AXUR

Heyvanlara yem tökmək üçün taxta, daş, və s.-dən düzəlmiş qab, qutu. (“Koroğlu” dastanının lüğəti)

Sən tövlədə hər day üçün qırx gözlü bir axur qayıracaqsan. (“Alı kişi”)

*

Qoç Koroğlu qonar olsa yəhərə,

Yağı düşmənləri salar qəhərə,

Axurda arpasın qoymaz səhərə,

Dara düşsəm, mənə kömək Qıratım.

                                  (“Koroğlunun İstanbul səfəri”)

*

Mirzə oğluna tapşırdı ki, dayça üçün yerin altında bir tövlə tiksin. Rövşən atasının dediyinə əməl etdi. Tövlədə iki axur, axurların arasında da bir hovuz tikdi. Hovuzu su ilə doldurub axurlara da çoxlu arpa, saman tökdü. (Paris nüsxəsi, 1-ci məclis)

AXTARMAQ
AKUŞKA
OBASTAN VİKİ
Axura
Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır. == Əhalisi == Əhalisi 1571 nəfərdir. === Tanınmış şəxlər === Muxtar İmanov — AMEA Folklor İnstitutunun direktoru Məhəmməd İsmayılov — iş adamı.
Axura (Dərəlyəz mahalı)
AKURİ (AXURA) — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı. == Tarixi == Böyük Ağrı dağının yamacında yerləşən Axura kəndi 1840-cı ildə zəlzələdən dağılmışdır. (M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəlişah" komediyasında cadugər Məstəlişah Şəhrəbanu xanıma deyir: "Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının dağlarını qaldırıb yer ilə yeksan etsinlər ki, zərbindən Aqri dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı". M. F. Axundov. Əsərləri. I cild, s.68). Kəndin sağ qalmış əhalisi köçüb haqqında danışdığımız kəndi yaratmışdır. Ona görə kənd Yeni Axura adlanmışdır. İlk dəfə Urartu mənbələrində (er.əv. VIII əsr) Akuriayni kimidir.
Axura Qaradağ Ocağı
Axura Qaradağ Ocağı — Şərur rayonundakı ziyarətgah == Haqqında == Ocağın mərkəzində nəhəng prizmatik-konusvarı formalı qara daş var.; daşın ətrafında kiçik ölçülü bir neçə daş düzülmüşdür. Əfsanəyə görə, qara daş göydən zühur etmiş ana, ətrafındakı daşlar isə onun övladlarıdır. Odur ki,ocağa yalnız qadınlar və uşaqlar gedə bilər. Arzu və niyyətinin həyata keçməsini istəyən şəxslər ocağa nəzir deyir, arzularına çatdıqda ortaya nəzir aparırlar. Axtarışlar nəticəsində ocağın həyətindən XIII əsr- XIV əsrlərə aid saxsı qab qırıqları aşkar edilmişdir. Görünür, ocaq da həmin dövrə aiddir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Axura nekropolları
Axura nekropolları — Şərur rayonunda Axura kəndinin şərq qurtaracağında dəmir dövrünün sonuna aid arxeoloji abidə. == I Ахurа nеkrоpоlu == Nеkrоpоl Ахurа kəndinin şərq qurtаrаcığındа "Yuхаrı bulаq", "Tеymurun bаğı" аdlаnаn sаhənin yахınlığındа yеrləşir. Ахurаçаyın sаğ sаhilində yеrləşdiyindən nеkrоpоlun bir hissəsini sеl sulаrı yuyub dаğıtmışdır. Sаlаmаt qаlmış hissənin sаhəsi 150 х 100 mеtrdir. Bаşdаşılаrı nəhəng dаşlаrdаn ibаrət оlub kоnusvаri fоrmаlıdır. Tədricən kiçilmiş hissədə diаmеtri 20 х 25 sm оlаn dеşik аçılmışdır. Görünür, dаşlаrа bu hissədən ip bаğlаnmış və sürümə üsulu ilə qəbirstаnlığа gətirilmişdir. Nеkrоpоldа iki tоrpаq qəbir tədqiq еdilmişdir. Qəbirlərin dərinliyi 1,5 mеtr, uzunluğu isə 1,85 m-dir. Оnlаrın hər ikisində kişi sklеti аşkаr оlunmuşdur.
Axura çayı
Axuraçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda çay. == Haqqında == Axura çayı Şərqi Arpaçayın sol qoludur. Mənbəyini Keçəltəpə dağından, 2460 metr yüksəklikdən alır. Qabaqlıçay da adlanır. Üzərində Axura körpüsü vardır. Mənbələrdə axur/akur/akuru sözləri "əhatə olunmuş, bəndə salınmış; sakit, səssiz, yavaş, sərbəst" mənalarını ifadə edir. Çayın ikinci adı da həmin mənaya uyğun gəlir.
