AYƏNDEYİ-İSLAM

islamın gələcəyi, müsəlmanlığın gələcəyi.
AYƏ
AYƏT“ayə”
OBASTAN VİKİ
Cəbbar (islam)
Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. "O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23) Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.
Cəlil (islam)
Əl-Cəlil (ər. الجليل) — Allahın adlarından biri.
Dai (İslam)
Dai (ərəb. داعي‎, "dəvət edən") — bir qayda olaraq, insanların İslama dəvəti ilə məşğul olan şəxs. Fatimilər xilafəti dövründə dai termini irsi imamlardan başqa mühüm dini rəhbərlərə istinad etmək üçün istifadə olunurdu, "dəvət" isə ruhani xarakterli bir təşkilat idi. "Mütləq dai" indiki dövrdə Davudi ismaili icmasının rəhbərinin tituludur.
Ermənistanda islam
Ermənistanda islam — hal-hazırda bu ölkədə bu dinin ardıcılları azlıq təşkil edir. Ancaq dünya tarixinin müəyyən dövründə indiki Ermənistan ərazisində əhalisinin böyük əksəriyyəti müsəlman olan İrəvan xanlığı adlı dövlət mövcud olmuşdur. Hal-hazırda isə Ermənistanda yalnız az sayda kürd və farslar islam dinində etiqad edir. 2 min nəfərdən ibarət olan kürd-müsəlman icması əsasən Ellər rayonu ərazisində cəmləşmişdir. Rusiya imperiyasının bölgəni ələ keçirməsindən sonra bura çoxlu sayda erməni köçürməsinə baxmayaraq, Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində böyük azərbaycanlı-müsəlman icması yaşayırdı. Bununla belə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi müəyyən dövrlərdə davam etdirilmişdir. Müharibə öncəsi artıq Ermənistanda demək olar ki, azərbaycanlı-müsəlman qalmamışdır. İndiki Ermənistan ərazisində islamın meydana gəlməsi VII əsrdəki ərəb fəthləri ilə əlaqədardır. X əsr ərəb müəllifi İbn Havqəl Ermənistan haqda məlumatlar vermişdir Ərəblər bölgədə hakimiyyətlərinini möhkəmlətmək və islamı yaymaq məqsədi ilə bura çoxlu ərəb köçürmüşdür. X əsrdə Mərkəzi Asiyada islamı qəbul etmiş Oğuzlar artıq XI əsrdən bölgədə müşahidə olunmağa başlanmışlar.
Estoniyada islam
Estoniyada islam (est. Islam Eestis) — islam dini Estoniya Respublikasının ərazisində. Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. Tallin məscidi paytaxt Tallində, Keevise küçəsi 9 ünvanında yerləşir.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Gürcüstanda islam
İslam müasir Gürcüstan ərazisində ərəb istilaları dövründən bəri ikinci ən böyük dindir. 2002-ci ilin son siyahıya alınmasına görə ölkə əhalisinin 9,9% -i (təqribən 0,4 milyon nəfər) islam dininə sitayiş edir. Ölkənin bəzi bölgələrində müsəlmanlar əhalinin nisbi və ya mütləq əksəriyyətini təşkil edirlər. Respublikanın müsəlman icması çoxmillətlidir. Onların arasında üstülnüyü yerli azərbaycanlılar (onların arasında həm şiələr həm də sünnilər var) Kistlər, ləzgilər və Ahıska türkləri və müəyyən ərazilərdə həm də acarlar, abxazlar və Məhsəti türkləri var, baxmayaraq ki, sonuncu iki qrupa aid müsəlmanların sayı müasir Gürcüstanda minimaldır. Onlardan ən çoxsaylı olanı azərbaycanlı şiələrdir. Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox Acariyalılar ölkədə aparılan aktiv xristianlaşdırma və assimilyasiya siyasəti nəticəsində islam dinini tərk edərək Pravoslav xristianlığını qəbul etdilər. Bəzi tədqiqatçılar həmçinin bunun Gürcüstandakı dini millətçilik təzyiqləri nəticəsində baş verdiyini deyirlər. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Gürcüstanda bir çox yeni məscidlər tikildi. Tbilisidə Sovet dövründən bəri mövcud olan vahid məscid var — şiələr və sünnilər burada birlikdə namaz qılırlar .
