AYLAM
AYLANDIRMA
OBASTAN VİKİ
Aylan Kürdi
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Qeys Aylan
Qeys Aylan — Şimali Ərəbistanın böyük və qüdrətli qədim tayfa birliyi. Rəvayətə görə Qeys Aylanlar əvvəlcə Tihama düzənliyinin alçaq yerlərində yaşayırdılar. Məhəmməd Peyğəmbərin dövründə Ərəbistanın mərkəz və şimal hissələrinin geniş torpaqlarına yayıldılar. Onlar Məkkənin cənub-şərq və şimal-şərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra da İraq və Suriya torpaqlarına köç etdilər .
Aylan Kürdinin ölümü
Aylan Kürdinin ölümü — 3 yaşlı, kürd əsilli suriyalı bir uşağın Suriya böhranı ilə əlaqədar olaraq Türkiyədən Yunanıstana gedərkən Aralıq dənizində anası və qardaşı ilə birlikdə ölümü. Aylan Kürdi 2 sentyabr 2012-ci il tarixində ailəsi ilə birlikdə botla Türkiyənin Bodrum şəhərindən Yunan adalarından olan Kos adasına sadəcə 2.5 dəniz mili məsafəli bir yolda olarkən bot çevrilmişdir. Qayıqda olanlardan heç birinin əynində təhlükəsizlik jileti olmamışdır. Kürdi Suriyanın şimalında yerləşən Kobani şəhərində dünyaya gəlmişdir. Ailəsi əvvəlcə Kanadanın Vankover şəhərinə getməyi planlaşdırmışdır. Lakin Kanada dövləti tərəfindən onların müraciəti rədd edilmişdir. Aylanın sahilə çıxmış cəsədinin şəklini DHA müxbiri, türk jurnalist Nilufər Dəmir çəkmişdir. Ailənin hər üç üzvü; ana Rihan, uşaqları; Aylan və Qalib kürdi 4 sentyabr 2015-ci il tarixində Türkiyədən Kobaniyə aparılaraq orada dəfn edilib. == Aylan Kürdinin ölüsünün şəkilləri == Şəkil bir çox dünya saytlarının və qəzetlərinin gündəminə gəlmişdir. == Şəklə reksiyalar == Şəkil yayımlandıqdan sonra 24 saat ərzində Qaçqın və Köçkünlərə Yardım Fonduna yardımda dalğalanma olmuş və yardımların sayı 15 dəfə artmışdır.
Aylant
Aylant (lat. Ailanthus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinə aid bitki cinsi.
Aylanu
Aylanu - türk mifologiyasında və xalq inancında can dəyişdirmə, yəni bir başqasının yerinə öz canını vermə, "Öz Yerinə Öz" anlayışı. Aylanı da deyilir. Bir adamın başqasının yerinə ölməyi qəbul etməsidir. Ən gözəl və ən mükəmməl nümunəsi Dəli Domrul əhvalatında iştirak edir. İnsanın nə qədər fədakarlıq və ərdəm sahibi olduğunun bir ilahi qüdrət tərəfindən ölçülməlidir. İnsanın lazım olduğunda ailəsi və bu səbəbdən vətəni uğrunda canından imtina edib keçə bilməyəcəyik sınanır. == Etimologiya == (Ay / Ağ) kökündən törəmişdir. Köçmək, dəyişmək mənalarını ehtiva edər. Aylanmak sözü gəzmək, hərəkət etmək, sürmək kimi tərkibə malikdir. Monqolcada Ayl sözcüyü qohumluq bağını ifadə edər.
Jale Aylanç
Jalə Aylanç (23 mart 1948, İstanbul – 7 iyul 2020, Ankara) — Türk teatr, kino və serial aktyoru, səs aktyoru. == Həyatı == Aylanç 7 iyul 2020-ci ildə 72 yaşında vəfat etdi. Bir gün sonra Ankaradakı Karşıyaka qəbiristanlığında dəfn edildi. == Mükafatları == İncəsənət İnstitutu, 1990, Teatr Şərəf Mükafatı 5.
Nəhəng aylant
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Uca aylant

Digər lüğətlərdə