarşısında çıxış edərkən Məscidül-Nəbiyə daxil oldular. Zeyd və onun heyəti müsəlmanların diqqətinə və sözlərinin onlara olan təsirinə heyran qalır. Məhəmməd deyir: “Mən sizin üçün Uzzadan və bütün ibadət etdiklərinizdən daha xeyirliyəm.
Əbu Zeyd Bəlxi
Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur. Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlam və fiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur. Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır. == Əsərləri == Məsalihül-Əbdan və'l-ƏnfüsGünümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur. Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir.
Zəng
Zəng (film, 1995)
Zeyn-ül Hacılı (Üskü)
Zeyn-ül Hacılı (fars. زين الحاجيلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,443 nəfər yaşayır (357 ailə).
Əbu Zeyd əl-Bəlxi
Əbu Zeyd əl-Bəlxi (850–934), İranlı müsəlman coğrafiyaçı, riyaziyyatçı, həkim və psixoloqdur. Bundan başqa, o, ilahiyyat ilə də məşğul olmuş, ilahiyyatın kəlam və fiqh kimi qolları ilə maraqlanmışdır. Əfqanıstanın Bəlx şəhərində doğulmuş, Əl-Kindinin şağirdlərindən biri olmuşdur. Maraqlandığı bir çox elmlərdə önəmli əsərlər yazsa da, günümüzə qədər gəlib çatan yeganə əsəri "Məsalihül-Əbdan vəl-Ənfüs" adlı kitabıdır. == Əsərləri == Məsalihül-Əbdan və'l-ƏnfüsGünümüzə qədər gəlib çatan əsərin iki nüsxəsi İstanbulda Süleymaniyyə Kitabxanasında saxlanılır. Bir çox baxımdan tibb tarixi üçün əhəmiyyətli olan əsərdə mövzu olaraq ortaya qoyulan ağıl sağlamlığı və ağıl xəstəliyi kimi anlayışlar İslam psixologiyası və sinir elmi tarixində ilk dəfə Bəlxi tərəfindən ortaya atılmışdı. Bundan başqa, əsərdə medikal psixologiya, idraki psixologiya və müalicə mövzusuna da toxunulmuş, psixofizioloji və psixosomatik tibbə də yer ayrılmışdır. "Məsalihül Əbdan vəl-Ənfüs" adlı kitabı "Bədən və Ruh Sağlamlığı" adı altında türk dilinə tərcümə olunmuşdur. Əbu Zeyd əl-Bəlxi, ağıl sağlamlığını və ağıl xəstəliyini "ruhani səhiyyə" ilə əlaqələndirmiş və ilk dəfə bu əsərində ehtiyac bədənə gərəkli "ruh" xəstəliklərini mövzu olaraq qeyd etmişdir. Ruhani və psixoloji sağlamlığı təsvir etmək üçün "əl-Tibb əl-Ruhani" (yəni "Ruhani Tibb") terminindən, tibbin ağıl sağlamlığı ilə maraqlanan qolu üçün isə "Tibb əl-Qəlb" terminindən istifadə etmişdir.
Zəy
Zəy və ya Zainsk (tatar. Зәй, Zəy; rus. Заинск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Bora Zeng
Bora Van (9 aprel 1987) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Bora Van Türkiyəni 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Cem Zeng
Cem Zeng (21 oktyabr 1985) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Cem Zeng Türkiyəni 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Kalium zəyi
Alüminium-kalium sulfat — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,76; S – 2; Ayrılma – {111}üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – dadı kəmşirindir, ağız büzüşdürücüdür, suda yaxşı həll olur (151 q/l 20°C-də); Morfologiya – kristallar: nadir rast gəlir; oktaedrik, nisbətən az – heksaedrik; Mineral aqreqatları: torpaqvari və sıx kütlələr, qabıqlar, qaysaqlar. == Mənşəyi və yayılması == Arid vilayətlər üçün tipik olan ekzogen əmələgəlmə kimi göl sularının buxarlanması zamanı kristallaşır. Sulfid yataqlarının oksidləşmə zonasında da əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: başqa sulfatlar, müxtəlif karbonatlar və s. Mineralın tapıldığı yerlər: Qara-Qum (Türkmənistan); Şorsu (Özbəkistan); Şimali Qafqaz; Dağıstan; Tambov və Ulyanovsk yaxınlığında (Rusiya); Katmay (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın Cənub yamacının pirit saxlayan gil şistlərində yerləşən bir sıra kiçik zəy təzahürləri məlumdur. Bundan başqa bir sıra filiz yataqlarının və təzahürlərinin (Filizçay, Çıraqdərə, Gədəbəy, Bülüldüz və b.) oksidləşmə zonalarında, Kəlbəcər rayonun və Naxçıvan MR-nın bəzi yerlərində aşkar edilmişdir. == Tətbiqi == Dəriaşılama işlərində, boyaq, kağız istehsalında, təbabətdə və b.
