VİOLONÇÉL

[ ital. ] mus. Skripka tipində düzəldilmiş yayla çalınan bastenor diapazonlu dördsimli musiqi aləti.
Daşıdığı adından bəlli olduğu kimi, simli orkestrin tərkibi yalnız simli musiqi alətlərindən (skripka, alt, violonçel və kontrabas) ibarətdir. Ə.Bədəlbəyli.

VİÓLA
VİOLONÇELÇALAN
OBASTAN VİKİ
Violonçel
Violonçel — yaylı ailəsindən dört simli musiqi aləti. Bu çalğının atası viola da Gamba adı verilən 7 ədəd teli olan pərdəli bir çalğıdır. Violonçel; skripka, alt və kontrabas ilə eyni ailədəndir. Skripka ilə violonçelin görünüşü bir-birini xatırlatsa da ölçüləri çox fərqlidir. XVI əsrdə ilk nümunələri Fransada ortaya çıxan bu çalğının şəkli qadın bədənini xatırladır. Başlanğıcda beş telli olaraq tərtib edilən bu çalğı, əvvəllər orkestrdə bas səsləri dəstəkləmək üçün istifadə edilmişdir. Tək başına diqqətə çarpan bir çalğı olaraq ortaya çıxması isə XVIII əsrdə olmuşdur. Violonçel, ümumiyyətlə, akustik olaraq istifadə edilən bir alətdir. Hər məkanda (açıq alan, konsert salonu və s.) ifa oluna bilər. Qarşıdan baxıldığında gövdəsinin orta hissəsində olan və əl yazısı ilə f hərfini xatırladan 2 səs dəliyi, və eşik (körpü) olaraq adlandırılan bir dəstək olur.
Violonçel Sonatası (Şopen)
Violonçel Sonatası — Şopen tərəfindən yazılmış Violonçel sonatası (G (sol) minor, Op. 65) 1846-cı ildə yayımlanmışdır.Bu əsər Şopenin pianodan başqa instrumentlər üçün yazdığı 9-cu əsərdir (ancaq yenə də hər bir əsərinin içində piano var).39 illik həyatında 4 sonata yazan bəstəkarın digər 3 sonatası piano üçün idi.Bu violonçel sonatası isə onun sağlığında yayımlanmış sonuncu əsər olma xüsusiyyətini daşıyır. Sonata Auguste Frenchomme üçün yazılmış və ona həsr olunmuşdur.Sonata materialın cəmləşməsi nəzərindən diqqətə layiqdir: ilk hissədə musiqinin əsas hissəsi violonçelin açılışından inkişaf etməyə başlayır və müəyyən qaydada digər hissələrdə də davam edir.Əsərin son 3 hissəsi xalqa açıq şəkildə, bəstəkarın son konsertində, bəstəkarın özü və Franchomme ilə birlikdə 16 fevral 1848-ci ildə, Salle Pleyeldə ifa edildi. Əsər 4 hissədən ibarətdir: Alleqro moderato G (sol) minor Skerso D (re) minor, Trio D (re) major Larqo B♭ (si bemol) major Final. Alleqro G (sol) minor, sonluq G (sol) major Əsərin ifası 30 dəqiqəyə yaxın vaxt tələb edir.
Sabir Əliyev (violonçel ifaçısı)
Sabir Hüseynəli oğlu Əliyev (10 may 1928, Bakı – 26 oktyabr 1983, Bakı) — violonçel ifaçısı, Azərbaycan SSR xalq artisti (1972). Əliyev Sabir Hüseynəli oğlu 1928-ci il may ayının 10-da Bakıda, qaynaqçı ailəsində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinə daxil olmuşdur. Musiqi məktəbini müvəffəqiyyətlə bitirən Sabir Əliyev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olmuş, L.Rostropoviçin tələbəsi İsaak Turiçinin sinfində təhsil almışdır. 1951-ci ildə simli alətlər fakültəsini bitirmişdir. İlk dəfə 1950-ci ildə Bakı Dövlət Filarmoniyasında Sabir Əliyev (violonçel), Tofiq Bakıxanov (skripka), E.Əliyeva (piano) triosu ilə çıxış etmişdir. Təhsil aldığı ilk illər ərzində o, Sovet bəstəkarlarının klassik repertuarını müvəffəqiyyətlə mənimsəmiş, həmçinin bir çox konsert proqramlarında və Azərbaycan Dövlət Radiosunda çıxışlar etmişdir. 1950-ci ildə hələ tələbə ikən M. Rostropoviç, D. Şafran, Lesko kimi görkəmli sənətkarlarla birgə Yanoş Viqan adına Beynəlxalq müsabiqədə iştirak etmiş və Fəxri fərmana layiq görülmüşdür. Konservatoriyanı müvəffəqiyyətlə bitirən Sabir Əliyev orada müəllim kimi saxlanılmış və eyni zamanda Bülbül adına Musiqi Məktəbinin Simli alətlər şöbəsinin müdiri kimi çalışmışdır. Müslüm Maqomayev adına ADF-nın solisti, 1955-ci ilə qədər Üzeyir Hacıbəyov adına Simfonik orkestrin konsertmeysteri, Azərbaycan Dövlət Trio və Dövlət Kvartetinin üzvü, xalq mahnı və rəqslərinin təmsilçisi, milli bəstəkarların violonçel üçün bir çox kompozisiyaların ilk ifaçısı, respublikanın ilk simli kamera kollektivinin iştirakçısı və bir neçə illər ərzində kollektivin bədii rəhbəri olmuşdur.

Digər lüğətlərdə