Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skripka
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Skripka üçün iyirminci sonata (Motsart)
Skripka üçün iyirminci sonata C Major- da (K. 303 / 293c) Volfqanq Amadey Motsartın 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələmişdir və həmin il Motsartın Mariya Yelizabetə həsr olunmuş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Adagio — Allegro Molto — Adagio Tempo di Menetto Zaslaw, Neal; Cowdery, William (1990). Tamamilə Motsart: Wolfgang Amadeus Motsartın Musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Skripka üçün on doqquzuncu sonata (Motsart)
Skripka üçün on doqquzuncu sonata — E-Flat Major ( K 302 / 293b) -da Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələnmişdir. Əsər ilk dəfə elə həmin ildə Motsartın Mariya Yelizavettaya həsr edilmiş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Allegro Andante Grazioso Zaslaw, Neal; Cowdery, William (1990). Motsartın bütün əsərləri: Volfqanq Amadey Motsartın musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Skripkaçı
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Azad Əliyev (skripkaçı)
Azad Həmzə oğlu Əliyev (13 mart 1928, Gəncə – 17 avqust 1994, Ankara) — skripkaçı, Azərbaycanın əməkdar artisti (1959), Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == 1951–1971-ci illərdə Azərbaycan Dövlət Simli Kvarteti tərkibində çıxış etmişdir. Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olmuşdur. Repertuarına rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də daxil idi. Kvartetin tərkibində Beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuşdur. 1970–1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, 1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuşdur.
Ceyhun İsmayılov (skripkaçı)
Ceyhun Təhmasib oğlu İsmayılov (Maestro Ceyhun; 27 iyun 1975, Sumqayıt) — musiqiçi, skripka ifaçısı, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Ceyhun İsmayılov 1975-ci ildə Sumqayıtda doğulub. Əslən Qubadlıdandır. Sumqayıt Musiqi Texnikumunda və Konservatoriyada təhsil alıb. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Skripkaçı (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
Zəhra Quliyeva (skripkaçı)
Zəhra Teymur qızı Quliyeva (d. 23 avqust 1951, Bakı) — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir. Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış etmiş, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış etmiş və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmişdir. O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləmişdir. Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır.
Skripkanın Sərgüzəşti (1972)
Skripkanın sərgüzəşti — Rejissor Şamil Mahmudbəyovun filmi. Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Odessada cərəyan edir. Burada vətənpərvərlikdən, kütləvi qəhrəmanlıqdan, xalqlar dostluğundan, vətən üçün çətin dövrdə onun müdafiəsinə qalxmış gənc qəhrəmanların hünərindən danışılır. Eyni zamanda filmdə qəhrəmanların qiymətli skripkanı almanlardan qorumaları rəmzi səciyyə daşıyır. Bu, xoşbəxtliyin, musiqinin, xeyirxahlığın, sevincin qorunması, bütün bunların yenidən yaşadılması deməkdir. Film yazıçı Firudin Ağayevin "Qardaşlar" povesti əsasında ekranlaşdırılmışdır. Ssenari müəllifi: Firudin Ağayev, Solomon Rozen Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Vasif Adıgözəlov Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Ramiz Əliyev Qrim rəssamı: G.Koçarov Montaj edən: Nelli Mahmudova Rejissor assistenti: Adil İsmayılov Operator assistenti: S.Kaşiyev, Ələsgər Ələkbərov Rəssam assistenti: N.Viçina, L.İvanova Redaktor: Nataliya Şneyer, İntiqam Qasımzadə Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Filmin direktoru: Əli Məmmədov Əsərlərindən istifadə edilən bəstəkar: Volfqanq Amadey Motsart, Dmitri Şostakoviç Kamran Rəcəbli — Sabir İqor Suxanov — Saşa Pavel Kadoçnikov — Makovski Olev Eskola — Qofman İvan Kosıx — Besfamilnı Pavel Vinnik — Şkil Alla Panova — Lena Nina Menşikova — Nadejda İvanovna Şahmar Ələkbərov — Davud Gennadi Yuxtin — Zaxarçenko Nikolay Barmin Sergey Yurtaykin R.Nərimanbəyov S.Babin N.Dikanski A.Duminiko N.Radetskaya N.