Фразеологический словарь азербайджанского языка

  • BİR KÖYNƏK ƏT TÖKMƏK

    bax: köynək-köynək ət tökmək.

    Полностью »
  • BİR KÖYNƏK YAXIN OLMAQ

    başqalarına nisbətən kiməsə daha yaxın olmaq.

    Полностью »
  • BİR KÖYNƏKDƏ QALMAQ

    kasıblaşmaq, kasıb olmaq, hər şeyi əlindən alınmaq.

    Полностью »
  • BİR QARA QƏPİKLİK OLMAQ

    hörmətsiz olmaq; ~ nüfuzdan düşmək.

    Полностью »
  • BİR QARA PULA DƏYMƏZ

    heç bir qiyməti, dəyəri, əhəmiyyəti olmayan insan və ya əşya haqqında işlədilən ifadə; ~ çöpə dəyməz, beş qəpiyə dəyməz

    Полностью »
  • BİR QARNI AC, BİR QARNI TOX

    yarıac, yarıtox, yoxsul adam haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR QƏPİYƏ DƏYMƏZ

    bax: bir qara pula dəyməz.

    Полностью »
  • BİR QƏPİYƏ (ŞAHIYA) GÜLLƏ ATMAQ

    bax: qəpiyə güllə atmaq.

    Полностью »
  • BİR QƏPİYİ (ŞAHISI) ÇIXINCA CANI ÇIXIR

    xəsis adamlar haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR QULAĞINDAN ALIB O BİRİ QULAĞINDAN VERMƏK (ÖTÜRMƏK)

    deyilənə əhəmiyyət verməmək, saymazlıq göstərmək; ~ vecinə almamaq, söz batmamaq, sağ qulağından alıb sol qulağından vermək (ötürmək)

    Полностью »
  • BİR QURAN SÖZ DANIŞMAQ

    məsələni təfsilatı ilə izah etmək, bir şey barədə geniş danışmaq.

    Полностью »
  • BİR QURTUM SU İÇMƏK KİMİ

    çox asan, çox sadə.

    Полностью »
  • BİR LƏLƏDİR, BİR ŞƏLƏ

    bax: bir həsirdir, bir Məmmədnəsir.

    Полностью »
  • BİR MEDALIN İKİ ÜZÜ

    bax: bir almanın iki üzü.

    Полностью »
  • BİR MİSQAL DİLİNİ QOYUB BİR BATMAN BAŞI İLƏ DANIŞMAQ

    deyilən şeyə və ya soruşulan suala baş hərəkəti ilə cavab vermək.

    Полностью »
  • BİR NARIM VAR, QIRX YARIM

    maddi vəziyyəti çətin, ailəsi böyük olan adam haqqında deyilən ifadə.

    Полностью »
  • BİR NÖKƏRİN İKİ AĞASI OLMAQ

    bir işin iki sahibinin olması, qarışıqlıq.

    Полностью »
  • BİR NÖQTƏYƏ VURMAQ

    eyni mövqedən çıxış etmək, sözü bir olmaq, birlikdə hərəkət etmək.

    Полностью »
  • BİR OVUC

    az, lap az, cüzi.

    Полностью »
  • BİR PARÇA ƏPPƏK OLUB GÖYƏ ÇƏKİLMƏK

    bax: əppək olub göyə çəkilmək.

    Полностью »
  • BİR SAÇINI AĞ, BİR SAÇINI QARA HÖRMƏK

    bax: saçının birini ağ, birini qara hörmək.

    Полностью »
  • BİR SÖZÜN ÜSTÜNDƏ DURMAQ

    eyni şeyləri təkrar etmək, inad etmək.

    Полностью »
  • BİR SÖZÜNÜ BEŞ BATMAN BALLA YEMƏK OLMAZ

    kobud, acı danışanlar haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR SÖZÜNÜ İKİ ELƏMƏMƏK

    deyiləni qəbul etmək, etiraz etməmək, tabe olmaq; ~ öl deyəndə ölmək, qal deyəndə qalmaq, mil durmaq (dayanmaq)

    Полностью »
  • BİR SUYU OXŞAMAQ

    hansısa bir əlamətə görə, az da olsa, kiməsə oxşamaq; bir çox hallarda eyni soydan, nəsildən olmağa işarə

    Полностью »
  • BİR ŞEİR DEYİB QAFİYƏSİNDƏ QALMAQ

    başladığı işi yarımçıq qoymaq.

