Фразеологический словарь азербайджанского языка

  • BİR BARMAQ QATIQDAN ÖTRÜ TULUĞU DƏLMƏK

    kiçik və əhəmiyyətsiz bir şey üçün mühüm işi məhv etmək.

    Полностью »
  • BİR BAŞ, BİR AYAQ OLMAQ

    1. Dostcasına hərəkət etmək, əl-ələ vermək.  2. Evlənmək, ailə qurmaq.

    Полностью »
  • BİR BAŞ YUXARI OLMAQ

    üstün olmaq, vəzifəcə yuxarı olmaq.

    Полностью »
  • BİR BAŞI, MİN SEVDASI OLMAQ

    olduqca çox problemi olmaq.

    Полностью »
  • BİR BAŞINA, BİR DİZİNƏ DÖYMƏK

    peşman olmaq, heyifsilənmək.

    Полностью »
  • BİR BATMAN BAL İLƏ YEMƏK OLMAZ

    deyilən sözün qəbuledilməz, ağır olduğunu bildirən ifadə.

    Полностью »
  • BİR BAYRAM BÖYÜK OLMAQ

    yaşca böyük olmaq; “bir” sözü say bildirən başqa sözlərlə də (beş-altı, on və s.) əvəz oluna bilər.

    Полностью »
  • BİR BEZİN QIRAĞI

    eyni mənfi xasiyyətləri olan; ~ eyni bezin qırağı, bir xəmirdən yoğrulmaq.

    Полностью »
  • BİR-BİRİNƏ DƏYMƏK (QARIŞMAQ)

    qarışıqlıq düşmək; ~ ara qarışmaq.

    Полностью »
  • BİR-BİRİNİ DİDMƏK

    tez-tez dava etmək, didişmək, bir-birinin sözünü götürməmək, yola getməmək; ~ bir-birinin ətini yemək

    Полностью »
  • BİR-BİRİNİN BELİNDƏ

    sıxlıq, gurluq, basırıq.

    Полностью »
  • BİR-BİRİNİN ƏTİNİ YEMƏK

    bax: bir-birini didmək.

    Полностью »
  • BİR CAN DEYİB MİN CAN EŞİTMƏK

    bax: can deyib can eşitmək.

    Полностью »
  • BİR ÇANAQ DARI ATSALAR, BİRİ DƏ YERƏ DÜŞMƏZ

    adətən, çopur adamlar haqqında işlədilən ifadə. 

    Полностью »
  • BİR ÇİMDİK TOZA DÖNMƏK

    bir anda gözdən itmək.

    Полностью »
  • BİR DAŞ ALTDA, BİR DAŞ ÜSTDƏ

    gizli saxlamaq, heç kimə deməmək; ~ bir Allah bilsin, bir də sən.

    Полностью »
  • BİR DAŞLA İKİ QUŞ (DOVŞAN) VURMAQ

    bir dəfə zəhmət çəkməklə iki iş görmək, bir cəhdlə iki işi gerçəkləşdirmək.

    Полностью »
  • BİR DEDİYİNİ İKİ ELƏMƏMƏK

    kiminsə dediyi sözə əməl etmək, sözünü yerə salmamaq.

    Полностью »
  • BİR DEYƏNDƏ BİRİ DƏ AĞZINDAN DÜŞÜR

    hədsiz əzizləməyə, ifrat tərifləməyə münasibət bildirən ifadə.

    Полностью »
  • BİR DEYİB BEŞ GÜLMƏK

    əhvalı yerində olmaq, şən olmaq, ovqatı xoş olmaq.

    Полностью »
  • BİR DƏLİ ŞEYTAN DEYİR

    bax: dəli şeytan deyir.

    Полностью »
  • BİR DƏRƏDƏ YEDDİ YETİMLƏ QALMAQ

    köməksiz, kimsəsiz olmaq.

    Полностью »
  • BİR DƏRİ, BİR SÜMÜK QALMAQ

    çox arıqlamaq; ~ ayaq üstə üzülmək, boğazı armud saplağına dönmək, ortası ortasından keçmək, sümükləri çıxmaq, ayaq üstə qırxı çıxmaq, gözləri çuxura

    Полностью »
  • BİR DIRNAĞINA BELƏ DƏYMƏZ

    bax: dırnağına belə dəyməz.

    Полностью »
  • BİR DİKİLİ AĞACI DA YOXDUR

    heç bir şeyi olmamaq, hədsiz kasıblıq.

