AYSBERQ

dənizdə üzən buz dağı, nəhəng buz parçası. Buzlağın kənarlarının qırılıb dənizə düşməsi nəticəsində əmələ gəlir /Antarktidanın şelf buzlaqları və Kanada Arktik arxipelaqının şimal adaları, Qrenlandiya buzlaqları/. A. həcminin 90 faizi dəniz səthindən aşağıda su altında yerləşir. A. dəniz səthindən yüksəkliyi 70-100 m çatır. aйсберг iceberg
AYRILMIŞ HÖVZƏ, TƏCRİD EDİLMİŞ HÖVZƏ
AZ SULU ÇAYIN AŞAĞI SƏVİYYƏ MƏCRASI
OBASTAN VİKİ
Aysberq
Aysberq (alm. Eisberg‎, "buz dağ") və ya Buzdağı — okeanlarda üzən çox iri buz parçaları. Planetin quru hissəsinin böyük bir sahəsi-Antraktida və Qrenlandiya buzla örtülmüşdür. Antraktidanın ümumi sahəsi 15,1 mln.km²-i buzla örtülmüşdür. Qrenlandiyanın isə sahəsinin təqribən 84,5% 1,8 mln.km² buzla örtülüdür. Adanın ortasında buz örtüyünün qalınlığı 3000 m-ə yaxındır,orta qalınlığı isə 300 m-ə qədərdir. Buzla örtülmüş quru sahələrin su balansının gəlir hissəsini yağıntılar təşkil edirsə, çıxar hissəsini buxarlanma və buz axını təşkil edir. Aysberqlər materik buzlarından qopmuş iri buz parçalarıdır. Aysberqlər şirinsulu buzlardan ibarət olub iki yerə bölünür: piramidal, maysvari. Aysberqin qət etdiyi məsafə onun ölçüsündən asılıdır.
Aysberq nəzəriyyəsi
Aysberq nəzəriyyəsi (ing. Iceberg theory) — Amerika yazıçısı Ernest Heminquey tərəfindən irəli sürülmüş nəzəriyyə. Heminquey gənc bir jurnalist olaraq qəzetlərdəki hesabatlarını çox az kontekst və ya şərh ilə dərhal baş verən hadisələrə yönəltməli idi. O, qısa hekayələr yazmağa başladıqdan sonra da əsas mövzuları açıq şəkildə müzakirə etmədən səth elementlərinə diqqət yetirərək, bu minimalist üslubu saxladı. Heminquey inanırdı ki, hekayənin daha dərin mənası zahirdə aydın görünməməli, üstüörtülü şəkildə parlamalıdır. Bir çox digər yazıçılar kimi Heminquey də daha əvvəl jurnalist kimi çalışıb. Orta məktəbi bitirdikdən sonra o, The Kansas City Star qəzetində müxbir kimi işə başlamışdır. O öz yazılarında hadisələri arxa planı istisna etməklə təsvir edirdi. Heminquey 1920-ci illərin əvvəllərində Parisdə yaşayarkən “Toronto Star” qəzetinin xarici müxbiri kimi ondan çox məqalədə Türkiyə–Yunanıstan müharibəsini işıqlandırıb. Onun bioqrafiyasını yazmış Ceffri Meyersin izah etdiyi kimi, "o, diqqətin konsentrasiyasına və intensivliyinə nail olmaq üçün yalnız ani hadisələrdən obyektiv şəkildə məlumat verirdi – səhnədən daha çox diqqət mərkəzi".
Qara aysberqlər

Digər lüğətlərdə