AYAZ

Sözün ay hissəsi qabaqlar yalçuq kimi işlədilmiş göy cisminin (луна) adıdır. Az hissəsi isə ulduz, gündüz sözlərindəki -duz, -düz komponentləri ilə qohumdur; “işıq, od” mənalı söz olub, sonra şəkilçiyə çevrilib. Cız-bız, uşaq nitqindəki dızza (cız) sözləri də “işıq, od” anlamları ilə bağlıdır. Sözün etimoloji mənası “ay işığı” deməkdir. Radlov bu sözü rus dilinə “свет луны” kimi tərcümə edir. İndi buludsuz, açıq havalı soyuq günlərə “ayaz” deyirlər. Səbəbi isə odur ki, bulud olmayanda Ayın işığı aydın görünür. Aydınayaz sözləri kökdaş kəlmələrdir. “Aydın”dakı -dın hissəsi dan ulduzu birləşməsindəki dan sözünün şəkilçiləşmiş formasıdır. Başqa yozum da mümkündür: ayaz sözü bəyaz (ağ) sözünün dəyişmiş forma­sıdır. Bəyaz gecələr ifadəsi də bunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

AYAT
AYAZIMAQ
OBASTAN VİKİ
Ayaz
Ayaz — kişi adı və təxəllüs.
Ayaz (Həştrud)
Ayaz (fars. اياز‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (22 ailə).
Ayaz Abasov
Ayaz Abdullayev
Ayaz Hidayət oğlu Abdullayev — Alim, texnika elmləri doktoru, Professor, Azərbaycan Politexnik İnstitutunda Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiri (1976-cı ildən). 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur. == Həyatı və elmi fəaliyyəti == 1940-ci il iyunun 2-də Gəncə şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Maşınqayırma texnologiyasi, metalkason dəzgahlar və alətlər ixtisası üzrə ali təhsil almışdır. 1963-cü ildə institutu bitirərək Bakı Su Kamərləri idarəsində texniki şöbənin rəisi, Ümumittifaq Elmi-Tədqiqat Layihə-Texnologiya Neft Maşınqayırma İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışmışdır. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda namizədlik, 1990-ci isə Xarkov Politexnik İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1976-cı ildən Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiridir. == Təltif və mükafatları == 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.
Ayaz Arabaçı
== Həyatı == Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. 1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 8 şeir kitabının müəllifidir.
Ayaz Ata
Ayaz Ata — türk, altay və Orta Asiya mifologiyalarında, xüsusilə qazaxlarda və qırğızlarda soyuq ilahı. Santa Klaus ilə də qaynaşmış vəziyyətdədir. Müxtəlif Türk dillərində Ayas Xan və ya "Ağ Ayas" olaraq adı keçər. Azərbaycan türkcəsində "Şaxta Baba" olaraq da bilinir. Ay İşığından yaradılmışdır. Soyuq havaya səbəb olar. Buğa bürcünün altı ulduzu göyün altı dəliyidir və oradan soyuq hava üfləyər. Beləcə qış gəlir. Ayaz bütün türk coğrafiyasında yandırıcı soyuq mənasını verər ki, ayın göydə rahtalıqla görüldüyü açıq havalarda meydana gəldiyi üçün Ay Tanrısının (və ya ona bağlı Ayas Xanın) göndərdiyi düşünülmüşdür. Bir növ Noel Baba olaraq düşünülə bilər.