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Kosovoda islam
Kosovoda islam — qismən tanınmış Kosovo Respublikasında dominant olan din. Ənənəvi olaraq albanların böyük əksəriyyəti islam dinində etiqad edir. Bununla yanaşı onların az bir qismi xristiandır. Region Kosovonu da əhatə edən Balkanların Osmanlı fəthinə söykənən uzun müddət davam edən bir ənənəyə sahibdir. 1389-cu ildə Kosovo döyüşündən əvvəl bütün Balkan bölgəsi həm Qərbi, həm də Şərqi Roma imperiyası tərəfindən xristianlaşdırılmışdı. 1389-cu ildən 1912-ci ilə qədər Kosovo müsəlman Osmanlı İmperatorluğu tərəfindən rəsmi şəkildə idarə olunmuş və təbii olaraq islamlaşdırma yüksək səviyyədə olmuşdur. İkinci Dünya müharibəsindən sonra Kosovo Yuqoslaviya Federativ Sosialist Respublikası tərkibinə qatıldıqdan sonra dinlərdən uzaqlqaşma sürətlənmişdir. Bununla belə hazırda Kosovo əhalisinin 96% -i müsəlmanlardan ibarətdir. Burada müsəlman olan boşnak, qorani və türklər də yaşayır. On altıncı əsrə qədər Kosovoda islamlaşmanın dərəcəsi minimal idi və əsasən şəhər mərkəzləri ilə məhdudlaşırdı.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Qambiyada islam
Qambiyada islam (ing. Islam in the Gambia) — islam dini Qambiya ərazisində. Qambiya əhalisinin sayı təxminən 1,5 milyondur ki, onun da təxminən 90%-i müsəlmandır. Qambiyanın prezidenti Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan etmişdir. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci İslam Respublikası olmuşdur.
Qazaxıstanda islam
Qazaxıstanda islam — Qazaxıstan Respublikasında inanclılar arasında ən geniş yayılmış din. 2009-cu il siyahıya alınmasına görə ölkə əhalisinin 70 % müsəlmandır. İstiqamət — Sünnizm. Məzhəb (müəlman din məktəbi) — Hənəfi məzhəbi. Səlahiyyətli orqan — Qazaxıstan müsəlmanlarının dini idarəsi (QMDİ). İslamın müasir Qazaxıstan ərazisində yayılma dönəmi bir neçə əsr ərzində baş vermişdir. İlk dəfə isə ölkənin cənubunda yayılmışdır. İslamın Qazaxıstan ərazisində yaılmasının ilk qığılcımı 751-ci ildə Talas döyüşündən sonra baş verir. Türgiş xaqanlığının ərazisində yayılmış türklər Abbasilər xilafətinin dəstəyi ilə Tan sülaləsinin qüvvələri üzərində qalibiyyət əldə etmişlər. Qalibiyyət sayəsində Tan sülaləsinin qərbə doğru genişlənməsinin qarşısı alınmış və islamın artıq X əsrdə Yeddisu ərazisinə qədər yayılmasını təmin etmişdir.
Qazi (islam)
Qazi döyüşdə iştirak edən, yaralanan və sağ qayıdan əsgərə deyilir. İslamiyyətdə bildirilir ki, qazi üçün qəzada alınan qənimət dini bir mükafatdır. Qənimətin beşdə dördünün birbaşa döyüşdə olub-olmamasından asılı olmayaraq, döyüşə hazır olan əsgərlər arasında bölünməsi lazımdır. Modern Azərbaycan dilində məna dəyişikliyinə uğramış və "müharibədə iştirak etmiş şəxs" mənasına gəlmişdir. Müasir dildə veteran sözünün qarşılığı kimi də işlədilir.
Qəza (islam)
Qəza, İslam dinini qorumaq və ya yaymaq üçün qeyri-müsəlmanlara qarşı müqəddəs müharibəyə verilən addır. İştirak edənlərə qazilər deyilir. Bu müharibədə ələ keçirilən mallara qənimət deyilir.
