Фразеологический словарь азербайджанского языка

  • ƏLİ ƏSMƏK

    xəsislik etmək, simic olmaq,  pul xərcləməmək; ~ əli cibinə getməmək.

    Полностью »
  • ƏLİ ƏTƏYİNDƏN UZUN

    əliboş, işi yarıtmadan, fərsizlik göstərərək.

    Полностью »
  • ƏLİ GETMƏMƏK

    müəyyən işə könlü, həvəsi olmamaq, istəməmək; ~ əli gəlməmək.

    Полностью »
  • ƏLİ GƏLMƏMƏK

    qıymamaq, rəva görməmək; çəkinmək, razı olmamaq, istəməmək; ~ ürəyi gəlməmək, əli getməmək.

    Полностью »
  • ƏLİ GƏTİRMƏK

    qazanc əldə etmək; ~ bacadan quyruq yağmaq, əli tutmaq.

    Полностью »
  • ƏLİ GİCİŞMƏK

    kimisə vurmağa, döyməyə bəhanə axtarmaq; ~ dava axtarmaq.

    Полностью »
  • ƏLİ HEÇ YANA YETMƏMƏK

    köməksiz, çarəsiz qalmaq, hayına yetəni olmamaq; ~ dadı heç yana çatmamaq.

    Полностью »
  • ƏLİ İLƏ VERİB AYAĞI İLƏ AXTARMAQ

    borc və s. verdiyi şəxsi axtarıb tapmaq üçün əziyyət çəkmək, həmin şəxsi axtarmaq, ardınca gəzmək; ~ əli ilə verib ayağı ilə ala bilməmək

    Полностью »
  • ƏLİ İLƏ VERİB AYAĞI İLƏ ALA BİLMƏMƏK

    bax: əli ilə verib ayağı ilə axtarmaq.

    Полностью »
  • ƏLİ İŞ TUTMAMAQ

    bax: əli işə yatmamaq.

    Полностью »
  • ƏLİ İŞDƏN SOYUMAQ

    bax: əli soyumaq.

    Полностью »
  • ƏLİ İŞƏ YATMAMAQ

    hansısa səbəbə görə işləyə bilməmək; ~ əli iş tutmamaq.

    Полностью »
  • ƏLİ İŞLƏMƏK

    cibgirliklə məşğul olmaq, oğurluq etmək.

    Полностью »
  • ƏLİ KƏSİLMƏK

    məhrum olmaq; ~ əli çıxmaq.

    Полностью »
  • ƏLİ QALXMAMAQ

    vurmaq istəsə də, qıymamaq; ~ əl saxlamaq, əli gəlməmək. 

    Полностью »
  • ƏLİ QALINLAŞMAQ

    əlinə çoxlu pul keçmək, pullanmaq, varlanmaq.

    Полностью »
  • ƏLİ QANA BATMAQ

    insan ölümünə bais olmaq, cinayət törətmək.

    Полностью »
  • ƏLİ QANA BULAŞMAQ

    bax: əli qana batmaq.

    Полностью »
  • ƏLİ QAŞINMAQ

    inanca görə, əlinə pul gəlmək ehtimalı olmaq.

    Полностью »
  • ƏLİ QƏLƏM TUTMAQ

    yazmağı bacarmaq, savadlı olmaq.

    Полностью »
  • ƏLİ QIZIL KƏSMƏK

    pul qazanmağın yolunu bilmək, gəlirli bir işdə mahir və bacarıqlı olmaq; ~ əli pulla oynamaq.

    Полностью »
  • ƏLİ QIZIL OLMAQ

    hər şeyi bacarmaq, hər işin ustası olmaq; ~ barmaqları qızıldır.

    Полностью »
  • ƏLİ QOLTUĞUNDA QALMAQ

    yoxsullaşmaq, kasıblaşmaq; çarəsiz vəziyyətdə qalmaq, nə edəcəyini bilməmək.

    Полностью »
  • ƏLİ-QOLU AÇILMAQ

    sərbəst fəaliyyət göstərməyə imkan tapmaq, sərbəstləşmək, maneələrdən azad olmaq.

    Полностью »
  • ƏLİ QOYNUNDA QALMAQ (GƏZMƏK)

    məyus, çarəsiz qalmaq, intizarda olmaq, nə edəcəyini bilməmək; ~ əlamanda qalmaq.

