Фразеологический словарь азербайджанского языка

  • ÇÖPƏ DƏYMƏZ

    dəyərsiz bir şey haqqında işlədilən ifadə; ~ bir qara pula dəyməz.

    Полностью »
  • ÇÖPƏ DÖNMƏK

    çox arıqlamaq; ~ ayaq üstə qurumaq.

    Полностью »
  • ÇÖPÜ ÇÖP ÜSTƏ QOYMAMAQ

    heç bir iş görməmək.

    Полностью »
  • ÇÖRƏK AĞACI

    qazanc yeri, dolanışıq mənbəyi.

    Полностью »
  • ÇÖRƏK GÖZÜNÜ TUTMAQ

    etdiyi namərdliyə, xəyanətə görə əzaba düçar olmaq; ~ çörək qənim olmaq, çörək tutmaq.

    Полностью »
  • ÇÖRƏK KƏSMƏK

    1. Yoldaşlıq, dostluq etmək.  2. Birlikdə çörək yemək; ~ birlikdə bir pud duz yemək, duz-çörək kəsmək

    Полностью »
  • ÇÖRƏK QƏNİM OLMAQ

    bax: çörək gözünü tutmaq.

    Полностью »
  • ÇÖRƏK TAPMAMAQ

    bir dilim çörəyə həsrət qalmaq, kasıb olmaq.

    Полностью »
  • ÇÖRƏK TUTMAQ

    yaxşılığı itirdiyinə görə cəzalanmaq; ~ çörək gözünü tutmaq.

    Полностью »
  • ÇÖRƏK VERMƏK

    işə götürmək, peşə öyrətmək, maaş vermək.

    Полностью »
  • ÇÖRƏKDƏN DÜŞMƏK

    1. Xəstə olduğuna görə yemək yeyə bilməmək.  2. Pul qazanmamaq; vəzifəsindən uzaqlaşdırılmaq.

    Полностью »
  • ÇÖRƏKLƏ İMTAHANA ÇƏKMƏK

    dolanışığını, güzəranını pisləşdirmək, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq, çörəyə möhtac etmək

    Полностью »
  • ÇÖRƏYƏ ÇATDIRMAQ

    işə düzəltmək, peşə öyrətmək, böyüdərək iş-güc sahibi etmək.

    Полностью »
  • ÇÖRƏYƏ ƏL BASMAQ

    and içmək, haqlı olduğunu kiməsə inandırmağa çalışmaq; ~ Qurana əl basmaq.

    Полностью »
  • ÇÖRƏYİ AYAQLAMAQ (TAPDALAMAQ, BASMAQ)

    bax: çörəyi dizinin üstündə olmaq.

    Полностью »
  • ÇÖRƏYİ ÇÖRƏKÇİYƏ VERMƏK

    işi işbilənə tapşırmaq; ~ tamarzıdan alıb dadmışa vermək.

    Полностью »
  • ÇÖRƏYİ DAŞDAN ÇIXMAQ

    çox çətinliklə, əzab-əziyyətlə pul qazanmaq.

    Полностью »
  • ÇÖRƏYİ DİZİNİN ÜSTÜNDƏ OLMAQ

    etibarsızlıq etmək, yaxşılığı yaddan çıxarmaq, vəfasızlıq etmək, nankor olmaq; ~ yaxşılığı itirmək, kəsdiyi çörəyi tapdalamaq (ayaqlamaq), naxələf çıx

    Полностью »
  • ÇÖRƏYİ İTİRMƏK

    bax: çörəyi dizinin üstündə olmaq.

    Полностью »
  • ÇÖRƏYİ KƏSİLMƏK

    maaşdan, gəlir yerindən məhrum olmaq.

    Полностью »
  • ÇÖRƏYİ QULAĞINA YEMƏMƏK

    çox şeydən xəbərdar olmaq, avam olmamaq.

    Полностью »
  • ÇÖRƏYİNƏ BAİS OLMAQ

    çətinliyə düşməsinə, dolanışıq yerini itirməsinə səbəb olmaq; ~ ac qoymaq, çörəyini əlindən almaq, çörəyini kəsmək, ruzisini kəsmək

    Полностью »
  • ÇÖRƏYİNƏ HARAM QATMAQ

    pulu haram yolla qazanmaq, halal-haram bilməmək; ~ mayasına haram qatmaq.

    Полностью »
  • ÇÖRƏYİNƏ TƏPİK ATMAQ

    naşükür olmaq, nankorluq etmək, yediyi çörəyə hörmət qoymamaq.

