bax: boynunun ardını görər.
vəziyyəti ağırlaşmaq, ölümü yaxınlaşmaq; ~ qulağının dibindən halva iyi gəlir.
lap yaxında, bir addımlığında; ~ əl uzatsan, çatar (yetər), ağzının içində.
ölümü yaxınlaşan adam haqqında işlədilən ifadə.
özünü eşitməyən kimi göstərmək; eşitməmək.
1. Dinləmək. 2. Deyilənə əməl etmək, deyiləni qəbul etmək, fikir vermək; ~ sözə baxmaq.
diqqətlə dinləmək, diqqətlə qulaq asmaq, diqqət etmək.
aldatmaq, aldadıb pulunu və ya başqa bir şeyini əlindən almaq, hiylə ilə birindən bir şey qoparmaq.
dinləməyə, eşitməyə çalışmaq; ~ qulaqlarını şəkləmək.
deyilənə qulaq asmamaq, ciddi qəbul etməmək, əhəmiyyət verməmək; ~ qabırğasının qalın yerinə salmaq.
cəzalandırmaq, tənbeh etmək; ~ qulağını burmaq.
oyanmağa, maariflənməyə mane olmaq, qəflətdə, cəhalətdə saxlamaq.
arzu edilməyən və ya adı çəkilmək istənilməyən bir şey (hadisə) haqqında danışılarkən deyilən ifadə; ~ şeytan qulağı kar olsun
karlıq yaranmaq, eşitməmək; bərk səs-küydən narahat olmaq; ~ baş-beyni getmək.
bir şeyi eşitmək həvəsində olub bütün diqqətini ona vermək; ~ qulağı darı dəlmək, qulaq vermək.
hər istək və tapşırığını yerinə yetirmək; ~ xidmət göstərmək, qulluq göstərmək.
bax: qulluğunda dayanmaq (durmaq).
bax: qəmiş qoymaq.
imkanı, gücü çatan qədər, bacardığı qədər.
heç vaxt, heç zaman; ~ keçi ağaca çıxanda, dəvənin quyruğu yerə dəyəndə.
zəmin, bünövrə yaratmadan, möhkəm əsas, təməl qoymadan bir iş görmək.
əlini Quran kitabı üstünə qoyaraq and içmək, vəd vermək və ya dediyinin doğru olduğuna başqalarını inandırmaq; ~ çörəyə əl basmaq
Qurana dönə-dönə and içmək; özünü dürüst və imanlı göstərmək.
sakitləşdirmək, tam sakitlik hökm sürmək.
çətin bir işin uğurlu alınması üçün Allah yolunda heyvan kəsib paylamağı əhd etmək.
kiminsə və ya nəyinsə uğrunda canından keçmək.
nəyinsə və ya kiminsə xatirinə güzəştə getmək, bağışlamaq məqamında işlədilən ifadə.
qarşıya qoyulan məqsədə çatmaq üçün özünün və ya başqasının malından, canından keçmək.
bax: güdazına getmək.
təhlükədən xilas etmək.
“bir işi görmək, yaxşılıq etmək üçün hələ imkan var” mənasında işlədilən ifadə.
əmin-amanlıq, dinclik, qarşılıqlı anlaşma, sakitlik hökm sürən yer haqqında işlədilən ifadə.
cəsarətli, ürəkli olmaq, qorxmamaq.
bax: qaşınmayan yerdən qan çıxarmaq.
çox yaşamaq, ölməmək, həmişə yaşamaq.
köhnə ədavəti yada düşmək, içində intiqam hissi oyanmaq; köhnə vərdişi yada düşmək.
işləri yaxşı getmək; ~ bəxti gətirmək.
istəyini, həvəsini təmin etmək; ~ azarını öldürmək.
hiylə işlətmək; ~ tələ qurmaq, tor qurmaq.
1. Arıqlamaq, üzülmək. 2. Darıxmaq; ~ ürəyi sıxılmaq (qısılmaq).
son dərəcə çox olmaq, hədsiz bol olmaq, normadan kənara çıxmaq; ~ həddini aşmaq.
bax: toqqanın altını bərkitmək.
soyuq, ünsiyyətə girməyən; ~ arpa çörəyi.
kasıb, müflisləşmiş əsilzadə, kübar adam.
çox zəif, üzgün, cansız, arıq adam.
sözdə hər şey edib işdə, əməldə kənara çəkilmək.
yalan danışmaq, uydurmaq; ~ böhtan atmaq.
müflisləşmək, hər nəyi varsa əlindən çıxmaq, kasıblaşmaq.
var-yoxunu əlindən almaq, müflis etmək.
çox bacarıqlı, zirək olmaq.