Фразеологический словарь азербайджанского языка

  • ƏL GƏRƏK, TEZ GƏRƏK

    təcili, tələsik görülməli iş haqqında işlədilən ifadə.

    Полностью »
  • ƏL GƏZDİRMƏK

    1. Bir şeyi nizama, səliqəyə salmaq, səliqə-sahman yaratmaq, nəyinsə (mətnin və s.) üzərində işləmək, düzəlişlər etmək; ~ ağız-burnunu düzəltmək

    Полностью »
  • ƏL GÖTÜRMƏK

    bax: əl çəkmək.

    Полностью »
  • ƏL İÇİ KİMİ

    düz, yaxşı, aydın.

    Полностью »
  • ƏL İÇİNDƏ OLMAQ

    asanlıqla nəzarət və müşahidə edilmək.

    Полностью »
  • ƏL İLİŞDİRMƏK

    bir işlə məşğul olmağa başlamaq; ~ barmağını ilişdirmək.

    Полностью »
  • ƏL QALDIRMAQ

    kimisə vurmaq.

    Полностью »
  • ƏL QATMAQ

    müdaxilə etmək, işə qarışmaq; ~ əl aparmaq, əl uzatmaq.

    Полностью »
  • ƏL-QOL ATMAQ

    1. Əsəbi, həyəcanlı halda hədələyici jestlər etmək; ~ əl-qolunu oynatmaq, əllərini ölçmək.  2. Çapalamaq

    Полностью »
  • ƏL-QOLU AÇILMAQ

    məhdudiyyətlərə son qoyub fəaliyyətə başlamaq, sərbəstləşmək, asudəliyə çıxmaq, sərbəst fəaliyyət göstərmək

    Полностью »
  • ƏL-QOLU BAĞLANMAQ

    sərbəst hərəkət edə bilməmək, məhdudiyyət qoyulmaq, heç bir şey edə bilməmək; ~ əl-ayağı bağlı olmaq

    Полностью »
  • ƏL-QOLUNU BAĞLAMAQ

    sərbəst hərəkət imkanından məhrum etmək,  məhdudiyyət qoymaq, fəaliyyət göstərməsinə imkan verməmək; ~ əl-ayağını bağlamaq

    Полностью »
  • ƏL-QOLUNU OYNATMAQ

    bax: əl-qol atmaq.

    Полностью »
  • ƏL-QOLUNU ÖLÇMƏK

    əsəbi halda, həyəcanla, əl-qol hərəkətləri ilə danışmaq; ~ əl-qol atmaq, əllərini ölçmək, qollarını ölçmək

    Полностью »
  • ƏL QOYMAQ

    bir işə qarışmaq; razı olmaq, razılığını bildirmək.

    Полностью »
  • ƏL QUZUSUNA DÖNDƏRMƏK

    üzüyola, sözəbaxan, sakit, həlimxasiyyətli etmək.

    Полностью »
  • ƏL MƏNİM, ƏTƏK SƏNİN

    xahiş, yalvarış mənasında işlədilən ifadə.

    Полностью »
  • ƏL OYUNU

    idmanın tennis, voleybol, basketbol və bu kimi əllə oynanılan növlərindən hər biri.

    Полностью »
  • ƏL SAXLAMAQ

    dayanmaq, toxtamaq, icra etmək istədiyi işi, hərəkəti müvəqqəti dayandırmaq.

    Полностью »
  • ƏL TƏRPƏTMƏK

    tələsmək, cidd-cəhd göstərmək, daha cəld işləməyə başlamaq; ~ əl-ayaq tərpətmək.

    Полностью »
  • ƏL TULASI

    başqasının buyruğuna canfəşanlıqla, yaltaqlıqla riayət edən adam.

    Полностью »
  • ƏL TUTMAQ

    yardım göstərmək, maddi kömək etmək; ~ yardım əli uzatmaq, kömək əli uzatmaq, əlindən tutmaq, qolundan yapışmaq

    Полностью »
  • ƏL UZATMAQ

    1. Müdaxilə etmək, işə qarışmaq; ~ əl aparmaq, əl qatmaq.  2. Yardım etmək, qayğısına qalmaq, maddi kömək etmək, borc vermək

    Полностью »
  • ƏL UZATSAN, ÇATAR (YETƏR)

    lap yaxında olan yer, məkan haqqında işlədilən ifadə; ~ qulağının dibində, ağzının içində.

    Полностью »
  • ƏL ÜSTÜNDƏ ƏL VAR

    bax: dəvədən böyük fil var.

