Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alpaslan Ceylan
Alpaslan Ceylan (1959, Ərzurum ili) — Türkiyə tarixçisi, professoru, "Manas" Qırğızıstan-Türkiyə Universitetinin rektoru. == Həyat və fəaliyyəti == Alpaslan Ceylan 1959-cu ildə Türkiyənin Ərzurum vilayətində anadan olmuşdur. O, 1985-ci ildə Atatürk Universitetinin Tarix fakültəsini bitirmişdir. Ceylan həm magistratura, həm də doktorantura təhsilini həmin universitetin Qədim dövrlər tarixi şöbəsində bitirmişdir. O, bundan sonra Atatürk Universiteti Ədəbiyyat fakültəsində müəllim olmuş, 2009-cu ildə ona həmin fakültənin professoru adı verilmişdir. Ceylan qədim tarixə dair onlarla kitab və məqalə yazan bir professor kimi bir çox mühüm arxeoloji tədqiqatlara da imza atmışdır. O, ən son olaraq Atatürk Universitetinin Ədəbiyyat fakültəsinin Tarix şöbəsində Qədim dövrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir. Alpaslan Ceylan qədim tarix, türk mədəniyyəti, tarixi coğrafiya və strategiya üzrə ekspertdir. O, son 25 ildə Şərqi Anadolu, Şimal-Şərqi Anadolu, Qafqaz və Mərkəzi Asiyanın qədim tarixi ilə bağlı beynəlxalq elmi araşdırmalar, arxeoloji qazıntılar və layihələr həyata keçirmişdir. O, 2012–2016-cı illərdə Türkiyə Ənənəvi İdman Növləri Federasiyasının prezidenti vəzifəsində çalışmışdır.
Ceylan Mumoğlu
Ceylan Mumoğlu (tam adı: Ceyran Qurban qızı Nadirova; 19 dekabr 1976, Sumqayıt) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist. == Həyatı == Ceyran Qurban qızı Nadirova 19 dekabr 1976-cı ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub. 1983-1993-cü illərdə Sumqayıt şəhər 24 nömrəli orta məktəbində təhsil alıb. 1993-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni bitirib. 1997-2007-ci illər ərzində müxtəlif məktəblərdə tarix müəlliməsi işləyib. 2007-ci ildən ailə quraraq Türkiyənin İstanbul şəhərinə köçüb. 2011-ci ildən Türkiyə vətəndaşıdır. == Fəaliyyəti == 2009-2017-ci illərdə Azərbaycanın ilk milli qadın portalı olan qadin.net saytında həmtəsisçi və baş redaktor vəzifəsində işləyib. 2009-cu ildən saytdakı fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyətə də başlamış, bir çox psixoloji, parapsixoloji araşdırma məqalələrin, müxtəlif müsabiqələrdə mükafat almış hekayələrin və "Aydınlanma səyahəti", "Qurbağa öpüşü", "Sev və inan" kitablarının müəllifidir. 2009-cu ildən ədəbi fəaliyyətə başlayıb, ilk hekayələrini, araşdırmalarını və publisist məqalələrini yazmağa başlayıb.
Nuri Bilge Ceylan
Nuri Bilgə Ceylan (26 yanvar 1959, İstanbul) — Türkiyə rejissoru və ssenaristi. Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Bakırköy ərazisində anadan olsa da uşaqlığı ata yurdu olan Yenicedə keçir. Burda o məktəbi bitirir və Boğaziçi Unversitetinin “elekrotexnika” fakultəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O, 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəccüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Və həmin illərin bir günü Nuri fotoaparat alır.
Nuri Bilgə Ceylan
Nuri Bilgə Ceylan (26 yanvar 1959, İstanbul) — Türkiyə rejissoru və ssenaristi. Nuri Bilgə Ceylan 26 yanvar 1959-cu ildə İstanbulda anadan olub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan evdar qadın idi. Nuri İstanbulun Bakırköy ərazisində anadan olsa da uşaqlığı ata yurdu olan Yenicedə keçir. Burda o məktəbi bitirir və Boğaziçi Unversitetinin “elekrotexnika” fakultəsinə daxil olur. Tələbəlik illəri Nurinin həyatında ən maraqlı və uzunmüddətli dönəm kimi qalır. O, 8 illik tələbəlikdən sonra nəhayət ki, məzun olur. Bu illər ərzində sakit və təmkinli təbiəti ilə lal-dinməz kimi tanınır. Hər şeyə nisbi yanaşması, heç nəyə təəccüblənməməsi onun daim nəsə axtarmasından xəbər verirdi. Və həmin illərin bir günü Nuri fotoaparat alır.
