Фразеологический словарь азербайджанского языка

  • DONA GİRMƏK

    məqsədinə çatmaq üçün əsl niyyətini gizlədərək özünü başqa cür göstərmək; ~ cildə girmək, cildini dəyişmək, rola girmək, dondan-dona girmək

    Полностью »
  • DONA SALMAQ

    əslində olmayan bir şeyə məna vermək, bir şeyin formasını, cildini dəyişmək.

    Полностью »
  • DONDAN-DONA GİRMƏK

    aldatmaq, ikiüzlülük etmək; ~ dona girmək, cildə girmək, cildini dəyişmək, rola girmək, rəngdən-rəngə girmək

    Полностью »
  • DONUZU DARIDAN ÇIXARMAQ

    məsələni güc tətbiqi ilə həll etmək.

    Полностью »
  • DOR DİBİNDƏN QAÇMAQ

    təhlükədən uzaqlaşmaq, ölümdən canını qurtarmaq.

    Полностью »
  • DOŞAB ALIB, BAL ÇIXIB

    gözlənildiyindən də yaxşı çıxmış bir şey haqqında deyilən ifadə.

    Полностью »
  • DOV GƏLMƏK

    üstün gəlmək, qarşısında dura bilmək, ayaqlaşa bilmək; ~ güc gəlmək.

    Полностью »
  • DOVŞAN BIĞI

    xeyrə-şərə yaramayan, kara gəlməyən adam.

    Полностью »
  • DOVŞANA QAÇ DEYİR, TAZIYA TUT

    ikibaşlı oyun oynayan, tərəfləri qızışdıran adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DOVŞANI ARABA İLƏ TUTMAQ

    bir şeyi üsulluca, səbirlə, ustalıqla əldə etməyə çalışmaq, çox ciddi siyasət işlətmək, hiylə ilə məqsədinə çatmaq

    Полностью »
  • DOVŞANI NALLAMAQ

    yersiz hərəkət etmək, yersiz danışmaq.

    Полностью »
  • DÖLÜ QATMAQ

    başqa bir nəsildən, yad bir məmləkətdən evlənmək.

    Полностью »
  • DÖNÜK ÇIXMAQ

    etibarsız olmaq; ~ ilqarından dönmək, gözünü duz-çörək tutmaq.

    Полностью »
  • DÖRD DİVAR ARASINDA QALMAQ

    ətraf aləmdən, cəmiyyətdən təcrid olmaq, heç kəslə əlaqə saxlamamaq.

    Полностью »
  • DÖRD DİVAR ARASINDA SAXLAMAQ

    ətraf aləmdən təcrid etmək, başqaları ilə əlaqə saxlamağa imkan verməmək; ~ qəfəsdə saxlamaq.

    Полностью »
  • DÖRD DOLANMAQ

    hər yeri diqqətlə gəzmək, hər tərəfə baxmaq.

    Полностью »
  • DÖRD ƏLLƏ

    ürəklə, həvəslə, bərk-bərk.

    Полностью »
  • DÖRD GÖZLƏ

    çox diqqətlə; səbirsizliklə, böyük bir intizarla.

    Полностью »
  • DÖRD YANINA DOLANMAQ

    canla-başla qulluq göstərmək, əzizləmək.

    Полностью »
  • DÖRDDƏ ALACAĞI YOX, BEŞDƏ VERƏCƏYİ

    bax: beşdə alacağı yox, üçdə verəcəyi.

    Полностью »
  • DÖRDƏLLİ YAPIŞMAQ

    bir şeyi (vəzifə və s.) əlindən buraxmamaq, qorumaq.

    Полностью »
  • DÖŞ-DÖŞƏ GƏLMƏK (DURMAQ)

    mübahisə etmək, münaqişə etmək, dalaşmaq, güləşmək; ~ üz-üzə gəlmək, diş-dişə dayanmaq.

    Полностью »
  • DÖŞƏYƏ DÜŞMƏK

    xəstə olmaq, xəstələnmək; ~ yorğan-döşəyə düşmək, yatağa düşmək, sağ cana həsrət qalmaq.

    Полностью »
  • DÖŞÜNƏ DÖYMƏK (VURMAQ)

    lovğalanmaq, öyünmək; ~ sinəsinə döymək, mənəm-mənəm demək.