İbadov Vladimir Plotnikov Məmmədrza Şeyxzamanov — odessalı (titrlərdə yoxdur) Yusif Vəliyev — Besfamilnı (İvan Kosıx) (titrlərdə yoxdur) Muxtar Maniyev — alman zabiti (titrlərdə yoxdur) Dadaş Kazımov — Şkil (Pavel Vinnik) (titrlərdə yoxdur) Səməndər Rzayev — Makovski (Pavel Kadoçnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — ştandartanfürer (titrlərdə yoxdur) Ofeliya Sənani — Morqaçova (titrlərdə yoxdur) Əminə Yusifqızı — Nadejda İvanovna (Nina Menşikova) (titrlərdə yoxdur) Əzizağa Qasımov — rus (titrlərdə yoxdur) Bahadur Əliyev — Zaxarçenko (Gennadi Yuxtin) (titrlərdə yoxdur) Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Skripkanın sərgüzəşti (film, 1972)

Skripkanın sərgüzəşti

Kripta
Kripta (qədim yunan dilində κρυptή “örtülü yeraltı keçid; gizli yer”) - orta əsrlər Qərbi Avropa memarlığında məbədin qurbangahının və xor hissələrinin altında yerləşən, müqəddəslərin və şəhidlərin qalıqlarının dəfn mərasiminə və nümayişinə xidmət edən bir və ya bir neçə yeraltı tağlı otaqlardır. Məbədin başqa adı “aşağı kilsə”dir. Qədim Romada hər hansı tağlı yeraltı və ya yarı yeraltı otaq kripta adlanırdı. Kript sözünün sinonimi olaraq xristianlıqdan əvvəlki dövrlərdə ölülərin ritual yandırılması yeri, sonralar – xristian məzarları mənasını verən latın dilindəki qəbir (məzar) terminindən istifadə edilə bilər. Kriptanın orijinal forması Konstantinin hakimiyyəti dövrünə məxsus Roma bazilikalarındakı həvarilərin məzarlarından miras qalmışdır. VII əsrdən etibarən apsis formasını təkrarlayan yarımdairəvi formaya malik olan kriptalarda məbədin şərəfinə təqdis olunan müqəddəslərin və şəhidlərin qalıqları saxlanılırdı. X-XI əsrlərdə kriptanın forması dəyişdi: təkcə apsisin altında deyil, həm də məbədin nefləri və transepsiyalarının altında uzanmışdır ki, bu da kriptanın faktiki olaraq ikinci yeraltı kilsəyə çevrilməsinə səbəb olmuşdur.
Saytlararası skript
Saytlararası skript (ing. Cross-site scripting) – veb sistemlərinə hücum növlərindən biri. Veb-səhifəyə zərərli kodun yerləşdirilməsinə və bu kodun bədniyyətlinin veb-serveri ilə qarşılıqlı əlaqəsindən ibarətdir (zərərli kod veb-səhifəni açan istifadəçinin kompüterində yerinə yetirilir). Zərərli kodu veb-serverdə olan boşluqdan və ya istifadəçinin kompüterindəki boşluqdan istifadə etməklə veb-səhifəyə yerləşdirmək olar. XSS hücumlarının dəqiq təsnifatı yoxdur, lakin ekspertlərin çoxu XSS-in ən azı iki növünü fərqləndirirlər: “əks olunmuş XSS” (“reflected XSS”) və “saxlanılan XSS” (“stored XSS”). Termin üçün “XSS” qısaltması kaskad stil cədvəlləri üçün istifadə edilən “CSS” (Cascading Style Sheets) qısaltması ilə səhv salmamaq üçün istifadə edilir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Yan Ripka
Yan Rıpka (çex. Jan Rypka; 28 may 1886-29 dekabr 1968)—Çex şərqşünası. Məşhur çex alimi Yan Rıpka belə hesab edir ki, Hafiz Şirazi və Sədidən sonra Saib Təbrizi ən parlaq şairdir. Tanınmış çex şərqşünas filoloqları və tədqiqatçıları Yan Ripka, Zdenki Veselanın bu sahədə xüsusi xidmətləri vardır. Yan Ripka nəinki çex-Azərbaycan ədəbi əlaqələri, bütövlükdə iki xalq arasında mədəni əlaqələrini formalaşmasında çox böyük rolu olan ziyalılardandır. Onun, xüsusilə dahi Azərbaycan klassiki Nizami Gəncəvi yaradıcılığını tədqiq etməsi, şairin əsərlərini çex dilinə tərcümə etməsi çox böyük bəşəri bir hadisə oldu. Yan Ripkanın bu sahədə tədqiqatçılıq fəaliyyəti ötən əsrin 30-cu illərindən başlamışdı ki, bu da görkəmli tədqiqatçını çex-Azərbaycan mədəni əlaqələrinin yaranmasında ilk təşəbbüskarlardan biri kimi səciyyələndirir. Ripkanın "Yeddi gözəl" əsərini tərcümə etməsi 1939-cu ildə başa çatdı. Tərcümə elə həmin il Praqada Avropa ədəbi birliyinin vəsaiti hesabına nəşr olundu. Əsərin tam şəkildə çex dilində nəşri 1943-cü ildə sona çatdı.
Stiv Şirippa
Steven Ralph "Steve" Schirripa (ing. Steve Schirripa; 3 sentyabr 1957, Bensonhurst, Brooklyn) — ABŞ aktyoru.
Yan Rıpka