Rusiyada islam
Rusiyada müsəlmanların dəqiq sayı hələ də dəqiq olaraq müəyyənləşdirilməyib və müzakirə predmetidir. 2002-ci ilin əhali siyahıyalmsına görə Rusiyada müsəlman xalqlarınnın ənənəvi sayı təxminən 14,5 milyon nəfər, ölkə əhalisinin təxminən 10%-dir. RF-nin Avropa hissəsinin müsəlmanlarının ruhani idarəsinin təsdiqinə görə Rusiyada islamı qəbul edənlərin sayı 20 milyon nəfərə qədər olmuşdur. "Etnik müsəlman", 2002-ci ilin siyahıyaalmasına görə ənənəvi qaydada İslama inam gətirənlərdir. Bu qrup əhali RF-nin yeddi subyektinin əhalisinin böyük əksəriyyətini təşkil edir: İnquşetiya (98%), Çeçenistan (96%), Dağıstan (94%), Kabardin-Balkar (70 %), Qaraçay-Çərkəz (54,6 %), Başqırdıstan (54,5%), Tatarıstan (54%).
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin 1.
Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
Sünni İslam
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Ukraynada islam
Ukrayna tərəfindən işğal edilmiş əraziyə islamın nüfuz edilməsi Ərəb — Xəzər müharibələri dövründə başladı. VIII əsrdə Qafqaz vasitəsilə Qara dəniz regionuna dinc ərəbcə daxil olan yol açılmışdır. Müasir Ukraynanın cənub-şərqində arxeoloqlar müsəlman qəbri tapıblar. Bu qəbirlər Salto-Mayak mədəniyyətinə aiddir. Ruslar, ərəblər və digər müsəlman xalqları arasında sıx ticarət əlaqələrinin mövcudluğu orta əsr Ərəb-Fars müəllifləri İbn Fədlan, Məsudi, İbrahim İbn-Yaqub və başqaları tərəfindən sübuta yetirilir. Müsəlmanlar islamın biliyi, qədim Rusiyanın sakinləri ticarət əməliyyatları, səyahət və hərbi kampaniyalarda ilk məlumatlar aldılar. Ruslar İtilə səyahət etdi. Ərəb-müsəlman mədəniyyətinin böyük təsirini yaşayan bir ölkə ilə birbaşa əlaqə yarandı. Kiyev Rusiyası hərbi kampaniyalarda da müsəlman dövlətlərin nümayəndələri ilə təmaslara girdi. Rusiyanın ən yaxın qonşusu — Volqa Bolqarıstan 922-ci ildə islamı dövlət dini olaraq qəbul etdi.
Xatirə İslam
Xatirə Novruz qızı Əzizova (29 yanvar 1981, Stepanakert) — Xatirə İslam səhnə adı ilə tanınan Azərbaycan müğənnisi. Xatirə İslam 29 yanvar 1981-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Buradakı 4 nömrəli məktəbdə birinci sinifədək təhsil almışdır. Məcburi köçkün həyatı yaşamış və Sabunçu rayonunda orta təhsil almışdır. İlk ixtisası tibb bacısı olub, lakin daha sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Səhnədə ilk addımlarını 2000-ci ildə atmışdır. Müəllimi İslam Rzayev olub. Yox Sevgilim (2006) Ağlar Yenədə (2008) Albom Kolleksiyası (2009) Yarım (2011) Aman Yarim (2016) Albom Kolleksiyası (2016) Artist.az — müğənni Xatirə İslam birbaşa sifarişi "Bankir oğlu: "Müğənni Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq" — baku.ws". Archived from the original on 2015-09-15. İstifadə tarixi: 15 sentyabr 2015..
Yaponiyada islam
Yaponiyada islam (日本でイスラム, Nihon de İsuramu) az yayılmış dinlərdən biridir. İslam dini Yaponiyaya çox gec çatan dinlərdən biri olmaqla yanaşı xristianlıqdan daha az yayılmış dindir. Müsəlman ölkələrdən uzaqda yerləşməsi, buddizmə marağın daha güclü olması və uzunmüddətli izolyasiya şəraitinə görə Yaponiya islamla ancaq XIX əsrin sonlarında tanış olub. 1920-ci illərdə ilk dəfə Rusiyadan müsəlmanların Yaponiyaya miqrasiyası baş verib. Quranın yapon dilinə ilk tam tərcüməsi də 1920-ci ilə təsadüf edir. 1930-cu illərdə Yaponiya hökumətinin müsəlmanlara dəstək siyasəti nəticəsində ilk məscidlər ortaya çıxıb və ölkədə islam araşdırmaları güclənib. İkinci dünya müharibəsindən sonra yapon müsəlmanları ilk təşkilatlarını (1952) və ilk məscidlərini (1977) qurublar. 1973-cü ildə baş verən Neft böhranı və 1979-cu ildə İranda baş verən islam inqilabı Yaponiyada islama olan marağı daha da gücləndirib. 1990-cı illərdə müsəlman ölkələrdən başlayan miqrasiya axınının güclənməsi də Yaponiyada müsəlman əhalinin artmasına səbəb olur. Hal-hazırda Yaponiyada 200 min müsəlman yaşayır ki, onlardan 43 mini yapon müsəlmanlardır.
