AĞBƏNİZ

sif.
1. Üzü ağ, sifəti ağ. Ağbəniz uşaq. Ağbəniz qız.
– Ağbəniz … oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi. Mir Cəlal.

2. Arıq, zəif, solğun sifətli.

Синонимы

  • AĞBƏNİZ AĞBƏNİZ(Lİ) Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adamlar istəyirdi (N.Nərimanov); Abbas uzun boylu, nazik bədən, ağbənizli

Антонимы

  • AĞBƏNİZ AĞBƏNİZ – QARABƏNİZ Ağbəniz... oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi (Mir Cəlal); Qarabəniz kişiyə bir az artıq diqqət yetirdi (C
AĞBƏXT
AĞBİRÇƏK
OBASTAN VİKİ
Ağbəniz maral
Ağbəniz maral (lat. Cervus albirostris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.
Ağbəniz (film, 2025)
Disneyin Ağbənizi (ing. Disney's Snow White) və ya sadəcə Ağbəniz (ing. Snow White) — Mark Uebbin rejissorluğu ilə, Qreta Qerviq və Erin Kressida Uilsonun ssenarisi əsasında çəkilmiş, 1937-ci ilin "Ağbəniz və yeddi cırtdan" animasiya filminin (animasiya filmi, 1812-ci ildə Qrimm qardaşları tərəfindən qələmə alınmış eyniadlı alman nağılı əsasında çəkilmişdi) canlı adaptasiyası olan musiqili fentezi filmi. Filmdə Ağbəniz rolu Reyçel Zegler, Qəddar kraliça rolu isə Qal Qadot tərəfindən canlandırılmışdır. 1937-ci ilin "Ağbəniz və yeddi cırtdan" filminin remeykinin çəkilməsi planı Disney tərəfindən 2016-cı ilin oktyabrında elan edilmiş, Erin Kressida Uilsonun ssenarini yazacağı bildirilmişdir. 2019-cu ilin mayında rejissor kürsüsü üçün Mark Uebblə danışıqlara başlandığı elan edilmiş, həmin ilin sentyabrında isə onun rejissorluğu təsdiqlənmişdir. Əsas çəkilişlər 2022-ci ilin mart-iyul aylarında İngiltərədəki Pinewood Studios-da həyata keçirilmiş, 2024-cü ilin iyununda isə kiçik əlavə çəkilişlər icra olunmuşdur. Film təqdim edilməmişdən əvvəl mübahisələrə səbəb olmuş, baş rol ifaçısı Zeglerin 2023-cü il SAG-AFTRA tətili zamanı açıq-sözlülüyü, əsas hekayədə edilmiş dəyişikliklər, daltonik kastinq, cırtdan personajların cırtdan olmayan aktyorlar tərəfindən canlandırılması tənqid edilmişdir. "Ağbəniz" filminin Walt Disney Studios Motion Pictures studiyası tərəfindən 21 mart 2025-ci ildə kinoteatrlarda satışa çıxarılacağı gözlənilir.
Ağbəniz və yeddi cırtdan
Ağbəniz və Yeddi Cırtdan — ilk dəfə 1812-ci ildə alman Qrimm qardaşları tərəfindən toplanmış və çap edilmiş olan bir xalq nağılıdır. Pisqəlbli və qısqanc ögey anası tərəfindən ondan daha gözəl olduğu üçün öldürülmək üzrə meşəyə göndərilən və meşədə cırtdanlarla birlikdə yaşamağa başlayan bir şahzadənin macəralarından bəhs edir. Bir neçə dəfə teatra və kinoya uyğunlaşdırılmışdır. Hekayənin (və baş qəhrəmanın) ilk çapındakı almanca adı Sneewittchendir (Qarbəyazı). == Mövzusu == Ağbənizin anası ölüncə atası (kral) yenidən evlənir. Ancaq ögey ana (yeni kraliça) Ağbənizə pis davranmaqdadır. Pis kraliçanın sehrli bir aynası vardır və tez-tez bu aynadan dünyadakı ən gözəl adamın kim olduğunu soruşar. Doğrunu söyləyən sehrli ayna hər daim kraliçanın gözəlliyini təsdiqləyər ta ki Ağbəniz böyüyüb gənc və gözəl bir qız olana qədər. Ağbənizin özündən daha gözəl olduğunu öyrənincə qısqanclıq böhranına girən kraliça ovçulardan birinə gənc qızı öldürməsini əmr edər. Ovçu Ağbənizə qıya bilməz və meşədə sərbəst buraxar.
Ağbəniz və yeddi cırtdan (film, 1937)
Ağbəniz və yeddi cırtdan (ing. Snow White and the Seven Dwarfs) — 1937-ci ildə istehsal olunmuş cizgi filmidir. "Ağbəniz və yeddi cırtdan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin ilk klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi Qrimm qardaşlarının eyniadlı əsəri əsasında hazırlanmışdır.
Ağbəniz və yeddi cırtdan (cizgi filmi, 1937)
Ağbəniz və yeddi cırtdan (ing. Snow White and the Seven Dwarfs) — 1937-ci ildə istehsal olunmuş cizgi filmidir. "Ağbəniz və yeddi cırtdan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin ilk klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi Qrimm qardaşlarının eyniadlı əsəri əsasında hazırlanmışdır.

Значение слова в других словарях