Bu söz “xəstənin özünə gəlməsi, qismən sağalması, onalması” anlamlarında işlədilir. Güman ki, ayaz (açıq hava) sözündən ayazı feili (bərkimək modeli üzrə) əmələ gəlib, “rəngin açılması, sifətin normal vəziyyət alması, xəstənin işıqlanması” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)