Axuraçay
Axuraçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda çay. == Haqqında == Axura çayı Şərqi Arpaçayın sol qoludur. Mənbəyini Keçəltəpə dağından, 2460 metr yüksəklikdən alır. Qabaqlıçay da adlanır. Üzərində Axura körpüsü vardır. Mənbələrdə axur/akur/akuru sözləri "əhatə olunmuş, bəndə salınmış; sakit, səssiz, yavaş, sərbəst" mənalarını ifadə edir. Çayın ikinci adı da həmin mənaya uyğun gəlir.
Axurlu (Çaypara)
Axurlu (fars. اخورلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Qara Ziyəddin bölgəsinin Çaypara kəndistanında, Qara Ziyəddin qəsəbəsindən 14 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (17 ailə).
Axuryan (çay)
Qərbi Arpaçay (erm. Ախուրյան, osman. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlarda Türkiyə Ermənistan (tarixi Azərbaycan torpaqları) sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir. == Adı == Ermənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər.
Axuryan rayonu
Düzkənd rayonu (1937–1945) Axuryan rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel (Şirək+el) mahalı ərazisində rayon. Mərkəzi Düzkənd qəsəbəsidir. 1937-ci il dekabrın 31-də yaradılıb. 1945-ci il dekabrın 7-nə kimi Düzkənd rayonu, həmin tarixdən etibarən isə Axuryan rayonu adlandırılıb. Ərazisi 576 kv. km-dir. Rayon mərkəzi Düzkənd (dəyişdirilmiş adı Axuryan) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 126 km-dir. Rayon ərazisinn böyük bir hissəsini qədim türk tayfası olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir. Şirək sıra dağları isə rayonun Qızıl Qoç rayonu ilə sərhəddindən keçir.
Axuryan su anbarı
Axuryan (Arpaçay) su anbarı (erm. Ախուրյանի ջրամբար, türk. Arpaçay Baraj Gölü) — Ermənistan-Türkiyə sərhəddində, Axuryan çayının aşağı axınında yerləşən su anbarı. SSRİ və Türkiyə arasında 1973-cü ildə imzalanmış razılaşmaya əsasən inşa edilmişdir, 1980-ci ildə istismara verilmişdir. Uzunluğu 20 km (sərhəd boyunca), su həcmi 525 mln m³-dur. Sərhəddin hər iki tərəfindəki 104 min hektar əkin sahəsinin suvarılması üçün istifadə olunur. Su anbarını tədqiq edən "Geofon" ekoloji təşkilatının rəhbəri Levon Martirosyanın verdiyi məlumata görə anbardakı su ağır metallar və zəhərli maddələr ilə ciddi şəkildə çirkləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Дерцян Т. Г., Маргарян Л. А., Пирумян Г. П. Исследование уровня загрязненности вод проточных водохранилищ «Азат», «Кечут», «Ереванское озеро», «Ахурян», «Озеро Арпи» и «Апаран» // Вода: химия и экология (9). 2012. 95—100.
Kültəpə yaşayış yeri (Axura, Şərur)
Kültəpə yaşayış yeri — Şərur rayonunda, Qoşatəpədən 2 km şərqdə, Axuraçayın sağ sahilindəki təpəliklər üzərində antik dövrə aid yaşayış yeri. Sahəsi 7–8 ha. 2x2 ölçüdə 1,5 m dərinlikdə aparılmış qazıntılardan divarqalığı aşkara çıxarılmışdır. Qazıntı sahəsindən 20–25 sm qalınlığında kül təbəqəsi, osteoloji və bitki qalıqları aşkar edilmişdir. Qazıntı sahəsinin kül təbəqəsi ilə örtülməsi yaşayış yerinin yandırıldığından xəbər verir. Tikinti materialı kimi yonulmuş təbii qaya parçalarından istifadə edilmişdir. Döşəməsi isə qalın gil təbəqəsi ilə örtülmüşdür.

Значение слова в других словарях