    Полностью »
  • BİR DİLDƏ DANIŞMAQ

    eyni şeyi düşünmək, düşüncələri eyni olmaq.

    Полностью »
  • BİR DİLİ VAR, QIRX AÇARI

    ikiüzlü, riyakar adam haqqında deyilən ifadə.

    Полностью »
  • BİR DÜNYA

    çoxlu, hədsiz; ~ bir aləm.

    Полностью »
  • BİR EŞŞƏYƏ MİNİB ƏLLİSİNİ DÖYƏCLƏMƏK

    hər işə qarışmaq, acgözlük, görməmişlik etmək; ~ bir ağacda oturub min budağı silkələmək.

    Полностью »
  • BİR EVİN DİRƏYİ

    qoçaq, bacarıqlı, işgüzar; ~ yıxılı evin dirəyidir, uçulu evin dirəyidir.

    Полностью »
  • BİR ƏLDƏ İKİ (BEŞ) QARPIZ TUTMAQ

    eyni vaxtda bir neçə iş görməyə çalışmaq; ~ işi işə qatmaq.

    Полностью »
  • BİR ƏLDƏ OLMAQ

    birləşdirmək, mərkəzləşdirmək; monopoliya yaratmaq.

    Полностью »
  • BİR ƏLİ AĞZINDA OLMAQ

    ara vermədən nəsə yemək; ~ çənəsi işləmək, çənəsi boş dayanmamaq (durmamaq).

    Полностью »
  • BİR ƏLİ, BİR BAŞI OLMAQ (QALMAQ)

    tək yaşamaq, külfəti olmamaq, əl-ayağına dolaşanı olmamaq.

    Полностью »
  • BİR ƏLİ ÜSTÜNDƏ OLMAQ

    davamlı qayğı göstərmək, himayə etmək.

    Полностью »
  • BİR ƏLİ YAĞDA, BİR ƏLİ BALDA OLMAQ

    maddi vəziyyəti yaxşı olmaq, bolluq içində olmaq.

    Полностью »
  • BİR ƏTƏK

    çoxlu, xeyli (pul, qızıl və s.).

    Полностью »
  • BİR GÖZ QIRPIMINDA

    bir anda; ~ göz açıb-yumunca, qaşla göz arasında, göz qırpımındа.

    Полностью »
  • BİR GÖZDƏ GÖRMƏK

    ayrı-seçkilik etməmək, fərq qoymamaq, ədalətli yanaşmaq.

    Полностью »
  • BİR GÖZÜ ALMA DƏRİR, BİR GÖZÜ SƏBƏTƏ QOYUR

    bax: bir gözü çaya (ala dağa) baxır, bir gözü aya (qara dağa).

    Полностью »
  • BİR GÖZÜ ÇAYA (ALA DAĞA) BAXIR, BİR GÖZÜ AYA (QARA DAĞA)

    çəpgöz adam haqqında işlədilən ifadə; ~ bir gözü alma dərir, bir gözü səbətə qoyur.

    Полностью »
  • BİR GÜLLƏ İLƏ İKİ DOVŞAN VURMAQ

    bir hərəkətlə iki problemi həll etmək.

    Полностью »
  • BİR GÜN GÖRMƏMƏK

    bax: gün görməmək.

    Полностью »
  • BİR HƏSİRDİR, BİR MƏMMƏDNƏSİR

    çox kasıb, yoxsul adam haqqında deyilən ifadə; ~ bir lələdir, bir şələ, barmağını sormaq.

    Полностью »
  • BİR HİMƏ BƏNDDİR

    hər hansı səbəbdən gərginləşmiş və hər an istənilən addımı atmağa hazır olan şəxs haqqında işlədilən ifadə

    Полностью »
  • BİR XƏMİRDƏN YOĞRULMAQ

    oxşar xasiyyətlərə malik olmaq; ~ bir bezin qırağı olmaq.

    Полностью »
  • BİR-İKİ AĞIZ DEMƏK

    oxumaq, zümzümə etmək.

    Полностью »
  • BİR İŞDƏ BARMAĞI (ƏLİ) OLMAQ

    bax: barmağı olmaq (işləmək).

    Полностью »
  • BİR İŞİN QULPUNDAN YAPIŞMAQ

    bir işə girişmək, işləmək, bir işlə məşğul olmaq; ~ bir baltaya sap olmaq.

    Полностью »
  • BİR KƏFƏNƏ QOYMAQ (BÜKMƏK)

    bax: eyni gözdə görmək.

    Полностью »