Ayaz Babayev
Ayaz Babayev (14 aprel 1994, Bakı) — Azərbaycanlı müğənni, aktyor, aparıcı. == Həyatı == Ayaz Babayev 14 aprel 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Telman Abbasov adına 225 nömrəli orta məktəbə getmiş 2010-cu ildə həmin məktəbin məzunu olmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olan Ayaz Babayev məktəbin əksər tədbirlərində çıxış etmişdir. Fəaliyyətinə 2010-cu ildə onlayn radioda DJ kimi çalışmağa başlayıb. 2012-ci ildə Space tv də yayımlanan "Sehrli pərdə" musiqi yarışmasına baş vuran Ayaz Babayev iki münsifin diqqətinə tuş gəlir Xalq artisti Faiq Ağayev və Əməkdar artist Lalə Məmmədova Ayaz Babayevin seçimi Xalq artisti Faiq Ağayev olur. Müsabiqə boyunca Faiq Ağayevdən dərs alan müğənni, vokal dərslərinə başlamaq qərarına gəlir. Faiq Ağayev sayəsində Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə tanış olur 2 il Nailə xanımdan özəl təhsil alır bundan sonra 2013 cü ildə İsveç — Azərbaycan birliyinin keçirdiyi Yay Festivalına qatılır və orada laureat olur. Sosial şəbəkələrdə cover ifalarını paylaşan sənətçi 2014-cü ildə əfsanəvi "Modern Talking" qrupunun "Youre my heart Youre my soul" mahnısını slow versiyada ifa edir və qrup həmin ifanı öz rəsmi facebook hesabında paylaşması nəticəsində 1 gündə yerli medianın gündəminə düşür. Günlərlə yerli mediada adından söz etdirən Ayaz Babayev həmin ifaya klip çəkdirir.
Ayaz Bayramov
Ayaz Hidayət oğlu Bayramov (25 fevral 1950, Sərvan) — fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Ayaz Bayramov 1950-ci il fevral ayının 25-də Gürcüstanın Marneuli şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhər 1 saylı orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və həmin ildə AMEA Fizika institutunun aspiranturasına daxil olaraq A.F. İoffe adına Leninqrad Fizika-Texnika İnstitutuna ezam olunmuşdur. 1972-ci ildən AMEA Fizika institutunda elmi işçi, böyük və aparıcı elmi işçi, laboratoriya rəhbəri, 1989-1990-cı illərdə AMEA Fizika-riyaziyyat və texnika bölməsinin elmi katibi vəzifələrində çalışmış, 1977-ci ildə fizika-riyaziyyat üzrə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2001-ci illərdə Yaponiyanın Nagaoka Texnoloji Universitetinin professoru, 2005-ci ildə ABŞ Milli Bərpa Olunan Enerji Laboratoriyasının (Denver, Kolorado) dəvət olunmuş professoru vəzifəsində işləmişdir. Nazik təbəqəli materialların texnologiyası və onların əsasında yaradılan fotovoltaik çeviricilər sahəsində mütəxəssisdir. 100-dən yuxarı yüksək impact faktorlu xarici və yerli jurnallarda çap olunmuş elmi əsərin və 6 ixtiranın müəllifidir. Əsərlərinə xarici jurnallarda 250-dən yuxarı istinad vardır. Hal-hazırda AMEA Fizika institunun innovasiya və transfer üzrə director müavini vəzifəsində çalışır. == Əsas elmi nəticələri == İlk dəfə olaraq CdCr2Se4 ferromaqnit yarımkeçiricilərin maqnit anzotropiyasının idarə edilməsi yolları göstərilmiş və bu materiallarda elektrik və maqnit alt sistemlərinin qarşılıqlı təsiri öyrənilmişdir.
Ayaz Hüseynov
Ayaz Həsənov
Ayaz Binyət oğlu Həsənov (1 aprel 1972, Şamaxı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi (2017–2021). == Həyatı == Həsənov Ayaz Binyət oğlu 1 aprel 1972-ci ildə Şamaxı rayonunda anadan olub. 1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini Dəniz piyada ixtisası üzrə fərqlənmə ilə, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını fərqlənmə ilə bitirib. Müxtəlif vaxtlarda Hava desant hazırlığı, Xüsusi təyinatlı kurslarını müvəffəqiyyətlə bitirmişdir. Türkiyə Silahlı Qüvvələrinin Qərargah və əməliyyat-taktiki təlimlərində iştirak edib Ailəlidir. 2 övladı var. == Hərbi xidməti == 1993-cü ildən taqım, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, briqadanın qərargah rəisi, briqada komandiri, Ordu korpusunun qərargah rəisi-korpus komandirinin birinci müavini, Ordu korpusunun komandiri, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi vəzifələrində xidmət edib. 2003-cü il iyunun 24-də Ümummili lider Heydər Əliyevin Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. 2007-ci il iyunun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. 2012-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub və "general-mayor" ali hərbi rütbəsi verilib.