Son zəng
Son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbin qurtardığı gün. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Son zəng zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.
Xosro Beyg
Xosro Beyg (fars. خسروبيگ‎; azərb. Xosro bəy‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 538 ailədə 930 nəfəri kişilər və 954 nəfəri qadınlar olmaqla cəmi 1.884 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Zəng (1995)
== Məzmun == Film Azərbaycanın xalq artisti, tanınmış müğənni Xuraman Qasımovanın həyatının dramatik anlarını əks etdirir.
Zəng Vurulanda
Zəng çalınanda (türk. Zil Çalınca) — Disney Channelın öz istehsalı, türk aktyorlarla edilən ilk Türk Disney Channel serialıdır. İlk nümayişini 23 aprel 2012-də Disney Channel Türkiyədə etmişdir. Mövzu olaraq bir Liseydə tənəffüs arasındakı 5 dəqiqədə nələr edilə biləcəyi izah edilməkdədir. == Obrazlar == Metehan (Turhan Cihan Şimşək) - Məktəbin ən üsyankar şagirdidir. Uzun boylu, əsmər, yaraşıqlı bir cavandır. Bacısı Merve isə olmadıq zamanlarda çıxıb gəlir. Bütün zamanını gitar çalmaqla keçirdiyindən qiymətləri çox parlaq deyil. Rok xoşlayır. Merve (Elif Ceren Balıkçı) - Metehanın bacısıdır.
Zəng qülləsi
Zəng kökü tarixdən əvvəlki dövrlərə gedən bir alətdir. Zil çalınmağa başladıqda, onu toxmağla vuraraq ondan bir səs çıxarılır. Normal harmoniklər verdiyi əsas nota əlavə olunur (yuxarı səkkizli, beşlik, alt üçlü, alt səkkizli). Bu harmoniklərin dəqiqliyi zəngin konturundan (xarici və daxili dairədən) asılıdır. Zilin tənzimlənməsi üstündəki ərintinin ölçüsünün azaldılması ilə əldə edilir. Ərintinin haradan endiriləcəyi müəyyən edilir. Bunlar hər harmonikin ortaya çıxdığı yerlərdir. Zəngin ərintisi 78% mis və 22% qalaydan ibarətdir. Günümüzdə elektrik mühərriki zəng çalmaq üçün istifadə olunur. Mühərrik makaranı idarə edir.
Zəng qızı
Zəng qızı — küçə fahişələrindən fərqli olaraq adətən öz peşəsini ictimaiyyətə göstərməyən seks işçisidir. O, adətən fahişəxana kimi bir müəssisədə işləyir, lakin onları adətən eskort agentliyi işə götürür. Müştərilər adətən onların telefon nömrəsinə zəng edərək görüş təyin edirlər.
Zəy rayonu
Zəy rayonu (tatar. Zəy rayonı, Зәй районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şərqində yerləşir. Respublikanın Tukay, Sarman, Əlmət, Aşağı Kama rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Zəy şəhəridir. == Tarixi == 1920-ci ilə qədər Zəy rayonunun ərazisi Ufa vilayətinin Minzələ qəzasının bir hissəsi olur. 1920-ci ildə Minzələ qəzası yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur. Rayon 10 fevral 1935-ci ildə təsis edilmişdir. 1 fevral 1963-cü ildə ərazinin Almət və Tukay rayonlarına verilməsi ilə ləğv edilir. 1 fevral 1972-ci ildə bərpa edilir.
Azeym
Azeym (ərəb. العظيم‎) — İraqda çay. Çayın mənbəyi Süleymaniyyə mühafəzəsində, Zaqros dağlarındadır. 230 kilometr (140 mil) məsafədən sonra Dəclə çayına birləşir. Çayın hövzəsi 12,965 kv. metkilor (5,006 kv. mil) qədərdir. Çay yağış suları ilə qidalanır.
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. == Toponimikası == 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.