BƏNZƏMƏK

Sözün əsli bəniz kəlməsi ilə bağlıdır, yaş-a-maq qəlibi üzrə bəniz-ə-mək feili əmələ gəlib, sonra i saiti reduksiya olunub. Yanzamaq kimi də işlədilib, “ya­naq, bəniz oxşarlığı” demək olub. İndi məna genişlənib. Bənizbənzəmək kök­daş sözlərdir. Oxşar anlamında yanlıq sözü də olub. Öz hərəkətini kiminsə hə­rəkətinə oxşatmağa “yansıla” deyiblər (indi: yamsıla kimi işlədirik). Deməli, yamsılamağın da kökü yan sözüdür. Belə məlum olur ki, yanaq, bət, bəniz, bən­zəmək sözləri tarixən qohum olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BƏNÖVŞƏYİ
BƏRABƏR

Digər lüğətlərdə