Ceylan Ağça Cupolo
Ceylan Ağça Cupolo (1986, Hazro, Diyarbəkir ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Ceylan Ağça Cupolo 1986-cı ildə Diyarbəkir ilinin Hazro ilçəsində anadan olub. Doqquz Eylül Universiteti ABŞ Mədəniyyəti və Ədəbiyyatı Bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi alır. Ankara Universitetində xarici dil müəllimi olaraq çalışıb. Qadınların, qaçqınların və ətraf mühitin qorunması, mətbuat azadlığı, siyasi motivli həbslər, həbsdə işgəncə və pis rəftar mövzularında hesabatların hazırlanması, insan hüquqları sahəsində tədqiqatların aparılması ilə məşğul olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Diyarbəkir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici Əlaqələr Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə, ingiliscə və italyanca bilir. Evli və 1 uşaq anasıdır.
Prunus ceylanica
Prunus ceylanica (lat. Prunus ceylanica) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.
Ceylanyar xanım
Ceylanyar xanım (1830, Soçi – 17 yanvar 1855, Feriye sarayı, Osmanlı imperiyası və ya Konstantinopol, Osmanlı imperiyası) — 31-ci Osmanlı sultanı Sultan Əbdülməcidin xanımlarından biri, iqbal. == Həyatı == Əslən ubıx olan Ceylanyar xanım 1830-cu ildə indiki Soçidə dünyaya gəldi. Əsl adı Nafiyə olub, atası Bərzəx Mustafa bəy, anası isə Daruxan Dudarukdur. Hələ 10 yaşında ikən ailəsi tərəfindən İstanbula gətirilmiş, təlim-tərbiyə görməsi üçün Osmanlı hərəminə verilmişdir. Uzun illər keçmiş Çırağan sarayındakı hərəmdə, ardından Adilə Sultanın sarayında təlim-tərbiyə edildi. Adilə Sultan tərəfindən Sultan Əbdülməcidə təqdim olunmuş, ardından 1847-ci ildə nigahlanaraq Sultan Əbdülməcidin ikinci iqbalı oldu. Adı Ceylanyar olaraq dəyişdirildi və mərasim səbəbilə ailəsi İstanbula gətirildi. Bacıları Almazxan xanım və Pürtünak xanım saraya alınaraq Ceylanyar xanıma nədimə təyin edildi, qardaşına isə Bandırma yaxınlığında geniş torpaq mülkləri hədiyyə edildi. Yeganə övladı olan Şahzadə Mehmed Rüşdü Əfəndi 31 mart 1852-ci ildə dünyaya gəlsə də, 9 ay sonra körpə ikən vəfat etdi. Övladının vəfatından sonra səhhəti pisləşən Ceylanyar xanım Fəriyə sarayına göndərildi və müalicə səbəbilə bir müddət burada yaşadı.
Ceyhan
Ceyhan — Türkiyənin Adana ilində ilçə. Aralıq dənizi bölgəsində yerləşən Ceyhan Adanaya 43 km, Aralıq dənizindən isə 30 km uzaqlıqda yerləşir. == Əhali == İlçə əhalisi 2018-ci ilin rəsmi qeydlərinə görə 160.474 nəfərdir.