    Полностью »
  • DÖŞÜNƏ SÜD GƏLMƏK

    dan. 1. Qəfil edilən yaxşı təklif və ya gözlənilməz xoş xəbərdən hədsiz sevinmək.  2. Evdə kiçikyaşlı uşaqlara baxmaq məcburiyyətində qalmış kişilər h

    Полностью »
  • DÖŞÜNƏ YATMAQ

    xoşlamaq, ürəyincə olmaq; ~ canına yatmaq (sinmək), ürəyinə yatmaq, xoşuna gəlmək.

    Полностью »
  • DÖŞÜNÜ QABAĞA (İRƏLİ) VERMƏK

    hamıdan qabaq irəliyə atılmaq, zərbəni öz üzərinə götürmək, özünü qorxmadan qabağa vermək, müqavimət göstərmək; ~ sinə gərmək

    Полностью »
  • DÖVLƏT QUŞU

    zənginlik, gözlənilməz uğur mənasında işlədilən ifadə.

    Полностью »
  • DÖVRAN DOLANMAQ

    vaxt gəlib-keçmək, başa çatmaq, dövr vurub qurtarmaq.

    Полностью »
  • DÖVRAN KEÇİRMƏK

    bax: dövran sürmək.

    Полностью »
  • DÖVRAN QURMAQ

    təntənə düzəltmək, ziyafət, şənlik keçirmək.

    Полностью »
  • DÖVRAN SÜRMƏK

    yaşamaq; ~ ömür sürmək, həyat sürmək, dövran keçirmək.

    Полностью »
  • DÖVRƏ VURMAQ

    fırlanmaq, dairəvi xətt üzrə hərəkət etmək.

    Полностью »
  • DÖVRƏYƏ ALMAQ

    əhatə etmək, mühasirə etmək, dörd tərəfinə yığışmaq, ətrafına toplaşmaq.

    Полностью »
  • DÖVRÜN NƏBZİNİ TUTMAQ

    bax: zamanın nəbzini tutmaq.

    Полностью »
  • DÖYMƏDİYİ QAPI QALMAMAQ (QOYMAMAQ)

    problemin həlli üçün güman gələn hər yerə baş vurmaq, müraciət etmək; ~ açmadığı qapı qalmamaq (qoymamaq)

    Полностью »
  • DUMDUM HALVASI

    tapılmayan, mümkün, yaxud asan olmayan şey.

    Полностью »
  • DURDUĞU YERDƏ

    gözlənilmədən, heç bir səbəb olmadan, nahaqdan.

    Полностью »
  • DURU SUYU BULANDIRMAQ

    bax: suyu bulandırmaq.

    Полностью »
  • DURU YERİNDƏN

    ən azından, minimum.

    Полностью »
  • DURUŞ GƏTİRMƏK

    tab etmək, dözə bilmək; ~ davam gətirmək, bərk durmaq.

    Полностью »
  • DURUYA ÇIXARTMAQ

    birini müdafiə etmək, onun doğru, düzgün, günahsız olduğunu başqalarına inandırmaq; ~ bəraət qazandırmaq

    Полностью »
  • DUYUQ DÜŞMƏK

    nəyisə hiss etmək, baş verəcək bir hadisəni qabaqcadan duymaq.

    Полностью »
  • DUYUQ SALMAQ

    ayıltmaq, xəbərdar etmək, hiss etdirmək; ~ ayıq salmaq.

    Полностью »
  • DUZ-ÇÖRƏK KƏSMƏK

    yoldaşlıq, dostluq etmək; ~ çörək kəsmək.

    Полностью »
  • DUZ-ÇÖRƏYİ BASMAQ

    bax: duz-çörəyi itirmək.

    Полностью »
  • DUZ-ÇÖRƏYİ İTİRMƏK

    yaxşılığın müqabilində pislik etmək, yaxşılığı yaddan çıxarmaq, vəfasızlıq etmək, dönük olmaq; ~ çörəyi dizinin üstündə olmaq

    Полностью »
  • DUZA GEDƏN VAXTIDIR

    gənc, təcrübəsi olmadığı halda bir şeyə çox həvəsli adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DUZA GETMƏK

    nəticəsini fikirləşmədən bir şeyə meyil etmək; bir işə girişərkən çətinlikləri göz önünə almamaq.

    Полностью »
  • DUZA QOYACAM?

    “nəyimə gərəkdir?”, “lazımsızdır”, “onsuz da istifadə etməyəcəyəm” mənalarında işlədilən ifadə.

    Полностью »