    Полностью »
  • BİR ŞEY ÇIXMAMAQ

    alınmamaq, nəticə olmamaq.

    Полностью »
  • BİR ŞİRİNİN XATİRİNƏ YÜZ ACINI UDMAQ

    nəyinsə naminə güzəştə getmək, dözmək, səbirli və təmkinli olmaq.

    Полностью »
  • BİR TELƏ BAĞLI OLMAQ

    təhlükə altında olmaq; tək bir şeyə ümid bağlamaq.

    Полностью »
  • BİR TƏRƏZİYƏ QOYMAQ

    eyniləşdirmək, bərabərləşdirmək.

    Полностью »
  • BİR TİKƏSİ OVSANAYA DÜŞMƏK

    təsadüfi olaraq hansısa bəladan qurtarmaq.

    Полностью »
  • BİR TUTMAQ

    eyni tutmaq, bir-birindən ayırmamaq.

    Полностью »
  • BİR TÜKÜNƏ DƏ DƏYMƏZ

    bax: tükünə də dəyməz. 

    Полностью »
  • BİR ÜZÜ QIZ, BİR ÜZÜ GƏLİN OLMAQ

    bax: saçının birini ağ, birini qara hörmək.

    Полностью »
  • BİR ÜZÜNƏ TÜPÜRÜRSƏN, O BİRİ ÜZÜNÜ ÇEVİRİR

    dan. çox sırtıq, həyasız və utanmaz adam haqqında işlədilən ifadə.

    Полностью »
  • BİR YANA ÇIXMAQ

    böyümək, yetişmək, iş-güc sahibi olmaq, yaxşı günlərə çatmaq; ~ əli çörəyə çatmaq.

    Полностью »
  • BİR YASTIĞA BAŞ QOYMAQ

    evli olmaq, ailə qurmaq, birgə yaşamaq.

    Полностью »
  • BİR YERDƏ QƏRAR TUTMAMAQ

    narahat olmaq, vurnuxmaq, bir yerdə dura bilməmək, otərəf-butərəfə qaçmaq.

    Полностью »
  • BİR YERDƏ TİKİŞ TUTDURMAQ

    bax: qərar tutmaq (tapmaq).

    Полностью »
  • BİR YERƏ KÜL TÖKMƏK

    yaşayış yerini dəyişməmək, bir yerdə qərar tutmaq, sabitqədəm olmaq.

    Полностью »
  • BİR YEYİB MİN ŞÜKÜR ELƏMƏK

    yaşayışından razı olmaq, naşükür olmamaq.

    Полностью »
  • BİR YOLUN YOLÇUSU

    eyni düşüncədə olan, eyni amala xidmət edən, bir sahədə çalışan adamlar.

    Полностью »
  • BİR YUMUB BEŞ TÖKMƏK

    çox ağlamaq, göz yaşı axıtmaq.

    Полностью »
  • BİR YUVANIN QUŞU

    mənfi xasiyyətləri üst-üstə düşən bir neçə nəfər.

    Полностью »
  • BİRATIMLIQ BARITI OLMAQ

    müəyyən bir işi bir dəfə görüb daha davam etdirməmək, işi axıra çatdırmağa imkanı olmamaq, işdən tez soyumaq

    Полностью »
  • BİRCƏ DABAN SÜZMƏK

    bir dəfə oynayıb səhnəni tərk etmək.

    Полностью »
  • BİRCƏ DONUZU ƏSKİKDİR

    çox imkanlı, varlı-hallı olan adam haqqında işlədilən ifadə.

    Полностью »
  • BİRCƏ QARIŞ BOYU VAR

    boyundan, yaşından böyük işlər görmək istəyənlər haqqında işlədilən ifadə.

    Полностью »
  • BİRÇƏK AĞARTMAQ

    yaşlanmaq, qocalmaq.

    Полностью »
  • BİRƏNİ NALLAMAQ

    hər hansı bir incə işdə məharət göstərmək.

    Полностью »