Фразеологический словарь азербайджанского языка

  • ƏLDƏN-AYAQDAN SALMAQ

    bax: əldən salmaq.

    Полностью »
  • ƏLDƏN BURAXMAQ

    qaçırmaq, qaçmağına imkan vermək, boşlamaq; ~ əldən çıxarmaq, əldən qaçırmaq.

    Полностью »
  • ƏLDƏN ÇIXARMAQ

    1. Qaçırmaq, qaçmağına imkan vermək; ~ əldən buraxmaq, əldən qaçırmaq.  2. Köhnəltmək, üzmək, dağıtmaq

    Полностью »
  • ƏLDƏN ÇIXMAQ

    1. İtirilmək, yox olmaq; ~ əldən getmək, kisədən getmək.  2. Xarab olmaq, dağılmaq, köhnəlmək, yıpranmaq; ~ əldən düşmək, əldən getmək

    Полностью »
  • ƏLDƏN-DİLDƏN SALMAQ

    bax: əldən salmaq.

    Полностью »
  • ƏLDƏN DÜŞMƏK

    1. Yorulmaq, zəifləmək, üzülmək, halsızlaşmaq; ~ heyi kəsilmək, gücdən düşmək, taqətdən düşmək, kələyi kəsilmək, əhədi kəsilmək (üzülmək), əldən-ayaqd

    Полностью »
  • ƏLDƏN-ƏLƏ DÜŞMƏK

    yayılmaq, bir-birinə ötürülmək; çox əziz olmaq, çox qiymətli, dəyərli olmaq; ~ əldən-ələ gəzmək, əllərdə gəzmək

    Полностью »
  • ƏLDƏN-ƏLƏ GƏZMƏK

    bax: əldən-ələ düşmək.

    Полностью »
  • ƏLDƏN GETMƏK

    1. Bax: əldən-ayaqdan getmək.  2. Məhv olmaq, xarab olmaq; ~ puça çıxmaq, əldən çıxmaq, sıradan çıxmaq

    Полностью »
  • ƏLDƏN İTİ

    çox çevik, tez, cəld hərəkət edən, qoçaq.

    Полностью »
  • ƏLDƏN QAÇIRMAQ

    qaçmağına imkan vermək; ~ əldən buraxmaq, əldən çıxarmaq, fürsəti fövtə vermək, fürsəti əldən vermək (buraxmaq), şansı qaçırmaq (itirmək)

    Полностью »
  • ƏLDƏN QOYMAMAQ

    1. Buraxmamaq, tərgitməmək.  2. Əl çəkməmək, izləmək, davamlı narahat etmək.

    Полностью »
  • ƏLDƏN SALMAQ

    çox yormaq, zəiflətmək; ~ əziyyət vermək, əldən-ayaqdan salmaq, əldən-dildən salmaq, haldan salmaq, taqətdən salmaq, əhədini kəsmək, kələyini kəsmək,

    Полностью »
  • ƏLDƏN VERMƏK

    itirmək, əldə saxlaya bilməmək; ~ əlindən getmək.

    Полностью »
  • ƏLƏ ALMAQ

    1. Öz tərəfinə çəkmək; ~ razı salmaq, yola gətirmək, ələ gətirmək.  2. Vəziyyətə nəzarət etmək, situasiyanı öz nəzarətində saxlamaq

    Полностью »
  • ƏLƏ BAXMAQ

    möhtac olmaq, maddi cəhətdən başqasından asılı olmaq.

    Полностью »
  • ƏLƏ DÜŞMƏK

    tapılmaq; ~ ələ keçmək.

    Полностью »
  • ƏLƏ GƏLMƏMƏK

    tamamilə xarab olmaq, zay olmaq, işə yaramamaq.

    Полностью »
  • ƏLƏ GƏTİRMƏK

    1. Öz tərəfinə çəkmək; ~ razı salmaq, ələ almaq. 2. Nail olmaq; ~ əldə etmək, ələ keçirmək.

    Полностью »
  • ƏLƏ KEÇİRMƏK

    tutmaq, sahib olmaq, mənimsəmək; ~ ələ gətirmək, çənginə keçirmək, girinə keçirmək, pəncəsinə keçirmək

    Полностью »
  • ƏLƏ KEÇMƏK

    tutulmaq, tapılmaq; ~ kəməndə keçmək, girə keçmək, pəncəsinə keçmək, pəncəsinə düşmək, ələ düşmək.

    Полностью »
  • ƏLƏ ÖYRƏTMƏK

    əhliləşdirmək (heyvanlar haqqında); ~ əldə bəsləmək.

    Полностью »
  • ƏLƏ SALMAQ

    dolamaq, oynatmaq, rişxənd etmək; ~ araya qoymaq, məsxərəyə qoymaq, hoydu-hoyduya götürmək, lağa qoymaq, söz qoşmaq, vedrə bağlamaq, barmağına dolamaq

    Полностью »
  • ƏLƏ VERMƏK

    təslim etmək, satqınlıq etmək; ~ baqaja qoymaq.