Ayaz Vəfalı
Ayaz Rza oğlu Cəfərov — şair, tənqidçi, ədəbiyyatşünas, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1972), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Azərbaycanın Əməkdar incəsənət xadimi (2007). == Həyatı == Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlamışdır: burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olmuşdur (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışmışdır. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, müxtəlif illərdə işıq üzü görən "İllər və nəsillər", "Ürək və od", "Turacın mahnısı", "Bəlkə onda öyrənmişik", "Özü oda yana-yana" şeirlər kitabının, "Füzuli öyrədir", "Sənətkar və xalq", "Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin "Leyli və Məcnun", Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun "Kor qadın" poemalarını, rus yazıçısı A. Çakovskinin "Qələbə" siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət "Atalar sözü-ağlın gözü" kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.
Ayaz Xəlilov
Ayaz Zülfüqarov
Ayaz Zülfüqarov — Azərbaycan aşığı. == Həyatı == Aşıq Ayaz Zülfüqarov 1931-ci ildə Qazaxın Daş Salahlı kəndində anadan olmuşdur. Aşıq Bəhram Həsənovun şagirdi olub. Sazbənd Məhəmmədəlidən saz düzəltməyin sirlərini öyrənib. 1982-ci ildə vəfat etmişdir.
Ayaz İbrahimov
Ayaz İmanzadə
Ayaz İshaki
Ayaz İshaki (tatar. Ğayaz İsxaqıy, Гаяз Исхакый; 10 (22) fevral 1878, Yauşirmə[d], Kazan quberniyası, Rusiya imperiyası – 22 iyul 1954, Ankara, Türkiyə) — tatar yazıçı-publisisti, ictimai xadimi. == Həyatı == Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan sonra tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib.
Ayaz İsmayılov
Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı. 1918-ci ildə Cavad qəzasının Petropavlovka dairəsində anadan olmuşdur. O, ikinci cahan savaşı başlayanda cəbhəyə yollanmış, “Qırmızı Suvorov” ordenli Qara dəniz silahlı qüvvələrində, Kutuzov adına dəniz atıcı briqadasının tərkibində vuruşmuşdur. Ayaz İsmayılov Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdir. İgid döyüşçü Novorossiysk, Kuban, Sevastopol, Belqrad, Kerç, Kiyev və digər şəhərlərin, habelə Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Avstriya ölkələrinin azad olunmasında iştirak etmişdir. Müharibədə igidliklər göstərmiş Ayaz İsmayılov “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. Bu isə Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir. == İstinadlar == == Mənbə == Muğan-Şirvan qəzeti, 14 dekabr 2006-cı il.
Ayaz Əfəndiyev
Ayaz Adil oğlu Əfəndiyev (15 yanvar 1938, Bakı – 19 noyabr 2007, Bakı) — akademik, 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. == Həyatı == Ayaz Adil oğlu Əfəndiyev 1938-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1954–1959-cu illərdə ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda kimya texnologiyası fakültəsində alıb. Əmək fəaliyyətinə 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi başlayan A. Əfəndiyev 1960–1963-cü illərdə Moskvada Fiziki Kimya İnstitutunun aspiranturasında oxuyub. Aspiranturanı başa vurduqdan sonra Bakıya qayıdaraq fəaliyyətini 1963–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi kimi davam etdirib, 1965–1987-ci illərdə isə Akademiyanın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri, laboratoriya müdiri vəzifələrində çalışıb. == Elmi fəaliyyəti == A. Əfəndiyev 1987-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının Polimer Materialları İnstitutunun direktoru olub. O, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının kimya elmləri bölməsinin akademik katibi, 2007-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi kimi məsul vəzifələri icra edib. A. Əfəndiyev 1965-ci ildə L. Y. Karpov adına Fiziki Kimya İnstitutunda namizədlik, 1982-ci ildə Moskva Dövlət Universitetində doktorluq dissertasiyalarını müdafiə edib. O, 1986-cı ildə professor elmi adını alıb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. Yüksəkmolekullu birləşmələr kimyası sahəsində fundamental tədqiqatları ilə tanınan A. Əfəndiyev kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsiplərini işləyib hazırlayıb.
