Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurbahar
Nurbahar- İranın Zəncan ostanının Xudabəndə şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,644 nəfər yaşayır (1,056 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Pircahan
Pircahan — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. == Etimologiya == Qədim pir olan yerdə salındığına görə Pircahan adlandırılmışdır. == Tarixi == Bu ərazidə XI əsrə aid "Gavur qalası" adlanan tarixi abidə var. Laçının tarixi abidələri içərisində XVIII əsrin axırı və XIX əsrin əvvəllərində inşa edilmiş Pircahançay üzərindəki Məşədi Mehralı tağbənd körpüsü kəndin 4-5 km-də yerləşir, Həkəri çayının yuxarı hövzəsindədir. Pircahanlı Behbudalıyev Məşədi Mehralı Məşədi Mərdan oğlu bu körpünü öz şəxsi vəsaiti hesabına tikdirmişdir.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmiş, Pircahan kəndi isə qəza mərkəzi elan edilmişdir. Sonradan Abdallar kəndinə köçürülmüşdür. Kürdüstan qəzası ləğv edildikdən sonra Pircahan Laçın rayonunun tərkibinə daxil edilmişdir.Pircahan 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndin əhalisi daha sonra kəndi tərk etmək məcburiyyətində qalmış, bura etnik ermənilər köçürülmüşdür. Bakının Binə qəsəbəsində Pircahan orta məktəbi fəaliyyətini davam etdirmişdir. Kənd əhalisinin bir hissəsi Ağcabədi rayonunun Taxtakörpü məcburi köçkünlər qəsəbəsində yerləşdirilmişdir.
Xorcahan (Mahnişan)
Xorcahan (fars. خورجهان‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (67 ailə).
Nurhan Abbasov
Nurhan Əlastan oğlu Abbasov (17 iyun 1991, Gəncə – 8 noyabr 2020, Xankəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Nurhan Abbasov 17 iyun 1991-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Konstantin Uşinski adına 9 nömrəli tam orta məktəbdə almış, 77 nömrəli peşə məktəbində davam etdirmişdir. Sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Nurhan da səfərbər olunur. Sonra hərbi təlim toplantılarına çağırılır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Nurhan Abbasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Könüllü əsgər olaraq bir çox hərbi əməliyyatlarda vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi gedişatında Nurhan Abbasov 8 noyabr 2020-ci ildə Xankəndidə yaralı döyüşçüləri döyüş meydanından çıxararkən həlak olmuşdur.
Nurlanan (film, 2002)
Nurlanan (ing. The Glow) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Mett və Ceki Nyu-Yorkda yaşayırlar. Onların həyatı çox nurlu görünür. Halbuki, onlar uşaq və pul üzündən nisbətən problem həyat sürürlər. Bir dəfə Mett parkda özgə insanlarla tanış olurlar. Onlar Mett ilə çox mülayim rəftar edirlər. Həmin insanlar onlara ucuz ev təklif edirlər. Cavanlar razı olurlar. Lakin evə gələndən bəri özgə insanlar onların hər addımını izəyirlər.
Gülcahan Güləhmədova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır. O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur. Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir. == Fəaliyyəti == Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir.
Gülcahan Salamova
Gülcahan Əhməd qızı Salamova (1 mart 1963) — Azərbaycannın teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Gülcahan Salamova 1963-cü il mart ayının 1-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyib. Çalışdığı müddətdə teatrın səhnəsində çoxsaylı obraz yaradıb. 1995-ci ildə "Bəşir" teatrında fəaliyyət göstərmişdir. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak etmişdir. G.Salamova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Subaydır.
Nuçavan (Sərdəşt)
Nuçavan (fars. نوچوان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (25 ailə).
Gülcahan Güləhmədova-Martınova