    Полностью »
  • ƏLİ QURU YERDƏ QALMAQ

    istədiyinə nail olmamaq, heç bir şey əldə etməmək; ~ əli boşa çıxmaq, əli boşda qalmaq.

    Полностью »
  • ƏLİ MEYDANINA ÇIXMAQ

    qızğın mübahisəyə, dava-dalaşa başlamaq.

    Полностью »
  • ƏLİ OLMAQ

    bir işin gizli iştirakçısı olmaq (adətən, mənfi mənada); ~ barmağı olmaq.

    Полностью »
  • ƏLİ PUL GÖRMƏK

    əlinə pul keçmək, varlanmaq.

    Полностью »
  • ƏLİ PULLA OYNAMAQ

    varlanmaq, pulu çox olmaq; ~ əli qızıl kəsmək.

    Полностью »
  • ƏLİ SOYUMAQ

    işə olan marağını itirmək, hər hansı səbəbdən işləmək istəməmək;  ~ əl-ayağı soyumaq, əl-ayağı sustalmaq, ruhdan düşmək, əli boşalmaq, əli işdən soyum

    Полностью »
  • ƏLİ SUSTALMAQ

    başladığı işi davam etdirmək istəməmək, ümidsizliyə qapılmaq;  ~ ruhdan düşmək.

    Полностью »
  • ƏLİ TƏMİZ OLMAQ

    işində düz olmaq, haramlıq etməmək, tapşırılan bir işi vicdanla, namusla yerinə yetirmək.

    Полностью »
  • ƏLİ TUTMAQ

    çox pul əldə etmək, var-dövlət qazanmaq.

    Полностью »
  • ƏLİ ÜSTÜNDƏN ƏSKİK OLMAMAQ

    tez-tez kömək etmək, köməyini əsirgəməmək.

    Полностью »
  • ƏLİ ÜZÜLMƏK

    çarəsiz qalmaq, məhrum olmaq; ~ ümidi kəsilmək.

    Полностью »
  • ƏLİ ÜZÜNDƏ QALMAQ

    1. Son dərəcə təəccüblənmək, heyrət etmək; ~ ayağının altından yer qaçmaq, əl-ayağı yerdən üzülmək, barmağı ağzında qalmaq, əli ağzında qalmaq

    Полностью »
  • ƏLİ YANANDA AĞZINA TƏPMƏK

    çətinə düşəndə nəyə olsa əl atmaq.

    Полностью »
  • ƏLİ YANMAQ

    səhv etmək, etdiyi səhvə görə hədsiz peşman olmaq; ~ ağzı yanmaq.

    Полностью »
  • ƏLİ YATMAMAQ

    alışa bilməmək, bacarmamaq, öyrəşməmək. 

    Полностью »
  • ƏLİ YERDƏN ÜZÜLMƏK

    inamını itirmək, bədbinləşmək, ümidsizliyə düçar olmaq; ~ əl-ayağı yerdən üzülmək.

    Полностью »
  • ƏLİ YETİŞMƏK

    hər hansı bir məqsədə çatmaq, nəyə isə nail olmaq.

    Полностью »
  • ƏLİ YÜNGÜL OLMAQ

    uğurlu, düşərli olmaq.

    Полностью »
  • ƏLİAŞAĞI OLMAQ

    imkansız, kasıb olmaq, sıxıntı içində yaşamaq.

    Полностью »
  • ƏLİBƏRK OLMAQ

    xəsis, simic olmaq, pul xərcləməmək.

    Полностью »
  • ƏLİBOŞ GƏZMƏK

    heç bir işi olmamaq, avara-avara, boş-boş gəzmək, veyillənmək; ~ əli cibində gəzmək.

    Полностью »
  • ƏLİBOŞ QAYTARMAQ

    istədiyini verməmək, xahişini yerinə yetirməmək.

    Полностью »
  • ƏLİÇIRAQLI AXTARMAQ

    ehtiyac olan bir şey üçün gəzmək, vacib olan bir şeyin sorağına düşmək.

    Полностью »
  • ƏLİF QƏDDİ DAL OLMAQ

    1. Yaşlanmaq, qocalmaq; ~ beli bükülmək.  2. Bədbəxtliyə düçar olmaq, dərdli olmaq.

    Полностью »
  • ƏLİFDƏN BAŞLAMAQ

    lap əvvəldən, lap başdan başlamaq.

    Полностью »