Aydınlaşmaq, göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək. (“Koroğlu” dastanının lüğəti)
Məcazi mənada da rast gəlinir.
Mərd igid, könlünə gəlməsin güman,
Düşmanlar əlindən çəkərlər aman,
Ayazıyar ətraf, çəkilər duman,
Sənin Ərəb atın mən dağda gördüm.
(“Koroğlunun Ərzurum səfəri”)
*
Neçə vaxt idi ki, Koroğlunun başı davadan, qalmaqaldan bir az ayazımışdı. (“Koroğlunun Türkman səfəri”) (İ.A.,B.A.)