    Полностью »
  • ÇÖRƏYİNİ ƏLİNDƏN ALMAQ

    bax: çörəyinə bais olmaq.

    Полностью »
  • ÇÖRƏYİNİ İT YEYƏR, BOYNUNU BİT

    malını, qazancını başqaları yeyən, ancaq özü səfil bir həyat sürən adam haqqında işlədilən ifadə.

    Полностью »
  • ÇÖRƏYİNİ KƏSMƏK

    bax: çörəyinə bais olmaq.

    Полностью »
  • ÇÖRƏYİNİN DUZU OLMAMAQ

    qədri bilinməmək, zəhmətinə qiymət verilməmək.

    Полностью »
  • ÇUL DÜŞMƏK

    çox yorulmaq, taqətsiz olmaq.

    Полностью »
  • ÇULUNU SUDAN ÇIXARMAQ

    müəyyən bacarığı olmaq; çətin vəziyyətdən özünü birtəhər çıxara bilmək; özünü birtəhər dolandırmaq.

    Полностью »
  • ÇUVALI BOŞ QALMAQ

    heç nə qazanmamaq, ruzisi olmamaq, kasıb olmaq.

    Полностью »
  • ÇÜNKİ OLDUN DƏYİRMANÇI, ÇAĞIR GƏLSİN DƏN, KOROĞLU

    hər hansı səbəbdən xoşagəlməz vəziyyətə düşmüş adamın həmin vəziyyətlə barışmağa məcbur olduğunu bildirən ifadə

    Полностью »
  • ÇÜRÜK QOZA DA DƏYMƏZ

    dəyərsiz, əhəmiyyətsiz bir şey haqqında işlədilən ifadə.

    Полностью »
  • ÇÜRÜMÜŞ KƏNDİRLƏ QUYUYA GİRMƏK

    işini ehtiyatsız tutmaq, tədbirli olmamaq.

    Полностью »
  • ÇÜRÜYÜNÜ ÇIXARTMAQ

    bax: sözün çürüyünü çıxartmaq.

    Полностью »
  • DABAN ALMAQ

    yüyürüb getmək, uzaqlaşmaq; ~ dabanına tüpürmək.

    Полностью »
  • DABAN DÖYMƏK

    bir yerə dəfələrlə gedib-gəlmək; ~ ayaq döymək.

    Полностью »
  • DABAN SAXLAMAMAQ

    dayanmadan, dincini almadan getmək.     

    Полностью »
  • DABANI BƏRKİTMƏK

    getməyə, yola düşməyə hazırlaşmaq.

    Полностью »
  • DABANI GETMƏK

    hədsiz çox gəzmək, uzun məsafə qət etmək, piyada gəzməkdən yorulmaq.

    Полностью »
  • DABANINA DAŞ DƏYMƏK

    yubanmaq, gecikmək, ləngimək.

    Полностью »
  • DABANINA TÜPÜRMƏK

    qaçmaq, yerindən sürətlə götürülmək, yüyürüb getmək; ~ daban almaq.

    Полностью »
  • DABANLARI AĞARMAQ

    yorulmaq.

    Полностью »
  • DABBAĞDA GÖNÜNƏ BƏLƏD OLMAQ

    bir adamın keçmişinə və hər cür gizli işlərinə bələd olmaq, iç üzünü bilmək.

    Полностью »
  • DAD ÇƏKMƏK

    şikayətlənmək, narazılıq etmək, dad eləmək.

    Полностью »
  • DAD YARIMÇIQ ƏLİNDƏN

    işi başlayıb sona çatdırmayan, hazırlıqsız və səhlənkar adam haqqında işlədilən ifadə.

    Полностью »
  • DADA ÇATMAQ

    köməyinə yetişmək; ~ haraya çatmaq (yetişmək).

    Полностью »
  • DADA GƏTİRMƏK

    dadlı, ləzzətli etmək.

    Полностью »
  • DADANMISAN DOLMAYA, O DA BİR GÜN OLMAYA

    rahat yaşamağa öyrənmiş bir adamın sonradan ağır vəziyyətə düşə biləcəyi ilə bağlı işlədilən ifadə.

    Полностью »
  • DADI DAMAĞINDA QALMAQ

    unutmamaq, yaddan çıxarmamaq, daim xatırlamaq; ~ dadı damağından getməmək (çıxmamaq).

    Полностью »