Aybəniz Laçınlı
Aybəniz Laçınlı (Vəliyeva Aybəniz Sabir qızı; 1963, Nağdalı, Laçın rayonu) — Azərbaycan aşığı.
== Həyatı ==
Aybəniz Vəliyeva 1963-cü ildə Laçın rayonunun Şamkənd sovetliyinin Nağdalı kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdə şifahi xalq ədəbiyyatına və saza-sözə maraq göstərmişdir. Aybənizin saza-sözə olan marağı atası Sabir Vəliyevdən keçmişdir. Aybənizin anası Şərqiyyə xanım Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana, respublika səviyyəsində tanınmış bir qadındır. Dədə Şəmşirin lent yazılarından, radioda olan çıxışlarından bəhrələnən Aybəniz 1980-ci ildə Kəlbəcər rayonundan olan tanınmış ustad aşıq Qəmkeş Allahverdinin şagirdi olmuşdur. Aşıq Allahverdi aşıqlıq sənətinin bütün sirlərini Aybənizə öyrətmişdir.
== Yaradıcılığı ==
1984-cü ildə Azərbaycanda fəaliyyətə başlayan "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun Aybənizi bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və bir neçə tanınmış ustad aşıqlarla — Aşıq Əhməd Sadaxlı, Mikayıl Azaflı, Aşıq Əkbər Cəfərov, Aşıq İmran Həsənov, Aşıq Aydın Çobanoğlu və başqa aşıqlarla dəfələrlə görüşmüşdür.
İlk dəfə Laçınlı təxəllüsü ilə çıxış edən şair Ağa Laçınlı ΙV Aşıqlar Qurultayında Aybənizlə görüşən vaxt Aybənizin ustadı Qəmkeş Allahverdi Ağa Laçınlıya müraciət edərək demişdir: "Ağa müəllim, ilk dəfə Laçınlı təxəllüsü ilə siz çıxış etmisiniz.