Yusuf İslam
Ket Stevens ( ing. Cat Stevens) (əsil adı Stephen Demetre Georgioudur), 21 iyul 1948-ci ildə London*da anadan olmuşdur. Musiqi fəaliyyətinə Cat Stevens adıyla başlamışdır. Cat Stevens 1977-ci ildə İslam dinini qəbul etmiş və yeni Yusuf İslam adını qəbul edır. Cat Stevensın 1960-1970-ci illərdə 60 milyondan çox albomu satılmışdır. "Wild World", "Morning Has Broken", "Peace Train" və "The First Cut Is the Deepest" muğənninin məşhur albomlarındandır. Stivensin atası əslən Kipr yunanı Stavros Georgi, anası isə isveçli İnqrid Uikmandır. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər. Ancaq Stivensin dərin xristianlıq duyguları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım" deyəcəkdi.
Zəki İslam
Yusifov Zəki İslam oğlu (Zəki İslam; 10 avqust 1939, Cil, Krasnoselsk rayonu – 2018, Bakı) — Azərbaycan şairi, "Qızıl qələm" mükafatı laureatı. Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir. Zəki İslam məşhədi, kərbəlayi və hacıdır. Göyçənin tonqalı sinəmdə yanır.
Çində islam
İslam Çinə Tan imperatoru Qaotszunun hakimiyyəti dövründə Çinə ticarətə gələn ərəb və fars tacirləri vasitəsilə daxil olmuşdur. Ticarətçilər və diplomatlar tərəfindən istifadə olunan quru yolları İran və Əfqanıstandan keçərək Çinin şimal-qərbinə gəlirdi. Su yolları Quançjou, Tsyuançjou, Xançjou və Yançjou – Çin limanlarına çatana qədər Ərəb dənizindən başlayıb Benqal körfəzindən və Malakka boğazından keçirdi. Ərəb və fars tacirlərinin əksəriyyəti çinli qadınlarla evlənərək Çində məskən salırdılar. Elə onların nəsilləri də Çinin ilk müsəlmanları olmuşdular. 13-cü əsrin başlanğıcında Çingiz xanın qərbə hərbi yürüşləri zamanı Çində Orta və Qərbi Asiyada xidmətə alınmış çoxlu sayda müsəlman peyda oldu. Bu müsəlman əsgərləri (onların bəziləri sənətkar və kiçik məmur idilər) də islamı yayırdılar. Yuan dövründə (1271-1368) bütün ölkə boyu məscidlər tikilmişdir; müsəlmanlar müxtəlif səviyyəli hökumət vəzifələri tuturdular. Min və Tsin dövrü dekretlərində islam dövlət tərəfindən tanınır və Çində inkiçaf etməyə başlayır. O, ən çox Çinin 10 milli azlıqları: xuey, uyğur, qazax, tatar, qırğız, tacik, özbək, dunsyan, salar, baoanlar arasında yayılmışdır.
İndoneziyada islam
İndoneziyada İslam — islam dini İndoneziya ərazisində. Bu ölkədə islam dini tacirlərin vasitəsilə yayılıb. XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarından gələn qafqazlı Mövlanə Malik İbrahim əs-Səmərqəndi və yaxud da Sunam Qirsik deyə tanınan şəxsin İndoneziyaya gəlişi ilə islam dini bu torpaqlarda formalaşmağa başlamışdır. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada islam dinini yaymağa başlamışdır. İndoneziya əhalisinin böyük əksəriyyəti - 87 faizi müsəlmanlardır. Hazırda 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur. Açeh İndoneziyanın yeganə əyalətidir ki, burada şəriət məhkəmələri fəaliyyət göstərir. Bu məsələ 2004-cü ildə müzakirələrə səbəb oldu və narahatlıq doğurdu. Müzakirə əsnasında qaldırılan bir çox məsələlər din azadlığına toxunurdu. Bununla belə, Açeh dövlətin şəriətə xüsusi icazə verdiyi yeganə əyalət olaraq qaldı.