AYBƏNİZ

прил. шаир. ччин лацу, гуьзел, гуьрчег, иер.
AYBAŞI
AYDIN
OBASTAN VİKİ
Aybəniz
Aybəniz — Azərbaycanlı qız adı. Aybəniz Haşımova — Azərbaycanlı müğənni. Aybəniz Əhmədova (həkim) — göz həkimi. Aybəniz Əliyeva (Kəngərli) — filologyia elmləri doktoru. Aybəniz Laçınlı — Azərbaycan aşığı. Aybəniz Vəkilova — əməkdar incəsənət işçisi (2002).
Aybəniz Haşımova
Aybəniz Həsən qızı Haşımova (22 avqust 1968, Kirovabad) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2008)."Bülbüllər" qrupunun yaradıcısı, Sənət Akademiyasının təsiscisi və rəhbəri (2017 - hal hazıradək), Türk Ağsaqqalları İctimai Birliyinin Mədəniyyət Komitəsinin sədri. (2024 - hal hazıradək). == Həyatı == 22 avqust 1968-ci ildə Gəncə şəhərində anadan olmuşdur. == Ailəsi == Aybəniz Haşımovanın həyat yoldaşı "Vətən uğrunda" medalı laureatı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub. Müğənni Aynişan Quliyeva onların qızıdır.
Aybəniz Laçınlı
Aybəniz Laçınlı (Vəliyeva Aybəniz Sabir qızı; 1963, Nağdalı, Laçın rayonu) — Azərbaycan aşığı. == Həyatı == Aybəniz Vəliyeva 1963-cü ildə Laçın rayonunun Şamkənd sovetliyinin Nağdalı kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdə şifahi xalq ədəbiyyatına və saza-sözə maraq göstərmişdir. Aybənizin saza-sözə olan marağı atası Sabir Vəliyevdən keçmişdir. Aybənizin anası Şərqiyyə xanım Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana, respublika səviyyəsində tanınmış bir qadındır. Dədə Şəmşirin lent yazılarından, radioda olan çıxışlarından bəhrələnən Aybəniz 1980-ci ildə Kəlbəcər rayonundan olan tanınmış ustad aşıq Qəmkeş Allahverdinin şagirdi olmuşdur. Aşıq Allahverdi aşıqlıq sənətinin bütün sirlərini Aybənizə öyrətmişdir. == Yaradıcılığı == 1984-cü ildə Azərbaycanda fəaliyyətə başlayan "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun Aybənizi bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və bir neçə tanınmış ustad aşıqlarla — Aşıq Əhməd Sadaxlı, Mikayıl Azaflı, Aşıq Əkbər Cəfərov, Aşıq İmran Həsənov, Aşıq Aydın Çobanoğlu və başqa aşıqlarla dəfələrlə görüşmüşdür. İlk dəfə Laçınlı təxəllüsü ilə çıxış edən şair Ağa Laçınlı ΙV Aşıqlar Qurultayında Aybənizlə görüşən vaxt Aybənizin ustadı Qəmkeş Allahverdi Ağa Laçınlıya müraciət edərək demişdir: "Ağa müəllim, ilk dəfə Laçınlı təxəllüsü ilə siz çıxış etmisiniz.
Aybəniz Vəkilova
Aybəniz Səməd qızı Vəkilova (9 sentyabr 1937, Bakı – 13 iyun 2009, Bakı) — Səməd Vurğun Fondunun prezidenti (?–2009) və Səməd Vurğunun ev-muzeyinin direktoru (2006–2009), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2002). == Həyatı == Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub. 1944–1951-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində oxumuş(sonra 132 saylı məktəbə dəyişilib),1954-cü ildə oranı bitirmişdir. 1954–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almış, oranı "Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirmişdir. 1962–1967-ci illərdə Nizami adına Ədəbiyyat Muzeyində kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1967–1970-ci illərdə EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra 1975-ci ilin oktyabr ayına qədər həmin institutda isləmişdir. 1975-ci ilin oktyabr ayında Səməd Vurğunun ev-muzeyi açılan vaxtdan burada baş mühafiz olmuş, 2006–2009-cu illərdə Səməd Vurğunun ev-muzeyinin direktoru vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə vaxtilə SSRİ-nin Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunmuşdur. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.
Aybəniz Əhmədova
Aybəniz Nəriman qızı Əhmədova (29 yanvar 1983) — aktrisa. == Həyatı == Aybəniz Əhmədova 29 yanvar 1983-cü ildə Ermənistanın Kirovakan şəhərində anadan olub. 1990-2000-ci tədris illərində 152 saylı orta məktəbdə təhsil alıb. 2002-2006-cı tədris illərində (Cənnət Səlimovanın kursu). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1997-ci ildən 2005-ci ilə qədər Körpəm Eksperimental Uşaq teatrında aktrisa vəzifəsində çalışıb.
Aybəniz Əliyeva
Aybəniz İbrahim qızı Əliyeva-Kəngərli — Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru. == Həyatı == Aybəniz Əliyeva-Kəngərli 1946-cı il iyun ayının 6-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktorudur. Azərbaycan Qadınlarının Milli Konfederasiyasının Azərbaycan MEA üzrə idarə heyətinin sədri, Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və təcrübi jurnalının redaksiya heyətinin üzvü, Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Yazıcılar Birliyinin üzvü, Beynəlxalq Elmi Araşdırılmalar Jurnalının redaksiya heyətinin üzvüdür. Rus dilini bilir." Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsində işləmişdir. === Ailəsi === Ailəlidir, 2 qız övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968–2002-ci illərdə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri vəzifəsində çalışıb. 1992-ci ildə "Azərbaycan nağıllarında qadın obrazı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1996–2014-cü illərdə"Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının nəzdində yaradılmış elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar şurası" nın üzvü olub.
Aybəniz Əliyeva (Kəngərli)

Digər lüğətlərdə