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Geylan
Gilan — İranın şimal-qərbində ostan. == Tarix == 1920-ci ildə İranın mərkəzi hökumətindən və Rusiyanın müdaxiləsindən narazı qalan gilək sərkərdəsi Mirzə Kiçik xan Gilanın və Gilək xalqının müstəqilliyi üçün çalışaraq Yaxın Şərqdə ilk sosialist respublikası olan Gilan Respublikasını qurdu. == Ərazi == Ostan Xəzər dənizinin qərbində yerləşir. Gilan ostanının ərazisi 14.106 km² (İSM-nə görə 14.042 km²)-dir. == Əhali == Əhalisi 2006-cı il siyahıya almasına əsasən 669,221 ailədə 2.381.063 nəfərdir. === Milli tərkib === Ostan əhalisinin çoxluğu giləklərdən ibarətdir. Geridə qalan əhalini Azərbaycan türkləri (qeyri-rəsmi qaynaqlara görə əhalinin 1/3-ni) , talışlar, tatlar, kürdlər, türkmənlər, yunanlar, ermənilər, farslar, yəhudilər, Hind-Avropa dil ailəsinə aid olan bir neçə köçəri kiçik etnik qrup (Sasani , Ağacani və sairə) və qaraçılar təşkil etməkdədir. Giləklər, Azərbaycan türkləri, talışlar, tatlar və kürdlər etnik ərazi areallarına malikdirlər, yəni kompakt halda həm kəndlərdə həm də şəhərlərdə məskunlaşmışdırlar. Farslar, yunanlar, türkmənlər, ermənilər və yəhudilər dağılmış şəkildə yalnız şəhərlərdə yaşamaqdadırlar. Giləklər: Gilan ostanında ən böyük etnik qrup giləklərdir.
Leylan
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,079 nəfər və 1,468 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Seylan
Ceyhan çayı
Ceyhan (tarixən Piramos ya Piramus (yun. Πύραμος), Leukosirus (yun. Λευκόσυρος) və ya Cihun) ―Türkiyənin cənubunda, Anadoluda çay. == Çayın məcrası == Ceyhan çayı mənbəyini Türkiyənin Kahramanmaraş vilayətinin Əlbistan qəsəbəsinin cənub-şərqindən, Şərqi Tavr dağ silsiləsinin Nurhak dağlarından, Pınarbaşı adlanan yerdən götürür. Klassik istinadlara görə isə çayın mənbəyi Arabissos şəhəri yaxınlığındakı Kataoniyadadır. Çayın əsas qolları Harman, Göksun, Mağara Gözü, Fırnız, Tekir, Körsulu, Aksu (Kahramanmaraşda Ceyhanla birləşir), Çakur, Susas və Çepercedir. Ceyhan çayının ümumi uzunluğu 509 kilometr (316 mil)-dir. Çay klassik dövrlərdə bir müddət torpağın altı ilə axmış, daha sonra yenidən üzə çıxaraq axınını bərpa etmişdir. Çay Tavr dağlarındakı dərəsi boyu axarkən bəzi yerlərdə o qədər daralırdı ki, Strabon bir itin və ya dovşanın çayın üzərindən sıçrayaraq keçəcəyini iddia edirdi. Çay dərin və sürətli idi və orta eni 600 fut (180 m) idi.
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. == Bioqrafiya == 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı (8 mart 1934, Bakı) — tarzən, Azərbaycanın xalq artisti. == Həyatı == Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. Bəstəkar Emin Sabitoğlunun qızıdır.
Leylan (Mahnişan)
Leylan (fars. ليلان‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (31 ailə).
Leylan (dəqiqləşdirmə)
Leylan — İranın Şərqi Azərbaycan ostanının Məlekan şəhristanının Leylan bəxşində şəhər. ‎Leylan (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Ceyran Əliyeva
Ceyran Əliyeva — Azərbaycan milli voleybol komandası və Bakının "Azəryol" klubunda libero kimi çıxış edən azərbaycanlı voleybolçu. == Bioqrafiya == 1995-ci il yanvar ayının 3-də Bakı şəhərində anadan olan Ceyran Əliyeva ilk dəfə məşqçi Tatyana Semyonovna Korjovanın rəhbərliyi ilə Bakının Əhmədli kənd idman məktəbində voleybolla məşğul olmağa başlayıb. Voleybolçunun kumiri Azərbaycanın ən yaxşı voleybolçularından biri Valeriya Məmmədovadır. == Klub karyerası == 2013 – 2014 – Azərreyl 2014-cü ildən - "Azəryol" == Azərbaycan milli komandası == 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının rənglərini qoruyub. O, 2014-cü ilin avqustunda əsas milli komandaya cəlb olunub. Azərbaycan milli komandasının tərkibində 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak edib.