    Полностью »
  • ƏLƏKÇİNİN QIL VERƏNİ

    özünü iştirakçı, köməkçi kimi göstərməyə çalışan, lakin ciddi bir köməyi olmayan (onsuz da keçinmək mümkün olan) adam

    Полностью »
  • ƏLƏKDƏN KEÇİRMƏK

    diqqətlə yoxlamaq, saf-çürük etmək; ~ süzgəcdən keçirmək.

    Полностью »
  • ƏLƏKLƏ SU DAŞIMAQ

    bax: xəlbirlə su daşımaq.

    Полностью »
  • ƏLƏYİ ƏLƏNİB, XƏLBİRİ GÖYDƏ FIRLANIR

    qocalmış, çox zəifləmiş, ölümünə az qalmış adam haqqında işlədilən ifadə; ~ hay-hayı gedib, vay-vayı qalıb, unu ələnib, xəlbiri göydə fırlanır

    Полностью »
  • ƏLƏYİB-ƏLƏYİB KƏPƏYİNƏ QATMAQ

    yaxşı niyyətlə başladığı bir işi sonda korlamaq, zay etmək.

    Полностью »
  • ƏLİ AĞZINA YETMƏK

    başqasına möhtac olmayan, öz işini özü həll edə bilən şəxs haqqında deyilən ifadə.

    Полностью »
  • ƏLİ AĞZINDA QALMAQ

    təəccüblənmək, heyrət etmək; ~ ayağının altından yer qaçmaq, əl-ayağı yerdən üzülmək, əli üzündə qalmaq

    Полностью »
  • ƏLİ ALTINDA

    yaxında, rahat yerdə, tam hazır vəziyyətdə.

    Полностью »
  • ƏLİ AŞINDAN DA OLMAQ, VƏLİ AŞINDAN DA

    əli hər şeydən çıxmaq, avara, sərgərdan qalmaq.

    Полностью »
  • ƏLİ BALA BATMAQ

    uğur əldə etmək, qazanmaq, xoşbəxt olmaq, bəxtəvər olmaq, (adətən, zarafat, istehza mənasında işlədilir); ~ bəxti gətirmək

    Полностью »
  • ƏLİ BİR YERƏ YETİŞMƏK

    müəyyən bir peşə, sənət, ixtisas sahibi olmaq.

    Полностью »
  • ƏLİ BOŞA ÇIXMAQ

    istədiyinə nail olmamaq, heç bir şey əldə etməmək; ~ əli boşda qalmaq, əli quru yerdə qalmaq.

    Полностью »
  • ƏLİ BOŞALMAQ

    bax: əli soyumaq.

    Полностью »
  • ƏLİ BOŞDA QALMAQ

    istədiyinə nail olmamaq, cəhdi baş tutmamaq; ~ əli boşa çıxmaq, əli quru yerdə qalmaq.

    Полностью »
  • ƏLİ BÖYÜKLƏRİN ƏTƏYİNDƏ OLMAQ

    vəzifəli, hörmətli və ya ağsaqqal şəxslərlə ünsiyyət yaratmaq, onlarla münasibətdə olmaq, onların nüfuz və imkanlarından bəhrələnmək

    Полностью »
  • ƏLİ CİBİNDƏ GƏZMƏK

    işləməmək, veyillənmək, boş-boş gəzmək; ~ əlini ağdan-qaraya vurmamaq, əliboş gəzmək.

    Полностью »
  • ƏLİ CİBİNDƏ OLMAQ

    pul xərcləmək; ~ xərc çəkmək, xərcə düşmək.

    Полностью »
  • ƏLİ CİBİNƏ GETMƏMƏK

    xəsis, simic olmaq; ~ canından pul çıxmamaq, əli əsmək, dırnağından darı sızmaq.

    Полностью »
  • ƏLİ ÇALIB AYAQLARI OYNAMAQ

    bir şeydən çox sevinmək, şadlanmaq.

    Полностью »
  • ƏLİ ÇATMAMAQ

    vaxtı, macalı olmamaq; kömək edə bilməmək.

    Полностью »
  • ƏLİ ÇIXMAQ

    bir şeydən məhrum olmaq, əlində saxlaya bilməmək; ~ aranda tutdan, dağda qurutdan olmaq, əli kəsilmək

    Полностью »
  • ƏLİ ÇÖRƏYƏ ÇATMAQ

    güzəranını yaxşılaşdırmaq, qazanc əldə etməyə başlamaq; ~ ayağa qalxmaq, bir yana çıxmaq.

    Полностью »
  • ƏLİ DAŞ ALTINDA QALMAQ (OLMAQ)

    pul qazana bilməmək, əli gətirməmək.

    Полностью »
  • ƏLİ DİNC DURMAMAQ

    özündən asılı olmayaraq əli ilə xoşagəlməz hərəkət etmək; kimi isə nahaqdan vurmaq; nəyi isə icazəsiz götürmək və s

    Полностью »
  • ƏLİ ƏLDƏN ÜZÜLMƏK

    köməksiz, dəstəksiz, tək qalmaq, çarəsiz hala düşmək.

    Полностью »
  • ƏLİ ƏLİNƏ DƏYMƏYİB

    oğlanla qızın yaxın münasibətdə olmamasını bildirən ifadə.

    Полностью »