Ayaz Əhmədov
Ayaz Əsgərov
Ayaz Əsgərov (1964, Tovuz rayonu) — Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əsgərov Ayaz Nəriman oğlu 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. 1989-cu ildə Moskva Ət və Süd məhsullarının Texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun qardaşıdır. == Siyasi fəaliyyəti == 1989–2006-cı illərdə müxtəlif vəzifələrdə işləmiş, 2006–2011-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011–2016-cı illərdə isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Ayaz Kərimov
Ayaz Mehdiyev
Ayaz Zabit oğlu Mehdiyev (22 fevral 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Ayaz Mehdiyev öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qarabağ klubunda start vermişdir. 2011-ci ildə Sumqayıt klubuna transfer olmuşdur. Ayaz 2012-ci ilin yanvarında, qış transfer pəncərəsi zamanı Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Rəvan klubu ilə müqavilə imzalamışdır. === Çempionat === Ayaz Mehdiyev peşəkar karyerasında ilk qolunu 1 may 2013-cü ildə Premyer Liqanın XXVIII turunda Turan Tovuz klubuna qarşı oyunda vurmuşdur. === Kubok === Ayaz Mehdiyev Rəvan klubu ilə Azərbaycan Kubokunda altı oyuna çıxmışdır. Mövsümlər üzrə Azərbaycan Kubokunda çıxışların statistikası: === Milli komanda === Ayaz Mehdiyev bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.
Ayaz Mustafayev
Ayaz Mütəllibov
Ayaz Niyazi oğlu Mütəllibov (12 may 1938, Bakı – 27 mart 2022, Bakı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 1-ci prezidenti (1990–1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu, 14-cü birinci katibi (1990–1991). == Həyatı == Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu maşınqayırma ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda işləmişdir. Burada o, quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, zavodun direktoru olmuşdur. 1974–1977-ci illərdə "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olmuşdur. Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat etmişdir. Sabiq prezident Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ayaz Məmmədov
Ayazaxtarma
Ayazaxtarma və ya Gicəkiaxtarma — Azərbaycanda palçıq vulkanı. Şamaxı rayonu ərazisində, Qobustanda, Gicəki dağındadır. Nisbi hündürlüyü 45–50 metrdir. Brekçiyanın sahəsinə (3,100 hektar) və həcminə görə Ayazaxtarma Azərbaycanda ən iri palçıq vulkanlarındandır. == Haqqında == Ayazaxtarma palçıq vulkanı Çeyildağ qəsəbəsindən 24 km qərb-şimal-qərbdə yerləşən, uzunluğu 3 km və eni 2 km olan yüksəklik şəklindədir. Vulkanın şərq hissəsində oval krater sahəsi ayrılır. Vulkanın səthi kiçik dayaz dərələr, hünsürlüyü 2 m və eni 5-6 m olan ik krater bındli yastı düzənliyi təmsil edir. Vulkanın yüksəkliyi 50-60 m-dir. Palçıq vulkanı axımı qərb istiqamətində izlənilir. Vulkanın yamacları dik, çoxsaylı yarğanlarla kəsilmişdır.
Ayazkəndi (Pərsabad)
Ayazkəndi (fars. ايازكندي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (18 ailə).
Ayazqala
Ayazqala (özb. Ayoz qalʼa) — Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikası ərazisində II–IV əsrlərə aid xarabalıq kompleksi. Bürclü qala divarları olan üç istehkamı var. 1937-ci ildə aparılan arxeoloji qazıntılar zamanı burada Kuşan padşahlığı dövrünə aid bina qalığı, saxsı məmulatı, əmək alətləri, silah, bəzək şeyləri, sikkə və s. tapılmışdır. Ayazqaladan XI–XIII əsrlərdə də istehkam kimi istifadə edilmişdir.
Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)
Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib. == Kitabın haqqında == Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır.
Ayaz Quliyev (əsgər)
== Siyahı ==

Digər lüğətlərdə