Ceyran İmanova
Ceyran Əliyeva — Azərbaycan milli voleybol komandası və Bakının "Azəryol" klubunda libero kimi çıxış edən azərbaycanlı voleybolçu. == Bioqrafiya == 1995-ci il yanvar ayının 3-də Bakı şəhərində anadan olan Ceyran Əliyeva ilk dəfə məşqçi Tatyana Semyonovna Korjovanın rəhbərliyi ilə Bakının Əhmədli kənd idman məktəbində voleybolla məşğul olmağa başlayıb. Voleybolçunun kumiri Azərbaycanın ən yaxşı voleybolçularından biri Valeriya Məmmədovadır. == Klub karyerası == 2013 – 2014 – Azərreyl 2014-cü ildən - "Azəryol" == Azərbaycan milli komandası == 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının rənglərini qoruyub. O, 2014-cü ilin avqustunda əsas milli komandaya cəlb olunub. Azərbaycan milli komandasının tərkibində 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak edib.
Ceyla Seyidova
Seyidova Ceyla Uran qızı 20 avqust 1995, Bakı) — skripkaçı. Azərbaycan Respublikasının əməkdar artisti (2020). Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu.. == Bioqrafiya == Ceyla musiqiçi ailəsində anadan olub: atası Uran Seyidov Azərbaycanın xalq artisti, Dövlət Kamera Orkestrinin konsertmeysteridir. Anası Azərbaycanın əməkdar artisti, professor Samirə Aşumovadır. Qardaşı Anar Seyidov prezident təqaüdçüsüdür, Moskva Çaykovski Konservatoriyasının məzunudur. Müəllimi Fatimə İdiatullina olmuşdur. Həmçinin, Cayla Seyidova Eduard Davidoviç Qraçın ilk azərbaycanlı tələbəsi olub.[mənbə?] Ceyla 6 yaşından musiqi ilə məşğul olur, xaricə qastrol səfərlərində olur, ABŞ-da Azərbaycan Günləri, Almaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçikada keçirilən Azərbaycan Mədəniyyəti Günləri və s. kimi mühüm mədəni tədbirlərdə iştirak edir. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr olunmuş gənc ifaçıların 1-ci festivalının qalibi olub.
Adana-Ceyhan zəlzələsi
1998-ci il Adana-Ceyhan zəlzələsi və ya 1998-ci il Adana zəlzələsi — 1998-ci ildə Adanada başa vermiş təxminən 6.2 bal gücündə zəlzələ. Zəlzələ 27 iyun 1998-ci ildə, yerli vaxtla təxminən 16:55-də tarixən Kilikya kimi tanınan, Türkiyənin Cənubunda baş vermişdir. Bu zəlzələ Türkiyənin 5-ci ən böyük şəhəri olan Adana və Adanın ən sıx məskunlaşmış bölgəsi olan Ceyhan və bu iki şəhər arasında Ceyhan çayı boyunca olan kəndlərdə 145 nəfərin ölümü, 1500 nəfərin yaralanması və minlərcə insanın evsiz qalmasıyla nəticələndi. Ceyhanda itki və zərərin çoxluğunun əsas səbəbi binaların mühəndislik baxımından qüsurlu inşasıdır. Ümumi iqtisadi itki 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.
Yuxarı Ceyran (Marağa)
Yuxarı Ceyran - İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 48 km şərqdədir. 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (25 ailə).
Yuxarı Ceyran (Urmiya)
Yuxarı Ceyran (fars. جيران عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (51 ailə).
Çaylan (Xoy)
Çaylan (fars. چاليان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 652 nəfər yaşayır (135 ailə).
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Heyvan
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Keylani
Kehlani Eşli Perriş (ing. Kehlani Ashley Parrish; 24 aprel 1995, Oklend, Kaliforniya) — amerikalı müğənni, bəstəkar və rəqqasə.
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Dəyhan
Dəyhan — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 220 nəfər olmuşdur.