    Полностью »
  • ƏL ÜSTÜNDƏ SAXLAMAQ

    xüsusi diqqət göstərmək; ~ yaxşı baxmaq, qulluğunda durmaq, əldə gəzdirmək.

    Полностью »
  • ƏL VERMƏK

    xeyirli, sərfəli, əlverişli olmaq; ~ işə yaramaq.

    Полностью »
  • ƏL VURMAQ

    1. Girişmək, müdaxilə etmək; ~ işə qarışmaq.  2. Alqışlamaq, əl çalmaq.

    Полностью »
  • ƏL YERİ

    imkan, fürsət, şans.

    Полностью »
  • ƏL YERİ QOYMAMAQ

    qəti qərar vermək, sonradan məsələyə qayıtmaq imkanını saxlamamaq; ~ körpüləri yandırmaq, baltanı dibindən (kökündən) vurmaq

    Полностью »
  • ƏL YETİRMƏK

    yardım göstərmək, kömək etmək; ~ işin qulpundan yapışmaq (tutmaq).

    Полностью »
  • ƏLAC QILMAQ (TAPMAQ)

    çıxış yolu tapmaq.

    Полностью »
  • ƏLACI KƏSİLMƏK

    çarəsiz, ümidsiz qalmaq, çıxış yolu tapa bilməmək; ~ çarəsi kəsilmək, ümidi üzülmək.

    Полностью »
  • ƏLAMANDA QALMAQ

    çətinliyə düşmək, çıxılmaz vəziyyətlə üzləşmək, nə edəcəyini bilməmək; ~ əli qoynunda qalmaq.

    Полностью »
  • ƏLCƏK ATMAQ

    haqq-hesab çürütmək üçün addım atmaq, duelə çağırmaq.

    Полностью »
  • ƏLDƏ-AYAQDA HƏRLƏNMƏK

    yanında olmaq, yan-yörədə dolaşmaq.

    Полностью »
  • ƏLDƏ-AYAQDA İŞLƏMƏK

    başqalarının yanında xırda işlərlə məşğul olmaq, kömək etmək; ~ əl yetirmək.

    Полностью »
  • ƏLDƏ-AYAQDA QALMAQ

    bax: əl-ayaq altında qalmaq.

    Полностью »
  • ƏLDƏ BƏSLƏMƏK

    yaxşı şəraitdə saxlamaq, əhliləşdirmək; ~ ələ öyrətmək.

    Полностью »
  • ƏLDƏ BÖYÜMƏK

    ev şəraitində böyümək, sıxıntı çəkməmək, çətinlik görməmək.

    Полностью »
  • ƏLDƏ ETMƏK

    tapmaq, nail olmaq; ~ ələ gətirmək.

    Полностью »
  • ƏLDƏ GƏZDİRMƏK

    həddindən artıq əzizləmək; ~ nazı ilə oynamaq, qayğısını çəkmək, əl üstündə saxlamaq.

    Полностью »
  • ƏLDƏ QALMAQ

    satılmamaq, gərəksiz, lazımsız olmaq.

    Полностью »
  • ƏLDƏ QOYMAQ

    üzdə, əl altında, hazır vəziyyətdə saxlamaq; ~ əldə saxlamaq.

    Полностью »
  • ƏLDƏ-OVUCDA BİR ŞEY QALMAMAQ

    kasıb olmaq, müflis olmaq, olub-qalanını xərcləmək, hər şeyini itirmək.

    Полностью »
  • ƏLDƏ SAXLAMAQ

    1. Ev şəraitində saxlamaq.  2. Sahibliyini qorumaq, əldən verməmək.  3. Üzdə, əl altında, hazır vəziyyətdə saxlamaq; ~ əldə qoymaq

    Полностью »
  • ƏLDƏN-AYAQDAN DÜŞMƏK

    bax: əldən düşmək.

    Полностью »
  • ƏLDƏN-AYAQDAN GETMƏK

    kimə isə hədsiz sevgi və rəğbət bəsləmək; can-başla qulluğunda durmaq; ~ əldən getmək, özünü öldürmək

    Полностью »
  • ƏLDƏN-AYAQDAN İTİ OLMAQ

    çevik olmaq, cəld hərəkət etmək, qoçaq və diribaş olmaq; ~ diri tərpənmək.

    Полностью »
  • ƏLDƏN-AYAQDAN OLMAQ

    çox gəzməkdən yorulmaq; ~ əldən düşmək.

    Полностью »